BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

«AZƏR­BAYC­AN DİLİ» - 7

 

Azər­bayc­an SSR Ma­a­rif Na­zir­liy­i­nin plan-pro­qram şö­bə­si, ET­PEİ və «Ma­a­rif» nə­ş­riyy­a­tı son il­lər­də or­ta mək­təb dər­slik­lə­ri­nin yüksək key­fiyy­ət­də ha­zır­lan­ma­sı üçün xüsu­si qayğı gö­s­tə­rir; ye­ni dər­slik­lə­rin, o cümlə­dən dil dər­slik­lə­ri­nin tər­ti­bi və nə­ş­ri pro­se­sin­də so­vet mək­tə­bi­nin qar­şı­sın­da du­ran və­zi­fə­lər, şa­g­ird­lə­rin mə­nə­vi-es­te­tik tər­biy­ə­si və hər­tə­rə­f­li in­ki­şa­fı da­ha diq­qət­lə nə­zə­rə alı­nır. Maa­rif Na­zir­liyi nəz­din­də dərs­lik ko­mis­siy­a­sı, xüsu­si­lə ET­PEİ-nin əla­qə­dar şö­bə­lə­ri Ə.Əfən­di­za­də və Y.Kə­ri­mo­vun rəh­bər­liyi ilə dərslik­lə­rin ge­niş və hə­qi­qi işgü­zar müza­ki­rə­lə­ri­ni ke­çi­rir. Bir qay­da ola­raq dər­slik müza­ki­rə­lə­rin­də müəl­li­f­lər­lə ya­na­şı, «Ma­a­rif» nə­ş­riyy­a­tı­nın iş­çi­lə­ri, or­ta mək­tə­bin qa­baq­cıl müəl­lim­lə­ri iş­ti­rak edir, müəl­lim sözü, müəl­lim ar­zu­su, bi­la­va­si­tə or­ta mək­tə­bin şə­ra­it və tələb­lə­ri diq­qət mər­kə­zi­nə qoy­u­lur. Bu­na gö­rə də in­di­ki dər­slik­lə­ri mü­əy­yən mə­na­da on il əv­vəl­ki bə­zi dər­slik­lər­lə müqay­i­sə et­mək qey­ri-mümkündür. Bu hal rus mək­­tə­bi üçün «Azər­bayc­an di­li» dərslik­lə­ri­nə da­ha çox aid­dir. Bir ne­çə il­dir ki, ET­PEİ tə­rə­fin­dən rus mək­tə­bi­nin II - X si­ni­f­lə­ri üçün ilk də­fə ola­raq kom­pleks pro­qram ha­zır­lan­mış, müza­ki­rə və çap edil­miş­dir. Pro­qram­la ya­na­şı, de­mək olar ki, bütün si­ni­f­lər üçün dər­slik­lər də tə­zə­lən­miş­dir. Yu­xa­rı­da qeyd olu­nan üçlük dər­slik müəl­li­f­lə­ri­nin qar­şı­sı­na cid­di tə­ləb­lər qoyur, ha­zır­la­nac­aq ye­ni dər­slik­lə­rin key­fiy­yə­ti­nə nə­za­rət edir. Təbii ola­raq, ye­ni dərs­lik­lər ha­zır­la­nar­kən rus­la­rın, qar­daş xal­q­la­rın, xa­rici öl­kə alim­lə­ri­nin ən yax­şı ənə­nə­lə­ri, bi­zim öz ke­ç­miş ənə­nə­lə­ri­miz müəl­li­f­lə­rə kö­mək edir. «Ma­a­rif» nə­ş­riyy­a­tı bir sı­ra tex­ni­ki çətin­lik­lə­ri ləğv edə bil­mə­sə də, dər­slik­lə­rin nə­ş­ri­nin yax­şı­laş­dı­rıl­ma­sı­na səy edir. Rus mək­tə­bi­nin I-IV si­nif­lə­ri üçün «Azər­bayc­an dili» dər­slik­lə­ri­nin rə­ng­li şə­kil­lər­lə, of­set üsu­lu ilə bu­ra­xıl­ma­sı təqdi­rə­lay­iq­dir. Xey­li vaxt­dır ki, mək­təb dər­slik­lə­ri I növ kağ­ız­da bu­ra­xı­lır.

