BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

XÜSU­Sİ SEMİNARLARIN TƏDRİSİ

KEYFİYYƏTİNİ YAXŞILAŞDIRMAQ

YOLLARI BA­RƏ­DƏ

 

I.Xüsu­si se­mi­nar mə­şğ­ə­lə­lə­ri­nin düzgün el­mi əsas­lar­la, pe­da­qo­ji tə­ləb və prin­sip­lə­rə uyğ­un şə­kil­də apa­rıl­ma­­sı tə­lə­bə­lə­rin ay­rı-ay­rı kon­kret pro­blem­lər­lə əla­qə­dar bi­liy­i­ni ar­tı­rır, bac­a­rıq və vər­di­ş­lə­ri­ni, müha­ki­mə qa­bi­liyy­ə­ti­ni in­ki­şaf et­di­rir, el­mi və ic­ti­mai-siy­a­si dün­ya­görüşünün for­ma­laş­ma­sın­da mühüm rol oy­nay­ır. Məş­ğə­lə­lər dil­çi­lik el­mi­nin bu və ya di­g­ər sa­hə­si­nə da­ir mühüm bir pro­ble­min də­rin­dən və hər­tə­rə­f­li təh­li­li üzə­rin­də qu­ru­lur. Ey­ni za­man­da bu­ra­da əsas məq­səd tə­lə­bə­lə­rin fər­di nitq və müha­ki­mə qa­bi­liyy­ə­ti­ni, on­la­rın müs­tə­qil fi­kir söy­lə­mə və təd­qi­qat­çı­lıq vər­di­ş­lə­ri­ni in­ki­şaf et­dir­mək­dir. Odur ki xüsu­si se­mi­nar­la­rın key­fiyy­ət­li və mü­asir tə­ləb­lə­rə müva­fiq təş­ki­li ha­zır­lıq­lı mütə­xəs­sis kadr­la­rın ye­tiş­di­ril­mə­si işi­nə cid­di kö­mək­dir.

Xüsu­si se­mi­nar mə­şğ­ə­lə­lə­ri nə­zə­riyyə ilə prak­ti­ka­nın bir­ləş­di­yi nöq­tə­dir. Mə­şğ­ə­lə­lər nə­zə­ri bi­liyi də­rin­ləş­dir­mək və möh­­kəm­lən­dir­mək məq­sə­di güdür, el­mi-nə­zə­ri fi­kir­lə­ri təcrübi yol­la yox­la­mağa im­kan ve­rir. Tə­lə­bə­lər bu pro­se­s­də el­mi-təd­qi­qat üçün la­zım olan ma­te­ri­al və ava­dan­lıq­lar­la ta­nış olur, on­la­rı öy­rə­nir.

Xüsu­si se­mi­nar mə­şğ­ə­lələ­ri tə­lə­bə­lə­rin ma­te­ri­a­list dün­ya­gö­rüşünün for­ma­laş­ma­sın­da mühüm rol oy­nay­ır.

El­min, tex­ni­ka­nın in­ki­şa­fı, tə­d­ric­ən mürək­kəb­ləş­mə­si ilə əla­qə­dar, xüsu­si se­mi­nar mə­şğ­ə­lə­ləri­nin əhə­miyy­ə­ti il­bə­il ar­tır, ge­­ni­ş­lə­nir. Bu­na gö­rə də məş­ğə­lə­lə­rin sə­viyy­ə­si­ni da­im el­min, kon­kret olaraq, nə­zər­də tu­tu­lan sa­hə ilə əla­qə­dar söy­lə­sək, dil­çi­liy­in in­ki­şaf sə­viy­yə­si ilə ar­dıc­ıl ola­raq əla­qə­lən­dir­mək la­zım gə­lir.

Mə­şğ­ə­lə­lə­rin təş­ki­li pro­se­sin­də tə­lə­bə­lə­rin hər­tə­rə­f­li in­ki­şa­fı­nı və xüsu­sən müstə­qil­liy­i­ni tə­min et­mək vac­ib mə­sə­lə­lər­dən­dir.

