BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

XALQ SEVGİSİ İLƏ

 

Xalq sevgisi qazanmış yazıçı Anarın bu günlərdə 60 yaşı ta­mam olur. Anar çoxşaxəli yaradıcılıq yolu keçmiş, dra­ma­turq, ssenarilər müəllifi, jurnalist və ictimai xadim ki­mi şöhrət qazan­mışdır.

 

QƏZƏNFƏR KAZIMOV,

professor

 

Anar, hər şeydən əvvəl, nəsr ustasıdır - görkəmli na­sir­dir.

Əsl bə­dii əsər həy­at hə­qi­qət­lə­ri­nin, in­san psi­xo­lo­gi­ya­sı­nın kəş­fi ilə mə­şğ­ul olur. Hə­qi­qi po­eziya nümu­nə­lə­ri in­sa­nın, adi adam­­la­rın gündə yüz də­fə­lər­lə üzləş­diyi, la­kin ki­fay­ət qə­dər mə­na­lan­dı­ra bil­mə­diyi ha­di­sə­lə­rin yüksək ob­raz­lı­lıq­la mə­na­lan­dı­rıl­ma­sı yo­lu ilə yara­nır. Ana­rın əsər­lə­ri in­sa­na in­sa­nın özünü ta­nıt­maq­da, in­sa­nın də­ru­ni duyğu və düşüncə­lə­ri­ni tə­bii və emo­si­o­nal şə­kil­də üzə çı­xar­maq­da xüsu­si tə­sir gücünə ma­lik­dir. Fü­zu­li heç bir el­mi-tex­ni­ki ix­ti­ra­nın müəl­li­fi dey­il­di. La­kin onun qə­zəl­lə­ri bə­dii kəş­flər­lə do­lu­dur. Bu cə­hət qüd­rət­li ya­zı­çı qə­lə­mi­nin ən yüksək key­fiyy­ət­lə­rin­dən­dir. Ana­rı ilk gündən bir yazı­çı ki­mi ta­nı­dan, sev­di­rən cə­hət­lər­dən bi­ri bu­dur. Mə­nim tə­səvvürümdə 60-70-ci il­lər­dən kök sal­mış «Anar» im­za­sı ilə bu­günkü «Anar» im­za­sı ara­sın­da cid­di fərq yox­dur, hal­bu­ki ya­ra­dıc­ı­lığ­ın ka­mil­ləş­mə­si ba­xı­mın­dan fərq ol­ma­mış dey­il.

Anar mə­nim nə­zə­rim­də sı­ç­ray­ış­sız, mər­hə­lə­siz, bütöv və tə­bii bir ya­ra­dıc­ı­lıq yo­lu ke­ç­miş­dir. Sə­bəb odur ki, ya­zı­çı zə­if, ib­ti­dai, möv­qe­siz əsər­lər­lə ba­ş­lay­ıb təd­ri­cən par­la­maq yo­lu ilə get­mə­miş, ilk he­kayə və po­vest­lə­rin­dən özünü hə­qi­qi is­te­dad sa­hi­bi, hə­qi­qi ya­zı­çı ki­mi ta­nıt­mış və tə­s­diq et­miş­dir. Onun im­za­sı 40 ilə ya­xın bir müd­dət­­də öz san­ba­lı­nı, ağ­ır­lığ­ı­nı sax­la­mış, la­kin, şübhə­siz, tə­si­ri­ni da­ha da ar­tır­mış və müdrik­ləş­miş­dir. Odur ki ilk he­kay­ə­lə­ri­nin ardınca ye­ni nə­s­rin tə­lə­b­lə­ri­nə müva­fiq ya­zıl­mış «Ağ li­man», «Dan­te­nin yu­bi­leyi», «Mol­la Nə­s­rəd­din - 66», «Ada­mın ada­mı», «Macal», «Də­də Qor­­qud» po­ve­st­lə­ri, «Beş­mər­tə­bə­li evin al­tıncı mər­tə­bə­si» ro­ma­nı, ne­çə-ne­çə sse­na­ri­lə­ri mey­da­na çıx­dıq­­ca, bun­la­rın ha­mı­sı­na tə­bii bax­mı­şıq, bun­la­rın ha­mı­sı­nı Ana­rın ya­zı­çı tə­kamülünün tə­bii nə­tic­ə­si say­mı­şıq.

