BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

İKİ İL:

QİYASƏDDİN QEYBULLAYEV

 

Ta­nı­ş­lığ­ı­mı­zın ta­ri­xi çox dey­il­di. 80-ci il­lə­rin son­la­rın­da bir kon­fran­s­da ta­nış ol­muş­duq. Am­ma məq­sə­di­miz, ideya və dü­şüncə yaxın­lığ­ı­mız bi­zi bir­ləş­dir­miş­di. Qey­bul­lay­ev çap olu­nan hər bir yeni ki­ta­bı­nı ilk növ­bə­də fi­lo­lo­g­iya fakültə­si­nin de­kan­lığ­ı­na gə­ti­rir­di. 89-cu ildə mən Dil­çi­lik İn­sti­tu­tu­na keç­dik­də da­ha tez-tez görüşür­dük.

Qiy­a­səd­din Qey­bul­lay­e­vin heç bir fə­x­ri adı yox idi. İns­ti­tut­dan al­dığı ma­a­ş­la do­la­nır­dı. Heç bir bən­də­ni ac qoy­may­an al­la­hın tə­sadüfi ye­tir­dik­lə­ri qo­lun­dan tu­tur­du. Am­ma qo­lun­da Fər­had külün­gü­nün gücü var­dı. Heç ya­na, heç ki­mə bax­ma­dan eşib-tökürdü, beş min il əv­vəl­dən bu gü­nə qə­dər­ki ta­ri­xi və linq­vi­s­tik fakt­la­rı taya-taya yığ­ır­dı. Cild-cild ki­tab­la­ra top­lay­ır­dı. Müka­fa­tı isə qə­rəz idi, söyüş idi, hör­mət­siz­lik idi. Bu ki­tab­la­rı mə­şəl ki­mi əl­də tu­tub irə­li get­mək əvə­zi­nə, də­rin quy­u­lar­da ba­s­dır­mağa ça­lı­şır­dı­lar. Ya­ra­maz qon­şu­la­rı­mız da «fakt­la­rı» qu­yu­lar­da ba­s­dı­rır­dı­lar. La­kin on­lar sax­ta fakt­la­rı bas­dı­rıb, az so­nra çı­xa­ra­raq dünyaya car çək­dik­lə­ri hal­da, bi­zim­ki­lər hə­qi­qi ta­ri­xi fakt­la­rı yer al­tın­da itir­mək­lə mə­şğ­ul ol­muş­dar. Cild-cild ki­tab­la­rın müəl­li­fi sa­vad­sız adam­la­rın al­dığı dok­tor­luq dip­lo­mu­nu da ala bil­mir­di və bu, mə­ni çox tə­əccüblən­di­rir­di, çox ağ­rı­dır­dı. Hər soruş­duq­da «Qoy­mur­lar» dey­ir­di. İn­sti­tut rəh­bər­liyi onun ya­ra­dı­cı­lığ­ı­na hə­qa­rət­lə ba­xır, Qey­bul­lay­ev ad­lı ada­mın var­lı­ğı­nı gör­mək istə­mir­di­lər Bir gün aka­de­miy­a­nın müx­bir üzvü T.Bünya­do­va ərkya­na zə­ng et­dim:

- Axı be­lə ol­maz. Bir be­lə qiy­mət­li əsər­lə bu ki­şi­ni niyə bu­rax­mır­lar?

- Val­lah, Qə­zən­fər, mən bir şey de­mi­rəm, fi­lan­kəs­lə yo­la get­mir, - de­di.

«Yo­la get­mə­məy­i­nin» nə­dən iba­rət ol­duğu mə­lum idi. Rəh­bər­liy­in zövqünə, mən­hus kon­sep­siy­a­sı­na uyğ­un yaz­mır, ək­si­nə, hər yazı­sı ilə Azər­bayc­an xal­qı­nın et­nik ta­ri­xi­nə yeni səhifə açır, həmin tarixə lə­kə olan kon­sep­siy­a­nı uçu­rub-dağ­ı­dır­dı.

Qey­bul­lay­e­və üz tu­ta­raq acı-acı köks ötürüb:

- A ki­şi, əsər­lə­ri­ni yığ görür get At­te­s­ta­siya Ko­mis­siy­a­sı­na, - dedim...

Axır ki, bir vic­dan­lı adam ta­pıl­dı.. Mir­zəc­an­za­də bu əsər­lə­ri vərəq­ləy­ib. bu qə­dər qiy­mət­li əsə­rə müda­fiə la­zım ol­ma­dığ­ı­nı bil­di­rib, ora­daca dok­tor­luq dip­lo­mu­nu yaz­dı­ra­raq çox na­dir bir ha­di­sə ki­mi Qey­bul­lay­e­vi tə­b­rik et­miş, onun ha­lal və mi­sil­siz zəh­mə­ti­nin ilkin qiy­mə­ti­ni ver­miş­dir.

