BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

HƏY­A­TIN ŞAİR ETDİYİ ADAM

Oxuc­u­nun ələ alac­ağı bu ki­ta­bın müəl­li­fi Haq­ver­diy­ev Nəc­im İsmay­ıl oğ­lu (Si­nə Tu­mas­lı) özünü şa­ir he­sab et­mir. Şö­h­rət düş­künü də dey­il. Elə bir təh­sil də al­may­ıb ki, qa­fiyə nə ol­duğ­u­nu bil­sin. Ömür boyu kol­xoz işin­də ça­lı­şıb, suya, işığa, kənd tə­sərrüfa­tı tex­ni­ka­sı­na qul­luq edib, əkin-bi­çin­lə mə­şğ­ul olub. Ən mühümü də odur ki, İn­sa­nı se­vib, Və­tə­ni se­vib, na­mus­la ya­şa­mağı, in­san ki­mi ya­şa­mağı hər şey­dən üstün tu­tub, haq­sız­lığ­ın, əda­lət­siz­liy­in, mə­su­liyy­ət­siz­li­yin, qey­rət­siz­liy­in, və­tən­siz­liy­in düşmə­ni olub. İn­san ki­mi yaşay­ıb, öz ha­lal çö­rəy­i­nin sa­hi­bi olub. Mən onu ta­nıyan­dan bu cür ta­nı­mı­şam.

Nəc­im tə­bii is­te­dad sa­hi­bi­dir, xalq içə­ri­sin­də ye­ti­şən o kim­sə­lər­dən­dir ki, yük­sək tə­bi olur, mi­s­ra­lar di­lin­dən düzüm-düzüm süzülür. Da­nı­şığı şeir­dir. Nit­qi­nə qəl­bi­nin odu­nu-alo­vu­nu qa­tır. Yo­­rul­maq bil­mə­dən da­vam edən, sel ki­mi axıb gə­lən eh­ti­ras­lı söz­lə­ri­nə, bu söz­lə­rin ara­sı­kə­sil­məz axı­nı­na tə­əccüb edir­sən. Qaz­dıqca qa­zı­lır. Da­nış­dıqca ar­dı gə­lir. Elə bil, qəl­bin­də də­rin dər­ya giz­lə­nib. Elə bil, qəl­bi­nin də­rin­lik­lə­rin­dən vul­kan püs­kürür.

Az-çox ki­tab da oxuy­ub, xal­qı­nın ta­ri­xi­nə bə­ləd­dir. Təh­si­li ol­ma­sa da, dünya­g­örüşü var, zə­ma­nə ha­di­sə­lə­rin­dən yax­şı baş açır. Ha­di­sə­lə­rə müna­si­bət­də həs­sa­s­dır, ic­ti­mai alə­min dər­kin­də sər­bəst və ay­ıq­dır, mən­ti­qi mü­ha­ki­mə­lə­ri ilə cə­miyy­ə­tin də­rin və zid­diyy­ət­li qat­la­rı­na enə bi­lir.

Gö­zəl tə­bi var. Əg­ər ilk gənc­lik il­lə­rin­dən müsa­id şə­ra­i­tə düş­sə idi, müha­ri­bə­nin od-alo­vu içə­ri­sin­də ai­lə­ni do­lan­dır­maq və kol­xoz tə­sərrüfa­tı­na kö­mək üçün müx­tə­lif pe­şə mək­təb­lə­ri­nə qa­ç­ma­lı ol­ma­sa, sa­kit və dinc bir şə­ra­it­də ali mək­təb­lər­dən bi­ri­nə da­xil olub oranı bi­tir­sə idi, ar­dıc­ıl ola­raq elm, bi­lik, po­eziya ilə mə­şğ­ul ol­sa idi, indi Nəc­i­min im­za­sı ən məş­hur po­eziya us­ta­la­rı­nın ad­la­rı ara­sın­da olar­dı. Tə­əssüf ki, Nəc­im ömür boyu bu im­kan­lar­dan mə­h­rum olub, mo­tor ar­xa­sın­dan yo­ru­nuq dö­nən­də öz tə­əssüra­tı­nı şeir­lə ifa­də edib, bir se­vinc­in, bir bəd­bəxt­liy­in şa­hi­di olan­da öz duyğu və düşün­cə­lə­ri­ni ağ kağ­ı­za töküb. Heç on­la­rın ça­pı­na da ça­lış­may­ıb. Ara­bir bir-iki şe­ri­ni bir qə­zet­də dərc et­dir­sə də, yaz­dıq­la­rı­nın ça­pı ilə ma­raq­lan­may­ıb. Yaz­dıq­la­rı­nın bir qi­s­mi er­mə­ni­lə­rə qa­lıb - Və­tən­lə bir­lik­də. Bir qi­s­mi­ni «Bu qaç­qın­lı günlə­rim» (2003) ki­ta­bın­da top­lay­ıb. Bu ki­tab onun oxuc­u­lar­la ikinci görü­şüdür.

