BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

ŞAİR FƏRQANƏYƏ MƏK­TUB

 

Fər­qa­nə xa­nım! Mən şeir məc­li­sin­də söz ver­dim Sə­nə, «Qa­dın şeir yaz­ma­ma­lı­dır, ev iş­lə­ri ilə mə­şğ­ul ol­ma­lı, xö­rək bi­şir­mə­li, uşaq sax­da­ma­lı­dır»,- de­din. Mə­nə ba­ğış­la­dığ­ın ki­ta­bı açan ki­mi də «Siz mə­ni qoy­may­ın şa­ir ol­mağa» şe­ri­nə rast gəl­dim:

 

Şa­ir­lər bölünməz, bütün olur­lar,

Tüstüsü çıx­may­an tütün olur­lar,

Şa­ir ba­la­la­rı ye­tim olur­lar,

Siz mə­ni qoy­may­ın şa­ir ol­mağa.

 

Bun­lar müəyy­ən də­rəcə doğ­ru­dur. Am­ma şa­ir ba­la­la­rı tam ye­tim ol­mur­lar. Şa­ir ba­la­la­rı­nın şa­ir ol­duğu hal­lar da var. «Tüstüsü çıx­mayan tütün olur­lar» - doğ­ru­dur. Çünki şa­ir­lər in­san­la­rın ən həs­sas, ən zə­rif, ən duyğ­u­lu bir züm­rə­si­dir, emo­si­o­nal key­fiyy­ət­lə­ri ilə se­çi­lən bir tə­bə­qə­si­dir. O ki qal­dı qa­dın şa­ir ola. O za­man bu həs­sas­lıq, bu duy­um bəl­kə iki­qat ar­tır.

Am­ma bir şa­ir dözümü də var. Özün də dey­ir­sən ki: « Kim­sə­lər çə­kən bir dər­di Şa­ir­lər min qat ke­çi­rir ». Unu­dul­maz şa­i­ri­miz Hüseyn Arif də ha­vayı de­mir­di ki:

 

Dağ­la­rın gözünün ya­şı­na bax­ma,

Şa­ir­lər çə­kə­ni dağ­lar çək­məy­ib.

 

Hiss edi­rəm ki, de­dik­lə­rin çər­xin gər­di­şin­dən rən­ci­də-xa­tir olduğ­un üçündür. Şeir­lə­ri­ni oxuy­u­ram, bir da­ha bu qə­na­ə­tə gə­li­rəm ki, xeyr, bu cür şeir­lə­ri elə qa­dın yaz­ma­lı­dır - o həs­sas­lıq, o sə­mi­miyy­ət, in­san tə­bi­ə­ti­nə o cür bə­ləd­lik, o cür ifa­də tər­zi qa­dı­na da­ha çox məx­su­s­dur. Həs­sas qa­dın duyğu və düşüncə­lə­ri elə xa­lis şer­dir. Sə­nin şeir­lə­rin­də heç ki­mə xas ol­may­an xüsu­si bir tə­sir gücü var. Bu şeir­lər in­sa­nı elə bir alə­mə çə­kir ki, ora­da tə­s­vi­rə gəl­məz bir hiss var. Bu his­slər in­san qəl­bin­də kə­dər­li duy­ğu­lar ya­ra­dır, müa­sir həya­tın tə­s­vi­ri pro­se­sin­də bi­zim bü­tün ulu­la­rı­mız, unut­duğ­u­muz ke­ç­mi­şi­miz, böyük zəh­mət­lə ya­şay­an, qədr-qiy­mə­ti bi­lin­məy­ən nə­nə­lə­ri­miz, öz soy­uq ko­ma­sın­da acı ta­leyi ilə üz-üzə qal­mış ata­la­rı­mız xa­ti­rə gə­lir. Sən elə de­tal­lar ta­pır­san ki, on­la­rı yal­nız qa­dın deyə bi­lər. Sən elə dərd­lər­dən söh­bət açır­san ki, on­la­rın üstündən ki­şi­lər çox zaman gözüy­u­mu­lu ke­çir­lər:

Əy­ni­nə özgə don gey­məy­ən anam

Tən­dir tüstüsündən yüz don gey­i­nib.

Ba­şı­nı bir kə­sə əy­məy­ən anam

Tən­di­rə ça­tan­da yüz yol əy­i­lib.

Anam get­məy­ən­də tən­di­rə ya­xın

Tən­di­rin si­nə­si çat-çat olub­du.

