BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

BİR HƏYAT ROMANINDA BİR NEÇƏ ROMAN

və ya

Hidayətin «Burdan min atlı keçdi» əsəri

barədə düşüncə­lə­rim

 

Gör­kəm­li siy­a­si xa­dim­lər, ma­te­ri­a­list və ide­a­list fi­lo­so­f­lar çox rəng­a­rə­ng ide­o­lo­ji ba­xı­ş­lar, bə­şər hə­ya­tı­nı is­ti­qa­mət­lən­di­rən kon­sep­siy­a­lar ha­zır­la­mış, dün­yaya göz aç­dığı gündən in­sa­na müxtə­lif da­v­ra­nış nor­ma­la­rı aşı­la­mı­ş­lar. Bu cür ideya və görü­şlər bə­zən in­sa­nı ümid­siz kö­ləyə çe­vir­miş, bu dünya­dan küsdürmüş, bə­zən də onu vax­tı ye­tiş­mə­miş ar­zu­lar, amal­lar uğ­run­da mü­ba­ri­zəyə sü­rüklə­miş, həy­a­tı­nı ya­rı­da qoy­muş­dur. La­kin bütün bun­lar­dan fərq­li ola­raq, bir qı­sa in­san ömrünü sər­bəst düşüncə ilə, tə­bi­ə­tə və in­sa­na ay­dın nə­zər­lə ya­şa­yan­lar da ol­muş­dur. Be­lə­lə­ri heç bir qə­li­bə sığ­ma­mış, hə­ya­tı ol­duğu ki­mi duy­muş və ömürlə­ri bə­şə­ri əməl­lə­ri ilə uzan­mış­dır.

Gör­kəm­li ya­zı­çı və pub­li­sist Hi­day­ət bu so­nunc­u­lar­dan olub, həya­ta ay­ıq göz­lə ba­xan sə­nət­kar­lar­dan­dır. Onun «Bur­dan min at­lı keç­di» ki­ta­bı (Ba­kı, Azər­bayc­an Mil­li En­sik­lo­pe­diy­a­sı Nə­ş­riy­yat-Po­li­qra­fiya Bir­liyi, 2004; re­dak­to­ru Sə­fa­lı Nə­zər­li) yüksək bə­dii düşüncə­nin məh­su­lu olub, böyük bir dövrün mən­zə­rə­si­ni əks et­di­rir.

Ya­zı­çı əsə­rin mey­da­na çıx­ma sə­bəb­lə­ri­ni aşağ­ı­da­kı ki­mi izah et­miş­dir: «Ora­da ya­şa­dığ­ım il­lə­ri və­rəq­lə­dikcə, gənc­lik çağ­la­rın­da əmək­da­şı ol­duğ­um «So­vet Er­mə­ni­s­ta­nı» qə­ze­ti­nin, on al­tı il fa­si­lə­siz di­rek­to­ru iş­lə­diy­im C.Cab­bar­lı adı­na İrə­van Döv­lət Azər­bayc­an Dram Te­a­t­rı­nın kol­lek­tiv­lə­ri, rəh­bər­lik et­diy­im Res­pub­li­ka Ya­zı­çı­lar İt­ti­fa­qı Azər­bayc­an Şu­ra­sı­nın üzv­lə­ri keç­di ürəy­im­dən. Müha­zi­rə­lər oxu­duğ­um Pe­da­qo­ji İns­ti­tu­tun fi­lo­lo­g­iya fakültə­si­nin müəl­lim­lə­ri, tə­lə­bə­lə­ri, müxtə­lif sə­nət sa­hib­lə­ri - ziy­a­lı­lar, par­tiya-so­vet iş­çi­lə­ri, qə­ləm do­st­la­rım on­la­ra qo­şul­du­lar, hə­rə öz atı­nı mi­nib get­di və o kai­nat­da elə por­t­ret­lər, elə ciz­gi­lər gördüm ki… on­lar yal­nız mə­nim xəy­a­lım­da, yad­da­şım­da ya­şa­ma­lı dey­il, oxucu yad­da­şı­na köçürülmə­li­dir».

Əsər 1986-cı il­də qə­lə­mə alın­mış, bir par­ça­sı ilk də­fə döv­lət nə­za­rə­ti süzg­əc­in­dən ke­çi­ri­lə­rək «Ədə­biyy­at və inc­ə­sə­nət» qə­ze­tin­də dərc edil­miş­dir. Bütövlükdə cid­di sen­zu­ra (qlav­lit) qay­çı­la­ma­la­rı ilə «Azər­bayc­an» jur­na­lın­da çap olun­muş­dur.(1988, nö­m­rə1) Müəl­lif əsə­ri nis­bə­tən tam şə­kil­də ye­nə bə­zi sen­zu­ra əng­əl­lə­ri­nə bax­mayaraq, 1989-cu il­də çap olun­muş «Sa­ba­ha çox var» ki­ta­bı­na da­xil etmiş­dir. O vaxt­dan ke­çən müddət ər­zin­də çox su­lar du­rul­muş, çox xa­ti­rə­lər ye­ni­dən baş qal­dır­mış, ona gö­rə də müəl­lif bu möv­zuya yeni­dən qay­ıt­ma­lı ol­muş­dur: «Bur­dan min at­lı keç­di»yə ye­ni­dən qay­ıt­maq­da və onu ta­mam­lay­ıb çap et­mək­də əsas məq­sə­dim ta­ri­xi­mi­zin son ya­rım əs­ri­nin ic­ti­mai-siy­a­si mən­zə­rə­si­ni, mil­li-mə­nə­vi dəy­ər­­lə­ri­mi­zi, ya­şa­dığ­ı­mız pro­ses­lə­ri o dövrü gör­məy­ən nə­sil­lə­rə olduğu ki­mi çat­dır­maq­dır». Əsə­rin hər bir ça­pı «bey­nəl­mi­ləl­çi­lik» və «qar­daş öl­kə­nin xə­t­ri­nə dəy­ər» müla­hi­zə­lə­ri ilə doğ­ra­nıb-tökülən söz­lə­rə, ifa­də­lə­rə, cümlə­lə­rə bax­may­a­raq, Qər­bi Azər­bayc­an əha­li­si­nin o yer­lə­rin qə­dim sa­kin­lə­ri ol­duğ­u­nun və o yer­lə­rə er­mə­ni­lə­rin çox so­nra­lar gəl­diy­i­nin bir da­ha tə­s­di­qi ba­xı­mın­dan ta­rix üçün ma­raq­lı fakt­lar ve­rir.

Ki­tab Hi­day­ə­tin ömür ki­ta­bı ol­sa da, tək bir in­sa­nın dey­il, bü­töv bir xal­qın, böyük bir elin ömür ki­ta­bı­dır - sözün həm hə­qi­qi, həm də məc­a­zi mə­na­sın­da. Ma­raq­lı bir üslub­da qu­rul­muş­dur. Ya­zı­çı tə­bi­ə­ti, in­san­la­rı sev­diyi kör­pə­lik günlə­rin­dən ba­ş­lay­a­raq, ömür yo­lu­nun böyük bir his­sə­si­ni - 38 ili­ni səbr və təm­kin­lə və­rəq­lə­miş­dir. Oxu­cu­nu ta­ley­in onu apar­dığı yo­lun təf­si­la­tı ilə us­ta­lıq­la ta­nış edə bil­miş­dir. Böyük Və­tən müha­ri­bə­si dövründən əs­rin son on ili­nə qə­dər­ki ic­ti­mai-siy­a­si, mə­də­ni ha­di­sə­lə­ri, qə­dim oğ­uz yur­dun­da azər­bayc­an­lı­la­rın zəh­mət və yük­sə­li­şi­ni, müba­ri­zə və mə­şəq­qət­lə­ri­ni böyük zəh­mət­lə, sə­nəd­li bə­dii pub­li­si­s­tik bir dil­də qə­lə­mə al­mış, zə­ma­nə­nin «bo­şal­ma­sı» ilə mil­li müna­si­bət­lə­rin tə­d­ric­ən ne­cə gə­rg­in­ləş­diyi, qər­bi azər­bayc­an­lı­la­rın dəy­a­nə­ti ba­rə­də ət­ra­f­lı mə­lu­mat ver­miş­dir.

Ki­tab 23 oçerk­dən iba­rət­dir. Bu oçer­k­lə­rin əsa­sı­nı Hi­day­ə­tin təd­ric­ən çö­zə­lə­nən keş­mə­ke­ş­li həy­at yo­lu, bi­la­va­si­tə şa­hi­di ol­duğu, gördüyü, duy­duğu, ya­xın adam­lar­la ünsiyy­ət­də öy­rən­diyi ha­di­sə­lər və ya­zı­çı­nın hə­min ha­di­sə­lə­rə emo­si­o­nal-po­etik müna­si­bə­ti­ni əks et­di­rən vax­tın­da qə­lə­mə alın­mış po­eziya nümu­nə­lər təş­kil edir.

