BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

YENİ PROQRAMIN SİNTAKSİS

BÖLMƏSİ

 

Re­s­pub­li­ka Pre­zi­den­ti­nin «Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si haq­qın­da» fərm­anı ay­rı-ay­rı na­zir­lik­lə­rin, xüsu­si­lə Təh­sil Na­zir­liy­i­nin qar­şı­sın­da müəyy­ən tə­ləb­lər qoy­muş­dur. Ona gö­rə də Təh­sil Na­zir­liyi son dövr­lər­də or­ta mək­təb­lər­də Azər­bayc­an di­li­nin təd­ri­si, dər­slik və pro­qram­la­rın və­ziyy­ə­ti, müəl­lim­lə­rin və mək­təb­lə­rin ana di­li tə­d­ri­si­nə müna­si­bə­ti və s. mə­sə­lə­lə­ri öy­rən­məyə, bu sa­hə­də müəyy­ən tə­şəbbüslər həy­a­ta ke­çir­məyə ça­lış­mış­dır. Bütün görülmüş və görü­ləc­ək iş­lər, ana di­li­nin tə­d­ri­si və­ziyy­ə­ti ba­rə­də yox­la­ma­la­rın nə­ti­cə­lə­ri təh­sil na­zi­ri­nin «Azər­bayc­an Re­s­pub­li­ka­sı Pre­zi­den­ti­nin «Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si haq­qın­da» fər­ma­nı­nın tə­ləb­lə­ri ba­xı­mın­dan ümum­təh­sil mək­təb­lə­rin­də Azər­bayc­an di­li və ədə­biyy­a­tın tə­d­ri­si və­ziyy­ə­ti və onun yax­şı­laş­dı­rıl­ma­sı təd­bir­lə­ri ba­rə­də» ad­lı mə­qa­lə­sin­də («Azər­bayc­an mü­əl­li­mi» qə­ze­ti, 16-22 av­qust 2002) əha­tə olun­muş­dur. Bu he­sa­bat-ya­zı­dan ay­dın olur ki, 1999-cu il­də tə­s­diq edil­miş ba­za tə­d­ris pla­nı­na əsa­sən tə­lim Azər­bayc­an di­lin­də olan ümum­təh­sil mək­təb­lə­ri­nin V-XI sinif­­­lə­rin­də Azər­bay­can di­li­nin təd­ri­si­nə həf­tə­də 22 sa­at, tə­lim qey­ri-Azər­bayc­an di­lin­də olan mək­təb­lər­də 17 sa­at vaxt ve­ri­lir. Azər­bay­can di­li seç­mə fənn ki­mi götürüldükdə isə sa­at­la­rın miq­da­rı həf­tə­də 32-yə çat­dı­rı­lır. «Azər­bayc­an di­li» pro­qram­la­rı 1993-cü il­də tə­s­diq olun­­muş­dur, so­nra­kı dövr­lər­də, xüsu­si­lə 1999-cu il­də üzə­rin­də müəy­y­ən dəy­i­şik­lik­lər edil­miş­­­dir. Təh­sil na­zi­ri­nin 5 iy­ul 2001-ci il ta­rix­li 798 nöm­rə­li əm­ri ilə iş­çi qru­pu ya­ra­dıl­mış, hə­min qrup ye­ni pro­qram ha­zır­la­mış, proq­ram lay­i­hə şək­lin­də 5-11 iy­ul ta­rix­li «Azər­bayc­an mü­əl­li­mi» qə­ze­tin­də dərc olun­muş­dur.

