BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

50 İLİN İŞIĞINDA

Əziz Nabat xanım!

Hörmətli Nabat müəllimə!

O za­man­lar biz az qa­la uşaq idik, Siz isə son də­rəcə gənc və gö­­zəl idi­niz. Am­ma elə o yaş­da da bir müba­hi­sə olan­da gü­lə-gü­lə: «Ay ba­lam, axı bu, be­lə­dir» dey­ər­di­niz. Bir də­fə də ol­sun, hirs­lən­diy­i­ni­zi, əsə­bi­ləş­di­yi­ni­zi xa­tır­la­mı­ram. Şə­ki­li­lə­rə məx­sus meh­­ri­ban bir təbəssümlə kürsüyə yan alar­dı­nız. Boy­u­nu­za, gör­kə­mi­ni­zə ya­ra­şar­dı kür­sü.

O za­man­dan xey­li ke­çir. Biz alt­mı­şı, Siz yet­mi­şi keç­mi­si­niz. Bə­dən do­lub, yaş öz işi­ni görüb, am­ma ali mək­tə­bə göz açan­da gör­dü­yü­müz, doğ­ur­duğu xoş və gö­zəl tə­əs­sü­ra­tı heç vaxt unut­ma­dığ­ı­mız müəl­li­mə­miz, elə bil, gö­zəl­liy­i­ni bir qə­dər də ar­tı­rıb. Tə­bəssüm dolu hə­min me­h­ri­ban və gülümsər si­fət bi­zə o il­lə­rin ya­di­g­a­rı­dır.

«Bi­zə» dey­ən­də mən Na­bat müəl­li­mə­nin ilk gənc­lik ya­di­gar­la­rı­nı - Mürsə­li, Əj­də­ri, Qorx­ma­zı, Nər­mi­ni, Emi­li­ya­nı, Ta­mil­la­la­­rı, Əl­məm­­mə­di və ru­hu bi­zim­lə ya­şay­an Sa­­bi­ri, Xa­sayı, Nə­ri­ma­nı, Əhə­di, Quş­da­nı və baş­qa­la­rı­nı nə­zər­də tu­tu­ram. Nə qə­dər tez gə­lib-keç­di. Göz açıb-yum­mağa mac­al tap­ma­dıq. Elə bil, dü­nən ay­rıl­mı­şıq o ma­sa ar­xa­sın­dan. Elə bil, bu sa­at Na­bat müəl­li­mə da­xil olac­aq, biz hör­mət­lə qar­şı­lay­ıb, dər­hal ay­ağa du­rac­aq, dəf­tər-qə­lə­mi çı­xa­rac­aq, de­dik­lə­ri­ni kəl­mə-kəl­mə ya­zac­ağ­ıq...

Elə dər­slə­ri­miz var­dı ki, bi­zim üçün əza­ba çe­v­ri­lir­di. Am­ma Nabat müəl­li­mə­nin de­diyi dər­sdə bir mə­nə­vi ra­hat­lıq var­dı. Özümüzü nik­bin və ra­hat hiss edir­dik. Qru­pu­muz yax­şı qrup idi. Elə bil, xüsu­si se­çil­miş­di. Unu­dul­maz mü­əl­lim­lə­ri­miz - Abas­qu­lu Məhər­­rə­mov, İs­may­ıl Şıx­lı, İm­ran Ba­bay­ev heç bir tə­si­rə və təzy­i­qə mə­ruz qal­ma­dan, son də­rəcə oby­ek­tiv qə­bul im­ta­han­la­rı apar­mış­dı­lar. Al­tı im­ta­han­dan, al­tı körpüdən ke­ç­miş­dik. Zə­if tə­lə­bə yol­daş­la­rı­mız çox az idi. Bir də on­da­kı zə­i­f­lər in­di­ki zə­if­lər ki­mi dey­il­di­lər, çox ça­lı­şır­dı­lar. Ona gö­rə də dər­slə­ri­miz fə­rəh­li ke­çir­di, yax­şı ha­zır­la­şır­dıq. Dər­slik ol­ma­sa da, müha­zi­rə­lə­ri­niz bi­zə yol gö­s­tə­rir­di. Lakin az ke­ç­mə­dən ta­rix fakültə­si ilə bir­ləş­məy­i­miz işi­mi­zi çox ağır­­laş­dır­dı. Bə­zən bir gündə üç-dörd ağ­ır se­mi­nar­dan ke­ç­mə­li olur­duq. Düzünü dey­im ki, fi­zi­ki cə­hət­dən ilk vaxt­lar çat­dı­ra bil­mir­dik. Hət­ta bir gun mən dördüncü də­fə dör­düncü se­mi­nar­da çı­xış edər­kən (si­zin dər­si­niz­də) sət­hi da­nış­dığ­ı­mı hiss edib utan­dığ­ım da ya­dım­da­dır. Am­ma Siz heç üstünü vur­ma­dı­nız...

