BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

R.Məhərrəmova - 80

 

BU DA BİR TALE, BU DA BİR YAZI...

 

Gə­rək ki, ilk görüşümüz Re­s­pub­li­ka Əly­az­ma­la­rı fon­dun­da olmuş­du. Rəy­i­mi tez yaz­dı ver­di - əl xət­ti ilə. Hər­dən sə­nəd­lər ara­sın­da gözümə dəy­dik­də il­lə­rin bu qə­dər sürət­lə gə­lib-keç­diy­i­nə qüssə­lə­ni­rəm...

Nə vaxt ge­dir­dim, qə­dim əly­az­ma­la­rı üzə­rin­də iş­ləy­ən görür­düm. Am­ma ya­dım­da­dır ki, mə­ni də xey­li iş­lət­di. De­di ki, sən ədə­bi dil ta­ri­xi yaz­mı­san. Ümu­mi­ləş­mə Haq­ver­diy­e­və məx­sus cəhət­lə­ri bə­zən kö­lg­ə­də qoy­ur. Ədi­bin üslu­bu ilə bağ­lı cə­hət­lə­ri bir qə­dər də qa­bart­maq la­zım­dır.

O vaxt­lar biz hər bir qey­də, o cümlə­dən op­po­nent qeyd­lə­ri­nə bö­yük mə­su­liyy­ət­lə ya­na­şır­dıq. Görürdüm ki, doğ­ru dey­ir. Az vaxt­da iş­də xey­li dəy­i­şik­lik et­dim. Həm də in­di­ki qə­dər sa­də və me­h­ri­ban görü­nə bil­məz­di. Ca­van, gö­zəl və kənd yer­lə­rin­də de­yil­diyi kimi, ye­riy­ən­də bir növ ye­ri ti­t­rət­diyi vaxt­lar idi...

Əs­lin­də, heç ağ­lı­ma gəl­məz­di ki, Rə­hi­lə xa­nım op­po­nen­tim ola­caq. 65-ci ilin son ay­la­rı idi. Mən­dən əv­vəl­ki as­pi­rant­la­rın bir ne­çə­si­nin işi ha­zır idi. Könül­lə­rin­dən Rə­hi­lə xa­nım ke­çir­di - öz ara­mız­da da­nı­şır­dıq. Eh­tiy­at­la Abas­qu­lu müəl­li­mə eşit­dir­di­lər də. Abas­qu­lu müəl­li­min hər mə­sə­lə­də xüsu­si rəyi var­dı, «yox!» - de­di, qur­tar­dı.

Elə be­lə də ol­du və heç bi­ri­nə ra­zı­lıq ver­mə­di. Bu si­tu­a­siya mənə ay­dın ol­duğ­un­dan mən bu ba­rə­də və ümu­miy­yət­lə, hə­lə­lik op­­po­nent ba­rə­də düşünmürdüm, işi­min bu­ra­xıl­ma­sı­nı göz­ləy­ir­dim.

La­kin qə­ri­bə bir ta­le ya­zı­sı var­mış: fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di, gö­zəl bir in­san olan, da­im hör­mət­lə yad et­diy­im do­sent İs­mayıl Əfən­diy­e­vin yüksək çı­xı­şı ilə dis­ser­ta­siya işim müda­fi­əyə bu­ra­xı­lan gün ic­las qur­ta­ran ki­mi, Abas­qu­lu müəl­lim mə­ni işa­rə ilə bir tə­rə­fə çağ­ı­rıb de­di:

- Səs-küy sal­ma, tə­klif elə, Rə­hi­lə xa­nım op­po­nen­tin ol­sun.

İs­may­ıl müəl­li­min çı­xı­şı mə­ni çox tə­əccüb­lən­dir­miş­di. Abas­qu­lu Mə­hər­rə­mo­vun bu söz­lə­ri mə­ni lap tər­lət­di.

 

***

 

RƏ­Hİ­LƏ xa­nım! - Rə­hi­lə MƏ­HƏR­RƏ­MO­VA!

O gündən ki elm alə­mi­nə göz aç­mı­şam, de­mək olar ki, hə­min günlər­dən bu ad bey­nim­də və qəl­bim­də qə­rar tu­tub. Da­im şa­q­raq gülüşünü, tə­miz və küdu­rət­siz sə­si­ni eşit­mi­şəm, se­vinc­lə par­lay­an göz­lə­ri­ni, tə­bəssüm do­lu üzünü gör­müşəm.

