BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

ÜRƏK DƏRDİ, VƏTƏN YA­NĞ­I­SI

 

Oq­tay İsg­ən­dər oğ­lu Ələk­bə­rov (Oq­tay Zə­ng­i­lan­lı) 1939-cu il­də Zə­ng­i­lan ray­o­nun­da ana­dan olub. 1962-ci il­də BDU-nun ge­o­lo­g­iya-coğ­ra­fiya fakültə­si­ni bi­ti­rib. Uzun müddət doğ­ma ray­o­nu­nun Minc­i­van qə­sə­bə­sin­də­ki 36 nö­m­rə­li də­mir­yol or­ta mək­tə­bin­də müəl­lim işləy­ib. Ha­zır­da Ba­kı­da fəa­liyy­ət gö­s­tə­rən Zə­ng­i­lan qaç­qın mək­tə­bin­də pe­da­qo­ji fəa­liyy­ə­ti­ni da­vam et­di­rir.

Bu söz­lər 50 ya­şı­nı xey­li əv­vəl ad­da­mış bir in­sa­nın qı­sa tərcü­me­yi-ha­lı­dır. Biz bun­la­rı bir ne­çə sə­t­rə yer­ləş­dir­dik. La­kin Oqtay­ın Vətən duyğ­u­la­rı, köçkünlük əzab­la­rı, ulu yer­lə­rin hə­s­rə­ti ilə döyünən qəl­bi­nin ke­çir­diyi his­slə­ri cild-cild ki­tab­la­ra sığ­ış­dır­maq olmaz. Oq­tay­ın Ba­kı­da evi də var, ya­şay­ış şə­ra­i­ti də pis dey­il. Gö­zəl öv­lad­la­rı - oğ­ul-uşaq­la­rı, nə­və­lə­ri də ya­nın­da­dır. La­kin könül açılmır, ürək gülmür. Və­tən ni­sg­i­li, doğ­ma tor­paq­la­rın ət­ri, axar çaylar, də­rin də­rə­lər, hər gün göz­lə­ri­ni zil­lə­diyi uca dağ­lar, o yer­lə­rin çölü, çə­mə­ni, ətir­li ya­sə­mə­ni, kənd yol­la­rı­nın to­zu-tor­pağı be­lə yad­dan çıx­mır, gö­zə­g­örünməz bir ri­şə ilə ürək tel­lə­ri­ni o yer­lər özünə çə­kir, ürək mi­sil­siz bir it­ki­nin tə­si­ri ilə da­im nəy­i­sə ax­ta­rır, nə­dən­sə na­ra­hat­dır - qur­tar­mır bu ağ­ır bə­la­dan, qur­ta­ra da bil­məz o doğ­ma yer­lə­rə ayaqları­mız dəy­məy­incə, o kol­­la­rı, o ağ­ac­la­rı, o daşla­rı, o tor­pağı quc­aq­lay­ıb öp­məy­incə, ürək bo­şal­maz, təmiz­lənməz, özündə ra­hat­lıq və yün­güllük tap­maz o tor­paq­la­ra sə­ri­lib hönkür-hönkür ağ­la­ma­yınca, in­ti­qam ne­ştə­ri düş­mən ürəy­i­ni dağ­la­may­ınca-deş­məy­incə:

 

Kə­dər də­ni­zin­də üzən gə­miy­əm,

Ya­nıq­lı bir udun zi­li, bə­miy­əm.

Yur­du vi­ran qa­lan elin qə­miy­əm,

Bir və­tən hə­s­rə­ti göz itir­mi­şəm.

 

Oq­tay­ın Və­tən hə­s­rə­ti ifa­də edən şer­lə­rin­də bir Kə­rəm ya­nğı­sı, Qə­rib ya­nğ­ı­sı, Qur­ba­ni ya­nğ­ı­sı var:

 

Tor qur­du­lar, tərk ey­lə­dim oba­mı,

Qoy­ub gəl­dim bal­ta, də­h­rə, ya­ba­mı.

Sübh yu­xum­da sönmüş gördüm so­ba­mı,

Ba­ba oc­ağ­ım­da köz itir­mi­şəm.

