BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

Həsən Həsənov - 100

 

UZAQ GƏLƏCƏYİN ADAMI

Əs­lin­də, mən onu qiy­mət­lən­dir­mək, onun hə­qi­qi qiy­mə­ti­ni ver­­mək iq­ti­da­rın­da dey­i­ləm. Çünki onun ic­ti­mai-si­ya­si, ədə­bi, el­mi fəa­liyy­ə­ti­nin qı­zğ­ın çağ­la­rın­da mən uşaq idim. 50-ci il­lə­rin son­­la­rın­da - onun­la ta­nış ol­duğ­um dövr­də isə on­lar ar­tıq siy­a­si mey­dan­dan çə­kil­miş­di­lər, idey­a­la­rı ölə­zi­mək­də idi, cə­miyy­ə­tin ağ­zı baş­qa səm­tə düş­müşdü.

Bi­bim Şa­ban­la get­miş­dik. Elə bir işi­miz də yox idi. De­di ge­dək görü­şək. De­di ge­dək ta­nış ol. Ya­xın qo­hum­dur. Böyük adam­dır. Yax­şı adam­dır.

Gə­li­şi­mi­zi eşi­dib bi­zi Le­nin mu­zey­i­nin ge­niş foye­sin­də qar­şı­la­dı. Mu­zey­in di­rek­to­ru idi. Ağ çe­su­ça kosty­um gey­miş­di. Saç­la­rı, qa­ş­la­rı da ağ idi - bütövlükdə ağa bü­rün­müşdü. Yay ol­duğu və çox yüngül gey­in­diyi üçün mə­nə ara­lı­dan nə­dən­sə boyca ba­laca göründü. Am­ma so­nra­lar gör­düm ki, hündür və gö­zəl qa­mə­ti ilə se­çi­lən, hər bir ha­di­səyə yük­sək­dən bax­mağı bac­a­ran bir in­san­dır.

Hə­sən müəl­lim - Hə­sən Mə­həm­məd oğ­lu Hə­sə­nov öl­kə­nin ən çə­tin günlə­rin­də - Böyük Və­tən müha­ri­bə­si­nin gə­tir­diyi ac­lıq, sə­fa­lət, qı­rğ­ın və fac­i­ə­lər­lə do­lu bir za­man­da Və­tə­nin, xal­qın di­ri­­liyi, müha­fi­zə­si üçün əlin­dən gə­lə­ni et­miş, Azər­bayc­an KP MK-nın ide­o­lo­ji şö­bə müdi­ri və bir qə­dər so­nra MK-nın ide­o­lo­ji ka­ti­bi ki­mi Mir Cə­fər Bağ­ı­rov­la bir­lik­də çə­tin və üzüntülü bir hə­yat yo­lu ke­ç­miş­dir. Müha­ri­bə dövründə İran­da ol­muş, de­mo­kra­tik qüvvə­lə­rin qa­nad­lan­ma­sın­da mi­sil­siz iş gör­müşdür.

Eşit­miş­dim ki, 30-cu il­lə­rin or­ta­la­rın­da Mosk­va­da Ali Par­tiya mək­tə­bin­də oxuy­ar­kən M.C.Bağ­ı­ro­va be­lə kadr­lar­la fəxr edə bi­ləcəyi ba­rə­də te­le­qram vur­mu­ş­lar.

So­nra­lar bir ne­çə də­fə görüşmək im­ka­nım olub. Yol­da­şı Hə­li­mə xa­nım, qar­da­şı Zülfüqar və­fat edən­də gö­rüş­mə­li ol­mu­şuq. Bir ne­çə də­fə onun tə­şəbbüsü ilə gö­rüşmüşük: necə ya­şa­dığ­ı­mı­zı yox­la­maq üçün qar­da­şı ar­va­dı Sürəyya ilə bi­zim Ya­sa­mal­da­kı ka­sıb evi­mi­zə gə­lib, mə­ni Ta­hir­lə bir­lik­də evi­nə qo­naq çağ­ı­rıb. Va­qi­fin to­yun­da bir yer­də ol­mu­şuq. Zülfüqa­rg­il­də bir ne­çə də­fə gö­rüş­müşük. Da­ha ge­niş söh­bə­ti­miz Şüvə­lan­da­kı bağ­ın­da olub.

