BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

KOL­XOZ RƏHBƏRİ

Bu da bir mər­hə­lə idi - ya­ran­dı, 60 ilə qə­dər da­vam et­di və ömrünü ba­şa vur­du. Adı­na kol­xoz dey­ir­di­lər - 'kol­lek­tiv­noe xozəy­st­vo'. Bə­şər ta­ri­xin­də görünmə­miş ma­raq­lı bir tə­sərrüfat for­ma­sı idi (tə­bii ki, ib­ti­dai ic­ma qu­ru­lu­şu­na həm ya­xın, həm də fər­q­li): tor­paq sa­hə­si baş­da ol­maq­la bütün əsas əm­lak kol­xoz tə­sərrüfa­tı­na məx­sus idi, yə­ni bü­töv bir elin, o kol­xoz­da bir­lə­şən ai­lə­lə­rin ümu­mi əm­la­kı idi. Ma­raq­lı bir də bu idi ki, 30-cu il­lə­rin ilk günlə­rin­də kol­xoz ya­ra­dıl­mağa ba­ş­lay­an­da qoy­un, qu­zu, at, inək, ca­mış - ki­min nəyi var­sa, alı­nıb kol­xo­za qoy­ul­muş, so­nra kən­din əkin sa­hə­lə­ri ara­sın­da­kı ti­rə­lər ləğv edil­miş, trak­to­ru bu baş­dan sa­lıb o baş­dan dön­dər­mi­ş­lər və ar­tıq tay­fa əra­zi­lə­ri də öz sər­həd­lə­ri­ni itir­məyə ba­ş­lay­an­da Fə­rəc ki­şi bir daş üstünə qal­xa­raq ca­ma­a­ta mürac­i­ət et­miş­dir:

- Ay ca­ma­at, qoy­u­nu­muz, qu­zu­muz, ma­lı­mız, hey­va­nı­mız nə var­dı­sa, ha­mı­sı­nı kol­xo­za qoy­duq. Sa­bah , bi­ri­si­gün So­vet hö­ku­mə­ti yı­xı­lan ki­mi, hər kəs öz hey­va­nı­nı ta­nıy­ır, ge­dib qu­lağ­ın­dan ya­pı­şıb gə­ti­rib qoy­ac­aq öz qa­pı­sı­na. Bəs bu tor­pağ­ın sər­hə­di­ni necə bi­ləcəyik? Nə üçün qoy­ur­su­nuz ara­nı qa­tır­lar?

Bu­na bax­may­a­raq, kol­xoz qu­rul­du da, ya­şa­dı da, So­vet hö­ku­mə­ti də ta­rix­də əbə­di­lə­şə­nə qə­dər ya­şa­dı. Fə­rəc ki­şi o za­man bir şeyi ba­şa düşmürdü ki, niyə onun bu ki­çik tor­paq sa­hə­si­ni də onun əlin­dən alır­lar. Am­ma onu da bil­mir­di ki, bu gə­lən ye­ni hö­ku­mət elə onun ki­mi­lə­ri­nin hö­ku­mə­ti­dir - ona çö­rək ve­rəc­ək, ye­mək ve­rəc­ək və üstə­lik də onun haq­qı­nı qo­ruy­ac­aq, onun ba­la­la­rı­nı oxu­dac­aq. Onu da bil­məy­əc­ək­di ki, ha­rın və əx­laq­sız adam­lar onu bir in­san öm­rü qə­dər də ya­şa­mağa qoy­may­ac­aq­lar. Ha­mı iş­ləy­ir­di. Ha­mı öz ha­lal çö­rəy­i­ni yey­ir­di. Kol­xoz tə­sərrüfa­tı, ko­o­pe­ra­siya düzgün siy­a­sət idi. Am­ma onun təş­ki­lin­dən çox şey ası­lı idi. Yüksək sə­viyy­ə­də tex­ni­ka ilə tə­min edil­miş, in­san əməy­i­nin düz­gün qiy­mət­lən­di­ril­diyi kol­xoz­lar­da əha­li yağ-bal içə­ri­sin­də ya­şa­yır­dı. Am­ma zəh­mət çək­mək lazım idi. Ta­xı­lı vağ­am­la­mağa qoy­maq ol­maz­dı, yay­ın 40 də­rəcə is­ti­sin­də bi­çib döy­mək la­zım idi. Pam­bığı gecə-gündüz yı­ğıb təh­vil ver­mək və əvə­zin­də mily­on­lar qa­zan­maq la­zım idi. Müəyy­ən mövsümlər­də iş aza­lır­dı və dinc­əl­mək də olur­du.

