BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

YET­Mİ­ŞƏ BİR QA­LAN­DA

 

Aka­de­mik Bə­kir Nə­biy­ev, «So­raq ki­ta­bı» . Çox-çox tə­əs­süf və tə­əccüb edi­rəm ki, bu ki­tab­da ha­mı var, mən yo­xam. Bə­kir müəl­lim­lə ta­nı­ş­lığ­ı­mı­zın də­qiq ta­ri­xi­ni ya­dı­ma sa­la bil­mə­səm də, elə bi­li­rəm, bir qə­ri­nə­dən çox­dur. Hə­lə lap 70-ci il­lə­rin əv­vəl­lə­rin­də qız­mar yay günlə­rin­də Bə­kir müəl­li­min sədr­liyi ilə apar­dığ­ı­mız döv­lət im­ta­han­la­rı uzaq bir xa­ti­rə ki­mi yad­da­şım­da­dır: Bə­zən iyu­la qə­dər uza­nıb gedən bu im­ta­han­lar­da is­ti­dən döz­mək ol­mur, dil-do­daq qu­ruy­ur­du. Bə­kir müəl­lim­dən giz­li bir sirr öy­rən­miş­dik - də­s­ma­lı soy­uq su ilə is­la­dıb əli­miz­də sax­la­yır­dıq və bu bi­zə bir qə­dər sə­rin­lik gə­ti­rir­di. Ya­dı­ma gəl­mir və elə bir hal ol­may­ıb ki, Bə­kir müəl­li­min im­ta­han­la­rın­da bir na­ra­zı­lıq özünü gö­s­tər­sin. Nə qə­dər meh­ri­ban, mü­lay­im, sə­mi­mi, nə qə­dər həs­sas, qayğ­ı­keş və ey­ni za­man­da tə­ləb­kar, obyek­tiv bir in­san!..

Bu cür xa­ti­rə­lər işığ­ın­da de­kan iş­lə­diy­im 90-cı il­lər­də də Bə­kir müəl­li­mi N.Tu­si adı­na Pe­da­qo­ji Uni­ver­si­te­tin fi­lo­lo­g­iya fa­kültə­si­nə döv­lət im­ta­han ko­mis­si­ya­sı­nın sə­d­ri də­vət et­mi­şəm. Bu vaxt Bə­kir müəl­lim ar­tıq Ni­za­mi adı­na Ədə­biyy­at və Dil İn­sti­tu­tu­nun şö­bə müdi­ri dey­il, Azər­bayc­an Elm­lər Aka­de­miy­a­sı ədə­biyy­at, dil və in­cə­sə­nət böl­mə­si­nin aka­de­mik ka­ti­bi, Əmək­dar elm xa­di­mi, re­s­pub­li­ka döv­lət müka­fa­tı la­u­re­a­tı idi və 700-dən ar­tıq əmək­da­şı əha­tə edən Nə­si­mi adı­na Dil­çi­lik, Ni­za­mi adı­na Ədə­biy­y­at, Füzu­li adı­na Əly­az­ma­la­rı İn­sti­tut­la­rı­nın, Ter­mi­no­lo­giya Ko­mi­tə­si­nin, Ni­za­mi adı­na Ədə­biyy­at mu­zey­i­nin, «Türko­lo­g­iya» jur­na­lı və «EA xə­bər­lə­ri»nin, Mər­kə­zi El­mi Ki­tab­xa­na­nın, ne­çə-ne­çə baş­qa müəs­si­sə­nin əla­qə­lən­di­ric­i­si, rəh­bə­ri idi. «Gə­lə­rəm» de­di, gəl­di və oby­ek­tiv­liyi, sa­f­lığı, tə­miz­liyi, nüfu­zu ilə kö­məy­i­mə də çat­dı: ka­fe­d­ra müdir­lə­rin­dən bi­ri döv­lət im­ta­han­la­rı­na bərk meyil edir, mə­nim seç­diy­im müəl­li­mi uzaq­laş­dı­rıb özü im­ta­han götürmək is­təy­ir­di. İş o ye­rə çat­dı ki, mən: «Ol­maz. Biz tə­miz­liyə ça­lı­şı­rıq, siz baş­qa məq­səd güdür­sü­nüz» de­dik­də xey­li ara­lı­da dur­muş Bə­kir müəl­lim dər­hal si­tu­a­siy­a­nı tu­tub ya­xın­laş­dı və «Mən də bu­na yol ve­rə bil­mə­rəm» de­di. Ka­fe­d­ra müdi­ri çə­ki­lib get­mə­li ol­du.