Anar tə­bi­ət eti­ba­ri­lə nə qə­dər sa­kit və təm­kin­li­dir­sə, əsər­lə­rin­də ha­di­sə­lə­rin tə­s­vi­ri o qə­dər ritmli, in­ten­siv və çe­vik­dir; he­kayə və po­ve­st­lə­rin­də ha­di­sə­lər sa­kit görü­nən bir şəx­sdə nor­ma­dan ar­tıq döyü­nən ürək ki­mi­dir. Anar bütöv və uzun, qram­ma­tik nor­ma­la­ra tam əməl edil­miş cümlə­lər­lə fi­k­rin ifa­də­si­nə ça­lış­mır. Be­lə ol­sa idi, onun he­kay­ə­lə­rin­də ha­di­sə­lər yığ­ı­nı bir ro­ma­na çev­ri­lər­di. Ya­zı­çı bə­dii fakt­la­rı qı­sa, çe­vik, sürət­lə sa­da­la­maq­la irə­li­ləy­ir və bu xüsu­siyy­ət onun ilk ya­zı­la­rın­dan for­ma­laş­mış­dır.

İlk he­kay­ə­lə­rin­dən bi­rin­də - 1961-ci il­də qə­lə­mə al­dığı «Tak­si və vaxt» he­kay­ə­sin­də «20 ya­şın­da 20 ya­şı­nın qə­d­ri­ni bil­məy­ən», «day­a­zı də­rin görü­nən fəl­sə­fə­lə­rə qa­pı­lan» ki­şi gənc və gö­zəl Nər­gi­zin gö­zəl­liyi qar­şı­sın­da bütün gənc­lik eh­tiras­la­rı ilə ti­t­rəy­ir, za­hi­rən nə qə­dər sa­kit görünsə də, da­xil­dən o qə­dər di­di­lib-par­ça­la­nır, bu gö­zəl qı­zı tak­si ilə se­vg­i­li­si­nin ad günü məc­li­si­nə yo­la sa­lar­kən, az qa­la, ya­zı­çı­nın de­diyi ki­mi, «cə­layi-za­man ol­maq» də­rəc­ə­si­nə gəlir: «Yer­də şə­hər. Küçə­lər. Adam­lar. Bu tak­si. Bu tak­si­­də dördü­müz. Sürücü. Nə­rg­iz. Mən. Bir də mə­nim əca­ib mə­həb­­bə­tim. Yox, bir də mə­nim ya­şım - tak­si say­ğac­ı­nın rə­qəm­lə­ri ki­mi bir-bi­ri­ni təqib edən il­lə­rin sayı. Bir də mə­nim kə­də­rim. Bir də onun nə ağ­ı­la, nə tə­ri­fə, nə də bu ma­şı­na sığ­may­an gö­zəl­liyi… «Cümlə­lər şeir mis­ra­la­rı ki­mi oxu­nur. Bu­ra­da­kı tem­pin iza­hı­na bu temp­lə çat­maq ol­mur. Kişi bütün bun­la­rı öz qəl­bin­də vu­ruş­du­rur, la­kin, şübhə­siz, qız bu sa­kit və me­h­ri­ban «əmi»nin da­xi­lən necə di­di­lib-par­ça­lan­dığ­ın­dan xə­bər­siz­dir. Gənc ya­zı­çı­nın fəl­sə­fi qə­na­ə­ti də doğ­ru­dur: «Həy­at mu­si­qi ki­mi­dir. O, so­na yet­mək­çün da­vam edir, day­a­na bil­məz; qı­rı­la bi­lər, kə­si­lə bi­lər, su­sa bi­lər. La­kin da­ya­na bil­məz…» Fürsət və gənc­lik quş ki­mi­dir: uç­du, tu­ta bil­məz­sən, ox ki­mi­dir: atıl­dı, ge­ri qay­ta­ra bil­məz­sən. 20 ya­şı­nı iki də­fə­dən də çox ad­da­mış ki­şi düz düşünür; in­di mane­ə­lər da­ha çox­dur: «O vaxt qar­şım­da yal­nız öz bi­ga­nə­liy­im, öz la­qeyd­liyim, öz də­ru­ni «soy­uğ­um» du­rur­du. İn­di isə re­al ke­çil­məz səd­lər. Yaş. Adam­lar. Rəy­lər. Əx­laq nor­ma­la­rı…»

