BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

«VII - VIII SİNİFLƏRDƏ

AZƏRBAYCAN DİLİ DƏRSLƏRİ»

 

«Ma­a­rif» nə­ş­riyy­a­tı son il­lər­də bir si­s­tem şək­lin­də or­ta mək­təb dər­slik­lə­ri­nə aid me­to­dik gö­s­tə­ri­ş­lər çap et­­mək­də­dir. Gö­s­tə­ri­ş­lə­rin nə­ş­rin­də əsas məq­səd təd­ri­sin və­ziyy­ə­ti­ni da­ha da yax­şı­laş­dır­maq və dər­sliyə əla­və şək­lin­də müəl­lim üçün kö­mək­çi və­sa­it ha­zır­la­maq­la bu iş üçün re­al zə­min ya­rat­maq­dır. VII-VI­II si­ni­f­lər­də Azər­bayc­an di­li dər­slə­ri­nə da­ir be­lə bir və­sa­i­tin bu­ra­xıl­ma­sı da hə­min məq­səd­lə bağ­lı olub, di­li­mi­zin sin­tak­tik qu­ru­lu­şu­nun tə­d­ri­si ilə mə­şğ­ul olan orta mək­təb müəl­lim­lə­ri­nin əməy­i­nin da­ha sə­mə­rə­li təş­ki­li üçündür

V.İ.Le­nin adı­na APİ-nin do­sen­ti Əhəd Əh­mə­dov tə­rə­fin­dən hazır­lan­mış bu və­sa­it qram­ma­ti­ka­nın ən çə­tin və mürək­kəb bir his­sə­si­ni - sin­tak­sis və du­rğu işa­rə­lə­ri böl­mə­si­ni, nitq mə­də­niyyə­ti, üslu­biyy­at, dil haq­qın­da ümu­mi mə­lu­mat ki­mi mühüm böl­mə­lə­ri əha­tə edir.

180 sə­hi­fə­lik bu əsər mükəm­məl bir və­sa­it olub, dərs­liyə da­xil olan bütün möv­zu və ma­te­ri­al­la­rı əha­tə edir. Və­­sa­it­də dər­sliyin tər­ti­bi prin­sip­lə­ri də­qiq və ar­dıc­ıl şə­kil­də izah edil­miş­dir. Müəl­lif ilk növ­bə­də ay­rı-ay­rı möv­zu­la­rın tə­d­ri­sin­də əsas məq­sə­din nə­dən iba­rət ol­du­ğu­nu ay­dın­laş­dır­mağa ça­lış­mış­dır. La­kin bu, və­sa­i­tin ha­zır­lan­ma­sı­nın ba­ş­lıca məq­sə­di dey­il­dir. Müəl­li­fin əsas işi hər bir möv­zu­nun tə­d­ri­si za­ma­nı müəl­lim­lə­rin han­sı üsul­lar­dan is­ti­fa­də edə bilə­cə­y­i­ni, asan və əl­ve­riş­li yo­lun nə­dən iba­rət ol­duğ­u­nu müəyy­ən­ləş­dir­mək və əy­a­ni su­rət­də gö­s­tər­mək­dir. Bu mə­sə­lə pe­da­qo­ji-me­to­di­ki ba­xım­dan ən əl­ve­ri­ş­li üsul­la­rı müəyy­ən­ləş­dir­mək tə­lə­ba­tı ilə ya­na­şı, nə­zə­ri ma­te­ri­a­lı də­rin­dən bil­mək tə­lə­bi­ni də or­taya qoy­ur. Bu baş­dan deyə bi­lə­rik ki, dos. Ə.Əh­mə­dov bu əsər­lə di­li­mi­zin sin­tak­tik qu­ru­lu­şu­nun ən incə cə­hət­lə­ri­nə yax­şı bə­ləd ol­duğ­u­nu nümay­­iş et­di­rə bil­miş­dir. Bu­nu hər bir möv­zu­nun, ma­te­ri­a­lın şər­hi pro­se­sin­də müəl­li­fin də­qiq mis­sal­la­rın­dan, əsas və əla­və mə­sə­lə­lə­rə müna­si­bə­tin­dən, zə­ru­ri mə­sə­lə­lə­ri ön pla­na çə­kə bil­mə im­kan­la­rın­dan al­dığ­ı­mız tə­əssürat əsa­sın­da deyə bi­­li­rik. Ə.Əh­mə­dov ay­rı-ay­rı möv­zu­la­rın məq­sə­di və təd­ri­si ilə bağ­lı ən ela­s­tik üsul­la­rı qeyd et­mək­lə ki­fa­yət­lən­mə­miş, VII-VI­II si­ni­f­lə­rin «Azər­bayc­an di­li» dər­sli­yin­də əha­tə olu­nan möv­zu­la­rın tə­d­ri­si üçün zə­ru­ri olan bir çox ye­ni ça­lış­ma­lar, tap­şı­rıq­lar tər­tib et­mək­lə dərs­liyi bir növ ta­mam­la­mış və hə­qi­qi məna­da müəl­li­mə kö­mək edə bi­ləc­ək bir və­sa­it ha­zır­la­mış­dır. Və­sa­it­də ve­ril­miş im­la və ifa­də ya­zı mətnlə­ri də diq­qət­lə se­çil­miş­dir. Mətnlər bi­lik­lə­ri yox­la­maq və vər­di­şə çe­vir­mək im­ka­nı ilə ya­na­şı, es­te­tik cə­hət­dən key­fiyy­ət­li ol­ma­sı ilə də diq­qə­ti cəlb edir.