 

Qa­fiy­ə­lə­ri de­mi­rəm. Çünki se­ç­mə mi­s­ra­lar ve­ri­rəm. Dü­şünən üçün bu­ra­da­kı his­slər çox sə­mi­mi­dir, tə­sir­li­dir. Re­al­lıq da güclüdür. Göz önündə zəh­mət­lə yoğ­rul­muş bir in­sa­nın - el ana­sı­nın hey­kə­li can­la­nır, da­mar­la­rı çıx­mış əl­lə­ri görünür, müqəd­dəs bir iş­lə - çö­rək bi­şir­mək­lə mə­şğ­ul olan ana əl­lə­ri. Be­lə bir qa­dın ömür boyu 41-ci il­də ba­ş­lay­an ta­ri­xi fac­i­ə­nin də yükünü da­şı­mış, ər­dən, oğ­ul­dan, qar­daş­dan mə­h­rum ol­muş­dur:

 

Nə az, nə də ki çox - 41-dən bə­ri

Qır­mı­zı gey­i­nə bil­məy­ir Anam.

 

Qar­daş penc­ək­lə­ri mıx­ça­da qa­lıb,

Ni­şan üzüklə­ri box­ça­da qa­lıb,

Qır­mı­zı gey­i­nə bil­məy­ir Anam.

 

Anam sözünü böyük hər­f­lə yaz­san da, bu tək Sə­nin anan deyil, sən­dən bir qə­dər böyük və ya ki­çik bütün nə­sil­lə­rin ana­sı­dır, elə mənim də anam­dır. Yox­sul­luq, boş qa­lan un ki­sə­si, çat-çat olan təndir­lər bir ya­na, box­ça­da qa­lan ni­şan üzüklə­ri, asıl­qan­da qa­lan cavan ata, qar­daş gey­im­lə­ri, bir tə­rəf­dən də Qa­ra­bağ dər­di. İn­san nə qə­dər dözümlü olar­mış!

Düz düşünürsən, dağ­la­rı­mı­zı da za­man-za­man və­zi­fə və var-döv­lət hə­ris­lə­ri sat­dı­lar:

 

Da­ha nəy­in qa­lıb, ha­ran göy­nə­sin,

Dağ­la­ra dağ çək­dik, aran göy­nə­sin,

Qoy bir az duz sə­pim, ya­ran göy­nə­sin,

La­çın­sız, La­çı­nı oy­na­ma, qar­daş!

O ilan eləcə əfi yı­xıl­sın,

Ni­za­mı po­zul­sun, sə­fi yı­xıl­sın,

Qoy elə düşmə­nin evi yı­xıl­sın,

Dağ­lar da qal­ma­dı çı­xım dağ­la­ra.

 

Şə­hid­lik zir­və­si: « Sə­nin ba­lan bu tor­pağa dönübsə, Ağ­la­ma, şə­hid ana­sı, ağ­la­ma! »- dey­ir­sən. Ha­mı­mız be­lə deyi­rik. Am­ma bu xal­qın gü­na­hı nə idi ki, dur­duğu yer­də qa­na çal­xan­dı! Tə­səl­li ve­ri­rik. Am­ma özün də bi­lir­sən ki, yüz tə­səl­li bir öv­la­dın bir tükünə dəy­məz.

 

Ço­ba­nı sürüdən çox­sa,

Ço­maq qoy­mağa yer yox­du.

Ba­şı­mı­zı itir­mi­şik,

Pa­paq qoy­mağa yer yox­du -

 

mi­s­ra­la­rın çox şey dey­ir və əs­lin­də, bun­la­rı izah et­məyə eh­ti­yac da yox­dur. Çünki bun­lar re­al­lığ­ın hə­qi­qi bə­dii ifa­də­si­dir. Pa­paq söh­bə­ti çox düşündürücüdür. Pi­si də bu­dur ki, bu ba­rə­də ki­şi­lər yox, qadın­lar düşünür.

Ürək qa­nı, ürək qu­ba­rı, ürək qa­ba­rı ilə ya­zır­san. Odur ki mi­s­ra­la­rın zə­ma­nə iş­lək­lə­ri­ni, özün de­miş­kən, çox «dad­lı» ifa­də edir, insan­la­rın ürəy­i­nə yol ta­pır:

 

Ürək qa­ba­rın­dan ya­ra­nan şe­rin

Çox gü­man, ti­kə­si dad­lı çı­xac­aq.

