BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

T.İ.HACIYEV VƏ K.N.VƏLİYEV.

AZƏRBAYCAN DİLİ TARİXİ

(Oçerklər və materiallar)

 

250 makina səhifəsi həcmində olan bu əsərin yazılmasında əsas məqsəd filologiya fakültələrində təhsil alan tələbələrin Azər­baycan ədəbi dilinin tarixinə dair biliklərini praktik cəhət­dən yoxlamaq, dərinləşdirmək, əməli istiqamətə yönəltmək, qə­dim abidələrin dili üzərində bilavasitə müşahidələr aparmaqdır. Bu, özlüyündə faydalı və əhəmiyyətli bir işdir və həm də bu sahə­də ilk təşəbbüs olmaq etibarilə qiymətlidir.

Əsər yalnız praktik materiallardan ibarət deyildir və kitabda bir sıra oçerklər də verilmişdir. Doğrudur, tələbələr ədəbi dil tarixi fən­ninin tədrisi prosesində mühazirə, dərslik və dərs vəsaitlərindən proqram üzrə zəruri materialı öyrənə bilirlər, lakin bilavasitə yazı abidələrindən seçilib verilmiş mətnlərin dili üzərində ilkin müşa­hidə və araşdırmalar aparmaq üçün bu cür oçerklərə ehtiyac var­dır, bunlar tələbənin yolunu işıqlandırır, onu daha yaxşı isti­qa­mətləndirir. Buna görə də biz həmin oçerkləri praktikum üçün fay­dalı və gərəkli hesab edirik.

Oçerklər əsasən yığcam olub, tarixi qrammatika və ədəbi dil ta­rixinin əlaqəli və fərqli cəhətləri, tədqiq obyektləri, Azərbay­can dili anlayışı, ədəbi dil tarixinin dövrləri, XIII-XIV və XIV-XVI əsr­­­lər ədəbi dili kimi məsələləri əhatə edir.

Əsərdə «Azərbaycan dili anlayışı»nın şərhinə nisbətən geniş yer verilmişdir. Bu hal əslində zəruri ehtiyacdan irəli gəlmişdir. Dil­çiliyimizdə Azərbaycan ədəbi dilinin qədim kökləri əsaslı şə­kildə öyrənilməmişdir. Bu sahə hələ də qaranlıq və dumanlı ola­raq qal­maq­dadır. Bunun bir səbəbi də yeni eradan əvvəlki mi­nilliklərə və bizim eranın birinci minilliyinə dair materialın yox­luğu və ya azlığı­dır. Bu cəhəti nəzərə alaraq, müəlliflər çox bö­yük səylər, ağır zəh­mət hesabına müxtəlif xarici mənbələrdə sə­pələnmiş tək-tək məlumatları toplayaraq, nəticə etibarilə faydalı material əldə etmiş­lər. Bu materiallar türk tayfalarının Azər­bay­cana sonradan gəldiyini və birdən-birə yerli aborigenlərin dilini sı­xışdırıb aradan çıxardığını iddia edənlərin yanlış fikirlərini us­talıqla təkzib edir, hələ eradan çox-çox əvvəllər ölkəmizin əra­zi­sində türk tayfalarının, türk dilinin mövcud olduğunu və türklərin son­rakı (bir neçə dəfə) gəlişləri ilə bu tayfaların, türk di­li­nin güc­ləndiyini, tədricən ümumxalq dilinə çevrildiyini sübut edir. Qeyd etməliyik ki, dilimizin bizim minilliyə qədərki inkişaf yolunu an­caq bu istiqamətdə araşdırmaq düzgün nəticə verə bilər.

Əsərdə Azərbaycan ədəbi dilinin inkişaf yolu iki dövrə ayrıl­mışdır: təşəkkül dövrü, sabitləşmə dövrü . Müəlliflərin fikrincə, biri­nci dövr IX-X əsrlərdən XVII əsrin əvvəllərinə qədərki döv­rü, ikinci dövr isə XVII əsrin əvvəllərindən hal-hazıra qədərki döv­­­rü əhatə edir.