 

Xa­in­lə­rin, sat­qın­la­rın, al­çaq­la­rın, ya­ra­maz­la­rın, və­zi­fə və hakimiyy­ət qul­la­rı­nın uc­ba­tın­dan doğ­ma yur­du­nu, ata mə­za­rı­nı itirən, mə­şəq­qət­li günlər ke­çi­rən, ata-ba­ba mə­za­rı­na yad öl­kə­dən hə­s­rət­lə boy­la­nan in­san­la­rın dər­di­dir süzülüb gə­lir Oq­tay­ın qə­lə­mindən:

 

İran­dan hey bax­dım ata qə­b­ri­nə,

De­dim kaş gi­rəy­dim onun ye­ri­nə,

Kə­dər kən­di­rim­də en­dim də­ri­nə,

Ağ­laya-ağ­laya çal­dım qəm ta­rın,

Qo­ruya bil­mə­dim ata mə­za­rın.

 

Qaç­qın və köçkün həy­a­tı, ça­dır şə­hərc­ik­lər, xa­rici­lə­rin gön­dər­diyi, yer­li na­mərd­lə­rin da­ha çox öz ara­la­rın­da bölüşdürdüyü pay insa­nı təh­qir edir, əy­ir, al­çal­dır, in­san qəl­bi üsyan edir, bu dərd­lə­rə tab­la­mır:

 

Tap­da­la­nır abır, həya,

Yar­dım al­maq is­tə­mi­rəm.

Lə­nət sə­nə, be­lə dünya,

Qaç­qın qal­maq is­tə­mi­rəm.

 

Qəl­bə dəy­ir gündə bi­ri,

Ud­maq ol­mur hər təh­qi­ri.

Ru­hum ölür di­ri-di­ri,

Qaç­qın qal­maq is­tə­mi­rəm.

 

Oq­tay yax­şı bi­lir ki, bu xalq ye­nil­məz­dir. La­kin araya ni­faq sa­lan­lar, xal­qı bir­ləş­məyə, ümu­mi düşmə­nə qar­şı bi­rgə müba­ri­zəyə imkan ver­məy­ən tay­fa­baz­lar, öz vic­da­nı­nı pu­la sa­tan­lar, Və­tən tor­pağı ilə al­ver edən­lər var. Na­mus yükünü çə­kən in­san­lar be­lə­lə­ri­nin qur­ban­la­rı­dır:

 

 

 

 

 

 

Yal­taq­lıq gö­s­tə­rib rütbə ala­nı,

Xal­qın dərd-qə­min­dən uzaq qa­la­nı,

Xal­qın bir­liy­i­nə ni­faq sa­la­nı

Bir qul ba­za­rın­da sa­ta bil­mi­rəm.

 

La­kin Oq­tay qəm örtüyünə bürünüb göz ya­ş­la­rı tök­mək­lə Və­tə­nə qo­vuş­mağ­ın mümkünsüzlüyünü də yax­şı dərk edir. Və­tə­nə qovuş­maq üçün, düşmə­ni di­şi ilə, dır­nağı ilə di­dib ya­ra­lı tor­paq­la­rı düşmən tap­dağ­ın­dan xi­las et­mək üçün bütün Azə­rbayc­an ay­ağa qalx­ma­lı­dır:

 

Gəz­məy­əc­əm ye­tim-ye­tim,

Var min­lər­lə nər ig­i­dim.

Edib ya­dı di­dim-di­dim

Yurd-yu­va­ma qay­ı­dac­am.

 

Sülh ilə ol­ma­sa, cə­ng­lə,

Ya­raq­la­nıb top, tüfə­ng­lə,

Vu­ru­şub za­lım fə­lək­lə

Yurd-yu­va­ma qay­ı­dac­am.

 

Tor­pağ­ın özü ki­mi, onun hə­qi­qi öv­lad­la­rı da pak­dır, tə­miz­dir, qey­rət­li­dir, in­sa­f­lı­dır. Bi­zim xalq heç vaxt özgə pay­ı­na, özgə tor­paq­la­rı­na göz dik­məy­ib. Zor iş­lə­dən, qo­lu­zor­luya söy­kə­nib baş­qa­la­rı­nı əz­məyə ça­lı­şan yox­sul mə­nə­viyy­at­lı ci­bi­do­lu in­san­lar­la ya­na­şı, «arxa­lı» xal­q­lar da var. Da­xi­li sat­qın­lar bu ar­xa­lı kö­pək­lər­lə tez bir­lə­şə bi­lir­lər:

 

Ar­xa­lı kö­pəy­in qoy çıx­sın ca­nı,

Düşmən içəc­ək­dir tökdüyü qa­nı.