 

 

Kənd ca­ma­a­tı, xüsu­si­lə qa­dın­lar 40-50-ci il­lər­də nə müsi­bət­lər çə­kib­lər, bi­li­rik. Gecə sa­at 11-12-yə qə­dər tar­la­da ol­mu­ş­lar, ay işığın­da pam­bıq yığ­mı­ş­lar. Döyül­mək­dən ağ­ız-bu­run­la­rı qan için­də olan öküzlə­rin qo­şul­duğu ara­ba­lar pam­bığı arx­dan-bə­rə­dən çı­xa­ra bil­mə­dik­də gecə ya­rı­sı­na­dək ilan-çay­a­nın, ağc­a­qa­na­dın ara­sın­da tar­la­da müsi­bət çək­mə­li ol­mu­ş­lar. Am­ma bun­la­rın ha­mı­sı tex­ni­ka­nın in­ki­şa­fı ilə tə­d­ric­ən ara­dan qal­xır­dı. Pam­bıq ma­şın­la yığ­ı­lır­dı, ma­şın­la da­şı­nır­dı. Pam­bıq alağı ma­şın­la tə­miz­lə­nir­di. İş yüngüllə­şir­di. İş yüngül­ləş­dikcə yu­xa­rı da­i­rə­lər­də rəh­bər­lik zə­i­f­ləy­ir, haqq-əda­lət itiri­lir­di. Nor­ma­dan ikiqat, üçqat ar­tıq pam­bıq əki­lir, bir he­sab­la­nır­dı - əha­li üzülür, yu­xa­rı­lar bay­raq alır­dı, ad alır­dı. Kol­xoz ca­ma­a­tı bez­di­rir­di. Bez­di, bez­di, axır­da bu «kol­xoz oy­u­nu»ndan qur­tar­dı. Ye­ni­dən fər­di tə­sərrüfa­ta ke­çil­di. Hə­min ha­rın adam­lar kol­xo­zun 60 il­lik əm­la­kı­nı sa­tıb mə­nim­sə­di­lər, dağ­ıt­dı­lar; tor­paq­la­rın yax­şı­la­rı­nı tu­tub fər­di tə­sər­rüfat sa­hə­lə­ri­nə çe­vir­di­lər. Adam­la­rın ço­xu tökülüb iş­siz qal­dı, ava­ra qal­dı və ava­ra­lar haq­qın­da mil­li məc­li­s­də qə­rar qə­bul olun­du.

Be­lə kol­xoz­lar­dan bi­ri də lap er­kən Sol­tan­lı ela­tın­da ya­ra­dıl­mışdı.

Bu kol­xoz müxtə­lif adam­la­rın - iri şəx­siyy­ət­lə­rin adı­nı da­şı­yıb. Mən gözümü açan­dan bu kol­xo­zu Puş­kin adı­na görmüşəm. So­nra­lar necə ol­du­sa, Sol­tan­lı Mo­lo­tov kol­xo­zu ol­du. Xey­li müddət - dağ­ıl­mağa ba­ş­lay­a­na qə­dər S.Vu­rğ­u­nun adı­nı da­şıy­ır­dı.

De­diy­i­miz ki­mi, Sol­tan­lı­da ar­tel er­kən ya­ra­dıl­mağa ba­ş­la­mış­dı - 1927-ci il­də. Ar­tel rəh­bə­ri də, kol­xoz sədr­lə­ri də hə­lə ca­ma­a­tın yadın­dan çıx­may­ıb.. Dey­ə­sən, ilk sə­d­ri Daş­də­mir­li­lər­dən Lə­tif Kər­­bə­layı Mə­həm­məd oğ­lu Usu­bov olub. Lə­tif Usu­bo­vun ata­sı da, baba­sı da Kər­bə­layı idi, am­ma Lə­ti­fin bəx­ti­nə pis günlər düşüb, mol­la­la­rın qı­rıl­dığı, mə­scid­lə­rin söküldüyü dö­v­rə tə­sadüf edib. Lə­tif də hə­min siy­a­sə­tin qur­ba­nı ki­mi Ha­ja­xund­lu­la­rın böyük mə­sci­di­ni söküb gə­ti­rib kənd­də ta­ma­şa­lar çı­xa­rı­lan, ki­no­lar gö­s­tə­ri­lən klub tik­di­rib. Lə­ti­fin si­ya­sə­ti zo­ra­kı­lıq dövrünün siy­a­sə­ti olub - kənd əha­li­si­nin mal-hey­va­nı­nın zor­la kol­xo­za qoy­ul­duğu, di­nin-mol­la­lığ­ın qadağ­an olun­duğu, əha­li­nin zor­la kol­xo­za - koo­pe­ra­ti­və ya­zıl­dığı dövrün siy­a­sə­ti idi, ona gö­rə də Lə­tif ki­şi yad­da­ş­lar­da bir növ Şümür ki­mi qa­lıb. Am­ma in­san­lar ba­şa düş­mə­­li idi­lər ki, Lə­tif də Kər­bə­layı Usu­bun, Kər­bə­layı Mə­həm­mə­din tö­rə­mə­si­dir və bu iş­lə­ri o, məc­bu­ri ye­ri­nə ye­ti­rir­di. Cə­sa­rət­li, tə­sərrüfat­çıl ol­duğu üçün qa­bağa o düşüb. Lə­tif Usu­bo­vun müha­ri­bə­dən qay­ıt­ma­ma­sı­nı da çox­la­rı onun al­la­hın evi­ni sök­mə­si ilə əla­qə­lən­di­rir­di­lər, am­ma düşünmürdülər ki, müha­ri­bə gü­nah­sız­la­rın ömrünə da­ha çox bal­ta ça­lıb. Lə­tif kol­xo­zun səd­ri ol­sa da, qar­da­ş­la­rı və bac­ı­sı sa­də zəh­mət­lə do­la­nan adam­lar idi, öz öv­lad­la­rı­na da elə bir var-döv­lət qoy­ma­mış­dı.

