BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

SƏNƏTKARIN QÜDRƏTİ

 

«Qar­lı aşı­rım» əsə­ri ilə oxuc­u­la­rın də­rin rəğ­bə­ti­ni qa­zan­mış is­te­dad­lı na­sir Fər­man Kə­rim­za­də­nin bu ya­xın­lar­da ye­ni bir san­bal­lı əsə­ri - «Xu­da­fə­rin körpüsü» ro­ma­nı çap­dan çıx­mış­dır. Əsər­də XV əs­rin axı­rı, XVI əs­rin əv­vəl­lə­rin­də baş ver­miş ha­di­sə­lər, gör­kəm­li döv­lət xa­di­mi və şa­ir Şah İs­may­ıl Xə­ta­i­nin uşaq­lıq və gənc­lik il­lə­ri, həy­a­tı və müba­ri­zə­si qə­lə­mə alın­mış­dır.

Müəl­lif «Xu­da­fə­rin körpüsü» ro­ma­nın­da yaş­lı nəs­lin ya­ra­dıc­ı­lıq ənə­nə­lə­rin­dən, dünya ədə­biy­ya­tı nümu­nə­lə­rin­dən bə­h­rə­lən­sə də, is­tər öz ya­zı ma­ne­ri, is­tər­sə də təh­kiyə və di­a­loq­la­rı­nın fər­di üslu­bi key­fiyy­ət­lə­ri ilə fər­q­lə­nə­rək ori­ji­nal və qiy­mət­li bir əsər ya­rat­mış­dır.

Ro­man yüksək ideya-es­te­tik key­fiyy­ət­lə­ri, ic­ti­mai-siy­a­si mə­ziy­yət­lə­ri ilə ya­na­şı, for­ma, qu­ru­luş, dil xüsu­siyy­ət­lə­ri ilə də diq­qə­ti cəlb edir. Ob­raz­la­rın dünya­g­örüşü, ha­di­­­sə­lə­ri dərk et­mə və mə­­­na­lan­dır­ma bac­a­rığı, sə­nə­tin şi­rin di­li ilə tə­zə­lə­nən bir çox fakt­lar və hadi­sə­lər, əsə­rin di­li­ni şərt­lən­di­rən zə­ng­in ifa­də­lilik və bə­di­i­lik va­si­tə­lə­ri oxuc­u­nu ru­hən və mə­nən ke­ç­mi­şə - 500 il əv­və­lə apa­rır, tə­s­vir edi­lən dövrün tə­bii mühi­ti­nə, ha­va­sı­na da­xil edir. Bu ha­va ro­ma­nın di­lin­də bütün de­tal­la­ra çök­müş­dür. İs­mayıl­la, ana­sı Aləm­şah­bəy­im­lə, Azər­bayc­an sər­kər­­də­lə­ri ilə, Sə­fə­vi­lər və qüdrət­li Ağ­qoy­un­lu sər­kər­də­si Uzun Hə­sən­lə, Sa­ra xa­tun­la bağ­lı səh­nə­lər əsər­də us­ta­lıq və mə­həb­bət­lə tə­s­vir edil­miş­dir.

Yu­mor, sim­vol­lar, orijinal müqay­i­sə­lər, ta­ri­xizmlər, to­po­nim və et­no­nim­lər, vul­qar söz və ifa­də­lər, and­lar, al­qış­lar, qa­rğ­ış və söyü­ş­lər, sər­rast di­a­loq­lar, zərb-mə­səl­lər, afo­rizmlər, lə­ti­fə və əh­va­lat­lar ta­ri­xi­liyi müha­fi­zə edib sax­la­maq­la ya­na­şı, ta­ri­xi ke­ç­mi­şin tə­s­vi­rin­də müəl­li­fə mühüm dil va­si­tə­lə­ri ki­mi kö­mək et­miş­dir.

