BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

Hüseyn Arif - 80

 

DAĞLARIN GÖZÜNÜN YAŞINA BAX­MA...

 

Bi­zi Qur­ba­ni görüşdürüb - Di­ri­li Qur­ba­ni. 83-cü il­də Qur­ba­ni ilə bağ­lı ax­ta­rı­ş­la­ra ba­ş­la­dım və hə­min ilin 13 okty­a­b­rın­da Cə­b­ray­ıl Ray­on Par­tiya Ko­mi­tə­si­nin or­qa­nı olan «Kol­xoz­çu» qə­ze­tin­də «Aşıq Qur­ba­ni və mə­za­rı» ad­lı mə­qa­ləm dərc olun­du. İlk də­fə bu­ra­da Qur­ba­ni­nin mə­za­rı­nın Di­ri dağ­ı­nın döşündə ol­duğu ət­ra­f­lı şə­kil­də əsas­lan­dı­rı­lır­dı. Okty­a­b­rın 22-də ray­on­da saz bay­ra­mı ke­çi­ril­miş, Hüseyn Ari­fin gə­li­şi müna­si­bə­ti­lə «Kol­xoz­çu» qə­ze­ti yu­bi­ley nö­m­rə­si burax­mış və mə­qa­lə­ni ye­ni­dən dərc et­miş­dir (O dövr­də mən Neft­ça­la­da tə­lə­bə­lər­lə pam­bıq to­pla­nı­şın­da idim). Hüseyn tə­ləb edib ki, Qur­ba­ni­nin qə­b­ri­ni ziy­a­rət et­mək la­zım­dır. Yol­la­rın pis ol­duğ­u­nu, o yer­lə­rə ge­diş-gə­li­şin çox çə­tin ol­duğ­u­nu de­sə­lər də, əl çək­məy­ib. Yük ma­şı­nı ilə get­mə­li olub­lar. Də­rə, tə­pə, uç­qun, qor­xu­lu yol­lar… Şa­ir lap əl­dən düşüb, az qa­la yo­la çıx­dığ­ı­na peş­man olub, za­ra­fat eləy­ib: «Bu­ra­lar­da bir qə­bir ta­pın, dey­ək bu­dur, öldük». Am­ma ge­dib ça­tıb. Bir qrup ray­on iş­çi­si də onun­la bir­lik­də bu əziyy­ə­ti çək­mə­li olub. Hüseyn qə­b­ri ziy­a­rət edib və son bən­di­ni ver­diy­i­miz məş­hur şe­ri­ni söy­ləy­ib:

 

Nə qə­dər ca­nın­da can var, Hüseyn!

Və­tə­nə borc­u­nu qay­tar, Hüseyn!

Ax­tar ba­ba­la­rı, ax­tar, Hüseyn!

Bir gün nə­və­lər də sə­ni ax­ta­rar.

 

Bu ha­di­sə­dən az so­nra V.İ.Le­nin adı­na APİ-də Hüseyn­lə görüş ke­çi­ri­lir­di. Şa­ir haq­qın­da is­te­dad­lı ədə­biy­yatşünas alim və tən­qid­çi İs­ray­ıl Mu­s­ta­fay­ev söz de­mə­li idi. Yu­xa­rı­da­kı bən­di ona xa­tır­lat­dım (da­ha doğ­ru­su, çı­xı­şa ba­ş­la­ma­mış so­ru­şub qeyd et­miş­di), nit­qi­ni həmin söz­lər­lə bi­tir­di. Hüseyn Arif çı­xış edər­kən de­di:

- Si­zin alim­lər də bi­zə çox kö­mək edir­lər. Qə­zən­fər müəl­lim Qur­ba­nin mə­za­rı­nın ax­ta­rı­ş­la­rı ilə mə­şğ­ul olub, yax­şı bir mə­qa­lə yazıb. Biz o iz­lər­lə ge­dib mə­za­rı zi­ya­rət et­dik…

Göz­lə­mir­dim, çünki bi­la­va­si­tə ta­nı­ş­lığ­ı­mız yox idi. Rek­tor çev­­ril­di ki, «Sə­ni dey­ir?»

1984-cü il­də aşıq­lar qu­rul­tayı ərə­fə­sin­də, de­mək olar ki, bütün qə­zet­lər­də Qur­ba­ni haq­qın­da ya­zı­la­rım dərc olu­nur­du. Mə­ni aşıq­lar qu­rul­tay­ı­na də­vət et­di.

Qu­rul­tayı xalq ya­zı­çı­sı Mir­zə İb­ra­him­ov aç­dı. Hüsey­nin mə­ru­zə­sin­dən so­nra çı­xı­ş­lar ba­ş­la­dı. Bir qə­dər so­nra ya­ş­lı aşıq­lar ic­a­zə­siz-fi­lan­sız səh­nəyə çıx­mağa ba­ş­la­dı­lar. Döv­lə­tin on­la­ra bax­ma­dığ­ı­nı, əmək­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­diy­i­ni, or­den-me­dal al­ma­dıq­la­rı­nı deyir­di­lər. Mir­zə müəl­lim ha ça­lış­dı­sa da, on­la­rı sa­kit­ləş­di­rə, otur­da bil­mə­di və axır­da «Hüseyn, bu aşıq­la­rı­nı sa­kit­ləş­dir!» de­mə­li ol­du.Hüseyn qalx­dı; iki də­fə «Ke­çin otu­run! Ke­çin otu­run!» de­mə­si ilə aşıq­la­rın bir-bir düşüb yer­lə­rin­də otur­ma­la­rı ha­mı­da hey­rət doğ­ur­du.