(Mə­nim atam, Al­lah­ver­diy­ev Şi­rin Ka­zım oğ­lu bu dövr­də - 30-cu il­lər­də - xey­li müddət kol­xoz ko­o­pe­ra­ti­vi­nin mü­di­ri olub, pay bö­lgüsünə və cama­a­ta ər­zaq pay­lan­ma­sı­na rəh­bər­lik edib. «Şi­rin kəsən nor­ma­dır» ifa­də­si o vaxt­dan qa­lıb. Kənd adam­la­rı onu hə­mi­şə eh­ti­ram­la xa­tır­la­yır­lar. Şi­rin öz sə­viyy­ə­si ilə se­çi­lən, ha­mı­nın yeri­ni bi­lən bir in­san ki­mi xa­ti­rə­lər­də qa­lıb. Kənd­də açıl­mış (1912) ye­ni tip­li mək­tə­bi bi­tir­diy­in­dən bar­maq­la gö­s­tə­ri­lən sa­vad­lı adam­lar­dan olub.)

So­nra az bir müddət­də Mə­həm­məd Əliy­ev sədr ol­du. Ana­sı­nın adı ilə ta­nıy­ır­dı­lar - «Mə­ləh­naz oğ­lu Mə­həm­məd» dey­ir­di­lər. Qon­şu kənd­dən idi, Qo­vu­şut­lu­dan. Mülay­im adam idi. Ca­ma­at o qə­dər də say­mır­dı. Kən­din ki­şi­lə­ri mü­ha­ri­bə­də idi, ona gö­rə onu se­ç­miş­di­lər. Da­im bir kə­hər mady­a­nın be­lin­də gö­rər­din. Am­ma ar­va­dı Gü­lə­bə­tin xa­la kənd­də say­ı­lan-se­çi­lən qa­dın idi. Zəh­mət­keş idi, qa­baq­cıl man­qa baş­çı­sı idi. Ray­on so­ve­ti­nin de­pu­ta­tıy­dı. Əl­lə pam­bıq yığ­ı­mın­da hər adam Gü­lə­bə­ti­nə çat­maz­dı. Müha­ri­bə­dən so­nra­kı ilk il­lər­də Rə­şid Beh­bu­dov hə­min kənd klu­bun­da üzünü Gü­lə­bə­tin ar­va­da tu­tub «Ay Gü­la­ba­tın» mah­nı­sı­nı oxuy­an­da ha­mı ki­mi mən də elə bil­miş­dim ki, bu mah­nı­nı bi­zim Gü­lə­bə­tin xa­laya qo­şub­lar. Kənd sove­ti­nin sə­d­ri də ol­du. Sözü ötən qa­dın idi (Al­lah ha­mı­sı­na rəh­mət elə­sin!).