Hə­sən müəl­li­min böyüklüyü onun müdrik­liy­in­də idi - son dərəcə müdrik adam idi və ha­di­sə­lə­rə çox ge­niş nə­zər­lə ba­xır­dı. Mən bu­nu bil­diy­im üçün bir­lik­də ol­duğ­u­muz an­lar­da hə­mi­şə müşa­hi­də apa­rır­dım. Məm­mə­də­li müəl­lim və­fat et­miş­di. Bütün qa­­dın­la­rı və ki­şi­lə­ri yat­mağa gön­də­rib gec­ə­ni ta­bu­tun ya­nın­da tək qal­mış­dım. Dəf­nin­də Hə­sən müəl­lim də iş­ti­rak edir­di. Dəfndən so­nra ar­tıq əl-ayaq çə­ki­lir­di. Mən də ic­a­zə alıb evə get­mək is­tə­yir­dim. Bir­lik­də çıx­dıq. Za­man müəl­lim bi­zi yo­la sa­lır­dı. Hə­sən müəl­lim əl tut­du:

 

- Dey­ər­lər, axı­rıncı qə­mi­niz ol­sun.

O vaxt­dan o «dey­ər­lər» sözü ya­dım­dan çıx­mır. Hə­sən mü­əl­lim o sözü de­məyə də bi­lər­di, la­kin on­da o müdrik Hə­sən Hə­sə­nov ol­maz­dı. On­lar re­a­list idi­lər, öz­lə­ri­ni və qar­şı­da­kı­nı al­da­da bil­məz­di­lər.

Bə­zən diz-di­zə otu­rur­duq. O də­qi­qə də in­sti­tut­da­kı və­ziy­yə­ti soru­şar­dı:

- Kor­la­nır, - dey­ir­dim. -Qə­bul ya­man pis­lə­şib. Tap­şı­rıq baş alıb ge­dir və ən pi­si də odur ki, yu­xa­rı­da­kı­lar bi­lə-bi­lə göz yu­mur­lar.

Böyük ar­zu və is­tək­lə hə­qi­qi xalq döv­lə­ti ya­rat­maq, rüş­vət­siz təmiz bir aləm ya­rat­maq is­təy­ən­lə­rin ti­pik bir nü­ma­yən­də­si ki­mi, Hə­sən müəl­lim böyük tə­əccüb və tə­əssüflə:

- Ne­uje­li?! - dey­ir­di, - göz­lə­rin­də tə­əssüf his­si se­zi­lir, la­kin ba­xı­şın­da, si­fə­tin­də bir ye­nil­məz­lik qa­lır­dı.

Bir çox­la­rı tə­lə­bə qə­bu­lu­nun bu cür ke­çi­ril­mə­sin­dən böyük ləz­zət alır­dı. Mən bu axı­nın içə­ri­sin­də ol­sam da, da­xi­lən çox na­ra­zı və na­ra­hat idim. Düşünürdüm ki, kaş kri­s­tal bir in­ti­zam, tə­miz­lik ola idi, hər şey yal­nız bi­lik və zəh­mət­lə ölçülə idi. Ona gö­rə də bu cür böyük adam­la­rın su­al­la­rı­na heç nəyi giz­lət­mə­dən ca­vab ve­rir­dim. Baş­qa vaxt­lar­da de­diy­im söz­lə­rə Mir­zə İb­ra­hi­mo­vun da ey­ni də­rəcə­də tə­əccüb və hey­rət­lə tə­əssüf et­diy­i­ni, da­ha ar­tıq tə­əssüf et­diy­i­ni görmüşdüm. «Da­ha ar­tıq» ona gö­rə ki, Xruş­şov işə ba­ş­la­dığı dövr­də ar­tıq Hə­sən müəl­lim və­ziy­yə­tin necə ola­c­ağ­ı­nı ge­niş dünya­g­örü­şlə ana­liz edir və hər cür və­ziyy­ə­tin müm­künlüyünü qə­bul edir­di. Mir­zə mü­əl­lim­də isə bun­lar­la ya­na­şı, bir ya­zı­çı emo­si­o­nal­lığı da var idi.

