BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

DA­HA KEYFİYYƏTLİ DƏRSLİKLƏR

UĞ­RUN­DA

 

Azər­bayc­an di­li tə­d­ri­si­nin tək­mil­ləş­di­ril­mə­si prob­lem­lə­ri­nə həsr olun­muş bu­günkü kon­frans təkcə ona gö­rə fay­da­lı dey­il­dir ki, mil­li di­lin qayğ­ı­sı­na qa­lır, onun təd­ri­si key­fiyy­ə­ti­ni mək­təb is­la­ha­tı­nın tələb­lə­ri sə­viy­yə­si­nə qal­dır­mağı təb­liğ edir; təkcə ona gö­rə ak­tu­al və zə­ru­ri dey­il­dir ki, Azər­bayc­an di­li­nin el­mi əsas­lar­la düzgün və yüksək sə­viyy­ə­də tə­d­ri­si bütün baş­qa fən­lə­rin öy­rə­dil­mə­si üçün də bir açar­dır; həm də ona gö­rə böyük ra­zı­lıq his­si ilə qar­şı­la­nır ki, gələc­ək yüzil­liy­in həy­at qu­ru­cu­la­rı olan min­lər­lə gənc­in tər­biy­ə­sin­dən, mə­də­ni in­ki­şa­fın­dan söh­bət ge­dir.

Ali mək­təb­lə­ri­mi­zin fi­lo­lo­g­iya fakültə­lə­ri or­ta mək­təb üçün ha­zır­lıq­lı kadr­lar ye­tiş­dir­mək­lə öz işi­ni bit­miş he­sab et­mir. Tə­d­ri­sin iki kom­po­nen­ti­ni - müəl­lim və şa­g­ird­lə­ri la­zı­mi və­sa­it və ma­te­ri­al­lar­la tə­min et­mək üçün bir əli­miz da­im or­ta mək­tə­bin üs­tün­də ol­muş­dur. V.İ.Le­nin adı­na APİ-nin əmək­­da­ş­la­rı - prof. Ə.Də­mir­çi­­za­də, prof. A.Ab­dul­lay­ev, prof.Ə.Fə­rəc­ov, bu qeyd­lə­rin mü­əl­li­fi və baş­­qa­la­rı rus və Azər­bayc­an mək­təb­lə­ri üçün «Azər­bay­can di­li» dərs­lik və pro­qram­la­rı­nın ha­zır­lan­ma­sın­da fə­al iş­ti­rak et­miş­lər.

Or­ta mək­təb üçün dər­slik tər­ti­bi zə­rg­ər işi­dir. Yüz­lərcə söz­dən, ifa­də­dən, cümlə­dən, ça­lış­ma for­ma­sın­dan bi­ri se­çi­lir. Ən mü­rək­kəb qay­da­lar ən sa­də mi­sal­lar­la izah edi­lir. Bu hal müəl­lif­dən müdrik­lik tə­ləb edir. Di­oni­si­nin ver­diyi tə­rif iki min il­dən ar­tıq­dır ki, hökm sürür, cümlə­nin müa­sir tə­ri­f­lə­ri­nin əsa­sın­da du­rur. Şa­gird üçün dərs­lik ha­zır­la­maq mo­no­qra­fiya yaz­maq­dan çə­tin və mürək­kəb­dir. Mək­təb is­la­ha­tı isə bu sa­hə­də pro­qram və dər­slik müəl­lif­lə­rin­dən da­ha çox şey tə­ləb edir.

