BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

Fİ­Zİ­KA İLƏ LİRİKANIN VƏH­DƏ­Tİ

 

Bu üçüncü fi­zik­dir ki, ya­ra­dıc­ı­lığ­ı­nın po­eziya qo­lun­dan söz açıram. Vüqar Əmir oğ­lu ƏLİY­EV!

Vüqar Əliy­ev 1955-ci il­də Qa­ray­a­zı­nın dil­bər gu­şə­lə­rin­dən olan Soğ­an­lıq kən­din­də ana­dan olub. Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin fi­zi­ka fakültə­si­ni, Azər­bayc­an Elm­lər Aka­de­miy­a­sı­nın əy­a­ni as­pi­ran­tu­ra­sı­nı bi­ti­rib. Be­lo­ru­siya Elm­lər Aka­de­miy­a­sı­nın Bərk Ci­sim­lər Fi­zi­ka­sı İn­sti­tu­tun­da dok­to­ran­tu­ra ha­zır­lığı ke­çib. Fi­zi­ka-riya­ziyy­at elm­lə­ri dok­to­ru­dur. Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı, Böyük Bri­­ta­niya, Ru­siya, Al­ma­niya, Fran­sa, İs­ve­ç­rə ki­mi öl­kə­lər­də çap olun­muş 100-ə qə­dər el­mi əsə­rin və 4 ix­ti­ra­nın müəl­li­fi­dir. 1986-cı il­də SSRİ Ko­s­mo­nav­ti­ka Fe­de­ra­siy­a­sı­nın Fə­x­ri fər­ma­nı ilə təl­tif olu­nub. Gör­kəm­li fi­zik ki­mi, Nyu-York Elm­lər Aka­de­miy­a­sı­nın, ABŞ-ın və Ya­po­niy­a­nın Fi­zi­ka Cə­miyy­ə­tləri­nin hə­qi­qi üzvüdür.

Fi­zi­ka sa­hə­sin­də təd­qiq və araş­dır­ma­la­rı da­vam et­dir­mək­lə ya­naşı, Vüqar Əliy­ev bir xey­riyy­ə­çi ki­mi də fəa­liyy­ət gö­s­tər­mək­də­dir. Onun hi­may­ə­si və ma­liyyə yar­dı­mı ilə özünün də re­dak­siya hey­ə­ti­nin üzvü ol­duğu Re­s­pub­li­ka Elm­lər Aka­de­miy­a­sı­nın «Fi­zi­ka» el­mi jur­na­lı müvəf­fə­qiyy­ət­lə nəşr olun­maq­da­dır.

İn­san­la­rın ta­ley­i­nə qaç­qın­lıq düşdüyü gündən V.Əli­yev xal­qı­mı­zın və­tən­pər­vər və qey­rət­li oğ­lu ki­mi, bir qaç­qın uşaq bağ­ça­sı­nı himay­əyə götürmüşdür. Onun xey­riyy­ə­çi­lik fə­a­liyy­ə­ti qə­dir­bi­lən xal­qı­mız tə­rə­fin­dən yüksək qiy­mət­lən­di­ril­miş­dir. O, H.Z.Ta­ğıy­ev Fə­x­ri müka­fa­tı­nın la­u­re­a­tı­dır. Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Qaç­qın­la­rla iş üzrə Ali Ko­mis­sar­lığı gön­dər­diyi min­nət­dar­lıq mək­tu­bun­da onun qaç­qın uşaq­la­ra gö­s­tər­diyi xey­riyyə yar­dı­mı­nı yüksək qiymət­lən­dir­miş­dir.

Vüqar Əliy­ev ümu­mən çox­şa­xə­li və ge­niş fə­a­liyy­ət dai­rə­si­nə ma­lik­dir. Nan­kor­luğ­un psi­xo­lo­g­iy­a­sı sa­hə­sin­də apar­dığı araş­dır­ma­lar ma­raq­lı nə­tic­ə­lər ver­miş­dir. Pri­ori­tet xa­rak­ter­li bu təd­qiq­lə­ri­nə gö­rə o, bu ya­xın­lar­da Böyük Bri­ta­niya və Şi­ma­li İr­lan­diya Asiya Kral Cəmiyy­ə­ti­nə üzv se­çil­miş­dir. Vüqa­rın fi­lo­lo­g­iya sa­hə­sin­də araş­dır­ma­la­rı da ma­raq doğ­u­rur. İlk də­fə ola­raq Azər­bayc­an fol­k­lo­run­da «çı­raq» ob­ra­zı­nı araş­dır­mış­dır. Onun bu sa­hə­də­ki araş­­dır­ma­la­rı mo­no­qra­fiya şək­lin­də nə­ş­rə ha­zır­la­nır.