O za­man Hə­sən Hə­sə­nov MK-nın ka­ti­bi idi və Hüsey­nin xa­ti­ri­ni çox is­təy­ir­di. Hüseyn onun kö­məyi ilə klas­sik Azər­bayc­an aşıq­la­rı­nı rus oxuc­u­la­rı­na ta­nıt­maq üçün rus di­lin­də on­la­rın ki­tab­la­rı­nı (hər biri 3 - 4 müəl­lif və­rə­qi həc­min­də) ça­pa ha­zır­lay­ır­dı. Qur­ba­ni­nin tər­ti­bi­ni də mə­nə tap­şır­mış­dı. Bu iş yax­şı baş tut­du və Hüseyn rus di­lin­də xey­li ki­tab bu­rax­dırdı.

Bu­nun­la əla­qə­dar Aşıq­lar Bir­liy­i­nə tez-tez get­mə­li olur­dum. Aşıq Ay­dın Ço­ba­noğ­lu Hüsey­nin Aşıq­lar Bir­li­yin­də müa­vi­ni idi. Tələ­bə­lə­rim­dən İs­lam Sal­ma­nov da ora­da iş­ləy­ir­di. Biz tez-tez görüşürdük. Bir məq­sə­dim də ora gə­lən aşıq­lar­la görüşüb, Qur­ba­ni haq­qın­da ye­ni ma­te­ri­al­lar əl­də et­mək idi.

Hüseyn­lə çox ya­xın ol­muş­duq. Bir gün - 84-cü il iy­u­nun əv­və­lin­də ye­nə Aşıq­lar Bir­liy­i­nin yer­ləş­diyi (in­di­ki Türk sə­fir­liyi olan bina­da) üçüncü mər­tə­bə­də otur­muş­duq. Hüseyn pə­s­dən oxu­y­ur, yavaş-ya­vaş saz ça­lır­dı. Bu za­man uca­boy­lu, qə­şə­ng bir qız, quc­ağın­da iri bir gül də­s­tə­si da­xil olub de­di:

- Hüseyn müəl­lim, bir ne­çə günlüyə kən­də ge­di­rəm. Gəl­dim ki, Si­zi tə­b­rik edim.

Hüseyn sa­zı bir tə­rə­fə qoy­ub, qal­xıb gülü ala-ala so­ruş­du:

- Nə müna­si­bət­lə?

- Ad gününüzdə mən bur­da ol­may­ac­ağ­am.

Hüseyn «Lap ya­dım­dan çıx­mış­dı» dey­ib gülü sto­lun üs­tünə qoy­du və qı­zı özünə sıx­maq­la tə­şəkkürünü bil­dir­di. Qız get­di. Hü­seyn kö­v­rəl­miş hal­da:

- Ye­tim­di. İşə düzəlt­mi­şəm,- dey­ə­rək gə­lib əy­ləş­di.

Bir qə­dər so­nra:

- Sən də bir şey yaz, yu­bi­ley­im ya­xın­la­şır, - de­di.

Mən Hüsey­nin əlim­də olan ki­tab­la­rı­nı nə­zər­dən ke­çi­rib «Şa­i­rin sə­nət dünya­sı» ad­lı bir mə­qa­lə yaz­dım. O dövr­də qə­zet­lər in­di­ki ki­mi tüğyan et­mir­di, cə­mi bir ne­çə qə­zet var­dı. Öy­rən­miş­dim ki, qəzet­lə­rin ha­mı­sın­da Hüseyn haq­qın­da ya­zı­lar var. Qə­ra­ra al­mış­dım ki, mə­qa­lə­ni İrə­va­na - «Sovet Er­mə­ni­s­ta­nı» qə­ze­ti­nə gön­də­­rim. Am­ma Hüsey­ni da­nış­dır­maq üçün de­dim:

- Bax Hüseyn müəl­lim (mən qağa de­mir­dim, müəl­lim dey­ir­dim), «Ba­kı» qə­ze­tin­də İs­may­ıl müəl­li­min (İs­may­ıl Şıx­lı­nın) ya­zı­sı dərc olu­nub, o bi­ri qə­zet­lər­də də öy­rən­mi­şəm ki, mə­qa­lə­lər var. Bəs mən ya­zı­mı ha­ra ve­rim?

- Bir müəl­lim qə­ze­ti­nə zə­ng elə,- de­di.

Te­le­fo­nu qal­dı­rıb nö­m­rə­ni yığ­dım, do­stu­muz, yax­şı bir in­san olan Məhy­əd­din Əbdülov götürdü. Sa­lam­dan, nə var-nə yox­dan so­nra soruş­dum ki, Hüseyn Arif haq­qın­da sən­də ya­zı yox­dur ki?

- Var,- de­di. Do­stun ya­zıb.

- Han­sı do­stum?

- To­fiq Hac­ıy­ev. Pro­fes­sor…

(To­fiq müəl­lim Hüseyn haq­qın­da çox tə­sir­li bir mə­qa­lə yaz­mışdı.)

De­dim:

- Hüseyn müəl­lim, or­da da mə­qa­lə var.

- Kim ya­zıb? - so­ruş­du.

- To­fiq müəl­lim, pro­fes­sor To­fiq Hac­ıy­ev.

- Ta­nıy­ı­ram, - de­di.-Yax­şı alim­dir, am­ma hər­dən səhvlər edir.

«Səhvlər edir» söz­lə­ri nə isə ori­ji­nal bir şey­dən xə­bər ve­rir­di, ona gö­rə də bir növ üzə du­ran ki­mi ol­dum, nə ca­vab ve­rəc­əyi ilə ma­raq­la­nıb so­ruş­dum:

- Bax, mə­sə­lən, nə səh­vi var, Hüseyn müəl­lim?