Və­sa­i­tin əv­və­lin­də VII-VI­II si­ni­f­lər üzrə proq­ram və dər­sliyin xüsu­siyy­ət­lə­ri yığc­am şərh edil­miş­dir. Həm dər­sliyə, həm də vəsai­tə diq­qət ye­tir­dik­də ay­dın olur ki, VII-VI­II si­ni­f­lə­rin «Azər­bayc­an di­li» dər­sliyi dil­çi­liy­in və pe­da­qo­g­i­ka­nın son na­i­liyy­ət­lə­ri əsa­sın­da xey­li də­qiq­ləş­di­ril­miş və tək­mil­ləş­di­ril­miş­dir. Bu hal təkcə sin­­tak­si­sə aid möv­zu­la­rın düzülüş si­s­te­min­də, tər­ti­bi prin­­­sip­lə­rin­də, nə­zə­ri mə­lu­ma­tın və ça­lış­ma­la­rın ve­ril­mə üsul­la­rın­da dey­il, ye­ni pro­qra­ma uyğ­un ola­raq, dərs­liyə «Nitq mə­də­niyy­ə­ti və üslu­biyy­at», «Dil haq­qın­da ümu­mi mə­lu­mat» ki­mi tə­zə ma­te­ri­al­la­rın da­xil edil­mə­sin­də də özünü gös­tə­rir. Müəl­lif yığc­am şə­kil­də ol­sa da, köh­nə və ye­ni dərs­lik­lə­rin müqay­i­sə­si­ni ver­miş, son nəşrdə­ki üstünlük­lə­rin, ye­ni cə­hət­lə­rin iza­hı­na ça­lış­mış­dır. Bun­lar da özlüyündə ye­ni dər­slik­dən ye­ni tə­lə­ba­ta müva­fiq şə­kil­də is­ti­fa­də et­mək üçün or­ta mək­təb müəl­lim­lə­ri­nə yol gös­tə­rən zə­ru­ri ma­te­ri­al­dır.

Pro­qra­ma, dər­sliyə, me­to­di­ki gö­s­tə­ri­ş­lə­rə nə­zər sal­dıq­da or­ta mək­­təb müəl­lim­lə­ri­nin öh­də­lə­ri­nə düşən işin xey­li yax­şı­laş­mış, asan­­laş­mış ol­duğu görünür. Nə­yi, ne­çə sa­at­da, necə öy­rət­mək ki­mi mə­­sə­lə­lər, hət­ta han­sı dər­sdə han­sı tap­şı­rıq­lar­dan necə is­ti­fa­də et­mək ki­mi mə­sə­lə­lər də ay­dın­dır və müəl­li­min bu ba­rə­də fi­kir­ləş­mə­si­nə eh­tiy­ac qal­ma­mış­dır. Əv­vəl­ki si­nif­lər­də ke­çil­miş ma­te­ri­al­la­rın tə­k­ra­rı­na dər­slik­də və və­sa­it­də ey­ni nis­bət­də yer ve­ril­miş­dir.