Bütün bun­lar gö­s­tə­rir ki, Vüqa­rın po­eziya sa­hə­sin­də ad­dım­la­rı, şeir ya­ra­dıc­ı­lığı tə­sadüfi dey­il­dir. Əli­miz­də olan top­lu onu bir şa­ir kimi də səc­iyy­ə­lən­dir­məyə im­kan ve­rir.

Vüqa­rın po­eziy­aya mey­li­ni nə ilə izah et­mək olar?

Hər şey­dən əv­vəl qeyd et­mə­liy­ik ki, fi­zi­ka ilə li­ri­ka ara­sın­da gözə­g­örünməz əla­qə­lər­dən po­eziya alə­mi­nə giz­li bir yol var. Di­g­ər tə­rəf­dən, ta­rix gö­s­tə­rir ki, əsl is­te­dad sa­hib­lə­rin­də tə­bi­ət elm­lə­ri ilə ya­na­şı, incə­sə­nət duy­u­mu da güclü olur. Şübhə­siz, Vüqa­rın po­etik ya­ra­dıc­ı­lığ­ın­da bu cə­hə­tin də ro­lu böyükdür. Am­ma mə­nə elə gə­lir ki, Vüqa­rı po­eziya alə­mi­nə çə­kən onun mühi­ti­dir - doğ­u­lub boya-ba­şa çat­dığı, gənc­lik il­lə­ri­ni ke­çir­diyi Qa­ray­a­zı mühi­ti­dir. Qa­ray­a­zı mühi­ti elə bir mühit­dir ki, da­im gör­kəm­li saz və söz sə­nət­kar­la­rı yeti­rir. Mən hə­lə bu əra­zi­dən elə bir şəxs gör­mə­mi­şəm ki, po­eziya vu­rğ­u­nu, xüsu­sən aşıq şe­ri­nin pə­rəs­tiş­ka­rı ol­ma­sın. Elə bu­na gö­rə də Vüqa­rın yaz­dığı şeir­lər ək­sə­riyy­ət eti­ba­ri­lə xalq po­eziy­a­sı janrla­rın­da­dır - qoş­ma­lar­dan, gə­ray­lı­lar­dan, di­va­ni­lər­dən, təc­nis­lər­dən, us­tad­na­mə­lər­dən, bay­a­tı­lar­dan, qı­fıl­bənd­lər­dən, müxəm­məs, müsəd­dəs və sa­ir­dən iba­rət­dir.

Şi­fa­hi xalq şe­ri­nin də öz əbə­di möv­zu­la­rı var. Bu möv­zu­lar içə­ri­sin­də gö­zə­lin tə­ri­fi, se­vg­i­liyə vu­rğ­un­luq, hic­ran ya­nğ­ı­sı, vüsal ar­zu­su ta­ri­xən da­ha güclü olub, el şa­ir­lə­ri­ni da­ha çox dil­lən­di­rib. Vüqa­rın «Nə gö­zəl ya­ra­dıb ya­ra­dan sə­ni», «Ay gə­lin», «Piş­va­zın­da day­an­dım», «Qa­da­sın alım», «Var», «Çək, qa­dan alım» qoş­ma­la­rı, «Qur­ban olum», «Yal­va­ra-yal­va­ra», «Ya­rım mən­dən küsüb get­di», «Bəd­nə­zər var» və s. gə­ray­lı­la­rı mə­həb­bət möv­zu­sun­da­dır. Bu cür şeir­lər­də müqay­i­sə və epi­tet­lər də çox za­man klas­sik ya­zı­lı və şi­fa­hi ədə­biyy­at­dan gə­lir:

 

Ni­lu­fər qoy­nun­da meh­man ol­duğ­um,

Nə gö­zəl ya­ra­dıb ya­ra­dan sə­ni!

Si­mu­zər boy­nu­na hey­ran ol­duğ­um,

Nə gö­zəl ya­ra­dıb ya­ra­dan sə­ni!

