BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

MƏNİM TANIDIĞIM YASİF

 

«Qə­fil­dən o əzə­mət­li çi­na­rın di­bin­də pey­da olay­dım. Böy­­rüm­dəcə şır­ha­şır­la axan və bütün ray­on mər­kə­zi­ni iç­mə­li su ilə tə­min edən büllur kə­h­ri­zin suy­un­dan ov­uc­­la­rı­mı dol­du­rub doy­unca içəy­­dim. Ora­dan yu­xa­rıya qal­xay­dım. Mər­­­kə­zi xə­s­tə­xa­na­dan bir qə­dər aşağ­ı­da olan evi­mi­zə do­yunca ta­ma­şa edəy­dim. Ya­vaşca dar­­­­va­za­nı açay­dım. Pən­cə­rə­ni taq­qıl­da­day­dım. Beş ya­ş­lı oğ­lum qa­­bağ­ı­ma yüyürəy­di. Mən kə­na­ra çə­ki­lib giz­lə­nəy­dim. O, «gör­düm, gördüm» dey­əy­di. «Giz­lən­mə, ta­pac­am. Sən­sən, ata, sən­sən.»

Ha­nı o günlər? Bu­ra­da­kı əzə­mət­li çi­nar da, şır­ha­şır­ axan büllur kə­h­riz də, mər­kə­zi xə­s­tə­xa­na da, bir qə­dər aşağ­ı­lar­da yer­lə­şən ev də, doğ­ma tor­pağ­ın suyu, ha­va­sı ilə böyü­mək­də olan beş ya­ş­lı uşaq da, iş­dən yo­rğ­un qay­ıt­sa da, doğ­ma evin­də, tor­pağ­ın­da fə­rəh­lə ömür sürüb öz doğ­ma qa­pı­sı­nı ləz­zət­lə taq­qıl­da­dan ata da sim­vol­dur. Bu, bir vaxt­lar Böyük Və­tən müha­ri­bə­si cəb­hə­lə­rin­də vu­ru­şub Si­bir qor­xu­sun­dan Və­tə­nə dö­nə bil­məy­ən, Və­tən hə­s­rə­ti­lə qo­v­ru­lan, əc­nə­bi öl­kə­lər­də ya­rım ürək­lə ömür sürən in­san­la­rın ar­zu­la­dığı Azər­bay­can­dır­sa, in­di bi­zim üçün Kəl­bəc­ər­dir, La­çın­dır, Cə­b­ray­ıl­dır, Qu­bad­lı­dır, Zə­ng­i­lan­dır, Şu­şa­dır, Ağ­dam­dır - bu yer­lər­də­ki hər bir çi­nar­dır, hər bir ev­dir, hər bir yo­xuş­dur, hər bir mək­təb, hər bir xə­s­tə­xa­na­dır və o yer­lə­rin hə­s­rə­ti­lə qo­v­ru­lan, çır­pı­nan qoc­a­lar, gənc­lər, o yer­lə­rin hava­sı­na, suy­u­na hə­s­rət qa­lıb ça­­dır­lar­da bo­ğu­lan, məhv olan beş yaşdan da ki­çik kör­pə­lər­dir. Bun­lar bi­zik - Ya­sif­dir, Mə­nəm və ne­çə-ne­­çə biz yaş­da olub son də­­rə­cə ya­ra­maz bir mühit­də əli-qo­lu sarın­mış, mə­nə­vi mən­gə­nəyə sa­lın­mış in­san­lar­dır. Ya­sif Nə­sir­li məhz bu ya­nğı ilə hə­min söz­lə­ri qə­lə­mə alıb, iç dün­ya­sı­nın qo­par­dığı ha­ray­la bu söz­lə­ri ya­zıb. Ona gö­rə də bu söz­lər şam işığı ki­mi ti­t­rək bir qəl­b­lə əc­nə­bi və­tən­da­ş­lığı qə­bul et­mə­li ol­muş in­san­la­rın dey­il, bi­zim də qəl­bi­mi­zin çır­pın­tı­la­rı­dır.

Ya­sif Nə­sir­li da­xi­lən püskürən, od-alov için­də qov­ru­lan, za­hi­rən şən, gü­lərüz, yu­mo­rlu bir in­san­dır. Son də­rəcə me­h­ri­ban, yüzlər­lə in­sa­na əl tu­tan və əl tut­mağa ha­zır olan bir şəx­sdir.

Na­mi­zəd­lik işi­nin el­mi rəh­bə­ri, gö­zəl in­san və gör­kəm­li ya­zı­çı Mir Cə­lal Pa­şay­e­vin tə­bi­ri ilə de­sək, «bu sa­də kənd­li oğ­lu» şə­rə­f­li bir həy­at yo­lu ke­çib.

