BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

UZUN AY­RI­LIQ­DAN SO­NRA

 

Sər­dər Əsəd (Sər­dar Hey­dər oğ­lu Əsə­dov) Cə­b­ray­ıl rayo­nu­nun Sol­tan­lı kən­din­də ana­dan ol­muş­dur. Ata­sı Hey­dər ki­şi sa­vad­sız bir kənd­li, ana­sı Həsyə xa­nım təh­sil gör­mə­miş kənd qa­dın­la­rın­dan idi. Hey­dər ki­şi ca­van­lığ­ın­da ig­id bir oğ­lan ol­muş­dur. Ba­şı üstə at ça­par, ça­pa-ça­pa tul­la­nıb atın be­lin­də ay­aq üstə du­rar­mış. İki qı­zı var­dı. Böyük qı­zı mə­nim müəl­li­məm idi. İkinci si­nif­də mə­nə dərs de­mişdir.

Ata­sın­da­kı güc, qüvvət Sər­da­ra da ke­ç­miş­di. 1955-ci il­də - V.İ.Le­nin adı­na APİ-nin fi­lo­lo­g­iya fakültə­si­nə da­xil ol­duğ­um il Sər­dar hə­min fakültə­ni bi­tir­miş­di. Senty­abrda biz dər­sə ba­ş­lay­an­da insti­tu­tun di­var­la­rı­na ali mək­təb­lərara­sı ştanq ya­rı­ş­la­rın­da Sər­dar Əsə­din bi­rinci ye­ri tut­duğu ya­zı­lıb vu­rul­muş­du. 25 ya­ş­la­rın­da sağlam, ya­ra­şıq­lı, iti ba­xı­ş­lı bir gənc idi.

Hey­dər ki­şi bir müddət kənd dəy­ir­ma­nın­da iş­lə­di, elek­trik dəy­ir­ma­nı mey­da­na çı­xan­da mək­tə­bə köçdü, biz oxu­duğ­u­muz mək­tə­bin həy­ət-bac­a­sı­na ba­xar, qa­ro­vul­çu­luq edər­di. Dey­ib-gü­lən, xey­ir­xah və mərd bir ki­şi idi. Sər­da­rın qə­zet­lər­də çı­xan şeir­lə­ri­ni kə­sib ci­bi­nə qoy­ar, sa­va­dı olan­la­ra oxu­dar, öyü­nər­di.

 

N.A.Do­b­roly­u­bov bir mə­qa­lə­sin­də qeyd edir­di ki, A.S. Puş­ki­nin vaxt­sız və­fa­tı­na o qə­dər də kə­dər­lən­mək la­zım dey­il, çünki Puş­kin nə yaz­ma­lı idi­sə, ha­mı­sı­nı yaz­mış­dır. Bi­zim is­te­dad­lı şa­i­ri­miz Sər­dar Əsəd də hə­lə gənc­lik il­lə­ri­ni ba­şa çat­dır­ma­mış öm­rünü ba­şa çat­dır­sa da, ki­fay­ət qə­dər bə­dii irs qoy­ub get­miş­dir. Sər­dar ədə­biyy­a­ta 50-ci il­lər­də gə­lən Əli Kə­rim, Qu­lu Xə­li­lov, Əl­fi Qa­sı­mov, To­fiq Mütəl­li­bov, Fi­k­rət Sa­dıq nəs­li­nin nüma­yən­də­lə­rin­dən idi. Bu nə­sil 60-cı­lar hə­rə­ka­tı­nın önündə ge­dir­di. Sər­dar ya­ra­dıc­ı­lığa ba­ş­lay­an­da tədric­ən öl­kə­də iq­lim mülay­im­lə­şir, 30-cu il­lər­də ölümlə qar­şı­laş­mış ya­ra­dıcı in­san­la­rın müstə­qil­lik ar­zu­la­rı ye­ni­dən qa­nad­lan­mağa ba­ş­lay­ır­dı.

Sər­dar Əsəd ədə­biyy­a­ta tə­sadüfi gəl­mə­miş­di. «Hiss edi­rəm, şeir­də De­mə­li bir sözüm var» - deyə özündə bu xal­qa, in­san­la­ra söz demək is­təyi və qüdrə­ti ol­duğ­u­nu görürdü. 40 ya­şı­nın ta­ma­mın­da yaz­dığı «Ömür keç­di ya­rı­dan» şe­rin­də mə­na­lı həy­at yo­lu­nun çə­tin­lik­lə­ri­ni qeyd edə­rək ya­zır­dı:

Ha­mar düzən­lik­də uçan bir külək

Sıl­dı­rım dağ­la­rı qar­şı­da bil­sin!..

İn­di ya­şa­dığ­ın bir ömür gə­rək

Ömrünü so­nra da ya­şa­da bil­sin!

