BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

BU DA MƏNİM NƏĞ­MƏM...

 

«Pe­da­qo­ji İn­sti­tut» və «Ver­di­za­də» söz­lə­ri­ni ya­na­şı iş­lə­dən­də mə­­nim göz­lə­rim önündə hə­mi­şəca­van, heç kə­sə bən­zə­məy­ən, cə­miy­­y­ə­tin önündə ha­mı­dan irə­li­də ge­dən ori­ji­nal bir şəx­siyy­ət can­la­nır və bəl­kə də, gördüyüm cə­sa­rə­tin, sa­f­lığ­ın, tə­zə­liy­in, tə­ra­və­tin bütün ət­raf­da­kı­lar­dan fər­qi­nin tə­s­vi­ri­ni tam ve­rə bil­mi­rəm...

 

Ömrümün 18 ili Al­lah­ver­di müəl­lim­lə ünsiyy­ət­də ke­çib. Fi­kir­lə­şi­rəm ki, əg­ər bütün ol­mu­ş­la­rı qə­lə­mə al­sam, Al­lah­ver­di müəl­lim haq­qın­da böyük və ma­raq­lı bir ro­man ya­za bi­lə­rəm...

Mən onun­la V.İ.Le­nin adı­na APİ-nin dil və ədə­biyy­at fakültə­si­nə da­xil ol­duq­dan bir az əv­vəl ta­nış ol­muş­dum. O za­man əh­va­lı pozğun və pə­ri­şan idi. Sərt və dön­məz xa­siy­­yə­tə ma­lik ol­duğu, zəh­mət­dən qa­çan­la­ra, fı­rıl­daq­la baş gir­lə­məyə ça­lı­şan­la­ra gü­zəşt et­mə­diyi üçün şan­ta­ja mə­ruz qal­mış və in­sti­tut­dan uzaq­laş­dı­rıl­mış­dı. Qiya­bi Pe­da­qo­ji İn­sti­tut­da dərs dey­ir­di. La­kin az ke­ç­mə­dən - gur və da­lğ­a­lı saç­la­rı, uca və ya­ra­şıq­lı qa­mə­ti ilə diq­qə­ti cəlb edən, üzü ki­mi qəl­bi də işıq­lı olan Meh­di­xan müəl­li­min - Meh­di­xan Və­ki­lo­vun rek­tor gə­li­şi ilə hər şey qay­da­sı­na düşmüş, if­ti­ra­nın if­ti­ra ol­duğu sübut olun­muş, bir il çək­mə­dən öz ye­ri­nə qay­ıt­mış­dı - öz ka­fe­d­ra­sı­na rəh­bər­lik edir, la­bo­ra­to­riy­a­sın­da iş­ləy­ir­di.

Uzaq­dan-uzağa tez-tez görürdüm. Qa­ra şlya­pa, qa­ra kost­yum, ağ köy­nək, do­lu ağ si­fət... Sol əli şal­var ci­bin­də olan­da ya­xa­sı bir qə­dər də açı­lır, ütülü ağ köy­nək da­ha ay­dın gö­rünürdü. Tüstülə­yən qa­ra qəly­an bə­zən əlin­də, bə­zən ağ­zın­da...

Gülmə­li bir mən­zə­rə­nin şa­hi­di olur­dum: As­pi­rant­la­rın­dan bi­ri onun ki­mi ye­ri­məyə ça­lı­şar, hər­dən unu­da­raq öz ye­ri­şi­ni ye­riy­ir­di. Za­ra­fat­la dey­ər­dim:

- Ayə, öz ye­ri­şi­ni ye­ri.

Mə­nə elə gə­lir­di ki, mə­ni ta­nı­mır. Ona gö­rə də 58-ci il­də - III kur­sda oxu­duğ­um vaxt bir ha­di­sə mə­ni çox tə­əc­cüblən­dir­di...

Dər­slə­ri­miz ağ­ır idi. Ta­rix fakültə­si ilə dil və ədə­biyy­at fakültə­lə­ri­ni bir­ləş­dir­miş­di­lər, heç kəs heç nə ix­ti­sar et­mir, bə­zən on sa­at dərs ke­çir­dik. Yo­rğ­un və du­man­lı ba­ş­la tə­nəffüsə çıx­mış­dıq. Rek­tor­luğ­un qa­ba­ğın­da ye­nə sol əli ci­bin­də bu də­fə düz üs­tümə gə­lir­di. Bir an­lıq qar­şım­da day­a­nıb, sağ ovc­u­nu sağa-so­la əs­di­rən­də ba­şa düş­düm ki, so­ru­şur: «Bu­ra­da nə gə­zir­sən?»

De­dim ki, oxuy­u­ram.

- Ax­şam bir bi­zə gəl,- dey­ib uzaq­laş­dı.

Ax­şam zə­ngi ba­sıb içə­ri gi­rən­də Al­lah­ver­di müəl­lim gözündə ey­nək, mət­bə­ə­dən tə­zə çıx­mış bir yığ­ın ya­zı­nı nə­zər­dən ke­çir­mək­də idi. Görüşdük. Əf­ruz xa­nım tə­lə­bə çay­ı­na bən­zə­məy­ən çay gə­tir­di. Fi­kir­lə­şir­dim ki, görünür, kim isə haq­qım­da mə­lu­mat ve­rib. Bəl­kə də, kənd­dən gə­lən­lər da­nı­şıb. Bir qə­dər zənd­lə ba­xıb so­ruş­du:

- İn­di sən iki­də dey­il­sən?

- Yox, - de­dim, - üçüncü kur­sday­am.

Söh­bət edə-edə mən də çap və­rə­q­lə­ri­nə bax­mağa baş­la­dım. O za­man ar­tıq re­dak­tə işin­dən ba­şım çı­xır­dı. Hör­mət­li müəl­lim­lə­rim­dən Fi­k­rət Sey­i­do­vun Qo­ri se­mi­na­ri­ya­sı haq­qın­da bir ki­ta­bı­nın kor­rek­tu­ra­sı ilə mə­şğ­ul ol­muş­dum. Bir qə­dər nə­zər­dən ke­çi­rib de­dim:

- Bu­ra­da im­la səhvlə­ri çox­dur...

