BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

IV-VI­II SİNİFLƏRİN «AZƏRBAYCAN Dİ­Lİ »

PRO­QRAM­LA­RI

 

Par­tiya və hö­ku­mə­ti­mi­zin ümum­təh­sil mək­təb­lə­ri haq­qın­da son qə­rar­la­rı ilə əla­qə­dar IV-VI­II si­ni­f­lə­rin «Azər­­bayc­an di­li» pro­­qra­mı­na ye­ni­dən ba­xıl­mış, El­mi-Təd­qi­qat Pe­da­qo­ji Elm­lər İns­ti­tu­tu­nun müva­fiq şö­bə­si tə­rə­fin­dən ha­zır­lan­mış ye­ni lay­i­hə ya­xın­lar­da çap olu­na­raq («Azər­bayc­an di­li və ədə­biyy­at tə­d­ri­si», 1979, ¹ 2) müza­ki­rəyə ve­ril­miş­dir. Əv­vəl­ki pro­qra­mın tək­mil­ləş­di­ril­miş bu ye­ni vari­an­tı öz zə­ng­in­liyi, əha­tə­li­liyi, ar­dıc­ıl və si­s­tem­li qu­rul­ma­sı ilə diq­qə­ti cəlb edir. Proq­ram­da­kı bir sı­ra ye­ni­lik­lər şa­g­ird­lə­rin qar­şı­sı­na da­ha kon­kret tə­ləb­lər qoy­maq­la ya­na­şı, müəl­li­min işi­ni cid­di şəkil­də is­ti­qa­mət­lən­di­rir, əsas diq­qə­ti nəyə yö­nəlt­mək la­­zım ol­duğu­nu müəyy­ən­ləş­dir­məyə da­ha ge­niş im­kan ve­rir.

Mə­lum­dur ki, pro­qram­dan çox şey ası­lı­dır. Pro­qram nə qə­dər əha­tə­li, ar­dıc­ıl və si­s­tem­li qu­rul­muş ol­sa, aid ol­duğu sa­hə­lər­də bir o qə­dər çox fay­da ve­rər. Böyü­mək­də olan nəs­lin bi­lik hüdu­du proqram va­si­tə­si­lə müəyy­ən­ləş­di­ri­lir. Pro­qra­mın ye­ni­ləş­mə­si dərs­lik­lə­rin də tə­zə­lən­mə­si­ni və tək­mil­ləş­di­ril­mə­si­ni tə­ləb edir. Bu cəhət­lə­ri nə­zə­rə ala­raq, biz ye­ni lay­i­hə haq­qın­da öz müla­hi­zə­lə­ri­mizi qeyd et­mək is­tər­dik.

Tə­bi­i­dir ki, lay­i­hə­də ma­te­ri­al­la­rın si­ni­f­lər üzrə böl­güsü əv­vəl­ki ənə­nəyə əsas­la­nır. Di­lin tər­kib his­sə­lə­ri­nin, or­ta mək­təb üçün se­çil­miş təcrübi və el­mi-nə­zə­ri mə­sə­lə­lə­rin ar­dıc­ıl­lıq­la öy­rə­nil­mə­si proqra­mın əsas is­ti­qa­mə­ti­ni təş­kil edir. Yal­nız IV si­nif­də müəyy­ən mə­na­da ümu­mi si­s­tem və ar­dıc­ıl­lıq po­zul­muş­dur. Bu sin­fin pro­qram ma­te­ri­al­la­rı­nın düzülüşündə qə­ti bir sis­tem görünmür. Əy­a­ni ol­maq üçün əsas möv­zu­la­rın lay­i­hə­də­ki düzülüşünə nə­zər sa­laq:

«İc­ti­mai həy­at­da di­lin ro­lu» (1 s.), «İb­ti­dai si­nif­lər­də ke­çil­mi­ş­lə­rin tə­k­ra­rı» (15 s.), «Sin­tak­sis və du­rğu işa­rə­lə­ri» (33 s.), «Fo­ne­ti­ka» (20 s.), «Lek­si­ka» (12 s.), «Söz ya­ra­dıc­ı­lığı» (28 s.), «IV si­nif­də ke­çil­mi­ş­lə­rin tə­k­ra­rı və ümu­mi­ləş­di­ril­mə­si» (10 s.).