Dər­hal öz ya­şı­dı olan şa­ir­lər­dən bi­ri­nin adı­nı çə­kib de­di:

- (…dən) də ya­zır, o, şa­ir­di­mi ki?..

Mə­qa­lə­ni yo­la sal­dım və bir həf­tə so­nra (ad günündən iki gün keç­miş - 17 iy­un) do­stum, tə­lə­bə yol­da­şım - qə­ze­tin mə­sul ka­ti­bi Əsgər Əsg­ə­rov­dan qə­zet və mək­tub al­dım. Mə­qa­ləyə əla­və et­miş­di ki, bu­ra­da - Er­mə­ni­s­tan­da da Hüseyn Ari­fi yax­şı ta­nıy­ır və se­vir­lər, ha­mı onu ürək­dən təb­rik edir.

Çox ya­xın ol­muş­duq. Zə­ng edir­di ki, «Ay gö­zəl oğ­lan, sə­ni gör­mək istəy­i­rəm». Sa­at beş­də de­kan­lıq­dan çı­xır­dım, görüşürdük, gəzir­dik, bir yer­də çay içir­dik, söh­bət edir­dik.Duz­lu za­ra­fat­la­rı var­dı. Öz ifa­də­si ilə de­sək, «Meh­di­xan qağa»dan mə­zə­li əh­va­lat­lar danı­şır­dı

- A Söyün, bir is­bat­tı gap elə.

- Sən çağ­ır­mı­san, sən gap elə.

- A Söyün, sən bi­lər­sən, par­tiya qa­baq­dı, qam­sa­mol?

- Par­tiya ta­ri­xin­dən sən dərs dey­ir­sən, sən bi­lər­sən. Əl­bət­tə, par­tiya!

- Elə­di­sə, bəs niyə qam­sa­mo­la əv­vəl ke­çir­lər?

Gülüşürdük. «Bal­dı­zım­dır» deyə-deyə şə­ki­li ar­vad­la­rın ha­mı­sı­nı işə ke­çi­rir­di…

Bir də­fə Ya­zı­çı­lar İt­ti­fa­qı­nın qar­şı­sın­da - bağ­da gəz­diy­i­miz zaman Süley­man Rüstə­min İt­ti­fa­qın qa­pı­sın­da pa­pi­ros çə­kə-çə­kə day­an­dığ­ı­nı gördük. «Yax­şı adam­dır, ge­dək onu bir az da­nış­dı­raq» de­di. Mə­nim də ürəy­im­dən idi. Get­dik, görüşdük. Süley­man Rüs­təm ke­ç­miş­dən, S.Vur­ğun­la, M.Ra­him­lə müna­si­bət­lər­dən ma­raq­lı əh­va­lat­lar da­nış­dı. Şi­rin yu­mor­la da­nı­şır­dı. Bir də­fə Məm­məd Ra­hi­mi cır­nat­maq üçün S.Vu­rğ­u­nun mə­ru­zə­si­nə bir ne­çə tən­qi­di cümlə sal­dığı­nı, baş­qa bir ne­çə bu cür mə­zə­li əh­va­lat söy­lə­di, xu­da­ha­fiz­lə­şib ayrıl­dıq.

Bağ­da gə­zir­dik. Hüseyn­lə ay­aq­laş­maq üçün iti-iti get­diy­i­miz za­man qə­fil day­a­nıb bir şey dey­ir­di, az qa­lır­dım əta­lət­dən yı­xı­lam. Gəz­diy­i­miz za­man Hüseyn rüşvət­xor ali mək­təb müəl­lim­lə­ri haq­qın­da İly­as Tap­dığ­ın şe­ri­ni akty­or ki­mi söy­lə­mək­dən ləz­zət alır­dı. Özü də gö­zəl de­yir­di, am­ma dey­ir­di ki, İly­as bu şe­ri çox gö­zəl söy­­ləy­ir.

Bir gün 9 Yan­var bağ­ı­nın ya­nın­dan ma­şın­la ha­ra­sa ge­dir­dik. Yazı­çı­lar­dan bi­ri yol ke­çir­di. Hüseyn de­di:

- Ge­dir, ye­nə ke­f­li­di.

Mən ya­zı­çı ilə çox ya­xın idim, onu yax­şı ta­nıy­ır­dım. Am­ma Hüsey­ni da­nış­dır­maq üçün so­ruş­dum:

- O da içir?

- Ve­d­riy­nən!- de­di. Ha­zırc­a­vab­lığı mə­nə ləz­zət ve­rir­di.

Qor­ba­çov iç­ki­ni qa­dağ­an elə­diyi dövr­də bir gün çox əziyy­ət çək­dik. Hüseyn zə­ng elə­di ki, ay gö­zəl oğ­lan, tez gö­rüşək. Sa­at 1-də dər­slə­rə nə­za­rə­ti müa­vi­nə tap­şı­rıb de­kan­lıq­dan çıx­dım. Gö­rüşdük. Əl­lə­ri­ni aç­dı - qı­zar­tı­lar var­dı:

- Bu sa­at ray­on­dan gə­li­rəm, iki ya­xın ada­mım ölüb, iç­mə­səm ölləm, - de­di (Ölən­lər­dən bi­ri­nin adı ya­dım­da de­yil, bi­ri­nin çox is­tə­diyi ta­rix­çi Əmir­xan müəl­lim ol­duğu ya­dım­da­dır).

