BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / IV. MÜASİRLƏRİMİZ: DOĞMA VƏ YAXIN ADAMLAR /

IV

MÜA­SİR­LƏ­Rİ­MİZ:

DOĞ­MA VƏ YA­XIN ADAM­LAR

 

ALİM ÖMRÜ

 

60-cı il­lər­dən bu tə­rə­fə keç­diy­i­miz yo­la nə­zər sal­dıq­da qürur doğ­u­ran fə­rəh­li ha­di­sə­lər­dən bi­ri ki­mi, bu il­lər­də «alt­mı­şınc­ı­lar» hə­rə­ka­tı­nın is­te­dad­lı nümay­ən­də­lə­ri olan gör­kəm­li fi­lo­loq alim­lə­rin ye­tiş­diy­i­ni gö­rürük. Be­lə alim­lər­dən bi­ri də fi­lo­lo­g­iya el­mlə­ri dok­to­ru, Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun tür­ko­lo­g­iya şö­bə­si­nin müdi­ri Hə­sən Kə­rəm oğ­lu Qu­liy­ev­dir.

Hə­sən Qu­liy­ev Gə­də­bəy ray­o­nu­nun Za­man­lı kən­din­də ana­dan ol­muş­dur. M.F.Axun­dov adı­na Dil­lər İn­sti­tu­tu­nun Qər­­bi Av­ro­pa dil­lə­ri fakültə­si­ni (al­man di­li şö­bə­si) bi­tir­dik­dən so­nra Ni­za­mi adı­na Ədə­biyy­at və Dil İns­ti­tu­tu nəz­din­də as­pi­ran­tu­raya da­xil ol­muş, la­kin hər­bi xid­mə­tə çağ­ı­rıl­dığı üçün yal­nız 1964-cü il­dən el­mi-pe­da­qo­ji fə­a­liyy­ə­ti­ni da­vam et­di­rə bil­miş­dir. H.Qu­liy­e­vin xoş­bəxt ta­leyi bir də bu­nun­la şərt­­lə­nib ki, ilk ya­ra­dı­cı­lıq il­lə­rin­dən ge­niş türko­lo­ji are­na­ya çı­xa bil­miş, as­pi­ran­tu­ra dövrünü Aş­qa­bad­da ke­çir­miş­dir; məqsəd­li as­pi­rant ki­mi araş­dır­ma­la­ra məhz bu­ra­da baş­la­mış və Or­ta Asiya re­s­pub­li­ka­la­rı­nın dil­çi­lik alə­mi­nə bə­ləd ol­ma im­ka­nı qa­zan­mış­dır. 1969-cu il­də na­mi­zəd­lik, 1992-ci il­də dok­tor­luq dis­ser­ta­siy­a­sı müda­fiə et­miş­dir.

Ali­min araş­dır­ma­la­rı­nın baş möv­zu­su fel­dir. Gör­kəm­li Av­ro­pa və rus türko­loq­la­rı­nın, Azər­bayc­an dil­çi­lə­­ri­nin, ay­rı-ay­rı türk xalq­­la­rı dil­çi­lik el­mi­nin na­i­liy­yət­lə­ri­ni böyük zəh­mət­lə öy­rən­mə­si nə­tic­ə­sin­də fel­lə­rin türk dil­lə­rin­də qram­ma­tik və se­man­tik xüsu­siyyə­t­lə­ri­nə da­­ir zə­ng­in bi­lik əl­də et­miş, al­dığı el­mi təcrübə və öz duy­­ğu-düşün­cə­­lə­ri əsa­sın­da ma­raq­lı el­mi nə­tic­ə­lə­rə gəl­miş, qiy­mət­li təd­qi­qat əsər­lə­ri or­taya çı­xa­ra bil­miş­dir. Rus və türkmən dil­lə­ri­ni mükəm­məl bil­mə­si H.Qu­liy­e­və bu sa­hə­də ge­niş mey­dan aç­mış, böyük im­kan­lar ya­rat­mış­dır.

 

Di­li­mi­zin el­mi şə­kil­də öy­rə­nil­mə­sin­də, el­mi mor­fo­lo­g­iya və sintak­sis kur­sla­rı­nın ya­ra­dıl­ma­sın­da Dil­çi­lik İn­sti­tu­tu­nun bu­rax­dığı ki­tab­la­rın, xüsu­si­lə üç cild­lik «Müa­sir Azər­bay­can di­li» mo­no­qra­fiya­sı­nın böyük ro­lu olub. Hə­sən mü­əl­lim bu ki­tab­la­rın əsas müəl­lif­­lə­rin­dən ol­maq­la bə­ra­bər, bir tə­rəf­dən də, 70-80-ci il­lər­dən öz əməyi­ni ye­ni fi­lo­lo­ji kadr­la­rın ye­tiş­di­ril­mə­si­nə yö­nəl­də bil­miş­dir. Türko­lo­gi­ya­nın müxtə­lif pro­blem­lə­ri, o cüm­­lə­dən nitq mə­də­niyy­ə­ti mə­sə­lə­lə­ri ilə ar­dıc­ıl məş­ğul olan H.Qu­liy­ev iki cild­lik «Oğ­uz qru­pu türk dil­lə­ri­nin müqay­i­sə­li qram­ma­ti­ka­sı» ki­ta­bı­nın da əsas müəl­lif­lə­rin­dən­dir.