Bu günlər­də mən onun yer­li­lə­rin­dən bir qaç­qı­na rast gəl­dim. Boy­nu kə­lə boy­nu ki­mi idi, dönmürdü. «Yer-yurd haq­qın­da nə düşünürsən?» de­dim. Çox al­çaq ca­vab ver­di: «Al­lah ata­la­rı­na rəh­mət elə­sin. Ay­ağ­ı­mız toz görmür, zığ-pal­çıq görmür. Otur­mu­şuq bu tər­tə­miz yer­də (ya­taq­xa­na­da olur­du). Ot bi­ç­mi­rik, kə­rən­ti çal­mı­rıq. Nəy­i­mə la­zım­dır o tor­paq­lar mə­nim?» - de­di. Dəh­şə­tə gəl­dim. İn­san nə qə­dər nan­kor və ya­ra­maz olar­mış!..

Am­ma Nəc­i­mi şa­ir edən və­tən dər­di­dir, tor­paq dər­di­dir, ha­kim zümrə­nin riy­a­kar­lığı, xal­qa düşmən möv­qeyi, öz mə­na­fey­i­ni hər şey­dən üstün tut­ma­sı, yer­li­çi­lik to­xu­mu səp­mək­lə, ba­laca bir xal­qı yüz ye­rə par­ça­la­maq­la öz ha­ki­miyy­ə­ti­ni, ağ­a­lığ­ı­nı uzat­maq cəh­di - ürək ağ­rı­la­rı­dır, qəlb çır­pın­tı­la­rı­dır, düşmən zümrə­nin ya­rat­dığı sar­sın­tı­lar­dır; xal­qın əx­la­qı­nın po­zul­ma­sı­dır, bir qrup ada­mın hə­qi­qət ax­ta­rı­şı­na çı­xan­la­ra iy­rənc və riy­a­kar hücum­la­rı­dır, zən­cir­li kö­pək­lə­rin xal­qın üstünə bu­ra­xıl­ma­sı­dır, «qaç­qın» adı­nı da­şıy­an bir qrup ya­ra­ma­zın da bu sa­hə­də mən­lik­siz nö­kər­çi­liy­i­dir, adı­nı ziy­a­lı qoy­ub öz mə­na­feyi na­mi­nə xal­qa ni­frət və hə­qa­rət­lə ya­şay­an in­san cil­di­nə gir­miş məz­həb­siz­lə­rin düşmən möv­qey­i­dir. Bun­lar in­sa­nı qurd ba­s­mış it le­şin­dən da­ha çox iy­rən­di­rir.

Şa­ir ol­maq is­tə­məy­ən Nəc­i­mi bun­lar şa­ir edib. Əli heç bir şeyə çat­mır. Bir til­si­mi də yox­dur ki, riy­a­kar, ya­ra­maz, əx­laq­sız adam­la­rı bir-bir da­mğ­a­laya bil­sin. Ürək ağ­rı­la­rı­nı mi­s­ra­la­ra düzür. Gücü bu­na ça­tır. Bil­dir­mək is­təy­ir və əs­lin­də, bütün qüsur­la­rı­na bax­may­a­raq, çox tu­tar­lı şə­kil­də bil­di­rir ki, ziy­a­lı təh­si­li, alim dip­lo­mu, şa­ir bi­le­ti al­ma­sa da, əzab­lı ömrünü sağ­lam düşün­cə­lər­lə ke­çi­rib, zəh­mət­lə yaşay­ıb, bir par­ça çö­rəy­in qu­lu olan adam­la­ra ni­frət­lə ya­şay­ıb, ki­şi ki­mi ya­şay­ıb.

Onun düzüm-düzüm düzdüyü mi­s­ra­lar­da qüsur­lar çox­dur. Qa­fiyə qü­su­ru da var, heca qüsu­ru da. Kəl­mə­lə­rin ya­zı­lı­şın­da, du­rğu işa­rə­lə­ri­nin qoy­u­lu­şun­da da. Am­ma Siz bun­la­rın heç bi­ri­nə fi­kir verməyin. Siz mi­s­­ra­lar­da­kı, bənd­lər­də­ki fi­kir­lə­rə diq­qət ye­ti­rin. Elə bi­lin ki, Nəc­im yaz­­mır, si­zin­lə da­nı­şır. Bu­nu da­nı­şıq ki­mi qə­bul edin. On­da o qüsur­la­rın heç bi­ri­ni gör­məz­si­niz. Am­ma Nəc­i­min ürək çır­pın­tı­la­rı­nı, ar­zu və is­tək­lə­ri­nin son­suz­luğ­u­nu hiss edər­si­niz, onun saf duyğ­u­la­rı­nın şa­hi­di olar­sı­nız.

Onun həs­sas qəl­bi­nin de­dik­lə­ri­nə adi şeir­lə­rin­də də rast gə­lə­cək­si­niz, fac­i­ə­vi ha­di­sə­lə­ri qə­lə­mə al­dığı poe­ma­la­rın­da da. Nə­cim ilə da­nı­şın. Onun dərd­lə­ri­ni bö­lüş­məyə ça­lı­şın.

25.09.2003

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az