 

Ya­ra­dıc­ı­lığ­ı­nın lap er­kən çağ­ın­da - 1954-cü il­də qə­lə­mə al­dığı «Şa­i­rin ar­zu­su» şe­ri­ni onun po­eziya yo­lu­nun pro­qram sə­nə­di say­maq olar. Şa­i­rin fi­k­rincə, Hə­qi­qi şeir mi­s­ra­la­rı şa­i­rin «ürək çır­pın­tı­la­rı»dır. Şeir­də hər bir söz «ye­rin­də» ol­ma­lı, «ürək­dən gəl­mə­li», oxuc­u­nu in­cit­mə­mə­li, na­ra­zı sal­ma­ma­lı­dır. Bu cə­hət­dən hə­qi­qə­tin dər­ki yo­lun­da po­eziy­a­nın in­sa­na tə­si­ri ba­rə­də re­al­lığı aşağ­ı­da­kı mi­s­ra­lar­la da­ha sər­rast ifa­də et­miş­dir:

 

Yer­li-ye­rin­də hər söz

Qiy­mət­li bir inc­i­dir.

Ürək­dən gəl­məy­ən­lər

Ürək­lə­ri inc­i­dir.

 

Ye­ni şeir həy­at hə­qi­qə­ti­nin re­al tə­s­vi­ri ilə, həy­a­tın nə­fə­si­ni po­e­ziy­aya gə­tir­mək­lə ya­ra­na bi­lər, sehrkar ki­mi göz al­da­dan, baş qa­tan söz­lər­lə əy­lən­mək vax­tı dey­il, çünki in­di həy­a­tın tə­ləb­lə­ri ta­ma­mi­lə baş­qa­dır:

 

Söz var, sehrkar ki­mi

Göz al­da­dır, baş qa­tır.

Könül ve­rib sev­diy­im

Co­şub-da­şan həy­a­tın

Tə­ləb­lə­ri baş­qa­dır!

 

Bun­lar 24 ya­ş­lı gənc şa­i­rin es­te­tik düşüncə­lə­ri­dir. Yax­şı bi­lir­di ki, hə­qi­qi şeir üçün can qoy­maq, öm­rə qıy­maq, sərt qay­a­la­ra, sıl­dı­rım­la­ra si­nə gər­mək la­zım­dır. «Öm­rə çe­v­ri­lən şeir Bütöv bir ömür is­tər!» söz­lə­ri nə­zə­ri prin­sip­lər ba­xı­mın­dan hə­qi­qə­ti əks et­di­rir­di. Bi­lir­di ki, şe­rin tə­sir gücü tə­s­vir oby­ek­ti­nə bə­ləd­lik də­rə­cə­sin­dən ası­lı­dır. Muğ­a­na həsr et­diyi şe­rin­də oxuc­uya üz tu­ta­raq ya­zır­dı: « Se­və-se­və oxu­maq­çın onu sən Mən Muğ­a­nı oxuy­u­ram ma­raq­la» . Poe­ziya sə­nə­ti­nə fəl­sə­fi-es­te­tik ba­xı­şı çox er­kən, onun hə­lə «Sər­dar Əsəd» dey­il, ilk şeir­lə­ri­ni yaz­dı­ğı «Sər­dar Əsə­dov» im­za­lı dövrün­dən for­ma­laş­mış, o, poe­­ziya alə­mi­nə ay­ıq ba­xı­ş­la gəl­miş­di.

«Yer ul­du­zu» (1974) ki­ta­bın­dan ay­dın olur ki, mər­kə­zi mət­buat­da hə­lə V.İ.Le­nin adı­na APİ-nin fi­lo­lo­g­iya fa­kültə­si­nin bi­rinci kurs tə­lə­bə­si ol­duğu dövr­dən - 1952-ci il­dən çap olun­mağa ba­ş­la­mış­dır. «Gənc­lik il­lə­ri» ad­lı ilk şeir ki­ta­bı­nı 1957-ci il­də nəşr et­di­rə bil­miş­dir. Bu ki­tab­da və bun­dan üç il so­nra çap et­dir­diyi «Sə­ni ax­ta­rı­ram» ki­ta­bın­da hər bir şe­rin ya­zıl­ma ta­ri­xi var­dır. 1960-cı il­də nəşr olu­nan «Sə­ni ax­ta­rı­ram» ki­ta­bın­da son şeir­lə­ri 1957-ci ilə aid­dir. Bu, o dövr­də nəşr işi­nin nə qə­dər çə­tin ol­duğ­u­nu, bir ki­ta­bın ça­pı üçün ən azı üç il göz­lə­mək la­zım gəl­diy­i­ni gö­s­tə­rən bir fakt­dır. 50-ci il­lə­rə aid bir sı­ra şeir­lə­ri­nin «Ya­nan me­mar» (1963), «Cər­rah ürəyi» (1965), «Sim­lə­rin tu­fa­nı» (1971) ki­tab­la­rı­na da­xil edil­mə­si gö­s­tə­rir ki, ilk ki­tab­la­rı yaz­dıq­la­rı­nı əha­tə et­mə­miş, se­ç­mə şeir­lər­dən iba­rət ol­muş­dur. Sağ­lı­ğın­da bun­lar­la ya­na­şı, «Gö­zəl», «Me­şə­də qo­naq­lıq» və baş­qa şeir, həm­çi­nin Bar­to­dan, Ro­da­ri­dən tərcümə ki­tab­la­rı­nı da çap et­di­rə bil­miş­dir. Ki­tab­la­rı İ.Sol­tan, N.Hə­sən­za­də, M.Araz, E.Bor­ça­lı, Ə.Sa­lah­za­də və baş­qa­la­rı­nın re­dak­tor­luğu ilə çap olun­muş­dur. 1977-ci il­də - və­fa­tın­dan iki il so­nra şeir və po­ema­lar­dan iba­rət «Dağ­la­rı aş­dı sel­lər» ki­ta­bı nəşr olun­muş­dur. 25 il­dən az bir müddət­də ya­ra­dıc­ı­lıq­la mə­şğ­ul ol­muş, Azər­bayc­an po­e­tik fi­k­ri­nin in­ki­şa­fı sa­hə­sin­də xey­li iş görmüşdür. Hə­lə də ar­xi­vi açıl­ma­mış, ya­ra­dıc­ı­lığı küll ha­lın­da üzə çı­xa­rıl­ma­mış və təd­qiq edil­mə­miş­dir.