Tə­əccüblə üzümə ba­xıb «Nə səhv?» deyə so­ruş­du. Mən bir ne­çə sə­hi­fə­də xey­li du­rğu işa­rə­si və im­la səhvlə­ri gös­tər­dim. Hət­ta şə­kil­al­tı ya­zı­lar­da da tex­ni­ki qüsur­lar var­dı. Kor­rek­tor­lar, görünür, diq­qət­lə oxu­ma­mış­dı­lar. O za­man in­sti­tu­tun güclü nə­ş­riyy­a­tı var­dı və ora­da bir sı­ra qiy­mət­li ki­tab­lar bu­ra­xıl­mış­dı.

- Pa­ho, - de­di, - ki­tab ça­pa get­mə­li idi, am­ma, görünür, lən­gi­mə­li olac­aq, bun­la­rı düzəlt­mək la­zım­dır.

Bu, iki cild­lik «Və­s­fi ya­rım­mi­kro­kimy­ə­vi ana­liz» ki­ta­bı idi. Bir ne­çə çap və­rə­qi­ni də­s­tə­ləy­ib ver­di və:

-Apar, diq­qət­lə oxu,-de­di.

Be­lə­lik­lə, əsl ta­nı­ş­lığ­ı­mız elm­dən ba­ş­la­dı, ki­tab­dan ba­ş­la­dı. O za­man­lar mən ki­tab ça­pı­na möcüzə ki­mi ba­xır­dım. Ta­le mə­ni yax­şı nümu­nə ilə qar­şı­laş­dır­mış­dı.

 

***

 

İn­sti­tu­tu bitirib iki il kənd­də iş­lə­dik­dən so­nra as­pi­ran­tu­raya da­xil ol­dum. Ya­sa­mal­da qa­lır­dım. Al­lah­ver­di müəl­lim də Ya­sa­mal­­da ev al­mış­dı. Bun­dan so­nra biz da­ha tez-tez görüşürdük - gah on­lar­da, gah biz­də. Bə­zən in­sti­tut­dan bir ma­şın­da gə­lər­dik - tak­si ilə və ya av­to­bus­la.

Müşa­hi­də et­diy­im və hə­səd apar­dığ­ım ən mühüm cə­hət: heç zaman vax­tı­nı boş ke­çir­məz­di. Ev­də də, la­bo­ra­to­riy­a­da da qə­ləm əlin­də, ma­ki­na və­rə­qə­lə­ri qar­şı­sın­da olar­dı. Ya­dı­ma gəl­mir ki, Allah­ver­di müəl­li­mi əl­lə­ri qoy­nun­da, boş-be­kar otu­ran gö­rəm. Ya han­­sı bir əsə­ri­nin­sə re­dak­tə­si ilə mə­şğ­ul­dur, ya­xud da ki­mi isə alıb cə­ng­i­nə, nərd, kart və ya şah­mat oy­nay­ır.

Hiss edir­dim ki, ya­zı­la­rın­dan ləz­zət alır. Qə­zet­lə­ri açar­dım. görkəm­li kimy­a­çı alim­lər haq­qın­da sə­hi­fə-sə­hi­fə ya­zı­la­rı... Ne­çə dər­slik, dərs və­sa­i­ti və mo­no­qra­fiy­a­nın müəl­li­fi­dir. Ba­xı­ram, gör­kə­min­də da­im bir qürur var və yüksək qürur his­si ilə ya­şay­ır. Bir də­fə də ol­sun, bu həy­at­dan gi­ley-gü­za­rı­nın şa­hi­di ol­ma­mı­şam. Hə­ya­tın isti­si də, soy­uğu da, şi­ri­ni də, ac­ı­sı da onun üçün tə­bi­i­dir. Həy­a­tın keş­mə­ke­ş­lə­ri­nə yax­şı bə­ləd ol­duğ­un­dan heç bir şeyə təəccüb et­mir...

İlk il­lər­də in­sti­tu­tun «Əsər­lər»in­də mə­qa­lə­lər çap et­dir­səm də, qə­zet­lə­rə ya­xın düşə bil­mir­dim. Han­sı re­dak­siy­aya ge­dir­dim, min bə­ha­nə ilə ge­ri qay­ta­rır­dı­lar. Bir gün la­bo­ra­to­riy­a­da bir növ acı-acı so­ruş­du:

-Ka­zım­za­də, niyə yaz­mır­san? (Mə­nə da­im xüsu­si ahə­ng­lə bu cür mürac­i­ət edər­di.)

- Çap elə­mir­lər, - de­dim.

- Nəy­in var?

- Haq­ver­diy­ev haq­qın­da ya­zı­la­rım var.

Te­le­fo­nu götürüb Ağ­ə­li müəl­li­mə - Ağ­ə­li Bə­də­lo­va zə­ng vur­du, üzünü mə­nə tu­tub «Bir­baş re­dak­to­run ya­nı­na get», - de­di.

Günün ikinci ya­rı­sı idi. Ağ­ə­li müəl­lim Hö­ku­mət evi­nin on bi­rinci mər­tə­bə­sin­də­ki iş otağın­da mə­qa­lə­ni alıb bax­dı, gülümsə­di: «Haq­ver­diy­ev mə­nim müəl­li­mim olub» de­di.

Hə­min günün sə­hə­ri dər­sdən çı­xar­kən qar­da­şım Ta­hir «Azər­bayc­an müəl­li­mi» qə­ze­tin­də mə­qa­ləm ol­duğ­u­nu de­di. Mən mə­qa­lə­nin bu tez­lik­də ça­pı­na çox tə­əccüb et­dim... O vaxt­dan ke­çən müddət ər­zin­də o günü hə­mi­şə xa­tır­lay­ı­ram.

Ax­şam çağı dər­sdən çı­xıb evə gə­lər­kən bə­zən Al­lah­ver­di müəl­li­mi bi­zim həy­ət­də bir nə­fər­lə şah­mat oy­nay­an gö­rər­dim. Onun bu ərky­a­na­lığı mən­də xoş tə­əssürat oya­dır­dı.