Dil dər­slə­rin­də çə­tin­liy­im yox idi. Bir də­fə Siz gəl­mə­miş­di­niz. Böyükxa­nım müəl­li­mə qrup­la­rı bir­ləş­dir­miş­di. Təh­lil üçün cümlə ver­miş­di. Mən cümlə­ni 15 də­qi­qəyə təh­lil edib, müəl­li­mə­yə ver­dim, son də­rəcə tə­ləb­kar bir qa­dın olan Böyükxa­nım müəl­li­mə ba­xıb çox tə­əccüb et­di. İn­di ba­xı­ram o vaxt­kı şək­li­mə - ba­laca, qa­ra bir uşaq, am­ma gö­zəl­lik vu­rğ­u­nu...

Çə­tin dövr idi, ağ­ır za­man­lar idi, am­ma haqq-əda­lət var­dı, döv­lət zəh­mət­keş in­san­la­rın ar­xa­sın­da idi. Əg­ər na­qis adam­lar ol­ma­sa idi, heç kə­sin zəh­mə­ti it­məz­di. Eşit­miş­dik ki, biz in­sti­tu­ta da­xil olan ili, çox gənc ya­ş­la­rı­nız­da müda­fiə et­mi­si­niz, am­ma, görünür, o dövr­də də gənc­liy­in qar­şı­sı­nı kötük ki­mi kə­sən­lər var­dı. Doğ­ru­dur, biz Si­zin o dövrkü üzüntülə­ri­ni­zi hiss et­mir­dik, da­ha doğ­ru­su, Siz özünüzü elə sə­mi­miyy­ət və gü­lərüzlə, meh­ri­ban­lıq­la apa­rır­dı­nız ki, hiss et­mək ol­mur­du, am­ma ma­ne­ələ­ri eşi­dir­dik, tə­lə­bə də ol­saq, qu­lağ­ı­mı­za ça­tır­dı. So­nra­kı onil­lik­də bu cür ma­ne­ə­lər baş­qa yol­lar­la bizim qar­şı­mı­za çıx­dı və o za­man­lar biz cə­miyy­ət da­xi­lin­də­ki şə­rin ma­hiyy­ə­ti­ni da­ha ay­dın duy­ub dərk et­mə­li ol­duq.

Bu müddət ər­zin­də qa­dın­la­rın bir ço­xu­nun müxtə­lif sə­bəb­lər­dən min rə­ngə düşdüyünün şa­hi­di ol­mu­şam. Am­ma mən Si­zi bu 45 ilin ər­zin­də ey­ni ləy­a­qət­də görmüşəm, bütün bu müddət ər­zin­də Si­zin bir müəl­lim ki­mi, bir alim ki­mi, bir in­san ki­mi şə­rə­fi­ni­zə xə­ləl gə­ti­rə bi­lən bir de­tal sez­mə­mi­şəm. Bütün so­nra­kı dövr­lər­də kol­lek­tiv içə­ri­sin­də da­ha ya­xın tə­ma­s­da ol­duğ­um üçün ək­sə­riyy­ə­tin iç dün­ya­sı­na bə­ləd ol­muş, tə­lə­bə­lik il­lə­rin­də gö­rə bil­mə­dik­lə­ri­mi də gö­rə bil­mi­şəm, am­ma çox qə­ri­bə­dir ki, Si­zin ba­­rə­niz­də tə­lə­bə­lik döv­rün­də ya­ran­mış tə­əssüra­tım­da yax­şı mə­na­da zər­rə qə­dər dəy­i­şik­lik olma­mışdır, - gö­zəl­lik, me­h­ri­ban­lıq qal­maq­la, o dövrkü gənc və şivə­rək Na­bat xa­nı­mın in­di bir qə­dər do­lub ağ­ır­laş­ma­sı müs­təs­na ol­maq­la.