Va­qi­fin toyu idi. Hə­sən müəl­lim də, Mir­zə müəl­lim də iş­ti­rak edir­di­lər. Ma­sa­bəyi ay­rı adam idi. Am­ma Hə­sən müəl­lim da­im ay­aq üstə idi və hər çı­xış­dan so­nra mi­k­ro­fo­nu alıb çı­xı­ş­la­ra düzə­liş ve­rir­di. Düşünürdüm ki, bu onun re­s­pub­li­ka mə­də­niyy­ə­ti­nə, Ya­­­zı­çı­lar İt­ti­fa­qı­na hö­ku­mət nümay­ən­də­si ki­mi rəh­bər­liyi dövründə qa­zan­mış ol­duğu vər­di­ş­lə­rin nə­tic­ə­si­dir.

Söh­bət­lə­ri­miz­dən ba­şa düşürdüm ki, bu nə­sil xalq üçün ya­ran­mış­dır və bun­lar xalq mə­na­fey­i­nə zidd olan heç bir işə gü­zəşt et­mə­mi­ş­lər. Da­im zəh­mət adam­la­rı­nın ta­leyi ilə ma­raq­lan­mış və on­la­rın tə­rə­fin­də dur­mu­ş­lar. 50-ci il­lər­dən ar­tıq əl­lə­rin­də heç bir ix­tiy­ar ol­ma­dığ­ın­dan ya­rat­dıq­la­rı­nın po­zul­maq­da ol­duğ­u­na həd­siz tə­əssüf edir­di­lər və ye­nə də əha­li­nin, kən­din və­ziyy­ə­ti­ni düşü­nürdülər. Qon­şu­muz (və böyük hör­mət bəs­lə­diy­im, bir ne­çə yaş ki­çik ol­sa da, Hə­sən müəl­li­min uşaq­lıq yol­da­şı) Fər­man müəl­lim da­nı­şır­dı ki, hər də­fə Ba­kıya gə­lən­də Hə­sən­lə görüşür və söh­bət za­ma­nı hər də­fə Hə­sən kən­din ən əl­siz-ay­aq­sız ada­mı olan Nə­ri­ma­nı so­ru­şur.

-Yax­şı­dır, ai­lə­si, uşaq­la­rı, inəyi, qoy­u­nu, toy­uq-cücə­si - hər şeyi var, fer­ma­da iş­ləy­ir, ço­ban­dır, pis do­lan­mır­lar - dey­ir­dim. - Am­­ma hər də­fə Nə­ri­ma­nı so­ruş­ma­sı mə­ni tə­əccüblən­di­rir­di. Axır ki, bir dəfə özümü top­lay­ıb de­dib:

-Qağa, sən al­lah, bu Nə­ri­man, bi­li­rəm ki, nə sə­nin qo­hu­mun­dur, nə mə­nim, nə də onun­la bir əla­qən var. Bu nə iş­dir ki, sən hər də­fə kənd­dən da­nı­şan­da bi­rinci Nə­ri­ma­nı so­ru­şur­san?

Hə­sən bir qə­dər üzümə ba­xıb de­di:

-Bi­lir­sən, Fər­man, o de­diy­im Nə­ri­ma­nı mən yax­şı ta­nı­yı­ram. Kən­di də yax­şı ta­nıy­ı­ram. Bi­li­rəm ki, Sol­tan­lı­da ən əl­siz-ay­aq­sız adam Nə­ri­man­dır. Əg­ər Nə­ri­ma­nın və­ziyy­ə­ti ba­bat­dır­sa, əg­ər Nə­riman do­la­na bi­lir­sə, de­mək, kənd də do­la­nır. Ona gö­rə mən hər dəfə sən­dən ilk növ­bə­də Nə­ri­ma­nı so­ru­şu­ram.

Bu, ye­nə də müdrik­lik və xalq se­vg­i­si əla­mə­ti idi.

Hə­sən müəl­lim hə­qi­qə­tən kən­di yax­şı ta­nıy­ır­dı. Uzun il­lər şəhər­də ya­şa­ma­sı­na, şə­hər­də iş­lə­mə­si­nə bax­may­a­raq, ha­mı ya­dın­da qal­mış­dı. Və ən tə­əccüblüsü də bu idi ki, 15-20 ya­ş­la­rın­da kənd cavan­la­rı­nın üzünə ba­xan ki­mi - is­tər qız ol­sun, is­tər oğ­lan, fi­zi­a­no­miy­a­sın­dan dər­hal təy­in edir­di ki, fi­lan­kə­sin uşağı, tö­rə­mə­si­dir.