Çıx­dıq, han­sı ye­mək­xa­naya üz tut­duq­sa, «İç­ki dey­ə­nin qu­lağ­ı­nı kə­sir­lər» de­di­lər. Mən özüm düşdüm ki, ayə, qorx­may­ın, yox­la­maya gəl­mə­mi­şik, bi­zə bir ba­laca mə­zə­lən­mək la­zım­dır, ol­ma­dı, de­di­lər ta­pıl­maz. Bir­dən ya­dı­ma düşdü ki, biz­də - ev­də ne­çə pu­tul­ka konyak var. So­ruş­dum ki, «Kon­yak içər­sən­mi?» Bir qə­dər eh­ti­ras­la de­di ki, «Nə fər­qi var!»

Hüsey­ni tə­bi­ət xoş sa­at­da ya­rat­mış­dı. Xoş­bəxt adam idi. Təsadüfən o gün sə­hər iş­dən əv­vəl yax­şı ba­zar­lıq et­miş­dim - tə­zə ət, göy-göy­ər­ti. Am­ma ye­nə Hüsey­ni da­nış­dır­maq is­tə­dim:

- Ge­dək bi­zə, iç­ki, kony­ak olac­aq, am­ma ye­məyə bir şey tap­may­ac­ağ­ıq.

- Yu­mur­ta bi­şi­rə­rik, qay­ğa­naq!

- Əşşi, qay­ğa­naq nə vaxt bi­şər, onu iki sa­a­ta kim bi­şi­rəc­ək?

- Yox,yox, qay­ğa­naq tez bi­şir, na­ra­hat ol­ma.

Mən ye­nə is­rar elə­dim:

Qayğa­naq çə­tin bi­şər.

- Ge­dək, - de­di, mən bi­şi­rə­rəm, gö­rər­sən.

Gəl­dik, ye­mək ha­zır idi. Bil­mi­rəm, Hüsey­nin gə­li­şin­dən idi, nədən idi, o gün ye­mək mə­nə də ləz­zət ver­di və o dad da­mağ­ım­dan get­mir. Süfrə­ni ha­zır­lay­ınca Hüseyn sa­kit otur­mur, ora-bu­ra ke­çir, müxtə­lif hə­rə­kət­lər edir­di. Bö­yük oğ­lum Ca­van­şir (gə­rək ki, dördüncü si­nif­də oxuy­ur­du) Hüsey­nin hə­rə­kət­lə­ri­nə göz qo­yur­­muş. Ya­vaşca pı­çıl­da­dı ki, «Pa­pa, bu iç­ki içib?» «Yox - de­dim, hə­lə yox».

Ye­mək gəl­di. Müşa­hi­də et­miş­dim ki, Hüseyn bir-iki qə­dəh­dən ar­tıq iç­mir. Bu gün də elə ol­du. Bir-iki qə­dəh­dən so­nra yax­şı­laş­dı, tam sa­kit­ləş­di. Ca­van­şir de­di:

- Pa­pa, bax in­di yax­şı­dır.

De­dim, elə­dir­sə, on­da dur maq­ni­to­fo­nu gə­tir, da­nış­dır, ya­di­gar bir-iki şeir yaz sax­la.

O za­man Hüseyn «Ar­vad­la­rın ki­ta­bı­na inan­ma» şe­ri­ni tə­zə yaz­mış­dı və müxtə­lif yer­lər­də çı­xış edər­kən o şe­ri mütləq əz­bər de­yir­di. Duz­lu bir şeir idi. Bu şe­ri, bir də bir baş­qa şe­ri de­di, Ca­van­şir yazdı.

Bir gün de­dim ki, gəl ge­dək Er­mə­ni­s­ta­na, Göy­çə tə­rə­fə, ora­da Cil kən­din­də məş­hur aşıq var - Aşıq Müsey­ib. Onun­la görü­şək, ondan «Qur­ba­ni» da­s­ta­nı­nı al­maq is­tə­yi­rəm. De­di ki, bu ya­xın­lar­da Gə­də­bəy­də böyük saz bay­ra­mı olac­aq, ge­də­rik Gə­də­bəyə, ora­dan da Cil kən­di­nə.

Vaxt gəl­di çat­dı. Bir sə­hər tez­dən iki­miz mə­nim ma­şı­nım­la çıx­dıq yo­la. Əv­vəl Bey­lə­qa­na (o vaxt­kı Jda­nov) get­dik. Ka­tib­lə görüşdük. Yo­la düşüb Qa­sım İs­may­ı­lov (indiki Goranboy) ra­yo­nu ya­xın­lığ­ın­da bir pi­­ti yey­ib tər­pən­dik Gə­də­bəyə. Ray­kom ka­ti­bi Ay­dın Qu­liy­ev gö­zəl bir oğ­lan idi. Hüsey­ni böyük se­vinc­lə qar­şı­la­dı. Şə­hə­rin gi­rəc­əy­in­də böyük pla­kat­lar­da Hüsey­nin söz­lə­ri­ni ya­zıb yol qı­raq­la­rı­na vur­muş­du­lar. Saz bay­ra­mı­na böyük ha­zır­lıq ge­dir­di. Am­ma hə­lə bir-iki gün so­nra olacaqdı. Da­nış­dıq ki, vaxt var ikən ge­dək Cil kən­­di­nə, Aşıq Müsey­i­bi gö­rək, qay­ı­daq bay­ra­ma ça­taq.

Sə­hə­ri gün tez­dən yo­la düşdük. Şə­hə­rin əsas his­sə­sin­dən ara­la­nan ki­mi dəh­şət­li bir yol ba­ş­la­dı: daş, kə­sək, ça­la-çu­xur. Ma­şı­nı addım-ad­dım sürürdüm. Yo­lu necə ge­dəc­əy­i­mi fi­kir­lə­şir­dim. Bir­dən Hüseyn çığ­ır­da:

- Day­an! Day­an!