Müha­ri­bə ço­xu­mu­zu ata qayğ­ı­sın­dan mə­h­rum edib. Ya­si­fi də ana­sı böyüdüb, saç­la­rı­nın bi­ri­ni ağ, bi­ri­ni qa­ra hörüb, gecə-gündüz kol­xoz tar­la­sın­da ça­lı­şıb, ba­la­la­rı­nı sax­lay­ıb. Çox gənc ikən Ba­kı Döv­lət Uni­ver­si­te­ti­ni bi­ti­rib. Çox gənc ikən Mir­zə Cə­li­lin klas­sik nəs­ri­nin, xüsu­si­lə «Da­na­baş kən­di­nin əh­va­lat­la­rı» po­ve­s­ti­nin təd­qi­qi əsa­sın­da na­mi­zəd­lik dis­ser­ta­siy­a­sı müda­fiə edib. Bu dövr­dən ba­ş­laya­raq həy­a­tı Azər­bayc­an ic­ti­mai mühi­ti­nin qay­nar qa­za­nın­da keçib. Bu ye­tim və kim­sə­siz gənc öz bi­liyi, is­te­da­dı, zəh­mə­ti, qo­lu­nun qüvvə­si, ic­ti­mai işə, xalq işi­nə mə­həb­bə­ti, öz el­mi ilə da­im yüksə­lib, yük­sək ic­ti­mai mər­tə­bə­lər­də ça­lı­şıb. Onu da­im işgü­zar­lığı, fə­al ic­ti­mai möv­qeyi, inam və əqi­də­si, na­mus­lu və ob­yek­tiv olma­sı, və­tən öv­lad­la­rı­na xey­ir­xah və xoş mü­na­si­bə­ti, nik­bin­lik və ləy­a­qə­ti, yüksək mə­də­niyy­ə­ti irə­li apa­rıb. Han­sı iş­də olur­sa-ol­sun, öz el­mi­ni, mə­də­ni sə­viy­yə­si­ni, ic­ti­mai-siy­a­si görü­şlə­ri­ni zə­ng­in­ləş­dir­məyə ça­lı­şıb, Ba­kı Döv­lət Uni­ver­si­te­ti ilə ya­na­şı, Mosk­va­da M.Qor­ki adı­na Ədə­biyy­at in­sti­tu­tu­nu, ÜİL­KGİ MK Ali Kom­so­mol mək­tə­bi­ni, SSRİ DTK F.Dzer­jin­ski adı­na Ali mək­tə­bi­nin hüquq fakültə­si­ni bi­ti­rib, bun­la­rın hər bi­ri onun bir ta­le mək­tə­bi olub. Əmək fəa­liy­yə­ti­nə də ilk uni­ver­si­tet il­lə­rin­dən ba­ş­lay­ıb BDU El­mi Cəmiyy­ə­ti­nin sə­d­ri, Azər­bayc­an LKGİ MK-da tə­li­mat­çı, böl­mə müdi­ri, şö­bə müdi­ri və­zi­fə­lə­rin­də ça­lı­şıb. 1967-ci il­də «Ul­duz» ədə­bi-bə­dii və ic­ti­mai-siy­a­si jur­­­na­lı nə­ş­rə ba­ş­lay­ar­kən onun ilk baş re­dak­to­ru ol­muş, jur­na­lın ət­ra­fı­na is­te­dad­lı bir gənc­lik top­la­mış­dır. Azər­bayc­an Döv­lət Təhlükə­siz­lik Ko­mi­tə­sin­də işə çə­kil­miş, bu­ra­da böl­mə müdi­ri, ida­rə rə­i­si­nin müa­vi­ni, ida­rə rə­isi və kol­le­g­iya üzvü ol­muş­dur. Qay­nar ic­ti­mai fə­a­liyy­ə­ti­ni nə­zə­rə ala­raq Azər­bayc­an KP MK-ya apa­rı­lan Y. Nə­sir­li bu­ra­da in­zi­ba­ti or­qan­lar şö­bə­si­nin müdir müa­vi­ni və mü­di­ri, Azər­bayc­an Pre­zi­den­ti ya­nın­da Ali Nə­za­rət İnspek­siy­a­sın­da in­zi­ba­ti or­qan­lar şö­bə­si­nin müdi­ri iş­lə­miş­dir. Azər­bayc­an KP MK-nın üzvü se­çil­miş­dir. Za­qaf­qa­ziya Hər­bi Da­i­rə­si Hər­bi Şu­ra­sı­nın üzvü ol­muş­dur. Fə­x­ri çe­kist­dir, pol­kov­nik­dir...