Prof. Ə.Dəmirçizadə birinci dövrü «Ümumxalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşıb inkişaf etməsi dövrü» adlan­dırır və bu dövrü XI-XIII əsrlərdən XVIII əsrə qədərki bir dövr hesab edir. Bizcə, hər iki bölgüdə birinci dövr uzun dövrdür, formalaşma, sabit­ləşmə bu qədər olmaz. Uzağı Həsənoğluya qə­dər­ki dövr sabit­ləş­mə - formalaşma üçün kifayət edərdi. Şifahi dil nü­munəsi olsa da, «Kitabi-Dədə Qorqud» kimi bir abidənin dili və ya Nəsiminin dili bütöv bir ədəbi dil nümunəsi üçün kifayətdir və bu dili «təşəkkül dövrünün dili» hesab etmək olmaz.

Əsərin əsasını müxtəlif abidələrdən seçilib götürülmüş nü­mu­nə­lər mətnlər təşkil edir. Əsər ədəbi dilimizin inkişafında nə­­zər­də tutulan birinci mərhələni - «təşəkkül dövrü»nü əhatə edir. Ona görə də verilmiş mətnlər bu dövrə aid abidələrdən seçil­miş­dir. Yeri gəldikcə müqayisələr aparmaq üçün qohum türk dillə­rinə məxsus bəzi abidələrdən də nümunələr verilmişdir.

Mətnlərin seçilməsində dövrü xarakterizə etməyə imkan verən faktların və səciyyəvi əlamətlərin bolluğu, üstünlüyü əsas gö­türülmüşdür. Ona görə də ədəbi dil tarixi fənninin tədrisi pro­se­sində praktik şəkildə yoxlamaq və öyrənmək üçün ehtiyac du­yulan hər cür dil faktına bu materiallarda rast gəlmək mümkündür. Həm də bu faktlar bir çox dil-nitq hadisələrini ardıcıl inkişaf pro­se­­sində izlə­məyə imkan verir.

Tələbələri işlətmək və istiqamətləndirmək üçün hər bir mət­nin sonunda suallar və çalışmalar - tapşırıqlar tərtib edilmiş­dir.

 

Filoloq tələbələrə və ümumən ədəbi dil tariximiz ilə maraq­lananlara faydasını nəzərə alaraq, praktikumun dərs vəsaiti kimi çap olun­masını məsləhət bilirik. Bu əsərdən tarixi fonetika və tarixi qrammatika ilə məşğul olanlar da istifadə edə bilərlər.

Biz əsərin elmi dəyərini artırmaq üçün aşağıdakıları təklif edi­rik:

1. Bəzi oçerklərdə tək şəxsin (I şəxs təkin) dilindən danı­şılır (səh. 6 və s.), əsərin müəllifi isə məlum olduğu üzrə ikidir. Be­lə halda ya üslubu dəqiqləşdirmək, yaxud da hər müəllifin işlədiyi böl­məni dəqiq göstərmək lazımdır.

2. Əsərin mündəricatı bəsitdir, mövzuları tam əhatə edə bilmir. Mündəricatı yenidən işləmək və ora mətnləri də daxil etmək fay­dalı olar.

3. Hazırkı nüsxədə ədəbiyyat olmadığı üçün bir çox məsələlər şəxsən mənə qaranlıq qaldı. Məsələn, səh.30-da KASPİ sözünün etimoloji izahı prosesində Ə.Dəmirçizadənin fikrinə münasibət nəzəri­mə çarpmadı.

4. Dərslikdə və dərs vəsaitlərində ümumi sərlövhələr diqqətlə və məntiqi tərtib olunmalıdır. Ədəbi dilin dövrləşdirilməsi barədə məlu­matdan sonra birdən-birə şifahi xalq ədəbiyyatı nümunələ­rinə keçilir. Məncə, məlumatdan sonra müəlliflər qəbul etdikləri bölgüyə əsasən başlıqlar verməli idilər: əvvəlcə ədəbi dilin tə­şək­­kül dövrü, sonra inkişaf mərhələləri və s.