Hə­lə də ha­mıya ay­dın dey­il ki, heç kim heç ki­min et­nik ta­ri­xi­nə, di­li­nə hə­qa­rət­lə bax­ma­ma­lı, hər bir di­lin ta­ri­xi hə­min xal­qın in­ki­şa­fı pro­se­sin­də mən­bə­lər­də da­ş­laş­mış də­qiq fakt­lar əsa­sın­da oby­ek­tiv şə­kil­də öy­rə­nil­mə­li­dir. Azər­bayc­an xal­qı­nın və onun di­li­nin ta­ri­xi hə­lə də mi­nil­lik­lər ər­zin­də ke­çil­miş ta­ri­xi pro­se­sə mü­va­fiq şə­kil­də öy­rə­nil­məy­ib. Hə­qi­qə­ti or­taya çı­xar­maq la­zım gəl­dik­də giz­li şə­kil­də yüz yer­dən ma­ne­ə­lər or­taya çı­xıb. Əli yer tu­tan hər kəs soy­ğun­çu­luqla, qa­rət­lə, rüşvət­xor­luq­la mə­şğ­ul­dur, xal­qın ke­ç­mi­şi dey­il, özü­nün bu günü onu ma­raq­lan­dı­rır. El­min bir sı­ra təş­ki­lat­çı­la­rı­nın da qəlbin­də tə­pə­ri, xalqın ta­ri­xi­nə hör­mə­ti, ma­­raq və is­təyi yox­dur. Də­ri­nə get­mək, də­rin qat­lar­dan zər­rə­bin­lə ax­ta­rıb tap­maq, hə­qi­qə­ti orta­ya çı­xar­maq yox, üzdən get­mək, cə­fə­ng­iyy­at­la, taf­ta­lo­g­iya ilə məş­ğul ol­maq və 5 - 10 şir­van­la ba­şı­nı aşağı sa­lıb do­lan­maq... ən əlve­ri­ş­li ida­rə­çi­lik üsu­lu­dur. Özünü və­tən­pər­vər, dil­pər­vər, ta­ri­x­pər­vər gö­s­tə­rib, xal­qın di­li­nin, ta­ri­xi­nin, mə­də­niyy­ə­ti­nin üzə­ri­nə daş qoy­maq, heç ki­mə düşmən ol­may­an türkün düş­mə­ni­nin dəy­ir­ma­nı­nı iş­lət­mək..

Hə­lə Azər­bayc­an di­lin­də qə­dim dünya si­vi­li­za­siya­sı­nın heç bir əsə­ri əməl­li çap olun­may­ıb. «Ave­s­ta» yox­dur, şu­mer ya­zı­la­rı, ak­kad ya­zı­la­rı yox­dur. Bisütun ya­zı­la­rı yox­dur. Bun­la­rı biz hin­da­v­ro­pa­lı­la­rın tə­h­rif ya­zı­la­rın­dan öy­rən­mə­liy­ik. Hal­bu­ki bi­zim ta­ri­xi­miz bun­lar­dan baş­la­nır. Elm təş­ki­lat­çı­sı bun­lar­dan ba­ş­la­ma­lı, an­tik mən­bə­lər sis­tem­li şə­kil­də Azər­bayc­an di­li­nə çe­v­ril­mə­li­dir. Həm də nə­fis şə­kil­­də, aka­de­mik nəşrlə. Bu, bir ya­na qal­sın, xal­qın ta­ri­xi­ni göz qa­ba­ğ­ın­da di­dim-di­dim edir­lər və bu yol­da böyük rütbə­lə­rə ça­tır­lar. Qey­bul­lay­ev ki­mi­lər də bir küncə qı­sı­lıb özünü oda-közə vu­rur ki, hə­qi­qə­ti bu nan­kor alə­mə car çək­sin. Dünya­nın ən gö­zəl, ən şə­rə­f­li nöq­tə­sin­də doğ­ul­muş bu xalq ən şə­rəf­siz, ən bəd­bəxt ta­le ilə üzləş­mə­li olub. Heç bir düşmə­nin, hət­ta onun ba­şı­nı kə­s­məyə ha­zır olan er­mə­ni­lə­rin be­lə bu xal­qa et­diyi ya­man­lıq onun da­xi­li düşmən­lə­ri­nin etdik­lə­ri­nin ya­nın­da heç bir şey­dir. Xəy­a­nət, riy­a­kar­lıq, xalq mə­na­fe­yi­nə ən ya­ra­maz, ən na­nəc­ib və al­çaq müna­si­bət xal­qın ümi­di­ni qırıb, be­li­ni sın­dı­rıb. Bir qru­pun var-döv­lət hə­ris­liyi, dar­tıb-dağ­ıt­ma eh­ti­ra­sı xal­qı zə­lil edib, onun mə­nə­viyy­a­tı­nı zor­lay­ıb və be­lə görü­nür ki, hə­lə xey­li müd­dət bu xalq mə­nə­vi ra­hat­lıq və ağ gün üzünə hə­s­rət qa­lac­aq­dır.