Yax­şı hal­dır ki, mək­təb is­la­ha­tı ərə­fə­sin­də or­ta mək­tə­bin «Azər­bayc­an di­li» dər­slik­lə­ri cid­di şə­kil­də ye­ni­dən iş­lən­miş və ye­­ni­ləş­di­ril­miş­dir. Mək­təb is­la­ha­tı ba­ş­la­nan­da biz ar­tıq is­la­ha­ta ha­zır və­ziy­yət­də idik. La­kin bu heç də o de­mək dey­il­dir ki, ye­ni­dən iş­lə­mək, tək­mil­ləş­dir­mək üçün iş qal­ma­mış­dır. Dər­slik­lə­rin məz­mu­nu və tərti­bi ilə bağ­lı iş­lə­ri­miz çox­dur. Hər bir dərs­lik in­ki­şaf et­mək­də olan nəs­lin dünya­g­örüşünə, es­te­tik tə­ləb­lə­ri­nə uy­ğun ol­ma­lı, dər­slik üzərin­də iş­ləy­ər­kən dövrün tə­ləb­lə­ri nə­zə­rə alın­ma­lı­dır.

Azər­bayc­an mək­tə­bi­nin VII - VI­II si­ni­f­lə­ri üçün «Azər­bayc­an di­li» dər­sliyi M.Şi­rə­liy­ev və M.Hüseyn­za­də­nin ya­rım əsrlik əmə­y­i­nin məh­su­lu olub, say­sız nə­sil­lə­rin tər­biyə və təh­si­li­nə xid­mət et­miş, vax­ta­şı­rı dəy­iş­miş, el­min, me­to­di­ka­nın ye­ni­lik­lə­ri ilə da­im zə­ng­in­ləş­di­ril­miş­dir.

Dər­slik so­nuncu də­fə 1983-cü il­də bi­zim iş­ti­ra­kı­mız­la ye­ni­ləş­di­rilm­iş­dir. Bu də­fə nə­zə­ri ma­te­ri­al­lar, ça­lış­ma­lar si­s­te­mi ta­m ye­ni­­dən qu­rul­muş­dur.Ça­lış­ma və tap­şı­rıq­la­rın el­mi­liy­i­nə, prak­tik ro­­­­lu­na, şagird­lə­rin bi­liy­i­ni, dünya­gö­rüşünü, və­tən­pər­vər­lik və bey­­­nəl­mi­ləl­çi­lik his­slə­ri­nin in­ki­şaf et­di­ril­mə­si prin­sip­lə­ri­nə da­ha ar­tıq diq­qət yeti­ril­miş­dir. Cüttər­kib­li və tək­tər­kib­li cümlə­lər, cüm­­­­lə üzvlə­ri, söz-cümlə, xüsu­si­ləş­mə­lər, ta­be­siz və ta­be­li mürək­kəb cümlə­lər, du­rğu işa­­rə­lə­ri və s. ta­ma­mi­lə ye­ni­dən iş­lən­miş­dir.

Dər­slik­də ilk də­fə sin­tak­tik təh­lil qay­da­la­rı ve­ril­miş­dir. Bun­lar tə­d­ris və mə­nim­sə­mə işi­nə kö­mək­dir. Xal­qı­mı­zın mə­də­niyy­ət ta­ri­xi, Ka­şğ­a­ri və Ka­zım bəy ki­mi gör­kəm­li alim­lə­rin ya­ra­dıcı­lığı ilə bağ­lı illüstra­siya və ça­lış­ma­lar şa­g­ird­lə­rin el­mi dünya­g­örü­şlə­ri­nin in­ki­şa­fı ba­xı­mın­dan fay­da­lı­dır.

Mək­təb is­la­ha­tı­na qə­dər­ki müddət ər­zin­də bə­zi dərs­lik və proqram­lar nis­bə­tən ağ­ır­laş­mış ol­duğu hal­da, dil dər­slik­lə­ri sa­bit qal­mış­dır. İn­di də bu dər­slik­lə­rin məz­mu­nun­da elə bir ağ­ır­lıq hiss olun­mur. Azər­bayc­an di­li­nin yal­nız şa­g­ird­lə­rin şi­fa­hi və ya­zı­lı nit­qi­ni inki­şaf et­dir­mə va­si­tə­si dey­il, ta­rix, riy­a­ziyy­at, kimya və s. fən­lər­lə ya­na­şı, həm də bir elm ki­mi tə­d­ri­si nə­zə­rə alı­nar­sa, biz hət­ta, dey­ər­dim ki, bə­zi dər­slik­lə­ri bə­sit­ləş­dir­mi­şik.