 

Göründüyü ki­mi, bu­ra­da elə bir ar­dıc­ıl­lıq yox­dur. Şa­gird­lər dil haq­qın­da mə­lu­mat­dan so­nra əv­vəl­ki il­lər­də ke­çil­mi­ş­lə­rin tə­k­ra­rı­na qay­ı­dır, bir­dən-bi­rə sin­tak­si­sə, so­nra ye­ni­dən fo­ne­ti­kaya, əlif­baya, nə­hay­ət, lek­si­kaya, söz ya­rac­ı­lığ­ı­na ke­çir. Bizcə, bu ha­lın sə­bə­bi IV sin­fin ara pil­lə ki­mi nə­zər­də tu­tul­ma­sı­dır.

IV si­nif san­ki I-III si­ni­f­lər­lə V-VI­II si­ni­f­lə­ri qo­vuş­du­ran və ayıran pil­lə­dir. I - III si­ni­f­lər­də ke­çi­lən­lər­dən IV sin­fə də pay qa­lır. Ey­ni za­man­da, əsas ar­dıc­ıl bi­lik­lər si­s­te­mi V si­nif­dən ba­ş­lan­sa da, bə­zi bəh­slə­rin öy­rə­nil­mə­si IV sin­fin öh­də­si­nə düşür. Qı­sa de­sək: ibti­dai si­nif­lər­də ke­çi­lən­lər ta­mam­la­nır, yu­xa­rı si­ni­f­lə­rə aid ma­te­ri­al­lar IV si­nif­dən ba­ş­la­nır. Ona gö­rə də bu sin­fin ma­te­ri­al­la­rı­nın düzü­lüşünə da­ha diq­qət­li ol­maq la­zım gə­lir. IV sin­fin pro­qra­mı V-VI­II sini­f­lər­də ke­çi­lən­lər­lə aşağ­ı­da­kı şə­kil­də əla­qə­dar­dır: bu­ra­da fo­ne­ti­ka ke­çi­lib qur­ta­rır və so­nra­kı si­ni­f­lər­də onun bu və ya di­g­ər mə­sə­lə­si yal­nız əla­və ça­lış­ma­lar­la ya­da sa­lı­nır: lek­si­ko­lo­g­iya ( lek­si­ka yox, lek­si­ko­lo­g­iya ad­lan­dır­maq düz­gün­dür) baş­la­nır və V si­nif­də ta­mam­la­nır: söz ya­ra­dı­cı­lı­ğı ke­çi­lir və V si­nif­də ay­rı-ay­rı nitq his­sə­lə­ri­nin təd­ri­­si pro­se­sin­də ge­ni­ş­lən­di­ri­lir; sin­tak­sis və du­rğu işa­rə­lə­ri haq­qın­da mə­lu­mat ve­ri­lir, bu möv­zu VII-VI­II si­nif­lər­də ge­niş şə­kil­də tədris olu­nur. Bu­ra­da şa­g­ir­d­lə­rin son­ra­kı fə­a­liyy­ə­ti üçün bir uyğ­un­suz­luq var­dır. Bu uyğ­un­suz­lu­ğu ara­dan qal­dır­maq üçün IV sin­fi elə plan­laş­dır­maq olar ki, müəyy­ən nöq­tə­də ib­ti­dai si­nif ma­te­ri­al­la­rı­nın bit­di­yi, ge­niş, si­s­tem­li mə­lu­ma­tın ba­ş­lan­dığı bi­lin­sin. Bu­nun üçün ibti­dai sini­f­lər­də ke­çil­mi­ş­lə­rin tə­k­ra­rın­dan so­nra «sin­tak­sis və du­rğu işa­rə­lə­ri» böl­mə­si­ni ver­mək­lə ki­ta­bın bi­rinci his­sə­si­ni bit­miş he­sab etmək olar.