- Ka­zım­za­də, bu­ra­nın ha­va­sın­dan ol­maz,- dey­ər­di.

Al­nın­da­kı o şə­fəq, göz­lə­rin­də­ki o işıq əbə­di ola­raq yad­da­şım­da­dır. Və­fa­tın­dan 26 il ke­çir. Am­ma hər də­fə ya­dı­ma düşən­də elə bi­li­rəm, bu sa­at dar­va­za­nı açıb Əf­ruz xa­nım­la gü­lə-gü­lə həy­ə­tə da­xil olac­aq:

- Ka­zım­za­də, nər­di gə­tir.

Tərcümeyi-ha­lı­na bə­ləd idim. Son də­rəcə əzab­lı və zəh­mət­li bir yol ke­ç­miş­di. «Və­tən müha­ri­bə­si» ad­la­nan dəh­şət­li müha­ri­bə­nin iş­ti­rak­çı­sı ol­muş­du. İn­di ba­şı­mı­za od ələy­ən bə­zi adam­lar ki­mi xə­s­tə­lik kağ­ı­zı çı­xa­rıb müha­ri­bə­dən yay­ın­ma­mış­dı. 37-ci ilin qur­ban­la­rı sı­ra­sın­dan tə­sadüfən xi­las ola bil­miş­di («Di­li­miz - ta­ri­xi­miz» ki­ta­bım­da bu ba­rə­də yaz­mı­şam). So­nra­kı həya­tı­nı el­mə, pe­da­qo­ji işə həsr et­miş­di. Şə­rəf və ləy­a­qət­lə ömür sürürdü.

Mə­nim üçün müəyy­ən bir ya­zı-po­zu­dan so­nra bu və ya di­gər bir oy­un­la (do­mi­no, nərd, kart və s) mə­şğ­ul ol­mağ­ın özü də yoru­cu­dur, am­ma Al­lah­ver­di müəl­lim yo­rğ­un­luğ­u­nu bu yol­la - müxtə­lif əylən­cə­­­lər­lə çı­xa­rır­dı. Şah­ma­tı da, nər­di də, do­mi­no­nu da, kar­tı da ey­ni də­rəc­ə­də gö­zəl bi­lir­di. Bir də­fə bu oy­un­la­ra nə üçün be­lə alu­də ol­du­ğ­u­nun sə­bə­bi­ni so­ruş­dum.

- Bi­lir­sən, bac­ı­oğ­lu,- de­di, - mə­nim de­di-qo­du­dan, qiy­bət­dən zəh­­ləm ge­dir. Ya­zı-po­zum­la ki­fay­ət qə­dər mə­şğ­ul olu­ram, elə ki yorul­dum, vax­tı­mı bun­lar­la ke­çi­ri­rəm ki, boş söh­bət­lə­rə vax­tım qal­ma­sın.

Hə­qi­qət­də də mən onun bu və ya di­g­ər bir şəxs haq­qın­da gi­ley-gü­za­rı­nın şa­hi­di ol­ma­mış­dım.

Yal­nız bir də­fə dar­va­za­nı açıb içə­ri gi­rər­kən ki­na­yə­li tə­bəssü­mü­nü se­zib so­ruş­dum:

- Nə olub?

- Heç, əşi, - de­di. - Kö­pəy­oğ­lu...

- Kim­dir kö­pəy­oğ­lu?

- Heç bil­mi­rəm, ik­ra­nın qa­ra­sı yax­şı­dır, yox­sa qır­mı­zı­sı, ya­zıb ki, guya üç ki­lo qır­mı­zı ik­ra is­tə­mi­şəm...

Çə­tin­lik­lə öy­rə­nə bil­dim ki, fakültə­də bir nə­fər müda­fiə et­mək is­təy­ir, la­kin zə­if ol­duğu üçün Al­lah­ver­di müəl­lim işin hə­lə­lik bu­ra­xıl­ma­sı­nı məs­lə­hət gör­məy­ib, «Bir az da iş­lə­mək la­zım­dır» dey­ib. On­lar da im­za­sız mək­tub ya­zıb­lar: Al­lah­ver­di Ver­di­za­də müda­fi­əyə im­kan ver­mir, üç kq qır­mı­zı ik­ra, üç cüt çex­ski ayaq­­qa­bı və nə bi­lim nə­lər tə­ləb edir...

O za­man­lar im­za­sız mək­tub­la­ra cid­di fi­kir ve­rir­di­lər. Am­ma Al­­lah­ver­di müəl­li­mi ta­nıy­ır­dı­lar, yu­xa­rı­lar­da gülüb cı­rıb at­mış­dı­lar.

Doğ­ru­dur, o za­man in­san­lar in­di­ki qə­dər po­zul­ma­mış­dı, qay­da-qa­nun var idi, adam­lar na­mus­la ya­şay­ır, na­mus­la iş­ləy­ir­di­lər. Döv­lət ək­sə­rən haq­qı müda­fiə edir­di. La­kin Al­lah­ver­di müəl­li­mi is­tə­məyən­lər də var­dı. Çünki Al­lah­ver­di müəl­lim cə­sa­rət­li bir gənc kimi böyümüşdü, müha­ri­bə görmüşdü. Gördüyü nöq­sa­nı ud­maq söh­bə­ti yox idi, ən böyük və mə­sul məc­lis­lər­də be­lə öz sö­zünü de­mək­dən çə­kin­məz­di. Tə­bii ki, bu xüsu­siyy­ət xır­da adam­lar­la ya­na­şı, bir çox «böyü­klə­rin» də heç vaxt xo­şu­na gəl­məy­ib. La­­kin o bu­na mə­həl qoy­maz­dı, şəx­siyy­ə­ti­nin müstə­qil­liy­i­ni, əy­il­məz­liy­i­ni, hə­qi­qə­ti tap­da­maq­dan uzaq ol­duğ­u­nu da­im nüma­yiş et­di­rər­di.