Dər­slik­lə­rin el­mi-pe­da­qo­ji ba­xım­dan yüksək key­fiyy­ət­də ha­zır­lan­ma­sın­da gənc və is­te­dad­lı mütə­xəs­sis­lə­rin işə cəlb edil­mə­si də mühüm ro­la ma­lik­dir. Rus mək­tə­bi­nin VII sin­fi üçün ye­ni «Azər­bayc­an di­li» (1984) dər­sliyi bütün bu qayğ­ı­la­rın dəy­ər­li nə­tic­ə­si­dir. Müəl­li­f­lər - V.İ.Le­nin adı­na APİ-nin do­sen­ti N.Ə.­Ab­dul­lay­ev və ET­PEİ-nin əmək­da­şı V.T.Qur­ba­nov dər­sli­yi ta­ma­mi­lə tə­zə­lə­miş, yüksək key­fiyy­ət­li bir dər­slik ya­rat­mı­ş­lar. Dərs­li­y­in el­mi re­dak­to­ru prof. Y.Sey­i­dov­dur.

Rus mək­tə­bi üçün «Azər­bayc­an di­li» dər­slik­lə­ri­nin bi­rinci və­zi­fə­si rus mək­tə­bi şa­g­ird­lə­ri­nə Azər­bayc­an di­li­ni prak­tik şə­kil­də öyrət­mək, on­la­rın bu dil­də da­nış­maq vər­di­ş­lə­ri­ni in­ki­şaf et­dir­mək, lüğət eh­ti­ya­tı­nı zən­gin­ləş­dir­mək­dir. Bu­na gö­rə də dər­slik mü­əl­lif­lə­ri bütün əv­vəl­ki si­ni­f­lər­də (II-IV) ke­çil­miş ma­te­ri­al­la­rı diq­qət­lə hesa­ba al­mı­ş­lar. Ye­ni «Azər­bayc­an di­li» dərs­lik­lə­ri­nin mü­­­hüm bir üstünlüyü bu cə­hə­tə əsas­lan­ma­la­rın­da­dır. Bun­suz mətnlə­rin tə­d­rici mürək­kəb­ləş­di­ril­mə­si də, lek­sik mi­ni­mu­mun təq­­ri­bi mü­əy­yən­ləş­di­ril­mə­si də qey­ri-mümkün olar­dı və dər­slik­lər­də is­tər-is­tə­məz an­la­şıl­maz­lıq­la­ra, yer­siz tə­k­rar­la­ra yer ve­ri­lər­di. Bu hal əs­lin­də dər­slik ko­mis­siya­sı­nın qar­şıya qoy­duğu ümu­mi tə­ləb­lər­dən doğ­ur. Elə bu­na gö­rə də se­çil­miş mətn­lər ye­ni­liyi, ori­ji­nal­lığı və ta­ma­mi­lə ye­ni tə­lim ma­te­ri­a­lı ol­maq key­fiyy­ət­lə­ri ilə diq­qə­ti cəlb edir. Ay­rı-ay­rı dər­slər­də (dər­slik 40 dər­sdən və si­nif­dən­xa­ric oxu ma­te­ri­al­la­rın­dan iba­rət­dir) di­a­loq nit­qi­nə ge­niş yer ve­ril­miş, ke­ç­miş bi­liy­in tə­k­ra­rı, qram­ma­tik ma­te­ri­al­la­rın mə­nim­sə­dil­mə­si, nitq in­ki­şa­fı və lüğət eh­tiy­a­tı­nın zə­ng­in­ləş­di­ril­mə­si ilə ya­na­şı, şa­g­ird­lə­rin kom­mu­nist tər­biy­ə­si, mənə­vi-siy­a­si in­ki­şa­fı, el­mi yet­kin­liyi, hər­tə­rə­f­li bir şəx­siyy­ət ki­mi for­ma­laş­ma im­kan­la­rı və s. mü­hüm mə­sə­lə­lə­rə