Ki­ta­bın mühüm key­fiyy­ət­lə­rin­dən bi­ri sə­mi­miy­yət­dir. Hər bir de­tal­da hiss olu­nan sə­mi­miyy­ət! İna­nır­san ki, ya­zı­çı heç bir şey ar­tır­mır, heç nə əla­və et­mir, ke­çil­miş yo­lu ol­duğu ki­mi əks et­dir­mə­yə çalı­şır. Qüsur­la­rı da, uğ­ur­la­rı da. Bu, ya­zı­çı sə­nə­ti­nin ən uğur­­lu cəhə­ti­dir. Ya­zı­çı inan­dı­rır­sa, xoş­bəxt və gə­ləc­ək­li ya­zı­çı­dır.

 

Hi­day­ət həy­at ha­di­sə­lə­ri­nə müna­si­bət­də tam müstə­qil­dir. Öz sözünü SSRİ-nin dağ­ıl­mağa ba­ş­la­dığı gündən ke­çən müddət ər­zin­də baş alıb ge­dən haq­lı-haq­sız ya­zı­la­rın heç bi­ri­nə uy­ma­dan dey­ir və hiss edir­sən ki, bütün hal­lar­da tə­miz, pak ya­zı­çı vic­da­nı­na əsas­la­nır. Bu, o de­mək­dir ki, ya­zı­çı dünya­nı düzgün görür, ha­di­­sə­lə­rin qay­nar qa­za­nı­nın is­ti­sin­dən cu­şa gə­lən­lər ki­mi haq­qı tap­da­la­mır, dünyaya ge­niş göz­lə ba­xır, ha­di­sə­lə­rin gə­ləc­əy­i­ni nə­zə­rə alır, gə­ləc­ək nə­sil­lə­rə hə­qi­qə­ti çat­dır­mağa ça­lı­şır. Bu, sə­nət­dir, po­eziy­a­dır, ya­şa­maq haq­qı olan ədə­biyy­at­dır.

Əsə­rin süje­ti az qa­la «Ye­vg­e­ni One­g­in»in süje­ti­nə bən­zəy­ir. One­g­in toz­lu poçt yo­lu­nu ça­pıb-ke­çə­rək ölüm aya­ğın­da olan xə­s­tə əmi­si­nə çat­mağa ça­lış­dığı və ora­da onu nə­lə­rin göz­lə­diy­i­ni dü­şündüyü za­man bütün həy­a­tı çö­zə­lən­diyi ki­mi, «Bur­dan min at­lı keç­di» əsə­ri də «So­vet Er­mə­nis­ta­nı» qə­ze­ti­nin əmək­da­ş­lıq üçün Hi­­da­yə­ti İrə­va­na də­vət et­mə­si və qa­tar­la yol ge­dər­kən çö­zə­lə­nən həy­a­tı üzə­rin­də qu­rul­muş­dur.

Bu yol­lar­da nə­lər düşünür ya­zı­çı! Meğ­ri (müəl­lif bu sözü hər yer­də əha­li­nin de­diyi ki­mi «Mığ­rı» şək­lin­də iş­lət­miş­dir) yol­la­rı­nı ke­çər­kən, heç şübhə­siz, çox gənc ya­zı­çı­nı ana­nı ba­la­dan ay­ı­ran ki­mi, Meğ­ri­nin Azər­bay­can tor­paq­la­rın­dan zor­la qo­pa­rı­lıb er­mə­ni­lə­rə veril­mə­si ağ­rı­dır: «Mığ­rı­nı aman­sızc­a­sı­na öz doğ­ma ana­sın­dan ay­ı­rıb Er­mə­ni­s­ta­na ver­di­lər, süni ko­ri­dor ya­rat­dı­lar ki, qon­şu re­s­pub­li­ka İra­na çıx­sın və Azər­bayc­a­nı Azər­bayc­an­dan ay­ır­sın (əs­­lin­də, or­da da Azər­bayc­a­na çı­xır)…» Bun­lar 22 ya­ş­lı gənc­in qə­­hər­li və qə­zəb­li düşüncə­lə­ri­dir. Ko­ri­dor ya­rat­maq­la, Nax­çı­van­la Azər­bayc­a­nın ara­sına gir­mək­lə gə­ləc­ək Nax­çı­van id­di­a­la­rı üçün də şə­ra­it ya­ran­mış olur­du. O Nax­çı­van ki, ya­zı­çı onu mə­həb­bət­lə tə­s­vir edir: «Nax­çı­van özü tor­paq­dan yük­sək­də­dir, dağ­la­rın tən or­ta­sın­da­dır; həm gü­nə­şə ya­xın­dır, həm də tor­pağa. Ona gö­rə tor­pağı be­lə bə­rə­kət­li­dir, ona gö­rə gü­nə­şi be­lə hə­ra­rət­li­dir».

Qa­tar İrə­va­na yol ge­dir. Müəl­li­fin şi­rin və bir çox hal­lar­da nə­ticə eti­ba­ri­lə kə­dər­li he­kay­ə­ti isə ya­vaş-ya­vaş Meğ­ri tor­paq­la­rı­na, doğ­ma Ma­ral­zə­mi kən­di­nə, uşaq­lıq il­lə­ri­nə yö­nə­lir. Bu ya­zı­lar­dan Meğ­ri kənd­lə­ri­nin ba­şı­na gə­lən­lər, on­la­rın də­fə­lər­lə dağ­ı­dıl­ma­sı, əha­li­si­nin qı­rıl­ma­sı, di­də­rg­in sa­lın­ma­sı, bir sı­ra kənd­lə­rin zor­la er­mə­ni kənd­lə­ri­nə bir­ləş­di­ril­mə­si ba­rə­də ta­rix­çi­lə­rin, sta­ti­st­lə­rin əsər­lə­rin­dən da­ha çox mə­lu­mat al­maq mümkündür.

Yol boyu Meğ­ri­nin ke­ç­mi­şi və­rəq­lə­nir, 1918-1920-ci il­lə­rin qan­lı ha­di­sə­lə­ri xa­tır­la­nır. An­d­ra­ni­kin də­s­tə­si 1918-1920-ci il­lər­də Zəng­ə­zu­ra hücum edər­kən Meğ­ri­nin də ne­çə kən­di­ni dağ­ıt­mış­dı. Qa­lan kənd­lə­rin bir ço­xu­nun ad­la­rı dəy­iş­di­ril­miş­dir. Odur ki ya­zı­çı­nı Meğ­ri to­po­nim­lə­ri, on­la­rın öy­rə­nil­mə­si­nin vac­ib­liyi, bu sa­hə­də ilkin araş­dır­ma­lar müəl­li­fi Həm­zə Və­li Nüvə­di­li­nin xid­mət­lə­ri düşündürür. Həm­zə müəl­li­min Pro­me­tey­in Zən­gə­zu­run Qa­pıc­ıq dağın­da zənc­ir­lən­mə­si, Bəzz qa­la­sı­nın ye­ri, Ba­bə­kin baş sər­kər­də­si Müa­viyə, ana­sı Bə­h­ru­mən­də və ar­va­dı İb­nət-əl Kə­lən­tə­riyy­ə­nin qəbir­lə­ri ba­rə­də ta­pın­tı­la­rı (As­ta­zur kən­di ya­xın­lığ­ın­da Ba­ba Hacı məq­bə­rə­si) ağ­la­ba­tan say­ı­lır. Bütün ta­ri­xi fakt­lar və de­tal­lar Ba­bə­ki bu yer­lər­də ni­şan ve­rir. Buğ­a­kar ziy­a­rə­tg­a­hı, Sul­tan Əh­məd çeş­mə­si və Meğ­ri­nin di­g­ər ziy­arə­tg­ah­la­rı, abi­də­lə­ri bu yer­lə­rə mən­hus ermə­ni ay­ağ­ı­nın çox so­nra­lar dəy­diy­i­ni gö­s­tə­rir.