Biz bu nə­sil­dən öy­rən­mi­şik. Ona gö­rə də qa­zan­dığ­ı­mız bütün uğur­la­ra gö­rə bu nəs­lə min­nət­da­rıq. Di­li­mi­zin ta­ri­xi­nə da­ir oxu­duğum ilk ki­tab onun «Ma­te­ri­al­lar»ı olub. Ə.Haq­ver­diy­ev­dən dis­ser­ta­siya yaz­maq üçün ilk növ­bə­də Haq­ver­diy­ev haq­qın­da dis­ser­ta­siy­a­sı­nı oxu­ma­lı ol­mu­şam. Ha­mı ki­mi mə­ni də da­im könül xo­ş­luğu ilə, gü­lər üzlə qar­şı­lay­ıb. Ko­ri­do­run o ba­şın­dan da ol­sa, şən sə­si­ni eşitdik­də ada­mın üzündə tə­bəssüm ya­ra­nır.

Dey­ə­sən, mə­ni Rə­hi­lə xa­nı­ma da­ha çox bağ­lay­an həm də dil tari­xi, ədə­bi-bə­dii dil mə­sə­lə­lə­ri olub. Bə­dii di­lin təd­qi­qi bə­zən bir qə­dər asan görünür. La­kin nə­zə­rə alan­da ki, xalq di­li­nin bütün lek­sik və fra­ze­o­lo­ji zə­ng­in­lik­lə­ri, son­suz məc­a­zi­lik im­kan­la­rı, də­rin, incə və ob­raz­lı ifa­də va­si­tə­lə­ri bütün ge­ni­ş­liyi ilə bə­dii dil­də üzə çı­xa bilir və bun­lar bu sa­hə­nin təd­qi­qat­çı­sın­dan yüksək sə­viyyə, xalq di­li­nə azı ka­mil ya­zı­çı sə­viyy­ə­si qə­dər bə­ləd­lik tə­ləb edir, üzdə olan­la­rı yox, də­rin qat­lar­da­kı mə­na­nı ba­şa düşmək la­zım gə­lir, o za­man bədii di­lin, po­eziya sə­nə­ti­nin təd­qi­qi­nin çə­tin­lik­lə­ri də aş­kar olur. Rə­hi­lə xa­nım Sa­bir ki­mi nə­hə­ng söz us­ta­sı­nın söz­dən is­ti­fa­də us­ta­lığ­ı­na qiy­mət­li əsər­lər həsr et­miş və Sa­birşünas­lığı zə­ng­in­ləş­dir­miş­­dir.

O za­man­lar (60-cı il­lə­rin son­la­rı) elə av­to­re­fe­rat da bir ki­tab idi. Bir­nə­fə­sə oxu­muş­dum. Aka­de­mik Mir­zə Fey­zul­la və pe­da­qo­ji elm­lər dok­to­ru, pro­fes­sor A.Ab­dul­lay­ev ki­ta­bı əlim­də görüb ma­­raq­lan­dı­lar. «Rəy ya­zı­ram», - de­dim, - Rə­hi­lə xa­nı­mın dok­tor­luq dis­ser­ta­siy­a­sı­nın av­to­re­fe­ra­tı­dır». Böyük hör­mət­lə: - Biz də ta­nış ol­mu­şuq, bi­zim də adı­mı­zı yaz- de­di­lər. Bu da mə­nim üçün (və ey­ni za­man­da Rə­hi­lə xa­nım üçün) bir sürprüz idi: Aka­de­mik Fey­zul­la Qa­sım­za­də, pro­fes­sor Ağ­a­məm­məd Ab­dul­lay­ev - hər iki­si ka­fe­d­ra müdi­ri və fakültə el­mi şu­ra­sı­nın ka­tib­liy­in­dən baş­qa, heç bir və­zi­fə­si ol­may­an fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di mən:

«Azər­bayc­an SSR EA-nın Ni­za­mi adı­na Ədə­biyy­at və Dil İns­ti­tu­tu­nun baş el­mi iş­çi­si, fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di Rə­hi­lə Ca­vad qızı Mə­hər­rə­mo­va­nın «Sa­bi­rin sat­ira­sı­nın lek­si­ka­sı» ad­lı dok­tor­luq dis­ser­ta­siy­a­sı haq­qın­da r ə y.