Ta­n­rım, düz yo­la çək özün dünya­nı,

Özg­ə­dən biz tor­paq um­mu­ruq, val­lah,

Qə­lə­bə se­vinci ver bi­zə, Al­lah!

 

Sir­li-so­raq­lı bu dünya­dan baş aç­maq, ta­n­rı­nın iş­lək­lə­ri­ni ba­şa düşmək, bu dünya­nın mən­ti­qi­ni duy­maq və qav­ra­maq ol­duqca çə­tin­dir. İn­san bə­zən bu dünyaya nə üçün gə­lib-getdy­i­ni da an­laya bil­mir. Cə­miyy­ə­tin işıq­lı bir ide­a­lı ol­ma­dıq­da, ke­çi­ləc­ək yol in­san üçün qaran­lıq ol­duq­da açıl­maz, sir­ri bi­lin­məz oy­un­lar içə­ri­sin­də ça­ba­layan in­san tə­ng­nə­fəs olur, san­ki çə­ki­siz­lik şə­ra­i­ti­nə düşür:

 

Dünya ha­kim, kö­lə­si mən,

Har­dan sir­rin bi­lə­si mən?

Doğ­u­lan mən, ölə­si mən,

Bi­ləm­mi­rəm dünya nə­dir.

Və ya:

 

Tər­si­nə dövr edir bu çər­xi-fə­lək,

Haq­sız­lar haq­lıya tu­ş­lay­ır tüfə­ng,

Za­man dünya­mı­zı di­dir pə­lə­ng tək,

Ağ­lay­ır uşaq tək yüzündə dünya.

 

Di­də­rg­in­lik dər­di böyük dərd­dir, di­də­rg­in həy­a­tı üzün­tülü və təh­qir­lər­lə do­lu­dur. Bu oy­un­la­rın ba­şın­da du­ran­lar var. Kim­dir, bil­mək ol­mur. Oq­tay da bu his­slə­ri ke­çi­rir, be­lə dəh­şət­li oy­un­la­rın qur­ba­nı ol­duğu üçün fər­yad qo­pa­rır:

 

Gü­nah­kar kim­dir ki, ara­nı qat­dı,

Xa­in, yay­lağ­ı­mı, ara­nı sat­dı.

Köksümə di­də­rg­in ti­ka­nı bat­dı,

Bir fəry­ad qo­pa­rır sözüm «di­də­rg­in».

 

Mən can­lı şə­hi­dəm, duy­maz­san bu­nu,

Düşmüşəm bə­laya, bi­lin­mir so­nu,

Gey­i­nib əy­ni­nə bir mə­lək do­nu

Mə­ni az qo­va­la, ay də­li əc­əl.

 

Ək­sə­riyy­ə­ti və­tən hə­s­rə­ti ifa­də edən şeir­lər içə­ri­sin­də cə­sur və igid döyüşçülə­ri­mi­zin, qə­h­rə­man və­tən öv­lad­la­rı­nın, şə­hid­lə­ri­mi­zin, şəhidlik zir­və­si­nin tə­s­vi­ri­nə həsr edil­miş şeir­lə­ri də ma­raq­lı və tə­sir­li­dir. Bu cə­hət­dən «Şə­hid­lər öl­məz­dir - öl­mə­zi ağ­la­maz­lar» şe­ri diq­qəti, xüsu­si­lə cəlb edir. Və­tə­nin bay­rağ­ı­nı uca tu­tan, ölümün gözünə dik baxan, cəl­lad­lar önündə qorx­maz day­a­nan, ölümün üzünə sil­lə vu­ran şə­­hid­lər:

 

 

Şə­hid­lər qey­rət çə­kən

yur­dun və­tən­da­şı­dır,

Şə­hid­lər azad­lığ­ın

uca hey­kəl da­şı­dır.