Bun­lar onun ic­ti­mai-siy­a­si fə­a­liyy­ə­ti­nin qı­sa xro­no­lo­gi­ya­sı­dır. Bu və­zi­fə­lər bir gənc­dən nə­lər tə­ləb et­miş­dir, qırx ilə ya­xın bir müba­ri­zə yo­lun­da nə­lər edil­miş, han­­sı iş­lər görülmüşdür - bu, vax­tı gə­lən­də mey­da­na qoyu­la­caq baş­qa bir möv­zu­dur. Ya­sif kom­so­mol­da böyümüşdür, onun bir na­tiq, bir və­tən­pər­vər ki­mi ye­tiş­mə­sin­də so­vet kom­so­mo­lu­nun böyük ro­lu ol­muş­dur. Da­im bu sa­hə­də gör­kəm­li ic­ti­­mai xa­dim və təş­ki­lat­çı El­mi­ra Qa­fa­ro­va­nı hör­mət və eh­ti­ram­la xa­tır­lay­ır, gənc­lə­rin ye­tiş­mə­sin­də be­lə bir təş­ki­la­ta böyük ehtiy­ac ol­duğ­u­nu qeyd edir: «Kom­so­mo­lu bir də ona gö­rə xoş niyyət­lə yad edi­rəm ki, iş­lə­mək, ça­lış­maq üçün gö­zəl, sağ­lam mühit var idi. Bu­na da sə­bəb Azər­bay­can xal­qı­nın bö­yük qı­zı, qey­rət­li, namus­lu qı­zı Azər­bayc­an LKGİ MK bi­rinci ka­ti­bi El­mi­ra Qa­fa­ro­va idi... Kom­so­mol mə­nim gə­ləc­ək ic­ti­mai in­ki­şaf yo­lu­mun ba­ş­la­nğ­ıc nöq­tə­si ol­du. Onu da dey­im ki, kom­so­mol gö­zəl qu­rum idi. Onu dağıt­dıq. Ye­rin­də isə heç nə ya­ra­da bil­mə­­dik». İn­di gənc­lə­ri yüz ye­rə bölürlər. Han­sı par­tiya güclüdürsə, ar­xa­sınca bir də­s­tə apa­rır.