Xal­qın zə­ng­in­ləş­mək­də, ka­mil­ləş­mək­də da­vam edən ba­xış və düşüncə­lə­ri, ger­çək­liyi dərk et­mə im­kan­la­rı, mə­işət­də, xalq həy­a­tın­da baş ve­rən ye­ni­lik­lər bütün dol­ğun­luğu ilə re­a­list ədə­biyy­at­da öz ək­si­ni ta­pır. Bə­dii ədə­biyy­a­tın di­li xalq di­li­nə əsas­la­nan fər­di ya­ra­dıc­ı­lıq üs­lu­bu­nun məh­su­lu­dur. Sa­bi­rin sa­ti­ra di­li xalq di­li­nin tü­kən­məz sər­vət­lə­rin­dən is­ti­fa­də­nin zir­və­si­dir. Əhə­miy­yət­li­si də bu­dur ki, be­lə bir sə­nət­ka­rın sa­ti­ra di­li üzə­rin­də di­li­mi­zin in­ki­şaf ta­ri­xi­nə də­rin­dən bə­ləd olan, sa­ti­ra di­li­nin mə­ziyy­ət­lə­rin­dən baş açan, onun sə­ti­ral­tı mə­na­la­rı­nı, də­rin qat­lar­da giz­lən­miş incə mət­ləb­lə­ri­ni böyük us­ta­lıq­la üzə çı­xar­mağı bac­a­ran, hə­qi­qi bir dok­tor ki­mi ye­tiş­miş Rəhi­lə Ca­vad qı­zı Mə­hər­rə­mo­va təd­qi­qat apar­mış və bu baş­dan deyə bi­lə­rik ki, uğ­ur­lu nə­tic­ə­lər əl­də et­miş­dir...

26 fe­v­ral 1969-cu il.»

Bir yox, bir ne­çə nüsxə­si­ni sax­la­mı­şam. Oxu­duqca keç­mi­şə qayı­­dı­ram. Göz­lə­ri­min önündə sürət­lə gə­lib-ke­çən onil­lik­lər və­rəq­lə­nir.

Əla­qə­lə­ri­miz heç vaxt üzülməy­ib. Da­im mən­də Rə­hi­lə xa­­nı­ma və ya­ra­dıc­lığ­ı­na böyük ma­raq və eh­ti­ram olub. Mə­həb­bət­lə görüş­mü­şük. Ya­ra­dıc­ı­lığ­ı­nı iz­lə­mi­şəm. Çı­xış­la­rı­nı ma­raq­la din­lə­mi­şəm. Zəh­mə­ti­nin bə­h­rə­lə­rin­dən xə­bər­da­ram. Nə qə­dər ye­tir­mə­lə­ri var! Nə qə­dər ali­min qa­nad­lan­ma­sı­na kö­mək edib! Nə qə­dər əsə­rin ça­pı üçün rəy­lər ya­zıb! Fi­lo­lo­g­iy­a­mı­zın in­ki­şa­fın­da xid­mət­lə­ri böyükdür. Bu gün də böyük gənc­lik ener­ji­si, gənc­lik duyğu­su ilə elmin və gənc­­liy­in xid­mə­tin­də­dir. Hə­lə bir də­fə «yo­rul­dum» de­diyi­ni eşit­mə­mi­şik. Elm­də qə­rəz­siz, iş­də xe­yir­xah və zəh­mət­keş, xal­qı­nı və di­li­ni se­vən bir in­san!..

Rə­hi­lə xa­nım bir fi­lo­loq ki­mi ana di­li­nin ta­ri­xi­nə qəl­bin­də böyük mə­həb­bət ya­şa­dır. Di­li­mi­zin ta­ri­xi­nin tə­h­ri­fi hal­la­rı­na ba­rış­maz­dır. Yax­şı əsər­lər­dən açıq ürək­lə da­nı­şır. Son də­rəcə mü­la­y­im və me­hri­ban ol­sa da, gördüyü nöq­san­la­rı de­mək­dən çə­kin­mir. Bu key­fiyy­ət bö­yüklük əla­mə­ti­dir, in­san­lığ­ın və el­min in­ki­şa­fı üçün çox gə­rək­lidir.

