BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

DİL­Çİ­LİK PRO­QRAM­LA­RI

 

Azər­bayc­an dil­çi­liy­i­nin və ümu­mi dil­çi­liy­in bə­zi sa­hə­lə­ri­nə da­ir pro­qram­la­rın ha­zır­lan­ma­sı və nə­ş­ri ta­ri­xi hə­min pro­qram­la­rın aid ol­duğu fən­lə­rin tə­d­ri­si ta­ri­xi ilə bağ­lı­dır. Bir sı­ra pro­qram­lar əv­vəl­lər nəşr edil­diy­in­dən son vaxt­lar çə­tin ta­pı­lır­dı, bə­zi sa­hə­lə­rə da­ir proqram­la­rın ol­ma­ma­sı isə tə­d­ri­sin düzgün qu­rul­ma­dığ­ı­nı gö­s­tə­rir­di.

V.İ.Le­nin adı­na APİ-nin həy­a­tın­da yu­bi­ley­lər ilin­də­ki mühüm ye­ni­lik­lər­dən bi­ri məhz ay­rı-ay­rı fakül­tə­lər­də tə­d­ris edi­lən müxtə­lif elm­lə­rə da­ir fənn proq­ram­la­rı­nın ye­ni­dən ha­zır­lan­ma­sı və ye­ni nəşrlə­ri­dir. Yal­nız bu­nu qeyd et­mək ki­fay­ət­dir ki, fi­lo­lo­giya fakü­ltə­sin­də dərs dey­ən mütə­xəs­sis alim­lər tə­rə­fin­dən ke­çən dərs ilin­də on­dan ar­tıq fən­nə aid pro­qram tər­tib edil­miş və çap olu­na­raq is­ti­fa­dəyə ve­ril­miş­dir.

Bu pro­qram­la­rın bir qi­s­mi əv­vəl­ki nəşrlə­rin tək­mil­ləş­di­ril­miş vari­an­tı, bir qi­s­mi isə ta­ma­mi­lə ye­ni­dir. «Dil­çi­liyə gi­riş» pro­qra­mı tərcümə, qa­lan bütün proq­ram­lar ori­ji­nal­dır. Yal­nız «Ümu­mi dil­çi­lik» pro­qra­mı la­yi­hə şək­lin­də bu­ra­xıl­mış­dır.

«Dil­çi­liyə gi­riş» pro­qra­mı nə­zə­ri və prak­tik his­sə­lər­dən iba­rət­dir. Nə­zə­ri his­sə elə tər­tib olun­muş­dur ki, bu fənn ilə əla­qə­dar əksər mə­sə­lə­lə­ri əsa­sən əha­tə edir. Pro­qra­mın prak­tik his­sə­si də yax­şı qu­rul­muş­dur. Kon­kret dil fakt­la­rı üzə­rin­də iş­lə­dici xa­rak­ter­də­dir. Lakin bu­ra­da bir cə­hə­ti qeyd et­mə­liy­ik ki, «Dil­çi­liyə gi­riş» fən­ni bi­rinci kur­sda ke­çil­diy­in­dən və hə­min dövr­də tə­lə­bə­lər baş­qa dil­lə­rə o qə­dər də bə­ləd ol­ma­dıq­la­rın­dan, pro­qra­mın prak­tik his­sə­sin­də ça­lış­ma­la­rın da­ha çox rus di­li, flek­tiv dil­lər üzə­rin­də qu­rul­ma­sı nə­tic­ə­sin­də tə­lə­bə­lə­ri düzgün is­ti­qa­mət­lən­dir­mək mə­sə­lə­si ye­nə müəl­li­min üzə­ri­nə düşür. Bun­dan əla­və, «Dil­çi­liyə gi­riş» fən­­ni­nə aid dər­slik və dərs və­sa­it­lə­rin­də dil­çi­liy­in ta­ri­xi və xüsu­sən müqay­i­sə­li-ta­ri­xi dil­çi­lik haq­qın­da mə­lu­mat ve­ril­di­yi hal­da, bun­la­rın ba­rə­sin­də pro­qram­da heç bir xüsu­si qeyd yox­dur. Görünür, bu, dil­çi­lik ta­ri­xi­nin ay­rıca bir fənn ki­mi ix­ti­sas fən­lə­ri sı­ra­sı­na da­xil edil­mə­si ilə əla­qə­dar­dır.

