BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

GEN­NƏN BAXIB YANAN KÖNÜL…

 

XX əs­rin 20-ci il­lə­ri­nin son­la­rın­da və 30-cu il­lər­də po­eziya alə­min­də S.Vu­rğ­un, S.Rüstəm, M.Rə­fi­li, M.Müş­fiq, R.Rza, M.Ra­him, M.Dil­ba­zi, N.Rə­fi­bəy­li par­la­dı. Bu nə­sil 70-ci il­lə­rin son­la­rı­na qə­dər tə­d­ric­ən öz mis­si­ya­sı­nı ba­şa çat­dır­dı. Ke­çən əs­rin or­ta­la­rın­dan, xüsu­si­lə 60-cı il­lər­dən B.Va­hab­za­də, N.Xəz­ri, H.Arif, F.Qoca, X.Rza Ulutürk, Sər­dar Əsəd, Əli Kə­rim, Qa­bil, Ca­bir Nov­ruz və baş­qa­la­rı po­eziya alə­min­də bir hə­qi­qət ki­mi gö­ründü. İn­dii bu nə­sil öz mis­siya­sı­nı ba­şa çat­dır­maq­da­dır.

Bəs ye­ni nə­sil kim­lər­dən iba­rət­dir?

Po­eziya alə­min­də in­di kim­lər var?

Hə­lə­lik bu ba­rə­də bir söz de­mək çə­tin­dir, hər şeyi ta­rix gös­tə­rəcək.

İn­dii şer ya­zan da­ha çox­dur. La­kin ta­ri­xin süzgə­cin­dən kim­lə­rin ke­çəc­əy­i­ni hə­lə bil­mi­rik.

Əs­lin­də, Şöv­kət xa­nım Zə­rin Ho­rov­lu yaş eti­ba­ri­lə ikinci nəs­lin nümay­ən­də­lə­ri­nə ya­xın­dır. La­kin uzun müd­dət yaz­dıq­la­rı­nı üzə çıxar­maq is­tə­mə­diy­in­dən və ilk ki­ta­bı 1999-cu il­də çap olun­duğu üçün az qa­la gənc şa­ir­lər cə­rg­ə­sin­də­dir. Elə gənc­lik hə­ra­rə­ti­ni, gənc­lik duyğ­u­la­rı­nı qo­ruy­ub sax­lay­ıb da.

Azər­bayc­a­nın hər bir gu­şə­sin­də var və o cümlə­dən bi­zim Cəb­ray­ıl tor­pağ­ın­da da var - ana­lar, nə­nə­lər var ki, bə­da­hət şa­ir­lə­ri­dir və bu­ra­da təh­si­lin-fi­la­nın heç bir dəx­li yox­dur. Şöv­kət xa­nı­mın şeir­lə­ri­ni oxuy­ar­kən duy­ur­san ki, onun mi­s­ra­la­rı haq­dan gə­lir və el­mi düşüncə­nin məh­su­lu dey­il. Bəl­kə, Şöv­kət xa­nım fi­lo­lo­ji təh­sil almasa idi be­lə, ye­nə o şeir­lə­ri - o qoş­ma­la­rı, gə­ray­lı­lar, qə­zəl­lə­ri ya­za bi­lər­di.

Elə möv­zu­la­rı da bu ina­mı ya­ra­dır. Bi­zim ana­la­rı­mız, nə­nə­lə­ri­miz da­ha çox dərd­dən ya­zıb­lar, yə­ni möv­zu­la­rı dərd ol­maq­la ya­na­şı, on­la­rı dil­lən­di­rən, şa­ir edən də dərd olub.

Şöv­kət xa­nı­mın da ək­sər möv­zu­la­rı dərd­dən­dir: Şu­şa dər­di, Xo­ca­­lı dər­di, Tə­b­riz dər­di, öz doğ­ma tor­pağ­ı­na qi­s­mət ol­may­an qar­daş mə­za­rı­nın dər­di, ana mə­za­rı­nın dər­di, ha­va­sı, suyu ilə bö­yüdüyü, la­kin in­di ay­aq qoy­ul­ma­sı ir­tica tə­rə­fin­dən qa­dağ­an olun­muş doğ­ma tor­paq­la­rın dər­di, ye­tim qal­mış tək çi­na­rın dər­di… bütövlükdə Və­tən dər­di, Qa­ra­bağ dər­di… Xə­bis in­san­la­rın uc­ba­tın­dan «Aşı­na ha­lal­lıq qa­ta bil­mə­diy­i­miz» müstə­qil­liy­i­miz!

Tə­əssüf his­si­lə onu da də­fə­lər­lə qeyd edir ki, Qa­ra­bağ­ın işğ­a­lın­da da­xi­li düşmən­lə­rin, və­zi­fə və sər­vət hə­ris­lə­ri­nin «xid­mə­ti» böyükdür:

 

Özününkü özünə ol­ma­sa qə­nim,

İla­nı yu­va­da boğ­mağa nə var!