 

Və­tən və yurd se­vg­i­si, doğ­ma tor­pağ­ın yad­lar tap­dağ­ın­dan xi­la­sı bütün və­tən­pər­vər in­san­lar ki­mi, Vüqa­rı da düşündürür, na­xə­ləf və nan­kor qon­şu­la­rı­mı­zın uc­ba­tın­dan suyu qu­ruy­an bu­laq­la­rı­mız, gülü sol­muş bağ­ça­la­rı­mız, cığ­ır­la­rı it­miş çə­mən­lə­ri­miz onun qəlb ağ­rı­la­rı­nı üzə çı­xa­rır, za­ma­nın ya­rat­dığı, ha­kim­lə­rin ağ­ıl­sız­lığ­ın­dan, xəy­a­nət və və­zi­fə hə­ris­liy­in­dən, siy­a­si kor­luğ­un­dan do­ğ­an «ça­dır şə­hərc­ik» in­san qəl­bin­də ağ­ır kə­dər ya­ra­dır:

 

Şax­ta vur­muş, gülü sol­muş bağ­ça­lar,

Bülbüllə­ri su­s­muş ça­dır şə­hərc­ik…

Ku­zə­lə­ri sın­mış dil­bər bu­laq­lar,

Su­la­rı qu­ru­muş ça­dır şə­hərc­ik…

 

Vüqa­rın ar­zu­la­rı bütöv bir elin, böyük bir xal­qın ar­zu­su­dur:

 

Və­tə­nin üstündən du­man çə­kil­sin,

Ni­sg­i­lin, hic­ra­nın ömrü kə­sil­sin,

Bay­rağ­ı­mız Xan­kən­din­də yüksəl­sin,

Ta­n­rıya uza­nan əl­lər se­vin­sin.

 

Vüqar ina­nır ki, və­tə­nin qə­h­rə­man oğ­ul­la­rı, qə­h­rə­man qız­la­rı öz qi­sa­sı­nı alac­aq, və­tən düşmən tap­dağ­ın­dan xi­las olac­aq, hər kəs öz doğ­ma yur­du­na qay­ı­dac­aq, ye­ni­dən abad­lıq, qu­ruc­u­luq iş­lə­ri ba­ş­layac­aq:

Qaç­qın­la­rın ana­sı­san,

Qi­sa­sı­nı ala­sı­san.

Füzu­li­də qa­la­sı­san,

Dəy­a­nət­li Afət xa­nım!

 

Ümu­mən, Vüqar bəxt, ta­le mə­sə­lə­lə­ri­nə ina­nan, inam­lı və iman­lı bir in­san­dır. Ona gö­rə də saf qəl­b­li, işgü­zar in­san­la­rın xoş­bəxt­liyi­nə ina­nır, göy­lə­rin be­lə­lə­ri­nə yar ol­ma­sı­nı ar­zu­lay­ır. La­kin fə­ləy­in də iş­lə­rin­dən baş aç­maq ol­mur:

 

Vaxt olar, ye­tər­sən da­da, mu­ra­da,

Vaxt olar, yol­la­rı bağ­lar­san, fə­lək!

Vaxt olar, qoy­ar­san qu­rub-ya­ra­da,

Vaxt olar, dərd ve­rib dağ­lar­san, fə­lək!

 

«Çı­raq» möv­zu­su Vüqa­rın sev­diyi möv­zu­dur. Çı­raq de­dik­də, vətə­nin işıq­lı in­san­la­rı­nın işıq­lı ar­zu­la­rı­nı, Azər­bayc­an ziy­a­sı­nı, düşmə­nin gözünə xənc­ər ki­mi ba­tan müba­riz­lik ru­hu­nu, düşmə­nin gözünü kor edən qı­lınc pa­rıl­tı­sı­nı nə­zər­də tu­tur:

 

Düşmə­nə gö­s­tə­rər cə­ng ilə zo­ru,

Hücu­ma çağ­ı­rar hər də­mir qo­lu.

İşıq­la za­ra­fat edən nan­ko­ru

İşığ­ı­na hə­s­rət qoy­an çı­rağ­ım!

 

Tor­paq se­vg­i­si Vüqar­da çox güclüdür. Zə­ma­nə gənc­lə­ri­nin bir ço­xun­dan fər­q­li ola­raq, doğ­u­lub-böyüdüyü tor­pağa ürək tel­lə­ri ilə bağ­lı­dır. Bu­na gö­rə də «Soğ­an­lıq» möv­zu­su­na bir ne­çə də­fə qayıt­mış, boya-ba­şa çat­dığı bu kən­də bir ne­çə şeir həsr et­miş, doğ­ma kən­di­ni se­və-se­və tə­s­vir et­miş­dir:

 

Ye­nə də qoy­nu­na düşdü gü­za­rım,

Doğ­ma obam, ba­ri­g­a­hım Soğ­an­lıq!

Könlümün oy­lağı, gülüm, gülza­rım,

Dil əz­bə­rim, sey­rə­ng­a­hım Soğ­an­lıq!