Sin­tak­si­sin əsas oby­ek­ti olan söz bir­ləş­mə­si və cümlə­nin əla­qə­li tə­d­ri­si mə­sə­lə­lə­ri ön plan­da­dır. Müəl­lif təs­diq edir ki, dərs­lik­də söz bir­ləş­mə­si ilə sözün, söz bir­­ləş­mə­si ilə cümlə­nin ox­şar və fər­q­li cə­hət­lə­ri­nin iza­hı düzgün qu­rul­muş­dur. Ona gö­rə də və­sa­it­də söz bir­ləş­mə­lə­ri ilə cümlə­lə­ri fər­q­lən­di­rən cə­hət­lə­ri mü­əl­lim­lə­rin diq­qə­ti­nə da­ha ay­dın çat­dır­mağa ça­lış­mış­dır. Cümlə­nin tə­ri­fi və bu tə­rif­də əha­tə olu­nan xa­rak­ter əla­mət­lər ət­ra­f­lı şərh olun­muş­dur. Bun­lar müəl­lim­lə­rin diq­qə­ti­ni əsas mə­sə­ləyə yö­nəlt­mək üçün çox fay­da­lı­dır. La­kin qeyd et­mə­liy­ik ki, ümu­miyy­ət­lə, müa­sir dil­çi­li­yi­miz­də cümləyə ve­ri­lən tə­ri­f­lər qə­na­ət­bəxş dey­il­dir və son vaxt­lar mət­bu­at­da dərc olu­nan mə­qa­lə­lər də bu­nu gös­tə­rir. Bu sa­hə­də, yə­ni cümlə­nin tə­ri­fi­nin az-çox də­qiq­ləş­­di­ril­mə­si is­ti­qa­mə­tin­də uzun il­lər­dən bə­ri nəşr olu­nan VII-VI­II si­ni­f­lə­rin «Azər­bayc­an di­li» dər­sliyi xey­li iş görmüş­dür. Gözümüzün önündə cümlə­nin tə­ri­fi bir ne­çə də­fə dəyiş­di­ril­miş­dir. Bir vaxt cümlə­nin tə­ri­fi «Bir və ya bir ne­çə sözün bir­ləş­mə­si» şək­lin­də xa­rak­te­ri­zə edi­­lir­di. Ay­dın ol­du ki, bir sözün bir­ləş­mə­si ol­maz və ona gö­rə də tə­rif­də­ki bu his­sə «bir sö­zə və ya bir ne­çə sö­zün bir­ləş­mə­si­nə» şək­lin­də də­qiq­ləş­di­ri­lir­di. Bu­ra­da bir söz­dən iba­rət olan cümlə­lər ön plan­da idi və bu, doğ­ru dey­il­di, ona gö­rə də bir müddət so­nra tə­rif­də yer dəyi­şik­liyi edil­di və tə­rif «bir ne­çə sözün bir­ləş­mə­si­nə və ya bir sö­zə» şək­lin­də qu­rul­du. Bun­lar dərk olu­nan mən­tiq­siz­liy­in tə­d­ri­cən ara­dan qal­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də olub zə­ru­ri düzə­li­ş­lər idi. İn­di dərslk­də tək­mil­ləş­di­ril­miş tə­rif belə­dir: « Bit­miş fi­k­ri ifa­də edən bir ne­çə sö­zün bir­ləş­mə­si­nə və ya bir sö­zə cümlə dey­i­lir ». Bu tə­rif əv­vəl­ki­lər­dən tək­mil ol­sa da, bu­nun özündə də aş­kar mən­tiq­siz­lik var­dır: «bit­miş fi­k­ri ifa­də edən bir ne­çə sözün bir­ləş­mə­si­nə…» his­sə­si­nə diq­qət ye­tir­dik­də be­lə çı­xır ki, cüm­lə hər bi­ri ay­rı­lıq­da bit­miş fi­kir ifadə edən söz­lə­rin bir­ləş­mə­si­dir. Əs­lin­də isə de­mək istəy­i­rik ki, «söz­lə­rin bir­lə­şə­rək bit­miş fi­kir ifa­də et­mə­si­nə…» cümlə de­yi­lir. Bi­zə be­lə gəlir ki, bu nöq­san lap əv­vəl­lər­dən gə­lir və bu, əs­lin­də Di­o­ni­si­nin ver­diyi tə­ri­fin («Bit­miş fik­ri ifa­də edən söz­lə­rin bir­ləş­mə­si nit­q­dir») qey­ri-də­qiq tərcümə­sin­dən irə­li gəl­miş­dir. Tə­rif­də­ki «bir ne­çə söz» də, bizcə, ar­tıq­dır. Bunu əv­vəl­ki əsrlər­də de­mək, bəl­kə də, düz­gün olar­dı. La­kin bi­zim dövrümüzdə müa­sir di­lin in­ki­şaf sə­viyy­ə­si cümlə­ni bir ne­çə söz­lə xa­rak­te­ri­zə et­məyə əsas ver­mir. Bu­ra­da sa­dəcə ola­raq «söz­lər bir­ləş­mə­si» ifa­də­si ye­ri­nə düşər ki, bu da həm bir ne­çə, həm də is­tə­ni­lən qə­dər sözün bir­ləş­mə­si an­lay­ı­ş­la­rı­nı ifa­də edə bi­lər.