Ümum­təh­sil mək­təb­lə­rin­də Azər­bay­can di­li­nin təd­ri­si ilə 18274 nə­fər müəl­lim mə­şğ­ul olur. Təh­sil Na­zir­liyi 2001-2002-ci ili key­fiy­y­ət ili elan et­miş­dir. Na­zir­liy­in mə­lu­ma­tı­na əsa­sən bu il mək­təb­lər­də Azər­bay­can di­li tə­d­ri­si­nin key­fiy­yə­ti yüksəl­miş­dir, Za­qa­ta­la rayo­nun­da Azər­bayc­an di­li­nin mək­təb­lər­də mə­nim­sə­nil­mə fa­i­zi 98, Lən­kə­ran ray­o­nun­da 98,8, Xə­tai ray­o­nun­da 98,7, Sə­ba­il rayo­nun­da 98, Bər­də ray­o­nun­da 99,7 fa­iz ol­muş­dur. Heç şüb­hə­siz, bu rə­qəm­lər Sovet dövründə şi­şir­dil­miş şə­kil­də təq­­dim edi­lən pam­bıq rə­qəm­lə­ri ki­mi sax­ta və uy­dur­ma rə­qəm­lər­dir. Azər­bayc­an mək­təb­lə­rin­də ümu­mən tə­d­ri­sin key­fiyy­ə­ti in­di­ki qə­dər heç vaxt aşağı ol­ma­mış­dır. Müəl­lim­lə­rin ma­a­şı­nın az­lığı, müəl­lim kadr­la­rı­nın key­fiyy­ət­siz bu­ra­xı­lı­şı, mək­təb­lər­də rüşvət­xor­luq, şa­gird­lə­rin mi­ni­mum do­la­nı­şıq imkan­­la­rı­na ma­lik ol­ma­ma­sı üzün­dən da­im küçə­lər­də ol­ma­sı, ic­ti­mai-siy­a­si və­ziyy­ə­tin pis­liyi, qaç­qın və köçkünlə­rin ağ­ır və­ziyy­ə­ti o rə­qəm­lə­rin tam mə­na­sı ilə mə­­su­liyy­ət­siz adam­la­rın tər­tib et­diyi saxta rə­qəm­lər ol­duğ­u­nu gös­­tə­rir. İki mək­tə­bin nümu­nə­si əsa­sın­da re­s­pub­li­ka­da tə­li­mi rus di­lin­də olan mək­təb­lər­də Azər­bayc­an di­li təd­ri­si­nin key­fiyy­ətcə yük­sə­li­şin­dən bəhs edi­lir. Hal­bu­ki rus mək­təb­lə­rin­də Azər­bayc­an di­li tə­d­ri­si­nə son də­rəcə qey­ri-cid­di ya­na­şı­lır. «Bər­də ray­on mək­təb­lə­rin­də III rübün ye­kun­la­rı­na gö­rə V-XI si­ni­f­lər­də şa­g­ird­lə­rin mə­nim­sə­mə­si 99,7 fa­iz qiy­mət­lən­di­ril­diyi hal­da, və­ziyy­ə­tin öy­rə­nil­mə­si za­ma­nı apa­rı­lan ya­zı iş­lə­ri­nin (im­la, ifa­də, in­şa) nə­tic­ə­si rübün nə­tic­ə­sin­dən xey­li aşağı (72 fa­iz) ol­muş­dur» (yenə ora­da). Gü­man edi­rik ki, yax­şı yox­la­nıl­sa, bun­dan çox aşağı olar­dı. Ona gö­rə ki mək­təb­lər­də dər­slər ke­ç­miş hə­vəs­lə ke­çil­mir. Oxu­­maq is­təy­ən şa­g­ird­lər gündə­lik dər­slə­rə eti­­bar et­mir, öz he­sab­la­rı­na mü­əl­lim tu­tur və fər­di şə­kil­də öy­rə­nir­lər. «Apa­rı­lan ya­zı iş­lə­ri­nin təh­li­li gö­s­tər­di ki, bu mək­təb­lər­də şa­g­ird­lər or­fo­qra­fik, du­rğu işa­rə­si və qram­ma­tik səhvlə­rə da­ha çox yer ve­rir­lər». Be­lə də ol­ma­lı­dır. Bu­nun bir sə­bə­bi mək­təb­lə­rin ümu­mi və­ziyyə­ti­dir­sə, di­g­ər mü­hüm sə­bə­bi or­fo­qra­fiya qay­da­la­rı­nın ol­ma­ma­sı­dır. Çox şeyi bu fən­­ni tə­d­ris edən müəl­li­min özü də bil­mir və da­im su­al­lar qar­şı­sın­da qa­lır. Elə bu­na gö­rə də «Bə­zi mək­təb­lər­də ya­zı­la­rın apa­rıl­ma­sı, yox­la­nıl­ma­sı və səhvlər üzə­rin­də işin təş­ki­lin­də nor­ma­tiv­lər göz­lə­nil­mir. Müəl­lim­lər səhvlə­ri növ­lə­ri­nə və tip­lə­ri­nə ay­ır­maq­da çə­tin­lik çə­kir­lər». (Ye­nə ora­da) Se­ç­mə iş­lə­ri düzgün apa­rıl­ma­dığ­ın­dan riy­a­ziyy­at qru­pu­nun şa­g­ird­lə­ri Azər­bayc­an di­li və ədə­biyy­at qru­pu­nun şa­­gird­lə­rin­dən Azər­bay­can di­li­ni, ədə­biyy­a­tı da­ha yax­şı mə­­­nim­sə­yir­­lər. Na­zir­liy­in təh­sil, mət­bu­at və nə­ş­riyy­at şö­­­bə­si­nə ye­ni ifa­də, im­la məc­mu­ə­lə­ri ha­zır­lay­ıb çap et­mək tap­şı­rıl­mış­dır. Or­fo­qra­fiya qay­­da­la­rı ol­ma­dan bun­la­rın necə tər­tib olu­nac­ağ­ı­nı düşünmək çə­tindir.

