BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

Fər­man Kərimzadə - 50

 

MÜASİRLİK RUHU İLƏ

 

Alt­mış-yet­mi­şinci il­lər nə­s­ri­nin bir sı­ra gör­kəm­li nümay­ən­də­lə­ri ki­mi, Fər­man Kə­rim­za­də də Böyük Və­tən müha­ri­bə­si­nin kə­dər­li tə­əssüra­tı ilə böyümüş, bu tə­əs­sü­ra­tın doğ­ur­duğu düşüncə­lər­lə ədə­biyy­a­ta gəl­miş­dir. 1958-ci il­də qə­lə­mə al­dığı «41 nö­m­rə­li ay­aq­qa­bı» he­kay­ə­si ilk təcrübə ol­sa da, müha­ri­bə­nin fə­la­kət do­lu nə­ti­cə­lə­ri­ni tə­sir­li bir dil ilə oxuc­uya çat­dı­rır. «Son ek­s­po­nat», «Toy toğ­lu­su» hekay­ə­lə­ri də müha­ri­bə möv­zu­sun­da­dır, mü­ha­ri­bə­nin ağ­rı-ac­ı­la­rın­dan bəhs edir. «Son ek­s­po­nat»da ana qə­h­rə­man­lıq­la hə­lak ol­muş oğlu­nun mu­zey­də­ki köy­nəy­i­ni - öz əli ilə to­xu­duğu köy­nəyi qo­ru­mağa ça­lı­şır, oğ­lu­nun si­nə­si­ni də­lib-de­şən güllə ye­ri­ni mu­zey­də­ki ba­xım­sız­lıq­la, köy­nəyə gü­və düş­mə­si ilə əla­qə­lən­di­rir.

F.Kə­rim­za­də ha­di­sə­lə­rin mən­ti­qi­ni tut­mağı, ob­raz­la­rın mə­nə­vi-psi­xo­lo­ji alə­mi­ni ay­dın ci­zg­i­lər­lə əks et­dir­məyi bac­a­ran sə­nət­kar­dır. Bu cə­hət onun müha­ri­bə möv­zu­sun­da yaz­dığı he­kay­ə­lər­lə ya­na­şı, «Ölülər ya­lan da­nış­mır», «Mis qa­zan», «Ta­la­da», «Ümid», «Xı­na­lıq» və baş­qa he­kay­əl­ərin­də, «Xal­lı ma­ral», «Toy də­vət­na­mə­si» po­ve­st­lə­rin­də də güclü və qa­ba­rıq­dır. Po­ve­st­lər işıq­lı ide­al­lar təb­liğ edir, xalq ma­lı­nı dağ­ı­dan­la­rı, is­raf­çı­la­rı, əli­əy­ri­lə­ri, tüfey­li və kübar ya­şay­ış tər­zi­ni if­şa edir. «Xal­lı ma­ral» po­ve­s­ti­nin qə­h­rə­ma­nı Zə­kə­riyyə ha­rın zümrə­nin ad günlə­ri və müxtə­lif iş­rət məc­lis­lə­ri üçün bir-bir kə­s­di­rib apar­dıq­la­rı xal­lı ma­ral­la­rın qo­ru­ğu­nu dağ­ı­dır, «tə­bi­ət bu ma­ral­la­rı o cür ca­na­var­lar­dan da­ha yax­şı qo­ruy­ar» deyə, on­la­rı təbi­ə­tin qoy­nu­na qo­vur. «Toy də­vət­na­mə­si» ib­rə­ta­miz son­luq­la bi­tir: za­vod­dan oğ­ur­la­dığı bir ma­şın spir­ti xı­rıd edə bil­məy­ib qa­mış­lı gölmə­çəyə bo­şal­dan baş şə­rab­çı Və­li özü də hə­min göl­mə­çə­nin qur­ba­nı olur.

Göründüyü ki­mi, Fər­ma­nın ma­raq­lı he­kayə və po­vest­lə­ri var­dır. La­kin Fər­man Kə­rim­za­də im­za­sı da­ha çox ta­ri­xi ro­man müəl­li­fi kimi məş­hur­dur. 1967-ci il­də çap olun­muş «Qar­lı aşı­rım» onun ya­zıçı is­te­da­dı­nı, ümid­ve­rici və gə­ləc­ək­li bir na­sir ki­mi ye­tiş­diy­i­ni üzə çı­xar­dı.