Bir də­fə akt za­lın­da böyük bir yığ­ınc­aq var­dı. Be­lə yı­ğınc­aq­lar bə­zən 6 və ya 8 sa­at - gecə ya­rı­sı­na­dək da­vam edər­di. Qə­rar ha­zır­lan­ma­lı idi, ona gö­rə də ağ­saq­qal və hör­mət­li alim­lər­dən iba­rət komis­siya ya­ra­dıl­dı. Al­lah­ver­di müəl­lim də tər­ki­bə sa­lın­mış­dı. Bi­lir­dik ki, rəh­bər­li­yin gö­s­tə­ri­şi ilə suby­ek­tiv və çox pis bir qə­rar ha­zır­la­nac­aq. İc­las ye­ni­dən öz işi­nə ba­ş­la­dı və mə­ni çox tə­əc­cüblən­di­rən bir ha­di­sə baş ver­di: qə­ra­rı oxu­maq Al­lah­ver­di müəl­li­mə hə­va­lə olun­muş­du.

Axı Al­lah­ver­di müəl­li­min bu ya­ra­maz işə heç bir dəx­li yox­dur. Nə üçün o özünü be­lə bir işə qa­rış­dı­rır?..- mən bu su­al­lar qar­şı­sın­da ikən Al­lah­ver­di müəl­lim tri­bu­naya qal­xıb, bir qə­dər bo­zar­mış hal­da sö­zə ba­ş­la­dı:

-Rəh­bər­liy­in tə­ləb et­diyi şə­kil­də ha­zır­lan­mış, şəx­sən mə­nim bir çox bənd­lə­ri­nə eti­raz et­diy­im, la­kin oxun­ma­sı mə­nə hə­va­lə edil­miş bu qə­ra­rı nə­zə­ri­ni­zə çat­dı­rı­ram...

Öz-özümə «Afə­rin» de­dim, sa­kit­ləş­dim. İn­san dünyaya bir də­fə gə­lir. Onun şəx­siyy­ə­ti ol­ma­lı­dır və o, şəx­siy­yə­ti­ni qo­ru­ma­lı­dır. Tülki cil­di­nə gi­rən­lə­rin əsi­ri ol­ma­ma­lı­dır. Al­lah­ver­di müəl­lim ki­mi, şəx­siyy­ə­ti­ni hər şey­dən uca tu­tan­lar in­di­nin özündə də çox az­dır, bəl­kə də, yox­dur. Şəx­si mə­na­fe və pul düşgünlüyü in­san şəx­siyy­ə­ti­ni ay­aq­lar al­tı­na sa­lıb. Bir çox­la­rın­da isə ümu­mən şəx­siy­yət tər­biyəsi yox­dur, kök yox­dur, soy yox­dur.

Mən də­fə­lər­lə onun la­bo­ra­to­riy­a­sın­da ol­mu­şam, onun tə­ləb­kar­lığı ilə müqay­i­sə­də öz dər­slə­ri­mə ba­xan­da da­im özümü dan­la­mı­şam. Tə­ləb­kar­lığ­ı­na hey­rət və qib­tə edər­dim. Tap­şı­rığı ve­rər­di, tə­lə­bə­lər bir-bi­ri­nə ma­ne ol­ma­dan iş­ləy­ib ca­vab al­ma­lı idi­lər. Düzgün ca­vab al­ma­yınca kol­lok­vi­um ya­zıl­maz­dı. Ana­li­zin ca­va­bı­nı ba­laca bir kağı­za ya­zıb gə­ti­rər­di­lər. Pro­fes­sor gö­zucu ba­xar­dı. Kağ­ı­zı iki bar­mağı ara­sı­na alıb baş bar­mağı ilə yırt­dıq­da da­ha ay­rı sö­zə eh­tiy­ac qal­maz­dı - bi­lir­di­lər ki, ca­vab düz dey­il və ye­ni­dən iş­lə­mək la­zım­dır. Ona gö­rə də heç bir tə­lə­bə ana­li­tik kimy­a­nın əlif­ba­sı­nı öy­rən­mə­dən ke­çib-ge­də bil­məz­di.

Al­lah­ver­di müəl­lim ha­zır­lıq­lı alim idi və öz qa­bi­liyy­ə­ti­nə özü bə­ləd idi, ona gö­rə də sözünü de­mək­dən, həm də ye­ri gəl­dik­də kə­s­kin de­mək­dən çə­kin­məz­di. Ye­ni rek­tor qo­yul­muş­du və əv­vəl­ki rek­to­run fə­a­liyy­ə­ti müza­ki­rə olu­nur­du. Mən za­lın tə­q­ri­bən or­ta his­sə­sin­də otur­muş­dum və ön cə­rg­ə­lər­də əy­lə­şən­lə­ri yax­şı gö­rə bil­mir­dim. İclas ba­ş­la­dı, çı­xı­ş­lar bir-bi­ri­ni əvəz et­di. İla­hi, sa­biq rek­tor haq­qın­da nə­lər de­mir­di­lər. Özü də tə­əccüblü bu­ra­sı idi ki, ən mur­dar çı­xı­ş­la­rı onun ye­di­rib-içirt­diyi, hər cə­hət­dən yax­şı şə­ra­it ya­rat­dığı do­st­la­rı edir­di. İn­san necə dönük olar­mış! And ol­sun bi­zi ya­ra­da­na, mən hə­min ic­la­s­da fi­kir­ləş­diy­i­mi di­li­mə gə­ti­ri­rəm: fi­kir­lə­şir­dim ki, yax­şı ki, hə­min adam (köh­nə rek­tor) bu yığ­ınc­aq­da yox­dur, yox­sa mütləq ölə bi­lər­di, ürəyi part­laya bi­lər­di. Və be­ləcə ic­las da­vam edib qur­tar­dı. Əsas qap­ı­dan çı­xır­dıq. Bu za­man səh­nəyə açı­lan qa­pı­dan çı­xan Al­lah­ver­di müəl­lim gü­lə-gü­lə qo­lu­ma gi­rib de­di:

- Ka­zım­za­də, bil­din nə ol­du?

