BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

ƏZİZ DOST, UNUDULMAZ YOLDAŞ

İm­ran Ab­ba­sov!

Mən ne­çə ki va­ram, bu ad da mə­nim­lə­dir, mə­nim yad­da­şım­­­da­dır.

Ci­s­mən də göz­lə­ri­min önündə­dir. 40 ilə qə­dər bir dövr ər­zin­də o qə­dər ya­xın, o qə­dər mu­nis ol­mu­şuq ki, elə bi­li­rəm, in­di də İm­ran mü­əl­lim ya­nım­da­dır, han­sı bir ki­ta­­bı­sa sürət­lə və­rəq­ləy­ir, dər­hal - bir ne­çə de­ta­lı göz­dən ke­çir­mək­lə - ani ola­raq onun çap olun­ma­sı­na dəy­ər, dəy­məz qə­ra­rı­na gə­lir və hey­rə­ta­miz şə­kil­də düzgün qə­rar çıxa­rır.

Dörd­də bir əsrdən ar­tıq bir müddət ər­zin­də İm­ran mü­əl­lim «Maa­rif» nə­ş­riyy­a­tın­da böyük bir şö­bəyə - dil və ədə­biyy­at şö­bə­sinə rəh­bər­lik et­miş, bir müddət hə­min nəş­­­­riyy­a­tın di­rek­to­ru və­zi­fə­sin­də iş­lə­miş­dir. Hör­mət­li oxucu nə­zə­rə al­ma­lı­dır ki, bu, sa­də bir özəl nə­ş­riyy­at ol­may­ıb, böyük döv­lət nə­ş­riyy­a­tı idi, Azər­bay­can ibti­dai, or­ta və ali mək­təb­lə­ri üçün bütün dər­slik­lə­ri, dərs və­sa­i­ti və monoq­ra­fiy­a­la­rı nəşr edən ye­g­a­nə mər­kəz idi. 140 min, 150 min tiraj­la ki­tab­lar, dər­slik­lər nəşr et­miş, Azər­bayc­an el­mi­nin, xalq təh­si­li­nin in­ki­şa­fın­da mi­sil­siz rol oy­na­mış­dır. So­vet döv­ründə bu nə­ş­riyy­at­da in­ten­siv iş ge­dir, hər il dər­slik­lər həm for­ma, qu­ru­luş, həm də məz­munca ye­ni­ləş­di­ri­lir­di. İb­ti­dai mək­tə­bin «Əlif­ba», «Oxu» ki­tab­la­rı, or­ta mək­təb­lə­rin «Azər­bayc­an di­li», «Ədə­­biyy­at» və xa­rici dil dər­slik­lə­ri, ali mək­təb­lə­rin hu­ma­ni­tar şö­bə­lə­ri üçün bütün sa­hə­lə­rə da­ir dər­slik­lər, dərs və­sa­i­ti, plan və pro­qram­lar bi­la­va­si­tə İm­ran Ab­ba­so­vun rəh­bər­liyi al­tın­da bu­ra­xı­lır­dı. İm­ran müəl­lim bun­la­rın biri­ni də nə­zər­dən ke­çir­mə­miş, son də­rəcə cid­di tə­ləb­kar­lıq­la re­dak­tə et­mə­miş bu­rax­maz­dı. Uzun müd­dət bu yol­la Azər­bayc­an el­mi fik­­ri­nin, Azər­bayc­an maa­ri­fi­nin in­ki­şa­fı­na zəh­mət və mə­həb­bət­lə xid­mət edib. Hu­ma­ni­tar sa­hə­nin elə bir gör­kəm­li ada­mı, elə bir böyük ali­mi yox­dur ki, o, İm­ran müəl­li­min kö­məy­i­ni, qayğ­ı­sı­nı hiss et­mə­miş ol­sun.

İm­ran müəl­lim fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di idi, mü­vəf­fə­qiy­yət­lə müda­fiə edib el­mi də­rəcə al­mış­dı. Əg­ər yal­nız öz ya­ra­dıc­ı­lığı ilə məşğ­ul ol­sa idi, böyük və ya­ra­dıcı bir alim ola bi­lər­di. La­kin özünün ya­zıb-ya­rat­ma­sı üçün vaxt qal­mır­dı, İm­ran müəl­lim bir gündə o qədər ki­tab, o qə­dər əly­az­ma­sı nə­zər­dən ke­çir­mə­li olur­du ki, bun­la­ra o hə­vəs­lə, o mə­həb­bət­lə yal­nız onun ira­də­si tab gə­ti­rə bi­lər­di - hər bir ye­ni dər­sliyi öz se­vim­li əsə­ri ki­mi se­və-se­və, el­mi-tex­ni­ki qüsur­lar­dan qo­ruya-qo­ruya çap et­məyə ça­lı­şır, yo­rul­maq bil­mir­di.