«Ümum­təh­sil mək­təb­lə­ri­nin V-XI si­ni­f­lə­ri üçün Azər­baycan dili fən­ni üzrə pro­qram»ın «Azər­bayc­an müəl­li­mi» qə­ze­tin­də çap olun­muş ye­ni va­ri­an­tı çox qüsur­lu­dur. Əlif­ba, or­fo­qra­fiya mə­sə­lə­lə­ri ilə ya­na­şı, bu sa­hə­lə­rin özünü sin­tez şək­lin­də da­ha çox gö­s­tər­diyi sin­tak­sis böl­mə­si da­ha qüsur­lu tər­tib olun­muş­dur. (5-11 iy­ul 2002). Təbii ki, hər bir pro­qram ye­ni­dən iş­lə­nər­kən qar­şı­sı­na qoy­u­lan əsas məq­səd­lə ya­na­şı, uzunmüddət­li ənə­nə­lə­ri, ey­ni za­man­da ha­zır­kı dövr­də abi­tu­riy­ent te­st­lə­ri­ni də nə­zə­rə al­ma­lı­dır. «Azər­bayc­an di­li» dər­slik­lə­rin­də ve­ril­miş mə­lu­mat baş­dan-ba­şa te­st­ləş­di­ril­miş­dir və orta mək­tə­bi ye­ni bi­ti­rən­lər­lə bə­ra­bər, ke­ç­miş mə­zun­lar da ali mək­təb­lə­rə hə­min te­st­lər­lə ha­zır­la­şır. Ona gö­rə də pro­qram­da dəyi­şik­lik edi­lər­kən yüz ölçüb bir bi­ç­mək la­zım­dır, tez-tə­lə­sik hər cür dəy­i­şik­liyə yol ver­mək ol­maz. Doğ­ru­dur, dərs­lik­lər vax­ta­şı­rı ye­ni­ləş­di­ril­mə­li, əsas­lı şə­kil­də ye­ni­dən iş­lən­mə­li, el­min ye­ni­lik­lə­ri­ni əha­tə etmək­lə möv­cud qüsur­lar­dan tə­miz­lən­mə­li­dir, la­kin «ye­ni­lik» na­mi­nə pro­qram və dər­slik­lə­ri kor­la­maq ol­maz.

Biz pro­qra­mın «Sin­tak­sis» böl­mə­si üzə­rin­də day­an­maq is­təy­i­rik. Bu his­sə­də əsas ye­ni­lik bun­dan iba­rət­dir ki, bir möv­zu «ye­ni­dən» işlən­miş, iki möv­zu bütövlükdə pro­qram­dan çı­xa­rıl­mış­dır. Cüttər­kib­li və tək­tər­kib­li cümlə an­lay­ı­şı ləğv olun­muş, sa­də cümlə­nin növ­lə­ri bir qə­dər fər­q­li ve­ril­miş­dir; xüsu­si­ləş­mə­lər, bü­töv və ya­rım­çıq cüm­lə­lər ix­ti­sar edil­miş­dir. Qa­lan mə­sə­lə­lər, de­mək olar ki, olduğu ki­mi­dir.