Dövrünün sə­nət adam­la­rı­na ən çə­tin dövr­də xey­li müd­dət rəhbər­lik et­miş­di, hər bi­ri­nin ya­ra­dıc­ı­lığ­ı­na də­rin­dən bə­ləd idi. S.Vur­ğ­u­nun is­te­da­dı­nı yüksək qiy­mət­lən­di­rir­di:

 

 

- «Xan­lar» pye­si ha­zır idi. Çağ­ır­dım MK-ya, xey­li ar­xiv ma­te­ri­a­lı tökdürdüm qar­şı­sı­na. Düşünürdüm ki, bir ne­çə gün mə­şğ­ul olar. Am­ma çox sürət­lə ta­nış olub ka­bi­ne­tə gəl­di:

- Ayə, ay Hə­sən, da­ha nəy­i­niz var? - de­di. Əsə­rə xey­li əla­və­lər et­di.

70-ci il­lə­rin əv­vəl­lə­ri idi. Şüvə­lan­da­kı bağ­ı­na get­miş­dim. Ba­ğın­da heç bir təm­ta­raq yox idi. Adi ha­sar, rə­ng­siz bir ne­çə ba­laca otaq, sa­hə­lər­də üzüm və ənc­ir, həy­ət­də şam ağ­ac­la­rı… Böyük və­zi­fə sahi­bi­nin bağ­ı­na heç bir cə­hət­dən ox­şa­rı yox idi. Bel götürüb yer bel­ləy­ir, ağ­ac­la­ra su ve­rir­di. Ye­məy­i­ni uşaq­la­rı­nın xa­la­sı ha­zır­lay­ır­dı. Onu da bağ iş­lə­ri­nə cəlb et­miş­di. Üzüm ko­lu­nun bir qa­na­dı əzil­sə, su gec ve­ril­sə, əsə­bi­lə­şir­di. Çox vaxt bağ­da qa­lır­dı. Adi su­vaq­lı ba­laca bir ti­ki­li­də ya­şay­ır­dı. Fi­kir­lə­şir­dim ki, o bö­yüklükdə və­zi­fə sa­hi­bi istə­sə idi, çox­mər­tə­bə­li ev­lər tik­di­rər­di. Heç nə tik­dir­mə­miş­di - yerin ba­şın­da iki ba­laca rə­ng­lən­mə­miş bağ evi. Yüksək ha­fi­zə sa­hi­bi idi. De­dim ki, bir az ke­ç­miş­dən, də­də-ba­ba­la­rı­mız­dan da­nış, qeyd edim, gə­ləc­ək­də la­zım olar. De­di ki, ha­mı­sı­nı yaz­mı­şam, la­zım olan­da oxuy­ar­san («Di­li­miz-ta­ri­xi­miz» ki­ta­bı­nı çap et­di­rər­kən çox ax­tar­dıq, bu ya­zı­nı ta­pa bil­mə­dik. Bu günlər­də Arif Hə­sə­nov - MEA-nın müxbir üzvü, Hə­sən müəl­li­min böyük oğ­lu - bil­dir­di ki, qeyd­lə­ri tapıb. La­kin hə­lə də ta­nış ola bil­mə­mi­şəm). De­dim, dey­ir­lər ki, Bağı­rov sağ­dır, ha­ra­da­sa uzaq sürgündə giz­li sax­lay­ır­lar. De­di ki, yalan sözdür. Xruş­şov düşmə­ni idi, sağ sax­la­maz­dı.

Mə­ni da­ha çox düşündürən bir mə­sə­lə­ni xüsu­si so­ruş­dum:

- Niyə be­lə elə­di­niz, - de­dim, - Uk­ray­na, Be­lo­ru­siya, Mol­da­viya bir­ləş­di, nə üçün Azər­bayc­a­nı bir­ləş­di­rə bil­mə­di­niz?

Hə­sən Hə­sə­nov, Mir­zə İb­ra­hi­mov müha­ri­bə vax­tı Cə­nub­da çox ol­muş, mi­sil­siz iş­lər görmüşdülər, bu­nu bi­lir­dim. Niyə nə­ticə­si olma­mış­dı, bu­nu da bi­lir­dim. Am­ma ye­nə so­ruş­dum.