Ya­zı­çı bə­zən ke­ç­mi­şin ana­xro­nik ha­di­sə­lə­ri­nə Mir­zə Cə­lil üslu­bu ilə gülmüşdür. Ar­dıc­ıl oçer­k­lər­dən bi­ri Mir­zə Cə­li­lin «Xa­ti­ra­tım» əsə­rin­dən götürülmüş söz­lər­lə ba­ş­lay­ır və müəl­lif da­ha çox «göz­lə­ri­mi açan­da dün­ya­nı qa­ran­lıq görmüşəm» söz­lə­ri­nə söy­kə­nir. Doğ­ru­dur, So­vet dövründə 20-30 ilin ər­zin­də ke­ç­miş çar Ru­siy­a­sı əra­zisində və uc­qar­lar­da ma­a­rif, mək­təb xey­li in­ki­şaf et­miş­di, am­ma müha­ri­bə hər şeyi həll et­məyə im­kan ver­mə­miş­di. 1953-cü il ol­ma­sı­na bax­may­a­raq, hə­lə də ya­zı­çı­nın doğ­ma kən­di olan ba­laca Ma­ral­zə­mi­də bi­rinci si­nif yox­dur. Yal­nız dördüncü sin­fə ke­çə bil­məy­ən­lə­rin bir qis­mi­ni bi­rinci sin­fə qay­tar­maq­la si­nif açı­lır. Bu və­ziyy­ət Mirzə Cə­lil ki­nay­ə­si­nə lay­iq­dir və bu cür hal­la­rın təs­vi­rin­dən so­nra ya­zı­çı­nın «Al­lah sə­nə rəh­mət elə­sin, Mir­zə Cə­lil!» de­məyə haq­qı var­dır.

Ya­zı­çı Sta­lin dövrünü tə­miz­lik, sa­f­lıq, qayğ­ı­ke­ş­lik, zəh­mət dün­ya­sı ki­mi qiy­mət­lən­di­rir və onun ölümü ilə bağ­lı in­san­la­rın necə kədər­lən­dik­lə­ri­ni qeyd edə­rək ya­zır: «Sta­li­ni isə… Ta­nı­ma­yan de­mi­rəm, sev­məy­ən tap­maq mümkün dey­il­di. İn­san­la­rın nə­zə­rin­də o, ulduz (yox, ul­duz­dan, ay­dan da böyük pla­net­lər var), Gü­nəş idi! Ona gö­rə in­san­lar ağ­lay­ır­dı­lar: ki­mə­sə gö­s­tər­mək üçün ağ­la­mır­dı­lar, ürək­dən ağ­lay­ır­dı­lar». Bu söz­lər re­al­lığı əks et­di­rir. Bu, inam­dır. Bu, rəh­bə­rin əmə­li ilə de­diy­i­nin bir­liy­i­nə inam­dan doğ­an bir mə­həb­bət­dir. İn­san haqq, əda­lət, qa­nun sev­məyə meyil­li­dir. İl­lah da Hi­day­ət ki­mi in­san­lar. Xal­qın ürəy­in­də olan mə­həb­bə­ti güc­lə, zor­la çı­xar­maq ol­maz. Al­də­rə ca­ma­a­tı ki­mi: «Kol­xoz sə­d­ri, So­vet­lər Bir­liy­i­nin yüksək müka­fat­la­rı­nı al­mış Cəm­şid Hə­sə­nov kənd­də və bü­tün rayon­da nüfuz sa­hi­biy­di. Onun və həm­kənd­li­lə­ri­nin özgürlüklə­ri­nin bi­ri də buy­du ki, bütün Er­mə­ni­s­tan­da (və təkcə Er­mə­ni­s­tan­da yox!), müstəs­na hal ki­mi, Sta­li­nin hey­kə­li­ni yıx­mağa qoy­ma­mış­dı­lar, sax­la­mış­dı­lar, ət­ra­fı­nı abad­laş­dır­mış­dı­lar, dörd ya­nın­da gül-çi­çək ək­miş­di­lər. Bu hey­kəl 1988-ci ilin son­la­rı­nac­an - al­də­rə­li­lə­rin üçüncü de­por­ta­siy­a­sı­nac­an qo­ru­nub sax­lan­dı…» Sta­li­nə qar­şı er­mə­ni­lə­rin küdu­rə­ti­nin bir sə­bə­bi də, müəl­li­fin yaz­dığı ki­mi, 1923-cü il­də Qara­bağ mə­sə­lə­si həll olu­nar­kən onun bi­tə­rəf qal­ma­sı idi, «Sta­lin ol­ma­sa idi, Mi­koy­an rəh­bər ola bi­lər­di» və Sta­lin Bağ­ı­rov­la hə­qi­qə­tən səmi­mi idi. Hey­kə­li yıx­maq üçün sürücülə­rə «kom­mu­nist tap­şı­rığı ve­ri­lən­də» on­lar part­bi­let­lə­ri­ni qo­yub­lar, am­ma hey­kə­lə ya­xın get­məy­ib­lər. Bütün bun­lar po­zul­maz ta­rix­dir.

Müəl­lif ke­ç­miş qu­ru­lu­şun el­min in­ki­şa­fı­na, təh­si­lə, təh­sil ocaq­­la­rı­na, ki­tab­xa­na­la­ra diq­qə­ti­ni xüsu­si qiy­mət­lən­di­rə­rək ya­zır: «25 - 30 ev­lik Ma­ral­zə­mi­nin ki­tab­xa­na­sın­da «Də­də Qor­qud» da var­dı, Niza­mi də var­dı, Fü­zu­li də, Nə­si­mi də, Mir­zə Cə­lil də, Sa­bir də, Səməd Vur­ğun da, Rə­sul Rza da, Şek­s­pir də, Bal­zak da, Dray­zer də, Puş­kin də, Tu­rg­e­nev də… «SSRİ xal­q­la­rı ədə­biyy­a­tı» de­yi­lən nə­hə­ng coğ­ra­fi mə­ka­nı eh­ti­va edən əng­in­lik­də ya­ran­mış «for­maca mil­li, məz­munca so­si­a­list» əsər­lə­rin di­li­mi­zə çe­v­ril­mə­lə­ri (onu da dey­im ki, is­tər klas­sik ədə­biyy­at­dan ol­sun, is­tər çağ­daş, az-çox ad­lı-san­lı çə­tin bir əsər ta­pıl­sın ki, di­li­mi­zə çe­v­ril­mə­miş ol­sun), üstünə gəl­sək, necə zə­ng­in ki­tab­xa­na­nın için­də ol­du­ğu­muz ay­dın­la­şar… Dörd il səra­sər ge­dib gəl­diy­im, IV-VII si­ni­f­lə­ri oxu­duğ­um və bi­zim kənd­dən üç-dörd də­fə böyük olan qon­şu Lök kən­di­nin ki­tab­xa­na­sı­nın və ya VIII - X si­ni­f­lə­ri oxu­duğ­um, bi­zim kənd­dən on də­fə böyük olan Al­də­rə kən­di­nin ki­tab­xa­na­sı ara­sın­da heç bir fərq yox idi». İn­di hə­min ki­tab­xa­na­la­rın və ki­tab mağ­a­za­la­rı­nın ço­xu­nu mar­ket­lə­rə çe­vi­rib­lər. Hal­bu­ki «Elə müqəd­dəs ki­tab­la­rı­mız var ki, («Də­də Qor­qud», «Xəm­sə», Füzu­li­nin «Ley­li və Məc­nun» po­ema­sı…), bun­lar qız­la­rı­mı­za qo­şa yas­tıq ki­mi ce­hiz ve­ril­mə­li­dir».

O qu­ru­lu­şun yüksək key­fiyy­ət­lə­ri­ni ya­zı­çı oby­ek­tiv şə­kil­də qiy­mət­lən­dir­miş­dir: «So­si­a­liz­min hər sa­hə­də ger­çək­liy­i­nə lay­iq ol­duğu düzgün qiy­mə­ti ver­mək la­zım­dır və o cə­miyy­ə­tin təh­sil, mə­də­niyyət, elm sa­hə­lə­rin­də elə sis­tem­lə­ri, mo­del­lə­ri var ki, on­lar­dan in­di­nin özündə də im­ti­na edil­mə­li dey­il". «Necə eləy­ir­di­lər­sə, qə­zet­lər çı­xan­dan uzaq­ba­şı bir gün so­nra gə­lib ça­tır­dı» de­yən ya­zı­çı uc­qar kənd­lə­rə mət­bu­a­tın vax­tın­da çat­dı­rıl­ma­sı və­ziy­yə­ti­ni qeyd edir. Çox doğ­ru­dur ki, «Ki­tab oxu­maq­da bu günlə sək­sə­ninci il­lə­ri müqay­i­sə eləy­ən­də öyünmə­li mo­tiv tap­maq çə­tin­dir», çünki in­san­la­rın ya­şay­ış qayğ­ı­la­rı az idi, çünki in­di «Elə bağ­ça­la­rı­mız var - ki­tab­xa­na­sı yoxdur, elə mək­təb­lə­ri­miz var - ki­tab­xa­na­sı dər­slik­lə­rin an­ba­rı­na çev­ril­miş­dir».

Tə­rəq­qi­ni, in­ki­şa­fı dan­maq ol­maz: «İn­san əli, in­san ağ­lı, düşüncə­si, in­san qə­tiyy­ə­ti bir kənd­də nə­lə­ri ya­rat­mağa qa­dir­sə, Aldə­rə­də ya­rat­mış­dı». «Azər­bayc­an maa­ri­fi, mə­də­niyy­ə­ti yüksək sə­­viyy­ə­dəy­di. Da­im in­ki­şaf­day­dı».