Məz­mun­la ya­na­şı, dər­slik­lə­ri­mi­zin nə­ş­ri, tər­ti­bi mə­sə­lə­lə­ri­nə də fi­kir ver­mə­liy­ik. Mət­bə­ə­lə­ri­miz işin öh­də­sin­dən pis gə­lir. Şa­g­ird­lə­ri cəlb et­mək, ki­ta­bı on­la­ra sev­dir­mək üçün ki­ta­bın özü nə­fis, gö­zəl və möh­kəm ol­ma­lı­dır, adi zə­ru­ri şrift­lər be­lə bi­zim mət­bə­ə­lər­də tapıl­mır. Rəs­sam işi də o qə­dər ürə­ka­çan dey­il.

Bir sı­ra dər­slik­lə­rin həc­mi çox az­dır. Qay­da üzrə hər si­nif üçün dər­slik­lə­rin həc­mi 9-10 m.v. ol­duğu hal­da, iki si­nif üçün nə­zər­də tu­tu­lan 7-8-ci si­ni­f­lə­rin «Azər­bayc­an di­li» ki­ta­bı cə­mi 10 m.v. həcmində­dir. Hal­bu­ki ey­ni si­nif­­lər üçün rus di­li dər­sliyi 17,5 m.v. həc­min­də­dir.

Heç bir dər­slik, şübhə­siz, asan­lıq­la ba­şa gəl­mir. Ma­a­rif Na­zir­liyi­nin gö­s­tə­ri­şi ilə son vaxt­lar dər­slik­lə­rin müza­ki­rə­si­nə mütə­xəs­sis alim­lər­lə ya­na­şı, or­ta mək­tə­bin qa­baqc­ıl müəl­lim­lə­ri də cəlb edi­lir, on­la­rın fi­kir və müla­hi­zə­lə­ri nə­zə­rə alı­nır. Bu sa­hə­də əsas ağ­ır­lıq ET­PEİ-nin, bu in­sti­tu­tun Azər­bayc­an di­li şö­bə­si­nin üzə­­ri­nə düşür. Bu­ra­da ke­çi­ri­lən müza­ki­rə­lə­ri nə­zə­rə al­ma­dan dərs­lik­­lə­rin key­fiyyə­tin­dən da­nış­maq ol­maz. Şö­bə­nin müdi­ri Ə.Əfən­­­di­za­də dər­slik­lə­rin müza­ki­rə­si­nə tam mə­su­liyy­ət his­si ilə ya­na­şır.

Dər­slik­lər nəşr olun­duq­dan so­nra da on­la­rın müza­ki­rə­lə­ri da­vam edir. Fərq bu­ra­sın­da­dır ki, müza­ki­rə­lər mət­­bu­at sə­hi­fə­lə­ri­nə, el­mi se­­­mi­nar və müşa­vi­rə­lə­rə, tə­lə­­bə və mə­zun au­di­to­riy­a­la­rı­na köçü­rülür.

Bi­zim 7-8-ci si­ni­f­lə­rin «Azər­bayc­an di­li» dər­sliyi haq­qın­da Ə.Şü­kürov, F.Əh­mə­dov, Ə.Sa­dı­qov, V.Qur­ba­nov, Ə.Ab­ba­sov, E.Hə­­­sə­no­va və baş­qa­la­rı­nın ma­raq­lı rəy­lə­ri dərc olun­muş, «Azər­bayc­an di­li və ədə­biyy­at tə­d­ri­si» məc­mu­ə­sin­də çap olu­nan on­larca mə­qa­lə­də bu və ya di­g­ər möv­zu­nun tədr­isin­dən bəhs edi­lər­kən dər­sliy­in ümu­mi key­fiyy­ə­ti ba­rə­də fi­kir­lər söy­lən­miş­dir. Ke­çən ilin deka­b­rın­da Azər­baycan SSR Ma­a­rif Na­zir­liy­i­nin ET­PEİ ilə bi­rgə keçir­diyi üç günlük se­mi­nar-müşa­vi­rə­də B.Əh­mə­dov, M.Hə­sən­ov, Ə.Sa­dı­qov, Ə.Əliy­ev, X.Və­liy­e­va və baş­qa­la­rı­nın mə­­ru­zə­lə­ri sin­tak­sis mə­sə­lə­lə­ri­nə həsr olun­muş, Ə. Əfən­di­za­də, Ə.Rə­hi­mov, Y.Əfən­­diy­ev, F.Ələk­bə­rov, F.Pa­rənci, V.Əliy­ev və baş­­qa­la­rı­nın çıxı­ş­­la­rın­da sin­tak­sis mə­sə­lə­lə­ri­nə to­xu­nul­muş­dur. Pro­fes­sor Bə­şir Əh­mə­dov bir sı­ra mə­qa­lə­lə­rin­də sin­tak­si­sin ən incə mə­sə­lə­lə­ri barədə ma­raq­lı fi­kir­lər söy­lə­miş­dir.