də xüsu­si diq­qət yeti­ril­miş­dir. Dər­slik­də par­tiya, sülh, və­tən, ana di­li, gör­kəm­li sə­nət adam­la­rı, gənc­lə­rin həy­a­tı və müba­ri­zə­si, xalq tə­sərrüfa­tı, fə­sil­lər, məh­sul və əmək nəğ­mə­si, əmək adam­la­rı, müha­ri­bə və do­st­luq, təbi­ət və onun gö­zəl­lik­lə­ri, ke­ç­mi­şin unu­dul­maz ha­di­sə və adam­ları, va­li­deyn se­vg­i­si və s. haq­qın­da yığc­am və gö­zəl he­kay­ə­lər, şeir­lər top­lan­mış­dır. Əsas mətnlər sa­də və an­la­şıq­lı, pro­qram tə­ləb­lə­ri­nə, şa­g­ird­lə­rin yaş və bi­lik sə­viyy­ə­si­nə uyğ­un­dur. Bə­dii par­ça­lar ək­sə­rən gör­kəm­li sə­nət adam­la­rı­nın ya­ra­dıcı­lığ­ın­dan se­çi­lib gö­türül­müş­dür. La­kin bu­ra­da bə­zən nis­bə­tin po­zul­duğu da mü­­şa­hi­də edi­lir. S.Vu­rğ­un­dan 12 müxtə­lif bə­dii par­ça ve­ril­miş­dir. S.Vu­rğ­u­nun böyük­lüyünə söz yox­dur, la­kin görün­dü­yü üzrə, bu­ra­da hüdud po­zul­muş­dur. Di­g­ər tə­rəf­dən, dərs­lik­də hə­lə ədə­bi ic­ti­ma­iyy­ə­tin şa­ir ki­mi ta­nı­ma­dığı şəxs­lə­rin şeir­lə­ri­nə də tə­sadüf edi­lir. Bu ki­tab­da özü şeir­dən əl çə­kən na­sir­lə­ri­mi­zin şeir­lə­ri­nə də rast gəl­mək olar. Doğ­ru­dur, məş­hur şa­ir­lə­ri­mi­zin ya­ra­dıc­ı­lığ­ın­da yax­şı mək­təb şeir­lə­ri, Sa­bi­rin, Səh­hə­tin, Şa­i­qin şeir­lə­ri­nə müva­fiq qüdrət­li uşaq əsər­lə­ri çox az­dır. La­kin bu­nun­la be­lə, bu sa­hə­də ax­ta­rı­ş­lar apar­maq, hə­qi­qi şa­ir ya­ra­dı­cı­lığ­ı­na nə­zər sal­maq, hə­qi­qi şa­ir pa­s­por­tu­nu da­şı­­yan­lar­la iş­lə­mək, on­la­rı iş­lət­mək la­zım­dır; çünki şeir yal­nız tə­lim ma­te­ri­a­lı ola­raq qal­mır, o həm də bi­zim sə­nət adam­la­rı ilə rus mək­tə­bi şa­g­ird­lə­ri­ni - gənc­liy­in böyük bir qo­lu­nu ta­nış et­məy­in mühüm bir yo­lu­dur.

Aşağı si­ni­f­lər­də ol­duğu ki­mi, bu si­nif­də də müəl­li­f­lər Azər­bay­can di­li­ni prak­tik şə­kil­də yax­şı bi­lən şa­gird­lər üçün əla­və oxu mətnlə­ri və ça­lış­ma­lar tər­tib et­mi­ş­lər. Bun­lar bir qə­dər mürək­kəb­liyi ilə əsas mətn­lər­dən se­çi­lir və bu­na gö­rə də şa­g­ird­lə­rin di­li mə­nim­sə­mə im­kan­la­rı­nı ge­ni­ş­lən­dir­mək üçün fay­da­lı­dır.