İkinci his­sə­ni dil haq­qın­da mə­lu­mat­la ba­ş­la­maq, fo­ne­ti­ka, lek­si­ko­lo­g­iya və fra­ze­o­lo­g­iya mə­sə­lə­lə­ri­ni əha­tə et­mək olar. Bu his­səyə im­kan da­xi­lin­də fo­ne­ti­kaya ve­ri­lən sa­at­la­rı («sin­tak­sis və dur­ğu işarə­lə­ri» böl­mə­si he­sa­bı­na) bir qə­dər ar­tır­maq la­zım­dır. Lek­si­ko­lo­g­iya və fra­ze­o­lo­g­iya mə­sə­lə­lə­ri­ni də IV si­nif­də ba­ş­layıb ta­mam­la­maq mümkündür. Bu böl­mə­dən lay­i­həyə əsa­sən V sin­fə 15 sa­at­lıq ma­te­ri­al sax­la­nıl­mış­dır ki, hə­min ma­te­ri­al da şi­və və ix­ti­sas söz­lə­ri­ni, alın­ma­la­rı, fra­ze­o­lo­g­iya haq­qın­da yığc­am mə­lu­ma­tı əha­tə edir.

Pro­qram­da­kı bə­zi ter­min­lə­rin də­qiq­ləş­di­ril­mə­si­nə eh­tiy­ac var­dır. Ta­be­li mürək­kəb cümlə­nin kom­po­nent­lə­ri lay­i­hə­də bə­zən «baş his­sə», «bu­daq his­sə» ki­mi qeyd olun­muş­dur. Bun­la­ra nə­zə­ri və əmə­li sa­hə­də ha­mı ar­tıq «baş cümlə», «bu­daq cümlə» şə­klin­də vər­diş etmiş­dir. Proq­ram­da gah «fe­li bir­ləş­mə­lər», gah da «tər­kib» ter­min­lə­ri iş­lə­di­lir. Bun­lar­dan bi­ri­ni - bi­rinc­i­si­ni sax­la­maq yax­şı olar­dı. Feli bir­ləş­mə­lə­rin (tər­kib­lə­rin) sin­tak­si­s­də de­yil, mor­fo­lo­g­iy­a­da - fel bəh­sin­də öy­rə­nil­mə­si nə­zər­də tu­tul­muş­dur. La­kin bu­ra­da da möv­zu tam əha­tə olun­mur: fe­li si­fət bir­ləş­mə­si haq­qın­da an­lay­ış xüsu­si nəzər­də tu­tul­duğu və ona 2 sa­at vaxt ve­ril­diyi hal­da, fe­li bağ­la­ma, mə­s­dər bir­ləş­mə­lə­rin­də bu cə­hət gö­rünmür. Bun­la­ra sin­tak­si­sin əvvə­lin­də, is­mi bir­ləş­mə­lər­lə ya­na­şı, «fe­li bir­ləş­mə­lər» adı al­tın­da yer ver­mək da­ha oby­ek­tiv olar­dı (is­mi bir­ləş­mə­lə­ri isə müəyy­ən­lik və qey­ri-mü­əy­yən­lik bir­ləş­mə­lə­ri ki­mi dey­il, əv­vəl­ki şə­kil­də növ­lər üzrə qrup­laş­dır­maq pis ol­maz­dı).