Kom­so­mol Ya­si­fi ləy­a­qət­li, dünya­g­örüşlü, uza­qg­ö­rən bir gənc ki­mi tər­biyə et­miş­dir. Ona gö­rə də hət­ta DTK-nın 5-ci şö­bə­si­nə rəhbər­lik edər­kən, re­s­pub­li­ka­nın ya­ra­dıcı elm, ma­a­rif, ali mək­təb təş­ki­lat­la­rı­na, mət­bu­a­ta nə­za­rət edər­kən də böyük xof ya­rat­mış bu təş­ki­lat­da ziy­a­lı­la­rı­mı­za da­im kö­mək et­miş­dir. Müsa­hi­bə və qeyd­­lə­rin­dən ay­dın olur ki, 37-ci il­də ol­duğu ki­mi, 50-60-cı il­lər­də də ziyalı­la­rı­mı­zın düşmən­lə­ri öz içə­ri­lə­rin­də olub - is­te­dad­sız, böh­tan­çı, ya­ra­maz adam­lar: «Bəx­tiy­ar Va­hab­za­də, Sa­bir Əh­mə­dov, Anar, Məm­məd Araz, Sö­h­rab Ta­hir, Məm­məd As­lan, Möv­lud Sü­ley­man­lı, Ab­bas Ab­dul­la, Nüsrət Kə­sə­mən­li haq­qın­da xüsu­si yox­la­ma iş­lə­ri var­dı. Hə­min yox­la­ma iş­lə­ri­nin nə­tic­ə­sin­də ad­la­rı­nı çək­diy­im yazı­çı və şa­ir­lər döv­lət müka­fat­la­rın­dan mə­h­rum olu­nur­du­lar, xa­ric on­la­rın üzünə bağ­lı idi. Kim idi bun­la­rın haq­qın­da ya­zan­lar? Kim idi bun­la­ra xüsu­si yar­lıq ya­pış­dı­ran­lar? Öz ya­zı­çı və şa­ir do­st­la­rı. Çox çə­tin müba­ri­zə və səy­dən so­nra ad­la­rı­nı çək­diy­im adam­la­rın üstündən qa­ra lə­kə­ni gö­tür­məyə na­il ol­dum.» (Sə­diy­ar Ca­ha­ng­i­roğ­lu. «Ya­sif Nə­sir­li». 1999, s.78) Bu şə­kil­də üs­tü­nə «mil­lət­çi­lik və an­ti­so­vet ruh­da» söz­lə­ri ya­pış­dı­rıl­mış 17 na­mi­zəd­lik və dok­tor­luq dis­ser­ta­siy­a­sı­nı da DTK fə­a­liyy­ə­ti­nin ilk il­lə­rin­də xi­las et­miş­dir. Xalq şa­i­ri Nə­bi Xəz­ri SSRİ Döv­lət müka­fa­tı­na təq­dim edi­lər­kən də «dost­­la­rı»nın Sov.İKP MK-ya, Si­ya­si Bü­roya, DTK-ya gön­dər­dik­lə­ri imza­sız mək­tu­bla­rın, te­le­qram­la­rın «mil­lət­çi­lik» id­di­a­la­rı­nın ləğ­vin­də əmə­yi az ol­ma­mış­dır. Əbülfəz El­çi­bəy­lə bağ­lı bir epi­zod da­ha ma­raq­lı­dır. Mə­lum­dur ki, öz is­te­dad və qa­bi­liyy­ə­ti ilə ar­dı­cıl irə­li­lə­mək­də olan Ya­sif Nə­sir­li­nin al­dığı ilk ic­ti­mai zər­bə cəb­hə­çi­lər­dən olmuşdur. So­vet tər­bi­yə­si ilə böyüdüyünü, so­vet mək­tə­bin­də ye­tiş­diy­i­ni qeyd edər­kən dünə­ni­ni unu­dan­lar, dünə­ni­nə nan­kor ba­xan­lar onu par­to­k­rat dam­ğ­a­sı ilə lə­kə­lə­məyə ça­lı­şır­dı­lar. Mü­sa­­hi­bə­lər­dən ay­dın olur ki, bu «par­to­krat» on­la­rın li­de­ri­nin bir vaxt­lar həb­sdən xi­la­sın­da böyük əmək sərf edib. 75-ci ilin senty­a­b­rın­da Mosk­va­dan qay­ı­dıb DTK-da işə ba­ş­lay­an ki­mi, tə­lə­bə­lik do­stu Əbülfəz Əliy­e­vin həbs­də ol­duğ­u­nu bi­lib xi­la­sı­na ça­lı­şır. Əbülfə­zin ana­sı­nın adın­dan əri­zə yaz­dı­rıb öz iş­çi­si­nə bar­maq ba­s­dı­rır, özü isə bu ba­rə­də sə­d­rə ra­port ya­zır. Ra­port və əri­zə MK-nın bi­rinci ka­ti­bi H.Əliy­e­və çat­dı­rı­lır. H.Əliy­ev ra­por­tu oxuy­ub, Əbül­fəz Əliy­e­vin həb­sdən azad edilmə­si üçün mək­tu­bun üzə­ri­nə dər­kə­nar qoy­ur: «Gözüm ra­por­tun üzə­rin­də­ki MK bi­rin­ci ka­ti­bi­nin böyük hər­f­lər­lə yaz­dığı dər­kə­na­ra sa­taş­dı. Baş­dan ru­sca yaz­mış­dı: «Y.Nə­si­rov­la ra­zıy­am». Bi­rinci səhi­fə­nin axı­rın­da isə P.S. qoy­ub qeyd et­miş­di: «Y.Nə­si­rov ca­van­dır. Onun­la pro­fi­lak­ti­ki iş apar­maq la­zım­dır ki, mil­lət­çi­lik xə­s­tə­liy­i­nə tu­tul­muş adam­la­rın tə­si­ri­nə düş­mə­sin». Be­lə­lik­lə, Əbülfəz Elçibəy azad­lığa bu­ra­xıl­dı. La­kin so­nra­dan mə­lum olan­da ki, onun ana­sı mə­nim qə­bu­lum­da ol­may­ıb, əri­zə­ni biz özümüz yaz­mış və barmaq ba­s­mı­şıq, mə­nə sə­d­rin əm­ri ilə töh­mət elan et­di­lər. Bu mənim 35 il­lik iş fə­a­liyy­ə­tim­də al­dığ­ım ilk töh­mət idi. Bu əh­va­lat­dan in­diyə qə­dər Ə.El­çi­bəy­in xə­bə­ri yox­dur. La­kin El­çi­bəy ha­ki­miyy­ə­tə gə­lər­kən ilk iş­dən azad et­dik­lə­ri adam mən ol­dum. Bə­ha­nə də bu ol­du ki, guya mən de­mo­kra­tik fi­kir­lə­ri müda­fiə et­mi­rəm». (Ye­nə ora­da,s.95) Y.Nə­sir­li və­tən­da­ş­lıq borc­u­nu bu cür ye­ri­nə ye­tir­mək­lə ki­fay­ət­lən­mə­miş, DTK-nın özündə­ki sat­qın və ya­ra­maz adam­la­rı, Nə­bi Xəz­ri ki­mi böyük şa­ir və şəx­siyy­ə­tin şa­ir və ya ya­zı­çı old­uğ­u­nu se­çə bil­məy­ən ida­rə baş­çı­la­rı­nı ora­da iş­ləyə-iş­ləyə bə­dii və pub­li­si­s­tik əsər­lə­ri ilə ad­ba­ad if­şa et­miş­dir. Rus di­li­nə çe­v­ri­lib Siy­a­si Büroya qə­dər özünə yol ta­pan «İki şüşə kony­ak» əsə­ri be­lə­lə­rin­dən­dir.