1944-1945-ci il­lər­də kol­xo­zun sə­d­ri Mə­hər­rəm Əliy­ev idi. Məm­­mə­da­lı uşağ­ın­dan Kər­bə­layı Hüseyn oğ­lu Mə­hər­rə­min kol­xoz sə­d­ri ol­duğu mə­nim yax­şı ya­dım­da­dır. «Mə­hər­rəm ki­şi» de­yir­di­lər. Mə­hər­rəm ki­şi da­ha çə­tin il­lə­rə düşmüşdü - müha­ri­bə­nin son il­lə­ri, ac­lıq, sə­fa­lət... Kənd­də ba­şı­pa­paq­lı az idi. Qa­dın əməyi həl­le­dici idi. Bütün əkin-bi­çin iş­lə­ri qa­dın­la­ra ba­xır­dı. Kol­xoz tə­zəcə dir­çəl­məyə ba­ş­lay­an­da Mə­hər­rəm ki­şi pen­siy­aya çıx­dı. Xəs­tə idi, da­im öskürürdü. Mis ki­mi si­fə­ti da­im zəhm­li görü­nər­di. Cid­di adam idi. Bir də­fə mə­nə yax­şı bir şa­pa­laq da vu­rub. Fer­ma­dan künal gə­tir­məyə get­miş­dim. Hey­van­lar yay­lağa apa­rıl­dığ­ın­dan töv­lə­lər boş idi, qurd qoy­muş­du­lar. Ba­ra­ma yığ­ıl­mış­dı, küna­lı qal­mış­dı. Şə­lə-şə­lə gə­ti­rib yan­dı­rır­dı­lar. Sac al­tı­na qoy­ur, çö­rək bi­şi­rir­di­lər. O za­man 7-8 ya­ş­la­rım­da idim. Tək get­miş­dim. Töv­lə­nin 4-5 metr enin­də böyük dar­vaza­sı var­dı - tax­ta­dan. Sağ və sol qa­pı­la­rın tax­ta­la­rı buc­aq şək­lin­də vu­rul­muş­du. Nə vaxt­sa üstünə ağ rə­ng çə­kil­miş­di. İçə­ri ke­çən­də gözüm bir mi­s­ma­ra sa­taş­dı. Köh­nə pas­lı mi­s­ma­rın ət­ra­fı oy­ul­muş, ya­rı­sı tax­ta­dan lax­la­yıb çıx­mış­dı. Uşaq hə­və­si­lə əli­mi atıb mi­s­ma­rı çək­dim, iri bir tax­ta ye­rə düşdü. Ha ça­lış­dım, tax­ta­nı ye­ri­nə qoya bil­mə­dim, sü­rüyüb içə­ri sal­dım, içə­ri­dən qa­pı­nın ar­xa­sı­na söy­kəy­ib şələ­ni tut­mağa ba­ş­la­dım. Elə bu za­man bir sol­dat böyür­dən çıx­dı, tax­ta­nı gö­s­tə­rib nə­sə de­di və qo­lum­dan ya­pı­şıb mə­ni sə­d­rin evi­nə gə­tir­di. Əs­gər­lə­rin ke­şik mən­tə­qə­si Mə­hər­rəm ki­şi­g­il ilə fer­ma­nın ara­sın­da, tə­pə­nin ba­şın­da yer­ləş­miş­di, sə­d­rin evi­nə də, fer­maya da ey­ni də­rə­cə­də ya­xın idi, sağ­da və sol­da tə­q­ri­bən 200 metr mə­sa­fə olar­dı. Sol­dat dur­bin­lə görürmüş. Elə bi­lib ki, tax­ta­nı çı­xa­rıb apar­maq is­təy­i­rəm. Şə­lə­ni da­lı­ma alıb qa­pı­dan çı­xan­da mə­ni ya­xa­la­dı. Sə­d­rin qa­pı­sı­na gə­tir­di. Mə­hər­rəm ki­şi həy­ət­də üstünə dö­şək sə­ril­miş tax­ta çar­pay­ı­da otur­muş­du. Sol­dat nə de­di­sə, mən ağzımı aç­ma­mış bar­maq­la­rı­nın ucu ilə si­fə­ti­mə vu­rub «Bir də elə iş tut­ma!» de­di. Kol­xoz ma­lı­nı dağ­ıt­maq ol­maz­dı, bi­lir­dim. Am­ma pas­lan­mış, ye­ri oy­ul­muş mi­s­mar o qə­dər ma­raq­lı idi ki, bu­nun kol­xoz ma­lı­na zi­yan vu­rac­ağ­ı­nı düşünmə­miş­dim. Mə­hər­rəm ki­şi və o dövrün adam­la­rı kol­xoz əm­la­kı­nı bu cür qo­ruy­ur­du­lar. Ona gö­rə də ya­dım­da­dır ki, müha­ri­bə tə­zəcə qur­tar­mış­dı, kənd əha­li­si sə­d­rin evin­dən xey­li aşağ­ı­da, böyük həy­ə­ti, sa­man tay­a­la­rı olan an­bar­da növ­bəyə dur­muş­du­lar: fer­ma­dan boç­ka-boç­ka yağ gə­ti­ril­miş­di - tə­bii kə­rə yağ, sap­sa­rı. Fer­ma­nın öz məh­su­lu he­sa­bı­na kol­xoz­çu­la­ra əmək gününə yağ bölürdülər, di­ri qoy­un çə­kib ve­rir­di­lər. Ta­xıl alır­dı­lar. Hər şey ca­ma­a­tın gözü qa­bağ­ın­da bölünürdü. Ya­ş­lı ki­şi­lər - Nu­rul­lah ki­şi və baş­qa­la­rı kən­din il­lik gə­li­ri­ni bar­maq­he­sa­bı əz­bər bi­lir­di­lər. Bi­lir­di­lər ki, bu bö­lgü­də kol­xoz­çu­la­ra nə qə­dər ta­xıl, nə qə­dər ar­pa, buğ­da bölünmə­li­dir. Ha­mı məh­su­la nə­za­rət edir­di. Yu­xa­rı­lar öz­lə­ri və qohum­la­rı üçün heç nə tə­ləb et­mir­di­lər. Ağ­ır müha­ri­bə­dən çıx­mış əha­li get­dikcə dir­çə­lir­di. İş­dən boy­un qa­çır­maq və qa­ç­maq ol­maz­dı. Pam­bıq kol­la­rı­na bir-bir qul­luq edi­lir­di, bir kol zə­də­lən­sə, xə­bər tuta bi­lər­di­lər. So­nra­lar ara­da bir Qa­ra Mə­həm­məd də kol­xoz sə­d­ri ol­du. Sa­vad­sız idi. Heç bir təh­si­li yox idi. Am­ma ca­ma­a­tı təş­kil edir­di, işgü­zar idi və hər şey­dən əv­vəl, ca­ma­at de­miş­kən, «ay­ağı çö­rək­li» idi. Onun sədr ol­duğu il­lər­də ta­xıl da nor­ma­dan ar­tıq ol­du, pam­bıq da.

Bir müddət qon­şu Süley­man­lı kən­din­dən Te­mir (Tey­mur) ki­şi­ni sədr təy­in et­di­lər. Zəh­mət­keş adam idi, Yax­şı­lı­ğa ça­lı­şır­dı

Əf­sər Hüsey­nov 1961-1963-cü və 1969-1988-ci il­lər­də iki müxtə­lif dövr­də kol­xo­za rəh­bər­lik et­miş­dir. On­dan əv­vəl­ki dövr­də - 50-ci il­lə­rin son­la­rın­da Bə­kir Ab­ba­sov kol­xo­zun sə­d­ri idi. Bə­kir Ab­ba­sov gör­kəm­li ziy­a­lı idi, böyük və­zi­fə­lər­də iş­lə­miş­di. Yüksək na­tiq­lik mə­ha­rə­ti­nə ma­lik idi. Köh­nə kom­mu­ni­st­lər­dən­di. Hu­ma­nist in­san idi, Tə­miz gey­i­nər­di, şa­q­raq sə­si onu gen­dən ta­nı­dar­dı, al­nı­açıq adam idi. Na­mus­lu və şə­rə­f­li bir həy­at yo­lu keç­miş­di. Ha­mı hör­məti­ni göz­ləy­ir­di. O vaxt müəl­li­min hör­mə­ti böyük idi. Bə­kir Ab­ba­so­va «Bə­kir müəl­lim» dey­ir­di­lər, sədr­dən çox, müəl­lim ki­mi ba­xır­dı­lar.