 

Sər­da­rın möv­zu­lar alə­mi çox zə­ng­in­dir. Həy­a­tın ye­ni­lik­lə­ri­ni mə­həb­bət­lə qə­lə­mə alır­dı. İc­ti­mai həy­a­tın tə­s­vi­ri Sər­da­rın şeir­lə­rin­də ön plan­da idi. Se­vgi də, gənc­liy­in is­tək və ar­zu­la­rı da ya­ra­dıc­ı­lığın­da ge­niş yer tu­tur­du. Xüsu­sən ilk şeir­lə­ri öz gənc­liy­in­dən doğ­an se­vgi mo­tiv­lə­ri ilə zə­ng­in idi. Şeir tex­ni­ka­sı­na gö­zəl bə­ləd idi. Li­rik və li­rik-epik şe­rin ək­sər for­ma­la­rın­da qə­lə­mi­ni sı­na­mış­dır. Üsu­bu ori­ji­nal idi. Heç kə­si təq­lid et­mir, heç kə­sin yo­lu ilə get­mir­di. Hə­qi­qi xalq ada­mı idi. Xal­qın ara­sı­na get­mək­dən, və­tə­nin dağ­la­rı­nı, dərə­lə­ri­ni, me­şə­lə­ri­ni, ov­laq­la­rı­nı, ta­ri­xi abi­də­lə­ri­ni gə­zib-do­lan­maq­dan və tə­s­vir et­mək­dən zövq alır­dı. Zəh­mət adam­la­rı­nı po­eziy­aya gə­ti­rir­di. Və­tə­nin qə­dim­liyi və gə­ləc­əyi na­mi­nə olan­la­rı vəsf et­mək­dən if­ti­xar duy­ur­du.

Tə­bi­ət gö­zəl­lik­lə­ri ömrü boyu Sər­da­rı özünə çək­miş­dir. Tə­biə­­­tin ço­vğ­u­nu­nu, bo­ra­nı­nı, il­dı­rı­mı­nı, tu­fa­nı­nı, yağ­ı­şı­nı, du­ma­nı­nı, çə­ni­ni, çi­s­ki­ni­ni se­vir­di. Odur ki bu möv­zu­lar­da yaz­dığı şeir­lə­ri də ürək­dən gə­lir­di. Bu sil­si­lə­dən «Yay­laq­da yağ­ış» şe­ri təkcə Sər­da­rın ya­ra­dı­cı­lığ­ın­da dey­il, ümu­mən ədə­biyy­a­tı­mız­da xüsu­si qiy­mə­tə lay­iq əsər­dir. Şe­ri oxu­duqca özünü az qa­la yağ­ış al­tın­da hiss edir­sən: Yağ­ış cı­ğır­la­rı is­lat­dı keç­di, Yağ­ış pöh­rə­lə­ri uc­alt­dı keç­di, Yağ­ış mey­da­nı­nı uzat­dı keç­di, Öm­rünü bir qə­dər yu­bat­dı keç­di, Ha­va­lar üzünü bo­zartdı keç­di, Bu­lud - ya­nağ­ı­nı is­lat­dı keç­di, Du­man ça­d­ra­sı­nı çox at­dı keç­di...

Fi­k­rin ob­raz­lı ifa­də­sin­də bu­lud­lar çal­ma­sı­nı çal­dı, yal­ma­nı­nı dart­dı, ot­lar ya­şıl köy­nəy­i­ni yu­du, və s. tip­li me­­ta­­­fo­rik ifa­də­lə­rin mühüm ro­lu var­dır:

 

Ye­nə çal­ma­sı­nı çal­dı bu­lud­lar,

Yel­li yal­ma­nı­nı ha dart­dı keç­di.

Ya­şıl köy­nəy­i­ni yu­du göy ot­lar,

Oc­aq yer­lə­rin­də soy­u­du od­lar,

Kö­söv­lər gözünü qa­ralt­dı keç­di,

Yağ­ış oc­aq­la­rı is­lat­dı keç­di.

