BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

«İzah­lı dilÇilik lüğƏ­ti»

 

Dil­çi­lik el­mi pe­da­qo­ji in­sti­tut­la­rın fi­lo­lo­g­iya fa­kültə­lə­rin­də, Azər­bayc­an Döv­lət Uni­ver­si­te­tin­də tə­d­ris edi­lən əsas fən­lər­dən­dir. Bun­dan əla­və, Azər­bayc­an di­li­nin prak­tik qram­ma­ti­ka­sı di­g­ər in­sti­tut­lar­da, or­ta və or­ta ix­ti­sas mək­təb­lə­rin­də mühüm tə­d­ris fən­lə­ri sı­ra­sın­da öy­rə­dil­mək­də­dir. Bu fən­nin öy­rə­nil­mə­si isə ən adi, zə­ru­ri dil­çi­lik ter­min­lə­ri­nin öy­rə­nil­mə­si ilə baş­lay­ır. Doğ­ru­dur, son za­man­lar çap olun­muş bir sı­ra dərs­lik­lər­dən, dərs və­sa­it­lə­rin­dən dil­çi­liy­in və xüsu­sən Azər­bayc­an dil­çi­liy­i­nin müxtə­lif sa­hə­lə­ri­nə da­ir ter­min­lər haq­qın­da müəyy­ən mə­lu­mat al­maq mümkündür, la­kin get­dikcə da­ha sürət­li in­ki­şaf nə­tic­ə­sin­də də­rin­lə­şən, hər tə­rə­fə qol-qa­nad açan, ye­ni sa­hə­lər­lə zə­ng­in­lə­şən və nə­tic­ə­də çox müxtə­lif ter­min­lə­rin ya­ran­ma­sı­na və ya mövc­ud ter­min­lə­rin mə­naca də­qiq­ləş­mə­si­nə, kon­kret­ləş­mə­si­nə sə­bəb olan dil­çi­liy­in in­ki­şaf yo­lu­nu hər­tə­rə­f­li iz­lə­mək, hər bir ter­mi­nə da­ir qı­sa və də­qiq mə­lu­mat al­maq üçün bu kitab­lar ki­fay­ət et­mir. Bu­nun üçün bütün və ya ək­sər dil­çi­lik ter­min­lə­ri­ni özündə cəm­ləş­di­rən bir lüğə­tə böyük eh­tiy­ac var­dır. Be­lə bir lüğət izah­lı şə­kil­də qu­rul­muş olar­sa, onun da­ha çox fay­da­lı olac­ağı aş­kar­dır. Pe­da­qo­ji elm­lər na­mi­zə­di, Ə.Fə­rəc­o­vun ya­xın­la­rda çap­dan çıx­mış «İzah­lı dil­çi­lik lüğə­ti» (Ba­kı, «Maa­rif», 1969) bu cə­hət­dən dil­çi­liy­i­miz üçün qiy­mət­li­dir.

«İzah­lı dil­çi­lik lüğə­ti»ndə, ba­ş­lıca ola­raq, or­ta və ali mək­təb­lər­də öy­rə­di­lən dil­çi­lik ter­min­lə­ri­nin iza­hı nə­zər­də tu­tul­muş­dur. La­kin müəl­lif bu­nun­la ki­fay­ətl­ən­mə­miş, tə­d­ris pro­se­si ilə bi­la­va­si­tə bağ­lı ol­ma­sa da, öy­rə­nil­mə­si­nə zə­ru­ri eh­tiy­ac olan bir sı­ra ter­min­lə­ri də lüğə­tə da­xil et­miş və qə­na­ət­bəxş iza­hat da ver­miş­dir. Mə­sə­lən, lüğət­dən hə­lə XVI­II əsrdə De­kart və Leyb­nis tə­rə­fin­dən ideya şək­lin­də irə­li sürülmüş «bey­nəl­xalq dil», 1880-ci il­də al­man ka­to­lik pate­ri Şley­xer tə­rə­fin­dən «Vol­ya­nuk» lay­i­hə­si­nin («dünya di­li») çap edil­mə­si, Var­şa­va hə­ki­mi L.L.Ze­min­qof tə­rə­fin­dən 1887-ci il­də ya­ra­dıl­mış es­pe­ran­to, Lui de Bo­f­ron tə­rə­fin­dən 1907-ci il­də ya­ra­dıl­mış ido ki­mi süni dil­lər haq­qın­da ma­raq­lı mə­lu­mat al­maq mümkündür.