Be­lə­lik­lə, eşit­dik­lə­rim və gördüklə­rim əsa­sın­da Əf­sər Hüsey­no­va qə­dər kol­xoz rəh­bər­lə­ri ki­mi Lə­tif Usu­bov, Mə­ləh­naz oğ­lu Mə­həm­məd, Mə­hər­rəm ki­şi, Bə­kir Ab­ba­sov yad­da­şım­da qa­lıb. Bun­la­rın hər bi­rin­dən Əf­sər Hüsey­no­va mühüm bir key­fiyy­ət süzülüb. Lətif Usu­bov­da So­vet ha­ki­miyy­ə­ti­nin gənc­liy­in­dən do­ğan cə­sa­rət, öt­kəm­lik, işgü­zar­lıq, qu­ruc­u­luq, Mə­həm­məd ki­şi­də sa­də­lik, bütün günü at be­lin­də sa­hə­lə­ri gəz­mək, Mə­hər­rəm ki­şi­də zəhm, kol­xoz əm­la­kı­nı qo­ru­maq zəh­mi, Bə­kir müəl­lim­də ma­a­rif­çi­lik, işıq... Bun­lar sədr­lə­rin mə­nim tə­səvvürümdə qa­lan əsas key­fiyy­ət­lə­ri­dir və şübhə­siz, on­la­rın hər bi­ri­nin sədr ki­mi öz böyük alə­mi var­dı.

Mən bun­lar­dan yal­nız Lə­tif Usu­bo­vu gör­mə­mi­şəm. Am­ma Əf­­sər ha­mı­sı­nı görüb. Həm də Əf­sər mən­dən yaşca xey­li böyük ol­­duğu üçün bun­la­rın so­si­al-ic­ti­mai key­fiy­yət­lə­ri­ni da­ha ay­dın görüb, bunlar­dan çox şey öy­rə­nib. Xüsu­sən ata­sı­nın cid­di­liyi, tə­ləb­kar­lığı, işgü­zar­lığı al­tın­da tər­biyə tap­ma­sı onun həy­at yo­lu­na da­ha cid­di tə­sir edib. Gördüklə­ri­nin yax­şı cə­hət­lə­ri­ni öy­rən­mək də hər ada­mın işi dey­il. Bu da is­te­dad tə­ləb edir. Əf­sər is­te­dad­lı adam­dır. İs­te­dad yalnız el­mi ki­tab­lar, bə­dii əsər­lər yaz­maq­la öl­çülmür. Əsl is­te­dad sahib­lə­ri həy­at ki­tab­la­rı­nı ya­ra­dan­lar­dır. Bö­yüklük ic­ti­mai həy­a­tı yax­şı­laş­dır­maq tə­şəb­büslə­ri­nin re­al­lığ­ın­da­dır. Bir çox­la­rın­dan fər­q­li ola­raq, Əf­sə­rin ca­nın­da da­im be­lə bir hiss olub ki, bu dünya əbə­di dey­il, in­san ömrü qı­sa­dır, onu boş-bo­şu­na, lağ­lağı ilə ke­çir­mək olmaz, fay­da­lı bir iş gör­mək, in­sa­na day­aq dur­maq la­zım­dır. Mən Əf­sə­ri sa­kit otu­ran tə­səvvür et­mi­rəm. Elə bi­li­rəm ki, elə in­di­nin özündə də çı­ğı­ra-çığ­ı­ra əkin-bi­çi­nin ara­sı ilə tə­ng­nə­fəs irə­li­ləy­ir, ki­mi isə tən­bəl­lik­də, ki­mi isə kol­xoz ma­lı­na pis bax­maq­da it­ti­ham edir, ki­mə isə ça­tış­maz­lıq­la­rı ba­şa sal­maq­da­dır və bu yol hər­lə­nib-fır­la­nıb ümu­mi mə­sa­fə­si bi­lin­mə­dən axır­da gə­lib kol­xoz ida­rə­si­nə çı­xac­aq və ora­da da ya­rıt­maz adam­lar­la cə­ngc­i­dal ba­ş­lay­ac­aq, bəl­kə gecə ya­rı­sı­na­dək da­vam edəc­ək. Düşünməy­əc­ək­lər ki, axı sa­ba­ha az qa­lıb, yat­maq da la­zım­dır. Am­ma ye­nə gü­nəş­dən qa­baq sa­hə­də olac­aq­lar. Ay­rı cür də mümkün dey­il­di. Ge­cik­sə, hər şey po­zu­la bi­lər­di. Po­zu­la­nı düzəlt­mək çə­tin­dir. Hər işi vax­tın­da gör­mək la­zım idi.