Mən nə ha­di­sə baş ver­diy­i­ni so­ruş­ma­mış de­di:

- Mə­nim aşığ­ım! Mə­nim aşığ­ım!

Ma­şın­dan düşdü. Aşıq İs­fən­diy­ar Rüstə­mo­vu gör­müşdü. Görüş­dülər. Mən də düşüb ta­nış ol­dum. Hüseyn:

- Ci­lə ge­di­rik, gəl ge­dək,- de­di.

- On­da qoy ge­dim ma­şı­nı­mı götürüm.

Mə­lum ol­du ki, İs­fən­diy­a­rın ma­şı­nı «Qaz-24»dür. De­dim:

- Da­ha nə üçün iki ma­şın? Bir ma­şın bə­s­dir. Sə­nin­ki ilə ge­dək.

İs­fən­diy­a­rın ma­şı­nı ilə get­mə­li ol­duq.

Gü­nə­ş­li, ay­dın bir gün idi. Göy­çə gölü na­rın-na­rın da­lğ­a­la­nır­dı. Gölün lap ya­xın­lığ­ın­da əkin sa­hə­lə­ri ba­ş­la­nır­dı. Bit­ki tə­zəcə çıx­mış­dı, hə­lə qəh­vəyi rə­ngi ilə xoş tə­sir bağ­ı­ş­lay­an şu­mu ör­tə bil­mə­miş­di. Kol­xoz­çu­lar tar­la­da idi. Kol­xo­zun sə­d­ri Ma­za­nov da tar­la­da idi. Hüsey­ni görüb özünü ye­tir­di. Adam­lar da tökülüşüb gəl­di­lər. Bu görüş qə­rib­lik­də olan adam­la­rın və­tən öv­lad­la­rı ilə görüşündən doğan bir se­vinc ki­mi xüsu­si bir se­vinc ya­rat­mış­dı adam­la­rın üzündə. Bir da­ha Hüsey­nin ru­hu­na tə­şəkkür edi­rəm. Bi­zim o ge­di­şi­miz ol­ma­sa idi, mən bu çox qə­dim Oğ­uz yur­du­nu heç vaxt gör­mə­yə­cək­dim.

Bir qə­dər söh­bət­dən so­nra Ma­za­nov bi­zi apar­dı evi­nə. Aşıq Müsey­i­bi tap­dı­rıb gə­tirt­dim. Am­ma im­kan ver­mə­di­lər. Maq­ni­to­fo­nu da işə sa­la bil­mir­dim. Çox elə­dim ki, aşıq­la biz qa­laq, uzaq yol­dan gəl­mi­şəm, aşığı da­nış­dır­ma­lıy­am, mümkün ol­ma­dı ki ol­ma­dı. Ma­za­nov bi­zi ma­şi­na yığ­ıb Pə­ri bu­lağ­ı­na yo­la düşdü.

Pə­ri bu­lağ­ı­na da xey­li yol var­mış. Həm də dağ-daş ara­sı ilə. Nəhay­ət, çat­dıq. Ya­şıl örtüyə bürünmüş gö­zəl dağ döşü. Bu­lağ­ın ətra­fı və ax­dığı yer­lər diz­dən yu­xa­rı lil­par­dı. Ka­bab, mo­tal pen­di­ri… Lil­par­dan qı­rıb tə­miz­ləy­ib bu­lağ­ın gözündən su iç­dim. Sə­rin yer­də adam su­sa­mır. Am­ma mən qə­s­dən xey­li iç­dim ki, yay­da Ba­kı­da is­ti­dən qov­ru­lan­da və o bu­laq ya­dı­ma düşən­də tə­əssüf et­məy­im ki, o za­man niyə su iç­mə­dim. Bir də ki bun­lar Hüsey­nin qə­h­rə­man­la­rı idi. Mən ona bu­lağı, lil­pa­rı və lil­par­la necə su iç­diyi­mi gö­s­tə­rib mi­s­ra­la­rı­nı da xa­tır­lat­dım:

 

Gəl çı­xaq sey­ri­nə uca dağ­la­rın,

Çə­mən olan yer­də xal­ça nə la­zım?!

İçək bu­laq­la­rın bum­buz suy­un­dan,

Lil­par olan yer­də dol­ça nə la­zım?!

 

Əv­vəl elə bil­dim ki, aşığ­ın əlin­də­ki do­lu boğ­ma­lı stə­kan çay­dır. So­nra ba­şa düşdüm ki, kony­ak­dır. «Bi­zim işi­miz var axı», - de­dim. De­di ki, «Na­ra­hat ol­ma, mən içən­də yax­şı da­nı­şı­ram».

Qay­ıt­dıq kən­də. Aşıq Müsey­ib­dən bir mi­s­ra da ala bil­mə­dim. Mən Qur­ba­ni­dən de­dim, o, Xə­s­tə Qa­sım­dan. Mən Qur­ba­ni so­ruş­dum, o, Tu­far­qan­lı­dan ca­vab ver­di. Nə­hay­ət, de­di ki, gə­rək ge­dib yata.

Heç nə ala bil­mə­dim (So­nra­lar Aşıq Müsey­ib va­ri­an­tı­nı tam şəkil­də El­xan Məm­mə­dov mə­nə ver­di, ye­nə tə­şəkkür edi­rəm). Hüseyn də bir ba­laca əsə­bi­ləş­di, mən də. Qa­ran­lıq­la­şır­dı. Ma­şi­na mi­nib, xu­da­ha­fiz­lə­şib Gə­də­bəyə yo­la düşdük.