Və­sa­it­də bə­zən müəl­lif nə­zə­ri ma­te­ri­a­lı də­qiq­ləş­dir­mə yo­lu ilə get­miş­dir. Dər­slik­də bi­rinci növ təy­i­ni söz bir­ləş­mə­lə­ri­nin ve­ril­mə­mə­si­ni müəl­lif di­g­ər söz bir­­ləş­mə­lə­rin­dən fər­q­li ola­raq, bi­rinci növün tə­rəf­lə­ri­nin cümlə­də bir üzv ola bil­mə­mə­si ilə əla­qə­lən­di­rir. La­kin qeyd edi­lən­lər­dən ay­dın olur ki, o, nə­zə­ri dil­çi­liyi­miz­də­ki üç növ təy­i­ni söz bir­ləş­mə­si­ni qə­bul edir və düzgün sayır. Ye­ri gəl­miş­kən, qeyd edək ki, «təy­i­ni söz bir­ləş­mə­lə­ri», «bi­rinci növ təy­i­ni söz bir­ləş­mə­lə­ri»… ki­mi ter­min­lər çox uzun ol­maq­la bə­ra­bər, həm də ma­hiyy­ə­ti zə­if şə­kil­də ifa­də edir. Hər üç növün bi­rinci tə­rə­f­lə­ri az-çox təy­i­net­mə xüsu­siyy­ə­ti­nə ma­lik ol­sa da, üç növ­dən yal­nız bi­rinci­si­nin bi­rinci tə­rə­fi müstə­qil təy­in ki­mi çı­xış edə bi­lir. Bi­rinci növ isə bir­ləş­mə­lər sı­ra­sın­dan çı­xa­rıl­mış­dır. Tu­taq ki, və­sa­it müəl­li­fi­nin de­diyi ki­mi, dər­slik­dən çı­xa­rıl­sa da, söz bir­ləş­mə­lə­ri­nin bir növü ki­mi, bi­rinci növ təy­i­ni söz bir­ləş­mə­lə­ri­nin var­lığı da nə­zər­də tu­tu­lur. Bəs bir­ləş­mə­nin bu növünün adı necə ol­ma­lı­dır? Bir hal­da ki, ikinci və üçüncü növ təy­i­ni söz bir­ləş­mə­lə­ri­nin ad­la­rı dəy­iş­di­ril­miş­dir (qey­ri-mü­əy­­yən­lik bil­di­rən və müəyy­ən­lik bil­di­rən təy­i­ni söz bir­ləş­mə­lə­ri), bəs nə­zər­də tu­tu­la­n I növü necə ad­lan­dır­maq mümkün olac­aq­dır? Bəl­kə, bi­rinci nö­və da­xil olan­lar bir­ləş­mə he­sab olun­mur? Be­lə olar­sa, biz ye­ni­dən mər­hum Z.Tağ­ı­za­də­nin bir vaxt söy­lə­diyi fi­k­rə qayıt­mış ola­rıq.