Cüt və tək­tər­kib­li­lik sa­də cümlə­nin əsas qu­ru­luş for­ma­la­rı­dır. Əs­lin­­də, «tək­tər­kib­li­lik» an­lay­ı­şı for­mal və qey­ri-mən­ti­qi bir şey­dir. Fi­kir pred­me­ti ol­ma­dan cüm­lə qu­rul­mur. La­kin fi­kir pred­me­ti cümlə­də öz ifa­də­si­ni ta­pa bil­mə­dik­də tək­tər­kib­li­lik ya­ra­na bi­lir. Proq­ram­da «tək­tər­kib­li» və «cüttər­kib­li» ter­min­lə­ri «şəxs» an­la­yı­şı və onun müxtə­lif ça­lar­la­rı ilə əvəz edil­miş­dir. Sa­də cümlə­nin növ­lə­ri aşağ­ı­da­kı ar­dıc­ıl­lıq­la, qeyd et­diy­i­miz ad­lar­la ve­ril­miş­dir:

Şəx­sli cümlə­lər;

Müəyy­ən şəx­sli cümlə­lər;

Qey­ri-müəyy­ən şəx­sli cümlə­lər;

Ümu­mi şəx­sli cümlə­lər;

Şəxssiz cümlə­lər;

Müxtə­sər və ge­niş cümlə­lər;

«Söz-cümlə»;

Ad­lıq cümlə.

Bu bö­lgü 50-ci il­lə­rin son­la­rın­da EA-nın nəşr et­diyi «Azər­baycan di­li­nin qram­ma­ti­ka­sı» (II his­sə,1959) ki­ta­bın­da­kı bö­lgünün tə­h­­ri­fin­dən iba­rət­dir. Ona gö­rə «təh­rif» dey­i­rik ki, ora­da ye­nə müəyy­ən prin­sip var idi, la­kin bu­ra­da o prin­sip də göz­lə­nil­məy­ib. «Şəx­sli cümlə» de­dik­də baş üzvlə­rin hər iki­si bi­la­va­si­tə iş­ti­rak edən: İn­san əzə­mət­li­dir. Fil­lər böyükdür. Yar­paq­lar ti­t­rəş­di. Tor­paq nəm­dir - tip­li cümlə­lər nə­zər­də tu­tu­lur. Bun­lar əv­vəl­ki pro­qram və dər­slik­də­ki «cüttər­kib­li cümlə­lər»dir. Dərs­lik­də bu cür cümlə­lə­ri «şəx­sli cümlə» ad­lan­dır­ma­ğın mümkünlüyü də qeyd edil­miş­dir. Pro­qra­mın ye­ni tər­ti­bin­də «müəyy­ən şəx­sli cümlə­lər» de­dik­də mübtə­da­sı I və II şəxs­lə­rin tək və cə­min­də olub, bi­la­va­si­tə iş­lən­məy­ən: Ov­çu­luğa meyil sal­dım. (S.V.) Qəm çək­mə, gü­lüm. (İ.Ə.) Gəl çı­xaq sey­ri­nə uca dağ­la­rın. (H.A.) Ba­xın! Ba­xın! Yax­şı ba­xın, diq­qət­lə ba­xın! (C.M.) - tip­li cümlə­lər nə­zər­də tu­tu­lur. İn­di siz görün or­ta mək­təb şa­g­ir­di­nə el­mi necə öy­rət­mək məs­lə­hət görülür: mübtə­da­sı bi­la­va­si­tə iş­ti­rak edən cüm­lə­lər «şəx­sli cümlə», mübtə­da­sı iş­ti­rak et­məy­ib tə­səvvür olu­nan­lar «müəyy­ən şəx­sli cümlə» ad­lan­dı­rı­lır. Be­lə çı­xır ki, xə­bər­lik və ya şəxs şə­kil­çi­lə­ri ilə tə­səvvür olu­nan­lar öz ye­rin­də olan­lar­dan da­ha ay­dın imiş, da­ha müəyy­ən imiş. Ona gö­rə «tə­h­rif» dey­i­rik ki, 59-cu il ki­ta­bı­nın müəl­li­f­lə­ri bu cür cümlə­lə­ri «müəyy­ən şəx­sli» dey­il, «tək­tər­kib­li müəyy­ən şəx­sli cümlə­lər» say­mış və be­lə də ad­lan­dır­mış­lar. On­lar bu cür cümlə­lə­ri tək­tər­kib­li­nin o bi­ri növ­lə­ri­nə nis­bə­tən mübtə­da­sı müəyy­ən olan cümlə he­sab et­mi­ş­lər. Bu cür ba­xış rus qram­ma­ti­ka­la­rın­dan gə­lir və müəyy­ən də­rəcə mən­ti­qi­dir. La­kin biz dey­i­rik ki, «tək­tər­kib­li» ad­la­nan cümlə­nin mübtə­da­sı­nı bər­­pa et­mək ol­maz. Yu­xa­rı­da­kı tip­li cümlə­lər tək­tər­kib­li dey­il, cüt­tər­kib­li­nin bir növüdür. Biz 20 il­dən ar­tıq­dır, bu sa­hə­də pro­fes­sor Bə­şir Əh­mə­dov­la müba­hi­sə­dəy­ik. O bu cür cüm­lə­lə­ri «tək­tər­kib­li müəyy­ən şəx­sli cümlə» he­sab edir, biz cüttər­kib­li cümlə­nin bir növü. 83-cü il­dən dər­slik və pro­qram­da cüttər­kib­li cümlə ki­mi ve­ri­lir. Ye­ni pro­qra­mı ha­zır­lay­an­lar «tək­tər­kib­li» ter­mi­ni­ni atıb sa­dəcə «mü­əyy­ən şəx­sli cümlə» ter­mi­ni­ni sax­la­maq­la mə­sə­lə­ni do­laş­dır­mış­lar. «Tək­tər­kib­li cümlə», «cüttər­kib­li cümlə» ter­min­lə­rin­dən imti­na edi­lir­sə, «müəyy­ən şəxs­li cümlə» baş­lığı ver­mək ol­maz və bu sa­həyə aid olan cümlə­lər şəx­sli cüm­lə da­xi­lin­də öy­rə­ni­lə bi­lər.