 

- ...

- Çox qə­ri­bə bir ha­di­sə ol­du. İc­las qur­tar­dı, qalx­dıq. Bu za­man fi­­lan­kəs də qalx­dı (köh­nə rek­to­ru dey­ir­di)...

Mən onun sözünü kə­sib tə­əccüblə so­ruş­dum:

- Bur­da idi?

- Bur­da idi. Ön cə­rg­ə­də otur­muş­du. Qalx­dıq, qal­xan­da Məm­məd­sə­lim müəl­lim (M.Ə.Sa­bi­rin oğ­lu - Q.K .) onun qo­lu­na gi­rib de­di: «Özünü çox üzmə, bu ca­ma­a­tın söz­lə­ri­nə çox fi­kir ver­mə».

Mən göz­ləy­ir­dim və nə isə bir xo­şa­g­əl­məz söh­bət ola­cağ­ı­nı gü­man edir­dim. Al­lah­ver­di müəl­lim sözünə da­vam et­di:

- Dön­mək is­təy­ir­dim, gördüm kin­li-kin­li qal­xa-qal­xa dey­ir:

- Ay o ca­ma­a­tın ha­mı­sı­na tüpürüm...

- Döz­məz­si­niz. Bəs siz nə de­di­niz?

De­mək is­tə­mə­di, am­ma de­di:

- De­dim ki, elə de­mə, fi­lan­kəs. Bu ca­ma­a­ta elə bax­maq ol­maz. Bun­la­rın hə­rə­si bir lom­ba tüpürsə, al­tın­dan çı­xa bil­məz­sən.

Mən bu söh­bət­dən da­ha çox mütə­ə­ssir ol­dum. Am­ma so­ruş­dum:

- Yax­şı, köh­nə rəh­bər­lik si­zə qar­şı da­ha pis olub. Bəs siz niyə da­nış­ma­dı­nız?

- Öz do­st­la­rı la­zım ola­nı de­di­lər. On­lar gümüş top­lay­ır­dı­lar, mən qı­zıl...

Bu ha­di­sə ib­rə­ta­miz bir ha­di­sə ki­mi heç vaxt yad­da­şım­dan si­lin­mir.

Al­lah­ver­di müəl­lim hə­qi­qi ziy­a­lı, hə­qi­qi elm ada­mı və hə­qi­qi müəl­lim idi. El­min, inc­ə­sə­nə­tin ye­ni­lik­lə­ri­ni ar­dıc­ıl iz­ləy­ir­di. Hə­lə tə­lə­bə­liy­i­min son il­lə­rin­də (IV və ya V kur­sda) bir gün eşit­dim ki, mə­ni bərk ax­ta­rır. Görüş­düm, «Ax­şam bir bi­zə gəl, - de­di.- Mü­əl­li­mi­nin te­le­vi­ziya ta­ma­şa­sı olac­aq». Şı­xə­li Qur­ba­no­vu dey­ir­di. O za­man hər yer­də te­le­vi­zor yox idi.

Ədə­biyy­a­tın, inc­ə­sə­nə­tin ye­ni­lik­lə­ri­ni da­im təq­dir edir, Rə­fi­li­nin, Dmir­çi­za­də­nin əsər­lə­ri­ni föv­qə­la­də yük­sək qiy­mət­lən­di­rir­di. Dəm­ir­çi­za­də­nin alim­liy­i­nə yüksək eh­ti­ram­la ya­na­şır­dı.

İn­sti­tu­tun gör­kəm­li alim­lə­ri böyük bir au­di­to­riy­aya yığ­ıl­mış­dı. Rek­tor Şöv­qi Ağ­ay­ev gi­ber­ne­ti­ka sa­hə­sin­də el­min ye­ni­lik­lə­rin­dən ma­raq­lı bir mə­ru­zə et­di. Şöv­qi müəl­lim ha­zır­lıq­lı alim idi və gö­zəl na­tiq idi. Mə­ru­zə qur­tar­dı, su­al ver­məyə ha­zır­la­şır­dı­lar. Al­lah­ver­di mü­əl­lim or­ta­da əy­ləş­miş­di, əli­ni qal­dı­rıb ay­ağa dur­du, təq­ri­bən mə­ru­zə həc­min­də böyük bir çı­xış edib mə­ru­zə­çi­nin söy­lə­dik­lə­ri­ni bir da­ha ət­ra­f­lı şərh edə­rək de­di:

- Şöv­qi müəl­lim bu sa­hə­də si­zə bun­dan ar­tıq heç nə deyə bil­məz. Nə la­zım idi, de­di. Ona gö­rə də su­a­la eh­tiy­ac yox­dur.

Hiss et­dim ki, Şöv­qi müəl­lim onun çı­xı­şın­dan ra­zı qal­dı və hə­qi­qə­tən də, bu çı­xış­dan so­nra su­a­la eh­tiy­ac ol­ma­dı.

Mən lap Kəl­bəc­ər­də - İs­ti­su­da da hə­kim söh­bət­lə­rin­dən so­nra onun is­ti­suy­un müa­lic­ə­vi əhə­miyy­ə­ti və la­zı­mi dər­man pre­pa­rat­la­rı ba­rə­də də­rin el­mi çı­xı­şı­nın şa­hi­di ol­mu­şam. Hey­rə­ti­mi so­nra­lar özü izah elə­di:"Kimya ilə tibb el­mi çox ya­xın­dır».

Al­lah­ver­di müəl­lim hə­qi­qi və­tən­daş idi. Bu­nu onun xalq işi­nə, ic­ti­mai işə müna­si­bə­ti­ni nə­zə­rə ala­raq tam qə­tiyy­ət­lə söy­ləy­i­rəm. Mur­dar yer­li­çi­liy­in düşmə­ni idi. Va­hid və bölünməz «Azər­bay­can» ta­nıy­ır­dı, fi­lan əra­zi­ni yox.