Müəl­li­fin və­sa­it­də nə­zə­ri ma­te­ri­a­lı də­qiq saf-çürük edə bil­mə qabi­liyy­ə­ti ay­rı-ay­rı möv­zu­la­rın tə­d­ri­si mə­sə­lə­lə­ri­nə ke­çi­lər­kən özünü da­ha ay­dın gö­s­tə­rir. Mə­lum­dur ki, ikinci növ təy­i­ni söz bir­ləş­mə­lə­ri­nin tə­rə­f­lə­ri ara­sın­da sin­tak­tik əla­qə­lər mə­sə­lə­sin­də fi­kir­lər çox müx­tə­lif­dir. Ə.Əh­mə­dov bu sa­hə­də ən ağ­la­ba­tan yol seç­­miş­dir. Bu­ra­da onun söz­lə­ri­ni qeyd et­mək ki­fay­ət­dir: «…ki­tab­da qey­ri-müəyy­ən­lik bil­di­rən təy­i­ni söz bir­ləş­mə­lə­ri­nin tə­rə­f­lə­ri ara­sın­da, əsa­sən, ida­rə əla­qə­si ol­duğu gö­s­tə­ri­lir. La­kin bu bir­ləş­mə­lər­də tərəflər ara­sı­na heç bir söz ar­tır­mağ­ın mümkün ol­ma­ma­sı və bi­rinci tə­rə­fin ikin­ci tə­rə­fə şə­kil­çi­siz bağ­lan­ma­sı ya­naş­ma­nın əsas əla­qə for­ma­sı ol­duğ­u­nu sübut edir». (s.32) Şübhə­siz, müəl­lif ikin­­ci növün tə­rəf­lə­ri ara­sın­da «əsas əla­qə ya­naş­ma­dır» - dey­ər­kən ikinci əla­qə­ni də nə­zər­də tu­tur ki, bu da ida­rə dey­il, uz­laş­ma ola bi­lər.

Və­sa­it­də fe­li si­fət, fe­li bağ­la­ma və mə­s­dər tər­kib­lə­ri­nə da­ir nə­zə­ri mə­sə­lə­lər ay­dın şərh olun­muş­dur. La­kin müəl­lif diq­qə­ti bir cəhə­tə xüsu­si­lə yö­nəlt­mə­li idi. Əv­vəl­ki dər­slik­də tə­ri­f­lər be­lə­dir: «Fe­li si­fət tər­ki­bi fe­­li si­fət­lə baş­qa söz­lə­rin bir­ləş­mə­sin­dən əmə­lə gə­lir»… Fe­li si­fət­lə baş­qa söz­lə­rin bir­ləş­mə­si de­dik­də «ki­ta­bı oxuyan» tip­li bir­ləş­mə­lər­lə ya­na­şı, «oxuy­an şa­­­gird» tip­li bir­ləş­mə­lər də nə­zər­də tu­tu­la bi­lər. La­kin bun­lar­dan ikinc­i­si fe­li si­fət bir­ləş­mə­si ol­maz. Odur ki fe­li bir­ləş­mə­lə­rin ya­ran­ma­sı üçün fe­li si­fət, fe­li bağ­la­ma və mə­s­də­rin ta­be edən tə­rəf ki­mi çı­xış et­diy­i­ni da­ha ay­dın nəzə­rə çarp­dır­maq la­zım idi.