Mübtə­da III şəx­sdə də bu­ra­xı­la bi­lir: Mən onun kən­də get­məyini is­tə­mir­dim. Am­ma get­di - cümlə­lə­rin­dən ikin­ci­sin­də mübtə­da yoxdur və əv­vəl­ki cümləyə əsa­sən tə­səvvür olu­nur. Fərq bu­ra­da­dır ki, I və II şəx­slər­də suby­ekt kon­kret ola­raq mən, sən, biz, siz söz­lə­ri­dir, III şəx­sdə isə bü­tün can­lı və can­sız var­lıq­lar əha­tə olu­nur, ona gö­rə də bu­ra­xıl­mış mübtə­da mət­nə əsa­sən bər­pa olu­nur. Çox ma­raq­lı­dır ki, EA-nın çap et­diyi so­nra­kı «Müa­sir Azər­bayc­an di­li» ki­tab­la­rın­da «tək­tər­kib­li müəyy­ən şəx­sli cüm­lə» an­lay­ı­şın­dan əl çə­kib­lər, am­ma 50-ci il­lə­rin son­la­rın­da, 60-cı il­lər­də onu oxu­yan­lar, sin­tak­si­si o ki­tab­dan öy­rə­nən­lər so­nra­kı­la­ra bax­maq is­tə­mir və ona gö­rə də o an­lay­ı­şı unut­mur­lar. EA-nın hə­min nə­ş­rin­də (1959-cu il) söz-cümlə­lər də tək­tər­kib­li cümlə­nin bir növü ki­mi ve­ri­lib, so­nra­lar on­dan da əl çə­kib­lər. Bu ye­ni pro­qram­da ad­lıq cüm­lə­lər­dən əv­vəl söz-cümlə­nin ve­ril­mə­si də o xa­ti­rə­lə­rin unu­dul­maz ya­di­g­a­rı­dır. Söz-cümlə üzvlən­mə­yən cümlə ti­pi­dir, onu sa­də cümlə­nin qeyd edi­lən növ­lə­ri ilə bir cə­rg­ə­də ver­mək ol­maz.

