BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

MƏ­NƏ­Vİ XƏZİNƏMİZİN YORULMAZ

TOPLAYICI VƏ TƏDQİQATÇISI

 

Əzizim Mürsəl!

Sə­nin­lə ilk ta­nı­ş­lıq 43 il əv­vəl yad­da­şı­ma bir «Hə­ki­mov» fa­mi­liy­a­sı həkk edib. O vaxt­dan şüu­ru­muz­da bir «Mürsəl Hə­ki­mov» feno­me­ni yer tut­maq­da­dır. İlk görüş - əs­gər pal­ta­rın­da! Biz­dən bir qə­dər do­lu, göv­də­li və şax ye­ri­ş­li, öt­kəm - dil­li-di­la­vər! Sa­də, tə­va­zö­kar, tə­miz ürək­li bir gənc! Gənc­lə­rin zəh­mət­se­vər ağ­saq­qa­lı, fakültə­nin id­man ya­rı­ş­la­rı­nın qa­li­bi - məş­hur gü­ləş­çi MÜRSƏL HƏ­Kİ­MOV!

Sə­nin bir də­fə bir adam­la, bir tə­lə­bə yol­da­şın­la söz­ləş­diy­in ya­dı­ma gəl­mir. Ha­mı­nı yo­la ve­rər­din. Ağ­saq­qal­lıq edər­din. Bar­maq­la­rı­nın es­te­tik gücü ha­mı­mı­zın bar­maq­la­rın­dan ar­tıq idi. Adi qu­aş­la gözəl şə­kil­lər çə­kər, müxtə­lif rə­ng­lə­ri qa­rış­dı­ra­raq gö­zəl ya­zı­lar yazar, yol­da­ş­la­rı­mı­zın dəf­tər­lə­ri­ni bə­zər­din.

Lap ba­ş­la­nğ­ıc­dan, ilk kur­sdan əl-qol atır, ça­ba­la­yır, is­ti­qa­mə­ti­ni tap­mağa ça­lı­şır­dın. Ya­dım­da­dır ki, ilk kur­­sun ilk se­me­s­t­rin­də bi­zim böyük müəl­li­mi­miz Mi­ka­yıl Rə­fi­liyə mürac­i­ət də etdin: «Pro­­fes­sor, bir mə­qa­lə yaz­mı­şam». Biz tə­əccüb et­dik. Elə pro­fes­sor da tə­əccüb et­di: «Nə tez? Axı sən ki­mi oxu­mu­san ki, mə­qa­lə ya­zır­san?» Ya­dın­­da­dır­mı, Gert­se­ni, Be­lin­ski­ni, Do­b­roly­u­bo­vu, Çer­nı­şev­ski­ni xa­tır­lat­dı. «Hə­lə oxu­maq la­zım­dır» de­di. «Ya­za­caq­san, qü­sur­la­rın olac­aq, … ki­mi uşaq­lar ya­pı­şac­aq ya­xan­dan»- de­di. Biz oxu­mağa ba­ş­la­dıq. Hə­qi­qə­tən də, oxu­yur­duq və çox oxu­yur­duq. Xa­rici ədə­biyy­at nümu­nə­lə­ri­nin bir ço­xu­nu la­tın qra­fi­ka­sın­da növ­bə ilə oxuy­ur­duq - ki­tab çat­mır­dı, vaxt ki­fay­ət et­mir­di. Ta­rix fakültə­si ilə ədə­biyy­a­tı bir­­ləş­dir­dik­dən so­nra lap çə­tin ol­du - 8-10 sa­at dərs ke­çir­dik. Ye­məyə də bir şey yox idi, dev ki­mi yol­daş­la­rı­mız xəs­tə­lən­di - və­rəm ol­du. Am­ma bax­mır­dıq, oxu­yur­duq.

