BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

NƏ TEZ 50?

 

Hə­qi­qət­də də Ona bu ya­şı ver­mək çə­tin­dir. Am­ma za­man biz­dən ası­lı ol­ma­dan irə­li­ləy­ir və onu yal­nız şə­kil­lər­də don­du­rub sax­la­maq olur.

Kübra Fər­rux qı­zı Qu­liy­e­va!

Ta­nı­ş­lığ­ı­mı­zın ta­ri­xi o qə­dər də çox dey­il. Am­ma elə bil, əsr­lə­rin yol­da­şı ol­mu­şuq. Sa­də, sə­mi­mi, işgü­zar. Ara­bir hir­slə­nən. O da ha­mı ki­mi di­ri­lik, ya­şay­ış üçün la­zım olan əməl­lər ar­dınca qa­çır, gənc nəs­lin təh­si­li, tər­biy­ə­si ilə mə­şğ­ul olur, ali mək­təb­də dərs deyir, proq­ram, dərs və­sa­i­ti, töv­siyə və dər­slik­lər ha­zır­lay­ır, tərcü­mə işi ilə mə­şğ­ul olur. Ara­bir də ürək çır­pın­tı­la­rı­nı şe­rə çe­vi­rib vərəq­lər üzə­ri­nə tökür. Böyük bir ai­ləyə baş­çı­lıq edir.

Kübra xa­nım, hər şey­dən əv­vəl, bi­zim həm­ka­rı­mız­dır, ke­çən 60 ilin ər­zin­də çox­say­lı və nə­hə­ng alim­lə­rin ya­zıb-ya­rat­dığı, zən­g­in irs və iz qoy­duğu Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu­nun böyük el­mi iş­çi­si­dir - bi­zim Azər­bayc­an di­a­lek­to­lo­g­iy­a­sı şö­bə­si­nin əmək­da­şı­dır.

Düz 50 il bun­dan əv­vəl dünyaya göz açıb. Ba­kı­da doğ­u­lub- böyüyüb. 1971-ci il­də or­ta mək­tə­bi, 1977-ci il­də Azər­bayc­an Döv­­lət Uni­ver­si­te­ti şərqşünas­lıq (türk di­li) fakül­tə­si­nin türk fi­lo­lo­g­iy­a­sı şöbə­si­ni bi­ti­rib. Üç il Qu­ba ray­o­nu­nun Qı­mıl-Qı­ş­laq sək­ki­zil­lik mək­tə­bin­də ana di­li və ədə­biyy­at müəl­li­mi iş­ləy­ib. 1981-ci il­də Ba­kıya qayı­da­raq Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tun­da işə gi­rib, baş la­bo­rant (1981-1984), ki­çik el­mi iş­çi (1984-1986), el­mi iş­çi (1986-1993) vəzi­fə­lə­rin­də ça­lı­şıb. 1993-cü il­dən Azər­bayc­an dia­lek­to­lo­giy­a­sı şöbə­si­nin bö­yük el­mi iş­çi­si­dir.

Kübra xa­nı­mı Dil­çi­lik İn­sti­tu­tu­na el­mi ma­rağı çə­­kib gə­tir­miş­dir. Onu lek­si­ka mə­sə­lə­lə­ri - di­li­mi­zin qə­dim lek­sik qat­la­rı da­ha çox maraq­lan­dı­rır. Müəl­lim­lik et­diyi dövr­də Qu­ba və Dər­bənd di­a­lekt­lə­rin­də qə­dim ar­xa­ik ele­ment­lər onu da­ha çox ma­raq­lan­dır­mış, fürsət­dən is­ti­fa­də edə­rək bu sa­həyə da­ir zə­ng­in ma­te­ri­al top­la­mış­dır. Dilçi­lik İn­sti­tu­tu mühi­ti­nə düşər­kən qeyd edi­lən sa­hə­də təd­qiq və araş­dır­ma­la­rı­nı da­vam et­di­rə­rək 1989-cu il­də «Azər­bayc­an di­li­nin Qu­ba-Dər­bənd di­a­lek­tlə­rin­də qə­dim türk lek­sik qa­tı» möv­zu­sun­da dis­ser­ta­siya müda­fiə edə­rək fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di alim­lik də­rəc­ə­si al­mış­dır.