 

Di­lin­də­ki tə­bi­i­liy­in, şi­rin­liy­in mühüm sə­bəb­lə­rin­dən bi­ri tə­sir­li xalq ifa­də­ləri­nə çox meyil­li ol­ma­ğın, şeir­lə­ri­nin bir ço­xu­nu xalq ara­sın­da tez-tez rast gəl­di­yi­miz tə­bii ifa­də­lər­lə bi­tir­məy­in­dir: Üstə­lik dağ çək­di dağ­ım dağ­la­ra. Ay al­lah, sən özün xey­i­rə dön­dər (xalq «xey­i­rə ca­la» dey­ir), Ya­man ah çə­ki­rəm, ahım dağ­la­ra… Qə­b­ri­min üstə qoy­mağa Ba­şı­ma düşən daş bə­s­di. Sə­ni su­al­lar­dan ya­rı­dan dünya, Mə­nə ca­va­bın­da kə­sir­də qa­lıb. Çox mə­lək­lə­rə ba­xan­da Şükür şey­ta­nı­na, Al­lah!.. Qı­na­may­ın, də­li ki­mi, Du­rub oy­na­mağ­ım gə­lir. Ana, apar mə­ni göz hə­ki­mi­nə, Dey­ə­sən, dünya­nı kor gə­zir­mi­şəm. Ya­ran­dığ­ım gündən evim ti­ki­lib - ki­mi mis­ra və beyt­lə­ri­nin ha­mı­sı də­rin ic­ti­mai fi­kir­lər ifa­də edir..

Xoş və ra­hat gec­ə­lər… Gündüzün düşüncə­lə­ri gec­ə­lər bey­in ra­hat­lığ­ın­dan so­nra ye­ni­dən tə­zə­lə­nir Hə­lə yu­xu­nu gör­mə­miş, du­rub yoz­maq is­təy­ir­sən - ma­raq­lı düşüncə­lər­dir. Yax­şı duyğ­u­lar­dır:

 

Bi­rinci oxuc­um mə­lək­lər idi,

Bu gecə yu­xu­da şeir ya­zır­dım.

 

Bun­lar bir da­ha tə­s­diq edir ki, al­lah fə­da­i­lə­ri al­lah mə­ka­nın­da yer tut­duq­la­rı ki­mi, sə­nin də ru­hun şeir alə­min­də qə­rar tu­tub. Ay­rı­la bil­məz­sən bu aləm­dən.

Bi­zi kö­v­rəlt­mə, Fər­qa­nə! Bu de­dik­lə­rin bütün in­sanl­arın son nə­si­bi­dir:

 

Özümdən sa­vayı, şək­li­mə qə­dər

Xa­ti­rə gec­ə­mə gə­ləc­ək do­st­lar.

Kö­v­rəlt­mə və tə­lə­s­mə. Çünki Sən­də Na­tə­va­nın, Hey­ran xa­nı­mın qüdrə­ti var. Sə­nin möv­zu­la­rın çox rə­ng­a­rə­ng və son də­rəcə ti­pik­dir, yə­ni zə­ma­nə­nin gər­di­şin­dən, haq­qın öz ye­rin­də ol­ma­ma­sın­dan doğan bir üsyan­kar­lıq­dır. Ya­şa­yı­rıq, ya­şı­mız ar­tır, ba­şa düşürük ki, in­di­miz də elə ke­ç­mi­şi­miz ki­mi­dir. Nə qə­dər ki sər­vət hə­ris­lə­ri var, nə qə­dər ki in­san hə­lə ali məq­səd­lər­lə ya­şa­mır, özünə la­zım olan­dan çox götürmək is­təy­ir, nə qə­dər ki in­san qu­rub-ya­rat­maq, na­mus­la ya­şa­maq əvə­zi­nə oğ­ur­luq­la, spe­kuly­a­siya ilə mə­şğ­ul­dur, nə qə­dər ki dost­baz­lıq, qo­hum­baz­lıq, yer­li­çi­lik hər şeyə ha­kim­dir və nə qə­dər ki ix­tiy­ar bu say­dıq­la­rı­mın əlin­də­dir, yüksək düşüncə­li in­san­lar bu həyat­dan na­ra­zı qa­lac­aq­lar, qu­ru­lu­şa, qu­rğ­uya lə­nət­lər oxuy­ac­aq­lar. Sə­nin də fə­lək be­li­ni əy­miş qəh­­rə­ma­nı­nın gücü yal­nız di­li­nə ça­tır, əlin­dən heç bir şey gəl­mə­sə də, dünyaya lə­nət oxu­mağı bac­a­rır: « Gözü də se­ç­mir­di oxu­sun ya­zı­lan­la­rı, Am­ma lə­nət oxuya bi­lir­di düşdüyü gü­nə» .

Hə­lə 900 il əv­vəl fi­lo­sof-şa­ir Xəyy­am ha­vayı de­mir­di ki:

 

Əlim­də ol­say­dı əg­ər ix­tiy­ar,

Bu köh­nə dünya­nı kökündən yı­xar,

Elə bir yepy­e­ni aləm qu­rar­dım

Ki, hər kəs ya­şar­dı azad, bəx­tiy­ar.