 

«Az çək­mi­şəm cə­fa­sı­nı, çox sürmüşəm sə­fa­sı­nı», «Qə­bir­də də qa­da­sı­nı ala­sıy­am Soğ­an­lığ­ın» dey­ən şa­ir Soğ­an­lıq kən­di­nin düşmən önündə bir qa­la ki­mi dur­duğ­u­nu, bar­lı-bə­rə­kət­li tar­la­la­rı­nı, «Kür qırağ­ın­da gülüstan» bir yurd ol­duğ­u­nu incə və zə­rif duy­ğu­lar­la tərənnüm edir.

Vüqar­da ata-ana se­vg­i­si, ata və ana­nın si­ma­sın­da və­tə­nin ulu in­san­la­rı­na se­vgi oxuc­uya xoş tə­sir bağ­ı­ş­lay­ır:

 

Əziz anam, şi­rin lay­lam,

qəlb sir­da­şım Sa­ra­bəy­im!

İlk əlif­bam, yol yol­da­şım,

məs­lək­da­şım Sa­ra­bəy­im!

 

Ana yal­nız se­vgi oby­ek­ti yox, ey­ni za­man­da, sir­daş­dır, oğ­ul dərd­lə­ri­ni din­ləy­ən ana­la­rın tim­sa­lı­dır. Anaya mürac­i­ət­lə de­diyi şeir­dən ay­dın olur ki, Vüqar da asan yol ke­ç­mə­miş, xey­riyy­ə­çi­lik im­kan­la­rı­na qə­dər ka­sıb­lıq mə­ng­ə­nə­sin­də sı­xıl­mış, ha­lal zəh­mə­ti, müba­riz­lik ru­hu ilə çə­tin­lik­lər­dən xi­las ola bil­miş­dir. «Var» rə­di­f­li şeir bu cə­hət­dən da­ha səc­iyy­ə­vi­dir:

 

Rüzg­a­rın küləyi əsib,

Ru­zi yol­la­rı­nı kə­sib.

Pis gün qi­s­mə­ti­mə nə­sib,

Yax­şı gü­nə hə­s­rə­tim var.

 

Vüqa­rın mi­ni­atürlə­ri, he­kay­ə­lə­ri və baş­qa janrda şeir­lə­ri də var­dır. Şeir elə bir aləm­dir ki, hər bir is­te­dad sa­hi­bi­ni gec-tez özü­nə çəkir. Vüqar hə­lə gənc­dir. İs­tək və ar­zu­la­rı böyükdür. Biz ona el­mi və bə­dii ya­ra­dıcı­lıq sa­hə­sin­də da­ha böyük uğ­ur­lar ar­zu­lay­ır və ümid edi­rik ki, onun bu ilk şeir top­lu­su oxuc­u­lar üçün də ma­raq­lı ola­caqdır.

***

 

Vüqar Əliy­ev klas­sik alim­lər ki­mi­dir. Fi­zi­ka-riy­a­ziyy­at elm­lə­ri dok­to­ru­dur, la­kin el­min, ədə­biyy­at və inc­ə­sə­nə­tin, de­mək olar ki, bütün sa­hə­lə­ri ilə ma­raq­la­nır. Tə­bi­ət eti­ba­ri­lə son də­rəcə xe­yir­­xah və işıq­lı bir şəxs olan Vüqar Od, İşıq, Gü­nəş, Çı­raq möv­zu­su­nun vurğ­u­nu­dur. Bir şa­ir ki­mi, bu günlər­də çap et­dir­diyi ki­ta­bı­nı da «Çı­rağ­ı­mı se­vən­lə­rə» ad­lan­dır­mış­dır.

Vüqar Əliy­ev xal­qı­mı­zın ya­rat­dığı fol­k­lor nümu­nə­lə­ri­nin top­lan­ma­sı və təd­qi­qi ilə mə­şğ­ul­dur. Oxuc­u­la­ra təq­dim et­diyi bu ki­tab isə («Gü­nəş, Od, Oc­aq, Mə­şəl, Şam, Çı­raq», Ba­kı, «Oğ­uz eli» nəş­­­­riyya­tı, 1998) kon­kret bir möv­zuya, ümu­mi­ləş­miş şə­kil­də de­sək, İşıq möv­zu­su­na həsr olun­muş­dur. Ki­ta­bın adı bə­şə­riyy­ə­tin bu sa­hə­də­ki mə­də­ni yüksə­liş yo­lu ba­rə­də çox şey dey­ir: Gü­nəş­dən Oda, Oc­ağa; Oc­aq­dan Mə­şə­lə, Mə­şəl­dən Şa­ma, Çı­rağa gə­ti­rib çı­xa­ran in­ki­şaf yolu ba­rə­də zə­ng­in el­mi-bə­dii tə­səvvür ya­ra­dır.