 

Tə­bi­ə­tin hüsnünün tə­s­vi­ri­nə on­larca şeir həsr et­miş­dir. Bu şeir­lə­rin bir ço­xu nəğ­mə, mah­nı üçün ha­zır mətn­dir. La­kin Sər­dar özünü­təb­­liğ ilə mə­şğ­ul ol­ma­mış­dır. Göy gö­lə həsr et­diyi şeir­lə­ri öz rit­mi ilə mu­si­qi­ni də çə­kib gə­tir­mə gücünə ma­lik­dir:

 

Ya­şıl sa­hi­li xo­ş­la­dı

Bu gə­lən ya­zı Göy gölün.

Ba­ş­la­dı, gör nə ba­ş­la­dı

Söh­bə­ti, sa­zı Göy gölün.

 

«Bi­zim dağ­lar» şe­rin­də « Ana tə­bi­ə­tin qoy­duğu xı­na Du­rur qa­ya­la­rın daş dır­nağ­ın­da » ki­mi mi­s­ra­lar­la tə­bi­ət gö­zəl­lik­lə­ri­ni di­lə gəti­rən şa­ir sev­diyi dağ­la­rın ətir­li bə­növ­şə­lə­ri ilə ya­na­şı, tu­fa­nı­na, bo­ra­nı­na, ço­vğ­u­nu­na da mə­həb­bət bəs­ləy­ir:

Sə­nin çi­çəy­i­ni mən çox dər­mi­şəm,

Yo­lu­mu az­mı­şam tu­fa­nın­da da.

Gəl­sin, gec­ik­mə­sin - görüş ver­mi­şəm,

Sə­nin ço­vğ­u­nun­la, bo­ra­nın­la da.

 

«Kürün söh­bə­ti» po­ema­sın­da tə­bi­ə­tin tə­s­vi­ri da­ha tə­bii və ob­raz­lı­dır:

 

Bağ­ça­lar kö­lg­ə­li, ha­va­lar sə­rin,

Gü­nə­ş­li çöl­lə­rə nur ələ­nib­dir.

Açıl­mış ya­xa­sı ge­niş göy­lə­rin,

Üfüqlər dağ­la­ra dir­sə­klə­nib­dir.

 

Göy­lə­rin ya­xa­sı­nın açıl­ma­sı da, üfüqlə­rin dağ­la­ra dir­sək­lən­mə­si də şa­i­rin ori­ji­nal ta­pın­tı­la­rı olub, es­te­tik cə­hət­dən xoş duyğu­lar doğu­rur.

İn­san­la­rın ya­rat­maq, qur­maq əz­mi, ye­ni tex­ni­ka­nın in­san mə­i­şə­ti­ni yüngülləş­dir­mək­də ro­lu Sər­da­rı da­ha çox ma­raq­lan­dı­rır, tex­ni­ki ye­ni­lik­lə­rə aid şeir­lər ya­zır­dı. Ele­k­t­ri­kin hə­lə in­di­ki qə­dər kənd mə­i­şə­ti­nə gi­rə bil­mə­diyi bir dövr­də Sər­dar ele­k­t­rik işığ­ı­nın in­san məişə­tin­də ro­lun­dan fə­rəh­lə da­nı­şır­dı. «Kürün söh­bə­ti» ad­lı li­rik po­ema­sın­da bu cə­hət da­ha qa­ba­rıq­dır:

 

Tər­pə­dib iş­lə­dir də­mir çarx­la­rı,

Muğ­an­da ot ça­lır, yük çə­kir işıq.

Qır­xır sürülə­ri, qa­zır arx­la­rı,

Dağ­la­rı düzləy­ir, yer əkir işıq.

Sər­da­rın şeir­lə­rin­də müha­ri­bə möv­zu­su xüsu­si yer tu­tur. O, müha­ri­bə­nin tö­rət­diyi dəh­şət­lə­ri ni­frət­lə xa­tır­lay­ır­dı. Özünün uşaq­lıq və ye­niy­et­mə­lik dövrü müha­ri­bə il­lə­ri­nə düşmüş, müha­ri­bə illə­ri­ni ağ­lı­nın hər şeyi müha­ki­mə et­məyə ba­ş­la­dığı dövr­də ya­şa­mış­dı. Xal­qın mü­si­bət­lə­ri­nin şa­hi­di ol­muş­du: « Gülüşlər qu­ru­du dil­də, ağız­da», «Hər gün axıb gə­lən qa­ra kağ­ız­da Nə qə­dər ana­lı ana ağ­la­dı!» «Ça­lağ­an kö­lg­ə­si yer­də gə­zən­də Düşündük: xaç-ni­şan təy­ya­­rə­lər­dir» .(«Bi­zim nə­sil») «Ya­nan me­mar» ki­ta­bın­da fa­şiz­min sə­nət abi­də­lə­ri­nə vur­duğu ya­ra­la­rı ürək ya­nğ­ı­sı ilə qə­lə­mə al­mış­dır:

Bom­ba­lar yağ­dı göy­dən, qə­dim abi­də yan­dı,

Ne­çə əlin sə­nə­ti, ne­çə qəl­bin qüdrə­ti

Alov­la­nıb

Düşmə­nin ar­xa­sınca uzan­dı!