Yağ­ış ba­ş­la­mış­dı. İs­fən­diy­ar ma­şı­nı çox böyük sü­rət­lə sü­rür­dü. Göl­mə­çə­lər­dən ke­çən­də su ma­şın­dan iki-üç metr yu­xa­rı qal­xır­dı.

- İs­fən­diy­ar, məq­sə­din bi­zi qır­maq­dır? - de­dim. Ca­vab ver­mə­di. Azər­bayc­an­la Er­mə­ni­s­tan sər­hə­din­də çayı ke­çən­dən iki də­qi­qə (düz iki də­qi­qə!) so­nra sel çayı götürdü. İkicə də­qi­qə gec­ik­sə idik, çayı ke­çə bil­məz­dik - İs­fən­diy­ar bi­lir­miş, ona gö­rə be­lə sü­rürmüş.

Gəl­dik Gə­də­bəyə. Gec­ə­ni İs­fən­diy­a­rg­il­də qal­dıq. Mən çox dilxor idim. Bir be­lə yo­lu Aşıq Müsey­ib­dən «Qur­ba­ni» das­ta­nı­nı almaq üçün gəl­miş­dim, am­ma bir mi­s­ra şeir də ala bil­mə­miş­dim. İsfən­diy­ar bu­nu bi­lib de­di:

- Fi­kir elə­mə, mən­də «Qur­ba­ni» da­s­ta­nı­nın yax­şı bir va­ri­an­tı var.

Mən çox se­vin­dim və hə­min va­ri­an­tın əly­az­ma­sı­nı al­dım.

Sə­hə­ri saz bay­ra­mı idi. Bay­ram bir ne­çə hek­tar sa­hə­ni əha­tə edən bir düzdə təş­kil edil­miş­di. At ça­pan kim, də­və mi­nən, çö­rək salan, yun da­ray­an, ha­na to­xuy­an kim. Gə­də­bəy­in bütün ke­ç­mi­şi bura­da idi. Adam­la­rın hər tə­rəf­dən əha­tə et­diyi bu mey­da­nın ba­şın­da bir metr hündürlüyündə tax­ta dö­şə­mə düzəl­dil­miş, güclü mi­k­ro­fon­lar qoy­ul­muş­du. Ay­dın Qu­liy­ev da­nış­dı, aka­de­mik Fi­ri­dun Köçər­li da­nış­dı, Hüseyn Arif da­nış­dı. Hüseyn ka­ti­bə üz tu­tub «Müəl­li­mə də bir söz ver» de­di. Da­nı­şıq­lar-çı­xı­ş­lar bu­nun­la qur­tar­dı və oyun­lar ba­ş­la­dı.

Meh­man­xa­naya qay­ıt­dıq. Hüseyn tez-tez mə­nim çı­xı­şı­mı tə­rif­ləy­ir­di. Ad çə­kir­di - «Fi­lan­kəs ol­sa, be­lə da­nı­şa bil­məz­di» dey­ir­di. Əs­lin­də isə, mən cə­mi 6 -7 də­qi­qə da­nış­mış­dım və da­nı­şar­kən Hüsey­nin Aşıq­lar Bir­li­yin­də­ki fə­a­liyy­ə­tin­dən, onun aşıq mə­zar­la­rı­nı ta­pıb bər­pa et­mə­sin­dən, aşıq­la­rın əsər­lə­ri­nin nə­ş­ri­nə, təb­liğ­i­nə qayğ­ı­sın­dan, el sə­nə­ti­nə mə­həb­bə­tin­dən da­ha çox da­nış­mış­dım. Hüseyn tə­rif­dən ləz­zət alır­dı.

Sə­hə­ri Gə­də­bəy­in ya­xın­lığ­ın­da - dağ döşündə, ray­ko­mun qo­naq evin­də yax­şı bir məc­lis qu­rul­muş­du. Ray­kom ka­ti­bi Ay­dın Qu­liy­ev, ic­ra­iyyə ko­mi­tə­si sə­d­ri (o otur­mur­du, anc­aq ye­mək da­şıy­ır­dı), bir-iki şö­bə müdi­ri, Hüseyn və mən. Məc­lis ba­ş­lay­an­da sa­zı qol­tuğ­un­da Ay­dın Ço­ba­noğ­lu gə­lib çıx­dı. Az so­nra Aşıq Sol­maz Ko­say­e­va gə­lib çıx­dı. Sol­maz xa­nım Hüsey­nin ya­nın­da, Ay­dın ay­aq üstdə - du­et­lər söy­lən­di, to­st­lar dey­il­di. Gündüz sa­at 2-də məc­lis ba­ş­la­mış­dı, bir də bax­dıq ki, sa­at 9-a iş­ləyb. Tə­nəffüs üçün qo­naq evi­nin həy­ə­ti­nə çıx­dıq. Ya­şıl­lıq və me­şə göz ox­şa­yır. Ha­ra­dan­sa çə­kib gə­tir­dik­lə­ri bu­laq suyu o qə­dər güclü və soy­uq­dur ki, ada­mın bar­mağ­ı­nı qı­ra bi­lər...

7 sa­a­ta qə­dər otur­muş­duq. Ha­mı ta­raz və­ziyy­ət­də idi.

Mən iç­ki iç­mir­dim. Ümu­miyy­ət­lə iç­mir­dim. Həm də biz hə­min ax­şam çıx­ma­lı idik, yo­lu­muz uzun idi. İçə də bil­məz­dim. Hü­sey­ni bir tə­rə­fə çə­kib de­dim:

- Ha­va qa­ra­lır. Yo­lu­muz uzaq­dır. Də­rə-tə­pə çox­dur. Bəl­kə, ica­zə alıb tər­pə­nək?