Dil­çi­lik in­sti­tu­tu­na gəl­məz­dən əv­vəl bə­zən Rə­hi­lə xa­nım­la gec-gec görüşsəm də, onun özünəməx­sus səs to­nu ilə de­diyi «Qə­zən­fər» sə­si hə­mi­şə qu­lağ­ım­da olub. Vaxt ol­du ki, mən də dok­tor­luq müda­fi­ə­si­nə ha­zır­laş­ma­lı ol­dum. Üç­lük mə­ni bir aka­de­mi­kə ca­la­maq istəy­ir­di. Am­ma mən sə­bə­bi­ni an­la­ma­sam da, Rə­hi­lə xa­nı­mın sə­si­ni, sözünü eşit­mək is­təy­ir­dim. İkinci də­fə op­po­nen­tim ol­du, müda­fiə et­dim, il­lər keç­di, am­ma hə­lə də ona deyə bil­mə­mi­şəm ki, onun op­po­nent­liy­i­nə necə na­il ola bil­mi­şəm. İş o ye­rə çat­mış­dı ki, az qa­la, müda­fi­ə­dən im­ti­na et­mə­li idim (is­tə­mə­diy­i­mi zor­la ye­rit­mək is­təy­ir­di­lər). Am­ma elə bir əsas da yox idi. Elə qəl­bi­mə yer elə­miş­di, vəssə­lam. Nə­ha­yət, məc­bur olub ra­zı­laş­dı­lar.

Rə­hi­lə xa­nım xoş­bəxt adam­dır. Ə.Də­mir­çi­za­də ki­mi, M.Şi­rə­liyev ki­mi böyük alim­lər­lə çiy­in-çiy­i­nə iş­ləy­ib, on­lar­dan so­nra­kı və da­ha so­nra­kı nə­sil­lər­lə bi­rgə ça­lı­şıb, hə­mi­şə də həm­kar­la­rı­nın böyüklü-ki­çik­li xey­ir­xa­hı olub. Ne­çə nəs­lin müəl­li­mi, yo­lg­ö­s­tə­rə­ni olub. Və hə­mi­şə də ət­raf alə­min eh­ti­ra­mı­nı qa­za­nıb.

O öz əla­qə­lə­ri­nin ge­ni­ş­liyi ilə də diq­qə­ti cəlb edir. Mosk­va­nın və di­g­ər mər­kə­zi şə­hər­lə­rin türko­loq alim­lə­ri­nin Rə­hi­lə xa­nım­la do­st­luq əla­qə­lə­ri dil­çi­liy­i­mi­zin in­ki­şa­fı üçün fay­da­lı olub.

Rə­hi­lə xa­nım bir təd­qi­qat­çı ol­maq­la ya­na­şı, həm də yük­sək səviyy­ə­li müəl­lim­dir, us­ta pe­da­qoq­dur. Bir ne­çə də­fə N.Tu­si adı­na APİ-də fi­lo­lo­g­iya fakültə­si­nə döv­lət im­ta­han ko­mis­siy­a­sı­nın sə­d­ri və­zi­fə­si­nə də­vət et­mi­şəm. Nə qə­dər sə­bir­li və təm­kin­li ol­duğ­u­nu, tə­lə­bə­lə­rə qayğı­sı­nı də­fə­lər­lə müşa­hi­də et­mi­şəm. El­mi əziz tu­tub, sa­va­dı qiy­mət­lən­di­rib, da­im tə­lə­bə­nin tə­rə­fin­də olub, la­kin sa­vad­sız­lıq hal­la­rı­na da göz yum­may­ıb, tə­lə­bə­lə­ri təm­kin­lə, bir ana ki­mi başa sal­mağa ça­lı­şıb.

Da­ha ney­lə­mək olar?! Zəh­mət­keş alim, gö­zəl pe­da­qoq, xe­yir­xah in­san, gö­zəl ai­lə baş­çı­sı, qayğ­ı­keş el­mi rəh­bər... Rə­hi­lə xa­nım be­lə doğ­u­lub, ya­şa­ma­lı ol­duğu həy­a­tı be­lə ya­şay­ıb. Hə­sə­di, gə­rək­siz duyğu və düşüncə­lə­ri ya­xın bu­rax­may­ıb. Ya­şa­dığı bir in­san ömrünü şə­rə­f­lə ya­şa­maq­da­dır.

Ya­şa, Xa­nım! Da­im Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu­nun ko­ri­dor­la­rın­da sə­sin gəl­sin!..

 

10.04.2003

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az