 

«Dil­çi­liy­in ta­ri­xi» fən­ni ki­mi, «Dil­çi­liy­in ta­ri­xi» pro­qra­mı da yeni­dir. Bu fən­nin tə­d­ri­si tə­lə­bə­lə­rin gö­rüş da­i­rə­si­ni da­ha çox ge­niş­lən­di­rəc­ək­dir. Pro­qram­da dil­­çi­lik el­mi­nin ya­ran­ma və in­ki­şaf yo­lu doğ­ru plan­laş­dı­rıl­mış­dır. Pro­qram­da bə­zi mə­sə­lə­lə­rə, mə­sə­lən, ri­ya­zi dil­çi­lik haq­qın­da xüsu­si qey­də rast gəl­mək ol­mur, Azər­bay­can dil­çi­liy­i­nin ta­ri­xi­nə aid heç nə yox­dur. Ye­ri gəl­miş­kən de­mək is­tər­dik ki, Azər­bayc­an dil­çi­liy­i­nin ta­ri­xi­nə da­ir xüsu­si pro­qram ha­zır­la­mağın və fi­lo­lo­g­iya fa­kültə­lə­ri­nin təd­ris pla­nı­na be­lə bir fən­ni da­xil et­məyin vax­tı ar­tıq çat­mış­dır.

«Türko­lo­g­iya» pro­qra­mı (tər­tib edə­ni do­sent Ə.Şükür­ov­dur) di­li­mi­zin türk dil­lə­ri ai­lə­sin­də ye­ri­ni, müqayi­sə­li-ta­ri­xi me­to­dun mahiyy­ə­ti­ni, dünya­nın dörd qi­tə­sin­də yay­ıl­mış türk xal­q­la­rı­nın di­li­ni öy­rən­mək və çox ge­niş əra­zi­də yay­ıl­mış dil ai­lə­lə­rin­dən bi­ri haq­qın­da ki­fay­ət qə­dər tə­səvvür al­maq üçün tər­tib edil­miş bir pro­qram­dır.

Ye­ni pro­qram­lar­dan bi­ri də do­sent A.Mə­hər­rə­mo­vun tər­tib et­diyi «Qə­dim türk ya­zı­lı abi­də­lə­ri­nin di­li»dir. Bu pro­qram­da türk dil­lə­ri­nin bütün abi­də­lə­ri dey­il, Or­xon-Ye­ni­sey, qə­dim uyğ­ur abi­də­lə­ri və ərəb əlif­ba­sı ilə ya­zıl­mış abi­də­lə­rin bir qi­s­mi (V-XI əsrlər) əha­tə olun­muş­­dur. Çin, ərəb, fars, qə­dim yu­nan və bi­zans mən­bə­lə­ri proq­­­ram­da nə­zər­də tu­tul­ma­mış­dır.

Pro­qramda türk dil­lə­ri­nin təs­ni­fi, mən­bə­lə­ri haq­qın­da yığc­am mə­lu­mat nə­zər­də tu­tul­muş, qə­dim abi­də­lə­rin lüğət tər­ki­bi, fo­ne­ti­ka­sı və mor­fo­lo­g­iy­a­sı­na da­ha ge­niş yer ve­ril­miş­dir. Sin­tak­sis mə­sə­lə­lə­ri pro­qram­da çox az yer tu­tur. Bu, mövc­ud ədə­biyy­at­da da hə­lə­lik be­lə­dir. La­kin pro­qram­da sin­ta­sis haq­qın­da mə­lu­ma­tın «Mor­fo­lo­giya» bəh­sin­də ve­ril­mə­si, sa­it­lər, sa­mit­lər, heca və vur­ğu mə­sə­lə­lə­rin­dən so­nra əlif­ba haq­qın­da mə­lu­mat nə­zər­də tu­tul­ma­sı ki­mi qey­ri-də­qiq cə­hət­lər də var­dır.