Hüseyn bir qə­dər bo­za­ran ki­mi ol­du və dər­hal de­di:

- Bir ba­laca içən ki­mi sə­feh­ləy­ir­sən.

Gülmək mə­ni tut­du. Am­ma on­suz da da­ha heç kim otur­ma­dı. Bir qə­dər so­nra xu­da­ha­fiz­lə­şib yo­la düşdük.

Qa­ran­lıq­la­mış­dı. Azca yol get­miş­dik, Hüseyn ma­şı­nı sax­lat­dı, «Mən bir az ya­tım» dey­ib ar­xa otu­rac­ağa keç­di, yığ­ıl­dı və yat­dı.

Sürüb gəl­dim Yev­la­xa, ora­dan qalx­dım Ağ­da­ma. Ağ­da­mın içə­­ri­sin­dən (kol­ba­sa za­vo­du­nun ya­nın­dan) ke­çər­kən qal­xıb otur­du, so­ruş­du ki, «Ha­ra gəl­dik?»

- Ça­tı­rıq,- de­dim.

10 - 12 km aşağ­ı­da qay­na­na­mg­i­lə - Sürəyya Kə­ri­mo­va­g­i­lə gəl­dik. Sa­at ikiyə iş­ləy­ir­di. Ha­mı yat­mış­dı. Dar­va­za­nı döydük, dur­du­lar.

Hüsey­ni görüb çox sevin­di­lər. Süfrə aç­dı­lar. Bir də gör­dülər ki, Hüseyn ağ­ac­ın qa­nad­la­rı­nı əy­ib tut yey­ir (tu­tun yax­şı vax­tı idi). Təzə­dən ay işığ­ın­da ça­dır tut­du­lar, tut çırp­dı­lar, iri bu­lud­lar­da gə­tir­di­lər. Bir qə­dər tut yey­ib de­di:

- Elə bur­da, bu həy­ət­də bir yer düzəlt­sin­lər, ya­tım.

- İki­mər­tə­bə evi qoy­ub çöl­də ya­tac­ağ­ıq?..

Tez­dən çay içib gəl­dik Ağc­a­bə­diyə. Ka­tib­lə görüşüb get­dik Bey­­lə­qa­na. Ray­kom ka­ti­bi ca­van bir oğ­lan idi, tap­şır­mış­dı ki, «Hüsey­ni bu­rax­mıy­ın, mə­ni göz­lə­sin». Özü Ba­kıya get­miş­di. Ge­cə­ni qal­ma­lı ol­duq. Meh­man­xa­na­da yax­şı otaq ha­zır­la­mış­dı­lar.

Ray­o­nu­muz ya­xın idi. De­dim:

- Bəl­kə, ge­dək bi­zim kən­də? Ana­mı gör­mək is­təy­i­rəm.

- Sən get, mən bir az ya­tım-dinc­ə­lim, yo­rul­mu­şam, - de­di.

Mən kən­di­mi­zə - Sol­tan­lıya ge­dib gec­ə­ni ana­mla ke­çir­dim. Erkən Hüseyn yu­xu­dan dur­ma­mış, Bey­lə­qan­da idim. Ka­tib də gə­lib çıx­dı. Görüşdük, çay içib düşdük yo­la. 5-ci gün gü­nor­taüstü çat­­dıq Ba­kıya.

Mən bu yol sə­fə­rin­də bir şeyi müşa­hi­də et­dim: Hüseyn son dərəcə tə­miz və tə­mən­na­sız bir in­san­dır. Ne­çə ka­tib­lə görüşdük. Hamı­sı Hüsey­ni mə­həb­bət­lə qar­şı­lay­ır­dı. El se­vg­i­si də bir ya­na. Hüsey­nin bir adam­dan bir tə­mən­na­sı ol­duğ­u­nu hiss et­mə­dim.

89-cu ilin okty­abr ay­ı­nın or­ta­la­rı idi. Ke­ç­miş 26-lar bağ­ın­da görüşdük, de­di ki, Səl­vər As­la­no­vun (APİ-nin rek­to­ru) ya­nın­dan gə­li­rəm, in­sti­tut­da yu­bi­ley­im ol­ma­lı­dır. Səl­vər müəl­lim bir ne­çə nə­fəri tək­lif et­di, mən ra­zı ol­ma­dım, de­dim ki, Qə­zən­fər müəl­lim aparacaq.

De­dim, yax­şı elə­mi­sən, na­ra­hat ol­ma, gö­zəl bir yu­bi­ley təş­kil edəc­əy­ik.

Ha­zır­lıq gör­məyə ba­ş­la­dıq.

Noy­a­b­rın 1-də V.İ.Le­nin adı­na APİ-nin akt za­lı ağ­zı­na qə­dər dolu idi. Tə­lə­bə­lə­ri­miz gö­zəl gey­in­miş­di­lər. Say­sız gül də­s­tə­lə­ri gətir­miş­di­lər. Baş­qa fakültə­lər də iş­ti­rak edir­di. Bütün rəh­bər­lik salon­da idi. Gi­riş nit­qi söy­ləy­ib Hüsey­nə söz ver­dim. Hüseyn insti­tu­tun rəh­bər­liy­i­nə, tə­lə­bə və müəl­lim­lə­ri­mi­zə tə­şəkkürünü bil­di­rib «Yaş 60-dır» şe­ri­ni oxu­du. «Oxu­du» dey­ən­də, ara­bir kağ­ı­za ba­xıb əz­bər söy­ləy­ir­di. Şeir böyük şeir idi. Tə­sir­li şeir idi. Bütün za­lı ti­t­rət­di. Aşağ­ı­da­kı mi­s­ra­la­rı söy­lə­yən­də Hüseyn özü də, bütün zal­da­kı­lar da kö­v­rəl­di. Ək­sə­riy­yə­tin gözündə yaş gör­mək olar­dı:

 

Ay ata, ay ana, baş qal­dı­rın siz…

Ay oğ­ul, har­da­san, ba­şı­na dönüm…

Gö­rən Aşıq Alı niyə gec­ik­di?..