Dövrün in­san­la­rı da ülvi is­tək və ar­zu­lar­la ya­şa­yır­dı­lar. As­lan Məm­mə­dov, Ab­dul­la Əh­mə­dov, Şı­xə­li Ba­ğı­rov, Ma­naf Ba­bay­ev, Sal­man Bağ­ı­rov, Ta­hir Sə­fə­rov… «ha­mı­sı­nı bir şey bir­ləş­di­rir­di - zəh­mət­se­vər­lik, düz­lük və mə­nə­vi tə­miz­lik».

Ya­zı­çı gənc­lik duyğ­u­la­rı ilə zə­ma­nə in­san­la­rı­nı bu cür gö­zəl görür:

 

İn­san­lar - zəh­mət­keş, əli­qa­bar­lı və məğ­rur.

Yüz ölçüb, bir bi­çər­di­lər.

Na­haq sözü götürməz­di­lər.

Ya­lan yox idi.

İn­san ləy­a­qə­ti hər şey­dən uc­ay­dı.

 

Bu da bol­şe­vik­lər dövrünün mək­tə­bi, - müəl­li­fin də da­xil ol­duğu bi­zim nəs­lə dərs dey­ən müəl­lim­lər: «Ara­dan ötən qırx il­də inan­mı­şam, bu gün də ina­nı­ram - bu in­san­la­­rın ha­mı­sı ça­lı­şır­dı ki, şa­g­ird­lər yax­şı təh­sil al­sın­lar, lay­iq­li in­san­lar ol­sun­lar».

Ya­zı­çı­nın ke­ç­miş cə­miyy­ə­tə bu cür ba­xı­şı onun mə­nən müstə­qil­liy­i­nin nə­tic­ə­si­dir və şəx­sən mən­də böyük rəğ­bət doğ­u­rur.

Dünya niyə yax­şı­lığa get­mir? Niyə az vaxt­da in­san­lar bu qə­dər dəy­iş­di? Bu ək­s­lik qı­rıq-sökük ka­pi­ta­liz­min gə­tir­dik­lə­ri­dir. Bu­nu mək­təb də düzəl­də bil­məz. Bir qə­dər son­ra ya­zı­çı özü də dey­ir: «Tə­bi­ət ha­ra­mı qə­bul et­mir. Ta­n­rı haq­qı qo­ruy­ur». Əs­lin­də, be­lə­dir. Am­ma çox çə­kir.

 

Əsər­də əsas məz­mu­nu oby­ek­tiv olan be­lə cümlə­lər iş­lən­miş­dir: «Bol­şe­vik­lər ha­ki­miyy­ə­ti zəbt et­dik­dən so­nra uc­qar­la­ra da ele­k­t­rik işığı gə­tir­miş­di­lər, yol­lar çək­miş­di­lər, ən ki­çik kənd­lər­də də məktəb­lər aç­mış­dı­lar. İkinci Dünya müha­ri­bə­si­nin tö­rət­diyi say­sız-hesab­sız pro­blem­lər dik­ta­tor re­ji­min­də sürət­lə həll olu­nur­du. Rəh­bə­rə böyük mə­həb­bət, böyük inam var­dı…»(25) Bun­lar ha­mı­sı dövrün hə­qi­qət­lə­ri­dir.

Ya­zı­çı o dövrün mən­zə­rə­si­ni böyük in­sa­f­la, saf və tə­miz duyğu ilə, hə­qi­qə­tə uyğ­un şə­kil­də tə­s­vir et­miş­dir. Fik­ri­mizcə, fi­lo­sof və sosi­o­loq­lar ya­zı­çı­nın bə­dii-pub­li­si­s­tik yol­la de­diyi aşağ­ı­da­kı fi­k­rin hə­qi­qət ol­du­ğu­na şübhə et­məz­lər: «Kom­mu­nist rəh­bər­lər şəx­si mə­na­fe­lə­ri­ni qa­bart­dıqca, iy­ir­mi-qır­xıncı il­lər­də rep­res­siya olu­nan­lar, gü­nah­lı və gü­nah­sız du­s­taq­la­rın, de­mək olar ki, ha­mı­sı gü­nah­sız­lar ki­mi bə­ra­ət alıb, müxtə­lif və­zi­fə­lər­də ça­lı­şa­raq, ölən­lə­ri əsas­lı-əsas­sız tən­qid, hət­ta təh­qir et­dikcə və sağ qa­lan­lar­dan qi­sas­la­rı­nı al­dıq­ca cə­miyy­ət mə­nə­vi ba­xım­dan ey­bəc­ər­lə­şir­di və bu gün hər­dən riş­xənd­lə, acı-acı xa­tır­la­nan köh­nə «bol­şe­vik­lər» nəs­li­nin imici, nüfu­zu ar­tır­dı». Aşağ­ı­da­kı sə­tir­lər­də isə ke­ç­miş cə­miyy­ət, hə­qi­qə­tən, gözəl ana­liz edil­miş­dir: «Əl­linci il­lə­rin son­la­rın­dan ba­ş­lay­a­raq kom­mu­nist rəh­bər­lə­rin ya­şay­ı­şı­nın sa­də adam­lar­dan cid­di şə­kil­də fər­q­lən­məyə ba­ş­la­ma­sı və bu fər­q­lə­rin sürət­lə art­ma­sı hə­min il­lə­rin rəh­bər kom­mu­ni­st­lə­ri­nə nis­bə­tən, bol­şe­vik­lə­rin imic­i­ni ar­tır­dı və o vaxt kim­sə­nin ağ­lı­na gəl­mir­di ki, mövc­ud qu­ru­luş dağ­ı­lac­aq, ək­si­nə, ha­mı düşünürdü ki, kom­mu­ni­st­lər axır ki, «bol­şe­vik­lə­şə­çək­lər» və məm­lə­kət­də «haqq-əda­lət bər­qə­rar olac­aq». Bun­dan ay­dın düşüncə ola bil­məz. Am­ma bu cür düşüncə ha­mıya dey­il, hər şey­dən əv­vəl, haqq-əda­lət, qay­da-qa­nun tə­rəf­da­rı olan adam­la­ra aid­dir. Əsər­də adi bir te­atr di­rek­to­ru­nun ki­çik bir çə­tin­lik uc­ba­tın­dan M.C.Bağ­ı­rov­la əla­qəyə gir­­mək is­tə­mə­sin­dən və onun bu­na dər­hal na­il ol­ma­sın­dan bir fakt ki­mi da­nı­şı­lır. Aşağ­ı­la­rın yu­xa­rı­lar­la bu cür in­ten­siv əla­qə sax­laya bil­mə­si və çə­tin­lik­lə­rin vax­tın­da həl­li ic­ti­mai in­ki­şa­fın sürə­ti­ni tə­min edən əsas amil­lər­dən ol­muş­dur.

Ya­zı­çı bi­zim cə­miyy­ə­tin mühüm bə­la­la­rın­dan bi­ri­ni də diq­qət­lə müşa­hi­də et­miş­dir: «…tə­zə­lər - köh­nə­lər ara­sın­da qi­sa­s­çı­lıq baş alıb ge­dir, tə­zə rəh­bər ke­ç­miş rəh­bə­ri ta­ma­mi­lə in­kar edir, şəx­si qi­sas­la­rın zər­bə­si bü­tün cə­miyy­ə­tə dəy­ir­di». Bu və­ziyy­ət yal­nız böyük vəzi­fə­lə­rə dey­il, lap ki­çik və or­ta­bab və­zi­fə­lə­rə də aid ol­muş­dur. Düz dey­i­lir: so­nra­kı mər­hə­lə­də «Ya­lan - ic­ti­mai-siy­a­si həy­at­da «əx­laq nor­ma­sı­na» çe­v­ril­di».

Mövc­ud ic­ti­mai qu­ru­lu­şa so­si­al-fəl­sə­fi müna­si­bə­ti­ni aş­kar­laya-aş­kar­laya təh­kiy­ə­ni da­vam et­di­rən ya­zı­çı tə­d­ric­ən or­ta və ali mək­təb il­lə­ri­ni və­rəq­ləy­ir. Ali mək­təb­də Şə­fa­ət Meh­diy­ev ki­mi yüksək adam­lar­la ünsiyy­ə­ti­ni, təh­si­li­ni ba­şa vu­rub, oxu­duğu dörd­si­ni­f­li ibtidai mək­tə­bə müdir təy­in olun­duğ­u­nu, gənc bir mütə­xəs­sis ki­mi mə­həb­bət­lə işə ba­ş­la­dığ­ı­nı öy­rə­ni­rik, zəh­mət və is­te­dad­la böyüy­ən gənc­in da­xi­li alə­mi ilə ya­xın­dan ta­nış olu­ruq.