Ya­sif Nə­sir­li Qa­ra­bağ ha­di­sə­lə­ri­nin ən qay­nar nöq­tə­lə­rin­də olub. Qa­ra­bağ Təş­ki­lat Ko­mi­tə­si sə­d­ri­nin bi­rin­ci müa­vi­ni ki­mi, da­im cəb­hə xət­tin­də olub, Qa­ra­bağın Azər­bay­can kənd­lə­ri­nin er­mə­ni bas­qın­la­rın­dan xi­las edil­mə­sin­də, Şa­umy­an (kənd) ray­o­nu­nun, Çay­kən­din er­mə­ni­lər­dən tə­miz­lən­mə­sin­də, ət­raf ray­on­la­rın müda­fi­ə­sin­də əlin­dən gə­lə­ni əsi­rg­ə­məy­ib. Də­fə­lər­lə ölümlə üz-üzə gə­lib. Hə­lə So­vet döv­lə­ti­nin dağ­ıl­ma­dığı dövr­də Qor­ba­ço­vun məkr­li siy­a­sə­ti­ni ilk ba­şa düşən­lər­dən olub. Qa­ra­bağ Təş­ki­lat Ko­mi­tə­si sə­d­ri­nin bi­rinci müa­vi­ni ge­ne­ral D.Alek­san­d­rov ya­zır: «Onu da dey­im ki, Ya­si­fin hə­rə­kət­lə­ri ba­rə­də Mosk­va və Ye­re­van­da tu­tar­lı fakt­lar var idi. Ye­re­van­da hət­ta bir ne­çə azər­bayc­an­lı­lar ki­mi, ona qiy­a­bi ölüm hökmü kə­s­miş­di­lər. Ya­sif ya gi­rov götürülmə­li, ya da fi­zi­ki məhv edil­mə­liy­di. Bu­nu ba­şa düşən­dən so­nra mən onu əməl­li-ba­ş­lı qo­ru­mağa baş­la­dım. Xan­kən­din­dən yo­la düşən ax­şa­mı ona de­dim:

- Özündən eh­tiy­at­lı ol. Sə­ni öldürəc­ək­lər».

Azə­rin­for­mun 17 av­qust 1991-ci il ta­rix­li mə­lu­ma­tın­da dey­i­lir: «Re­s­pub­li­ka Təş­ki­lat Ko­mi­tə­si­nin üzvlə­ri­nə, o cüm­­lə­dən M.İ.Ra­day­e­və, V.H.Məm­mə­do­va, Y.M.Nə­si­ro­va xid­­mət edən UAZ-469 av­to­ma­şı­nı­nın yan şüşə­si­nə qum­ba­ra atıl­mış­dır. Av­to­ma­şı­nın sa­lo­nun­da part­lay­an qum­ba­ra Y.M.Nə­si­ro­vu, həm­çi­nin Təş­ki­lat Ko­mi­tə­si­nin mə­sul iş­çi­si Y.Ş.Sa­la­ho­vu və sürücü Z.Q.Və­liy­e­vi ya­ra­la­mış­dır. On­lar xə­s­tə­xa­naya apa­rıl­mış­dır». Y.Nə­sir­li jur­na­list qa­dın S.Əsg­ə­ro­va qət­lə ye­ti­ri­lər­kən onun­la dal­ba­dal ge­dən ma­şın­da ol­muş, tə­sadüf nə­tic­ə­sin­də sa­la­mat qal­mış­dır. Heç kim heç ki­min nə­lər çək­diy­i­ni bil­mir. Bi­zim dövrümüz­də də epo­let­lər al­tın­da ya­nar ürək­lər ol­muş­dur və bi­zim dövrümüzdə də çox şey öz qiy­mə­ti­ni ala bil­mə­miş, iş adam­la­rı yox, qa­ra­gü­ruh və hay-küyçülər irə­li so­xul­mu­ş­lar. Unu­dul­maz tə­lə­bə yol­da­şım Əhəd Mux­tar Ya­sif Nə­sir­liyə it­haf et­diyi şe­rin­də dey­ir­di, həm də yax­şı dey­ir­di:

Na­mərd­lə­rə ça­tıb bəy­lik,

Müdrik­liyə dönüb səy­lik,

Tüğyan edir də­rə­bəy­lik,

Bu dünya öz işin­də­dir.

 

Ya­sif Nə­sir­li təkcə böyük ic­ti­mai-siy­a­si fə­a­liyy­ə­ti ilə dey­il, ədə­bi-bə­dii və el­mi ya­ra­dıc­ı­lığı ilə də bir in­san ki­mi fər­q­lən­miş­dir. O, Re­s­pub­li­ka «Ve­te­ran» Xey­riyyə Fon­du­nun pre­zi­den­ti, Dün­ya Azər­bay­can­lı­la­rı Mə­də­niy­yət Mər­kə­zi­nin vit­se-pre­zi­den­ti, xa­rici öl­kə­lər­də ya­ra­dıl­mış bir çox do­st­luq cə­miyy­ət­lə­ri ida­rə he­yət­lə­ri­nin üzvüdür. Bey­nəl­xalq aləm­də Azər­bayc­an Res­pub­li­ka­sı­nın ta­nın­ma­sı, təb­liği, tor­paq­la­rı­mı­zın azad olun­ma­sı uğ­run­da bütün mövc­ud im­kan­lar­dan is­ti­fa­də edir. İn­gil­tə­rə, İta­liya, Fran­sa, Tür­kiyə, Mal­ta, Bol­qa­rı­s­tan, Çe­xo­slo­va­kiya, Ru­mı­niya və baş­qa öl­kə­lər­də ol­muş res­pub­li­ka nümay­ən­də hey­ət­lə­ri­nə baş­çı­lıq et­miş­dir. 1998-ci il fev­ral ay­ı­nın 9-da Bağ­dad şə­hə­rin­də ke­çi­ri­lən VIII Ümum­dün­ya İs­lam kon­fran­sın­da (İrak) iş­ti­rak et­miş­dir.

Ya­si­fi bir şəx­siyy­ət ki­mi səc­iyy­ə­lən­di­rən xüsu­si key­fiy­yət­lər var­dır. Ən böyük key­fiyy­ət­lə­rin­dən bi­ri in­sa­na in­san ki­mi bax­ma­sı­dır. Bu o de­mək­dir ki, Ya­sif üçün əra­zi böl­gü­sü, et­nik qrup sər­hə­­di yox­dur. Ya­sif üçün va­hid və ye­g­a­nə «in­san» məf­hu­mu var, «və­tən­daş» məf­hu­mu var. Ömür boyu pis mə­na­da re­g­i­on söh­bət­lə­ri­nin düşmə­ni olub. Ya­sif da­im bu fi­k­rə ta­pı­nıb ki, kon­kret ola­raq döv­lə­ti­mi­zin əra­zi­sin­də yed­di mily­on­luq ba­laca bir xalq var. La­kin bu balaca xal­qın qəl­bi onun tut­duğu əra­zi­dən çox-çox ge­niş­dir. Ya­sif bi­lib ki, bu xal­qın do­st­la­rı var, düşmən­lə­ri var, do­st­lar­la dost­luğu möh­kəm­lən­dir­mək, düşmə­ni is­lah et­mək mümkün ol­ma­sa, əz­mək la­zım­dır. Bu­nun üçün da­xil­də bir­lik la­zım­dır, sər­vət, və­zi­fə eh­ti­ra­sı ilə, So­vet döv­lə­ti­nin məh­vin­dən is­ti­fa­də edib ac qurd ki­mi bu xal­qı bo­ğaz­la­maq, par­ça­la­maq, da­xil­də hüdud­suz düşmən­çi­lik ya­rat­maq ol­maz və bu yol­la ge­dən­lər hə­qi­qə­tən öz xal­qı­na, və­tən öv­lad­la­rı­na, öl­kə­si­nə düşmən­çi­lik edirlər. Bir çox­la­rı ki­mi, və­zi­fə tut­maq üçün ke­ç­miş rəh­bər iş­çi­lər əley­hi­nə böh­tan­lar qu­raş­dır­maq, bu günün bə­la­la­rı­nı da on­la­rın boy­nu­na qoy­maq, min si­fə­tə düşmək, riy­a­kar­lıq do­nun­da ha­ram ti­kə ilə do­lan­maq - gözümüz önündə çox­la­rın­da gördüyümüz bu «key­fiyy­ət­lər» Ya­si­fə yad­dır, ya­ban­çı­dır, bun­lar onun ni­frət oby­ek­ti­dir. Odur ki böyük in­ki­şaf yo­lu­nun qa­bağ­ı­na tir yo­ma­la­nan­dan ba­şı­nı aşağı sa­lıb, mümkün olan sa­hə­də xal­qı­nın xidmə­tin­də­dir - «Azər­bayc­an dünya­sı» Bey­nəl­xalq Əla­qə­lər Mər­kə­zi­nin vit­se-pre­zi­den­ti­dir. Çə­tin, şə­rə­f­li və mə­na­lı bir ömür yo­lu ke­ç­miş, həy­a­tın sərt im­ta­han­la­rın­dan da­im alın açıq­lığı ilə çıx­mış­dır. Mərd, mü­ba­riz, ye­nil­məz bir in­san, müdrik ziy­a­lı və ic­ti­mai xa­dim ki­mi ta­nın­mış­dır. Ən çə­tin an­lar­da be­lə, ləy­a­qə­ti­ni qo­ru­muş, hə­qi­qi de­mo­krat ruh­lu bir şəx­siyy­ət ki­mi ta­nın­mış­dır.