Anar «Də­də Qor­qud» po­ve­s­ti­ni 70 - 73-cü il­lər ara­sın­da ya­zıb və hə­min po­vest əsa­sın­da çox uğ­ur­lu «Də­də Qor­qud» fil­mi ya­ra­dı­lıb. Po­vest­də və film­də Də­də Qor­qu­dun de­di­yi aşağ­ı­da­kı söz­lər in­san qu­lağ­ın­da ta­ri­xin əbə­di yad­da­şı ki­mi səs­lə­nir: «Oğ­ul, Azər, onu bil ki, tor­pağ­ın yurd, və­tən ol­ma­sı üçün iki şərt la­zım­dır. Bi­ri odur ki, gə­rək bu tor­pağı yağ­ı­lar­dan qo­ruy­a­san. O tor­pağı ki, qo­ruya bil­mə­din, onu əkib-bec­ər­məy­i­nə dəy­məz. O tor­pağı ki, əkib-bec­ər­mə­din, onu qo­ru­mağa dəy­məz». Yal­nız bu söz­lə­rə gö­rə, yüz il, min il so­nra da o po­ve­s­ti oxu­mağa, o fil­mə bax­ma­ğa dəy­ər.

Anar in­san duyğ­u­la­rı­nı ifa­də et­mək­də, həm də yüksək po­etik bir dil ilə ifa­də et­mək­də us­ta­dır. Bu hal bir də onun­la bağ­lı­dır ki, bir yazı­çı ki­mi, o, ümum­xalq di­li­nə, onun müxtə­lif lay­la­rı­na, də­rin qat­la­rı­na hey­rət doğ­u­rac­aq də­rəc­ə­də də­rin­dən bə­ləd­dir. Bu cə­hət - ümum­xalq di­li oke­anı­na bə­ləd­lik yal­nız ya­zı­çı söv­qi-tə­bii ilə dey­il­dir. Anar Mir­zə Cə­lil, Ə.Haq­ver­diy­ev zə­mi­nin­də boy at­maq­la, da­im dil­də yad meyil və tə­mayüllə­rə qar­şı müba­ri­zə ru­hun­da bö­yümüş, di­li­mi­zin mil­li ru­hu­nu qo­ru­maq, onun zə­ng­in­lik­lə­ri­ni üzə çı­xar­maq yo­lun­da is­te­dad və əməy­i­ni əsi­rgə­mə­miş, xalq şa­i­ri R.Rza­nın alın­ma­la­rı ye­ni ta­pın­tı­lar­la əvəzet­mə və mil­li­ləş­dir­mə işi­ni da­ha mürək­kəb və qa­ba­rıq psi­xo­lo­ji-linq­vi­s­tik plan­da irə­li­lət­miş­dir. «Də­də Qor­qud» po­ve­s­ti­nin lek­si­ka­sı­nı nə­zər­dən ke­çir­mək­lə, onun xalq di­li­nin in­ki­şa­fı ta­ri­xi­nə, zə­ng­in xalq di­li lek­si­ka­sı­na necə bə­ləd ol­duğ­u­nu gör­mək çə­tin dey­il. 68-ci il­dən re­dak­to­ru və na­şi­ri ol­duğu «Qo­bu­s­tan» jur­na­lın­da­kı dil fə­a­liyy­ə­ti mil­li­ləş­dir­mə və ət­raf mühi­tə tə­sir ba­xı­mın­dan xüsu­si təd­qi­qə lay­iq­dir.