II.Müxtə­lif fən­lə­rin tə­d­ri­si qar­şı­sın­da cid­di tə­ləb­lər qoy­ul­duğu müa­sir şə­ra­it­də xüsu­si se­mi­nar mə­şğə­lə­lə­ri­nin təş­ki­lin­də mühüm nöq­san­lar müşa­hi­də olu­nur:

1.Xüsu­si se­mi­nar­lar elm­də ya­ra­nan ən qa­baq­cıl meyil və müla­hi­zə­lər­lə, ye­ni fi­kir­lər­lə zə­if əla­qə­lən­di­ri­lir, ye­ni meyil­lə­rin tə­lə­bə­lə­rə tən­qi­di çat­dı­rıl­ma­sı lə­ng ge­dir. Adə­tən, tə­k­rar olu­nan möv­zu­lar üzə­rin­də iş apa­rı­lır ki, bu da tə­lə­bə­lər­də ma­raq doğ­ur­mur.

2.Se­mi­nar­la­rın apa­rıl­ma­sın­da müa­sir qa­baqc­ıl me­tod­lar­dan az istifa­də edi­lir; baş­qa söz­lə de­sək, bu sa­hə­də bir ümu­mi­ləş­dir­mə yox­dur - xüsu­si se­mi­nar mə­şğ­ə­ləl­əri­nin apa­­rıl­ma­sı me­to­di­ka­sı iş­lən­mə­miş­dir, ona gö­rə də se­mi­nar­la­rın müxtə­lif alim­lər tə­rə­fin­dən təş­ki­lin­də bir müx­tə­li­f­lik müşa­hi­də edil­mək­də­dir.

3.Xüsu­si se­mi­nar mə­şğ­ə­lə­lə­rin­dən is­ti­fa­də yo­lu ilə yu­xa­rı kurs tə­lə­bə­lə­ri­ni el­mi təd­qi­qa­tın ye­ni me­tod­la­rı ilə ta­nış et­mək olar, la­kin bu iş xüsu­si se­mi­nar­la­rın təş­ki­lin­də az nə­zə­rə alı­nır.

4.Ka­fe­d­ra­lar tə­lə­bə­lə­rin müstə­qil iş­lə­ri­nin, el­mi ya­ra­dıc­ı­lığı inki­şaf et­dir­mə­lə­ri­nin qayğı­sı­na az qa­lır - zi­ra hər kəs öz dərs yükünü ödə­mək­lə öz və­zi­fə­si­ni bit­miş he­sab edir.

5.Xüsu­si se­mi­nar­la­rın apa­rıl­ma­sın­da müva­fiq ye­ni tex­ni­ka və ava­dan­lıq­dan, əy­a­ni va­si­tə­lər­dən, de­mək olar ki, is­ti­fa­də edil­mir.

6.Xüsu­si se­mi­nar mə­şğ­ə­lə­lə­ri çox vaxt cəd­vəl üzrə la­zım­sız otaq­lar­da apa­rı­lır; xüsu­si fənn ka­bi­net­lə­ri yox­dur və bu hal tə­d­ri­sin key­fiyy­ə­ti­nə mən­fi tə­sir gö­s­tə­rir.

7.Tə­lə­bə­lər böyük qrup ha­lın­da iş­lə­dik­lə­rin­dən ay­rı-ay­rı möv­zu­lar üzrə işin fər­di ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rət, tə­lə­bə­nin ha­zır­lığ­ı­nın key­fiyy­ət də­rəc­ə­si­ni yox­la­maq im­ka­nı az olur və bir çox tə­lə­bə­lər bun­dan sui-is­ti­fa­də edir­lər.

8.Xüsu­si se­mi­nar mə­şğ­ə­lə­lə­ri­ni is­teh­sa­lat­la əla­qə­lən­dir­mək (bizim is­teh­sa­la­tı­mız əsa­sən or­ta mək­təb­dir), de­mək olar ki, ya­da düşmür.