Əlin­də od­lu si­lah, döşündə or­den ya­nan,

Alı­şan abi­də­nin alo­vu tək day­a­nan

Əsg­ər - me­mar da yan­dı,

Xoş ar­zu­lar da yan­dı.

 

Bu elə bir ya­nğ­ın və ya­nğ­ı­dır ki, il­lər keç­sə də, o qə­dim abi­də­nin alo­vu çox­dan sönmüş ol­sa da, me­mar onu unu­da bil­mir, abi­də­nin məh­vi ilə ba­rı­şa bil­mir. Tə­bii ki, bu cür dərd­lər sağ­a­lan dərd­lər­dən dey­il:

 

Uzaq düşən o il­lər sı­ra-sı­ra day­a­nır,

O qə­dim abi­də­nin alo­vu sönmüşsə də,

Me­mar hə­lə də ya­nır,

Me­mar hə­lə də ya­nır!

 

Müha­ri­bə­nin dəh­şət­lə­ri­ni görmüş bu gənc­lik bir öl­kə­nin de­yil, qi­tə­lə­rin, dünya­nın dərd­lə­ri­ni düşünür­dü­lər. Odur ki in­san­la­rın doğ­ma Yer kürə­si­nin qoy­nun­da bir ai­lə ki­mi ya­şa­dıq­la­rı­nı de­yil, silah­la bir-bi­rin­dən qo­run­duq­la­rı­nı ürək ağ­rı­sı ilə qə­lə­mə alır, si­lah səs­lə­ri əvə­zi­nə, Yer üçün nəğ­mə səs­lə­ri ar­zu­lay­ır­dı­lar:

 

Qi­tə­lər bir-bi­ri­nə ke­şik çə­kir si­lah­la.

Bur­da in­san ya­tan­da or­da plan çə­kir­lər,

Düşüncə bom­ba olur, ix­ti­ra nüvə olur -

Fə­za­lar­da part­la­dır, də­niz­lə­rə tökürlər.

 

Sər­dar həy­a­tın, in­san ömrünün tə­zad­la­rı­nı düşünən şa­ir idi. «İki ömür» şe­rin­də gənc­liy­in və qoc­a­lığ­ın psi­xo­lo­ji alə­mi­ni us­ta­lıq­la qarşı­laş­dır­mış­dır. Şeir da­xi­li alə­min xa­rici ci­zg­i­lər­lə hə­ma­həng təsvi­rin­dən ya­ran­mış­dır. « Bi­ri­si­nin göz­lə­rin­də nur ya­nır, Bi­ri­si­nin ağ saç­la­rı da­ra­nır » dey­ən şa­ir həy­at, əməl mey­da­nı­na atı­lan gənc­lik­lə ar­tıq böyük yol ke­ç­miş və gücü xa­ti­rə­lə­ri­nə ça­tan qoc­a­lığ­ın təzad­la­rı­nı əks et­dir­miş­dir:

Bi­ri­si­nə qüvvət ve­rər iş, hünər,

Xoş ar­zu­su bir-bi­ri­nə qa­rı­şar.

O bi­ri­si si­nə­si­ni tər­pə­dər,

Şi­rin-şi­rin xa­ti­rə­lər da­nı­şar.

 

Ata-ana mə­həb­bə­ti, öv­lad se­vg­i­si Sər­da­rın şeir­lə­rin­də ic­ti­mai məz­mu­nu ilə se­çi­lir. Öv­lad ata­nın ya­rat­dıq­la­rı­nı qo­ru­ma­lı, ək­dik­lə­ri­ni bec­ər­mə­li, dünyaya va­li­deyn­lə­rin, ulu­la­rın göz­lə­ri ilə bax­ma­lı­dır. Ata mə­za­rı­nı xa­tır­lay­a­raq de­diyi söz­lər, əs­lin­də, hər bir öv­la­dın vali­dey­nə borc­u­nu təm­sil edir:

 

Gözümlə dünyaya hey ba­xac­aq­san,

Mən sə­nin ya­nı­na gə­lə­nə ki­mi. («Hə­mi­şə­lik yu­xu»)

 