Si­zin hə­lə 50-ci il­lə­rin son­la­rın­dan elm alə­mi­nə bəl­li olan isim və ədat­lar haq­qın­da ya­zı­la­rı­nız­dan öy­rən­mək­lə ya­na­şı, nə­sil-nə­sil tə­lə­bə­lə­rə on­la­rı öy­rət­mək­lə mə­şğ­ul ol­mu­şuq. «Ya­rım­çıq cümlə» (1960), «Fe­li bağ­la­ma və fe­li isim­lə­rin sin­tak­tik və­zi­fə­si» (1961), «Tə­s­diq və in­kar cümlə­lər» (1963), «Məq­səd və in­to­na­siy­aya gö­rə cüt­tər­kib­li cümlə­nin növ­lə­ri» (1964), «Cüttər­kib­li sa­də cümlə­nin tədqi­qi ta­ri­xin­dən» (1964), «Qram­ma­tik cə­hət­dən cüm­lə üzv­lə­ri ilə bağ­lı ol­may­an söz­lər və söz bir­ləş­mə­lə­ri» (1971), «Söz­düzəl­dici şə­kil­çi­lə­rin mə­na xüsu­siy­yət­lə­ri haq­qın­da» (1977) və baş­qa mə­qa­lə­lə­ri­niz, mübtə­da və ta­mam­lıq bu­daq cümlə­lə­ri­nə həsr olun­muş sil­si­lə ya­zı­la­rı­nız («Sin­tak­tik pa­ra­lel­lər», «Dil va­hid­lə­ri­nin si­no­nim­liyi haqqın­da»,1980), ad­la­rın­dan göründüyü ki­mi, sin­tak­si­sin hə­lə o dövr­lər­də çox az öy­rə­nil­miş ak­tu­al mə­sə­lə­lə­ri­nin təd­qi­qi­nə həsr olun­muş­dur. Bun­lar bir­lik­də çap olu­nar­sa, sin­tak­si­sə da­ir böyük və ma­raq­lı bir mo­no­qra­­fiya or­taya çı­xa bi­lər. Si­zin «Müa­sir Azər­baycan di­li­nin sin­tak­si­si üzrə xüsu­si se­mi­nar ma­te­ri­al­la­rı: tər­kib­lər və bu­daq cümlə­lə­rin si­no­nim­liyi» (1975), «Sa­də cümlə: müa­sir Azər­bayc­an di­lin­dən müha­zi­rə­lər mət­ni» (1979) və baş­qa ki­tab­la­rı­nız nə­sil-nə­sil tə­lə­bə­lə­rin stolüstü ki­tab­la­rı ol­muş­dur və gə­ləc­ək­də də öz fay­da­sı­nı ve­rə­cək­dir.