1984-cü il­də yaz­dığı «Nə­s­rin fə­za­sı» mə­qa­lə­sin­də ilk də­fə ola­raq 60-cı­lar nə­s­ri­nin bir sı­ra səc­iyy­ə­vi əla­mət­lə­ri izah edil­miş­dir. 60-cı­lar nə­s­ri­nin ye­ni key­fiy­yət­lə­ri­ni - bu nə­s­rin «ge­niş miqy­as­lı, çox­plan­lı tə­s­vir­lə­ri qə­bul et­mə­diy­i­ni», «hər şeyi bir rə­ng­də - çə­h­rayı və ya qa­ra rəngdə gör­mək is­tə­mə­diy­i­ni», «in­sa­nı mən­fi və ya müsbət, təq­li­də və ya in­ka­ra lay­iq deyə iki qi­s­mə böl­mə­diy­i­ni», «uc­dan­tut­ma hər şeyi izah et­məyə dey­il, bu dünya­nı dərk et­məyə can at­dığ­ı­nı», «ig­id­lik, na­mus, ləy­a­qət, vic­dan ki­mi key­fiyy­ət­lə­rin müstəs­na­lığ­ı­nı dey­il, ümu­mi­liy­i­ni tə­s­diq­lə­mək» yo­lu ilə get­diy­i­ni onun bu əsə­rin­dən öy­rəni­rik. Ya­zı­çı­nın bütün ya­ra­dıc­ı­lığı, o cümlə­dən «Beş­mər­tə­bə­li evin al­tıncı mər­tə­bə­si» ro­ma­nı bu əla­mət­lə­rin tə­bii nümu­nə­si kimi ya­ran­mış­dır. 60-cı­lar ədə­biyy­a­tı is­tiq­la­la apa­ran yo­lun ba­şın­da dur­muş­dur. 20-30-cu il­lə­rin azad­lıq müba­riz­lə­ri­nin ta­leyi uğ­ur­suz olduğu, 37-ci il ilə nə­tic­ə­lən­diyi hal­da, 60-cı­la­rın xoş­bəxt ta­leyi on­la­rın müstə­qil Azər­bayc­an­da fə­a­liyy­ət gö­s­tər­mə­lə­ri ilə nə­tic­ə­lən­di. Anar bu müba­ri­zə­də da­im ön cəb­hə­də ol­muş­dur. Təkcə «Yax­şı pad­şa­hın nağ­ı­lı» he­kay­ə­si­ni oxu­yan­lar ya­zı­çı­nı qa­nad­lan­dı­ran müba­ri­zə ru­hu­nu ay­dın gö­rə bi­lər­lər. Onu da qeyd edək ki, is­tiq­lal müba­ri­zə­si tək­cə 60-cı­lar ədə­biyy­a­tı­na məx­sus key­fiyy­ət dey­il­dir. Bu müba­ri­zə el­min, inc­ə­sə­nət və mə­də­niyy­ə­tin bütün sa­hə­lə­rin­də ol­muş­dur və hər bir sa­hə üzrə onun tə­d­rici in­ki­şaf və yük­sə­liş yo­lu­nun in­di xüsu­si təd­qi­qə eh­tiy­acı var­dır. Mə­sə­lən, dil­çi-tən­qid­çi­lər içə­ri­sin­də is­tiq­lal mü­ba­­ri­zə­si­nin gör­kəm­li nümay­ən­də­lə­ri A.Axun­dov, T.Hac­ıy­ev, Y.Se­yi­dov, A.Məm­mə­dov, K.Və­liy­ev, K.Ab­dul­lay­ev, N.Cə­fə­rov və b. (və bu ya­zı­la­rın müəl­li­fi) is­tiq­lal idey­a­la­rın­dan il­ham al­mış, bu idey­a­la­ra qol-qa­nad ver­mi­ş­lər.

Anar «cid­di»-li­rik və li­rik-epik ya­zı­çı­dır. Bu­ra­da­kı «cid­di»lik sa­ti­rik­liyə qar­şı du­ran bir an­lay­ış­dır. Yə­ni Anar sa­ti­rik ya­zı­çı de­yil­­dir. La­kin həy­at hə­qi­qət­lə­ri­ni qə­lə­mə alan elə bir sə­nət us­ta­sı tap­maq ol­maz ki, o, tə­bəs­süm, gülüş qam­ma­la­rın­dan is­ti­fa­də et­mə­sin. Sa­ti­ra­nı bir bə­di­i­lik prin­si­pi ki­mi bütün əsər­lə­ri­nə tət­biq et­mə­sə də, yə­ni bütövlükdə sa­ti­rik ya­zı­çı ol­ma­sa da, əsər­lə­rin­də­ki yu­mor­lu, sa­ti­rik epi­zod­lar onu sev­di­rən mühüm əla­mət­lər­dən­dir. Bir sı­ra əsər­lə­ri­nin pa­fo­su sa­ti­rik yol­la açı­lır. «Yax­şı pad­şa­hın nağ­ı­lı» he­kay­ə­si və «Mol­la Nə­s­rəd­din - 66»-ya da­xil olan ya­zı­la­rı sa­ti­rik plan­da­dır.