İkinci kur­sda ar­tıq is­ti­qa­mət­lər müəyy­ən­ləş­məyə baş­la­mış­dı: sən el­mə, mər­hum yol­da­şı­mız Sa­bir bə­dii ya­ra­dı­cı­lığa meyil­lən­mək­də idi­niz. Çox za­man sə­ni çar­pay­ı­da uza­nıb mə­qa­lə­nin, Sa­bi­ri yo­rğ­a­nı ba­şı­na çə­kib he­kay­ə­nin süje­ti­ni düşünən gö­rər­dim. Ma­raq­lı günlər idi. Hər­dən yu­xuya get­dik­də bi­ri­ni­zin o bi­ri­ni tə­pik­ləy­ib oy­at­dı­ğı­nı da dey­ib-gülürdük. Bu mə­qam­lar­da bə­zən şi­rin yu­xu­dan sək­sə­kə­li ay­ıl­ma əsə­bi­liyə də sə­bəb olur­du. Am­ma əsə­bi­lik çox çək­məz­di.

II kur­sun son­la­rın­da sən mə­nim kom­so­mol fə­a­liyy­ə­tim, fakültə­də təş­ki­lat­çı­lıq işim, qo­vul­ma­lı olan yol­da­şı ne­cə xi­las et­diy­im barə­də re­s­pub­li­ka ra­dio­sun­da oçerk oxu­muş­dun, uşaq­lar ya­man təəccüb edir­di­lər re­s­pub­li­ka ra­di­osu­na çı­xa bil­məy­i­nə.

Biz beş il ey­ni qrup­da, ey­ni au­di­to­riy­a­la­rın tə­lə­bə­si, ey­ni ya­taq­­xa­na­nın sa­ki­ni ol­duq, ey­ni qab­dan xö­rək ye­dik… Ba­kı­xa­nov - 58 hər cə­­hət­dən bi­zim mə­s­kə­ni­miz idi. Ta­le bi­­zi bu­ra bağ­la­mış­dı. Dər­slə­ri­mi­zi bu­ra­nın ba­laca oxu za­lın­da ha­zır­lay­ır, kar­to­fu­mu­zu bu­ra­nın mət­­bə­xin­də qı­za­rdır­dıq: rəq­slə­ri­miz, ça­lıb-oxu­ma­ğı­mız ya­taq otaq­la­rın­da olar­dı, dey­ib-gülmək­dən, za­ra­fat­dan, el­mi mü­ba­hi­sə­lər­dən yorul­maz­dıq… Əla da yol­da­ş­la­rı­mız var­dı: İl­yas, Xa­­say, Sa­bir, Qorx­maz, Əj­dər, Nə­ri­man, Əhəd… İn­di bir çox­la­rı haqq dünya­da­dır, - biz sağ ol­duqca on­la­rı qəl­bi­miz­də ya­şa­daca­ğıq. Onlar biz olduqca bizimlədir.

Sən nik­bin adam ol­mu­san. Heç bir çə­tin­lik­dən qor­xma­mı­san. Güc də ol­sa, gec də ol­sa, is­tə­dik­lə­ri­nə çat­mı­san. Ai­­lə qur­mu­san - gözəl oğ­ul-uşaq­la­rın, nə­və­lə­rin var. Bun­lar sə­ni ya­şa­dac­aq, nəs­li­ni III mi­nil­liy­in də­rin qat­la­rı­na apa­rac­aq.

Am­ma sə­ni da­ha çox öz zəh­mət və is­te­da­dı­nın bə­h­rə­lə­ri ya­şa­dac­aq. Sən el aşığı, el ağ­saq­qa­lı ki­mi müdrik idin, ona gö­rə də öz yo­lu­nu tap­dın, öz yo­lu­nu düz müəyy­ən­ləş­dir­din: fol­k­lor yo­lu­na düşdün. Fol­k­lor yo­lu kəh­kə­şa­nı an­dı­rır, bi­tib-tükən­məz­dir. Sən bu bi­tib-tükən­­məz­lik içə­ri­sin­də əl­lə­şir­sən, on­la­rın - min il­lə­rin sı­nağ­ın­dan çıx­­mış zə­rif duyğu və düşüncə­lə­rin in­san yad­da­şın­dan ki­tab­la­ra kö­çü­rülmə­si yo­lun­da mi­sil­siz iş görürsən. Al­qı­ş­lar, qa­r­ğı­ş­lar, öyüdlər, nə­­si­hət­lər, mə­səl­lər, ata­lar söz­lə­ri, bay­a­tı­lar, nağıl­lar, əf­sa­nə­lər, əsa­­tir­lər, das­tan­lar sə­nin­lə həm­nə­fəs olub. Sən öz nə­fə­sin­lə, öz qələ­min­lə, öz zəh­mə­tin­lə on­la­ra di­ri­lik gə­ti­rir­sən, mi­nil­lik­lər ke­çib-gəl­miş xə­zi­nə­nin ömrünü növ­bə­ti mi­nil­lik­lə­rə qo­vuş­du­rur­san.