Ya­si­fi səc­iyy­ə­lən­di­rən ən mühüm key­fiyy­ət­lər sa­də­lik, tə­va­zö­kar­lıq, sə­mi­miyy­ət, me­h­ri­ban­lıq, gü­lərüzlülükdür. Ən böyük və­zi­fəyə ça­tan­da da, hər han­sı bir sa­hə­də ən böyük mü­vəf­fə­qiy­yə­tə nail olan­da da da­im bu key­fiyy­ət­lə­ri­ni qo­ru­muş, sax­la­mış­dır. Da­ha doğ­ru­su, bu key­fiyy­ət­lər onun da­i­mi yol yol­da­şı­dır. Nik­bin­lik, ha­di­sə­lə­rə yu­mor­lu müna­si­bət, şa­q­raq da­nı­şıq və gülüş onu sev­di­rən, da­im ca­van sax­lay­an əla­mət­lər­dir. Uşaq ki­mi saf və tə­miz, uşaq­la uşaq, böyü­klə böyük. Si­tu­a­siy­a­nı dər­hal tut­maq, an­la­maq, dər­hal mə­sə­lə­ni göz­lə­nil­məz is­te­dad­la həll et­mək, çı­xış yo­lu tap­maq, «ney­nim, necə edim» - fi­kir­lə­ri ilə vaxt al­ma­maq, ope­ra­tiv­lik - Ya­si­fi ta­nıy­an­lar da­im on­da bu cür key­fiyy­ət­lər mü­şa­hi­də et­mi­ş­lər.