Şə­hid­lər qə­lə­bə­nin

se­vinc­dən göz ya­şı­dır.

Şə­hid­lər şim­şək ki­mi -

bu­lud­lar sax­la­maz­lar,

Şə­hid­lər öl­məz­lər­dir -

öl­mə­zi ağ­la­maz­lar.

 

Ge­ne­ral Mə­həm­məd Əsə­do­vun xa­ti­rə­si­nə həsr olun­muş «Ağ­lay­ır ana Zə­ng­i­lan», Mil­li qə­h­rə­man Əsə­din xa­ti­rə­si­nə həsr olun­muş «Ölümünə inan­mı­ram», ig­id döyüşçü Fir­do­vsi­nin xa­ti­rə­si­nə həsr olunmuş «Ölüm ya­raş­may­ır sə­nə, Fir­dov­si», «Hər­bi xid­mət­lə­rə gö­rə» me­da­lı ilə təl­tif edil­miş Na­dir Ba­ha­dur oğ­lu­na həsr olun­muş «Qrad Na­dir» və bun­lar­dan əla­və, «Ölüm qor­xu­su­nu at­dı Eti­bar», «Üç oğ­ul dəfn edir bu gün Minc­i­van», «Ay qo­çaq Nə­bi», «Qal­dı ürək­lər­də», «Qəd­di­ni bükmə, Dağ­bəyi» şeir­lə­ri və­tən ig­id­lə­ri­nin can­lı şücaə­tindən bəhs edir. Qə­h­rə­man şə­hid­lə­rin bir ço­xu da­xi­li xəy­a­nə­tin qur­ban­la­rı­dır:

 

Ya­man gündü, qalx, Mə­həm­məd!

Ha­nı do­st­lar - To­fiq, İs­mət?

Bu nə ta­le, necə qi­s­mət -

Ağ­lay­ır ana Zə­ng­i­lan.

 

To­fiq Ab­di­nin bir ya­zı­sın­da dey­il­diyi ki­mi, «Oq­tay Zən­gi­lan­lı bir dərd şa­i­ri ola­raq diq­qə­ti çək­mək­də­dir. Oq­ta­yın şeir­lə­rin­də ağ­rı ta­ri­xi Qa­ra­bağ sa­va­şı ilə doğ­ul­muş­dur». (Türkiy­ə­də çap olu­nan «Ye­­ni Asiya» qə­ze­ti, 5 may 1995-ci il, An­ka­ra.)

«Se­vinc­li mə­həb­bət, qəm­li mə­həb­bət» ru­b­ri­ka­sın­dan gö­rün­düyü ki­mi, hət­ta mə­həb­bət mə­qa­mın­da da şa­i­rin bir gözü gü­lən­də, bir gözü ağ­lay­ır. «Qəm­li bax­ma göz­lə­ri­mə», «Mən bir mə­həb­bət acıyam», «Dö­zə bil­mi­rəm», «Niyə ya­tıb bəx­tim mə­nim», «Əl­lə­ri­nin hə­ra­­rə­ti» və baş­qa şeir­lə­ri saf və tə­miz bir qəl­bin çır­pın­tı­la­rı­dır. Gənc­­lik eş­qi ilə ya­zıl­mış bu şeir­lər­də hüzn, kə­dər, qəm­lə ya­na­şı, aşiqin dözümü də öz ifa­də­si­ni tap­mış­dır:

 

Hər möh­nə­tə dö­zəc­əy­əm,

Külək olub əsəc­əy­əm,

İlk se­vg­i­mi gə­zəc­əy­əm,

Mən bir mə­həb­bət ac­ıy­am.

Göz­lə­rin­də yad ba­xı­şam,

Hə­s­rə­tin­dən sa­ral­mı­şam.

Ya­zı ötüb, qar­lı qı­şam,

İn­di mə­nə sözün nə­di?