As­pi­ran­tu­ra il­lə­rin­də la­bo­ra­to­riy­a­sı­na çox ge­dib-gəl­diy­im və yataq­xa­na­da qal­dığ­ım üçün tə­lə­bə­lə­ri­ni də ta­nıy­ır­dım. Ya­xın bir qo­hu­mu tə­lə­bə­si idi. Hə­qi­qi mə­na­da əla­çı idi. Hə­min qrup­da Kəl­bəcər tə­rəf­dən baş­qa bir əla­çı da var­dı. El­mi şu­ra­da fər­q­lən­mə söh­bə­ti ge­dən­də Kəl­bəc­ər­dən olan tə­lə­bə­ni tək­lif edib ke­çir­miş­di. So­ru­şan­la­ra de­miş­di, mə­nə də ey­ni söz­lə­ri de­di:

- Doğ­ru­dur, Ka­zım­za­də, iki­si də əla­çı­dır, am­ma o za­lım ­oğ­lu da­ha sər­rast­dır.

O nə­sil xal­qa be­lə xid­mət edir­di. «Öz kən­di­min eş­şəyi ol­sun» de­mir­di­lər.

Bay­ram ad­lı qon­şu kənd­çi­miz var­dı, kimya fakültə­si­nin qiy­abi­sin­də oxuy­ur­du. Müha­ri­bə iş­ti­rak­çı­sı idi, çə­lik­lə gə­zir­di. Am­ma çox di­ri­baş və ma­raq­lı bir adam idi. Müha­ri­bə­də olan­da ru­sca da­nı­şıq öyrən­miş­di, kimya fakültə­sin­də oxu­sa da, kənd­də rus di­li dər­­si deyir­di. Bi­rinci il döv­lət im­ta­ha­nın­dan qiy­mət ala bil­mə­miş­di, Al­lah­ver­di müəl­lim «kimy­a­nın əlif­ba­sı­nı bil­mir, əlif­ba­nı bil­məy­ə­nə qiy­mət ver­mək ol­maz» de­miş­di. Hə­qi­qə­tən də o dövr­də bir fən­nin əlif­ba­sı­nı bil­məy­ə­nə qiy­mət ver­mir­di­lər.

İkinci ilin yayı idi. İn­sti­tu­tun foy­e­sin­də Bay­ram mü­əl­lim­lə görüşdüm: «Nə var, nə yox?»

De­di ki:

- Döv­lət im­ta­ha­nı­na gəl­mi­şəm. Gö­rək Al­lah­ver­di müəl­lim qiy­mət al­mağ­ı­ma im­kan ve­rəc­ək­mi.

Mən ha­di­sə­ni bi­lir­dim, ona gö­rə də so­ruş­dum:

- Heç ha­zır­laş­mı­san­mı?

- Hə, - de­di, -nə var, tur­şu­du, fi­lan­dı də...

Bir ne­çə gün keç­di, eşit­dim ki, Bay­ram müəl­lim ye­nə qiy­mət ala bil­məy­ib. Əs­lin­də, Al­lah­ver­di müəl­lim də is­təy­ib ki, ve­te­ran­dır, yüngül su­al­lar­la qur­ta­rıb çı­xıb get­sin. Am­ma mümkün ol­ma­yıb, su­al­la­ra ya­xın du­ra bil­məy­ib. Əlac­sız qa­lan Al­lah­ver­di müəl­lim dey­ib:

- Ba­ax, Bay­ram, kimy­a­nı qoy­u­ram kə­na­ra. Kimya ilə işin ol­ma­sın. Sən­dən çox ib­ti­dai bir şey so­ru­şu­ram. De görüm, tur­şu nə­dir?

Bay­ram müəl­lim cəld ca­vab ve­rib:

- Tur­şu yan­dı­rıc­ı­dır.

Al­lah­ver­di müəl­lim ya­na-ya­na xey­li ba­xıb, əli­ni sol çiy­nin­dən sağ ya­nı­na, sağ çiy­nin­dən sol ya­nı­na apa­ra-apa­ra de­yib:

-Bay­ram, sə­nin de­diy­in bu söz­lər mə­ni bir be­lə yan­dır­dı, bir də be­lə, de­mək, in­di bu, tur­şu­dur? Dur bas bay­ı­ra.

 

 

Bun­la­rı mə­nə böyük ləz­zət­lə Bay­ram müəl­lim özü da­nış­dı. Son­ra­lar müha­ri­bə iş­ti­rak­çı­sı ki­mi yu­xa­rı­lar­dan çox çə­tin­lik­lə üçüncü də­fə ic­a­zə alıb, bir­tə­hər qur­tar­mış­dı.

Bu­ra­da nə qə­dər ac­ı­lıq ol­sa da, mən bu­nu təq­dir edi­rəm. Qaç­qın, köçkün, ve­te­ran adı ilə təh­si­lin sə­viyy­ə­si­ni he­çə en­dir­mək ol­maz. Qaç­qı­na qaç­qın ki­mi, köçkünə köçkün ki­mi, ve­te­ra­na ve­te­ran ki­mi hör­mət və kö­mək et­mək la­zım­dır. Am­ma bun­la­rın oxu­mağa, öy­rən­məyə, hə­qi­qi ix­ti­sas sa­hi­bi ki­mi ye­tiş­məyə dəx­li ol­ma­ma­lı­dır. Bi­zim zə­ma­nə­miz­də isə iş­lər ta­ma­mi­lə tər­si­nə­dir.

Al­lah­ver­di müəl­lim həy­a­tı çox se­vir­di, əsl həy­at ada­mı idi. Toy­da da, ya­s­da da məc­li­sə is­ti­qa­mət ver­məyi us­ta­lıq­la bac­a­rır­dı. Bir dəfə bir toy məc­li­si qur­tar­maq bil­mir, çox uza­nır­dı. Üzülürdük, am­ma çıx­maq da ol­mur­du. Elə bu za­man hör­mət­li pro­fes­so­run qə­f­lə­tən ye­rin­dən qalx­dı­ğı­nı, guya oy­nay­ır­mış ki­mi çox qə­ri­bə şə­kil­də (şlya­pa­nı gözünün üstünə ba­sa­raq) fır­la­na-fır­la­na bəy­lə gə­li­nin qa­bağ­ı­na ça­tıb on­la­rı qal­dır­dığ­ı­nı və or­taya çək­diy­i­ni xa­tır­la­dıqca təbəssümdən doy­mu­ram. Bəy­lə gə­li­nin or­taya çı­xa­rıl­ma­sı məc­li­sin so­nu de­mək idi. Al­lah­ver­di müəl­lim­də be­ləcə in­sa­nı duy­maq, na­ra­hat­lığı sez­mək qa­bi­liy­yə­ti var­dı.