Ümu­miyy­ət­lə, mək­təb dər­slik­lə­rin­də bir sı­ra tə­rif­lə­rin də­qiq­ləş­di­ril­mə­si­nə, köh­nə tə­ri­f­lər­dən əl çək­məyə eh­tiy­ac var­dır. «Cümlə­də kim və ya nə haq­qın­da da­nı­şıl­dığ­ı­nı bil­di­rən cümlə üzvünə mübtə­da dey­i­lir». «So­rğu məq­sə­di­lə iş­lə­di­lən cümləyə su­al cümlə­si dey­i­lir». «Baş üzvlər və ya baş üzvlər­lə bir­lik­də ikinci də­rəc­ə­li üzvlər də iş­ti­rak edən cümləyə bütöv cümlə dey­i­lir». «İki və da­ha artıq sa­də cümlə­nin mə­na və tə­ləffüzcə bir bütöv ha­lın­da bir­ləş­mə­sin­dən əmə­lə gə­lən cümlə­lə­rə mürək­kəb cümlə de­­yi­­lir» və s. ki­mi tə­ri­f­lər­də də­qiq ol­may­an cə­hət­lər çox­dur və bun­la­rın is­la­hı la­zım­dır. Mübtə­da­nın tə­ri­fi müb­­­tə­da­dan çox, mən­ti­qi sub­yek­tin xüsu­siyy­ət­lə­ri­ni əks et­di­rir. Cümlə­də kim və ya nə haq­qın­da da­nı­şıl­dığ­ı­nı bil­­di­rən söz olar, la­kin o, mübtə­da ol­maya da bi­lər. Su­al cüm­lə­si­nin tə­rifi za­hi­rən ye­ni­dir, la­kin əv­vəl­ki tə­rif­lər bun­dan da­ha el­mi idi. Biz «sorğu» de­dik­də bir me­to­di­ki ter­min ba­şa düşürük və so­rğu­dan dərs pro­se­sin­də is­ti­fa­də olun­duğ­u­nu bi­li­rik. Xalq ara­sın­da bi­ri di­g­ə­rin­dən bir şey so­ruş­duq­da bu­nu so­rğu ad­lan­dır­mı­rıq. Bi­ri­si çox su­al ver­dik­də «Fi­lan­kə­si nə so­rğu-su­a­la tut­mu­san?» - dey­i­rik ki, bu­ra­da da «sorğu» sözü «su­al» sözü ilə bir­lik­də­dir. Ona gö­rə də tə­rif­də «so­rğu» sözü ye­ri­nə düşmür, mə­na­nı məh­dud­laş­dı­rır. Bütöv cümlə­nin tə­ri­fi də el­mi cə­hət­dən bir­tə­rə­f­li­dir. Be­lə çı­xır ki, bütövlük yal­nız çüttər­kib­li, or­ta mək­təb­də dey­il­diyi ki­mi, şəx­sli cümlə­lə­rə aid­dir. La­kir artıq çox­dan mə­lum­dur ki, bütövlük və ya­rım­çıq­lıq ey­ni də­rəc­ə­də tək­tər­kib­li - şəxssiz, qey­ri-müəyy­ən şəx­sli, ümu­mi şəx­sli cümlə­lə­rə də aid­dir. «Onun uşaq­la­ra ac­ığı tu­tub» - cümlə­si nəyə əsa­sən bütöv say­ıl­maya bi­lər? Bu­ra­da bütün üzvlər ye­rin­də­dir. Bu cümlə şəxssiz­dir və bu­nun müb­tə­da­sı ol­maz. Mübtə­da­nın ol­ma­ma­sı və bu­ra­xıl­ması an­la­yı­ş­la­rı isə baş­qa-baş­qa şey­lər­dir. Əg­ər bu cümlə­ni : - Onun ki­mə ac­ığı tu­tub? - Uşaq­la­ra - şək­li­nə sal­saq, ikin­ci cümlə («Uşaq­la­ra» cümlə­si) şəxssiz cümlə əsa­sın­da əmə­­­lə gəl­miş ya­rım­çıq cümlə olac­aq­dır. Bu­ra­da xə­bər bu­ra­xıl­mış­dır. Əg­ər bu ya­rım­çıq­dır­sa, onun əsas­lan­dığı cümlə bütöv­dür.

Mürək­kəb cümlə­nin tə­ri­fin­də isə «sa­də» sözü ye­ri­nə düş­mür. Çünki mürək­kəb cümlə­nin tər­kib his­sə­lə­ri sa­də ol­maq­la bə­ra­bər, mürək­kəb də ola bi­lir. Tə­rif­də­ki «tə­ləffüzcə» sözü də ye­rin­də dey­il­dir. Tə­ləffüz qram­ma­tik qu­ru­lu­şu əha­tə edə bil­mir.