F.Kə­rim­za­də «Qar­lı aşı­rım»da 30-cu il­lə­rin zid­diy­yət­lə­ri­ni, kol­lek­tiv­ləş­mə dövrünün çə­tin­lik­lə­ri­ni, özün­dən əv­vəl­ki nəsr us­ta­la­rı­nı tə­k­rar et­mə­dən ta­ma­mi­lə ye­ni ruh­da əks et­dir­di. 30-cu il­lə­rə 60-cı il­lə­rin və alt­mı­şınc­ı­la­rın gözü ilə ba­xış, ha­disə­lə­rin dol­ğun-dürüst məna­lan­dı­rıl­ma­sı bu əsə­ri oxuc­u­la­ra sev­dir­di. Xalq qəh­rə­ma­nı Abbas­qu­lu bəy Şad­lin­ski­nin ömrünün son üç günü, xal­qı­nın sə­a­də­ti yo­lun­da ürəy­i­ni mə­şə­lə çe­vir­mə­si, cə­sa­rət və qorx­maz­lığı, yüksək ağ­ıl və id­rak sa­hi­bi ki­mi təd­bir­li hə­rə­kət­lə­ri, qol­ço­maq qiy­a­mı­nı öz qa­nı ba­ha­sı­na ləğv edə bil­mə­si ya­zı­çı­nın ta­ri­xi fakt və ha­di­sə­lə­rə böyük duy­um və həs­sas­lıq­la ya­naş­dığ­ı­nı, yüksək ümu­mi­ləş­dir­mə gücünə ma­lik ol­duğ­u­nu gö­s­tə­rir. Kol­lek­tiv­ləş­məyə par­tiya rəh­bər­liyi, 30-cu il­lər kom­so­mo­lu­nun cə­sur müba­ri­zə­si, ge­niş kütlə­nin siya­si şüur sə­viyy­ə­si, müba­ri­zə və döyüş iq­ti­da­rı, düşmən qüvvə­lə­rin, Qəm­lo ki­mi­lə­rin sin­fi mə­na­feyi, fər­di-psi­xo­lo­ji key­fiyy­ət­lə­ri, köh­nə dünya adam­la­rı­nın tö­rət­dik­lə­ri bə­la­la­rın qur­ba­nı olan gü­nah­sız in­san­la­rın ta­leyi ro­man­da tə­bii boy­a­lar­la əks et­di­ril­miş, tə­sir­li və inan­dı­rıcı ve­ril­miş­dir.

Hər bir xal­qın ta­ri­xin­də unu­dul­maz sə­hi­fə­lər olur. Bu cür sə­hi­fə­lər adə­tən ic­ti­mai şüu­run yet­kin­liyi, mil­li dir­çə­liş və qur­tu­luş, böyük amal­lar uğ­run­da çar­pış­ma­nın kə­s­kin­liyi və nə­tic­ə­lə­ri ilə şərt­lə­nir. XVI yüzil­li­yin sübh çağ­ın­da Şah İs­may­ı­lın baş­çı­lığı ilə görü­lən iş­lər xal­qı­mı­zın so­nra­kı müqəd­də­ra­tı üçün güclü özülə çe­v­ril­di. Şah İsmay­ıl ki­mi ta­ri­xi şəx­siyy­ət­lər heç vaxt unu­dul­mur, inc­ə­sə­nə­tin, ədə­biyy­a­tın gücü ilə ye­ni­dən do­ğu­lur. F.Kə­rim­za­də­nin uzun təd­qiq və araş­dır­ma­lar­dan so­nra qə­lə­mə al­dığı «Xüda­fə­rin körpüsü» di­lo­giy­a­sı (ro­ma­nın ikinci ki­ta­bı­nın - «Çal­dı­ran dö­yü­şü»nün jur­nal va­ri­an­tı ilə bu ya­xın­lar­da ta­nış ol­duq) xal­qı­mı­zın ta­ri­xi­nə, 500 il əv­vəl­ki ba­ba­la­rı­mı­za mə­həb­bət və hör­mə­tin ifa­də­si­dir.

Oxuc­u­nu or­ta əsr Azər­bayc­an həy­a­tı­nın həy­əc­an­lı səh­nə­lə­ri ilə qar­şı­laş­dı­ran bu ro­man Ağ­qoy­un­lu­lar­la Sə­fə­vi­lər ha­ki­miyy­ə­ti­nin qovuş­duğu, bi­rinc­i­lə­rin ikin­ci­lər­lə əvəz­lən­diyi dövrün, Azər­bayc­an tor­paq­la­rı­nın bir­lik, Azər­bayc­an mə­də­niyy­ə­ti­nin yüksə­liş döv­rünün bə­dii sal­na­mə­si­dir. F.Kə­rim­za­də ye­ni fakt­lar əsa­sın­da dövrün zid­diyy­ət və çə­tin­lik­lə­ri­ni, qı­zıl­baş bay­rağı al­tın­da ta­ri­xi müba­ri­zə­nin məq­sə­di­ni, kök­lə­ri­ni müa­sir­lik ru­hu ilə tə­s­vir et­miş, qa­ran­lıq sə­hi­fə­lə­ri ki­fay­ət qə­dər işıq­lan­dır­mış­dır.