O bi­ri tə­rəf­də isə Qey­bul­lay­ev ki­mi və­tən fə­dai­lə­ri­nin əsər­lə­ri işıq sa­çır. Tə­zad da bur­da­dır. İşıq sa­çır və bütün rə­za­lət­lə­ri unut­du­rur, rə­zil­lə­rin gözünü qa­maş­dı­rır. Qey­bul­lay­e­vin eti­mo­lo­ji araş­dır­ma­la­rı mi­sil­siz­dir. Lul­lu­bi, su­bi, ku­ti, tu­ruk­ki, kas­si, man­na, ma­day, kim­mer, skif, sak, al­ban, at­ro­pa­te­na xüsu­si ad­la­rı­nın (et­no­nim, toponim və an­t­ro­po­nim­lə­rin) böyük bir qi­s­mi­ni bir lay şək­lin­də mən­şə araş­dır­ma­la­rı Azər­bayc­an xal­qı­nın və onun di­li­nin ta­ri­xi­ni ya­rat­maq üçün dil­çi və ta­rix­çi­lə­ri­mi­zin qar­şı­sın­da ge­niş üfüqlər açır. Türk di­li­nin Ön Asiy­a­da­kı qə­dim­liy­i­nə ağ­ız büzən­lər bu araş­dır­ma­la­ra da eti­na­sız­lıq­la ağ­ız büzməyə ça­lı­şıb­lar.

Doğ­ru­dur, Q.Qey­bul­lay­e­vin araş­dır­ma­la­rın­da, hər bir alim­də olduğu ki­mi, müba­hi­sə doğ­u­ran cə­hət­lər də var­dır, la­kin ilk də­fə ola­raq hə­də­fə doğ­ru o düzgün irə­li­ləy­ib və ha­mı­dan çox irə­li­lə­yib. Bun­lar onun böyük xid­mət­lə­ri­dir. Onun elə bir xid­mə­ti də var ki, heç kəs onun bu sa­hə­də­ki xid­mə­ti üzə­ri­nə kö­lgə sa­la bil­məz. Ön Asiy­a­nın (Azər­­bayc­an əra­zi­lə­ri də da­xil ol­maq­la) hə­qi­qi il­kin be­şik ki­mi, türkün yüksə­liş yo­lun­da ro­lu­nu düzgün tə­səvvür et­mək üçün or­taya al­ter­na­tiv­siz də­lil­lər qoy­ub: ilk də­fə ola­raq e.ə. III- II mi­nil­lik­lər­də Ön Asiy­a­da - Azər­bayc­an əra­­zi­lə­rin­də fə­a­liy­y­ət gö­s­tə­rən böyük tay­fa­la­rın, de­mək olar ki, ha­mı­sı­nın Mər­kə­zi və Or­ta Asiy­a­da era­mı­zın bi­rinci mi­nil­liy­in­də ey­ni­ad­lı xə­lə­f­lə­ri­ni müəyy­ən­ləş­dir­mək­lə il­kin mi­q­ra­siy­a­la­rın yo­lu­nu tam ay­dın­lığı ilə işıq­lan­dır­mış ol­du və bi­zi Xəzə­rin şər­qin­dən uzaq Al­taya qə­dər mə­s­kun­laş­mış olan, Al­tay­da ar­tıb ço­xa­la­raq bö­yük Hun im­pe­ra­tor­luğu tər­ki­bin­də və ya bun­lar­dan min il əv­vəl kim­mer-skif-sak ad­la­rı al­tın­da Ön Asiy­aya dö­nən türk tay­fa­la­rı­nın il­kin və­tə­ni­nin Ön Asiya ol­duğ­u­nu sü­but et­miş ol­du. Doğ­ru­dur, Q.Qey­bul­lay­ev özü bu nə­tic­əyə gəl­mə­miş­di, la­kin onun son də­rəcə məh­sul­dar ya­ra­dıc­ı­lığı bi­zə be­lə bir nə­tic­əyə gəl­mək üçün şək­siz fak­tik ma­te­ri­al ver­miş­dir.