Bə­kir müəl­li­mi din­ləy­ən­də hə­mi­şə ya­dı­ma Şə­h­ri­ya­rın bir mis­ra­sı düşür: «Söz ağ­zın­da ərir­di yağ­lar ki­mi». Onun sə­si, sözü ipək ki­mi yum­şaq ol­duğ­un­dan din­ləy­ic­iyə əvəz­siz tə­sir bağ­ı­ş­lay­ır. Haq­qın­da söz aç­maq is­tə­diy­im, tə­zəcə çap­dan çıx­mış so­raq ki­ta­bın­da 90-a ya­xın elm, ədə­biyy­at, inc­ə­sə­nət xa­di­mi­nin, ya­zı­çı, şair, mu­si­qi­çi, rəs­sam və mu­zey iş­çi­si­nin Bə­kir Nə­biy­ev və onun ya­ra­dı­cı­lığı ba­rə­də müla­hi­zə­lə­ri, fi­kir, ar­zu və is­tək­lə­ri ifa­də olun­muş­dur. Bun­la­rın, demək olar ki, ək­sə­riyy­ə­ti Bə­kir müəl­li­min şi­fa­hi nit­qi­nin gö­zəl­liyi, el­mi üslu­bu­nun sə­lis­liyi, sə­mi­mi­liyi, şi­rin­liyi, oby­ek­tiv­liyi haq­qın­da söz de­miş­dir. İm­kan ol­sa, on­la­rın ha­mı­sı­nın söz­lə­ri­ni bu­ra köçürər­dim. La­kin bu bir ne­çə nümu­nə də tə­əssürat üçün ki­fay­ət­dir: « Bə­ki­rin sə­si və sözü ila­hi­nin ve­rg­i­si­dir və bu ve­rgi mil­lə­ti­mi­zin sər­və­ti­dir» . (Oq­tay Sa­lam­za­də) « Di­li­miz onun nit­qin­də da­ha da gö­zəl­lə­şir» . (Ağ­a­mu­sa Axun­dov) « O bu di­li elə inc­ə­liy­i­lə, elə zə­ng­in çalarla­­rıy­la və elə gö­zəl ta­pın­tı­la­rıy­la iş­lə­dir ki, qey­ri-ira­di düşü­nür­sən: bu dil - da­hi xal­qın di­li­dir, bu dil öl­məz­dir» . (Gül­rux Əli­bəy­li) və s. Bu qa­bi­liyy­ət, heç şübhə­siz, nə­sil­lə, kök­lə bağ­lı­dır. Bə­kir müəl­­lim ki­ta­ba yaz­dığı ön söz­də ba­ba­sı Mol­la Mə­həm­mə­din «yük­sək di­ni sa­va­dı, gö­zəl tə­ləffüzü» ol­duğ­u­nu qeyd edir.

Da­im xal­qı­nın xid­mə­tin­də du­ran, ona öz xey­ir­xah əməl­lə­ri, bi­lik və təcrübə­si ilə kö­mək edən bu in­san­lar - bu ai­lə əs­lən Qə­bə­lə­nin Mıx­lı­qo­vaq kən­din­dən ol­muş, XIX əs­rin əv­vəl­lərin­də Ağ­da­şın Üçqo­­vaq kən­di­nə köçmüşlər. «Mol­la Nə­bi uşağı» ad­la­nan bu ai­lə­nin so­vet dövründə ba­şı bə­la­lar çək­miş, Bə­kir müəl­li­min ata­sı Əh­məd Mə­həm­məd oğ­lu, əmi­si Nə­bi Nə­biy­ev 37-ci il re­pres­si­y­a­sı­nın acı nə­tic­ə­lə­ri ilə üzləş­mi­ş­lər. Yox­sul­luq və «lə­kə­li» gün­lər­dən ai­lə­ni Bə­kir müəl­li­min ana­sı Sey­id Zə­h­ra xa­nım çı­xar­mış­dır. Re­pres­siya «lə­kə­si» so­nra­lar Bə­kir Nə­biy­e­vin or­ta mək­tə­bi bi­ti­rər­kən qı­zıl me­dal al­ma­sı­na ma­ne ol­duğu ki­mi, ali mək­təb­də tə­qaüd al­ma­sı­na da ma­ne ol­muş­du.