Biz ali mək­təb­də 40 ilə ya­xın­dır ki, sin­tak­si­sin təd­ri­si ilə məş­ğu­luq, or­ta mək­təb­lə də da­i­mi əla­qə­miz var­dır. «Tək­tər­kib­li» və «cüttər­kib­li» an­lay­ı­ş­la­rı «ye­ni­lik» və «çə­tin­lik» müla­hi­zə­lə­ri ilə pro­­qram­dan çı­xa­rı­lır, la­kin azca zəh­mət çə­kən, oxu­maq is­təy­ən heç bir gənc, is­tər şa­g­ird ol­sun, is­tər tə­lə­bə, cüttər­kib­li və tək­tər­kib­li cümlə an­lay­ı­ş­la­rı­nın dərk olun­ma­sın­da çə­tin­lik çək­məy­ib.

Pro­qram­da dey­i­lir ki, «Mək­təb­lə­ri­mi­zin is­ti­fa­də­si­nə ve­ri­lən ye­ni «Azər­bayc­an di­li» pro­qra­mı or­ta mək­təb­lə­rin dil və ədə­biy­yat müəl­lim­lə­ri­nin yığ­ınc­ağ­ın­da ge­niş mü­za­ki­rə edi­lib tək­mil­ləş­di­ril­dik­dən so­nra Azər­bayc­an Res­­pub­li­ka­sı Təh­sil Na­zir­liy­i­nin el­mi-me­to­di­ki şu­ra­sı­nın Azər­bayc­an di­li və ədə­biyy­a­tı böl­mə­sin­də müza­ki­rə və qəbul edil­miş­dir». Biz o şu­ra­nın 70-ci il­lər­dən üz­vü­yük. Am­ma çox tə­əssüf edi­rik ki, o şu­ra­nın bu mə­sə­lə­lər­lə bağ­lı müza­ki­rə­lə­ri­nə də­vət ala bil­mə­mi­şik.

İkinci mə­sə­ləyə - xüsu­si­ləş­mə­lə­rin pro­qram­dan çı­xa­rıl­ma­sı mə­sə­lə­si­nə ba­xaq. Bu mə­sə­lə du­rğu işa­rə­lə­ri ilə da­ha çox bağ­lı­dır. Xüsu­si­ləş­mə bir qə­dər çə­tin, la­kin ma­raq­lı (sa­vad­sız üçün «dəh­şət­li») bir möv­zu­dur. İki müx­tə­lif qu­ru­luş xüsu­siyy­ə­ti var. Bir qi­s­mi qoş­ma­lı xüsu­si­ləş­mə­lər­dir. Mə­sə­lən, Ai­lə­si­nin dağ­ıl­ma­sı­na bax­may­a­raq, Mə­sum nik­bin idi ( Ə.V .) - cümlə­sin­də ai­lə­si­nin dağ­ıl­ma­sı­na bax­may­a­raq söz­lə­ri xüsu­si­ləş­miş qar­şı­laş­dır­ma zərf­liy­i­dir. İkinci for­ma­sı­nı «də­qiq­ləş­di­rici xüsu­si­ləş­miş üzvlər» ad­lan­dır­mı­şıq - əv­vəl küll ve­ri­lir, son­ra onun bir cüzü da­ha ay­dın nə­zə­rə çarp­dı­rı­lır; məs.: Müs­tə­qil­lik yo­lu­na qə­dəm qoy­muş re­s­pub­li­ka­lar, xüsu­sən də Azər­bayc­an böyük çə­tin­lik­lər­lə üzləş­mə­li ol­du - cümlə­sin­də xüsu­sən də Azər­bayc­an söz­lə­ri xüsu­si­ləş­miş mübtə­da­dır. Mü­şa­hi­də et­mi­şik ki, tə­lə­bə və şa­g­ird­lə­rin oxu­maq is­tə­yən­lə­ri bun­la­rı çox asan qa­v­ray­ır­lar və təh­lil za­ma­nı elə bir çə­tin­lik­lə­ri ol­mur. Or­ta mək­tə­bin tən­bəl və az sa­vad­lı müəl­li­mi bun­lar­da çə­tin­lik çə­kir. Biz ki­min tərə­fin­də du­ru­ruq? Ki­mi mey­ar se­çi­rik? Və ya ki­mi se­ç­mə­liy­ik?