III.Bi­zim Azər­bayc­an dil­çi­liyi ka­fe­d­ra­sın­da xüsu­si se­mi­nar məşğ­ə­­ləl­əri il­lər­dən bə­ri «Müa­sir Azər­bayc­an ədə­bi di­li» fən­ni üzrə fo­ne­ti­ka, lek­si­ko­lo­g­iya, mor­fo­lo­g­iya və sin­tak­sis mə­sə­lə­lə­ri­nin təkra­rı üzə­rin­də qu­rul­muş­dur. Se­mi­nar­la­rın bu is­ti­qa­mət­də təş­ki­li­nin xüsu­si məq­sə­di var­dı: tə­lə­bə­lə­ri döv­lət im­ta­ha­nı­na - ix­ti­sas­la bağ­lı im­ta­ha­na ha­zır­la­maq və on­la­rı dil­çi­liy­in or­ta mək­təb­lə bağ­lı sa­hə­si üzə­rin­də da­ha çox iş­lət­mək, da­ha çox düşündürmək. Bu cə­hət ümumi məq­sə­də müva­fiq ol­sa da, se­mi­nar­la­rın bu cür qu­rul­ma­sı elmi-me­to­di­ki ba­xım­dan nöq­san­lı idi. Xüsu­si se­mi­nar­la­rın il­lər­lə müa­sir dil möv­zu­la­rı üzrə da­vam et­di­ril­mə­si həm də il­lər­lə sübut edir­di ki, bu is­ti­qa­mət­də iş key­fiyy­ət­siz­dir, xüsu­sən ona gö­rə ki tələ­bə­lər I, II və III kur­slar­da müa­sir di­lin ay­rı-ay­rı sa­hə­lə­ri­nə da­ir al­dıq­la­rı də­rin və si­s­tem­li bi­liyi ye­ni­dən və sət­hi şə­kil­də tə­k­rar­la­mış olur­lar. Bu cür tə­k­rar isə on­la­rı qə­tiyy­ən ma­raq­lan­dı­r­mır, on­la­rın fi­k­ri­ni bir ye­rə cəm­lə­mək, on­la­rı iş­lət­mək çə­tin olur və iş ümu­mən for­mal xa­rak­ter da­şıy­ır. Həm də bə­zən müa­sir dil mütə­xəs­si­sin­dən so­nra xüsu­si se­mi­nar­la­rın dərs yükünü dol­dur­maq üçün qey­ri-ix­ti­sas sa­hib­lə­ri­nə tap­şı­rıl­ma­sı onun ef­fek­ti­ni da­ha da azal­dır.

Xüsu­si se­mi­nar­lar üçün bu cür yayğ­ın möv­zu dey­il, prob­le­ma­tik möv­zu­lar müəyy­ən edil­mə­li­dir. Ali mək­təb qay­da­la­rın­dan bəhs edən ki­tab­da de­yil­diyi ki­mi, son kur­slar­da tə­lə­bə­lə­rə ix­ti­sas fən­ni­nə da­ir tə­d­ris-təd­qi­qat xa­rak­ter­li ki­çik kom­pleks tap­şı­rıq­lar ver­mək la­zım­dır; tə­lə­bə­lər müstə­qil şə­kil­də zə­ru­ri ədə­biyy­at müəy­y­ən­ləş­dir­mə­li, qarşıya qoy­u­lan mə­sə­lə ilə bağ­lı plan tut­mağı ba­car­ma­lı, zə­ng­in mate­ri­al top­la­ma­lı, hə­min ma­te­ri­a­lı el­mi şə­kil­də şərh edə­rək tam, mü­kəm­məl, müfəs­səl he­sa­bat yaz­ma­lı­dır.

Şübhə­siz, bütün müa­sir dil kur­su­nun tə­k­ra­rı yo­lu ilə bu və­zi­fə­­ni ye­ri­nə ye­tir­mək ol­maz­dı. Ona gö­rə də ilk tə­şəbbüs ola­raq, 1975-ci il­də «Dil­dən xüsu­si se­mi­nar» («Ya­zı­­çı və dil», V.İ.Le­nin ad.APİ nəşri,1975) ad­lı dərs və­sa­i­ti ha­zır­la­dıq və çap et­dir­dik.

Bun­dan so­nra möv­zu mə­sə­lə­si tə­d­ric­ən ni­za­ma sa­lın­dı. İn­di fi­lo­lo­g­iya fakültə­si­nin son kur­sla­rın­da «Fel», «30-cu il­lə­rin şeir di­li», «Ni­za­mi­də türk söz­lə­ri», «Bə­dii di­lin xüsu­siyy­ət­lə­ri», «Di­a­lekt və şi­və­lər­də söz ya­ra­dı­cı­lığı» və s. ki­mi möv­zu­lar­da, da­ha kon­kret məsə­lə­lər üz­rə mə­şğ­ə­lə­lər apa­rı­lır. Bu cür möv­zu­lar üzrə mə­şğ­ə­lə­lər apar­maq­la tə­lə­bə­lə­ri da­ha çox ma­raq­lan­dır­maq, da­ha çox işlətmək və on­lar­da təd­qi­qat­çı­lıq bac­a­rığı ya­rat­maq müm­kündür.