Sər­da­rın şeir­lə­ri ona gö­rə in­san duyğu və düşüncə­lə­ri­nə tə­sir edir, in­san duyğ­u­la­rı­nı hə­rə­kə­tə gə­ti­rir ki, məz­mu­nu ilə ya­na­şı, ifadə tər­zi də gö­zəl­dir. Azər­bayc­an di­li­nin tə­bi­ə­ti­nə yax­şı bə­ləd olan şa­ir on­la­rın üzə­rin­də çox iş­lə­miş, şeir­lə­ri­nin ob­raz­lı­lıq key­fiy­yət­lə­ri­nə xüsu­si diq­qət ye­tir­miş, ye­ri gəl­dikcə fi­k­ri­ni xalq hik­mət­lə­ri gücündə tə­sir­li afo­rizmlər­lə ifa­də et­miş­dir: Mən də o çı­raq­la ya­nım sübhəcən, İşıq yan­may­ır­sa, ölübdür de­mək! («Sön­dür­mə») Ay­ıq xo­ruz öz vax­tın­da ban­lay­ar, Səs eşi­dib ban­la­mağa nə var ki! («Xo­ruz ba­nı») Qa­dın­sız Yer kürə­si bir bağ xə­zəl­liy­i­dir, On­suz stol, iş ye­ri Döyün­mə­si azal­mış xə­s­tə ürək ki­mi­dir . («On­suz») İn­san düşüncə­si­nin Deyi­rəm Şer ad­lı Nə na­dir öv­la­dı var! («Şa­i­rin ar­zu­su») Sə­nət­kar qoc­a­lar, sə­nət qoc­al­maz. («Sə­ni»)

 

Əzəl gündən qa­raya ağ de­məz­lər,

Mə­həb­bət­də ya­xın, uzaq de­məz­lər.

Hər tə­pəyə vüqar­lı dağ de­məz­lər,

Yay za­ma­nı soy­uq qa­rı ol­ma­sa! («Eti­bar»)

 

Bir fi­lo­loq ki­mi, sözün məc­a­zi­lik im­kan­la­rı­na yax­şı bə­ləd idi, söz se­ç­məyi, söz üzə­rin­də iş­lə­məyi, «sözün üstə əs­məyi» bac­a­ran sə­nət­kar idi. Ori­ji­nal təş­bih və epi­tet­lər ya­rat­mış­dır. Klas­sik ədə­biyy­a­ta, müa­sir­lə­ri­nin di­li­nə yax­şı bə­ləd ol­duğ­un­dan tə­k­ra­ra yol ver­mə­mək üçün da­im ye­ni ta­pın­tı­la­ra meyil et­miş­dir: Gec­ə­nin saç­la­rı­na Ya­şı ötmüş adam tək Ya­vaş-ya­vaş düşür dən. («İki işıq») Üs­tündə külək əsir, Mən söz üstə əsən tək . («Gü­nəş şə­hə­ri») Çö­küb qəl­bi dağ­lar tə­pə­lər ki­mi, Qay­a­lar dağ­ı­lıb qəl­pə­lər ki­mi. («Dağ­la­rın dağı») Gördü ki, bir qaya qal­xıb at ki­mi, Tökür dır­na­ğ­ın­dan tor­pağı, da­şı . («Tə­pə»dən yı­xı­lan») Qı­za­ran dan ye­ri də Qır­mı­zı yay­lığ­ıy­la Si­lib atır gec­ə­nin Qa­lan qa­ran­lığ­ı­nı . («Gü­nəş şə­hə­ri») Dağ­la­rın en­mə­si hə­lə dağ dey­il («Dağ­la­rın dağı») və s.

 

Bu mi­s­ra­lar­da tu­tar­lı təş­bih­lər də var, epi­tet, me­ta­fo­ra və fra­zemlər də. Bu cür məc­a­zi­lik im­kan­la­rı hər bir şe­rin ya­şa­rı əla­mət­lə­rin­dən­dir.

Sər­dar gö­zəl qoş­ma və gə­ray­lı­lar müəl­li­fi­dir. Qə­dim aşıq po­e­ziya­sın­dan gə­lən bir sı­ra möv­zu-ob­raz­lar - bə­növ­şə, kək­lik, çə­mən, çiçək, dağ­lar və s. haq­qın­da gö­zəl şeir­lə­ri var. Bun­lar ye­ni duyğu və düşüncə ilə ya­ran­mış ob­raz­lar ol­maq­la, ifa­də tər­zin­də­ki ye­ni­lik­lər­lə də diq­qə­ti cəlb edir. Bu şeir­lər­də şa­i­rin mürac­i­ət ob­yekt­lə­ri ilə söh­bə­ti da­ha sə­mi­mi və kon­kret­dir:

 

Ya al­qı­ş­la, ya da qı­na,

Şer qoş­dum mən adı­na!

Vu­rul­mu­şam qa­na­dı­na

Sə­pə­lən­miş xa­la, kək­lik! («Kək­lik»)

 

Xoş nə­fə­sin - gülündə­dir,

Coş­qun­luğ­un - se­lin­də­dir.

Qur­ba­ni­nin di­lin­də­dir

Ha­va­la­rın, Di­ri dağı! («Di­ri dağı»)

 

Sər­da­rın «Görüş» şe­ri gö­zəl bir təc­nis nümu­nə­si­dir. Bu şeir onun bir şa­ir ki­mi xalq şe­rin­dən xüsu­si il­ham al­dı­­ğı­nı, us­ta­lıq­la ci­nas qa­fiy­ə­lər ya­rat­ma qüdrə­ti­nə ma­lik ol­duğ­u­nu gö­s­tə­rir:

 

Ba­har gəl­di, ya­şıl gey­di çə­mən, düz,

Dağ döşündə cə­rg­ə­lən­di ala­çıx.