Xüsu­si­ləş­mə­lə­rin dil­də böyük ro­lu var. Fi­k­ri ak­tu­al­laş­dır­ma­nın bir for­ma­sı­dır. Rus qram­ma­ti­ka­la­rın­da xüsu­sən bi­rinci tip xüsu­si­ləş­mə­lər sa­də cümlə ilə mü­rək­kəb cümlə ara­sın­da ke­çid say­ı­lır, o cür cüm­lə­lə­rin 1,5 həcmdə pre­di­ka­tiv­liyə ma­lik ol­duğu, yə­ni sa­də cümlə­nin di­g­ər növ­lə­ri­nə nis­bə­tən 50 fa­iz ar­tıq pre­di­ka­tiv­lik gü­cü olduğu gö­s­tə­ri­lir. Bu cə­hət onu mürək­kəb cümləyə ya­xın­laş­dı­rır. Yax­şı, tu­taq ki, yu­xa­rı­da­kı cümlə­ni ( Ai­lə­si­nin dağ­ıl­ma­sı­na bax­maya­raq, Mə­sum nik­bin idi ) təh­lil edi­rik: Mə­sum - mübtə­da, nik­bin idi - xə­bər. Bəs Ai­lə­si­nin dağ­ıl­ma­sı­na bax­ma­ya­raq söz­lə­ri­nə nə dey­əc­əy­ik? Müəl­lim bu­na nə ca­vab ve­rəc­ək? «Xüsu­si­ləş­mə» an­layı­şı­nı çı­xart­dıq, zərf­liy­in mə­na növ­lə­ri içə­ri­sin­də qar­şı­laş­dır­ma zərf­liyi də yox­dur. Bəs müəl­lim nə et­mə­li­dir? Təh­li­li ya­rım­çıq sax­la­ma­lı­dırmı?

Bütöv və ya­rım­çıq cümlə an­lay­ı­ş­la­rı­nın pro­qram­dan çı­xa­rıl­ma­sı da­ha zə­rər­li­dir. Əv­və­lən, şa­g­ird­lər müxtə­sər şəxssiz cümlə­lə­ri, sözcümlə­lə­ri və mə­lu­mat­la­rı ol­ma­dığı üçün bir söz­dən iba­rət ya­rım­çıq cümlə­lə­ri hə­mi­şə qa­rış­dı­rac­aq, müəl­lim hə­mi­şə su­al qar­şı­sın­da qa­lac­aq. Di­g­ər tə­rəf­dən, ya­rım­çıq cümlə bütün baş­qa cümlə növ­lə­ri­nə nis­bə­tən ən ela­s­tik, nitq in­ki­şa­fı üçün ən ya­rar­lı, ra­si­o­nal fi­k­rin inten­siv ifa­də­si üçün ən zə­ru­ri və ən çox iş­lə­nən cümlə növüdür. Əksi­nə, biz dey­ər­dik ki, şa­g­ird­lə­rə ya­rım­çıq cüm­lə­dən is­ti­fa­də məqam­la­rı­nı da­ha ge­niş öy­rət­mək la­zım­dır.

Dər­slik ye­ni­dən iş­lə­nər­kən bu üç möv­zu­nun ix­ti­sa­rı çox az vaxt ala bi­lər. Am­ma biz şəx­sən bu qə­na­ət­dəy­ik ki, Azər­bay­c­an di­li proqra­mın­da­kı bu «ye­ni­lik» mək­tə­bin və təh­si­lin xey­ri­nə de­yil­dir. V-IX si­ni­f­lə­rin «Azər­bayc­an di­li» pro­qram­la­rı klas­sik üs­lub­da qu­ru­lub, illər­lə sı­naq­dan çı­xıb. Bu cür ix­ti­sar­la­rın müsbət ef­fek­ti ol­ma­yacaqdır.

05.07.2002

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az