Ye­ni pro­qram­da söz­dəy­iş­di­rici şə­kil­çi­lər əvə­zi­nə, qram­ma­tik şə­kil­çi­lər ter­mi­ni iş­lə­di­lir. Bu ba­rə­də bir qə­dər düşünməyə dəy­ər, çünki əs­lin­də bütün şə­kil­çi­lər qram­ma­tik xüsu­siyy­ə­tə ma­lik­dir və be­lə ol­ma­sa idi, sözdüzəl­dici şə­kil­çi­lər­dən mor­fo­lo­g­iy­a­da bəhs et­mək la­zım gəl­məz­di.

Pro­qra­mın «Sin­tak­sis» his­sə­sin­də be­lə ba­ş­lıq­lar var­dır: «Hər iki baş üzvün iş­ti­rak et­diyi sa­də cümlə­lər» (s.19), «baş üzvlər­dən yal­nız bi­ri­nin iş­ti­rak et­diyi sa­də cümlə­lər» (s.7). Bun­lar­la bə­ra­bər, elə ora­daca cüttər­kib­li və tə­ktər­kib­li cümlə­lər ter­min­lə­ri də iş­lə­di­lir. Bu ter­min­lə­ri pro­qra­ma da­xil et­mək məs­lə­hət­dir­sə, elə ba­ş­lıq­lar da bunlar­dan iba­rət ola bi­lər­di. Hə­min his­sə­lər­də bir si­s­tem­siz­lik və pəra­kən­də­lik də müşa­hi­də olu­nur.

«Hər iki baş üzvün iş­ti­rak et­diyi sa­də cümlə­lər» baş­lığ­ın­dan dər­hal so­nra cümlə­nin məq­sə­də gö­rə növ­lə­ri­nin tə­k­ra­rı nə­zər­də tu­tu­lur. Be­lə gü­man olu­na bi­lər ki, cüm­lə­nin məq­səd və in­to­na­siy­aya gö­rə növ­lə­ri yal­nız sa­də cüt­tər­kib­li cümlə­lə­rə aid­dir. Cüm­lə­nin məq­səd və in­to­na­siy­aya gö­rə bö­lgüsü hər cür (həm sa­də, həm də mürək­kəb) cüm­lə­lə­ri əha­tə et­diy­in­dən ya sa­də cümlə prob­le­min­dən əv­vəl, ya da mürək­kəb cümlə­nin tə­d­ri­sin­dən so­nra ve­ri­lə bi­lər.

Ümu­miyy­ət­lə, pro­qram və dər­slik­də yığc­am şə­kil­də cüm­lə­nin təs­ni­fi ba­rə­də da­nış­maq olar. Cümlə­nin tə­d­ri­si­nə ba­ş­lay­ar­kən onu əv­vəlcə məq­səd və in­to­na­siy­aya gö­rə, son­ra da qu­ru­luşca təs­nif etmək, sa­də cümlə­nin özünün də cüttər­kib­li və tək­tər­kib­li (tək­tər­kib­li­ni də növ­lə­rə ay­ır­maq­la), müxtə­sər və ge­niş, bütöv və ya­rım­çıq olmaqla müxtə­lif növ­lə­rə ay­rıl­dığ­ı­nı gö­s­tər­mək la­zım­dır. Sonra bunla­rın hər bi­ri haq­qın­da la­zı­mi mə­lu­mat ve­ri­lə bi­lər.