Lüğət Azər­bayc­an dil­çi­liyi ter­min­lə­ri ilə məh­dud­laş­ma­dığı ki­mi, ay­rı-ay­rı ter­min­lə­rin iza­hı da yal­nız Azər­bayc­an di­li çər­çi­və­sin­də ve­ril­mə­miş­dir. Bu­ra­da hər bir ter­min əv­vəlcə ümu­mi dil­çi­lik ba­xı­mın­dan izah edil­miş, so­nra da Azər­bayc­an dil­çi­liy­in­də onun mə­na­sı və əha­tə dai­rə­si ay­dın­laş­dı­rıl­mış­dır. Yığc­am el­mi izah­la ya­na­şı, Azər­bayc­an di­li­nə da­ir kon­kret mi­sal­la­rın ve­ril­mə­si tə­səvvürü da­ha da də­qiq­ləş­di­rir. Lüğə­tin mühüm cə­hət­lə­rin­dən bi­ri də hər bir ter­mi­nin rus, ing­i­lis, fran­sız, al­man, is­pan dil­lə­rin­də­ki qar­şı­lıq­la­rı­nın ve­ril­mə­si­dir.

Müəl­lif ter­min­lə­rin əsas mə­na­la­rı­nın iza­hın­da diq­qət­li­dir. O, lüğət ya­ra­dıc­ı­lığı işi­nin qar­şı­sın­da du­ran böyük mə­su­liyy­ə­ti axı­ra qədər diq­qət mər­kə­zin­də sax­lay­a­raq, oxuc­u­nu düzgün is­ti­qa­mət­lən­dir­məyə, ter­mi­nin mü­asir in­ki­şaf mər­hə­lə­sin­də al­dığı mə­na­nı ay­dın­laş­dır­mağa ça­lış­mış­dır. La­kin müəl­lif dil­çi­lik­də hə­lə də­qiq həll edilmə­­miş və ya haq­qın­da müxtə­lif rəy­lər olan mə­sə­lə­lə­ri də unut­ma­­mış, ki­ta­bın həc­mi kə­çik ol­sa da, be­lə mə­sə­lə­lər ba­rə­sin­də də səhih və qı­sa mə­lu­mat ver­məyi zə­ru­ri say­mış­dır.

Lüğət­də ve­ril­miş «Ru­sca ter­min­lə­rin azər­bayc­anca qar­şı­lığı», «İng­i­li­scə ter­min­lə­rin azər­bayc­anca qar­şı­lı­ğı» ki­mi böl­mə­lər də ma­raq­lı və əhə­miyy­ət­li­dir.

