BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / V. MƏKTƏB, TƏDRİS, DƏRSLİK /

V

MƏK­TƏB, TƏ­D­RİS VƏ

DƏR­SLİK

MÜXTƏ­LİF QEYDLƏR DƏFTƏRİ

Ə.Haqverdiyevin ar­xi­vin­dən

 

Əbdürrə­him bəy Haq­ver­diy­e­vin ar­xi­vin­də ya­zı­çı­nın pe­da­qo­ji fəa­liy­yə­ti ilə əla­qə­dar bir sı­ra sə­nəd­lər sax­la­nı­lır. Bu sə­nəd­lə­ri diq­qət­lə nə­zər­dən ke­çir­dik­də mə­lum olur ki, So­vet dövründə Ə.Haq­ver­diy­ev­də pe­da­qo­ji işə bö­yük ma­raq ol­muş, o, dey­əc­əyi dər­slə­rə hə­mi­şə səy­lə ha­zır­laş­mış, o za­man­kı pro­qra­mın vac­ib və ye­ri­nə yeti­ril­mə­si zə­ru­ri olan tə­ləb­lə­ri­nə cid­di əməl et­miş­­dir. Ya­zı­çı­nın Azər­bayc­an di­li dər­slə­ri­nə ha­zır­la­şar­kən apar­mış ol­du­ğu bir sı­ra qeyd­lər­dən onun təkcə dil dər­slə­ri­nə dey­il, həm də ümu­mi pe­da­qo­ji işə marağ­ı­nı müəy­yən­ləş­dir­mək olur.

Ə.Haq­ver­diy­e­vin pe­da­qo­ji işə müna­si­bə­ti­ni və bu sa­hə­də­ki əməli işi­ni ay­dın­laş­dır­maq üçün ya­zı­çı­nın ar­xi­vin­də­ki «Türk (Azər­bayc­an - Q.K ) di­li pro­qra­mı» və müx­tə­lif qeyd­lər dəf­tə­ri müəyy­ən ma­te­ri­al ve­rir. Pro­qra­mın iza­­hat his­sə­sin­də dər­sə necə ha­zır­laş­maq haq­qın­da gö­s­tə­riş­lər var­dır. Müxtə­lif qeyd­lər dəf­tə­rin­də­ki bir sı­ra ya­zı­lar, aşağ­ı­da gö­rəc­əy­i­miz ki­mi, hə­min gö­s­tə­riş­lə­rə uy­ğun gə­lir. Bu uyğ­un­luq ya­zı­çı­nın bir ne­çə dər­sə han­sı is­ti­qa­mət­də və necə hazır­laş­dığ­ı­nı ay­dın­laş­dır­maq üçün mü­əyy­ən im­kan ve­rir. Darülfü­nu­­nun ha­mi fakültə­lə­rin­də təh­sil alan qey­ri-azər­bayc­an­lı tə­lə­bə­lər üçün tər­tib edil­miş yu­xa­rı­da adı­nı çək­diy­i­miz pro­qram gi­riş­dən, üç his­sə­dən, bi­rinci və ikinci il üçün xır­da he­kayə möv­zu­la­rın­dan və iza­hat­dan iba­rət­dir. Pro­qra­mın I his­sə­si «Ye­ni türk əlif­ba­sı dər­slə­ri», II his­sə­si «Da­nı­şıq öy­rə­dən (lek­­si­kon) dərs­lər», III his­sə­si «Türk dili­nin sər­fi» (mor­fo­lo­giy­a­sı) ad­la­nır. Pro­qram, həf­tə­də dörd sa­at olmaq­la, iki tə­d­ris ili üçün tər­tib edil­miş­dir. Göründüyü ki­mi, qram­ma­ti­ka dərs­lə­ri ilə ya­na­şı, qi­ra­ət dər­slə­ri də nə­zə­rə alın­mış, bu­na görə də I və II il üçün ki­çik he­kayə möv­zu­la­rı müəyy­ən edil­miş­dir. Pro­qra­mın iza­hat his­sə­sin­də de­yi­lir: «Hə­min proq­ram üzə­ri­lə dərs apa­rıl­dıq­da hər dər­sə müta­biq təcrübə və ya­zı dər­slə­ri tər­tib et­mək mü­dər­­ris­lə­rin öh­də­si­nə qoyu­lur». Bu­ra­dan ay­dın olur ki, dər­slik və dərs və­sa­i­ti ol­ma­dığı üçün əsas yük müəl­li­min üzə­ri­nə düşmüşdür. Ə.Haq­ver­diy­e­vin müxtə­lif qeyd­lər dəf­tə­rin­də­ki ya­zı­lar gös­tə­rir ki, o, pro­qra­mın bu tə­lə­bi­ni ye­ri­nə ye­tir­mək üçün xey­li əmək sərf et­mişdir. Dəf­tə­rin 8-ci sə­hi­fə­sin­dən baş­lay­a­raq əv­vəlcə: o t a q, t a v a n, d ö ş ə mə, d i v a r, k a ğ ı z, q ə l ə m, k i t a b, o, m a s a, b u, n ə , n e ç ə, ə l, b a r m a q, a y a q, a d a m, ş ə x s, q a d ı n.. . tip­li ço­xi­ş­lə­nən söz­lər ve­ril­miş, on­la­rın ar­dınca ki­çik he­kay­ə­lər tər­tib edil­miş­dir. Hə­min he­kay­ə­lər­dən bi­ri­si be­lə­dir:

- Nə is­təy­ir­sən, xa­nım?

- Yax­şı qəh­və var­mı?

- Bə­li, çox yax­şı qəh­və­miz var.

- Gir­vən­kə­si ne­çəy­ə­dir?

- Qəh­və­nin gir­vən­kə­si üç ma­nat ya­rım­dır.

- Mə­nə bir gir­vən­kə qəh­və ver.

- Baş üstə, buy­u­run. Çay da is­təy­ir­si­niz­mi?

- Yox, mən dünən çay al­dım. Beş gir­vən­kə şə­kər ver.

Pro­qra­mın ye­nə də iza­hat his­sə­sin­də gö­s­tə­ri­lir ki, Azər­­bayc­an di­li­ni bil­məy­ən tə­lə­bə­lə­rə bu di­li öy­rət­mək­də məq­səd darülfünu­nu bi­tir­dik­dən so­nra on­lar­dan Azər­bayc­an mühi­tin­də ça­lış­maq is­təy­ən­lə­rə Azər­bayc­an di­lin­dən al­dığı mə­lu­ma­tı get-ge­də ar­tır­maq əsa­sı­nı və baca­rı­ğı­nı ver­mək­dən iba­rət­dir; bu isə hə­min di­lin qram­ma­ti­ka­sı­nı və adi da­nı­şıq kəl­mə­lə­ri­ni öy­rət­mək va­si­tə­si­lə ola bi­lər.

Müxtə­lif qeyd­lər dəf­tə­rin­dən gə­tir­diy­i­miz mi­sal­lar sü­but edir ki, Ə.Haq­ver­diy­ev hə­min məq­sə­din ye­ri­nə ye­ti­ril­mə­si üçün işə ya­ra­dıcı su­rət­də ya­naş­mış, Azər­bayc­an di­lin­də da­ha çox və da­ha zə­ru­ri olan söz­lər­dən lüğət­lər və ki­çik he­kay­ə­lər - ra­bi­tə­li mətnlər tər­tib et­miş, dərs pro­se­sin­də əv­vəlcə söz­lə­ri, so­nra da hə­min söz­lər­lə əla­qə­dar qur­muş ol­duğu mət­ni yaz­dır­mış və izah et­miş­dir. La­kin o bu­nun­la da ki­fay­ət­lən­mə­miş, ye­ni dər­si da­ha da yax­şı mə­nim­sət­mək və ey­ni za­man­da tə­lə­bə­lə­rin hə­min dər­si necə mə­nim­sə­dik­lə­ri­ni yox­la­maq üçün özünün əv­vəlc­ə­dən ha­zır­la­mış ol­duğu su­al və tap­şı­rıq­lar­dan is­ti­fa­də et­miş­dir. Qeyd­lər dəf­tə­rin­də he­kay­ə­lər­dən so­nra oxuy­u­ruq: «Bir il ne­­çə ay­dır? Həf­tə, gün, sa­at... İl ne­çə gündür? Sə­nin ya­şın neçə­dir? Mə­nim ya­şım on sək­kiz­dir» Ya­xud:

- Ki­ta­bı­nı­zı örtünüz. Siz nə edir­si­niz?

