BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

«İL­LƏR ONU ÖZÜ İLƏ

GƏLƏCƏYƏ APA­RIR»

 

XX əsrdə Azər­bayc­an el­mi çox gör­kəm­li şəx­siyy­ət­lər ye­­tir­miş­dir. Elm ta­ri­xi­miz­də əbə­di iz qoy­muş be­lə şəx­siy­yət­­lər­dən bi­ri unu­­dul­maz alim, gö­zəl in­san, gör­kəm­li mü­əl­lim, AMEA-nın müx­bir üzvü, pro­fes­sor Ə.M. Də­mir­çi­­za­­də­dir. Bu böyük ali­min Azər­bay­can dil­çi­liyi sa­hə­sin­də xid­mətlə­ri­ni bir da­ha ya­da sal­maq, xa­ti­rə­si­ni an­maq üçün Bö­yük Bri­ta­niya və Şi­ma­li İr­lan­diya Asiya Kral Cə­miyy­ə­ti­nin üzvü, Böyük Bri­ta­niya-Kem­b­ric Bey­nəl­mi­ləl Düha­lar Mər­kə­zi­nin üzv­ü, fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru, pro­fes­sor QƏZƏN­FƏR KA­ZI­MO­VA mürac­i­ət et­dik. Qə­zən­fər müəl­lim bö­yük dil­çi ali­min Azər­bayc­an el­mi­nə gə­tir­diyi ye­ni­lik­lər­dən və də­yər­lər­dən söz aç­dı.

 

Ya­ra­dıc­ı­lığa çox gənc ya­ş­la­rın­dan ba­ş­lay­ıb

 

Əbdülə­zəl Məm­məd oğ­lu Də­mir­çi­za­də (Rə­su­lov) Şə­ki şə­­hə­rin­də sə­nət­kar ai­lə­sin­də doğ­ul­muş­dur. El­mi ya­ra­dıc­ı­lığa çox gənc yaşla­rın­dan ba­ş­la­mış, 18 ya­şın­da ikən mər­kə­zi mət­bu­at­da müxtə­lif ya­zı­lar dərc et­dir­miş­dir. İs­te­dad­lı gənci ilk il­lər­də söz sə­nə­ti, fi­lo­lo­ji ax­ta­rı­ş­lar özünə çək­miş, o, şeir­lər, he­kay­ə­lər, ədə­bi-tən­qi­di və pub­li­si­s­tik mə­qa­lə­lər, oçer­k­lər yaz­mış­dır. El­mi ya­ra­dıc­ı­lıq­la mə­şğ­ul ol­duğu ilk 6 -7 il­də müxtə­lif sa­hə­lə­rə da­ir çap et­dir­diyi 64 ad­da əsə­rin­dən yal­nız dördü dil­çi­lik mə­sə­lə­lə­ri­nə həsr olun­muş­dur. İlk il­lər­də da­ha çox bə­dii ya­ra­dıc­ı­lığa meyil et­miş, so­nra­lar da bu sa­hə­də­ki fə­a­liyy­ə­ti­ni da­vam et­dir­miş, müxtə­lif mət­bu­at or­qan­la­rın­da «Sonya» ad­lı po­ema, otu­za qə­dər şeir dərc et­dir­miş, «Də­də Qor­qud» li­b­ret­to­su­nu, «Də­də Qor­qud» mo­tiv­lə­ri əsa­sın­da «Qa­raca ço­ban» mən­zum pye­si­ni yaz­mış­dır.

 

Onu dil­çi­liyə Ço­ban­za­də is­ti­qa­mət­lən­dir­di

 

Tə­lə­bə­lik il­lə­rin­də B.Ço­ban­za­də ilə ta­nı­ş­lığı onun həy­at yo­lu­nun dil­çi­liyə is­ti­qa­mət­lən­mə­sin­də mühüm rol oy­n­ay­ıb. B.Ço­ban­za­də onun is­te­da­dı­nı dil­çi­lik is­ti­qa­mə­ti­nə yö­nəl­dib. Ə.Də­mir­çi­za­də, M.Hüseyn­za­də, M.Şi­rə­li­yev, İ.Əfən­­diy­ev ki­mi is­te­dad­lı gənc­lə­ri dil­çi­lik el­mi­nə cəlb et­mək­lə, pro­fes­sor B.Ço­ban­za­də dil­çi­liyi­miz üçün əsas­­lı, mil­li özül ya­rat­mış­dır. Hə­min vaxt­dan baş­la­ya­raq, Ə.Də­mir­çi­za­də Azər­bayc­an dil­çi­liy­i­nin öy­rə­nil­mə­miş, çə­tin və mürək­kəb sahə­lə­ri­nin təd­qi­qi ilə mə­şğ­ul olur, dil ta­ri­xi, müa­sir dil, üslu­biyy­at, eti­mi­o­lo­g­iya və s. sa­hə­lər üzrə el­mi ax­ta­rı­ş­lar apa­rır.