Şübhə­siz, bu cür müza­ki­rə­lər - mə­ru­zə və çı­xı­ş­lar, qeyd və tək­li­f­lər, mə­qa­lə və rəy­lər, oxucu mək­tub­la­rı dərs­lik­lə­ri­mi­zin da­ha da tək­mil­ləş­di­ril­mə­si­nə kö­mək edə­cək­dir. La­kin bə­zən də­qiq oxucu kö­məyi əvə­zi­nə, tən­qid xa­ti­ri­nə tən­qid də müşa­hi­də olu­nur. Bu cəhət­dən bütün deyi­lən­lə­ri bu­ra­da saf-çürük et­mək qey­ri-mümkün ol­duğ­un­dan biz kon­kret bir-iki mi­sal­la ki­fay­ət­lə­nəc­əy­ik.

35 il­lik sta­jı olan müəl­lim (Aliyə xa­nım Təh­ma­sib) kon­fran­sda giley­­lən­di ki, şa­g­ird­lər is­mi bir­ləş­mə­lə­ri ba­şa düşmürlər, «al­ma­nın qır­mı­zı­sı», «şa­g­ir­din iki­si» tip­li bir­ləş­mə­lə­rin ikin­ci tə­rə­fi­ni əsas tuta­raq, be­lə­lə­ri­nə nə üçün «is­mi bir­ləş­mə» dey­il­diy­i­ni an­laya bil­mir­lər, müəl­lim də çə­tin­lik çə­kir. Görünür, şa­g­ird­lər­lə ya­na­şı, müəl­lim­lə­rin də bir qi­s­­mi dər­sliyi oxu­mur. Oxu­sa, is­mi bir­ləş­mə­lə­rin: « Əsas tə­rə­fi ad­lar­dan (isim, si­fət, say və əvəz­lik­dən) iba­rət olan bir­ləş­mə­lə­rə is­mi bir­­ləş­mə­lər dey­i­lir » tə­ri­fi əsa­sın­da heç bir çə­tin­lik qar­şı­sın­da qal­mazdı.