İn­san xis­lə­tin­də­ki ən ya­ra­maz cə­hət­lər­dən bi­ri or­ta əsr fe­o­dal təfəkkürü ilə bağ­lı olan tay­fa­çı­lıq, mə­həl­lə­çi­lik, mur­dar yer­li­çi­lik his­slə­ri ilə ya­şa­maq­dır. Ya­sif və onun hə­qi­qi do­st­la­rı ömür boyu bu cür ya­ra­maz duy­ğu­la­ra ya­ban­çı ol­mu­ş­lar. Ya­sif heç vaxt öz dost­la­rın­dan, hör­mət bəs­lə­diyi, xey­ir­xah­lıq et­diyi, çə­tin mə­qam­lar­da qo­ru­duğu in­san­lar­dan ha­ra­lı ol­duğ­u­nu so­ruş­may­ıb. Ya­sif və Ya­si­fi ye­ti­rən tor­pağ­ın adam­la­rı gec­ə­lər giz­li görüşüb ev­lər yıx­maq, plan­lar qur­maq, və­zi­fə­lər tut­maq ki­mi na­qis əməl­lər­lə məş­ğ­ul olan in­san­la­ra da­im ni­frət et­mi­ş­lər: hər kə­si açıq-aş­kar öz qa­bi­liyy­ə­ti­nə gö­rə cəmiyy­ət irə­li apar­ma­lı­dır, giz­li da­nı­şıq­lar, ağ­ır rüşvət və kar­rup­siya yox. Böyük alim və gö­zəl in­san ki­mi da­im bi­zim­lə ya­şay­an Qu­lu Xəli­lov ya­zır: «Onu ta­nı­dığ­ım, dost­luq et­di­yim otuz il­dən ar­tıq ol­ma­sı­na bax­may­a­raq, yal­nız bu ya­xın­lar­da onun han­sı ray­on­dan, han­sı kənd­dən çıx­dığ­ı­nı bil­mi­şəm. Yə­qin ki, o da be­lə şey­lə­rə əhə­miyy­ət ver­mə­miş­dir. Çünki o vaxt­lar­da «Ha­ra­lı­san?» - de­mək, so­ruş­maq nə­in­ki ay­ıb say­ı­lır­dı, heç ya­da da düşmürdü...» Qu­lu mü­əl­lim sözünə da­vam edə­rək dey­ir: «İn­di özümü dan­lay­ı­ram ki, nə üçün doğ­u­lub ər­səyə çat­dığ­ım kən­də bir­cə də­fə də ol­sun get­mə­mi­şəm, o yer­lə­rin ab-ha­va­sı, adam­la­rı ilə ya­xın­dan ta­nış ol­ma­mı­şam. Bəl­kə də, bu hal mən­də bə­zi və­zi­fə­li və və­zi­fə­siz adam­la­rın fəa­liyy­ət­lə­rin­də, şüur­la­rın­da qa­ra lə­kə ki­mi iz bu­ra­xan yer­li­çi­lik ki­mi ey­bə­cər­liyə də­rin nifrə­tim­dən ya­ran­mış­dır». (Ya­sif Nə­sir­li. Gö­rə bil­mə­din, 1998,s.3) Bi­zə, bi­zim in­di­ki cə­miyy­ə­tə Qu­lu Xə­li­lov ki­mi adam­lar la­zım­dır, Ya­sif ki­mi adam­lar la­zım­dır. Cə­miyy­ə­ti ya­ra­maz ba­taq­lıq­dan yal­nız be­lə­lə­ri çı­xa­ra bi­lər­di­lər. Am­ma çox tə­əssüf ki, in­di əlin­də ix­ti­yar olan­la­rın, de­mək olar ki, ha­mı­sı ağ­ır və dəh­şət­li mə­rə­zə tu­tul­muş adam­lar­dır ki, bu da cə­miyy­ə­ti fə­la­kə­tə apa­rır. Hə­qi­qi do­st­luq tə­fək­kür, düşüncə vəh­də­ti ilə do­ğu­lur: «...onun özünün şəx­siy­yə­tin­də­ki sa­f­lıq, tə­miz­lik, meh­­ri­ban­lıq, mərd­lik və sə­mi­miy­yət tor­pağ­ı­mı­zın bir par­­­ça­sı say­ı­lan hə­min yer­lə­rin tə­bi­ə­ti, adam­la­rı ba­rə­də mən­də xoş tə­əssürat ya­rat­mış­dır. Üstə­lik onun ya­zı­la­rın­da­kı həy­a­ti­lik, do­ğul­duğu kən­din adam­la­rı­na, su­la­rı­na, çə­mən­lə­ri­nə məf­tun­luq, xal­qın var­lığ­ın­dan süzülüb gə­lən adət-ənə­nə­lə­ri­nə öv­lad mə­həb­bə­ti mən­­də giz­li və açıq if­ti­xar his­si oy­at­mış­dır» (ye­nə ora­da).

Ya­si­fin çox yüksək təş­ki­lat­çı­lıq qa­bi­liyy­ə­ti var­dır və bu­nu gör­kəm­li ziy­a­lı­la­rı­mız qiy­mət­lən­di­rir­di­lər. Sək­­sə­ninci il­lə­rin son­la­rı idi. Bir məc­li­s­də Nə­bi mü­əl­lim­lə ya­na­şı otur­muş­duq. Bir qə­dər ara­­lı­da Ya­sif Nə­sir­li bir nə­fər­lə söh­bət edir­di. Nə­bi müəl­lim ya­vaşca mə­nə to­xu­nub bar­mağı ilə Ya­si­fə işa­rə edə­rək xə­fif bir səs­lə de­di:

- Bax, ha­zır ka­tib­dir. Bu xal­qa nə qə­dər xey­i­ri dəy­ər...

MK ka­ti­bin­dən söh­bət ge­dir­di. Ya­sif bu sözü eşit­mə­di, mən də in­diyə qə­dər bu sözü ona de­mə­mi­şəm.

 

2000

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az