Sən xal­qın mə­nə­vi xə­zi­nə­si­nin to­plan­ma­sın­da tək­ba­şı­na bir in­sti­tut qə­dər iş görmüsən. Bu­nu sə­ni se­vən xal­qın unu­da bil­məz. Gə­ləcək nə­sil­lər sə­nin hər bir ki­ta­bı­nı və­rə­qlə­dikcə göz­lə­ri önündə bir «Mürsəl Hə­ki­mov» can­la­nac­aq. Xoş­bəxt adam­san ki, gənc­lik il­lə­rin­dən sə­nin ki­tab­la­rın tə­lə­bə­lə­ri­mi­zin stolüstü ki­tab­la­rı­dır. Gənc­liy­in el­mi-mə­də­ni in­ki­şa­fın­da xüsu­si xid­mət­lə­rin var. Qırx ilə qə­dər bir dövr­də qır­xa qə­dər nəs­lin ye­tiş­mə­si­nə əmək sərf et­mi­sən. On­la­rın ha­mı­sı sə­nin zər­rə­lə­rin­dir ki, re­s­pub­li­ka­mı­zın bütün buc­aq­la­rı­na yayı­lıb. On­la­rın hər bi­ri­nin qəl­bin­də bir Mürsəl Hə­ki­mov Hu­ma­nizmi, bir Mürsəl Hə­ki­mov xey­ir­xah­lığı var.

Di­g­ər türk xal­q­la­rı ilə mə­də­ni əla­qə­lə­rin sə­nin kö­mək və gö­rüş da­i­rə­nin ge­ni­ş­liy­i­ni gö­s­tə­rir. Cə­sa­rə­tin, sözü üzə de­məy­in, haq­­qı nahaq­dan ay­ır­mağ­ın sə­ni sev­di­rir, sə­nə rəğ­bə­ti ar­tı­rır.

Sən in­di fol­k­lor sa­hə­sin­də can­lı klas­sik­sən. Hümmət Əli­za­də, Əmin Abid, Məm­mədhüseyn Təh­ma­sib, Sal­man Müm­taz, Əh­li­man Axun­dov və baş­qa­la­rı­nın XX əs­rin ikin­ci ya­rı­sı­na məx­sus ən gör­kəm­li va­ris­lə­rin­dən­sən.

Biz nə et­mi­şik­sə, gə­ləc­ək üçün et­mi­şik. Yu­xu­suz gecə­lə­rin bə­h­rə­si olan cild-cild əsər­lə­rin qiy­mə­ti gə­ləc­ək­də bi­li­nəc­ək­dir. Nə qədər ömrün var, yaz, ya­rat.

Əziz qar­da­şım! Sə­nin 70 ya­şı­nı tə­b­rik edi­rəm. «70» de­yi­rəm, am­ma inan­maz­san ki, inan­mı­ram və bu sözü sə­nəd fak­tı olan bir rə­qəm ki­mi ya­zı­ram. Sə­ni 50-ci il­lə­rin ikinci ya­rı­sın­da gördüyüm ki­mi görü­rəm. Sə­nə can sağ­lı­ğı, uzun ömür, ai­lə­nə, nə­və-nə­tic­ə­lə­ri­nə xoş­bəxt­lik ar­zu­lay­ı­ram.

Gö­zə­g­örünməz xey­ir­xah qüvvə­lə­rin əli da­im kürəy­in­də ol­sun!

Amin!

 

Qar­da­şın və tə­lə­bə yol­da­şın

Qə­zən­fər KA­ZI­MOV

May 1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az