Bir mər­tə­bə fər­qi ilə ya­na­şı iş­lə­diy­i­miz və həf­tə­də iki-üç də­fə görüşdüyümüz hal­da, bu so­nra­kı xid­mə­ti­ni ona söy­ləyə bil­mə­miş­dim. La­kin müna­si­bə­ti­mi bi­lir­di. Hə­lə 1997-ci il­də «Sə­nət düşüncə­lə­ri»ndə yaz­dığ­ım: «Q.Qey­bul­lay­ev «K gt­no­qe­ne­zu azer­bay­d­jan­üev» (1991) əsə­rin­də Şu­mer dövründən bə­ri Azər­bayc­an əra­zi­sin­də ya­şa­mış tay­fa­la­rın et­nik mən­su­biyy­ə­ti­ni ay­dın­laş­dır­maq ba­xı­mın­dan mi­sil­siz iş görmüşdür. Onun bu sa­hə­də­ki əməyi dil ta­rix­çi­lə­ri­nin küll ha­lın­da əməy­in­dən xey­li üstündür» (297) söz­lə­ri­ni oxu­muş­du. Xa­tır­la­dır­dı, xo­şu­na gə­lir­di. Çün­ki əməy­i­ni düzgün qiy­mət­lən­di­rən az idi.

O za­man­lar mən «Azər­bayc­an di­li­nin ta­ri­xi» ki­ta­bı üzə­­rin­də işləy­ir­dim. Bil­dir­miş­dim ki, bu ye­ni ki­ta­bı­mın re­dak­to­ru o olac­aq­dır. Xo­ş­la­nır­dı, dey­ir­di ki, «Bu, yax­şı iş olac­aq. Sürət­lən­dir­mək la­zım­dır, sürət­lən­dir, ver mə­nə, gör lə­lə­şin ona nə­lər əla­və edə­cək!» Hər kəsin öz üslu­bu var - mən əla­və­lər göz­lə­mir­dim, am­ma müna­si­bə­ti mə­ni ma­raq­lan­dı­rır­dı. Bil­di­rir­dim ki, «Ay za­lım, o qə­dər ya­zıb-tökmüsən ki, için­dən çı­xa bil­mi­rəm, sə­nin yaz­dıq­la­rın mə­ni gec­ik­di­rir». Üstə­lik, ki­tab şək­lin­də çap olun­ma­mış xey­li mə­qə­lə­si­nin də surə­ti­ni çı­xa­rıb gə­tir­di.

Bir gün ye­nə iş­dən birl­ik­də çıx­dıq. Söh­bət edə-edə. Toy-bay­ram idi. Ci­bin­də bir qə­piyi ol­ma­sa da, çox vaxt çır­tıq ça­lıb oy­na­yır­dı. Şirin gülü­şü, do­lu da­nı­şığı mə­nə ləz­zət ve­rir­di. Azər­bayc­an oy­un hava­la­rı­nı ağ­zın­da ça­la-ça­la bir aləm ya­ra­dır­dı. Ara­da bir: «Sürət­lən­dir. Dünyaya eti­bar yox­dur» de­di. Təzy­iq­dən şi­kay­ət­lə­nir­di. Bir ne­çə gün əv­vəl ha­lı pis­lə­şmiş imiş, hə­kim çağ­ır­ma­lı olub.

Bir gün ye­nə gəl­miş­di şö­bəyə - görüşməyə. Qol­tuğ­un­da bir dəs­tə ya­zı-po­zu, ki­tab-dəf­tər var idi. «Əşi,- de­di,- sə­hər er­tə adi şor-çörək ye­mi­şəm, ağ­ır xö­rək ye­mə­mi­şəm ki, təzy­i­qim ol­ma­sın, ye­nə qan təzy­i­qi mə­ni inc­i­dir». «Şor-çö­rək­dən dey­il, - de­dim.. - Bu dəf­tər-ki­tab qal­dı­rır təzy­i­qi­ni, bir az ara ver». Xu­da­ha­fiz­ləş­di get­di və bu­nun­la da hər şey qur­tar­dı - iki gün so­nra eşit­dim ki, və­fat edib, apa­rıb­lar Qu­baya.

Türkün düşmən­lə­ri Aka­de­miya bi­na­sı­nın gi­ri­şin­də şək­li­ni də qoy­ma­dı­lar. Bir qə­dər so­nra o bi­ri­nin şək­li­ni qoy­du­lar və xey­li də qal­dı.

Şək­li ol­ma­sa da, kə­dər­lə­nən çox ol­du.

İn­di və­fa­tın­dan iki il ke­çir. Ye­nə il­lər ke­çəc­ək, la­kin Azər­baycan xal­qı­nın hə­qi­qi ta­ri­xin­də o qa­lac­aq.

Re­dak­tor edə bil­mə­səm də, mən hə­min ki­ta­bı onun əziz xa­ti­rə­si­nə it­haf et­dim. Qey­bul­lay­ev mən olduqca mə­nim­lə­dir...

2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az