BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

NƏ­Rİ­MAN NƏRİMANOV - 125

 

Azər­bayc­an xal­qı­nın XIX əs­rin so­nu, XX əs­rin əv­vəl­lə­rin­də ye­tir­diyi böyük düha­lar­dan bi­ri də Nə­ri­man Kər­bə­layı Nəc­əf oğ­lu Nə­ri­ma­nov­dur.

N.Nə­ri­ma­nov, hər şey­dən əv­vəl, gör­kəm­li döv­lət xa­di­mi ol­muş­dur. O, xal­qı­mı­zın azad­lığı və müstə­qil­liyi yo­lun­da ar­dıc­ıl mü­ba­rizə apa­ran, bu yol­da öz həy­a­tı­nı qur­ban ve­rən na­dir şəx­siyy­ət­lər­dən­dir. Bir ma­a­rif­çi ki­mi, xal­qın sa­vad­lan­ma­sı üçün Ba­kı­da ilk küt­lə­vi qi­ra­ət­xa­na­la­rın təş­ki­lin­dən ba­ş­la­mış, Azər­bayc­an Xalq Ko­mis­sar­la­rı Sove­ti­nin Sə­d­ri, Za­qaf­qa­ziya İt­ti­faq So­ve­ti­nin Sə­d­ri, SSRİ Mər­kə­zi İc­ra­iyyə Ko­mi­tə­si Sədr­lə­rin­dən bi­ri ki­mi böyük və­zi­fə­lə­rə yüksəlmiş, xal­qın mə­na­fey­i­ni hər şey­dən əziz və uca tut­muş­dur.

N.Nə­ri­ma­nov bir hə­kim ki­mi uzun müddət xal­qı­nın xid­mə­tin­də dur­muş­dur. Xal­qı­mı­zın ma­a­ri­f­lən­mə­si yo­lun­da əlin­dən gə­lə­ni əsi­r­gə­mə­miş, müəl­lim­lər qu­rul­tay­ı­nın təş­ki­lin­də, mək­təb­lə­ri­mi­zin dərslik­lər­lə tə­min edil­mə­­si işin­də mühüm rol oy­na­mış, rus mək­təb­lə­ri üçün «Azər­bayc­an di­li», Azər­bayc­an mək­təb­lə­ri üçün «Rus dili» dər­slik­lə­ri, qram­ma­ti­ka ki­tab­la­rı, lüğət­lər ha­zır­la­mış­­dır.

Bun­lar­la ya­na­şı, N.Nə­ri­ma­nov həm də re­a­list ya­zı­çı idi. O, M.F.Axun­dov mək­tə­bi­nin ilk da­vam­çı­la­rın­dan­dır. 1896-cı il­dən ba­ş­lay­a­raq, «Na­dan­lıq», «Şam­dan bəy» pyes­lə­ri­ni, «Ba­ha­dır və So­na» ro­ma­nı­nı yaz­mış, «Pir», «Bir kən­din sə­rgü­zə­ş­ti» və b. əsər­lə­ri ilə re­a­list nə­s­rin in­ki­şa­fın­da xüsu­si rol oy­na­mış­dır. N.Nə­ri­ma­nov 1899-cu il­də «Na­dir şah» pye­si ilə Azər­bayc­an ədə­biy­ya­tın­da ta­ri­­xi fac­iə jan­rı­nın əsa­sı­nı qoy­muş­dur.

O həm də alov­lu pub­li­sist idi. Öz döv­rünün bir sı­ra qə­zet və jur­nal­la­rın­da alov­lu və üsyan­kar mə­qa­lə­lər­lə çı­xış edə­rək is­tib­da­dı, geri­lik və cə­ha­lə­ti, fa­na­tiz­mi qam­çı­la­mış­dır. Onun pub­li­sis­ti­ka­sı döyü­şlər­də, müba­ri­zə mey­dan­la­rın­da sı­naq­dan çıx­mış, mə­tin­ləş­miş bir pub­li­si­s­ti­ka idi.

N.Nə­ri­ma­nov üçün dünya­da hər şey­dən əziz ana di­li, Azər­bay­can di­li idi. O bu di­lin tə­miz­liyi, sa­f­lığı, in­ki­şa­fı uğ­run­da ömrü boyu müba­ri­zə apar­mış­dır. Bə­dii və pub­li­si­s­tik əsər­lə­ri ilə ədə­bi di­li­mi­zin xalq di­li lek­si­ka­sı və ic­ti­mai-siy­a­si ter­min­lər­lə zə­ng­in­ləş­mə­si­ndə xüsu­si xid­mə­ti var­dır.

Xal­qı­mız Nəriman Nə­ri­ma­no­vu və onun xid­mət­lə­ri­ni unut­mur. Ana­dan ol­ma­sı­nın 125 il­liyi günlə­rin­də onun bə­dii ya­ra­dıc­ı­lığı, fəlsə­fi və pe­da­qo­ji görü­şlə­ri, ic­ti­mai-siy­a­si fə­a­liyy­ə­ti da­ha ge­niş öyrə­ni­lir.

Xalq mə­na­fey­i­ni hər şey­dən əziz tu­tan bu böyük şəx­siyy­ə­tin ana­dan ol­ma­sı­nın 125 il­liyi günlə­rin­də biz bəşəri keyfiyyətləri - vətən, torpaq sevgisini, həqiqi bir türk olmaqla insanlığa məhəb­bəti, saflığı, təmizliyi on­dan öy­rə­ni­rik.

26.05.1996.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az