Tə­əssüf doğ­u­rur ki, ya­zı­çı­nın uşaq­lıq və ilk gənc­lik düşün­cə­lə­ri ba­rə­də ya­zı­la­rı, sə­nəd­lə­ri, xa­ti­rə dəf­tər­lə­ri er­mə­ni du­s­tağı olub: «Uşaq­­lıq il­lə­ri­min dəf­tər­çə­lə­­ri mə­nim ilk ki­tab­xa­nam­da, Ma­ral­zə­midə qal­dı. 1988-ci ilin noy­a­b­rın­da soy­da­ş­la­rı­mız Mığ­rı­dan de­por­ta­siya edi­lən­də uşaq­lıq, gənc­lik il­lə­ri­min «ar­xi­vi­ni» çı­xart­maq mümkün olma­dı, ilk əly­az­ma­la­rım, qeyd­lə­rim, gündə­lik­lə­rim, mək­tub­lar, tərif­­na­mə­lər, dəy­ər­li ki­tab­lar ora­da qal­dı…» Uşaq­­lıq xa­ti­rə, düşüncə və müşa­hi­də­lə­ri­ni sə­nəd­li şə­kil­də ya­da sal­maq üçün bun­lar çox maraq­lı olar­dı. La­kin in­sa­nın hət­ta bir gün­lük düşüncə­lə­ri­ni də tam şə­kil­də qə­lə­mə al­maq qey­ri-müm­kündür. Ola ki, bir uşaq­lıq ömrü ola.

Ola bil­məz­di ki, Meğ­ri­dən ola­san, Ma­ral­zə­mi, Lök, Al­də­rə kənd­lə­ri­nin gö­zəl tə­bi­ə­tin­də dünyaya göz aça­san, bu yer­lə­rin bal qoxu­lu ha­va­sın­da böyüy­ə­sən, be­lə bir əsər­də bu yer­lər­dən da­nış­may­a­san. Ki­ta­bın bir böl­mə­si «Mığ­rı» ad­la­nır. Ya­zı­çı bir təd­qi­qat­çı ki­mi, bu to­po­ni­min Mığ­ır sözündən et­no­to­po­nim ki­mi for­ma­laş­dığ­ını söy­ləy­ir: «Mığ­rı - Azər­bayc­an türk tay­fa­sı­nın adı­dır». Ya­zı­çı araş­dır­ma­la­rın­dan ay­dın olur ki, əra­zin­in ta­ri­xi haq­­qın­da mə­lu­mat çox qədim­dir. Daş döv­rün­dən əha­li­nin məs­kun­laş­dığı bu yer­lər haq­qın­da V əsrdən ba­ş­lay­a­raq də­qiq mə­lu­mat­la­ra rast gəl­mək mümkün­dür. Gah İran, gah ərəb ası­lı­lı­ğın­da, gah da Səlc­uq türk­lə­ri­nin ta­be­liy­in­də ol­sa da, 664 kv.km-lik bu əra­zi da­im Zən­gə­zu­run bir his­sə­si ki­mi Azər­bayc­an tor­pağı ol­muş­dur.

Ki­tab­dan Meğ­ri­nin Azər­bayc­an kənd­lə­ri, on­la­rın sa­hə­si, əha­li­si, tə­bi­ə­ti, ta­ri­xi, abi­də­lə­ri, gör­kəm­li adam­la­rı ba­rə­də ət­ra­f­lı mə­lu­mat alı­rıq. Bə­növ­şə­puç, Buğa­kar, Va­h­ru­var, Düz Qı­ş­laq, Al­də­rə (Əl­də­rə, Əli da­mı), Əm­rə­kar (Əm­rah da­şı), Ey­nə­zir, Qul, Leh­vaz, Liçkvaz, Ma­ral­zə­mi, Mər­zə (Mər­zə­kit), Mülk, Tağ­ə­mir, Tu­ğ­ut, Tey (Ge­di­­sal­lı, Əc­il­li), Nüvə­di kənd­lə­ri… Meğ­ri­nin me­şə­lə­ri, dağ­la­rı, bu­laq­la­rı… Ad­la­rı­nı tam say­maq üçün gə­rək ki­ta­bın xey­­li his­sə­si­ni bu­ra köçürə­sən. Ya­zı­çı­nın ma­raq­lı müşa­hi­də­lə­ri, müla­hi­zə­lə­ri, eti­mo­lo­ji araş­dır­ma­la­rı…

Əsər­də mühüm ye­ri qər­bi azər­bayc­an­lı­la­rın bir əsr ər­zin­də zülm və zo­ra­kı­lığa necə və ne­çə də­fə mə­ruz qal­dığı ba­rə­də xro­no­lo­ji məlu­mat tu­tur. Kənd­lə­rin əha­li­si­nin in­ki­şaf və ar­tım sürə­ti, azər­bayc­an­lı­lar­la er­mə­ni­lə­rin nis­bə­ti, XX əs­rin əv­vəl­lə­rin­dən baş­­lay­a­raq kənd­lə­rin ba­şı­na gə­ti­ri­lən müsi­bət­lər, xüsu­sən An­d­ra­ni­kin dəs­tə­lə­ri tə­rə­fin­dən 1918-1920-ci il­lər­də kənd­lə­rin vəh­şi­cə­si­nə dağ­ı­dıl­ması, yan­dı­rıl­ma­sı, əha­li­nin qı­rıl­ma­sı, di­də­rg­in sa­lın­ma­sı, so­vet dövründə əha­li­nin az bir qis­mi­nin ge­ri qay­ı­da bil­mə­si, bir sı­ra kənd­lə­rin ta­ma­mi­lə ləğv edil­mə­si, baş­qa kənd­lə­rə - so­nra­lar ya­ran­mış er­mə­ni kənd­­lə­ri­nə bir­ləş­di­ril­mə­si və bi­rinc­i­dən az dəh­şət­li ol­may­an 1948 - 1953-cü il­lər re­pres­siy­a­sı və s. haq­qın­da ta­rix ki­tab­la­rı­na da­xil edil­mə­li ma­te­ri­al var­dır. Ke­çən iki əsrdə bu kənd­lər­də azər­bayc­an­lı­la­rın say tər­ki­bi haq­qın­da mə­lu­mat er­mə­ni­lər tə­rə­fin­dən da­im sax­ta­laş­dı­rıl­mış­dır. Mə­sə­lən, Leh­vaz kən­di­nin azər­bayc­an­lı əha­­li­sin­dən danışar­­kən müəl­lif ya­zır: «Kənd­də 1831-ci il­də guya 15 nə­fər ya­şa­mış­dır (fə­qət düzgün dey­il­dir, er­mə­ni mən­bə­lə­rin­də bi­lə­rək­dən Lehvaz­da və ümu­miyy­ət­lə, Zə­ngə­zur­da azər­bayc­an­lı­la­rın qə­dim­dən ya­şa­dıq­la­rı­nı şübhə al­tın­da qoy­maq üçün rə­qəm­lər qə­s­dən ki­çil­di­lib­dir)».

Bu yer­lə­rin əha­li­si üçüncü də­fə 1988-ci il­də öz doğ­ma yurd­la­rın­dan di­də­rg­in sa­lın­dı: «…Er­mə­ni­s­tan­dan azər­bay­can­lı­la­rı çı­xar­maq stra­te­g­iy­a­sı 1988-ci ilin noy­abr ay­ın­da Mığ­rıya da çat­dı…». Əha­li uşaq­dan böyüyə bir nə­fər ki­mi qə­dim yurd­la­rın­dan çı­xa­rıl­dı. 200 min­­dən ar­tıq əha­li di­də­rg­i­nə, qaç­qı­na, köçkünə çe­v­ril­di. Ya­zı­çı­nın qeyd et­diyi ki­mi, bu müba­ri­zə­də yal­nız Nüvə­di əha­li­si xey­li müddət du­ruş gə­ti­rə bil­di.