Gör­kəm­li sə­nət us­ta­la­rı yal­nız xalq di­lin­dən öy­rənmək­lə ki­fay­ət­lən­mir, müdrik və tu­tar­lı ifa­də­lər­lə xalq di­li­ni zə­ng­in­ləş­di­rir­lər. «Tari­xi-Na­di­ri ya­rı­sı­na qə­dər oxu­mu­şam», «Heç hə­na­nın ye­ri idi» və s. ki­mi ifa­də­lər in­di ümum­xalq di­lin­də ge­niş şə­kil­də iş­lən­mək­də­dir. Bu cür ifa­də­lər ya­ra­dıb-yay­maq­da Ü.Hac­ı­bəy­o­vun mu­si­qi­li kome­diy­a­la­rı­nın böyük ro­lu ol­muş­dur. Ana­rın sse­na­ri­si əsa­sın­da yara­dıl­mış film­lər­də, ya­zı­çı­nın te­le­vi­ziya ta­ma­şa­la­rın­da, dram əsər­lə­rin­də be­lə ifa­də­lər çox­dur. «Ev­lə­ri kön­də­lən yar» te­le­vi­ziya ta­ma­şa­sın­da ba­zar­ko­mun gənc şa­i­rin ilk ki­ta­bı­nı «150 qram» deyə çə­ki ilə qiy­mət­lən­dir­mə­si, «Hel­la­sı oxu» deyə izi itir­mək üçün və­rəq­lə­ri arasın­da pul giz­lə­diyi ta­nın­maz ya­zı­çı­nı az qa­la qa­dı­nı­nın gözünə soxma­sı ma­raq­lı ta­pın­tı-de­tal­lar­dan­dır.

Ya­zı­çı ki­no sə­nə­ti­mi­zin in­ki­şa­fı sa­hə­sin­də də xüsu­si xid­mət gös­tər­miş­dir. Onun «Də­də Qor­qud», «Üzey­ir Hacı­bəy­ov», «Gün keç­­di», «Hər ax­şam 11-də», «Tor­paq, Də­niz, Od, Sə­ma» və s. film­­lə­ri, «Ev­lə­ri kön­də­lən yar», «Ke­çən ilin son gec­ə­si» te­le­vi­ziya ta­ma­şa­la­rı xal­qı­mı­zın çox sev­diyi əsər­lər­dir.

 

Anar gənc­lik il­lə­rin­dən Azər­bayc­an Te­atr Cə­miyy­ə­ti sə­d­ri­nin bi­rinci müa­vi­ni, Asiya və Af­ri­ka öl­kə­lə­ri ilə Re­s­pub­li­ka Hə­m­rəy­lik Ko­mi­tə­si­nin sə­d­ri və s. ki­mi mühüm və­zi­fə­lər­də ça­lış­mış, hə­lə 60-cı il­lər­dən əsər­lə­ri rus, uk­ra­in, gürcü, er­mə­ni, es­ton, ta­tar, ing­i­lis, fran­sız, al­man, poly­ak, mac­ar, bol­qar, is­pan, ərəb, fars dil­lə­ri­nə tərcümə edil­məyə ba­ş­la­mış­dır. Ha­zır­da Re­s­pub­li­ka Ya­zı­çı­lar Bir­liyi­nin sə­d­ri və mil­lət və­ki­li ki­mi fə­a­liyy­ət gö­s­tər­mək­də­dir.

60 ya­şı­nı qeyd et­diy­i­miz ya­zı­çı bütün həy­a­tı­nı, is­te­dad və bacarığ­ı­nı xalq işi­nə, xal­qı­mı­zın mə­də­ni in­ki­şaf və yüksə­li­şi­nə sərf et­miş, böyük xalq se­vg­i­si qa­zan­mış­dır.

Bu se­vgi onu da­ha çox ya­şat­ma­lı­dır.

 

26.02.1998

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az