Ko­mik əsər ol­ma­sa da, yu­mor, ki­nayə, is­teh­za da müəl­li­fin tez-tez mürac­i­ət et­diyi zə­ru­ri dil va­si­tə­lə­ri­dir. Yu­mor­lu söz və ifa­də­lər ob­raz­la­rın əh­vali-ru­hiyy­ə­si­ni, ha­di­sə­lə­rə nik­bin müna­si­bə­ti­ni, müəllif ten­den­siy­a­sı­nı əks et­di­rən mühüm bə­di­i­lik va­si­tə­lə­ri ki­mi ro­ma­nın di­li­ni nur­lan­dı­rır: «Mu­rad görürdü ki, bu, çox hən­ga­mə­li adam­dı». «Əli­mi də vur­mu­şam. Çox ən­d­ra­ba­di şey­di ». «Xa­cə Mə­n­sim quş idi; cin idi, şəy­a­tin idi, nə­di, elə bil, yer­dən çıx­dı, göy­dən düşdü » və s. Ob­raz­la­rın za­hi­ri cə­hət­lə­ri­nin tə­s­vi­rin­də də xü­su­si se­çil­miş söz və ifa­də­lə­rin, afo­rizmlə­rin ro­lu böyükdür: «Qa­sım bəy uca­boy, iri bu­run, iri qu­laq, ye­kə ağ­ız, hey­və­rə­nin bi­ri idi və be­lə adam­lar heç kim­lə xoş və nə­za­kət­lə da­nış­mağı bac­ar­mır­lar».

F.Kə­rim­za­də müqay­i­sə­lə­ri se­vir və uğ­ur­lu müqay­i­sə­lər ya­rat­mağı bac­a­rır. Ro­man­da bir çox ob­raz­la­rın za­hi­ri əla­mət­lə­ri­nin təs­vi­ri güclü, tu­tar­lı müqay­i­sə­lər­lə ve­ril­miş­dir. Bu cür müqay­i­sə­lər­lə həm mən­fi, həm də müsbət ob­raz­lar səc­iyy­ə­lən­di­ril­miş­dir. Əş­ya və oby­ekt­lə­rin təs­vi­ri də çox vaxt uğ­ur­lu müqay­i­sə­lə­rə əsas­la­nır: «Qaya­lıq­lar ha­mar dey­il­di. Elə bil qa­zan­da ya­nıb qa­ral­mış qənd par­ça­la­rı­nı bal­tay­la doğ­ra­mış­dı­lar», «Du­man də­rəyə yüngül, ağ pər­də çə­kir­di. Bə­zən də elə qa­lın­la­şır­dı ki, san­ki o də­rə­lər ağız­­ba­ağ­ız qarla do­lub» və s. Cə­ba­ni (Ço­ba­ni) düzündə qır­mı­zı di­lim pa­paq­lı qı­zıl­ba­ş­­la­rın ge­niş bir düzü bürümüş la­lə­lər­lə müqayi­sə­si, Gülüstan qa­la­sı­nın ət­ra­fı­na do­la­nan yo­lun uzaq­dan bax­dıq­da nə­hə­ng bir pəh­lə­va­nın atdığı kə­mən­də bən­zə­dil­mə­si mən­zə­rə­ni ki­no len­ti ki­mi əks et­di­rir. Fər­rux Ya­sar Sə­fə­vi­lə­ri çay­ır otu­na bən­­zə­dir: «On­lar çay­ır otu ki­mi bir şey­di. Nə qə­dər də­rin­dən qa­zır­san, çı­xa­rır­san, yan­dı­rır­san, əg­ər bir xır­da kök qa­lıb­sa, göy­ə­rib ye­nə hər ye­ri alır­lar». Bu cür müqay­i­sə­lər­də ob­ra­zın əməl­lə­ri və ob­yek­tə müna­si­bə­ti də ob­raz­lı ifa­də edil­miş olur.

Əsər­də and­lar, al­qı­ş­lar, qa­rğ­ı­ş­lar, du­a­lar çox tə­sir­li­dir, ona gö­rə ki ke­ç­mi­şin özündən qay­naq alır, za­ma­nın nəb­zi­nə, səc­iyy­ə­si­nə, nə­fə­si­nə uyğ­un şə­kil­də əsə­rə da­xil edil­miş­dir: «Ey bu ax­şa­mın sa­hi­bi, oğ­lu­mu sə­nə tap­şı­rı­ram. Sən onun ağ­lı­nı qı­lıncı, qı­lınc­ı­nı ağ­lı ki­mi iti, bax­tı­nı atı ki­mi yüyrək, ta­ley­i­ni göy­lər çı­rağı ki­mi işıq­­lı elə», «Bu do­st­luğa dönük çıx­sam, qı­lınc­ı­ma doğ­ra­nım, oxu­ma sanc­ı­lım» və s. Bun­la­rın bir ço­xun­da Də­də Qor­qud ifa­də tər­zi ay­dın duy­ul­maq­da­dır.