Kol­xoz tə­sərrüfa­tı elə bir tə­sərrüfat idi ki, bu­ra­da hər tip iş­çiyə rast gəl­mək mümkün idi. Tə­əccüb edə bi­lər­din ki, bu adam nə üçün adi mən­tiq­lə öz və­zi­fə­si­ni ye­ri­nə ye­tir­mək ba­rə­də düşün­məy­ib. Deyir­lər, bu cür hal­lar son vaxt­lar Əf­sə­ri çox əsə­bi­ləş­di­rir­miş, o, bəzən söyü­şlə­rə ke­çir­miş. La­kin hər ada­ma da söy­mək ol­maz­dı. Da­nı­şır­lar ki, yal­nız kol­xoz ida­rə­si­nin ya­xın­lı­ğın­da ya­şay­an bir bri­qa­dir bütün söyü­şlə­ri götürürmüş. Əf­sər hir­slə­nən ki­mi lo­tu­lar hə­min bri­qa­di­ri çağ­ı­rır, işi ona tə­rəf yö­nəl­dir­mi­ş­lər. Əf­sər də əsəb­lə­ri sa­kit­lə­şə­nə qə­dər üzü­nü ona tu­tub söyüb-söy­lə­nir­miş, so­nra gə­rg­in­lik­dən qur­ta­rır­mış, sa­kit­lə­şən­də hər iki­si­nin si­fə­ti­nə bir tə­bəssüm gə­lir­miş. Bu tə­bəssüm görül­mə­miş işi görül­müş ki­mi edir­miş. Baş­qa­la­rı da pay­ı­nı götürür­müş. Mü­hüm bir key­fiy­y­ə­ti də qə­rəz­li ol­ma­ma­sı, kin-küdu­rət bil­mə­mə­si­dir. Dey­ər, da­nı­şar, əsər, co­şar, söy­ər, am­ma kin və küsülü­lük sax­la­maz. Əks hal­da, kol­xo­za o qə­dər müddət­də rəh­bər­lik çə­tin olar­dı.

Nə qə­dər er­kən dur­san, uzaq sa­hə­lər­də sə­si­ni eşi­dər­din. Aq­ro­no­miya təh­si­li ol­duğu, göz açıb kol­xoz tə­sərrü­fa­tı­nı gördüyü üçün əkin-bi­çin­dən yax­şı baş açır­dı. Nəyi nə vaxt et­mək la­zım gəl­diyi­ni yax­şı bi­lir və heç bir şey­in vax­tı­nı ke­çir­mir­di. Əha­li də say­ır­dı. Əf­sə­rin de­diy­in­dən hə­ləm-hə­ləm çıx­maq ol­maz­dı. Hüqu­qi mə­sə­lə­lə­ri də yax­şı bi­lir, adam­la­rı yax­şı ta­nıy­ır­dı. Ha­mı ilə la­zı­mi dil­də da­nış­mağı bac­a­rır­dı.

Da­im öz gör­kə­mi ilə mə­nə ca­van əsg­ər tə­si­ri bağ­ı­ş­lay­ıb. Əmək və işgü­zar­lıq vər­di­ş­lə­ri­ni nə­zə­rə al­dıq­da sağ­lam, xə­s­tə­lik nə ol­duğu­nu bil­məy­ən möh­kəm bə­də­ni ol­duğu qə­naə­ti­nə gə­lir­sən. Bəl­kə də, bu onun bə­dəncə bir qə­dər arıq ol­ma­sı, və­zi­fə­si­nə bax­may­a­raq, daim bir qə­rar­da görün­mə­si (və­zi­fə­li adam­lar çox tez kö­kə­lir), da­im sa­hə­lər­də, iş ba­şın­da, açıq ha­va­da görünmə­si, «yo­rul­dum» sözünü heç vaxt di­li­nə gə­tir­mə­mə­si və s-dən doğ­an tə­əssürat­dır. Tən­bəl­lik et­mə­dən bir-bir qa­pı­la­rı gəz­mək, işə çıx­may­an­la­rı müx­tə­lif va­si­tə­lər­lə işə məc­bur et­mək dövrün mühüm tə­ləb­lə­rin­dən idi. Əs­lin­də, bu, cə­miyy­ə­tin xey­ri­nə olan bir pro­ses idi. İn­di sa­at­lar­la, günlər­lə, həf­tə­lər və ay­lar­la yol qı­rağ­ın­da otu­rub iş ax­ta­ran­la­rı, gündə­lik qazancı bəl­kə də 1000 ma­na­tı ke­ç­mə­y­ən­lə­ri gördükdə ada­mın qəl­bin­də qu­ru­lu­şu ey­bəc­ər ha­la sa­lan­la­ra ni­frət qay­nay­ır. Arx qaz­maq, pam­bıq su­var­maq, ta­xıl ək­mək, to­xum səp­mək, bos­tan alağı et­mək, dəy­ir­man iş­lət­mək, yonca ək­mək, ara­tı vax­tın­da ba­şa çat­dır­maq... ha­mı iş­ləy­ir­di, ya­şay­ır­dı, kol­xoz işi­nə gündə­lik tə­lə­bat ha­mı­nı iş­lə­dir­di, na­mus­la ya­şa­dır­dı. Əf­sə­rin gözündən heç kəs yay­ı­na bil­məz­di. Hər kəs öz işi­ni gör­mə­li idi.