Sə­hər ol­du, gü­nəş çıx­dı, əh­di düz,

Göz­ləy­i­rəm, a göz­lə­ri ala, çıx!

 

Lal day­a­nıb, sən ağ­zı­na al­ma su ,

Ötmüsən ki, zər-zi­ba­nı, al­ma­sı!

Al ol­sa da bağ­ça­nı­zın al­ma­sı,

Mən hey­ra­nam ya­nağ­ın­da ala, çıx!

 

Yad ol­sa da bi­zə da­va, qan adı,

Qan sözümü, bağ­rım ba­şı qa­na­dı,

Sər­da­ra sən ver­din uçan qa­na­dı,

O da sə­nə könül ver­di, al açıx!

 

Ya­xud «Yax­şı­dır» şe­ri­nin aşağ­ı­da­kı bən­di­nə diq­qət ye­ti­rək:

 

De kim se­vər o sözü ki, nəs ola,

Söz o sözdür nə köh­nə­lə, nə so­la.

Get­mə, fi­k­rim, sən nə sağa, nə so­la,

Hər ürəy­in öz qə­ra­rı yax­şı­dır.

 

De­mək, Sər­dar xalq aşıq­la­rı­nın, haqq aşıq­la­rı­nın söz de­mə mən­zi­li­nə yüksəl­miş bir sə­nət­kar ol­muş­dur. Qo­şa hörü­klə­ri ağ pa­paq al­tın­da olan ca­van və gö­zəl tibb ba­cı­sı haq­qın­da: « O, iy­nə vu­ran­da yaş­­lı­lar: İnc­i­dir , dey­ir, Ca­van­lar: Özün də, iy­nən də inc­i­dir , dey­ir» - mi­s­ra­la­rın­da in­ci sözündən həm fel, həm isim ki­mi is­ti­fa­də et­miş­dir. Yığ­cam, cid­di mə­sə­lə­lə­rə to­xu­nan bu cür şer­lə­ri Sər­dar omo­form­la­rın kö­məyi ilə us­ta­lıq­la ya­ra­da bi­lir­di:

 

Ço­xu «əsər» oxu­du,

Ço­xu qa­rğ­ış ey­lə­di:

«Sə­ni vur­sun kor ilan».

Gö­rə-gö­rə dünya­nı

Heç şey gö­rə bil­mə­di

Tə­fəkkürdən kor olan!..

 

Sər­da­rın şi­rin yu­mo­ru var­dı. Şeir­lə­rin­də yu­mo­ra az meyil et­sə də, yu­mor­dan is­ti­fa­də im­kan­la­rı­nın zə­ng­in ol­du­ğu­nu bi­lir­dim. Ev iş­lə­ri­nə, ai­lə qayğ­ı­la­rı­na la­qeyd qa­dın­la­rın tən­qi­di­nə həsr et­diyi « Ki­şi gə­lən­də» şe­ri hət­ta müəyy­ən də­rəcə ay­dın is­teh­za ça­la­rı­na ma­lik­dir:

 

Bəs ha­nı çay, ha­nı xö­rək,

Öz ye­rin­dən bir qop, ar­vad!

Boş qab­la­rı fı­rıl­da­daq,

Gəl oy­nay­aq top-top, ar­vad!.

 

Pənc­ə­rə­dən yel­lər dol­du,

Saç ağ­ar­dı, ya­naq sol­du.

Mə­ni yey­ən kar­tof ol­du,

Mən ye­diy­im kar­tof, ar­vad!

 

Hə­qi­qi mə­həb­bə­tin tə­rənnümü, se­vg­i­də ilk an­lar baş ve­rən tərəddüdlər Sər­da­rın qə­lə­mi ilə re­al ci­zg­i­lər­lə ifa­də olun­muş­dur. Hət­ta ye­ri gəl­dik­də el­mi ter­mi­no­lo­giy­a­dan şeir di­lin­də is­te­dad­la is­ti­fa­də edə­rək se­vg­i­li­nin tə­rəddüdlə­ri­ni tə­bii və ori­ji­nal şə­kil­də çat­dı­ra bil­miş­dir:

 

 

Dol­mu­şam da­lğ­a­lı ümman­la­rın­da,

Qal­mı­şam «gəl­mə... gəl…» gü­man­la­rın­da,

Az­mı­şam fe­li­nin za­man­la­rın­da,

Qur­ta­ra bil­mi­rəm müza­re göz­dən!