Möv­zu ilə, ha­di­sə­lə­rin baş ver­diyi yüzil­lik­lə əla­qə­dar, əsər­də ta­ri­xizmlə­rə, qə­dim tay­fa ad­la­rı­na, to­po­nim­lə­rə, ta­ri­xi-et­no­qra­fik əşya ad­la­rı­na tez-tez müra­ci­ət edil­miş­dir. Ta­ri­xizmlər, ic­ti­mai-siya­si və di­ni ter­mi­no­lo­ji söz­lər, qə­dim to­po­nim və et­no­nim­lər Uzun Hə­sən və Şah İs­may­ıl dövrünün can­lı mən­zə­rə­si­ni ya­rat­maq üçün əmə­li key­fiyy­ə­tə ma­lik­dir. Əsər­dən ay­dın olur ki, müəl­lif XV əs­rin son­la­rı­na məx­sus döyü­şən tay­fa­lar, or­du­lar, qa­la­lar, şə­hər­lər, öl­kə­lər haq­qın­da, döyüş lə­va­zi­ma­tı, gey­im və bə­zək şey­lə­ri, adət və ənə­nə­lər, qa­nun­lar, qay­da­lar ba­rə­də ta­ri­xin pə­ra­kən­də şə­kil­də qoy­ub get­diyi mən­bə və ma­te­ri­al­la­rı diq­qət­lə ara­şdı­rıb öy­rən­mə­li ol­muş­dur.

Qə­dim to­po­nim, an­t­ro­po­nim və et­no­nim­lər­dən is­ti­fa­də edi­lər­kən bə­zən əsər­də on­la­rın bə­dii-eti­mo­lo­ji təh­li­li də ve­ril­miş­dir. Bu­n­la­rın bir qi­s­mi­ni el­mi ba­xım­dan da uğ­ur­lu say­maq olar. Mə­sə­lən, bə­zən Xə­ta tay­fa adı ilə bağ­lı izah edi­lən Xə­tai tə­xəllüsü İs­may­ı­lın öz dilin­də müəl­lif tə­rə­fin­dən be­lə mə­na­lan­dı­rıl­mış­dır: «Mir­zə Əli, mən ana­dan olan­da dünyaya yox, xə­ta­lar içi­nə düş­mü­şəm. Bu­nu ha­mı bilir. Am­ma hə­mi­şə bir hik­mət­li səs dey­ir ki, bu xə­ta­la­rın ha­mı­sın­dan çı­xac­aq­san. O xə­ta sözü ta­le­y­im­də yox, gə­ləc­ək lə­qə­bim­də qa­lacaq». Az ya­şa­ma­sı­na bax­may­a­raq, Xə­­ta­i­nin ta­leyi bu­ra­da bə­dii yol­la hə­qi­qə­tə uyğ­un izah edil­miş­dir.

Ke­ç­mi­şin müsbət adət və qay­da­la­rı­nın tə­s­vi­ri (Uğ­ur­lu Mə­həm­məd otaq­dan elə çı­xır ki, ar­xa­sı ata­sı­na tə­rəf düşmə­sin; Uzun Hə­sə­nin at se­ç­mə mə­ra­si­mi; Sa­ra xa­tu­nun tər­sa qı­zı­na müna­si­bə­ti; qo­nağa mərd müna­si­bət və s.) oxuc­u­da yüksək­lik və yüksək his­slər doğ­u­rur.

Müəl­lif hər bir ob­ra­zı öz ya­şı­na, cin­si­nə, və­zi­fə­si­nə, ic­ti­mai və fər­di möv­qey­i­nə, qar­şı­da­kı şəx­sə müna­si­bə­ti­nə müva­fiq bir dil­də danış­dır­mağı bac­ar­mış­dır.

Ro­ma­nın di­li müa­sir oxuc­u­nun zövqünə uyğ­un­dur, müa­sir es­te­tik tə­ləb­lər sə­viyy­ə­sin­də­dir. F.Kə­rim­za­də ta­ri­xi ha­di­sə və ob­raz­la­rı bə­dii ədə­biyy­a­ta gə­tir­mək üçün ümum­xalq di­li­nin lek­sik-fra­ze­o­lo­ji və struk­tur-se­man­tik im­kan­la­rın­dan öz ya­zı ma­ne­ra­sı­nın hüdud və tə­ləb­lə­ri­nə uyğ­un şə­kil­də uğ­ur­la fay­da­la­na bil­miş­dir.

 

04.06.1983

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az