Tə­bii ki, AMEA-nın baş­qa in­sti­tut­la­rı ki­mi, Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu da ya­ra­dıcı adam­la­rın in­sti­tu­tu­dur və öz əmək­da­ş­la­rın­dan ya­ra­dıc­ı­lıq tə­ləb edir. Kübra xı­nım da həm bu mühi­tin tə­ləb­lə­ri əsa­sın­da, həm də öz tə­pə­ri ilə ya­ra­dıc­ı­lığ­ı­nı ar­dıc­ıl da­vam et­dir­miş­dir. İn­di o, 100-ə qə­dər el­mi və el­mi-pub­li­si­s­tik əsə­rin mü­əl­li­fi­dir. 1994 - 1997-ci il­lər­də dok­to­ran­tu­ra­da olub. «Azər­bay­c­an di­li di­a­lekt və şi­və­lə­ri­nin qə­dim lek­si­ka­sı» möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­siy­a­sı ha­zır ol­maq üzrə­dir. Di­li­mi­zin qə­dim ta­ri­xi, di­a­lekt və şi­və­lə­ri­mi­zin qə­dim lek­sik layı ilə bağ­lı bir möv­zuya həsr olun­muş bu ma­raq­lı əsər fi­k­ri cəm­ləş­di­rib ye­kun­laş­dı­rıl­maq xoş­bəxt­liyi­ni göz­ləy­ir.

Qeyd et­diy­i­miz ki­mi, ta­ri­xi lek­si­ko­lo­g­iya as­pek­tin­də təd­qi­qat K.Qu­liy­e­va­nı özünə da­ha çox çə­kir. Ona gö­rə də ax­ta­rı­ş­la­rı da­ha çox qə­dim lek­si­ka mə­sə­lə­lə­ri­nə aid­dir və bir çox hal­lar­da eti­mo­lo­ji xa­rak­ter­də­dir. Bu cə­hət is­tər-is­tə­məz qə­dim lüğə­vi va­hid­lə­ri qo­hum dil­lə­rin ma­te­ri­al­la­rı ilə müqay­i­səyə apa­rır. «Ka­rac­a­oğ­lan ve Şah İsmay­ıl Ha­tay­ı­nın halk şi­i­ri us­lu­bun­da yaz­dığı şi­ir­le­ri ara­sın­da benzer­lik», «Türk ədə­bi di­li və Azər­bayc­an di­li­nin di­a­lekt­lə­rin­də pa­ra­lel iş­lə­nən bir sı­ra fel­lə­rin se­man­ti­ka­sı» ki­mi bir sı­ra mə­qa­lə­lə­ri­ni türk və Azər­bayc­an fol­k­lo­ru­nun, türk və Azər­baycan dil­lə­ri­nin müqa­yi­sə­li təd­qi­qi­nə həsr et­miş­dir. «Ka­rac­a­oğ­la­nın şi­ir­le­ri üze­ri­ne bir kaç not da­ha» ki­mi türk di­lin­də yaz­dığı ma­raq­lı mə­qa­lə­lə­ri vardır. Rus di­lin­də xey­li mə­qa­lə çap et­dir­miş­dir.

O, türk di­li­nin Azər­bayc­an­da tə­d­ri­si mə­sə­lə­lə­ri ilə ar­dıc­ıl ma­raq­la­nır. «Türk di­li­nin tə­d­ri­si pro­se­sin­də or­taya çı­xan bir sı­ra ob­yek­­tiv və suby­ek­tiv çə­tin­lik­lər», «Azər­bayc­an­da türk di­li­nin tə­d­ri­sin­də or­taya çı­xan pro­blem­lər» mə­qa­lə­lə­ri me­to­di­ki ba­xım­dan çə­tin­lik­lə­rin tö­rə­mə sə­bəb­lə­ri­ni ay­dın­laş­dı­ran ya­zı­lar­dır.

Azər­bayc­an di­a­lek­to­lo­g­iy­a­sı şö­bə­si son vaxt­lar «Azər­bayc­an dia­lek­to­lo­g­iy­a­sı» se­riy­a­sı ilə «Azər­bayc­an di­li­nin Meğ­ri şi­və­lə­ri», «İraq-türkman ləhc­ə­si» ki­mi mo­nu­men­tal ki­tab­lar ha­zır­lay­ıb çap et­dir­miş­dir. Nə­fis şə­kil­də çap olun­muş bu ki­tab­lar­dan ikinc­i­sin­də «Lek­si­ka», «Lü­ğət» ki­mi böyük böl­mə­lər K.Qu­liy­e­va­nın qə­lə­mi­nin məh­su­lu­dur. «Lek­si­ka» böl­mə­si­ni o, pro­fes­sor Q.Pa­şay­ev­lə bir­gə yaz­mış­dır.