Bun­la­rı biz ye­ri gəl­miş­kən qeyd edi­rik. Tə­ri­f­lə­ri də­qiq­ləş­dir­mək və­sa­it müəl­li­fi­nin işi dey­il­dir. O öz işi­ni da­vam et­di­rə­rək, söz­lər arasın­da əla­qə üsul­la­rı, cümlə üzvlə­ri, əla­və­lər, sa­də cümlə­də sözlərin sı­ra­sı, şəxs­siz cümlə­lər, ad­lıq cümlə, bütöv və ya­rım­çıq cümlə­lər, həm­cins üzvlər, xi­tab, ara söz­lər və ara cüm­lə­lər, ni­da, cümlə­nin əv­və­lin­də bə­li, yox, xeyr söz­lə­ri, va­si­tə­siz və va­si­tə­li nitq və s. ki­mi möv­zu­la­rı diq­qət­lə nə­zər­dən ke­çir­miş, on­la­rın səc­iyy­ə­vi xüsu­siy­yət­lə­ri­ni qeyd et­mək­lə hər bir möv­zu­nu ye­ni və ma­raq­lı çalış­ma­lar­la izah et­mək yol­la­rı­nı gö­s­tər­miş­dir. Onun gö­s­tər­diyi yol, ay­rı-ay­rı möv­zu­la­rın tə­d­ri­si ilə bağ­lı gö­s­tə­riş­lər mü­əl­lim üçün hə­qi­qi kö­mək olac­aq­dır. Müəl­lif bir mühüm cə­hə­tə də diq­qət ye­ti­rə bilər­di: ma­t­ri­sa­dan çap olun­duğu üçün dər­slik­də hə­lə bir ne­çə il davam edəc­ək tex­ni­ki qü­sur­la­rı müəl­lim­lə­rin nə­zə­ri­nə çat­dı­ra bi­lər­di. Mə­sə­lən, dər­sliy­in 44-cü sə­hi­fə­sin­də təy­i­nin tə­ri­fin­də­ki yer­siz bir ve­rgül («Cümlə­də isim­lə ifa­də olu­nan, hər han­sı bir üzvü izah edən…») mə­na­nın ta­ma­mi­lə dəy­i­şil­mə­si­nə sə­bəb ol­mu­şdur. Be­lə çıxır ki, təy­in anc­aq isim­lə ifa­də olu­nur və hər han­sı bir üzvə aid ola bi­lir. Hal­bu­ki ve­rgül ol­ma­dıq­da mə­na tam də­qiq ifa­də edil­miş olur: isim­lə ifa­də olu­nan hər han­sı bir üzvü izah edən... Be­lə­lik­lə, söh­bət təy­i­nin isim­lə ifa­də olun­ma­sın­dan dey­il, isim­lə ifa­də olun­muş üzvə aid ol­ma­sın­dan ge­dir. Sə­hi­fə 55-də qa­ra şrift­li söz­lər düzgün se­çil­mə­diy­in­dən Dil­bər, uşaq, Şə­rif, mey­və ki­mi söz­lər zərf­lik ki­mi izah olun­muş­dur və s.

Bizcə, pro­qram ma­te­ri­al­la­rı­nın də­qiq­ləş­di­ril­mə­sin­də də qey­ri-də­qiq­lik var­dır. Doğ­ru­dur, həmc­ins üzvlə­rin təd­ri­si ilə bağ­lı ola­raq, xüsu­sən du­rğu işa­rə­lə­ri­nin iş­lə­dil­mə­si­nə da­ir ət­ra­f­lı mə­lu­mat la­zım­dır. La­kin bu heç də o de­mək dey­il­dir ki, bu mə­sə­lə­ni proq­ram­da, dərs­lik­də və gö­s­tə­ri­ş­lər­də ol­duğu qə­dər şi­şirt­məyə eh­tiyac var­dır. Həmc­ins üzvlə­rin tə­d­ri­si­nə on iki sa­at vaxt ay­rıl­mış­dır. Bu, sa­də cümlə­nin növ­lə­ri­nə ve­ril­miş sa­at­dan az qa­la iki də­fə çox­dur. Hal­bu­ki tə­fərr­üat şək­lin­də ve­ril­miş bir çox sə­hi­fə­lə­ri ki­çik bir ab­za­sa sığış­dır­maq olar­dı və mət­ləb da­ha asan yad­da qa­lar­dı.