Dil­dən xüsu­si se­mi­nar­lar üçün möv­zu­lar elə də­qiq­ləş­di­ril­mə­li­dir ki, tə­lə­bə­nin təd­qi­qat və öy­rən­mə üçün seç­diyi ma­te­rial ona bir şey ver­sin, o, ümu­mi­ləş­dir­mə apa­ra bil­sin, təd­qi­qat­çı­lıq vər­di­şi qa­zan­maq üçün fakt­lar ona yol gö­s­tər­sin. Möv­zu­la­rı elə se­ç­mək, elə də­qiq­ləş­dir­mək la­zım­dır ki, tə­lə­bə ki­çik şey­lər­lə əl­lə­şə-əl­lə­şə qal­ma­sın, o, bir sı­ra tu­tar­lı fakt­la­rın təh­li­li fo­nun­da di­lin ümu­mi nə­zə­ri-es­te­tik pro­blem­lə­ri ilə mə­şğ­ul ola bil­sin, fakt­lar­dan al­dığı tə­əssürat onu ayılt­sın, bütün aşağı kur­slar­da al­dığı bi­lik­lə­ri sin­tez edə bil­sin.

Bu­nun üçün müəl­lim də çox iş­lə­mə­li, tə­lə­bə­ni ay­ıq nə­zər­lə istiqa­mət­lən­dir­məyi bac­ar­ma­lı, onun yönünü əsas fakt­­la­ra və el­mi ümu­mi­ləş­dir­mə is­ti­qa­mə­ti­nə çe­vir­məyə na­il ol­ma­lı­dır.

 

Bütün bun­la­rı la­zı­mi sə­viyy­ə­də həy­a­ta ke­çi­rə bil­mək üçün müəl­li­min ümu­mi iş pla­nı, təq­vim-te­ma­tik pla­nı ka­fe­d­ra­da cid­di müza­ki­rə edil­mə­li­dir. Xüsu­si se­mi­nar möv­zu­la­rı ilə əla­qə­dar, müəl­lim və tə­lə­bə­lə­rin əli al­tın­da la­zı­mi ma­te­ri­al, bə­dii və el­mi ədə­biyy­at olmalı, təd­qi­qa­tın və ümu­mən mə­şğ­ə­lə­lə­rin sə­mə­rə­li apa­rıl­ma­sı üçün əlve­ri­ş­li yer və şə­ra­it ya­ra­dıl­ma­lı­dır.

Ha­zır­kı şə­ra­it­də bu tə­ləb­lə­rin bir ço­xu haq­qın­da müs­bət fi­kir söy­lə­mək çə­tin­dir. Ona gö­rə də müəl­lim və tə­lə­bə­lə­rin səy­lə­ri bəzən sə­mə­rə­siz olur, və­sa­it və şə­ra­it yox­luğu mə­şğ­ə­lə­lə­rin key­fiyy­ə­ti­nə mən­fi tə­sir gö­s­tə­rir. Doğ­ru­dur, biz xüsu­si kur­slar üçün kom­pleks pro­qram ha­zır­lay­ıb çap et­dir­mi­şik («Dil­dən xüsu­si kurs proq­ra­mı», APİ nə­ş­ri,1982), la­kin xüsu­si se­mi­nar­lar üçün be­lə bir pro­qram ha­zır­la­maq ba­rə­də hə­lə düşünmürük.

Qeyd edi­lən oby­ek­tiv çə­tin­lik və ça­tış­maz­lıq­lar ara­dan qal­dı­rıl­maq­la, xüsu­si se­mi­nar­la­rın möv­zu­la­rı və ay­rı-ay­rı möv­zu­lar üzrə saat­la­rın bö­lgüsü diq­qət­lə müza­ki­rə edi­lib-də­qiq­ləş­di­ril­mək­lə məşğə­lə­lə­rin key­fiyy­ə­ti gü­nün tə­ləb­lə­ri sə­viyy­ə­si­nə qal­dı­rı­la bi­lər.

 

1984

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az