Ki­ta­bın əv­və­lin­də ve­ril­miş «El­mi-pe­da­qo­ji və ic­ti­mai fə­a­liy­yə­ti­nin əsas ta­rix­lə­ri» ad­lı böl­mə­dən ay­dın olur ki, Bə­kir Nə­biy­ev 12 ya­şın­dan çək­mə­çi ya­nın­da şa­gird, ba­ra­ma za­vo­dun­da fəh­lə ki­mi əmək fə­a­liyy­ə­ti­nə baş­la­mış, 15 - 17 ya­ş­la­rın­da Ağ­daş ray­on yer­li ra­dio veri­li­ş­lə­ri re­dak­siy­a­sın­da dik­tor iş­lə­miş­dir. 1954-cü il­də ADU-nun fi­lo­lo­g­iya fakültə­si­ni fər­q­lən­mə dip­lo­mu ilə bi­tir­miş, iki il so­nra orada Azər­bayc­an ədə­biyy­a­tı ta­ri­xi ka­fe­d­ra­sı­nın as­pi­ran­tı ol­muş, 1960-cı il­də na­mi­zəd­lik, 1970-ci il­də dok­tor­luq dis­­ser­ta­siy­a­sı müda­fiə et­miş­dir.

Bə­kir müəl­lim çox er­kən - 17 ya­şın­dan yed­di­il­lik və or­ta mək­təb­lər­də dərs dey­ib. So­nra­lar bu sa­hə­də fə­a­liyy­ə­ti ali mək­təb audito­riy­a­la­rı­na ke­ç­miş, Pe­da­qo­ji İns­ti­tut­da, 3 nö­m­rə­li Tibb tex­ni­ku­mun­da, Müəl­lim­lə­ri Tək­mil­ləş­dir­mə İn­sti­tu­tun­da, Azər­bayc­an Döv­­lət Univer­si­te­tin­də ədə­biyy­at ta­ri­xi­miz­dən, tən­qid ta­ri­xin­dən, müa­sir ədə­bi pro­se­s­dən dərs de­miş­dir. 1994-cü il­dən Tə­fəkkür Uni­ver­si­te­tin­də fi­lo­lo­g­iya ka­fe­d­ra­sı­nın müdi­ri­dir.

Müxtə­lif vaxt­lar­da pa­ra­lel ola­raq «Kom­mu­nist», «Azər­bayc­an gənc­lə­ri», «Ədə­biyy­at və inc­ə­sə­nət», «İn­şa­at­çı» qə­zet­lə­rin­də ədə­bi iş­çi, şö­bə müdi­ri, re­dak­siya hey­ə­ti­nin üzvü, tərcümə­çi olub.

25 ap­rel 1951-ci il­dən mət­bu­at­da çı­xış edən Bə­kir Nə­biy­ev Ni­­za­mi adı­na Ədə­biyy­at və Dil İn­sti­tu­tun­da ki­çik el­mi iş­çi ki­mi fə­­a­­liyy­ə­tə ba­ş­la­mış, el­mi ka­tib, baş el­mi iş­çi, şö­bə müdi­ri və­zi­fə­lə­rin­də çalış­mış­dır. 1971-1987-ci il­lər ara­sın­da Ni­za­mi adı­na Azər­­­bayc­an Ədəbiy­ya­tı mu­zey­i­nin di­rek­to­ru, 1987 - 1990-cı il­lər­də Azər­bayc­an Mə­də­niyy­ət Fon­du­nun sə­d­ri ol­muş­dur. 1987-ci il­dən Azər­bay­can EA-nın Ədə­biyy­at, Dil və İnc­ə­sə­nət böl­mə­si­nin aka­de­mik ka­ti­bi­dir. 1983-cü il­də EA-nın müxbir üzvü, 1989-cu il­də hə­qi­qi üzvü se­çil­miş­dir. 1978-ci il­də «Böyük Və­tən müha­ri­bə­si və Azər­bayc­an ədə­biyy­a­tı» mo­no­qra­fiy­a­sı­na gö­rə Döv­lət mü­ka­fa­tı­na lay­iq görülmüş, 1990-cı il­də Əmək­­dar elm xa­di­mi adı al­mış­dır. Ya­zı­çı­lar və Jur­na­li­st­­lər bir­lik­lə­ri­nin üzvü olan B.Nə­biy­ev həm də «Qı­zıl qə­ləm» mükafa­tı la­u­re­a­tı­dır. «Xal­q­lar do­st­luğu» or­de­ni (1986) və ne­çə-ne­çə fə­x­ri fər­man­lar­la təl­tif edil­miş­dir.