Tə­sadüfən in­sti­tut­dan bir çıx­mış­dıq, de­di ki, Ka­zımz­adə, bir tak­si sax­lat, pu­lu­nu mən ve­rəc­əy­əm. Mən bir Qaz-21 sax­lat­dım, qəly­a­nı yan­dı­ra-yan­dı­ra gö­zucu ba­xıb «Bu­rax get­sin», - de­di. Sürücü ba­şa düşüb tər­pən­di. Al­lah­ver­di müəl­lim qəly­a­nı­nı yan­dı­rıb izah et­di:

«Pu­lu­mu­zu ve­ri­rik, qoy is­bat­lı ma­şı­na mi­nək».

O za­man Qaz-24 mar­ka­lı tak­si­lər tə­zə çıx­mış­dı, az ta­pı­lır­dı. Bun­lar­dan bi­ri­ni sax­lad­ıb otur­duq. Sürücü ma­şı­nı dar küçə­lə­rə sa­lıb do­la­şıq yol­lar­la sürür, dey­ə­sən, bi­zi hə­ri­f­lə­mək istəy­ir­di. Mən­də na­ra­hat­lıq başl­amış­dı. Am­ma elə bu za­man qa­baq­da otu­ran Al­lah­ver­di müəl­lim adə­ti üzrə ye­nə qəly­a­nı­nı yan­dı­ra-yan­dı­ra, sürücüyə bax­ma­dan sa­kit-sa­kit de­di:

- Özün bil, axır­da ma­nı­tı­nı ve­rəc­əy­ik.

Ai­lə­si­ni, öv­lad­la­rı­nı çox se­vir­di. Öz sözüdür ki, ol­du­ğu ki­mi tə­k­rar edi­rəm,- dey­ər­di: «Öləm, qə­b­ri­min üstündə qa­rış-qa­rış ot­lar bi­tə, heç kim mə­ni Na­i­lə­dən ay­ı­ra bil­məz».

Adə­tən, bir ada­mın sağ­lam ol­duğ­u­nu qeyd et­mək üçün dey­ər­lər ki, bir də­fə «öh» elə­diy­i­nin, yə­ni öskürdüyünün şa­­hi­di ol­ma­mı­şam. Al­lah­ver­di müəl­li­min qu­ru öskürəyi var­dı, am­ma mən onun adi qrip­dən və ya tə­sadüfi bir so­yuq­dəy­mə­dən xə­s­tə­lən­diy­i­ni, bir ne­çə gün yo­rğ­an-dö­şəyə düş­dü­yünü xa­tır­laya bil­mi­rəm. Sağ­lam idi, gö­zəl gör­kə­mi var­dı. Do­lu bə­də­ni boy­u­na çox ya­ra­şır­dı. Qa­lın qa­ra qa­ş­la­rı ağ si­fə­ti ilə hə­ma­hə­ng idi. Üzündə ki­çik bir qı­rış da mü­şa­hi­də olun­mur­du. Nə ya­şı var­dı ki! 60-ı tə­zəcə ad­da­mış­dı.

70-ci il­də İs­ti­su­da olan­da mə­də-bağ­ır­saq si­s­te­min­dən, qa­ra ciy­ə­rin­dən şi­kay­ət­lən­diy­i­ni hiss et­miş­dim. So­nra­lar bir pay­ız günü gündüz sa­at 14 ra­də­lə­rin­də Sə­bay­el (keç­miş 26-lar) par­kın­da gəz­di­yi­ni görüb tə­əccüblən­dim:

- Har­dan be­lə? Axı bu vaxt­lar hə­mi­şə la­bo­ra­to­riy­a­da olur­su­nuz?

- Bac­ı­oğ­lu, la­bo­ra­to­riy­a­da bir ti­kə çö­rək ye­dim, elə bil, bə­də­nim­­dən daş asıl­dı. Ta­qə­tim ol­ma­dı tər­pən­məyə. Güc­lə özümü topla­y­ıb ay­ağa qalx­dım, gəl­dim bu­ra ki, bir qə­dər gə­zim, bəl­kə, bə­­də­nim açı­la. - So­nra ye­nə bir növ ağ­rı ilə de­di: - Elə bil, ürəyi­mi soğ­an qa­bığı ki­mi bax be­lə­çə qat-qat soy­ur­lar.

Görünür, ağ­rı­lar çox inc­i­dir­miş. 73-cü ilin yayı baş­lay­an ki­mi, Ye­sen­tu­kiyə get­miş­di. Eşit­dim ki, ora­da sa­rı­lıq tu­tub, şə­hə­rə qayı­dıb, Se­maş­ko adı­na xə­s­tə­xa­na­da ya­tır. Ya­nı­na get­dim, sa­rı­lığ­ın zər­dab rə­ngi si­fə­tin­də də hiss olu­nur­du. So­nra ba­bat­la­şıb çıx­dı. Dər­sə ge­dib-gə­­lir­di. Eşit­dim ki, ye­nə özünü pis hiss edir. Ev­də idi, gö­rüş­düm:

- Ka­zım­za­də, ye­diy­im ötmürdü. Hə­kim çağ­ır­dım, o da baş aç­ma­dı. Am­ma bir rum­ka kony­ak iç­dim, ötüb-get­di...