 

Sər­dar Ağ­dam Müəl­lim­lər İn­sti­tu­tu­nun dil və ədə­biyy­at fakültə­si­ni fər­q­lən­mə diplomu ilə bi­ti­rib V.İ.Le­nin adı­na APİ-nin ey­ni­ad­lı fakültə­si­ni də qur­tar­mış­dı. Yax­şı oxu­muş, yax­şı fi­lo­lo­ji təh­sil al­mış­dı. Di­li­mi­zin in­cə­lik­lə­ri­nə də­rin­dən bə­ləd idi. Se­vg­i­li­nin fel za­man­la­rı­nı - görüş vaxt­la­rı­nı tez-tez dəy­iş­mə­si, göz­lə­rin­də­ki tə­rəddüdlər (müza­re za­ma­nın qram­ma­tik mə­na­sın­da­kı olar-ol­maz gü­ma­nı), tə­s­diq və in­kar fel­lə­ri ni­zam­sız iş­lət­mə­si qram­ma­tik məf­­hum­lar­dan uğur­la is­ti­fa­də­nin ti­pik nü­mu­nə­si say­ı­la bi­lər. Sö­zə qə­na­ət his­si onun ya­ra­dıc­ı­lı­ğın­da mühüm yer tu­tur­du.

Onu ta­rix­dən çox, müa­sir həy­at, ya­şa­dığı dövrün tex­ni­ki tə­rəq­qi­si, zəh­mət adam­la­rı, on­la­rın həy­at eş­qi ma­raq­lan­dı­rır­dı. Bir də tə­biət - Azər­bayc­an tə­bi­ə­ti, Azər­bayc­a­nın gur şə­la­lə­lə­ri, si­nə­si ya­şıl örtüyə bürünmüş dağ­la­rı, me­şə­lə­ri, də­rə­lə­ri, çay­la­rı, bu­laq­la­rı, uc­suz-bu­caq­sız tar­la­la­rı. Ata, ana, va­li­deyn is­təyi, us­tad, mü­əl­lim tər­biy­ə­si, sə­nə­tə, sə­nət­ka­ra müna­si­bət, müha­ri­bə­lə­rin da­ğı­dıcı qüvvə­si, in­san­la­rın ya­ra­dıc­ı­lıq əz­mi Sər­dar Əsəd möv­zu­la­rı­nın nə qə­dər rə­ng­a­rə­ng ol­duğ­u­nu gö­s­tə­rir.

Sər­dar həy­at eş­qi yüksək olan bir in­san idi. Zəh­mət adam­la­rın­dan, on­la­rın həy­a­tın­dan bəhs edən oçer­k­lər ya­zır­dı. Ma­raq­la oxu­nan «Cər­rah ürəyi», «Ağ saç­lı Qaf­qaz», «Xa­ti­rə yar­paq­la­rı», «Qız ana­sı», «Yer ul­du­zu» ki­mi poe­ma­la­rı var­dır. Az vaxt ər­zin­də xey­li ki­tab çap et­dir­miş­di. Ha­zırc­a­vab bir şəx­siyy­ət idi.

1956-cı il­də yaz­dığı «Uzaq sə­fər» şe­rin­də « Gə­ləc­ək günlə­rim hey əl ey­ləy­ir», «Bə­zən lal su­la­ra du­rub ba­xı­ram, Bə­zən qol atı­ram fır­tı­na­lar­da» deyə həy­a­tın tə­zad­la­rı içə­ri­sin­də gə­ləc­əyə ümid­lə bax­dığ­ı­nı bil­di­rir, hə­lə ömür yo­lu­nun qa­laq-qa­laq il­lər­dən ke­çəc­əy­i­ni söy­ləy­ir­di:

 

Hə­lə yol ge­di­rəm nə vaxt­dan bə­ri,

Qar­şı­da il­lə­rim qa­laq-qa­laq­dır.

Qəl­bim­də od gə­zir, di­lim­də zə­fər,

Qar­şım­da hə­lə ağ sə­hi­fə­lər var…

Mə­nim ba­ş­la­dığ­ım həy­at da­s­ta­nı

Ömrümün so­nun­da qur­ta­rac­aq­dır!..

 

La­kin tə­əssüf ki, bu ömür yo­lu qı­sa ol­du. 1929-un av­qus­tun­da doğ­ul­muş, 75-in av­qu­s­tu­na bir ay qal­mış və­fat et­miş­dir.

Sərdarın məşhur bir misrası var: Ara­la­nıb gözümdən Fik­rim­də ya­şay­ır­san. («Yu­xu­da hə­qi­qət») Bu 30 ilə yaxın bir müddətdə Sər­dar mənim gözlərimdən aralanmış olsa da, daim fikrimdə yaşa­yıb. Bir mənim yox, ailəsinin, övladlarının, qohumlarının, oxucu­la­rının, sənət dostlarının fikrində yaşayıbdır.

Düşünürəm ki, Sər­dar elə həy­at­dan ca­van get­mə­liy­miş. Mən onu qoca ya­ş­la­rın­da tə­səvvür edə bil­mi­rəm. Göz­lə­rim önündə da­im hə­ya­ta iti göz­lə ba­xan, ədə­biyy­a­tı­mız­da öz sözü olan, yax­şı bir in­san ki­mi sev­diy­im şa­ir Sər­dar Əsə­di görü­rəm.

Ya­rat­dıq­la­rı qəl­bi­miz­də xoş duyğ­u­lar ya­ra­dır.

Və - Sər­da­rı ya­şa­dır.

 

05.11.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az