 

Ə.Də­mir­çi­za­də­ni ilk növ­bə­də di­li­mi­zin ta­ri­xi özünə çə­kir­di

 

Mə­lum­dur ki, di­lin ta­ri­xi ilə mə­şğ­ul ol­maq üçün xal­qın ta­ri­xi­ni, onun mə­də­niyy­ət ta­ri­xi­ni yüksək sə­viyy­ə­də bil­­mək tə­ləb olu­nur. Də­mir­çi­za­də­də bu key­fiyy­ət­lər var idi və o, hə­lə Azər­baycan ta­ri­xi­nə da­ir ki­tab­la­rın az ol­du­­ğu dövr­də ilk mən­bə­lə­ri nə­zər­dən ke­çi­rə­rək, Mi­diya və Al­ban döv­lət qu­ru­lu­ş­la­rı­nı, hə­min döv­lət­lə­ri təş­kil edən tay­fa bir­lik­lə­ri­ni və on­la­rın dil­lə­ri­ni öy­rən­məyə ça­lış­mış, mi­xi ya­zı­la­rı araş­dır­mış, öl­kə­mi­zin əra­zi­sin­də­ki qə­dim abo­ri­g­en­lə­rin dillə­ri ilə müa­sir di­li­miz ara­sın­da­kı əla­qə­lə­ri müəy­y­ən­ləş­dir­mək üçün təd­qi­qat­lar apa­rmış­dır. O, dil ta­ri­xi­nə da­ir bö­yük təd­qi­qat əsə­rin­də («Azər­bayc­an di­li­nin ta­ri­xi» - qə­dim dövr, XI­II əs­rə qə­dər) mi­xi ya­zı­lar­dan əl­də et­diyi bir çox söz­lə­ri səs uyuş­­ma­sı əsa­sın­da müa­sir di­li­miz­lə əla­qə­lən­di­rə bil­miş, ha­zır­kı di­li­mi­zin kök­lə­ri­nin çox qə­dim dövr­lər­lə - Man­na, Mi­diya dövr­­lə­ri ilə bağ­lı ol­duğ­u­nu üzə çı­xa­ra bil­miş­dir.