Nüvə­di­li­lər iki il doq­quz ay­dan ar­tıq tək vu­ruş­muş­lar. Azər­baycan xal­qı­na, Azər­bayc­an hö­ku­mə­ti­nə dar ay­aq­da mürac­i­ət­lə­ri də onla­ra kö­mək et­mə­miş­dir. Əha­li­nin öz yur­dun­dan qo­vul­ma­sın­da, Nüvə­di­nin işğ­a­lın­da rus­la­rın «əməyi» xüsu­si nə­zə­rə çar­pır­dı. Müəl­lif bu kən­din tə­sərrüfa­tı, müba­riz əha­li­si, elm adam­la­rı ba­rə­də ürək do­lu­su da­nı­şır, on­la­rın mə­də­ni yüksə­li­şi­ni məm­nun­luq his­si ilə xa­tır­lay­ır: «Nüvə­di­li­lər­dən 5 nə­fər elm­lər dok­to­ru, o cümlə­dən bir nə­fər Azər­bayc­an MEA-nın hə­qi­qi üzvü və bir nə­fər müxbir üzvü, 40 nəfər­dən çox elm­lər na­mi­zə­di, yüzlər­lə ali təh­sil­li mütə­xəs­sis ye­tiş­miş­dir». Bu yüksək­liyi düşmən əlin­də olan öz doğ­ma kən­dim­lə - Sol­tan­lı ilə müqay­i­sə edə bi­li­rəm. Meğ­ri şi­və­lə­ri­nin in­di mümkünsüz olan təd­qi­qi vax­ti­lə Nüvə­di sa­ki­ni Əh­mə­də­li müəl­lim tə­rə­fin­dən mümkün edi­lib, ona gö­rə də Əh­mə­də­li müəl­li­min xid­mə­ti əsər­də yüksək qiy­mət­lən­di­ril­miş­dir. Onun qiy­mət­li əsə­ri­nin re­dak­tə və çapın­da az-çox əməy­im ol­duğu üçün mən də məm­nu­nam.

Ya­zı­çı­nın tə­s­vir et­diyi ha­di­sə­lər, er­mə­ni­lə­rin dinc və gü­nah­sız əha­liyə müna­si­bə­ti, bir əsrdə üç də­fə baş ve­rən qı­rğ­ın­lar, is­ti yu­va­sı dağ­ı­dı­lan in­san­la­rın acı ta­leyi pub­li­si­s­tik dil­lə, ək­sə­rən də­qiq fakt və rə­qəm­lər­lə ve­ril­sə də, bir ro­man tə­si­ri bağ­ı­ş­lay­ır, əs­rin fac­i­ə­si in­san qəl­bin­də tə­latümlər ya­ra­dır. Az­lıq təş­kil edən, la­kin gi­rib-çıx­mağı bac­ar­maq­la ar­xa­sı­nı zor dünya­sı­na söy­kəy­ən er­mə­ni­lə­rin mütə­şək­kil­liyi qar­şı­sın­da bi­zim adam­la­rın loy­al­lığı acı tə­əssürat doğ­u­rur. İşi elə qur­mu­ş­lar ki, bu qə­dər əha­li doğ­ma yu­va­sı­nı tərk edər­kən bir çöp də götürə bil­mə­miş­dir: «…ray­o­nun rəh­bər­lə­ri işi elə qur­du­lar ki, 1988-ci il de­por­ta­siy­a­sın­da Ma­ral­zə­mi­dən (müəl­li­fin öz kən­di - Q.K. ) bir nə­fər də ol­sun evi­ni Azər­bay­can­la dəy­i­şə bil­mə­sin, o iki­mər­tə­bə­li, hər cür kom­­mu­ni­ka­siyaya ma­lik gö­zəl ev­lər im­kan­lı er­mə­ni­lə­rə bağ ev­lə­ri ki­mi qal­sın». Ya­zı­çı­nın fi­k­rincə, bir vaxt­lar Ba­kı­dan Nax­çı­va­na çə­ki­lən hər­bi təy­i­nat­lı, stra­te­ji yol ya­rı­da qal­ma­sa idi, in­di Meğ­ri­də, bəl­kə, heç er­mə­ni yox idi.

Bu kö­çə­köç­də Nüvə­di sa­ki­ni şa­ir və təd­qi­qat­çı Həm­zə Və­li Nüvə­di­li­nin də gücü Qar­qa­da­şı (Qar­qar da­şı) dağ­ın­dan tap­dığı 8 bö­lük qə­dim Or­xon ya­zı­lı da­şın bi­ri­ni yüklə­nib gə­tir­məyə çat­mış­dır. La­kin böyük hə­vəs­lə gə­tir­diyi bu da­şı, onun üzə­rin­də­ki ya­zı­la­rı oxu­maq üçün han­sı el­mi ida­rəyə mürac­i­ət et­miş­sə, bax­ma­mış­lar, ki­şi­ni lağa qoy­mu­ş­lar. O vaxt Həm­zə müəl­li­mə biz kö­mək et­dik, mə­ru­zə­si­ni din­lə­dik, da­şı tə­miz­ləy­ib ya­zı­la­rın şə­­kil­lə­ri­ni çı­xart­dır­dıq, ikinci sə­ti­ri oxu­maq­da Həm­zə ki­şiyə kö­mək et­dik, ön söz­lə - təq­di­mat­la bir­lik­də «İki sa­hil» qə­ze­tin­də böyük ya­zı­sı­nı dərc et­dir­dik, döv­lət tele­vi­ziy­a­sı ilə ya­rım sa­at­lıq ve­ri­li­şi­ni təş­kil et­dik. Şəx­sən bi­zi se­vin­di­rir­di: uzaq Si­bir çöl­lə­rin­dən Av­ro­paya qə­dər hər yer­də ta­pı­lan bu cür ya­zı­lar Azər­bayc­an­da san­ki yo­xa çıx­mış­dı. Am­ma ta­pıl­dı və bu, nüvə­di­li­lə­rin xid­mə­ti ilə baş ver­di.

 

Ya­zı­çı onu da qeyd et­məyi unut­ma­mış­dır ki, yiy­ə­siz­lik uc­ba­tın­dan 1929-cu il­dən er­mə­ni­lə­rin öz ha­sar­la­rı­na sal­dıq­la­rı üç kənd - Nüvə­di, Er­nə­zir və Tuğ­ut kənd­lə­ri 40 ilə qə­dər qey­ri-rə­s­mi şə­kil­də er­mə­ni­lə­rin­ki say­ıl­mış, yal­nız 7 may 1969-cu il­də Azər­bay­c­an SSR Ali So­ve­ti­nin mən­hus fər­ma­nı ilə «qa­nun­laş­dı­rıl­mış­dır».

İc­ti­mai fac­i­ə­lər gü­nah­sız sö­zə də ni­frət ya­ra­dır. Qər­bi azər­bay­can­lı­la­rın ən çox mə­nə­vi əzab çək­dik­lə­ri, sək­sən­dik­lə­ri söz «köç» sözü ol­muş­dur. Bu söz ala yay­laq­la­ra kö­çər­kən çox nə­şə­li səs­lə­nir. Zor­la köçür­mə­lər­də isə ən qor­xunc və ürək ti­t­rə­dən kəl­mə­dir: «Köç» - 1948-1953-cü il­lər evi­mi­zin, kən­di­mi­zin, ma­ha­lı­mı­zın yadda­şın­da in­di ay­dın tə­səvvür olu­nan 1937-ci il re­pres­si­ya­sın­­dan be­tər an­lay­ış idi».

La­kin bütün bu ha­di­sə­lə­rə - qər­bi azər­bayc­an­lı­la­rın ba­şı­na gə­ti­ri­lən bu fə­la­kət­lə­rə uzun müddət Azər­bayc­an hö­ku­mə­ti və Azər­bayc­an ziy­a­lı­la­rı tə­rə­fin­dən la­zı­mi qiy­mət ve­ril­məy­ib. Bu cə­hət­dən 1948 - 1953-cü il­lər­də azər­bayc­an­lı­la­rın Er­mə­ni­s­tan SSR əra­zi­sin­də­ki ta­ri­xi-et­nik tor­paq­la­rın­dan kütlə­vi su­rətldə de­por­ta­siy­a­sı haq­qın­da Pre­zi­dent H.Əliy­e­vin 18 okty­abr 1997-ci il ta­rix­li fər­ma­nı­nın ma­hiyy­ə­ti, ke­ç­miş rəh­bər­liy­in bu ba­rə­də əmə­li təd­bir gör­mə­diyi mühüm bir fakt ki­mi əsas­lı təh­lil olu­nur. Bu sa­hə­də ziy­a­lı­la­rı­mı­zın işi, xüsu­si­lə aka­de­mik­lər­dən Cə­lal Əliy­ev və Bu­daq Bu­da­qo­vun ingi­lis, al­man, rus, fran­sız dil­lə­ri­nə çe­v­ri­lib yay­ıl­mış «Türklər, azər­bay­can­lı­lar, er­mə­ni­lər: ta­ri­xi hə­qi­qə­tin soy­qı­rı­mı» ad­lı əsə­ri yük­sək qiy­mət­lən­di­ri­lir. Ay­dın olur ki, müəl­lif özü də er­mə­ni­lə­rin if­şa­sı üçün az iş gör­mə­miş, Nə­zər Hey­də­ro­vun «Zə­ng­ə­zur dağ­la­rın­da» me­mu­ra­nın er­mə­ni di­li­nə tər­cümə edi­lib yay­ıl­ma­sı­na, er­mə­ni­lə­rin öz ya­ra­maz əməl­lə­ri ilə öz dil­lə­rin­də ta­nış ol­ma­sı­na cid­di zə­min ya­rat­mış, Əyy­ub Ab­ba­so­vun «Zə­ng­ə­zur» ro­ma­nı­nın çap olu­nub ya­yıl­ma­sı üçün sax­ta bey­nəl­mi­ləl­çi­lik zo­pa­sın­dan qor­xub çə­kin­mə­miş­dir.

