BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

İN­SAN TƏBİƏTİ VƏ DİLÇİLİK

 

Ya­ra­dıc­ı­lığa çox er­kən - 50-ci il­lə­rin əv­və­lin­dən baş­­la­sa da, 60-cı­­lar hə­rə­ka­tı­nın gör­kəm­li nümay­ən­də­si ki­mi şö­h­rət ta­pan Əmək­dar elm xa­di­mi, Re­s­pub­li­ka Döv­lət müka­fa­tı la­u­re­a­tı, fi­lo­lo­giya elm­lə­ri dok­to­ru, pro­fes­sor Ağa­mu­sa Ağ­a­sı oğ­lu Axun­dov beş il əv­vəl ki­tab­la­rın­dan bi­ri­nə yaz­dığı ön söz­də keç­diyi həy­at yo­lu­nu göz önü­nə gə­ti­rə­rək özünə su­al ve­rir­di: İl­lə­rim necə keç­di, bir şey edə bil­dim­mi? Gördüyüm iş­lər necə qar­şı­lan­dı, necə qə­bul edil­di?

Əs­lin­də, bə­şər öv­la­dı say­ı­lan hər bir şəxs ömrünün mü­əyy­ən mər­hə­lə­sin­də özünə bu cür su­al­lar ver­mə­li­dir. Həm də bu su­al­lar insa­nın yal­nız prak­tik-əmə­li fəa­liyy­ə­ti­ni de­yil, ru­hi-mə­nə­vi alə­mi­ni də əha­tə et­mə­li­dir. Özünə bu cür su­al­lar ve­rən şəxs gerc­ək alə­mi daha ay­dın gö­rə bi­lir, bu aləm­dən ke­çən həy­at yo­lu­nu da­ha işıq­lı qur­mağa, da­ha xe­yir­xah əməl­lər­lə ya­şa­mağa can atır.

Şübhə­siz, in­sa­nın ar­zu və is­tək­lə­ri­nin tükən­məz­liyi fəth olun­muş hər bir zir­və da­i­rə­si­ni şər­ti say­ır. Ha­mı­mı­zın mək­tə­bi olan Ə.Də­mir­çi­za­də, M.Hüseyn­za­də, M.Şi­rə­liy­ev ki­mi böyük, ya­ş­lı və işıq­lı nəslin qar­şı­sın­da də­fə­lər­lə alov­lu nit­qlə­ri ilə müəl­lim­lə­ri­ni hey­ran qoy­duğ­u­nun şa­hi­di ol­duğ­um Ağ­a­mu­sa Axun­dov ke­ç­mi­şin­dən ni­ga­ran ol­ma­ma­lı­dır ona gö­rə ki, Azər­bayc­an dil­çi­li­yi­nə, bü­tövlükdə türko­lo­g­iya alə­mi­nə «Azər­bayc­an di­li­nin fo­ne­ti­ka­sı» ki­mi fun­da­men­tal əsər bəxş edib. Bir əsər ki, di­li­mi­zin səs si­s­te­mi səs­lən­dikcə səs­lə­nəc­ək, ne­çə nəs­lin tə­lim mək­tə­bi olub və bun­dan so­nra da hələ say­sız nə­sil­lə­rə xid­mət edəc­ək.

İn­di o su­al­la­rın ve­ril­diyi il­lər üzə­ri­nə 5 il də əla­və olu­nub - 50 il. 50 il yo­rul­maz zəh­mət­də. Mə­nə­vi alə­mi­nin işığı düşən hər bir sa­hə­də xal­qı­na, Və­tə­ni­nə, Azər­bay­can el­mi­nə xid­mət­də.

Çap olun­muş əsər­lə­ri­nin ümu­mi sayı 400-ə ya­xın­dır. Bu rə­qəm­lə­rin bir ço­xu qiy­mət­li dər­slik və mo­no­qra­fi­ya­la­rın qar­şı­sın­da du­rur. «Azər­bayc­an di­li­nin fo­nem­lər sis­te­mi», «Di­lin es­te­ti­ka­sı», «Dil və üslub mə­sə­lə­lə­ri», «Azər­bayc­an di­li­nin ta­ri­xi fo­ne­ti­ka­sı», «Fe­lin za­man­la­rı», «Şeir sə­nə­ti və dil», «Riy­a­zi dil­çi­lik», «Ümu­mi dil­çi­lik», «Dil­çi­liyə gi­riş»... Bu ki­tab­lar, sayı­nı də­qiq bil­­mə­diy­i­miz el­mi və elmi-pub­li­si­s­tik mə­qa­lə­lər küll ha­lın­­da böyük və ya­ra­dıcı zəh­mə­tin sə­mə­rə­li nə­tic­ə­si­dir. Bu əsər­lər dil ta­ri­xi­nin, di­li­mi­zin müa­sir qu­ru­lu­şu­nun, ümu­mi dil­çi­liy­in ən ak­tu­al və mürək­kəb mə­sə­lə­lə­ri­nə həsr olun­muş­dur. Ona gö­rə də in­san üçün ya­rat­dıq­la­rı ya­da düşdükcə göründüyündən da­ha əzə­mət­li görünür.