Lüğə­tin müəyy­ən nöq­san­la­rı da var­dır ki, bun­la­rın bir ço­xu dil­çi­liy­i­mi­zin özündən irə­li gə­lir. Bə­zən lüğət­də si­s­te­min po­zul­ma­sı­na rast gəl­mək olur. Mə­sə­lən, sözün mən­şəyi və vu­rğ­u­nun növ­lə­ri qarı­şıq izah edil­miş­dir. Mo­dal söz­lə ara söz pa­ra­le­lizm ki­mi ve­ri­lir, halbu­ki, mə­sə­lən, xə­bər­lə fel ara­sın­da bə­ra­bər­lik ol­ma­dı­ğı ki­mi, bun­la­rı da bə­ra­bər­ləş­dir­mək, «be­lə bir­ləş­mə­lər mor­fo­lo­g­iy­a­da modal söz­lər və ya mo­dal bir­ləş­mə­lər ad­la­nır» - de­mək tam doğ­ru ol­maz, çünki ara söz­lə­rin ifa­də im­kan­la­rı ge­niş­dir. Mo­dal söz­dən ayrıca bəhs edil­diyi və be­lə söz­lə­rin var­lığı tə­s­diq edil­diyi hal­da, bun­lar kö­mək­çi nitq his­sə­lə­ri­nə da­xil edil­mir. «At­ri­bu­tiv­ləş­mə» - əşya məz­mun­lu sözün «si­fət funk­siy­a­sı da­şıy­an sö­zə çe­v­ril­mə­si» (səh.14) ki­mi izah edi­lir və si­fət­lə təy­in ey­ni­ləş­di­ri­lir, sub­stan­tiv­ləş­mə an­lay­ı­şı düzgün izah edil­mir. «San­ki», «elə bil», «guya» mo­dal söz­lə­ri bə­zən dərs və­sa­it­lə­rin­də ol­duğu ki­mi, bağ­lay­ıcı ad­lan­dı­rı­lır. «Qoş­ma heç bir şə­kil­çi qə­bul et­mir» (səh.24) dey­il­dik­də xə­bər­lik şəkil­çi­si unu­du­lur. Ad­lıq ha­lın qoş­ma ilə əla­qə­si gö­s­tə­ril­mir. «İki sai­tin… bir hec­a­da bir­ləş­mə­si dif­tonq ad­la­nır» - deyə əsa­sən doğ­ru tərif ve­ril­diyi hal­da, «Azər­bayc­an di­lin­də ov, oy, ev, ey ki­mi dif­tonq­­lar iş­lə­nir» (səh. 35) şək­lin­də doğ­ru ol­may­an nə­ticə çı­xa­rı­lır. Yiyə­lik hal­da olan biz, siz, on­lar söz­lə­ri əvəz­liy­in ay­rıca növü - «yi­yə­lik şəxs əvəz­liyi» adı ilə ve­ri­lir, «bu­ra», «ora» ki­mi dü­zəlt­mə zər­f­lər işa­rə əvəz­liyi he­sab edi­lir. Se­ma­sio­lo­giya ilə lek­si­ko­lo­g­iy­a­nın təd­qi­qat oby­ek­ti də­qiq fərq­lən­di­ril­mir. «Qey­ri-müəyy­ən miq­dar sayı» miq­dar sayı­nın dey­il, say­ın bir növü ki­mi ve­ri­lir. «Azər­bayc­an di­lin­də 23 sa­mit « (səh.84) ol­duğu gö­s­tə­ril­sə də, «k» hər­fi­nin funk­siy­a­la­rı də­qiq ay­dın­laş­dı­rıl­mır və ya 120-ci sə­hi­fə­də bu mə­sə­lə izah edil­sə də, di­lar­xa­sı kar k` ( klub, kol­xoz və s. söz­lər­də) sa­mit­lər sı­ra­sı­na da­xil edil­mir. «Se­ma­si­o­lo­g­iya… düz is­ti­qa­mət­də in­ki­şaf et­miş­dir» (səh. 86) - cümlə­si so­nra­kı cümlə­lər­lə mə­na və mən­ti­qi cə­hət­dən zid­diyy­ət təş­kil edir. 90-cı sə­hi­fə­də sin­taqmlar xət­lər­lə düzgün gö­s­tə­ril­mə­miş, 106-cı sə­hi­fə­də uz­laş­ma­nın cin­sə, kə­miyy­ə­tə və hala gö­rə ol­duğu qeyd edil­mək­lə, şəx­sə gö­rə uz­laş­ma əsas ol­duğu hal­da, II pla­na en­di­ril­miş­dir. «Lek­sem» sözü azər­bayc­anca «lek­se­ma» ki­mi get­miş, bə­zi mi­sal­lar tə­k­rar olun­muş (səh. 32, 54), bə­zi la­zım­sız mə­sə­lə­lər ge­niş izah olun­muş­dur və s.

Qüsur­la­rı müəl­lif asan­lıq­la is­lah edə bi­lər.

Bu fay­da­lı ki­tab­da hə­lə­lik 400-ə qə­dər dil­çi­lik ter­mi­ni izah edil­miş­dir. Or­ta mək­təb şa­g­ird və müəl­lim­lə­ri, ali mək­təb tə­lə­bə­lə­ri üçün nə­zər­də tu­tul­muş bu əsə­rin həc­mi­ni ge­ni­ş­lən­di­rə­rək, gə­ləc­ək nəşrdə dil­çi­lik el­mi ilə bağ­lı olan bütün əsas ter­min­lə­ri əha­tə edə bilən bir ki­tab ha­zır­la­maq olar və müəl­lif ba­ş­la­mış ol­duğu bu uğ­ur­lu işi da­ha çox irə­li­lə­də və dil­çi­liy­i­mi­zə da­ha çox fay­da ve­rə bi­lər.

25.06.1970

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az