- Mə­nim ya­nım­da Mir Cə­fər düz bir sa­at ağ­laya-ağ­laya Sta­lin­lə te­le­fon­la da­nış­dı. Sta­lin tə­ləb edir­di ki, İran­dan təc­i­li çıx­maq la­zım­dır. Bağ­ı­rov çox xa­hiş et­di ki, İo­sif Vis­sa­ri­o­no­viç, hər şey ha­zır­dır, tam ha­zır­dır, bi­zə üççə gün möh­lət ver. De­di ol­maz, təc­i­li çı­xın. ABŞ no­ta ve­rib ki, İran­dan çıx­ma­sa­nız, müha­ri­bə­ni da­vam et­dir­mə­li olac­ağ­ıq. Rus əsg­ə­ri isə yo­ru­lub. Mən müha­ri­bə­ni da­vam et­di­rə bil­mə­rəm.

Hə­sən müəl­lim bu söz­lə­ri, elə bil, mə­nə in­di dey­ir. Ol­duğu ki­mi ya­dım­da­dır. Düşünürəm ki, Sta­li­ni və ya Bağı­ro­vu təq­sir­lən­di­rən­lər ya işin için­dən xə­bər­siz­dir, ya­xud da ta­ri­xi şə­ra­i­ti qə­s­dən tə­h­rif edir­lər. ABŞ-da ar­tıq Ruz­velt yox idi, da­ha ir­tic­a­çı Tru­men ha­ki­miyy­ə­tə gəl­miş­di və ABŞ nüvə si­la­hı is­teh­sa­lı­na ba­ş­la­maq üzrə idi, böyük müha­ri­bə­dən çıx­mış öl­kə­ni ye­ni­dən dəh­şət­li mü­ha­ri­bəyə sürüklə­mək ol­maz­dı.

 

Ölüm ya­tağ­ın­da olar­kən də özünü son də­rəcə təm­kin­lə apa­rır­dı. Mən bir də­fə onun şi­kay­ət et­diy­i­nin şa­hi­di ol­ma­dım. Gö­rür­düm ki, hər şeyə, hət­ta ölümün gə­li­şi­nə də müdrik­lik­lə ba­xır. Əlin­də, qol­la­rın­da güclü key­i­mə və ağ­rı­lar ol­sa da, tə­bəs­süm­lə ba­­xır, la­kin əl­lə­ri­nin, qol­la­rı­nın ovul­ma­sın­dan, az da ol­sa, bir ra­hat­lıq duy­ur­du. Əl­lə­ri­ni ova-ova dü­şünürdüm ki, ira­də­si­ni heç bir şey po­za bil­məy­ib, ölüm ya­tağ­ın­da da əv­vəl­ki ki­mi gö­zəl görünür.

Bun­lar öz mə­na­fey­i­ni düşünməyə vaxt tap­ma­mış, ta­rix­də görünmə­miş bir nəs­lin nümay­ən­də­lə­ri idi­lər. Ta­rix həy­a­tı­nı ha­rın adam­la­rın əley­hi­nə və ey­ni də­rəc­ə­də xalq na­mi­nə müba­ri­zəyə həsr edən be­lə bir nə­sil gör­mə­miş­di. Bun­lar XX əs­rin yox, uzaq gə­ləcəyin adam­la­rı idi­lər...

O günlər­də mə­ni ye­nə pam­bığa gön­dərmiş­di­lər. Toz-tor­paq içə­ri­sin­də evə çat­mağ­ım­la və­fat et­diyi ba­rə­də xə­bər tut­mağ­ım bir ol­du.

Özümü güc­lə çat­dı­rıb il­lər­lə ya­şa­dığı ev­dən qal­dı­rı­lan ta­bu­tu­na ya­pı­şa bil­dim…

La­kin Hə­sən Hə­sə­nov - hər əs­rin ye­tir­mə­diyi böyük ürək sa­hi­bi, xalq na­mi­nə mi­sil­siz rəh­bər və təş­ki­lat­çı, mə­də­niyy­ət xa­di­mi bu gün də can­lı şə­kil­də göz­lə­ri­min önün­də­dir.

 

22.01.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az