Dər­slik­də bə­li, yox, xeyr söz­lə­ri həm ya­rım­çıq cümlə, həm də cümlə­nin əv­və­lin­də iş­lə­nə­rək tə­s­diq və ya in­kar mə­na­lar ifa­də edən söz­lər ki­mi izah edil­miş­dir. Bun­lar ya­rım­çıq cümlə ya­rat­maq xüsu­siyy­ə­ti­nə ma­lik dey­il­dir və ona gö­rə də və­sa­it­də düzgün ola­raq bunlar­dan yal­nız ikinci hal­da söh­bət açıl­mış­dır.

Ə.Əh­mə­do­vun diq­qət­lə iş­lə­diyi böl­mə­lər­dən bi­ri də mürək­kəb cümlə və onun tə­d­ri­si mə­sə­lə­lə­ri­dir. Bu möv­zu sin­tak­si­sin ən çə­tin, da­ha çox mən­ti­qi tə­fəkkür tə­ləb edən sa­hə­lə­rin­dən bi­ri­dir. Ta­be­siz və ta­be­li mürək­kəb cüm­­lə­lə­rin tə­d­ri­si yol­la­rı ba­rə­də müəl­li­fin gö­s­tə­riş­lə­ri onun nə­zə­ri ma­te­ri­a­lı, xüsu­sən şa­g­ird­lə­rin yaş və bi­lik sə­viyy­ə­si­nə uyğ­un ola­raq nəyi çat­dır­maq la­zım gəl­diy­i­ni yax­şı tə­səvvür et­diy­i­ni gö­s­tə­rir.

Müəl­lif bir sı­ra əla­və ça­lış­ma­lar tər­tib et­miş­dir ki, bun­la­rın üzə­rin­də iş­lə­mək­lə şa­g­ird­lər mürək­kəb cüm­lə­nin ma­hiyy­ə­ti­ni da­ha yaxşı dərk edə bi­lər­lər. Onu da de­mək la­zım­dır ki, müəl­lif əsər­də mübtə­da və ta­mam­lıq bu­daq cümlə­li ta­be­li mürək­kəb cümlə­lə­rin budaq cümlə­si bağ­lay­ıcı söz­lər­lə baş cümləyə bağ­la­nan ti­pin­dən də da­nış­mış və on­la­rın tə­d­ri­si mə­sə­lə­si­nə də to­xun­muş­dur. Mübtə­da və ta­mam­lıq bu­daq cümlə­lə­ri­nin bu ti­pi haq­qın­da şa­g­ird­lə­rə mə­lu­mat ve­ril­mə­si vac­ib­dir. Ona gö­rə də dər­slik­dən çı­xa­rıl­ma­sı­na bax­may­a­raq, bu­daq cümlə­lə­rin bu ti­pi ba­rə­də və­sait­də mə­lu­mat ve­ril­mə­si­ni fay­da­lı he­sab edi­rik.

Ya­zı­lı və şi­fa­hi ədə­bi dil, nitq mə­də­niyy­ə­ti, ədə­bi di­lin üslub­ları, üslu­biyy­at­da si­no­nim­liy­in ro­lu, di­lin mən­şəyi, Azər­bayc­an əlif­ba­sı­nın ta­ri­xi, dil­çi­lik el­mi­nin böl­mə­lə­ri ba­rə­də dər­slik­də və və­sa­it­də veril­miş il­kin qeyd­lər şa­g­ird­lə­rin dünya­g­örüşünü zə­ng­in­ləş­dir­mək, bi­lik da­i­rə­si­ni ge­ni­ş­lən­dir­mək ba­xı­mın­dan fay­da­lı və əhə­miy­yətlidir.

Ümu­mi­ləş­miş şə­kil­də qeyd edə bi­lə­rik ki, dos. Ə.Əh­mə­do­vun «VII-VI­II si­ni­f­lər­də Azər­bayc­an di­li dərs­lə­ri» ad­lı əsə­ri or­ta mək­tə­bin Azər­bayc­an di­li müəl­lim­lə­ri üçün qiy­mət­li və­sa­it olub, nə­zə­ri-me­to­di­ki cə­hət­dən yüksək sə­viyy­ə­də iş­lən­miş ol­duğ­un­dan dər­slik ilə ya­na­şı, müəl­lim­lə­rin stolüstü ki­ta­bı olac­aq­dır.

 

06.04.1977

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az