Hör­mət­li ali­min əmək və iş əla­qə­lə­ri çox zə­ng­in­dir. Qeyd et­diyi­­miz iş­lər­lə ya­na­şı, Təh­sil Na­zir­liyi nəz­din­də ədə­biyy­at el­mi-me­to­di­ki şu­ra­sı­nın sə­d­ri, Azər­bayc­an en­sik­lo­pe­diy­a­sı­nın məs­lə­hət­çi­si, Azər­bayc­an-Pa­ki­s­tan Dost­luq Cə­miyy­ət­inin sədr müa­vi­ni, Ter­mi­no­lo­g­iya Ko­mi­tə­si sə­d­ri­nin müa­vi­ni, «Azər­bayc­an­film» ki­no­stu­di­ya­sın­da bə­dii şu­ra­nın, Qaf­qaz Müsəl­man­la­rı İda­rə­si nəz­din­də El­mi-Di­ni Şu­ra­nın üzvü ki­mi ge­niş sa­hə­lər­də fə­a­liyy­ət gös­tər­miş və bun­la­rın bir ço­xun­da fə­a­liyy­ə­ti­ni da­vam et­dir­mək­də­dir.

Elm alə­mi­nə ilk ki­ta­bı­nı 1963-cü il­də təq­dim edən Bə­kir müəl­­­lim ar­tıq 40-a qə­dər ki­ta­bın müəl­li­fi­dir. Bun­la­rın ək­sə­riyy­ə­ti Azər­bayc­an ədə­biyy­a­tı­nın müxtə­lif pro­blem­lə­ri­nə həsr olun­muş mo­no­qra­fiy­a­lar­dan iba­rət­dir. Rus və ing­i­lis dil­lə­rin­də ki­tab­la­rı, bir sı­ra tərtib­lə­ri, mə­qa­lə top­lu­la­rı, or­ta mək­tə­bin 5, 6 və 11-ci si­nif­lə­ri üçün dər­slik­lə­ri Bə­kir müəl­li­min is­te­dad və zəh­mə­ti necə us­ta­lıq­la bir­ləş­di­rə bil­diy­i­ni sübut edir. Mər­kə­zi qə­zet və jur­nal­lar­da dərc et­dir­diyi mə­qa­lə və r­e­sen­ziy­a­la­rı­nın ümu­mi sayı 550-yə qə­dər­dir. 60-a qə­dər ki­ta­bın re­dak­to­ru ol­muş­dur. N.A.Nek­ra­sov­dan, C.Lon­don­dan tərcümə­lə­ri var­dır. Əsər­lə­ri, el­mi-pe­da­qo­ji və ic­­ti­mai fə­a­liyy­ə­ti haq­qın­da 150-dən ar­tıq mə­qa­lə ya­zıl­mış­dır. 20-dən ar­tıq elm­lər dok­to­ru və elm­lər na­mi­zə­di ye­tir­miş, bun­dan da­ha ar­tıq na­mi­zəd və dok­to­run op­po­nen­ti ol­muş­dur. Bütün bun­lar son də­rəcə böyük zəh­mə­tin, xüsu­si il­ham və is­te­da­dın məh­su­lu­dur və «Bə­kir Nə­biy­ev» im­za­sı­nı mə­də­niyy­ət ta­ri­xi­mi­zə əbə­di həkk edən ən qiy­mət­li sər­vət­dir.