 

Bu mi­s­ra­la­rı xa­tır­lay­an­da in­di­nin özündə də hər də­fə kö­v­rə­li­rəm.

So­nra özünü ələ al­dı və şe­ri nik­bin bir son­luq­la ba­şa çat­dır­dı:

 

Hə­mi­şə ba­har­dı Hüseyn Arif!

Hə­mi­şə ba­har­dı Hüseyn Arif!

 

Mən xey­li görüş ke­çir­miş­dim və görüş ke­çir­dik­lə­ri­mi ida­rə edə bil­miş­dim. Yə­ni görüş müəyy­ən sse­na­ri əsa­sın­da qu­ru­lur­du. Hüseyn­lə mümkün ol­ma­dı. Hüseyn is­tə­diyi ki­mi ol­du və çox tə­bii alın­dı. Çox­lu ma­raq­lı çı­xı­ş­lar ol­­du - len­ti­ni əziz bir ya­di­g­ar ki­mi qo­ruy­ub sax­lay­ı­ram. De­yə­sən, ar­xi­vdə də qa­lıb, çünki Hüseyn­lə bağ­lı ve­ri­liş­lər­də is­ti­fa­də olu­nur. 3 sa­a­ta qə­dər çə­ki­liş ol­du. Onun bir sa­at­dan bir az ar­tığ­ı­nı mon­taj edib döv­lət te­le­vi­zi­ya­sı ilə bir ne­çə də­fə ver­di­lər. Am­ma bir şey mən­də hə­mi­şə tə­əssüf doğ­u­rur: mən bütöv çə­ki­li­şi alıb sax­la­ma­dım. Da­ha doğ­ru­su, o vaxt bu­nun nə qə­dər vacib ol­duğ­u­nu fəhm edə bil­mə­dim, elə bi­lir­dim ki, Hüseyn Arif əbə­di yaşar­dır. Su­al­lar ve­rib da­nış­dır­mış­dım, çox ma­raq­lı və duz­lu (özü demiş­kən) söh­bət­lə­ri var­dı

Bağ­da gəz­diy­i­miz za­man «Ölürəm» dey­ən bə­zi yol­da­ş­la­rı təq­lid edib dey­ər­di: «Adam bir də­fə xə­s­tə­lə­nər, bir də­fə də ölər. Zəh­ləm ge­dir hər gün «ölürəm» dey­ən adam­lar­dan».

Elə də ol­du. Eşit­dim ki, xə­s­tə­lə­nib, ray­on­da xey­li ya­tıb, və­fat edib.

Tə­zəcə yol açıl­mış Cə­nu­bi Azər­bayc­an­dan gəl­miş sək­kiz nə­fər gənc şa­ir­lə görüş ke­çi­rir­dim. Öz­lə­ri­ni «Muğ­an şa­ir­lə­ri» ad­lan­dı­rır­dı­lar. Dəf­nin­dən tə­zəcə qa­yıt­mış Zə­lim­xan Ya­qu­bu da də­vət et­miş­dim. Zə­lim­xan çı­xış edər­kən Hüseyn Ari­fin dəf­ni haq­qın­da mə­lu­mat ver­mə­si­ni xa­hiş et­dim. Göy­də bir an­lıq qu­ş­la­rın da san­ki qa­nad sax­la­dığ­ı­nı söy­lə­di. Ay­ağa qal­xıb şa­i­rin xa­ti­rə­si­ni hüznlə yad et­dik.

İn­di o vaxt­dan 12 il ke­çib. Hüsey­nin Ni­za­mi mu­zey­in­də təş­kil olun­muş 80 il­lik yu­bi­ley­in­də (26 okty­abr) bu xa­ti­rə­lər­dən bə­zi epi­zod­lar söy­lə­dim və üç-dörd gün so­nra bun­la­rı qə­lə­mə al­mağı özümə borc bil­dim.

Hüseyn öz sağ­lığ­ın­da xal­qı­mı­zın tə­fəkküründə əf­sa­nə­lə­şən şa­ir­lər­dən­dir. Ona gö­rə də öl­məz­dir.

Boş vaxt­la­rım­da Hüsey­nin aşağ­ı­da­kı mi­s­ra­la­rı­nı ya­da sal­maq­la xoş duyğ­u­lar ke­çi­ri­rəm:

 

Bir ovuc tor­paq­dan dö­nən dey­i­ləm -

Bir ovuc tor­pağa dö­nə­nə ki­mi.

 

Təkcə se­vinc ol­sa, kim olac­aq­dım?

Qəm mə­ni Hüseyn Arif ey­lə­di.

 

Ne­çə yol qay­a­nı yel ay­aq­lay­ıb,

Qaya ye­rin­də­dir, yel­dən ni­şan yox.

 

Hüseyn Ari­fəm, sə­nət aşi­qi,

Mən­dən şeir is­tə, möhür is­tə­mə.

 

Dağ­la­rın gözünün ya­şı­na bax­ma,

Şa­ir­lər çə­kə­ni dağ­lar çək­məy­ib.

 

Aman, allah, ka­ti­bə­lər qoc­al­dı,

Qoca na­zir qoc­al­mır ki, qoc­al­mır!

 

Get­məz qu­laq­lar­dan Hüseyn Arif

Son aşıq sa­zı­nı ça­la­na ki­mi.

 

30.10.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az