Ali və or­ta mək­təb­lər­də pe­da­qo­ji fə­a­liyy­ət Kübra xa­nı­mın həya­tı­nın böyük bir qo­lu­nu təş­kil edir. Ha­zır­da o həm də Azər­bayc­an Döv­lət İq­ti­sad Uni­ver­si­te­ti­nin do­sen­ti­dir. Bir sı­ra pro­qram və dərs ki­tab­la­rı­nın müəl­li­fi­dir. «Türkcə oku­ma ki­ta­bı» iki də­fə, «Türk di­li» (Tür­kiye türkce­si. Fen ve eko­no­mi fakülte­le­rin­de yük­sek oğ­re­ti­min ba­ka­lavr ka­de­me­si içün) pro­qra­mı 1996-cı il­dən bu gü­nə qə­dər 8 də­fə çap olun­muş­dur. Baş­qa pro­qram­la­rı da var­dır.

K.Qu­liy­e­va bir tərcümə­çi ki­mi də fə­a­liyy­ət gö­s­tə­rir. «Ana­do­lu aşıq­la­rı» (1993), M.Al­tun­bay­ın «Azad­lığa uçan ilk türk» (1994), İrfan Ülkünün «Qı­zıl ul­duz­dan hi­la­la doğ­ru» (1994) ki­tab­la­rı­nı və bir sı­ra baş­qa əsər­lə­ri Azər­bayc­an di­li­nə çe­vi­rib çap et­dir­miş­dir.

Həs­sas və zə­rif şeir duyğ­u­su var­dır. Şeir­lə­ri­ni mər­kə­zi mət­buat­da, şeir top­lu­la­rın­da çap et­dir­miş, bir sı­ra şeir ki­tab­la­rı tər­tib və redak­tə et­miş­dir. 2000-ci il­də oxu­cu­lar «Duyğu yar­paq­la­rı» şeir ki­ta­bı ilə ta­nış ol­mu­ş­lar. Xa­rici mət­bu­at­da, «Gü­ney­su», «Do­lu­nay», «Beş­par­mak» jur­nal­la­rın­da çap olun­muş əsər­lə­ri, mər­kə­zi mət­bu­at­da çap olun­muş pub­li­si­s­tik ya­zı­la­rı var­dır. Təyy­a­rə bə­ləd­çi­lə­ri üçün ha­zır­la­dığı «Azər­bayc­an - rus - ing­i­lis dil­lə­rin­də da­nı­şıq lüğə­ti», «Türkcə iq­ti­sa­di ter­min­lər lüğə­ti» ki­tab­la­rı çap pro­se­sin­də­dir.

K.Qu­liy­e­va Al­ma-Ata, Ufa, Türkiy­ə­nin An­ka­ra, Ada­na, Ərzu­rum, İz­mir şə­hər­lə­rin­də ke­çi­ri­lən bey­nəl­xalq sim­po­zi­um və kon­frans­lar­da ma­raq­lı mə­ru­zə­lər et­miş, tə­şək­kür və fə­x­ri fər­man­lar almış, mə­ru­zə­lə­ri çap olun­muş­dur.

Kübra xa­nım bir qa­dın üçün mümkün olan uğ­ur­lu və sə­mə­rə­li həy­at yo­lu ke­ç­miş, el üçün, xalq üçün, gənc­lik üçün əlin­dən gə­lə­ni et­miş, ar­dıc­ıl ola­raq pe­da­qo­ji fəa­liy­yət­lə mə­şğ­ul ol­muş­dur.

Şö­bə­mi­zin əmək­da­ş­la­rı və ya­xın do­st­la­rı adın­dan Küb­ra xa­nı­mı ürək­dən tə­b­rik edi­rik, ona uzun ömür və ye­ni ya­ra­dıc­ı­lıq uğ­ur­la­rı arzu­lay­ı­rıq.

 

14.05.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az