Ha­di­sə­lə­rin şər­hi pro­se­sin­də ümu­mən soy­qı­rı­mın ma­hiyy­ə­ti, onun bir xal­qa, bir et­no­sa dey­il, bütövlükdə bə­şə­riyy­ə­tə qar­şı çev­ril­miş ol­duğu, Azər­bayc­an və Türkiyə əra­zi­lə­rin­də er­mə­ni­lə­rin tö­rət­diyi vəh­şi­lik­lər ba­rə­də ge­niş təd­qi­qat ma­te­ri­a­lı­na rast gə­li­rik.

Ya­zı­çı tə­d­ric­ən bi­zi mək­təb müdir­liy­in­dən so­nra­kı iş ye­ri - «So­vet Er­mə­ni­s­ta­nı» qə­ze­ti və onun əmək­da­ş­la­rı ilə ta­nış edir: Su­ren Şə­ri­fov, Sa­bir Əsə­dov, İs­ra­fil Məm­mə­dov, Hüseyn Nəc­ə­fov, To­fiq Məm­mə­dov, Rza Əsgə­rov… Bu qə­zet bi­zim də əli­miz­dən tu­tub. Bir vaxt­lar Azər­bayc­an­da qə­zet az olan­da, sıx­lıq olan­da bi­zim də xey­li ya­zı­mız bu qə­zet­də dərc olu­nub. Ya­zı­çı bu­ra­da er­kən fəa­liyy­ə­tə başlay­ıb - 22 ya­ş­la­rın­da.

Ad­la­rı qeyd olu­nan­lar qa­tı mil­lət­çi er­mə­ni mühi­tin­də öz soy­da­ş­la­rı­nın mə­na­feyi uğ­run­da müba­ri­zə apa­ran zi­ya­lı­lar­dır. Gənc jur­na­list bun­lar­dan çox şey öy­rən­miş­dir. La­kin tə­əssüf ki, bun­la­rın ara­sında adı azər­bay­can­lı olub, ru­hən er­mə­ni olan­lar da var­dı: «Su­ren Şə­ri­fov - re­dak­tor müa­vi­ni. O il­lər­də ge­niş ta­nı­nan ədə­biyy­at­çı, Mosk­va Döv­lət Uni­ver­si­te­ti­nin pro­fes­so­ru Əziz Şə­ri­fin qar­da­şı oğluy­du. Ana­sı da er­mə­niy­di, ar­va­dı da. Pa­s­por­tun­da «azər­bayc­an­lı» ya­zıl­sa da, ru­hən özü də er­mə­niy­di, ai­lə­si də». Ya­zı­çı bu­nu bir fakt ki­mi qeyd edir. Mövc­ud şə­ra­i­ti düzgün mə­na­lan­dır­maq üçün tu­tar­lı fakt­dır. Qə­ze­tin Ək­bər Rzay­ev, Rə­him Al­lah­ver­diy­ev, Cə­fər Və­li­bəy­ov ki­mi və­tən­se­vər re­dak­tor­la­rı olub. Re­dak­siy­a­da iş­lə­mək gənc ya­zı­çıya çox şey ve­rib - onun görüş da­i­rə­si­ni ge­ni­ş­lən­di­rib, ic­ti­mai-siy­a­si ha­di­sə­lə­rə ba­xı­şı­nı for­ma­laş­dı­rıb, qə­lə­mi­ni iti­ləy­ib. Ya­zı­çı özü də hər bir jur­na­list, hər bir ya­zı­çı üçün be­lə bir təcrübə­nin va­cib ol­duğ­u­nu söy­lə­miş­dir: «İs­te­da­dın­dan, adın­dan-sa­nın­dan ası­lı olmaya­raq, ya­zı­çı gə­rək ömrünün heç ol­ma­sa iki-üç ili­ni mət­bu­at­da iş­ləyə».

Hi­day­ət özü de­diyi bu iki­il­lik təcrübə­ni iki il ər­zin­də keç­dik­dən so­nra onu gənc kadr, par­tiy­a­nın gənc əs­gə­ri ki­mi 28 ap­rel 1967-ci il­dən ikinci ömrünü ya­şa­mağa ba­ş­lay­an C.Cab­bar­lı adı­na İrə­van Dövlət Azər­bayc­an Dram Te­a­t­rı­na di­rek­tor təy­in edir­lər (1968-ci ilin 25 iy­u­lun­da) və onun bun­dan so­nra­kı 16 il­lik İrə­van həy­a­tı bu te­atrla bağ­lan­mış olur. Qeyd­lər­dən ay­dın olur ki, in­tri­qa­lar içə­ri­sin­də itib-ge­dən, baş­sız­lıq­dan, yiy­ə­siz­lik­dən kol­lek­ti­vi dağ­ıl­mış olan bu te­a­t­rı gənc di­rek­tor təcrübə­li in­san­la­rın kö­məyi ilə, çə­tin­lik­lə də ol­sa, ayağa qal­dı­ra bi­lir. Te­a­t­rın di­rek­to­ru ki­mi re­­jis­sor işi­ni də gör­mə­li olur. İlk ta­ma­şa­la­rı (Ş.Qur­ba­nov, «Sən­siz») is­tə­ni­lən uğ­u­ru qa­zan­ma­sa da, te­atr tə­d­ric­ən ca­ma­a­tın rəğ­bə­ti­ni qa­za­nır, se­vi­lir və fə­a­liy­yə­ti­ni yüksəl­dir, ge­niş­lən­di­rir.

O il­lər­də əla­qə­lər ge­niş imiş. Azər­bayc­a­nın, de­mək olar ki, ək­sər ya­zı­çı və şa­ir­lə­ri, ək­sər bə­s­tə­kar­la­rı, ək­sər alim­lə­ri İrə­va­na get­miş, azər­bayc­an­lı­lar­la görüş­müş, on­la­ra mə­nə­vi day­aq ol­mu­ş­lar. Bun­la­rın - bu adam­la­rın qar­şı­lan­ma­sın­da, görü­şlə­rin təş­ki­lin­də, mədə­ni əla­qə­lə­rin qu­rul­ma­sın­da Hi­day­ə­tin böyük ro­lu ol­muş­dur. Vax­ti­lə Məm­məd As­la­nın qə­lə­mə al­dığı bir ya­zı­da de­yi­lir: «Hi­dayə­tin İrə­van­da ke­çən ömrü min bir ye­rə bölün­müş ömürdü. Onun hər par­ça­sın­da bütövlükdə bir şa­ir ürəyi çır­pı­nır­dı. Er­mə­nis­ta­nın müxtə­lif künc-buc­ağ­ı­na sə­pə­lən­miş doğ­ma­la­rı­nın dər­di Hi­day­ə­ti be­ləcə cümlə-qayğ­ıya çe­vir­miş­di. Ona gö­rə də ca­van ya­şın­da və az müd­dət­də ağ­saq­qal­lıq sə­la­hiyy­ə­ti qa­za­na bil­miş­di». Ek­s­t­re­mist er­mə­ni mü­hi­­tin­də çox gənc ikən bu cür ağ­saq­qal­lıq qa­zan­maq, eli öz arxasınca apa­ra bil­mək xüsu­si qa­bi­liyy­ət tə­ləb edir­di.

Te­atr Azər­bayc­an və dünya ədə­biyy­a­tı­nın ən gö­zəl inc­i­lə­ri­nin ta­ma­şa­sı ilə fə­a­liyy­ə­tə ba­ş­la­mış­dı. Hər il dörd ta­ma­şa qoy­ma­lı ol­mu­ş­lar (iki Azər­bayc­an, bir er­mə­ni əsə­ri, bir xa­rici əsər). Bir ne­çə ilin ər­zin­də te­atr böyük uğ­ur­lar qa­za­na­raq öz re­per­tu­a­rın­da 27 əsər cəm­ləş­dir­miş­dir. Ki­tab­dan hə­min ta­ma­şa­lar və on­la­rın uğ­ur­la­rı akty­or sə­nə­ti­nin in­ki­şa­fı ba­rə­də ge­niş mə­lu­mat al­maq müm­kündür.