Ba­rə­niz­də söh­bət düşdükcə da­im bir şeyə də tə­əssüf et­mi­şəm: sin­tak­si­s­dən dərs de­diy­im 30 il­dən ar­tıq bir müd­dət ər­zin­də Si­zin bu sa­hə­də­ki ma­raq­lı ya­ra­dıc­ı­lığ­ı­nı­zı ar­dıc­ıl iz­ləy­ə­rək hə­mi­şə tə­əssüflə fi­kir­ləş­mi­şəm ki, nə üçün Na­bat xa­nım, fi­lo­lo­g­iy­a­nın köklü müəl­li­mi ola-ola, bu fakültə­dən uzaq­da­dır, bu fən­nin fi­lo­loq-tə­lə­bə­lə­rə təd­ri­si ilə bi­la­va­si­tə o mə­şğ­ul ol­mur. Düzünü de­yim ki, bu mə­sə­lə mə­nim üçün tə­əssüf do­lu bir yad­daş ol­maq­la ya­na­şı, həm də bir sirr ola­raq qa­lır. Sə­bəb kim idi, nə idi, nə üçün Na­bat xa­nım me­to­di­ka çər­çi­və­si­nə sığa bi­lir, bil­mi­rəm. Hər hal­da, suby­ek­tiv müna­si­bət­lər yal­nız tə­lə­bə­lə­rin ziy­a­nı­na olub. La­kin, görünür, me­to­di­ka­nın da əhə­miyy­ə­ti var, çünki Si­zin «Müa­sir Azər­bayc­an di­lin­də sin­tak­tik si­no­nim­lər. Fe­li tər­kib­lər və bu­daq cümlə­lər əsa­sın­da» (1978) ad­lı dok­tor­luq dis­ser­ta­siy­a­nız yüksək el­mi-nə­zə­ri sə­viyy­ə­si ilə ya­na­şı, sin­tak­si­sin çə­tin bir sa­hə­si­nin - bu­daq cümlə­lə­rin fe­li tər­kib­lər­lə müqay­i­sə­li şə­kil­də, da­ha asan bir yol­la öy­rə­dil­mə­si ba­xı­mın­dan da qiy­mət­li­dir.

Onu da unut­ma­mı­şam ki, Siz ara­bir bə­dii dil mə­sə­lə­lə­ri ilə də mə­şğ­ul ol­muş, N.Və­zi­rov, M.Hüseyn ki­mi gör­kəm­li sə­nət adam­la­rı­nın bə­dii di­li­nin fra­ze­o­lo­ji-üslu­bi key­fiyy­ət­lə­ri­nin təd­qi­qi sa­hə­sin­də xey­li iş gör­müsünüz.

Bir qa­dın ki­mi, bir müəl­lim ki­mi, bir alim ki­mi və hər şey­dən əvvəl, bir in­san ki­mi şə­rə­f­li həy­at yo­lu keç­mi­si­niz. Bə­ləd ol­ma­sam da, bi­li­rəm ki, gö­zəl ai­lə­niz, öv­lad­la­rı­nız, nə­və­lə­ri­niz var. İn­san üçün bun­dan ar­tıq nə la­zım­dır! Düz ya­rım əsr bun­dan əv­vəl - 1950-ci il­də Pe­da­qo­ji İn­sti­tu­tu fər­q­lən­mə dip­lo­mu ilə bi­ti­rib as­­pi­ran­tu­raya da­xil ol­mu­su­nuz. Və yə­qin ki, elə hə­min il­dən uni­ver­si­tet­də dərs də deməyə ba­ş­la­mı­sı­nız. İn­di bu staj hər ada­ma nə­sib ol­may­an bir rə­qə­mə çe­v­ri­lib: 50 il! Bu, son də­rəcə şə­rə­f­li bir rə­qəm­dir. Yol da şə­rəf­­li ol­muş­dur. 50 nəs­lin müəl­li­mi ol­mu­su­nuz. Bi­zim nə­sil Si­zi, Si­zin gənc­liy­i­ni­zi da­im hör­mət və mə­həb­bət­lə sa­lam­lay­ıb. Heç şübhə­siz, tək bi­zim nə­sil dey­il, bütün o 50 nəs­lin Si­zə eh­ti­ra­mı var. Bu, çox böyük sər­vət­dir.

Qar­şı­dan qə­ri­bə bir il gə­lir: 2000-ci il. Bu il də ba­şa ça­tac­aq və üçüncü mi­nil­liyə ke­çi­ləc­ək. Bütün tə­lə­bə­lə­ri­niz ki­mi, mə­nim də ar­zum bu­dur ki, üçüncü mi­nillk Si­zin üçün da­ha uğ­ur­lu ol­sun, Ailə­­ni­zə, Öv­lad­la­rı­nı­za, Nə­və-Nə­tic­ə­lə­ri­ni­zə və şəx­sən Özünüzə se­vinc­li günlər, əbə­di xoş­bəxt­lik bəxş et­sin.

Hör­mət­lə, tə­lə­bə­niz:

prof.Q.Ş.KA­ZI­MOV

18.12.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az