Şöv­kə­ti dil­lən­di­rən bun­lar­dır. Bu şer­lə­ri də öz dərd­lə­ri­ni in­san­lar­la bölüşmək üçün qə­lə­mə al­mış­dır:

 

Şa­ir olan ya­ran­may­ıb öl­mək üçün,

O ya­ra­nıb

Se­vinc­i­ni, kə­də­ri­ni in­san­lar­la böl­mək üçün.

 

Dərd, ic­ti­mai kə­dər böyük qüvvə­dir. İn­sa­nı şa­ir edər­miş! Unu­dul­maz Hüseyn Ari­fin de­diyi ki­mi:

 

Tək se­vinc ol­say­dı, kim olac­aq­dım,

Qəm mə­ni Hüseyn Arif ey­lə­di.

O tor­paq­lar, o yol­lar, o cığ­ır­lar, o bu­laq­lar, o kəh­riz­lər, doğ­ma tor­pağ­ın hər bir da­şı, kə­səyi hə­s­rət yükü olub, in­sa­nın çiy­in­lə­rin­dən ba­sır, onu əzir:

 

Hə­s­rət yükü var çiy­nim­də,

Götürüb gə­zə bil­mi­rəm.

Ağ­rı­sı­na-ac­ı­sı­na

Dözmüşəm, dö­zə bil­mi­rəm.

Bu in­saf­sız dərd əlin­dən

Ya­xa­mı üzə bil­mi­rəm.

 

Gə­lən­də son də­fə dağ­la­ra bax­dım,

Bu­lağı gözümün se­lin­də qal­dı.

Dönüb Xan çi­na­rın əli­ni sıx­dım

Gözüm sal­xım­la­nan te­lin­də qal­dı.

Və­tə­nin azad­lığı və çi­çək­lən­mə­si uğ­run­da müba­ri­zə­ni özünün və hər bir və­tən öv­la­dı­nın ama­lı he­sab edir. Şai­rin fi­k­rincə, Və­tən və tor­paq hə­s­rə­ti­lə çır­pı­nan in­san qəl­bi şam ki­mi əri­mə­li­dir. Düz dey­ir, tor­paq dər­di, yurd dər­di çə­kən in­san­la­rın ya­rat­dığı hər bir əsər on­la­rın şam ki­mi əriy­ən ömürlə­ri­nin məh­su­lu­dur:

 

Bir yax­şı şeir də, hə­zin nəğ­mə də

Gecə-gündüz ya­nan şa­ir ömrüdür.

 

Şöv­kət xa­nı­mın şeir­lə­rin­də tə­sir­li və fac­i­ə­vi səh­nə­lər­lə qar­şı­la­şı­rıq. Bir ovuc və­tən tor­pağ­ı­nı ovc­un­da sı­xıb göz­lə­ri­ni əbə­di yu­man ana­nın - hə­s­rə­ti gözündə qa­lan ana­nın tə­s­vi­ri:

 

Si­nə­si üstündə bir ovuc tor­paq,

Ana­nın qoy­nu­na bir ana köçür.

 

Bu mə­qam­da Şöv­kət xa­nı­mın Hüseyn Arif­dən gə­tir­diyi bə­dii si­tat da ye­ri­nə düşür:

 

Bir ovuc tor­paq­dan dö­nən dey­i­ləm,

Bir ovuc tor­pağa dö­nə­nə ki­mi.

 

Doğ­ma tor­pağı­na köçürüləc­əyi ümi­di ilə yad yer­də mü­vəq­qə­ti dəfn olun­muş qar­daş mə­za­rı­nın doğ­ur­duğu son­suz kə­dər:

 

Əma­nət ya bir il, ya beş ay olar,

Beş il­lə qoy­ul­maz, bu nə adət­dir!?

Şöv­kət xa­nım S.Vu­rğ­un, H.Arif, Qur­ba­ni şer­lə­rin­dən da­ha çox il­ham al­mış­dır. Bir çox şeir­lə­rin­də, Qa­ra­bağ uğ­run­da ölümə ge­dən gənc­lə­rin tə­s­vir olun­duğu po­ema­sın­da po­etik təh­kiyə S.Vu­rğ­u­nu ya­da sa­lır. Hüseyn Ari­fin şa­g­ir­di ol­duğ­u­nu isə özü eti­raf et­miş­dir: « Hü­seyn Arif­dir us­ta­dım, Bu da­nıl­maz hə­qi­qət­dir ».

Şeir­lə­rin­də Qur­ba­ni mə­həb­bə­ti, Qur­ba­ni bə­növ­şə­si­nin ət­ri du­yul­maq­da­dır. La­kin ic­ti­mai kə­dər Şöv­kət xa­nı­mın şeir­lə­rin­də kə­s­kin dönü­şlər­lə nə­tic­ə­lə­nir, tə­bi­ətin gö­zəl tə­s­vi­ri qə­fil ça­vıy­an güllə ki­mi fi­k­ri işğ­al olun­muş tor­paq­la­ra yö­nəl­dir:

Əl­van gey­ib Di­ri dağı,

Xı­na­lı­dır əl-ay­ağı.