Da­im işgü­zar­lığ­ı­na rəğ­bət bəs­lə­mi­şəm. Am­ma mə­nim­lə inc­ik­lik hal­la­rı da olub. 1960-cı il­də in­sti­tu­tu bi­ti­rib kən­də gə­lən­də anam əldən düşmüşdü. 42-ci il­də atam müha­ri­bəyə ge­dən­dən ge­cə­si-gündüzü yox idi. Baş­qa kənd ar­vad­la­rı ki­mi, onu da əkin-bi­çin, xüsu­sən yay gec­ə­lə­ri bə­zən ay işığ­ın­da yığ­ı­lan pam­bıq əl­dən sal­mış­dı. Ma­a­şım az ol­sa da, işə qoy­ma­dım. Əf­sər mə­ni ida­rəyə çağ­ırt­dır­dı. De­di ki, pam­bıq ye­rə tökülür, top­la­maq la­zım­dır, döv­lə­tin tə­lə­bi­dir. De­dim ki, əl­dən düşüb, da­ha iş­lə­məy­əc­ək. Bir söz de­mə­sə də, si­fə­tin­də­ki tut­qun­luq­dan çox şey an­la­şı­lır­dı. Am­ma mümkün dey­il­di. Ana da ana­dır. O da ba­şa dü­şürdü.

Müəl­lim­lər yaz gə­lən­də qurd sax­lay­ır, ba­ra­ma becə­rir­di­lər. Mənə də tək­lif elə­miş­di­lər, eti­raz et­miş­dim. «Hər kə­sin öz işi var. Müəl­lim müəl­lim ol­ma­lı­dır» de­yir­dim. Bir gün tə­zəcə yu­xu­dan dur­muş­dum, gördüm həy­ət­də qoy­duğ­u­muz sto­lun ət­ra­fın­da bir də­s­tə adam söh­bət edir: sədr idi, ba­ra­ma­çı­lıq bri­qa­di­ri və baş­qa­la­rı. To­xum olan ya­ra­şıq­lı qu­tu­nu sto­lun üstünə qoy­ub söh­bət edir­di­lər. Bu zo­ra­kı­lıq mə­nə xoş gəl­mə­di. Qurd sax­la­ma­ya­cağ­ı­mı bil­dir­səm də, ye­nə gəl­miş­di­lər. Ya­xın­la­şıb qu­tu­ya əl uzat­dım, la­kin qu­tu­nu mən­dən qa­baq götürdülər, əlim çat­ma­dı. Düşünmüşdülər ki, mən qu­tu­nu götürən ki­mi tul­lay­ac­ağ­am, to­xum dağ­ı­lac­aq. Mə­nim fi­k­rim isə mə­sə­lə­ni za­ra­fat­la həll et­mək idi. On­suz da qurd sax­lay­an de­yil­dim. Uzaq­laş­dı­lar və mən ara­lı­dan ba­ra­ma bri­qa­di­ri­nin: «Heyf o təh­si­lə! Heyf!» söz­lə­ri­ni eşi­dir­dim. Gülmək mə­ni tut­du. Be­lə çı­xır­dı ki, ali təh­si­li olan qan­ma­lı və mütləq ba­ra­ma sax­la­ma­lı­dır.

Bütün bun­lar Əf­sər­lə mə­nim şəx­si müna­si­bə­ti­mə heç bir xə­ləl gə­tir­məy­ib. Bütün bu hal­lar­da Əf­sər mə­nim­lə eh­ti­ram­la do­la­nıb, artıq bir söz iş­lət­məy­ib. Biz heç vaxt küsülü qal­ma­mı­şıq, da­im hör­­mət­lə görüşmüşük. Bil­mi­şəm ki, bun­lar sədr ki­mi onun bor­­c­u­dur, kol­xo­zun iş­lə­ri­ni, döv­lə­tin tə­ləb­lə­ri­ni ye­ri­nə ye­tir­mə­li­dir. Mə­nim qur­da, ba­ra­ma­çı­lığa bu cür müna­si­bə­tim bütün kənd­də is­tis­na ha­di­sə ola bi­lər­di. La­kin Əf­sər ye­kə­xa­na­lıq et­mir, ümu­mi işin xa­ti­ri­nə heç bir qa­pı­nı döy­mək­dən çə­kin­mir­di. Onun bu cür ira­də­si­nin, işgü­zar­lığ­ı­nın, təş­ki­lat­çı­lıq qa­bi­liyy­ə­ti­nin nə­tic­ə­si idi ki, kol­xo­zun ba­ra­ma is­teh­sa­lı­nı 5 ton­dan 30 to­na qal­dı­ra bil­miş­di.

Əf­sə­rin ikinci də­fə kol­xo­za rəh­bər­lik et­diyi il­lər kol­xo­zun yüksəliş il­lə­ri idi. Məh­sul­dar­lıq get­dikcə ar­tır­dı. Kən­din ye­tim­lik­lə böyümüş gənc­lə­ri iri zal­la­rı olan daş ev­lər tik­di­rir­di­lər. Çox­la­rı maşın al­mağa baş­la­mış­dı. Gün-gü­za­ran yax­şı­la­şır­dı. La­kin rüş­vət və rüşvət­xor­luq da ba­ş­la­mış­dı. Yu­xa­rı­lar­dan tə­sər­rü­fa­ta diq­qət­siz­lik artır­dı. Tə­bii fə­la­kət də olur­du. Am­ma Əf­sər kol­xo­zu qo­ru­y­ur­du, cama­a­tı iş­lə­dir­di.