Ağ­a­mu­sa Axun­dov xoş­bəxt­dir ki, hər bir azər­bayc­an­lı ai­lə­si­nin əziz qo­nağı, da­i­mi yad­daş ki­ta­bı­dır. Ümum­təh­sil mək­təb­lə­ri­ni bi­ti­rən hər bir gənc ana di­li­nin sir­lə­ri­ni onun dər­slik­lə­rin­dən öy­rə­nir. Filo­loq və jur­na­list ki­mi ye­ti­şən hər bir gənc onun ali mək­təb dərslik­lə­ri ilə elm alə­mi­nə qə­dəm qoy­ur. Uzun müddət Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin fi­lo­lo­g­iya fakültə­si­nə, uni­ver­si­te­tin bir sı­ra ka­fe­d­ra­la­rı­na, Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­na rəh­bər­lik edib, 50 ilə ya­xın bir müddət­də pe­da­qo­ji fə­a­liyyətlə mə­şğ­ul olub, nə­sil-nə­sil müəl­li­min mü­əl­li­mi olub, el­mi-pe­da­qo­ji kadr­la­rın ha­zır­lan­ma­sın­da xüsu­si xid­mət gö­s­tə­rib. 70 ilin hüdud­la­rın­da bu gün də bü­tün fə­a­liyy­ət sa­hə­lə­ri­ni uğ­ur­la da­vam et­dir­mək­də­dir.

Ağ­a­mu­sa Axun­dov xa­ric­də və da­xil­də - bütün türko­lo­g­iya aləmin­də ta­nı­nan tək-tək fi­lo­loq alim­lər­dən­dir. Azər­ba­ycan el­mi­ni dünya­nın 30-dan ar­tıq öl­kə­sin­də yüksək nümu­nə ilə təq­dim və təm­sil edib. Çer­non­sı, Frun­ze, Sə­mər­qənd, Qa­hi­rə, Pra­qa, Minsk, Daşkənd, Ma­haç­qa­la, An­ka­ra, Al­ma­ata, Tomsk, Uj­qo­rod, Mos­kva, Pen­za, Vla­di­qaf­qaz, Dü­şən­bə, Nu­kus, Ka­ra­çay­evsk, Ufa, Pya­ti­qorsk, Te­la­vi, Bel­qrad, Aş­qa­bad, Bu­da­peşt, Tbi­li­si, Dub­lya­nı, Kay­­se­ri, İs­tan­bul, Te­h­ran kon­fran­sla­rı... Düzü, qib­tə doğ­u­rur. Mə­ru­zə­lə­ri, tə­bii ki, da­im böyük rəğ­bət­lə qar­şı­la­nıb.

Ədə­biyy­atşünas alim, tərcümə­çi və ya­zı­çı ki­mi də şöh­rət­li­dir. Ya­ra­dıc­ı­lığa he­kay­ə­lər­lə ba­ş­la­mış, bir sı­ra nəsr əsər­lə­ri, oçer­k­lər, fely­e­ton­lar yaz­mış, re­nes­sans döv­rü ədə­biyy­a­tın­dan, Bok­ka­ço, Plavt ki­mi sə­nət­kar­lar­dan tər­cümə­lər et­miş, Ş.Pe­te­fi­nin, R.Həm­zə­to­vun əsər­lə­ri­nin di­li­mi­zə tərcümə­si, C.Cab­bar­lı, S.Vu­rğ­un, M.Müş­fiq, B.Va­hab­za­də, N.Xəz­ri və b. ədib­lə­ri­mi­zin ya­ra­dı­cı­lıq xüsu­siyy­ət­lə­ri ba­rə­də təd­qi­qat­lar apar­mış, vax­ta­şı­rı mət­bu­at­da türko­lo­ji dil­çi­liy­in uğ­ur­la­rı ba­rə­də cid­di re­sen­ziy­a­lar­la çı­xış et­miş­dir. Və özünün bir sıra əsər­lə­­ri rus, al­man, ing­i­lis, fran­sız dil­lə­rin­də çap olun­muş­dur.

Ağ­a­mu­sa Axun­do­vun ya­ra­dıc­ı­lığı XX əs­rin ikinci ya­rı­sın­da Azər­bayc­an fi­lo­lo­g­iy­a­sı­nın türko­lo­g­iya alə­mi­nə bəxş et­diyi qiy­mət­li sər­vət­dir. Onun əsər­lə­rin­də qı­zğ­ın eh­ti­ras­lar­dan kə­nar, so­yuq baş və də­rin mən­tiq­lə, xüsu­si bir ya­ra­dıc­ı­lıq üslu­bu ilə söy­lən­miş fi­kir­lər filo­lo­g­iya alə­min­də da­im rəğ­bət­lə qar­şı­lan­mış­dır. Dü­şünülmüş və uy­du­rul­muş kon­sep­siya ilə dey­il, fakt­lar­dan doğ­an tə­əssürat əsa­sın­da söy­lən­miş müla­hi­zə­lər gənc təd­qi­qat­çı­la­rın yo­lu­na işıq sa­çır. Ümu­mi dil­çi­lik el­mi­nin, Azər­bayc­an dil­çi­liy­i­nin mühüm pro­blem­lə­ri ilə ar­dıc­ıl mə­şğ­ul ol­muş, türko­lo­ji təd­qi­qat­lar xə­zi­nə­si­nə qiy­mət­li əsər­lər bəxş et­miş­dir.

Bir in­san ki­mi də fər­di key­fiyy­ət­lə­ri ilə se­çi­lir. Da­im qo­lu­nun qüvvə­si, təm­kin və ira­də­si, fər­di is­te­dad və zə­ka­sı ilə irə­li­lə­miş, şə­rə­f­li yüksə­liş yo­lu ke­ç­miş­dir. Öz ha­lal çö­rəy­i­nə qa­ne ol­maq­la, ha­ram ti­kə yey­ən­lə­rin cə­rg­ə­si­nə qa­rış­ma­mış, qa­tıl­ma­mış­dır. Sə­li­qə­li, sözsüz və işgü­zar. Bir in­san ömrünə zor­la sığa bi­lən ya­ra­dı­cı­lıq uğur­la­rı və xey­ir­xah əməl­lər­lə...

 

22.12.2001

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az