Cən­nət­dir Araz qı­rağı.,

Gen­dən ba­xıb ya­nan könül.

 

Bə­zən dünya­nın iş­lək­lə­ri­nə, mər­di na­mər­də möh­tac edən dünyaya lap bi­zim ulu nə­nə­lər ki­mi ni­frin­lər yağ­dı­rır:

 

Hər ad­dım­ba­şın­da dərd bo­s­ta­nı var,

Di gəl, ad­da-bud­da gülüsta­nı var.

Ul­duz­lar sa­nıc­an qə­b­ri­s­ta­nı var,

Bu ilan dünya­nın, əfi dünya­nın.

Çə­kib­dir mərd­lə­ri dar ağ­ac­ı­na,

Gə­lib­dir na­mərd­dən xo­şu dünya­nın.

Niyə sat­qın­lıq­da ba­za­rı bol­dur,

Bu sır­tıq dünya­nın, na­şı dünya­nın?

 

Və­tən yo­lun­da ca­nı­nı qur­ban ver­mək hər bir və­tən­da­şın bor­cu­dur və in­san və­tən yo­lun­da öl­məyə ha­zır dey­il­sə, və­tən ona oğ­ul de­mə­mə­li­dir, in­san haqq yo­lun­da ölümə get­mək­dən qorx­ma­ma­lı­dır:

 

Dər­di­mi dərd bil­mi­rəm­sə,

Göz ya­şı­nı sil­mi­rəm­sə,

Haqq yo­lun­da ölmürəm­sə,

Və­tən, mə­nə öv­lad de­mə.

 

Şöv­kət xa­nı­mın ya­ra­dıc­ı­lığı elə vax­ta düşüb ki, gö­zəl­lik­dən zövq al­mağa, nan­kor qon­şu­la­rı­mı­zın tö­rət­diyi böyük bə­la­la­rı unut­mağa vaxt yox­dur. Ona gö­rə də ki­tab­la­rın­da:

 

Gü­nəş də oy­a­nıb, oy­an, se­vg­i­lim!

Qı­zıl şə­fəq­lər­dən əl­van don bi­çək -

 

ruh­lu şeir­lər nis­bə­tən az­dır. La­kin düz dey­ir ki, əsl mə­həb­bə­tin di­li lal olur. Tə­bi­ət şeir­lə­ri isə ək­sə­rən ic­ti­mai kə­dər­lə qo­vu­şur. Səmi­mi uşaq şeir­lə­ri, öv­lad, nə­və se­vinci ifa­də edən ya­zı­la­rı ümumən ağ­ır kə­dər içə­ri­sin­də ya­şay­an in­san­la­rın gə­ləc­əyə ümi­di, az-çox se­vinc mən­bəy­i­dir.

Şöv­kət xa­nı­mın afo­ri­s­tik ümu­mi­ləş­dir­mə­lər gücün­də tu­tar­lı mi­s­ra­la­rı da var­dır:

 

Dağ­ın si­nə­sin­də əriy­ən­də qar,

Axan sel­lər-su­lar də­rə­dən ke­çər.

Eni­şə-yo­xu­şa şığ­ıy­an qar­tal

Qıy vu­rub qal­xan­da zir­və­ni se­çər.

 

Döyür qa­pı­la­rı pay­ız küləyi,

Göy­lə­rin kə­lə­fi qa­rı­şır ye­nə.

 

Yal­taq­la­rın, ikiüzlülə­rin, xal­qı soy­ub-ta­lay­an­la­rın if­şa­sı­na həsr olun­muş kə­sər­li şeir­lə­ri var­dır. Mə­həl­lə­çi­liy­in və ey­ni za­man­da bəd­bin­liy­in düşmə­ni­dir. Bütün iz­ti­rab­la­rı­na bax­may­a­raq, xoş gə­ləc­ək ar­zu­la­rı ilə ya­şa­yır:

 

Za­ma­nın zülmündən dönüb lal ol­duq,

Niyə ye­tiş­mə­dik, be­lə kal ol­duq!?

 

Şöv­kət za­nım az vaxt ər­zin­də nə­fis şə­kil­də üç ki­tab çap et­dir­miş­dir. «Çi­nar hə­s­rə­ti», «Mən Araz qı­zıy­am» və «Sözün işığı». Bun­lar onu bir şa­ir ki­mi tə­s­diq edən bə­dii sə­nəd­lər­dir.

O gün ol­sun ki, doğ­ma tor­paq ni­sg­i­li se­vinc­li günlər­lə əvəz olun­sun. Şöv­kət xa­nım və­tən öv­lad­la­rı­nın şücaə­ti­ni tə­s­vir edən ye­ni şeir­lər yaz­sın.

20.10.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az