Son də­rəcə prin­si­pi­al in­san idi, bir şey ağ­lı­na bat­dı­mı, bir ki­ta­bın ça­pı­nı məs­lə­hət bil­di­mi, onun mil­lət üçün fay­da­lı olac­ağ­ını gördümü, ona ma­ne ol­maq çə­tin idi. Zə­if və so­lğun əsər­lə­rə də müna­si­bə­ti­ni dəy­iş­mək çə­tin idi: «Zə­if­dir, bun­dan heç nə çıx­maz», - de­di, qur­tar­dı. Xoş və unu­dul­maz xa­ti­rə­lər­lə do­lu hə­min günlər­də çap olun­muş yüzlər­lə ki­tab­da «Re­dak­siya müdi­ri: İ.Ab­basov» söz­ləri Azər­bayc­an mə­də­niyy­ə­ti ta­ri­xi­nə həkk olun­muş silin­məz söz­lər­dir.

İm­ran müəl­lim hə­qi­qi dost idi, gö­zəl yol­daş idi. Son də­rəcə natu­ral bir şəx­siyy­ət idi - tə­bii, ay­dın, sa­də, sə­mi­mi və me­h­ri­ban. Ya­lan və riy­a­dan uzaq, şəx­siyy­ə­ti­ni hər şey­dən uca tu­tan, bütün ömrü boyu mən­liy­i­ni qo­ruy­an, heç kə­sin qar­şı­sın­da əy­il­məy­ən və ümu­miyy­ət­lə, əy­il­mək nə ol­duğ­u­nu bil­məy­ən, nöq­san­la­rı çə­kin­mə­dən üzə dey­ən, mərd, müba­riz, - çə­tin bir cə­miyy­ət­də mərd­lik tim­sa­lı. Gördüyü nöq­sa­nı uda bil­məz­di. Ona gö­rə də do­st­la­rı ilə ya­na­şı, mərd­li­yi­ni, yax­şı mə­na­da dön­məz­liy­i­ni hət­ta onu is­tə­mə­yən­lər də (be­lə­lə­ri, de­mək olar ki, yox də­rəc­ə­sin­də idi) qiy­mət­lən­di­rir­di­lər.

Gö­zəl ai­lə­si, öv­lad­la­rı, nə­və­lə­ri... Mi­ni­rə xa­nım - ipək ki­mi meh­­ri­ban və qayğ­ı­k­eş yol­da­şı... Nə qə­dər qo­şa biz on­la­ra get­mi­şik, on­lar bi­zə gə­lib­lər. «İm­ran, bu mü­rəb­bə­dən ye» Yox, mürəb­bə ye­məz, ca­nı­na fi­kir ver­məz. «Ə, ye, sən də bir adam həd­di­nə gəl», «Yox, mürəb­bə is­tə­mi­rəm». İn­di İm­ran müəl­li­mi itir­diy­i­mi­zi hiss edən­də, elə bi­li­rəm, ke­ç­mi­şi­mi, ke­ç­mi­şi­min ən xoş və unu­dul­maz gün­lə­ri­ni itir­mi­şəm. Am­ma heç inan­mı­ram. Elə bi­li­rəm, mü­vəq­qə­ti ola­raq yenə də doğ­ma Türkiy­əyə iş­lə­məyə ge­dib və hə­lə də ora­da­dır - gələc­ək, biz ye­nə bir yer­də otu­rub, nə­yi isə, han­­sı ki­ta­bı­sa öz ara­mız­da müza­ki­rə edəc­əy­ik, ye­nə mürəb­bə da­va­mız düşəc­ək, ye­nə İm­ran müəl­lim mürəb­bə ye­məy­əc­ək, ye­nə onun pay­ı­nı biz ye­mə­li olac­ağ­ıq...

Fi­kir­lə­şi­rəm ki, İm­ran müəl­lim bir in­san ömrünü vax­tın­dan tez ba­şa vur­sa da, Və­tə­nə la­zı­mi şə­kil­də xid­mət et­di, şə­rə­f­lə ya­şa­dı. Bir ne­çə on ilin müddə­tin­də Azər­bayc­an mək­təb­li­si, Azər­bayc­an gənc­lə­ri İm­ran müəl­li­min alın tə­ri ilə re­dak­tə edib gecə-gündüz bil­mə­dən iş­ləy­ib ha­zır­la­dığı ki­tab­lar­la öz ke­ç­mi­şi­ni, bu gününü, gə­ləc­əy­i­ni, öz ta­ri­xi­ni, Və­tə­ni­ni, di­li­ni ta­nıy­ıb, onun ləy­a­qət­lə is­teh­sa­la­ta ver­diyi ki­tab­lar­la dünyaya göz açıb. O uşaq­lar, o gənc­lər onu gör­məy­ib, ta­nı­may­ıb, am­ma İm­ran müəl­lim hər ki­ta­bın üs­tündə əs­dikcə on­la­rı düşünüb...

Ru­hu şad ol­sun, ai­lə­si, öv­lad­la­rı, çox sev­diyi nə­və­lə­ri onun xoş duyğu və düşüncə­lə­ri­ni gə­ləc­əyə apar­sın.

 

23.10.2000

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az