Prof.Ə.Də­mir­çi­za­də­nin tər­tib et­diyi «Azər­bayc­an ədə­bi di­li ta­ri­xi», «Azər­bayc­an di­li­nin ta­ri­xi qram­ma­ti­ka­sı» pro­qram­la­rı bir ne­çə də­fə çap olun­muş­dur və mü­əl­li­fin bu sa­hə­lər­də uzun müddət­dən bə­ri apar­dığı təd­qi­qa­tın, təcrübə­nin nə­tic­ə­lə­ri­dir. «Azər­bay­can di­li­nin ta­ri­xi qram­ma­ti­ka­sı» pro­qra­mı­na ta­ri­xi mor­fo­lo­g­iya və ta­ri­xi sin­tak­sis ilə ya­na­şı, ta­ri­xi fo­ne­ti­ka mə­sə­lə­lə­ri də da­xil edil­miş­dir. Görünür, müəl­lif mövc­ud dərs və­sa­it­lə­ri­ni və ümu­miyy­ət­lə, köh­nə ənə­nə­ni nə­zə­rə ala­raq, ta­ri­xi fo­ne­ti­ka və qram­ma­ti­ka mə­sə­lə­lə­ri­ni bir ad al­tın­da bir­ləş­dir­miş­dir. «Azər­bayc­an ədə­bi di­li ta­ri­xi» proq­ra­mın­da isə ədə­bi di­li­mi­zin tə­şəkkülü, in­ki­şaf mər­hə­lə­lə­ri ve­ril­miş, ədə­bi di­lin in­ki­şa­fın­da üslub­la­rın ro­lu diq­qət­lə nə­zər­dən ke­çi­ril­miş­dir. Pro­qram­dan ay­dın olur ki, ədə­bi di­li­mi­zin in­ki­şa­fın­da uzun müddət əsas ro­lu bə­dii üslub oy­na­mış­dır. Di­g­ər üslub­lar isə nis­bə­tən son­ra­lar ya­ran­mış və müxtə­lif qol­lar üzrə zən­g­in­lə­şə­rək ədə­bi di­lin hər­tə­rə­f­li inki­şa­fı­na sə­bəb ol­muş­dur. Pro­qram­da ye­ri gəl­dikcə, di­lin qram­ma­tik qu­ru­lu­şu­na, di­lin öz qa­nun­la­rı əsa­sın­da söz bir­ləş­mə­lə­ri tər­ti­bi məsə­lə­lə­ri­nin in­ki­şa­fı­na da diq­qət ye­ti­ri­lir, lüğət tər­ki­bi­nə nis­bə­tən bun­la­ra ge­niş yer ve­ri­lir. «Azər­bayc­an ədə­bi di­li ta­ri­xi» pro­qra­mın­da lüğət tər­ki­bi­nin ta­ri­xi as­pekt­də öy­rə­nil­mə­si müa­sir di­li­mi­zin lüğət tə­r­ki­bi­nin öy­rə­nil­mə­si sə­viyy­ə­sin­də nə­zər­də tu­tul­mur. Qeyd et­mə­liy­ik ki, di­lin fo­ne­tik si­s­te­mi və qram­ma­tik qu­ru­lu­şu ta­ri­xi as­pekt­də ki­fay­ət qə­dər öy­rə­nil­diyi hal­da, lüğət tər­ki­bi bir növ unu­du­lur. Ta­ri­xi lek­si­ka və fra­ze­o­lo­g­iya mə­sə­lə­lə­ri, nə­dən­sə, ya­da düşmür. Əs­lin­də, ta­ri­xi lek­si­ko­lo­g­iya bir kurs ki­mi ta­ri­xi fo­ne­ti­ka və ta­ri­xi qram­ma­ti­ka ilə ya­na­şı, «Azər­bayc­an di­li­nin ta­ri­xi» fən­ni­nin üzvi tər­kib his­sə­lə­rin­dən bi­ri ki­mi təd­qiq və təd­ris edil­mə­li­dir.

Dil­çi­lik pro­qram­la­rı Azər­bayc­an SSR Ali və Or­ta İx­ti­sas Təh­si­li Na­zir­liyi el­mi-me­to­dik şu­ra­sı­nın Azər­bay­can di­li böl­mə­sin­də tə­s­diq edil­miş və V.İ.Le­nin adı­na APİ-nin mət­bə­ə­sin­də bu­ra­xıl­mış­dır. Proq­ram­la­rın bə­zi­lə­ri­nin so­nun­da iza­hat və­rə­qə­si var­dır. Da­ha son­da isti­fa­də edi­ləc­ək əsas ədə­biyy­a­tın siy­a­hı­sı ve­ril­miş­­dir ki, bu, proq­ram­­­la­rın əhə­miyy­ə­ti­ni da­ha da ar­tı­rır.

Pro­qram­lar­dan re­s­pub­li­ka­mı­zın bütün pe­da­qo­ji ins­ti­tut­la­rı­nın filo­lo­g­iya fakültə­lə­ri is­ti­fa­də edə bi­lər.

22.07.1970

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az