Bə­zi mətnlər­də az da ol­sa, üslu­bi qüsur­lar nə­zə­rə çar­pır: «Cə­mi­lə xa­la­nın ki­çik oğ­lu əsg­ə­ri xid­mət­də idi. Bir poç­taly­on ona üs­tü mö­hürlü bir mək­tub gə­tir­di» (s.48) - cümlə­lə­rin­dən ikinc­i­sin­də «ona» sözünün ki­mə - Cə­mi­lə xa­­laya və ya onun oğ­lu­na aid ol­du­ğu yal­nız so­nra­kı cüm­lə­lər­dən ba­şa düşülür. Bu­ra­da «əs­gə­ri xid­mət­də» bir­ləş­mə­si də ağır­dır. «Mah­mud ba­ba», «Aka­de­mik Mu­s­­ta­­fa Top­çu­ba­şov» mətnlə­ri­nin bir sı­ra cümlə­lə­rin­dən be­lə çı­xır ki, Mah­mud baba da (Mah­mud Ey­va­zov), Mu­s­ta­fa Top­çu­ba­şov da ha­­­zır­da sağ-sa­la­mat­dır.

Dər­slik­də ça­lış­ma­lar xüsu­si si­s­tem təş­kil edir. Əv­vəl­ki dərs­lər­də öy­rə­dil­miş qram­ma­tik ma­te­ri­a­lın tək­ra­rı, ye­ni ma­te­ri­al­la­rın mə­nim­sə­dil­mə­si, nitq in­ki­şa­fı, Azər­bayc­an di­lin­dən rus di­li­nə və ək­si­nə tərcümə­lər, im­la və ifa­də ya­zı vər­di­ş­lə­ri mə­sə­lə­lə­ri hər bir pa­ra­qraf­da nə­zər­də tu­tul­muş­dur. Əv­vəl­dən axı­ra qə­dər ya­zı ilə ədə­bi tələffüzün fər­q­li cə­hət­lə­ri əmə­li mi­sal­lar­la, nümu­nə­lər­lə izah edi­lir. Ar­dıc­ıl ola­raq əv­vəl­ki si­nif­lər­də ke­çil­mi­ş­lər ya­da sa­lı­nır, ye­ni ma­te­ri­al­lar­la ge­niş­lən­di­ri­lir və də­rin­ləş­di­ri­lir. La­kin bə­zi ça­lış­ma­lar­da bir qə­dər ümu­mi­lik var­dır. «Azər­bayc­an di­lin­də han­sı söz­lə­rin tə­ləffüzü düzgün ya­zı­lı­şın­dan fərq­lə­nir?», «Kras­no­don qə­h­rə­man­la­rı­nın - Oleq Ko­şe­voy­un mü­ba­ri­zə do­st­la­rı­nın ad­la­rı­nı ya­zın» - ki­mi cümlə­lər­də tə­ləb çox ge­niş­dir. Si­no­nim cə­r­gə­lə­rə, an­to­nim qar­şı­laş­dır­ma­la­ra aid bə­zi tə­ləb­lə­ri ic­ra et­mək Azər­bay­can mək­tə­bi şa­g­ird­lə­ri üçün də çə­tin­lik tö­rə­də bi­lər­di. Bu cür nöq­san­la­ra bax­may­a­raq, ümumi­lik­də ça­lış­ma­lar düşün­dürücü, öy­rə­dici xa­rak­ter­də­dir və leksik-qram­ma­tik ma­te­ri­al­la­rın mə­nim­sə­dil­mə­si üçün ge­niş im­kan ya­ra­dır.