So­nra ay­dın ol­du ki, ope­ra­siya olun­ma­lı­dır. Cər­ra­hiyyə əmə­liy­ya­tı­nı aka­de­mik Top­çu­ba­şov et­mə­li idi. «Leç­ko­mis­siya» ad­la­nan xə­s­­tə­xa­na­da ya­tır­dı. Bir gün so­nra cər­ra­hiyyə əmə­liyy­a­tı ke­çi­ril­mə­li idi. Pa­la­ta­da tək idi. Görüşdük, «Ya­xın otur» - de­di. Ya­xın otur­dum. «Bir az da ya­xın otur» de­di. Ye­nə ya­xın otur­dum, am­­ma xo­f­lan­dım, qorx­dum ki, nə­sə mə­nə bir bəd xə­bər ve­rə bi­lər. Lap diz-di­zə əy­lə­şən­də ci­bin­dən kar­tı çı­xa­rıb ver­di və «Pay­la» de­di. Mən sa­kit­ləş­dim, xey­li kart oy­na­dıq.

Sə­hə­ri cər­ra­hiyyə əmə­liyy­a­tı­nın nə­tic­ə­si­ni göz­lə­yir­dik. Əmə­liyy­at­da do­stu və qo­hu­mu hə­kim Al­lah­ver­di Ha­cı­yev də iş­ti­rak edir­di. Çox çək­mə­di, çıx­dı. Bi­kef və mə­yus gəl­di. Mə­lum ol­du ki, açıb, eləcə də bağ­lay­ıb­lar. Xər­çə­ng, o mən­hus xə­s­tə­lik ar­tıq tam şa­xə­lən­miş imiş. «Ürəy­im soy­u­lur» dey­ir, ürəy­in­dən şi­kay­ət­lə­nir­di - ciy­ə­rin ağ­rı­sı ürəy­i­nə vu­rur­muş.

Pa­la­ta­da bir ne­çə də­fə ya­nı­na get­dim. Ara­mı yox idi. Sa­kit­ləş­di­rici iy­nə­lə­rə bax­may­a­raq, bir an sa­kit ola bil­mir­di. Be­lə bir ha­lət­də bir an­lıq üzünü mə­nə çe­vi­rib:

- Sən ba­şa düşürsən­mi ki, mən də­li olu­ram?- de­di.

Mən ba­şa düşürdüm. O, Top­çu­ba­şov­dan çox şey göz­lə­yir, onun əli­nə ina­nır­dı. Tez­lik­lə sağ­a­lıb la­bo­ra­to­ri­ya­sı­na qay­ı­dac­ağ­ı­nı gü­man edir­di. Am­ma dəh­şət­li ağ­rı­lar onun bu ümid­lə­ri­ni qı­rır­dı... İn­san yal­nız ümi­di­ni tam iti­rən­də ölə bi­lər.

73-cü il, senty­a­b­rın 20-də mə­ni zor­la tə­lə­bə­lə­rin ar­dın­ca Yev­lax ray­o­nu­na pam­bıq to­pla­nı­şı­na gön­dər­di­lər - ya­xın ada­mın ağ­ır xə­s­tə ol­duğ­u­nu bi­lə-bi­lə. Senty­a­b­rın 25-­də Mürsəl Hə­ki­mov kö­məyə gəl­di. Var­va­ra kən­din­də idik. Sa­at 12-yə iş­lə­miş mə­ni pam­bıq­da ta­pıb de­di:

- Sən get şə­hə­rə, Al­lah­ver­di müəl­lim və­fat et­di.

Elə bil, dünya ba­şı­ma da­ral­dı. Xə­s­tə­liy­i­ni bil­səm də, ölümünə inan­mır­dım.

Bi­zə So­vet ad­lı bir mi­lis iş­çi­si təh­kim et­miş­di­lər. So­vet­dən öyrən­dim ki, Nax­çı­van­dan gə­lən təyy­a­rə sa­at 1-də Yev­lax ha­va li­ma­nın­da ben­zin götürüb qal­xır. Kas­saya zə­ng vur­dur­dum ki, bir yer ol­sa be­lə, sax­la­sın­lar. İri bir yük ma­şı­nı­na mi­nib toz du­ma­nı qo­­pa­ra-qo­pa­ra yo­la düşdük. O qə­dər sürət­lə ki, təyy­a­rə ilə bir vaxt­da ha­va li­ma­nı­na çat­dıq. 40 də­qi­qə­dən so­nra ar­tıq Ba­kı­da idim. Bir­baş insti­tu­ta gəl­dim. Akt za­lın­da qoy­muş­du­lar. Fə­x­ri qa­ro­vul qur­tar­mış, çıxış­lar ba­ş­la­mış­dı.

Ba­şı və göz­lə­ri du­man­lı hal­da, so­nra­lar özü də mən­hus xər­çə­ngin qur­ba­nı olan Şükür müəl­li­min - Şükür Sa­dı­qo­vun söz­lə­ri­ni eşi­dir­dim:

- Al­lah­ver­di müəl­lim heç kə­sə bən­zə­mir­di. Sözünü dey­ən adam idi. Onun öz sözü var­dı...

Mən yal­nız ta­but­dan ya­pı­şa bil­dim...

Ax­şam anam təf­si­la­tı mə­nə da­nış­dı. Son mə­qam­da ev­lə­ri­nə gətir­mi­ş­lər. Bütün gec­ə­ni anam ya­nın­da ol­muş, əbə­di zər­rə bə­də­ni tərk edə­nə qə­dər əzab­la­rı­nın şa­hi­di ol­muş­dur...

Və­fa­tın­dan xey­li əv­vəl bi­zim həy­ət­də Na­miq Ka­mal­dan əz­bər de­diyi böyük bir şe­ri xa­tır­lay­ı­ram. Bu şe­ri şa­g­ird, bir nəğ­mə ki­mi, və­fa­tın­dan 25 il so­nra öz müəl­li­mi­nin qəb­ri üzə­rin­də dey­ir. Al­lah­ver­di müəl­li­min be­lə uza­qgö­rən­liyi də var­dı...

İn­di o vaxt­dan 25 il ke­çir...

Bu da mə­nim deyə bil­diy­im nəğ­mə­dir...

09.12.99

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az