- Mən ki­ta­bı­mı örtürəm.

- Bu tə­lə­bə nə eləy­ir?

- Bu tə­lə­bə ki­ta­bı­nı örtür.

- Mən pənc­ə­rə­ni örtürəm?

- Yox, siz pənc­ə­rə­ni örtmürsünüz. Siz qa­pı­nı örtür­sünüz.

Bütün bun­lar gö­s­tə­rir ki, Ə.Haq­ver­diy­ev bə­zi müəl­lim­lə­rin is­ti­fa­də et­dik­lə­ri yal­nız sırf qram­ma­tik qay­da və qa­nun­la­rı əz­bər­lət­mək­dən iba­rət olan boş və mə­na­sız üsul­dan yan ke­ç­miş­dir. O, Azər­baycan di­li­ni bil­məy­ən tə­lə­bə­lə­rin hə­min dil­dən sər­bəst is­ti­fa­də edə bil­mə­lə­ri­nə, on­lar­da bu di­lə da­ir adi da­nı­şıq vər­di­şi ya­ran­ma­sı­na nail ol­maq üçün həs­sas bir pe­da­qoq ki­mi, dey­əc­əyi dərs­lə­rə əv­vəl­cə­dən cid­di ha­zır­lıq görmüş və məq­sə­di­nə na­il ol­maq üçün müx­tə­lif üsul­la­ra əl at­mış­dır.

Bu­nu da qeyd et­mək la­zım­dır ki, Haq­ver­diy­ev təkcə Azər­bayc­an di­li­nin prak­tik şə­kil­də mə­nim­sə­dil­mə­si ilə məş­ğul ol­ma­mış, darülfünun­da Azər­bayc­an ədə­biyy­a­tı, şərq po­eti­ka­sı və dil ta­ri­xi fənlə­rin­dən xey­li müddət müha­zi­rə­lər söy­lə­miş­dir (Bu ba­rə­də «Yazı­çı və dil» ki­ta­bı­mı­za bax­maq olar). Prof. C.Xən­dan gör­kəm­li ədib haq­qın­da xa­ti­rə­sin­də ya­zır ki, tə­lə­bə­lə­rin ən çə­tin su­al­la­rı­na Əbdürrə­him bəy Haq­ver­diy­ev ca­vab ve­rər­di.

Ə.Haq­ver­diy­ev in­qi­lab­dan əv­vəl mək­təb­lə­rin dözülməz və­ziyyə­ti ilə əla­qə­dar, bu sə­nə­ti sev­mə­miş və mü­əl­lim­lik­lə çox az mə­şğ­ul ol­muş­du. Öz bac­ı­sı oğ­lu­nun şə­hər mək­tə­bi­nə müəl­lim təy­in olun­ma­sı­nı eşit­dik­də, 1916-cı il 14 de­kabr ta­rix­li mək­tu­bun­da yaz­mış­dı: «Sə­­nin şə­hər mək­tə­bin­də müəl­lim ol­maq ar­zun mə­ni ümu­miyy­ət­lə se­vin­dir­mir. Mən üç il müəl­lim­lik et­mi­şəm və bu­nun cə­hən­nəm əzabı ol­duğ­u­nu bi­li­rəm».

 

Ye­ni dövr­də - so­vet dövründə isə par­tiya və hö­ku­mə­tin mək­təb qu­ruc­u­luğu sa­hə­sin­də­ki mis­li görünmə­miş fəa­liy­yə­ti, mək­təb işi­nin ümum­xalq işi­nə çe­v­ril­mə­si qoc­a­man ədi­bi ruh­lan­dır­mış və onun bu sə­nə­tə möh­kəm bağ­lan­ma­sı­na sə­bəb ol­muş­dur. 23.05.1965

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az