Bə­kir müəl­li­min ədə­bi, el­mi ya­ra­dıc­ı­lığ­ı­na, pe­da­qo­ji və ic­ti­mai fə­a­liyy­ə­ti­nə son də­rəcə həs­sas­lıq və mə­həb­bət­lə ya­na­şan tər­tib­çi­lər - ədə­biyy­at, dil və inc­ə­sə­nət böl­mə­si­nin el­mi ka­ti­bi Gü­la­rə Rə­su­lo­va və Ay­gün Hü­seyn­za­də bib­li­oqrafik ma­te­ri­al­dan son­ra­kı his­sə­ni beş böl­məyə ay­ır­mış, müəl­lim­lə­ri­nin, ədə­biyy­a­tı ya­ra­dan­la­rın, əməl və məs­lək do­st­la­rı­nın, mə­sa­fəcə uzaq, qəl­bən ya­­xın həm­kar­la­rı­nın, tə­lə­bə­lə­ri­nin Bə­kir müəl­lim haq­qın­da ürək söz­lə­ri­ni ver­mi­ş­lər. Biz bu­ra­da ilk növ­bə­də C.Xən­dan, Ə.Də­mir­çi­za­də, F.Qa­sım­za­də, A.Za­ma­nov, M.İb­ra­hi­mov, M.A.Da­daş­za­də, Mir Cə­lal, H.Aras­lı, M.C.Cə­­fə­rov, Ə.Şə­rif, P.Xə­li­lov ki­mi böyük alim və ya­zı­çı­la­rın bir ədə­biyy­atşünas alim və tən­qid­çi ki­mi ədə­biyy­a­tı­mız­da Bə­kir Nə­bi­ye­vin möv­qeyi ba­rə­də qiy­mət­li fi­kir­lə­ri ilə ta­nış olu­ruq. Hə­lə 1960-cı il­də, na­mi­zəd­lik müda­fi­ə­si za­ma­nı gənc ali­min ha­zır­lıq sə­viyy­ə­sin­dən qürur duy­an Ə.Də­mir­çi­za­də «Biz dis­ser­tan­tın qa­bi­liyy­ə­ti­ni, onun ha­zır­lıq sə­viyy­ə­si­ni də nə­zə­rə al­ma­lıy­ıq. Bə­kir Nə­biy­ev öz təd­qi­qa­tı sa­hə­sin­də özünü «su­da ba­lıq ki­mi» hiss edir, - deyə fə­rəh ke­çi­rir. Dok­tor­luq dis­ser­ta­siy­a­sı­na rəy­in­də xalq ya­zı­çı­sı M.İb­ra­hi­mov Bə­kir Nə­biy­e­vi «cid­di ədə­biyy­at tən­qid­çi­si və təd­qi­qat­çı­sı» kimi ta­nı­dığ­ı­nı qeyd edir. M.C.Cə­fə­rov onu «yüksək tən­qid­çi­lər nəs­li­nin əsl va­ri­si, da­vam­çı­sı» ki­mi qiy­mət­lən­di­rir.

Oxucu özü ma­raq­lan­sın deyə, Bə­kir müəl­li­min gör­kəm­li əməl və məs­lək do­st­la­rı­nın, şa­ir və na­sir­lə­ri­mi­zin, xa­ri­ci öl­kə­lə­rin - İran, Türkiyə, Ru­siya, Al­ma­niya, Öz­bə­kis­tan, Gürcüstan, Qa­zax­ıs­­tan, Türkmə­ni­s­tan, Tac­i­ki­s­tan, Mol­­do­va və Es­to­niy­a­nın böyük elm adam­la­rı­nın, Azər­bayc­an mu­si­qi, boy­a­kar­lıq, te­atr xa­dim­lə­ri­nin, tən­qid­çi­nin öz tə­ləbə­lə­ri­nin ad­la­rı­nı sa­da­la­mı­rıq. Ha­mı Bə­kir müəl­lim haq­qın­da, onun el­mi uğ­ur­la­rı, yüksək əx­la­qi və in­sa­ni key­fiyy­ət­lə­ri, na­tiq­lik mə­ha­rə­ti ba­rə­də ürək do­lu­su da­nı­şır. Bə­kir müəl­li­mi «və­zi­fə­si böyüdükcə xal­qa enən bir in­san» ad­lan­dı­rır­lar: « Şübhə­siz ki, Bə­kir müəl­lim Al­lah tə­rə­fin­dən is­te­dad­la təl­tif olu­nub». (M.Dil­ba­zi) « Bə­kir, necə dey­ər­lər, na­tu­ral adam­dır, özü nec­ə­dir­sə, sözü də elə­dir» . (H.Ab­ba­s­za­də) « Bə­kir müəl­li­min ya­ra­dıc­ı­lı­ğı­na xas olan çoxcə­hət­li­lik onun şəx­siyy­ə­ti, xa­siyy­ə­ti üçün də səc­iyy­ə­vi­dir». (El­çin) « Bə­kir Al­la­hın adı ilə sö­zün düzünü de­yən bir şəx­sdir». (O.Sa­lam­za­də) « Tə­bii, in­sa­ni olan heç nə ona yad dey­il». (Y.Qa­ray­ev) « İş pro­se­sin­də­ki təm­ki­ni, dözümü, çe­vik­liyi üçün Bə­kir Nə­biy­e­və hə­səd apar­maq olar». (G.Əli­bəy­li) « O öz həm­kar­la­rı ara­sın­da par­laq intel­lek­ti, sə­mi­miyy­ə­ti və ha­zırc­a­vab­lığı ilə se­çi­lir» . (Lə­ziz Qəyy­u­mov. Öz­bə­ki­s­tan) « Mı vse vi­de­li Be­kir aqa vpe­re­di: i po Azer­bay­d­jan­skoy li­te­ra­tu­re, i po dru­qix tör­kskix na­ro­dov». (Şa­kir İb­ra­ev, Qa­za­xı­s­tan) və s.