 

 

Rus mək­tə­bi­nin VII sin­fin­də rus di­li dər­slə­rin­də söz bir­ləş­mə­lə­ri və cümlə (sa­də cümlə) bəh­slə­ri öy­rə­ni­lir. Rus mək­tə­bi üçün «Azər­bayc­an di­li» dər­sliy­in­də də ey­ni ma­te­ri­al­la­rın öy­rə­dil­mə­si plan­laş­dı­rıl­mış­dır. Qram­ma­tik ma­te­ri­al­la­rın bu cür müva­fiq şə­kil­də ni­za­ma sa­lın­ma­sı həm bi­la­va­si­tə dər­slik­də müqay­i­sə­lər apar­mağa im­kan ve­rir, həm də şa­g­ird­lə­rin müstə­qil müha­ki­mə yürüt­mə­si­nə şəra­it ya­ra­dır. Elə bu­na gö­rə də dər­slik­də bir sı­ra qram­ma­tik ma­te­ri­al­la­rı ye­ni­dən şərh et­məyə eh­tiy­ac ol­ma­mış, müəl­li­f­lər düzgün olaraq, rus di­li dər­sliy­i­nə əsas­lan­mağı məs­lə­hət gör­müş­lər. Yal­nız zə­ru­rət ol­duq­da Azər­bayc­an di­li­nin spe­si­fik qu­ru­luş xüsu­siyy­ət­lə­ri­nə da­ir mə­lu­mat və nümu­nə­lər ve­ril­miş­dir. Nə­zə­ri-qram­ma­tik iza­hat el­mi cə­hət­dən sə­lis və yığc­am­dır, az hal­lar­da müba­hi­sə doğ­u­ra bi­lən qeyd­lə­rə tə­sadüf edi­lir. «Baş üzv­lər­dən baş­qa, ikinci də­rəc­ə­li üzvlər də iş­ti­rak edən cüm­ləyə ge­niş cümlə dey­i­lir» - şək­lin­də tə­rif ve­ri­lir­sə, izah edil­mə­li­dir ki, ge­niş cümlə­də hər iki baş üzvün müt­ləq mövc­ud­luğu vac­ib dey­il­dir. Heç müxtə­sər cümlə­lə­rin də mütləq hər iki baş üzvün iş­ti­ra­kı ilə qu­rul­ma­sı vac­ib dey­il. Əks təq­dir­də, tək­tər­kib­li müxtə­sər və ge­niş cüm­lə­lər unu­dul­muş olur. «Mətn da­xi­lin­də baş üzvlə­rin­dən bi­ri və ya hər iki­si bu­ra­xıl­mış cümləyə ya­rım­çıq cümlə dey­i­lir»- tə­ri­fi də ya­rım­çıq cümlə­lə­ri tam əha­tə et­mir və ikinci də­rəc­ə­li üzvlə­rin bu­ra­xıl­ma­sı yo­lu ilə ya­ra­nan ya­rım­çıq cümlə­lər kə­nar­da qa­lır. Rus mək­tə­bi üçün rus di­li dər­slik­lə­rin­də bu cə­hət izah edil­miş­dir. Ümu­mən hiss olu­nur ki, rus mək­tə­bi üçün rus və Azər­bayc­an di­li dərs­lik­lə­ri­nin əla­qə­si­ni güc­lən­dir­mək və müqa­yi­­sə­lər üçün da­ha çox im­kan ya­rat­maq la­zım­dır.

Müəl­li­f­lər lek­sik mi­ni­mu­mu da pro­qram tə­ləb­lə­ri­nə uyğ­un müəyy­ən­ləş­di­rə bil­mi­ş­lər. Şa­g­ird­lə­rin fə­al lüğət eh­tiy­a­tı­na da­xil olma­sı nə­zər­də tu­tu­lan söz­lə­rin düzgün se­çil­mə­si və ça­lış­ma­lar­da müxtə­lif üsul­lar­la tə­k­rar-tək­rar iş­lə­dil­mə­si ki­ta­bın üstün cə­hət­lə­rin­dən­dir.

Rus mək­tə­bi­nin VII sin­fi üçün ye­ni «Azər­bayc­an di­li» dər­sliyi öz yüksək key­fiyy­ət­lə­ri ilə əv­vəl­ki dər­slik­dən fərq­lə­nə­rək, mil­li di­li­mi­zin rus mək­tə­bi şa­g­ird­lə­ri­nə öy­rə­dil­mə­si ba­xı­mın­dan qar­şı­da du­ran tə­ləb­lə­rə layi­qin­cə ca­vab ve­rəc­ək­dir.

 

21.08.1984

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az