Möv­zu­la­ra ve­ri­lən sa­at­lar­da və bə­zi möv­zu­la­rın əha­tə da­i­rə­sin­də də­qiq­ləş­dir­mə­lə­rə eh­tiy­ac var­dır. Də­qiq gö­tür-qoy et­mək­lə bə­zi tək­rar­la­rı da ara­dan qal­dır­maq olar. IV sin­fin əv­vəl­in­də - ke­çil­mi­ş­lə­rin tə­k­ra­rı his­sə­sin­də «q»-nın «ğ»- ya, «k»-nın «y»-ya keç­mə­si­nə üç saat vaxt ve­ril­miş, fo­ne­ti­ka böl­mə­sin­də tə­zə­dən bu sa­həyə sa­at ayrıl­mış­dır. Tə­k­rar his­sə­də­ki sa­a­tı azal­dıb, fo­ne­ti­ka­da ge­niş­lən­dir­mək da­ha fay­da­lı olar­dı. Ye­nə hə­min si­nif­də bə­zi sa­it­lə­rin uzun tələffü­zünə 2 sa­at vaxt ve­ril­mə­si va­cib dey­il­dir. Əvəz­liy­in mə­na növ­lə­rin­dən (V si­nif) qey­ri-müəyy­ən­lik bil­di­rən əvəz­lik­lər, nə­dən­sə, qeyd olun­ma­mış­dır. Fe­li si­fət­lə­rin fel və si­fə­tə ox­şar və fərq­li cə­hət­lə­ri gö­s­tə­ril­diyi hal­da, bu cə­hət­lər fe­li bağ­la­ma (fel və zərf xüsu­siyy­ə­ti) və mə­s­dər­də (fel və isim xüsu­siyy­ə­ti) unu­dul­muş­dur. Qoş­ma­la­rın mə­na növ­lə­ri­nə cə­mi bir sa­at vaxt ay­rıl­mış­dır. Müxtə­lif hal əla­qə­lə­ri­ni və zə­ng­in mə­na xüsusiyy­ət­lə­ri­ni nə­zə­rə al­dıq­da bu vaxt çox azdır.

«Bağ­lay­ıcı» böl­mə­sin­də mə­na növ­lə­rin­dən da­nı­şı­lar­kən yal­nız na­ta­mam şə­kil­də ta­be­siz­lik bağ­lay­ıc­ı­la­rı əha­tə edil­miş­dir. «Ni­da» möv­zu­su­na ve­ril­miş iki sa­a­tı bir qə­dər ar­tı­rıb təq­li­di və vo­ka­tiv söz­­lə­rə da­ir nümu­nə­lər də ver­mək olar. «Əv­əz­lik» böl­mə­sin­də o, bu söz­lə­ri­nə müb­tə­da və təy­in və­zi­fə­lə­rin­də üç sa­at vaxt ve­ril­miş, VI­II si­nif­də isə hə­min söz­lər mübtə­da və­zi­fə­sin­də iş­lən­dik­də on­lar­dan so­nra ve­rgül qoy­ul­ma­sı­na iki sa­at vaxt ay­rıl­mış­dır. Vax­ta qə­na­ət edib, bun­la­rı VI­II si­nif­də asan­lıq­la bir­ləş­dir­mək olar.

Lay­i­hə­də bə­zi tex­ni­ki qüsur­lar da (si­ni­f­lər üzrə əsas möv­zu­la­rın nö­m­rə­lən­mə­sin­də, sa­at­lar­da və s). var­dır. Bə­zi tə­ləb­lər ye­ri­nə düşmə­­miş­dir. Mə­sə­lən, VI­II sin­fin proq­ra­mın­da «şa­g­ird­lər bil­mə­li­dir­lər» tə­lə­bi 4-cü yox, 5-ci möv­zu­dan so­nra ve­ri­lə bi­lər, çünki bura­da nə­zər­də tu­tu­lan mə­lu­ma­tı şa­g­ird­lər «dil haq­qın­da mə­lu­mat» mövzu­sun­dan öy­rə­nə bi­lər­lər.

Qeyd et­mə­liy­ik ki, əv­vəl­ki ənə­nəyə əsas­la­nan ye­ni pro­qram ümu­mən «yüz ölç, bir biç» prin­si­pi əsa­sın­da diq­qət­lə ha­zır­lan­mış­dır. Bi­zim müla­hi­zə­lə­ri­miz isə bu uğ­ur­lu işi da­ha da tək­mil­ləş­dir­mək məq­sə­di da­şıy­ır.

14.09.1979

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az