Azər­bayc­an el­mi­nin xa­ric­də ta­nın­ma­sın­da Hə­sən Qu­li­ye­vin xüsu­si xid­mət­lə­ri var­dır. Dünya­nın bir çox şə­hər­lə­rin­də - Mos­kva, Sankt-Pe­ter­burq, Daş­kənd, Al­ma­tı, Ufa, Çe­bok­sar, Uj­qo­rod, Ye­­ka­te­rin­­burq, Ki­şiny­ov və s.-də ke­çi­ri­lən böyük el­mi kon­frans­lar­da türko­lo­g­iy­a­nın ak­tu­al pro­blem­lə­rin­dən mə­ru­zə­lər et­miş, Azər­bayc­an türko­lo­gi­ya el­mi­nin na­i­liyy­ət­lə­ri­nin ge­niş elm alə­mi­nə çı­xa­rıl­ma­sın­da xey­li əmək sərf et­miş­dir. Av­ro­pa, rus və türk xalq­­la­rı ara­sın­da geniş şö­h­rət qa­zan­mış, müxtə­lif xalq­la­rın fi­lo­lo­g­iya və ta­rixşünas­lıq sa­hə­sin­də na­i­liyy­ət­lə­ri­ni yay­an «Türko­lo­giya» jur­na­lın­da ar­dıc­ıl çıxış edir. Bu jur­na­lın çox­say­lı oxuc­u­la­rı onun müxtə­lif il­lər­də dərc olun­muş 20-dən ar­tıq mə­qa­lə­si ilə ta­nış ol­mu­ş­lar.

Hə­sən müəl­lim yal­nız türk dil­lə­ri­nin qu­ru­luş xüsu­siy­yət­lə­ri­nin təd­qi­qi ilə mə­şğ­ul ol­mur, o, Azər­bayc­an di­li­nin so­si­al-iq­ti­sa­di problem­­lə­ri­nin həl­lin­də xüsu­si möv­qeyi, fə­al iş­ti­ra­kı olan alim­lə­ri­miz­dən­dir. Rəh­bər­lik et­diyi şö­bə­nin iş pla­nın­da türk dil­lə­ri­nin əlaqəli öy­rə­nil­mə­si ilə bağ­lı is­tək və ar­zu­la­rı­nın ge­ni­ş­liyi müşa­hi­də olu­nur. La­kin çap işi­nin çə­tin­liyi uc­ba­tın­dan şö­bə­nin cild-cild əsər­lə­ri­nin yığ­ı­lıb qal­ma­sı tə­əssüf do­ğu­rur.

Hə­sən Qu­liy­e­vin bir alim ki­mi ye­tiş­mə­sin­də aka­de­mik M.Şi­rə­liy­e­vin, re­s­pub­li­ka EA-nın müxbir üzvü N.Ağa­za­də­nin, Türkmə­nis­tan EA-nın müxbir üzvü Z.Mə­həm­mə­do­va­nın böyük xid­mət­lə­ri olmuş­dur

Hör­mət­li ali­min həy­a­tı da­ha çox Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu ilə bağ­lı ol­muş­dur. La­kin onun fəa­liy­yə­ti yal­nız bu in­sti­tut­la məh­dud­laş­ma­mış, o, ali mək­təb­lər və el­mi mər­kəz­lər­lə da­im əla­qə saxla­mış, müxtə­lif fən­lər­dən dərs de­miş, də­fə­lər­lə Pe­da­qo­ji Uni­ver­si­tet­də, Dil­lər in­sti­tu­tun­da döv­lət im­ta­han ko­mis­si­ya­la­rı­na rəh­bər­lik et­miş­dir.

İn­di Hə­sən müəl­lim şə­rə­f­lə, vic­dan­la ya­şa­dığı ömrünün 60-cı ba­ha­rın­da­dır. Dönüb ge­riyə - 60 il­lik həy­at yo­lu­na, 40 il­lik el­mi-pe­da­qo­ji və ic­ti­mai fə­a­liyy­ə­ti­nə nə­zər sa­lıb, bu hə­yat­da fay­da­lı iz qoy­duğu üçün fə­rəh­lə­nə bi­lər.

30.10.1998

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az