Onu da qeyd edim ki, əsərdə nə üçün yalnız təşəkkül dövrünə aid materialların əhatə edildiyi də izah edilməlidir: müəlliflər ya sonrakı dövrə aid materialların çoxluğunu qeyd edə bilər, yaxud əsə­rin üzərində «birinci hissə» sözlərini.

5. Filologiyamızda bəzi terminləri bir formada dəqiqləşdirmək lazımdır: bəzi kitablarda «Kitabi-Dədəm Qorqud», burada isə gah «Ki­tabi-Dədə Qorqud» (səh.35), gah da tərcüməsi ilə: «Dədə Qor­­qud ki­tabı» (səh.60) işlədilir.

6. Bəzi mətnləri bir qədər yığcamlaşdırmaq, artıq şeyləri ixti­sar etmək olar; məsələn: səh. 107 - 112-də eyni (balaca - 5 - 6 sətir­lik) parça 5-6 dəfə təkrar olunur.

7. Səh.105-dən başlayaraq, Dədə Qorquda aid edilən atalar söz­lərinin (bunların içərisində atalar sözləri də tapmaq mümkün­dür) çoxu alqışlar, öyüdlərdir.

Həm də bu bölmə Dədə Qorqudun özünə aid olan atalar söz­lərindən sonra verilməlidir.

8. Səh.120-dən başlayan fotosurətin əvvəli, axırı, izahı, qeydi yoxdur.

9. Bəzi mənbə və materiallar («Qisseyi-Yusif», «Dastani-Əh­məd Hərami» və s.) haqqında bir münasibətlə müəyyən qeydlər vermək, yazılma, tapılma, nəşr tarixi haqqında bir-iki söz demək yax­şı olardı.

10. Əsərin sonunda alınma və arxaik sözlərin lüğəti verilmiş olsa idi, bu əsərin dəyəri artardı.

11. Qeydlərimizin biri də çalışma və suallara aiddir. Bunlar bə­zən çox ümumidir (səh. 127-də 13-cü bənd və s.). Bütöv mətndən son­ra çalışmalar verilməsinin başqa bir mühüm çətinliyi də var­dır. «Kitabi-Dədə Qorqud»la əlaqədar təqribən 40 səhifəlik mate­­rial ve­rilmiş, sonra 28 bənddən ibarət çalışma nəzərdə tutul­muş­dur (səh.84 - 126). Yaxud: Füzulidən 33 səhifəlik (səh.204-236) ma­te­rial verilmiş, 15 bənddən ibarət tapşırıq müəyyən edilmişdir. Yax­şı tələbə bir dərs üçün bu tapşırıqdan ikisini-üçünü icra edə bilər, çünki hər dəfə həmin 33 səhifəni və ya «Kitabi-Dədə Qorqud»dan 40 səhifəni nəzərdən keçirməlidir və elə bu mate­rialın içərisindən fakt axtarmaq böyük vaxt tələb edəcəkdir. Ona görə də yaxşı olar­dı ki, hər bir tapşırıq üçün konkret, balaca və səciy­yəvi mətn­lər nə­zərdə tutula idi. Məsə­lən, bu cəhətdən müəl­liflərin 237-ci sə­hi­fədə verdik­ləri 11 nöm­rəli çalışmanı nümunəvi saymaq olar.

12. Əsərdə texniki qüsurlar çoxdur. Məsələn, əsərin sonunda verilmiş sual və tapşırıqların bir çoxunu (23, 150, 151 və s.) qədim abidələrə nisbətən daha çətin başa düşmək olur. Üslub xətaları (səh.106-da 9-cu bənd və s.) vardır...

Bu qeydlərin nəzərə alınması əsərin xeyrinə olar. Şübhəsiz, bun­ların bir çoxu redaktə və nəşr zamanı aradan qaldırılacaqdır. Ona görə də biz bu ilk təşəbbüsü alqışlayır və onun filologiya fa­kültələri üçün dərs vəsaiti kimi çap olunmasını faydalı hesab et­di­yimizi bir daha qeyd edirik.

 

1982, may

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az