Lən­kə­ran RXMŞ-nin me­to­di­s­ti, fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di Əlirza Əliy­ev dər­slik­də bir sı­ra nöq­san­la­rın ol­duğ­u­nu qeyd et­miş­dir. («Azər­bayc­an di­li və ədə­biyy­at təd­ri­si», 1984, 1). Müəl­lif­də, nədən­sə, bir yol­la dərs­liy­in boy­nu­na nöq­san yüklə­mək mey­li hiss olu­nur. Mə­­sə­lən, ya­zır: «Ça­lış­ma mətnlər­də­ki bə­zi cümlə­lər­də qram­ma­tik qa­nun-qay­da­la­rın po­zul­ma­sı hal­la­rı­na tə­sadüf edi­lir ki, bu da nə­zə­ri ma­te­ri­al­la­rın iza­hı ilə dil nümu­nə­lə­ri ara­sın­da mü­əy­y­ən uyğ­un­suz­luğa gə­ti­rib çı­xa­rır. Mə­sə­lən, 85-ci sə­hi­fə­də «Həm­c­ins üzvlər­də şəkil­­­çi­lə­rin və his­səc­ik­lə­rin ix­ti­sa­rı» möv­zu­su­nun iza­hın­da dey­i­lir ki, həmc­ins üzvlü cümlə­lər­də, əsa­sən, hal və cəm şə­kil­çi­lə­ri, idi, imiş his­səc­ik­lə­ri, ilə qoş­ma­sı ix­ti­sar olu­nur. Lakin elə hə­min sə­hi­fə­də veril­miş üç cümlə­də bəhs olu­nan qay­daya əməl edil­mə­miş­dir». Biz 85-ci sə­hi­fə­də «So­nunc­u­su sax­lan­maq­la, həmc­ins üzvlər­də təkrar olu­nan bə­zi qram­ma­tik şə­kil­çi­lər və his­səc­ik­lər ix­ti­sar olu­na bi­lir» - «ix­­ti­sar olu­nur» yox, məhz «ix­ti­sar olu­­na bi­lir» yaz­mı­şıq - bun­lar ta­ma­mi­lə baş­qa-baş­qa şey­lər­dir: «ix­­ti­sar olu­nur» - hökmdür, «ix­ti­sar olu­na bi­lir» o de­mək­dir ki, ix­ti­sar olun­maya da bi­lər. Həm də müəl­li­fin də­lil ki­mi gə­tir­diyi üç cümlə hə­min sə­hi­fə­də ol­sa da, o möv­zuya aid dey­il. Və ya baş­qa bir qə­dər da­ha çox tə­əccüb doğ­u­ran mi­sal. Müəl­lif ya­zır: «Xü­su­si­­ləş­miş üzvlü cümlə­lər» möv­zu­sun­da (səh.99) dey­i­lir: «Xüsu­si­ləş­miş üzvlər ya­zı­da cüm­lə­nin baş üzvlə­rin­dən ve­r­güllə ay­rı­lır». Bu­­ra­dan be­lə nə­ticə çı­xır ki, cüm­lə­nin yal­nız ikinci dərə­c­ə­li üzv­lə­ri xüsu­si­lə­şir, baş­qa cümlə­lər isə (müəl­lif «baş üzvlər» de­­mək is­təy­ir - Q.K.) xü­su­si­lə­şə bil­mir. Bir-iki sə­hi­fə­dən so­nra (s. 101) oxu­yu­ruq: «Bütün kənd ca­ma­a­tı, xüsu­sən gənc­lər məh­sul yı­ğı­mın­­da böyük əmək sərf et­di­lər»- cüm­lə­sin­də xüsu­si­ləş­miş müb­tə­da özündən əv­vəl­ki mübtə­da­nın ümu­mi mə­na­sı­nı kon­kret­ləş­di­rir. «Bu zid­­diyy­ə­ti ara­dan qal­dır­mağa eh­tiy­ac duy­u­lur». Görünür, bə­zən bütöv ki­ta­bı yox, ay­rı-ay­rı möv­zu­la­rı yox, tək-tək cümlə­lə­ri yox, hət­ta tək-tək söz­lə­ri də axı­ra qə­dər oxu­mağa ada­mın höv­sə­lə­si çat­mır. Dər­slik­də həmin cümlə «Xüsu­si­ləş­miş üzv­lər yazı­da cümlə­nin baş üzvlə­rin­dən ve­rgüllə ay­rı­lır» yox, «baş­qa» üzvlər­dən ver­güllə ay­rı­lır şək­lin­də­dir…

Ma­a­rif Na­zir­liyi mək­təb is­la­ha­tı ilə əla­qə­dar dərs­lik­lə­rin mü­sa­bi­qə yo­lu ilə ya­zıl­ma­sı tə­şəb­büsünü irə­li sür­müş­dür. Müsa­bi­qə ilə əla­qə­dar bütün fay­da­lı müla­hi­zə­lə­ri nə­zə­rə ala­c­ağ­ıq.

1986

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az