 

 

«Sən­siz mə­ni zülmət boğ­ar, Ba­ha­rı­ma qar­lar yağ­ar», «Gül-­çi­çəyi sol­muş ya­zam», «Şi­rin­liyi it­miş di­ləm», «Qa­ra dönüb qa­ra ­sa­çım», «Saç­la­rım­da da­rağ­ım­dır əl­lə­ri­nin hə­ra­rə­ti» və s. ki­mi sə­mi­mi mi­s­ra­lar ori­ji­nal dey­im tər­zi, şa­ir duyğu­la­rı­nın tə­bii ifa­də va­si­tə­lə­ri ki­mi diq­qəti cəlb edir. «Var­sa mə­həb­bə­tin tacı, dürda­nə­si Füzu­li­dir», «Əla­­­cı yox­sa eş­qin, bil, ça­rə­si Füzu­li­dir» və s. dü­şün­dürücü mi­s­ra­la­rı Oq­tayı sevdirir. Onun şeir­lə­ri­ni oxuy­an hər kəs Zə­ng­i­la­nın gö­zəl dağ­la­rı, meşə­ləri, bu­laq­la­rı, əkin-bi­çin sa­hə­lə­ri ilə görü­şə gə­lir. Şüb­hə­siz, bunlar qaç­qın yer­li əha­li üçün, az da ol­sa, tə­s­kin­lik mənbə­y­i­dir. Ab Sey­id də­rə­si, Bar­taz yay­lağı, Qo­tur su, İs­may­ıl bulaq­la­rı, Süsən meşəsi, Çi­nar me­­şə­si «Öl­səm, Zən­gi­lan­dır dər­di­mə dərman» dey­ən şai­rin ürək çır­pın­tı­la­rı ilə təs­vir et­diyi me­şə­lər, dağ­lar, bu­laq­lar, yay­laq­­lar­dır. «Kö­nül­lər ox­şay­an Çi­nar me­şə­si», «Qı­vrı­la-qıv­rı­la axan Bə­­sit çay», «Ba­bək­­dən iz qa­lan Şə­h­ri- Şə­ri­fan» ki­mi mis­ra­lar şa­i­rin ürək şə­ra­rə­lə­ri­dir.

Oq­tay söz­dən us­ta­lıq­la is­ti­fa­də et­məyi bac­a­rır və sözün qiy­mə­ti­ni yax­şı bi­lir. Söz­dən riy­a­kar­lıq­la is­ti­fa­də edən­lə­ri sev­mir. «Söz» şe­rin­də dey­ir:

 

Lay­iq ol­may­an kəs tə­ri­f­lə­nən an

Söz özü uta­nır, qı­za­rır, inan.

 

Oq­tay sa­də bir adam­dır, söh­bətc­il və me­h­ri­ban bir in­san­dır. Sız­lay­an ka­man ki­mi, ürək dərd­lə­ri­ni sə­mi­mi şeir­lə­ri ilə ifa­də edir. «Şeir yaz­maq is­tə­mi­rəm» de­sə də, ağ­rı­lar, ac­ı­lar, ürək dərd­lə­ri göz ya­ş­la­rı­na qa­rı­şa­raq mi­s­ra­la­ra çe­v­ri­lir. Ma­raq­lı nəğ­mə­lə­ri, uşaq şeir­lə­ri və qə­zəl­lə­ri var. Bütün bun­lar bir el şa­i­ri mən­zi­lə­sin­də olan Oqta­y­ın dərd­lə­ri­ni, se­vinc­li və kə­dər­li günlə­ri­ni gə­lə­cə­yə, gə­ləc­ək nəs­lə apar­maq üçün ən yax­şı va­si­tə­lər­dir.

Gün o gün ol­sun ki, Zə­ng­i­la­nın - ana Zə­ng­i­la­nın suyu, tor­pağı, ha­­va­sı, me­şə­si, dağ­la­rı, çə­mən­lə­ri, bu­laq­la­rı, qəh­rə­man oğ­ul və qız­la­­rı ilə ya­na­şı, Şu­şa­nı, La­çı­nı, Kəl­bəc­ə­ri, Qu­bad­lı­nı, Cə­b­ray­ı­lı, Fü­zu­­li­ni bir an be­lə unut­may­an Oq­tayı o tor­paq­lar­da tə­b­rik edək, onun tə­bəssüm və se­vinc ya­ş­la­rı­na bürünmüş üzündən öpək, öpək...

26.11.1998 .

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az