«Xüda­fə­rin körpüsü» is­tər ya­zı tər­zi, is­tər­sə də təh­kiyə və dia­loq­la­rı­nın sə­lis­liyi, zə­ng­in­liyi ilə se­çi­lən bir ro­man­dır, qə­h­rə­man­lıq da­s­ta­nı­dır. Hər iki ki­tab («Xüda­fə­rin körpüsü» və «Çal­dı­ran döyüşü») yüksək ideya-es­te­tik key­fiyy­ət­lə­ri, güclü ic­ti­mai-si­ya­si mə­ziyy­ət­lə­ri ilə ya­na­şı, qu­ru­luş, dil xüsu­siyy­ət­lə­ri ilə də diq­qə­ti çəkir. Zə­ng­in bə­di­i­lik va­si­tə­lə­ri oxuc­u­nu 500 il ke­ç­mi­şə apa­rır, təs­­­vir edi­lən dövrün ha­va­sı­na da­xil edir. Gö­zəl tə­bi­ət löv­hə­lə­ri, min­bir rə­ng hey­ran­lığı ilə ic­ti­mai ha­di­sə­lə­rin rəm­zi əla­qə­si ya­ra­nır.

F.Kə­rim­za­də­nin əsər­lə­ri ki­no sə­nə­ti üçün zə­ng­in ma­te­ri­al ve­rir. İlk ro­ma­nı əsa­sın­da çə­kil­miş «Axı­rın­cı aşı­rım» filmi Azər­bayc­an­filmin uğ­ur­la­rın­dan say­ı­lır. Ya­zı­çı­nın «Toy toğ­lu­su» he­ka­yə­si əsasın­da qı­sa­me­t­raj­lı «Zın­qrov», bir no­vel­la­sı əsa­sın­da «Mə­nim ar­va­dım, mə­nim uşaq­la­rım» fil­mi çə­kil­miş­dir. Şah İs­may­ıl haq­qın­da tu­­tar­lı bir əsər olan bu di­lo­g­iya özünün ki­no təc­əs­sü­münü göz­ləy­ir.

F.Kə­rim­za­də ix­ti­sa­sı­na gö­rə rəs­sam­dır. O, mad­di-mə­də­niyy­ət abi­də­lə­ri­nin qo­ru­nub-öy­rə­nil­mə­sin­də əmə­yi­ni əsi­rg­ə­mir. Öl­kə­mi­zin müxtə­lif yer­lə­rin­dən top­la­dığı sə­nət nümu­nə­lə­ri, qə­dim əşy­a­lar, silah və alət növ­lə­ri ya­zı­çıya ta­ri­xi qə­h­rə­man­la­rın həy­a­tı­nı, mə­i­şə­ti­ni, müba­ri­zə­si­ni can­lan­dır­maq­da kö­mək edir. Ya­zı­çı təs­­vir et­diyi hadi­sə­lə­rin baş ver­diyi əra­zi­lə­ri qa­rış-qa­rış gə­zir, qəh­­rə­man­la­rı­nın ye­ri-yur­du ilə ma­raq­la­nır. Ab­bas­qu­lu bəy Şad­lin­ski­nin ev mu­zey­i­nin açıl­ma­sın­da, Şad­lin­ski ilə bağ­lı sə­nəd­lə­rin top­lan­ma­sın­da ya­xın­dan iş­ti­ra­kı­na gö­rə bu günlər­də (Şad­lin­ski­nin 100 il­liyi günlə­rin­də) Naxçı­van MSSR Mə­də­niyy­ət Na­zir­liy­i­nin Fə­x­ri Fər­ma­nı ilə müka­fat­lan­dı­rıl­ma­sı da bu­nun­la bağ­lı­dır.

Fərman in­di ye­ni ta­ri­xi ro­man üzə­rin­də iş­ləy­ir. Ya­ra­dıcı­lığ­ı­nın bu ba­har çağ­ın­da, bu qay­nar çağ­ın­da ona da­ha böyük uğ­ur­lar di­ləy­i­rik.

06.03.1987

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az