Dünya xal­q­la­rı­nın fol­k­lo­ru çox zə­ng­in­dir və cild-cild ki­tab­la­ra sığ­maz. Bun­la­rın ha­mı­sı haq­qın­da ba­laca bir ki­tab­da mə­lu­mat ver­mək qey­ri-mümkündür. Hət­ta kon­kret bir möv­zu - İşıq möv­zu­su ilə bağ­lı dünya xal­q­la­rı fol­k­lo­run­dan seçmələr də, əg­ər ki­fay­ət qə­dər əha­tə edil­sə, nə­hə­ng bir ki­ta­ba sığ­maz­dı.

Vüqar Əliy­ev bu cə­hə­ti nə­zə­rə ala­raq çox sev­diyi bu möv­zu ilə bağ­lı si­s­tem­li tə­səvvür ya­rat­maq üçün, ilk tə­şəbbüs ki­mi, ön plan­da Azər­bayc­an fol­k­lo­ru ol­maq­la, dünya xalq­la­rı fol­k­lo­run­dan se­ç­mə­lər əsa­sın­da ma­raq­lı bir top­lu ha­zır­la­mış­dır.

Ki­tab fol­k­lo­run ki­çik janrla­rı­nı - inam-eti­qad­lar, al­qı­ş­lar-du­a­lar, qa­rğ­ı­ş­lar-bəd­du­a­lar, and­lar-qə­səm­lər, ata­lar söz­lə­ri və zərbi-mə­səl­lər, bay­a­tı­lar, tap­mac­a­lar, at­mac­a­lar, ya­nılt­mac­lar, hik­mət­li söz­lər və sa­i­ri əha­tə edir. Azər­bayc­an fol­k­lor nümu­nə­lə­ri ilə ya­na­şı, ing­i­lis, rus, am­xar, ərəb, baş­qırd, Vyet­nam, qa­qa­uz, gürcü, dar­gin, qə­dim hind, zu­lu, qa­zax, kal­mık, qı­rğ­ız, çin, Ko­reya, lak, İn­do­ne­ziya, mon­qol, Ne­pal, ose­tin, fars, sin­qar, ta­tar, te­luq, tu­vin, türk, türkmən, öz­bək, çe­çen, ya­pon və s. çox müxtəlif xalq­la­rın fol­k­lo­run­dan seçmə­­lər oxucu üçün ma­raq­lı ola­caq­dır. Gü­nəş, Od, Oc­aq, Mə­şəl, Şam, Çıraq möv­zu­su­nu əha­tə edən fol­k­lor nümu­nə­lə­ri ək­sə­riyy­ət eti­ba­ri­lə müa­sir ol­sa da, bu­ra­da qə­dim abi­də­lər­dən se­ç­mə­lər də var­dır. Azər­bayc­an fol­k­lo­ru Ara­zın hər iki sa­hi­li­ni əha­tə edir. Baş­qa xal­q­la­rın dey­im­lə­ri (mə­sə­lən, ing­i­lis mə­səl­lə­ri) bə­zən həm ori­ji­nal şə­kil­də, həm də tərcümə edi­lə­rək ve­ril­miş­dir. Baş­qa xal­q­la­rın fol­k­lor seç­­mə­lə­ri­ni müəl­lif rus di­lin­də ver­mə­li ol­muş­dur.

Müəl­li­fin yaz­dığı gi­riş onun zövqü, ümu­mi el­mi ma­raq da­i­rə­si, düşüncə və dünya­g­örüşü ba­rə­də xoş tə­əssürat ya­ra­dır.

Top­lu xa­ric­i­lər üçün də fay­da­lı olac­aq. Müəl­lif tə­rə­fin­dən ki­ta­bın so­nun­da ve­ri­lən bib­li­o­qra­fik aray­ış, hik­mət­li söz müəl­li­f­lə­ri haq­qında mə­lu­mat və is­ti­fa­də olun­muş ədə­biyy­at Azər­bayc­an ədə­biyyatı və mə­də­niyy­ə­ti haq­qın­da mə­lu­mat al­maq üçün zə­ng­in ma­te­ri­al ve­rir.

Ki­tab oxuc­u­la­rın kö­məyi ilə gə­ləc­ək­də tək­mil­ləş­di­ri­lə bi­lər.

 

1998

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az