Gö­zəl ai­lə baş­çı­sı­dır. Gö­zəl oğ­lan­la­rı var. Mən Söh­ra­ba or­ta mək­təb­də, Va­qi­fə ali mək­təb­də dərs de­mi­şəm. Hər iki­si is­te­dad­lı oğ­lan­lar­dır. Hər iki­si xalq işi­nə vic­dan­la ya­na­şan, xalq mə­na­fe­yi­ni üstün tu­tan, zəh­mət­se­vər in­san­lar­dır. Hər bi­ri fər­q­li bir cəb­hə­də igid­dir. On­la­rın ali mək­tə­bə qə­bu­lu za­ma­nı Əf­sər mə­nim­lə məs­lə­hət­ləş­məyi də unut­ma­mış­dı.

Bu ai­lə ilə mə­ni lap uşaq­lıq­dan bağ­lay­an Hüseyn ol­muş­dur - Əf­sə­rin qar­da­şı, Sö­h­ra­bın, Va­qi­fin əmi­si. Biz Hüseyn­lə on il bir si­nif­də oxu­muş, çox vaxt mey­və oğ­ur­lu­ğu­na bir get­miş, ali mək­təb­də oxuy­ar­kən növ­bə ilə bir pen­cəyi gey­mi­şik. Hüsey­nin is­te­da­dı hə­lə o vaxt hə­səd doğu­rur­du. Onun in­di çə­tin bir elm sa­hə­si­nin pro­fes­so­ru ki­mi ta­nın­ma­sı son də­rəcə tə­bi­i­dir.

Bə­li, elm adam­la­rı de­miş­kən, kol­xoz da ic­ti­mai bir ka­te­qo­riya kimi XX əsrdə doğ­ul­du, in­ki­şaf et­di, ca­van bir in­san ömrü qə­dər yaşa­dı və elə XX əsrdə də öldü. Tex­ni­ka va­si­tə­si­lə in­san əməy­i­nin yüngülləş­mə im­kan­la­rı­nın art­dığı bir dövr­də öldürüldü. Əf­sə­rin də ömrü ta­rix­də na­dir bir ha­di­sə olan be­lə bir ic­ti­mai qu­ru­ma xid­mət­də keç­di və on il­lər­lə xid­mət et­diyi be­lə bir ic­ti­mai müəs­si­sə­nin bir­dən-bi­rə be­lə dağ­ı­lac­ağ­ı­nı, yə­qin ki, heç ağ­lı­na da gə­ti­rə bil­məz­di.

 

Han­sı qu­ru­luş olur­sa-ol­sun, in­san zəh­mə­ti se­vir­sə, zəh­mət­dən və tor­paq­dan zövq alır­sa, vic­da­nı­nın sə­si­nə qu­laq asır­sa, cə­miyyət üçün gə­rək­li adam­dır. Əf­sər da­im gə­rək­li adam olub. Əf­sə­rin XX əsr tərcümeyi-ha­lı bir növ Sol­tan­lı kən­di­nin tərcümeyi-ha­lı­dır. İki­si də ta­rix­də qal­ma­lı­dır.

Əf­sər zəh­mət­lə elə yoğ­ru­lub ki, 80-i keç­diyi bu gün­lər­də də o tor­pağı, o saf pey­i­ni xa­tır­lay­ıb əziz tu­ta­raq Ba­kı tor­pağ­ın­da ağ­ac əkir, bağ bec­ə­rir, di­ri­liyi əkin-bi­çin­də görür. Öz doğ­ma tor­pağ­ı­nın hə­s­rə­ti­lə ya­şay­ır. Yax­şı cə­hət də bu­dur ki, qoc­a­lıq hiss olun­mur, Görünür, zəh­mət in­sa­nı həm də ca­van sax­lay­ır. Am­ma bircə öz fer­­ma­mı­zın pey­i­ni­nə əli çat­sa idi...Val­lah, bu, dünya­nın ən qiy­mət­li ne­mət­lə­rin­dən yüz qat, min qat qiy­mət­li olar­dı. Bu­nun se­vinc­i­ni heç nəyə dəyiş­mək ol­maz­dı...

Əf­sər! Eloğ­lu! Gün o gün ol­sun ki, kən­din ba­şın­dan - bi­zim evin ya­nın­dan ba­ş­lay­ıb kən­din ay­ağ­ı­na - si­zin evə uza­nıb ge­dən yo­lun sağ və sol yan­la­rı ilə, böyürtkən kol­la­rı ara­sı ilə axan doğ­ma kə­h­ri­zin suy­un­da əl-üzünü yuy­ub, uca bir ye­rə qal­xıb, kən­din ye­ni­dən abad­laş­dı­rıl­mış ya­şıl­lıq­lar içə­ri­sin­də uc­a­lan ev­lə­ri­ni gö­rə­sən, zəhmlə «Sol­tan­lı eli!» söz­lə­ri­ni qəl­bin­dən ke­çi­rib qü­rur­la­na­san, qürrə­lə­nə­sən!

24.01.2002

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az