Müstə­qil­liy­in ver­diyi im­kan­lar əsa­sın­da biz di­li­mi­zin kök­lə­ri­ni 5 min il əv­vəl­ki dövr­lə bağ­laya bi­li­rik. Ə.Də­mir­çi­za­də bu cür dil­çi və ta­rix­çi­lə­rin sə­lə­fi ki­mi, müqay­i­sə­li ta­ri­xi me­to­dun qa­da­ğan edil­diyi, «türk» sözünün di­lə gə­ti­ril­mə­si­nin qor­xu­lu ol­duğu bir dövr­də Azər­bayc­an di­li­ni N.Y.Marr mək­tə­bi­nin prin­sip­lə­ri əsa­sın­da böyük us­ta­lıq və eh­tiy­at­la qə­dim dövr­lər­lə bağ­lay­ır, za­man qor­xu­lu ol­sa da, fakt­la­rın di­li ilə də­rin­lik­lə­rə enə bi­lir­di. Bu nis­bət­lə Azər­bayc­an ədə­bi di­li ta­ri­xi­ni dövr­ləş­dir­mək, Nə­si­mi, Xə­tai, Füzu­li, M.F.Axun­dov ki­mi gör­kəm­li sə­nət us­ta­la­rı­nın ədə­bi di­lə xid­mə­ti­ni araş­dır­maq Ə.Də­mir­çi­za­də üçün çə­tin dey­il­di və o, «Qa­sım bəy Za­ki­rin di­li haqqın­da» ad­lı mə­qa­lə­si, «Azər­baycan ədə­bi di­li ta­ri­xi xüla­sə­lə­ri» ki­ta­bı ilə ba­ş­la­dığı təd­qi­qa­tı­nı da­vam et­di­rə­rək dil ta­ri­xi­nə da­ir fi­kir­lə­ri­ni «Azər­bac­an ədə­bi di­li ta­ri­xi» ad­lı mo­nu­men­tal ki­ta­bın­da si­s­te­mə sal­mış və ye­kun­laş­dır­mış­dır. «Ki­ta­bi-Də­də Qor­qud» das­tan­la­rı­nın di­li­nə fi­lo­lo­g­iy­a­mız­da ilk də­fə o, mo­no­qra­fiya həsr et­miş, da­s­tan­la­rın ver­diyi ma­te­ri­al əsa­sın­da ədə­bi dil nor­ma­la­rı­nın ba­ş­la­nğ­ıc­ı­na da­ir ma­raq­lı müla­hi­zə­lər söy­lə­miş­dir. «Azər­bayc­an ədə­bi di­li­nin in­ki­şaf yol­la­rı» ad­lı yığc­am, la­kin çox qiy­mət­li əsə­rin­də ədə­bi di­li­mi­zin in­ki­şaf mər­hə­lə­lə­ri­nə məx­sus sə­ciyy­ə­vi əla­mət­lə­ri pro­qram sə­nə­di sə­viyy­ə­sin­də şərh et­miş və ümu­mi­ləş­dir­miş­dir.

Pro­fes­so­run əmə­li fəa­liy­yə­tin­də təd­qi­qat ba­xı­mın­dan, Azər­bay­can di­li­nin ta­ri­xi və bu günü sər­həd­siz idi. Dil ta­ri­xi ilə ya­na­şı, 40-cı il­lə­rin or­ta­la­rın­dan baş­la­ya­raq, di­li­mi­zin fo­ne­tik, or­fo­qra­fik, or­fo­e­pik, lek­sik, fra­ze­o­lo­ji və sin­tak­tik qu­ru­luş və nor­ma­la­rı­nın təd­qi­qi ilə də ey­ni də­rəc­ə­də mə­şğ­ul ol­muş­dur. Mürək­kəb cümlə mə­sə­lə­sin­də pro­fes­sor məş­hur kon­sep­siy­a­nın - tər­kib­lə­rin bu­daq cümlə ol­ma­sı fik­ri­nin tə­rəf­da­rı idi və axı­ra qə­dər də öz fi­ki­rin­də qal­dı. La­kin qəbul edil­miş ümu­mi ənə­nəyə zor gö­s­tər­mir, kon­sep­siy­a­nı zor­la həy­a­ta ke­çir­mək is­tə­mir, mə­sə­lə­nin həl­li­ni gə­lə­cə­yin ix­tiy­a­rı­na bu­ra­xır­dı.

 

İl­lər onu özü ilə gə­ləc­əyə apa­rır

 

Ə.Də­mir­çi­za­də, elə bil, ana­dan üslu­biyy­at­çı doğ­ul­muş­du. Qə­lə­mə al­dığı ilk ya­zı­la­rın­dan «Azər­bayc­an di­li­nin üslu­biyy­a­tı» (1962) ki­ta­bı­na qə­dər mə­qa­lə­lə­ri­nin ço­xu dil və üslub mə­sə­lə­lə­ri­nə həsr olun­muş­du. Bu ki­ta­bı türko­lo­ji aləm­də us­lu­biyy­at sa­hə­sin­də ilk qiy­mət­li təd­qi­qat nü­mu­nə­si ki­mi dəy­ər­lən­dir­mi­ş­lər.

Za­man sürət­lə irə­li­ləy­ir…

Doğ­ul­duğu gündən 90, və­fa­tın­dan 20 il ke­çir. XX əsr ba­şa ça­tır və sürət­lə irə­li­ləy­ən il­lər Azər­bayc­an dil­çi­liy­i­nin in­ki­şa­fın­da böyük xid­mət­lə­ri olan Əbdüləzəl Məm­məd oğ­lu Də­mir­çi­za­də­ni də özü ilə gə­ləc­əyə apa­rır.

Söh­bə­ti yaz­dı: İra­də

26.08.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az