Onu da nə­zə­rə al­ma­lıy­ıq ki, be­lə bir in­tel­lekt sa­hi­bi­nin, «elm alə­min­­də el­mi ka­tib­lik­dən aka­de­mik-ka­tib­liyə qə­dər şə­rə­f­li bir yol keç­miş» (V.Ar­zu­man­lı) bir ali­min həy­at yo­lu o qə­dər də ha­mar ol­mayıb. Bu ba­rə­də mət­lə­bi uzat­­ma­dan, ya­zı­çı Cə­mil Əli­bə­yo­vun aşağ­ı­da­kı söz­lə­­ri ilə ki­fay­ət­lə­ni­rik: «Bə­ki­rin şəx­sin­də tən­qid­çi olum-qa­lım qar­şı­dur­ma­­sı­nın nə qə­dər şa­hi­di ol­mu­şuq! An­caq onu ədə­biyy­a­tın adil ha­kim­li­yi yo­lun­dan dön­dər­mək ol­ma­yıb. Doğ­ru­dur, çö­h­rə­si tur­şuy­ub, göz­lə­ri­­nə qüssə çöküb, lap be­li də bükülən vaxt olub, anc­aq ədə­bi qa­mə­ti əy­il­mə­yib».

Söy­lən­miş ən ümdə fi­kir­lə­ri be­lə ümu­mi­ləş­di­rib bi­tir­mək çə­tin olan bu ki­tab ba­rə­də sözümü ye­kun­laş­dır­maq is­tər­kən ön söz­də qeyd olun­muş bir ha­di­sə də ya­dı­ma düşür. Bə­kir müəl­lim ya­zır ki, ai­lə­lə­rin­də on­dan əv­vəl Bə­kir ad­lı qar­da­şı ol­muş, la­kin uşaq kör­pə ikən və­fat et­miş­dir. Ana­sı Sey­id Zə­h­ra əri Əh­məd ki­şi­nin va­si­tə­si­lə Mol­la Mə­həm­məd­dən xa­hiş edib ki, bu uşağ­ın adı­nı da Bə­kir qoy­sun­lar. So­nra­lar Sey­id Zə­h­ra bu ar­zu­su­nun sə­bə­bi­ni oğ­lu­na be­lə izah edir­miş: «Mən Al­la­ha yal­va­rıb dua­lar et­mi­şəm ki, qur­ba­nı ol­duğ­um sənə iki ömür əta et­sin: bir adı­nı da­şı­dığ­ın na­kam qar­da­şı­nın ömrünü, bir də sə­nin öz ömrünü».

Bütün do­st­la­rı, qo­hum­la­rı, müəl­lim­lə­ri, tə­lə­bə­lə­ri və bütün həm­kar­la­rı ki­mi, mən də Bə­kir müəl­li­min yet­mi­şə bir qal­mış bu ya­şın­da Sey­id Zə­h­ra xa­nı­mın (qə­b­ri nur­la dol­sun!) bu ar­zu­su­na qo­şu­lur, ki­tab ba­rə­də sözümü hə­min is­tək­lə bi­ti­ri­rəm.

08.06.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az