 

900 il əv­vəl fe­o­da­lizm idi. Am­ma hə­lə bu gün də in­san­la­rın ba­şı fe­o­dal düşüncə­sin­dən xi­las ola bil­məy­ib. Odur ki biz­dən ası­lı heç nə yox­dur. Za­man öt­mə­li, in­san­la­rın ba­şı düzəl­mə­li­dir. Biz gör­mə­sək də, o gün gə­ləc­ək.

Am­ma onu dey­im ki, bir çox hal­lar­da zə­ma­nə­dən şi­kay­ət mo­tiv­lə­ri ilə yüklən­miş şeir­lə­rin bir­dən zə­ma­nə əng­əl­lə­ri­nə sa­rığa (do­lağa) çe­v­ri­lir. İs­tə­sən, yax­şı yu­mor­lu şeir­lər də ya­za bi­lər­miş­sən: «Daşy­o­nan­la söh­bət» şe­rin is­teh­za ilə ya­ran­mış­dır və ge­niş mə­na­da yax­şı şeir­dir. Doğ­ru­dur, onun işi də həy­a­tın tə­lə­bin­dən irə­li gə­lir, am­ma Sə­nin de­dik­lə­rin də yax­şı­dır, bə­si­dir:

 

İs­təy­ir­sən bir beh ve­rim,

Yax­şı­sı­nı mə­nə sax­la.

İn­di­dən alım, so­nra­lar

Bəl­kə heç pu­lum ol­ma­dı.

Nə qə­ri­bə pe­şən var­mış,

Görüm müba­rək ol­ma­sın!

A müştə­ri göz­ləy­ə­nim,

Al­lah heç ba­zar ver­mə­sin!

 

Yax­şı ta­pın­tı­la­rın var. İnan­mır­san, bax:

 

Gücüm də çat­mır ki, hay­ı­na ça­tım,

Atı­lan da­ş­lar da tu­tub bo­s­ta­nı.

Dey­ir­lər, kənd-kə­sək öz ye­rin­də­di,

Ba­laca böyüyüb kənd qə­b­ri­s­ta­nı.

 

Mi­s­ra­la­rın mə­na­sı­nı izah et­mi­rəm, ona gö­rə ki kən­din və­ziy­yə­ti­ni çox ay­dın ifa­də edir: kə­nar­dan atı­lan soy­ğun­çu­luq, rüşvət­xor­luq, mə­su­liyy­ət­siz­lik, la­qeyd­lik da­ş­la­rı kənd­li­nin olub-qa­la­nı­nı da məhv edib, kənd özü yox, qə­bi­ri­s­ta­nı böyüyüb. Şe­rin son mi­s­ra­la­rın­da isteh­za da­ha kə­dər­li­dir. Kən­din ağ­ır kə­dər doğ­u­ran və­ziyy­ə­ti­nin təs­vi­rin­dən so­nra «Ata, ora­lar­da ta nə var, nə yox?» mis­­ra­sı ilə Sən ki­nay­ə­nin yüksək qam­ma­sı olan sar­kaz­ma ke­ç­mi­sən - acı sar­kaz­ma:

Əc­əl boy­la­nır­mı uçuq ba­rı­dan,

Ata, ora­lar­da ta nə var, nə yox?

 

Bu cür şeir­lər («Ata­ma mək­tub») in­sa­nı düşündürür və düşünürsən ki, in­san 6 mily­on il yol gəl­sə də, hə­lə əc­dad­la­rı­nın vəh­şi­lik key­fiyy­ət­lə­rin­dən mə­h­rum ol­may­ıb. Əlin­də ix­tiy­ar olan­la­rın hə­ris­liyi odun­suz-oc­aq­sız uçuq ev­lər­də ya­şay­an­la­rın əl­lə­ri­ni qoy­nun­da don­du­rur.

Dey­ir­sən ki:

 

Kə­s­mə qa­bağ­ı­mı, ba­şı­na dönüm,

Ge­di­rəm Ta­n­rıya qo­naq ol­mağa.

 

Ta­n­rıya qo­naq ola bil­mək də asan dey­il. Bu­nun üçün elə bu dünya­nın əzab­la­rı­na dö­zə bil­mək la­zım­dır. Di­ni ki­tab­lar­da dey­i­lir ki, yal­nız dünya­nın əzab­la­rı­na döz­mək­lə al­lah fə­da­i­si ol­maq olar.

Niyə kə­dər­li­sən, Fər­qa­nə? Nəy­in çat­mır?..

 

31.10.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az