1928-ci il­dən fə­a­liyy­ət gö­s­tə­rən, 1935-ci il­dən C.Cab­bar­lı­nın adı­nı da­şıy­an İrə­van Döv­lət Azər­bayc­an Dram Te­a­t­rı­nın bu çar­pış­ma­­lar ge­di­şin­də 1978-ci il­də 50 ya­şı ta­mam olur­du. .Ya­zı­çı bu für­sət­­dən is­ti­fa­də edə­rək te­at­rın keç­diyi 50 il­lik in­ki­şaf yo­lu­nu ət­raflı təd­qiq et­miş­dir. Te­a­t­rın üç böyük akty­o­ru - Məm­məd­bağ­ır Qa­­­ra­xa­nov, Abas­qu­lu Tağ­ıy­ev və Cə­mil Əliy­e­və xüsu­si oçer­k­lər həsr et­miş­­dir. Ba­kı, Ti­f­lis , Dağ­ı­s­tan, Nax­çı­van qa­s­t­rol­la­rı ge­niş təh­­lil olun­muş­dur. Te­a­t­rın yüksə­liş yo­lu, uğ­ur­la­rı, akty­or­la­ra ve­ri­lən fə­x­ri adlar, gör­kəm­li Azər­bayc­an akty­or­la­rı­nın te­a­t­ra müna­si­bə­ti əsər­də də­qiq sə­nəd­lər və fakt­lar­la şərh olun­muş­dur.

Gör­kəm­li sə­nətşünas alim Sa­bir Rzay­ev­lə Hi­day­ə­tin ge­niş di­a­loqu ya­zı­çı­nın te­atr sə­nə­ti­nin sir­lə­ri­nə necə də­rin­dən yiy­ə­lən­miş olduğ­u­nu gö­s­tər­mək­lə ya­na­şı, dövrün te­atr tən­qi­di­ni də if­şa edir - ək­sə­rən tə­rif­dən iba­rət olan və əsas­lı təh­lil müşa­hi­də edil­məy­ən tən­qid. S.Rzay­ev 60-70-ci il­lər­də Er­mə­ni­s­tan te­atrşünas­lığ­ı­nın ən gör­kəm­li, ən nüfuz­lu nümay­ən­də­si ol­muş­dur. «Onun sə­tir­lə­rin­də neçə-ne­çə te­atr və ki­no­stu­diy­a­nın, ne­çə-ne­çə akty­or və re­jis­sor nəs­li­nin, unu­dul­maz ta­ma­şa­la­rın və film­lə­rin əks-sə­da­sı hə­mi­şə ya­şayac­aq».

Hi­day­ət te­atr və jur­na­li­s­ti­ka iş­lə­rin­də, tə­bii ki, Azər­bayc­an mühi­ti ilə əla­qə sax­la­mış, Azər­bayc­an sə­nət adam­la­rı ilə məs­lə­hət­ləş­miş­dir. Ya­zı­çı­nın əla­qə­lə­ri­nin ge­ni­ş­liyi diq­qə­ti cəlb edir. SSRİ xalq artis­ti, Le­nin müka­fa­tı la­u­re­a­tı, üç də­fə SSRİ Döv­lət müka­fa­tı la­u­re­a­tı, Gürcüstan mə­də­niyy­ət na­zi­ri Otar Va­sily­e­viç Tak­ta­kiş­vi­li ilə, Gürcüstan Döv­lət müka­fa­tı la­u­re­a­tı, ta­nın­mış şa­ir İmir Məm­məd­li ilə, Azər­bayc­an Mə­də­niyy­ət Na­zi­ri Za­kir Bağ­ı­rov­la do­st­luq əla­qə­lə­ri, gürcü - Azər­bayc­an do­st­luğu və qar­şı­lıq­lı tərcümə mə­sə­lə­lə­ri oxuc­u­da xoş tə­əssürat ya­ra­dır. «Gürcüsta­na bir çox nəğ­mə­lər yaz­mı­şam… Gürcüstan şa­ir­lə­ri­nin əsər­lə­ri­ni hə­vəs­lə və eh­ti­ram­la və­rəq­lə­mi­şəm. Bu ki­tab­lar ara­sın­da Ale­ko Şen­g­e­liya, Fri­don Xal­va­şi, Moris Po­çxiş­vi­li, Qa­b­ri­el Ca­bu­şa­nu­ri ki­mi ta­nın­mış müəl­li­f­lə­rin də əsər­lə­ri var. …Bun­la­rın ha­mı­sı­nı bir­ləş­di­rən qı­rıl­maz bir tel var - Gürcüstan tor­pağı, Gürcüstan çay­la­rı, Gürcüstan sə­ma­sı və bir də bu sə­ma al­tın­da ya­şay­an in­san­lar!» Ya­zı­çı­nın Gürcüstan Ya­zı­çı­lar İt­ti­fa­qı­nın sə­d­ri Ta­maz Çiv­çi­vad­zeyə, ya­zı­çı Can­suq Çark­vi­an­miyə dost mək­tub­la­rı var­dır. Bu ya­zı­lar­da xal­q­la­rı­mız ara­sın­da­kı hə­qi­qi do­st­luğ­un tə­rənnümü ilə ya­na­şı, gürcü fa­mi­liy­a­sı da­şıy­an er­mə­ni­lə­rin naxə­lə­f­liyi də if­şa olu­nur.

Ya­zı­çı 70-ci il­lər­də öz im­kan­la­rın­dan is­ti­fa­də edə­rək Azər­bay­can ədə­biyy­a­tı­nın, Azər­bayc­an mə­də­niy­yə­ti­nin Er­mə­ni­s­tan­da yay­ıl­ma­sın­da böyük iş görüb: «Yet­mi­şinci il­lər­də Nə­si­mi­nin, Aşıq Ələ­s­gə­rin, Sə­məd Vu­rğ­u­nun, Mə­şə­di Əziz­bəy­o­vun… yu­bi­ley­lə­ri­nin yüksək sə­viyy­ə­də qeyd olun­ma­sı­nın tə­şəbbüska­rı ol­mu­şam. Səy­lə­rim­lə Nə­si­mi­nin, Sə­məd Vu­rğ­u­nun, İsa Hüsey­no­vun, Bəx­tiy­ar Va­hab­za­də­nin, Nə­bi Xəz­ri­nin və bir çox baş­qa ya­zı­çı­la­rı­mı­zın er­mə­ni di­lin­də ki­tab­la­rı çı­xıb, on­larca Azər­bay­can müəl­li­fi­nin əsər­lə­ri er­mə­ni mət­bu­a­tın­da çap olu­nub». (330)

 

***

Əsə­rin so­nra­kı sə­hi­fə­lə­rin­də Meğ­ri­nin gö­zəl tə­bi­əti ilə, Qər­bi Azər­bayc­a­nın bi­zim ço­xu­mu­zun bil­mə­di­yi­miz, ta­nı­ma­dığ­ı­mız, təsəvvür et­mə­diy­i­miz böyük adam­la­rı, yüksək və­zi­fə sa­hib­lə­ri, hər şey­dən əv­vəl, er­mə­ni şo­vi­niz­mi ilə döyü­şən müba­riz­lə­ri ilə ta­nış olu­ruq.

İlk il­lər­də vax­tı­nın ço­xu­nu te­atr işi­nin təş­ki­li ilə ke­çi­rən ya­zı­çı ətraf mühit­lə əla­qə­ni də unut­ma­mış, dövrün gör­kəm­li şəx­siy­yət­lə­ri ilə əla­qə­lər ya­rat­mış­dır. Odur ki bu gün bi­zi qə­dim oğ­uz yur­du­nun gör­kəm­li oğ­ul­la­rı ilə ət­ra­f­lı ta­nış edə bil­miş­dir. Gö­zü­müzün önündə ye­ni bir sə­hi­fə açı­lır - qər­bi azər­bayc­an­lı­lar ara­sın­­­da nə qə­dər gör­kəm­li par­tiya və döv­lət xa­dim­lə­ri var­mış: Rza Və­li­bəy­ov (1903- 1974) - Er­mə­ni­s­tan KP MK-nın üzvü, SSRİ və Er­mə­ni­s­tan SSR Ali So­ve­ti­nin dep­u­ta­tı, Cə­fər Və­li­bəy­ov (1907 - 1981) - Er­mə­ni­s­tan KP MK-nın üzvü, SSRİ və Er­mə­nis­tan SSR Ali So­ve­ti­nin de­pu­ta­tı, Ermə­ni­s­tan SSR Ali So­ve­ti Rəya­sət hey­ə­ti sə­d­ri­nin müa­vi­ni, Əli Məm­mə­dov (1908-1973) - Er­mə­ni­s­tan SSR Ali So­ve­ti Rə­ya­sət heyə­ti apa­ra­tın­da mə­sul iş­çi, Ve­di Ray­on Ko­mi­tə­si­nin bi­rinci ka­ti­bi, Zə­ng­ə­zur İc­ra­iyyə Ko­mi­tə­si­nin sə­d­ri, Si­di­qə Qə­di­mo­va (1912- 1986) - SSRİ Ali So­ve­ti­nin de­pu­ta­tı, Er­mə­ni­s­tan Re­s­pub­li­ka­sın­da Azər­bayc­an ra­dio­su­nun təş­ki­lat­çı­sı, Hüseyn Məm­mə­dov (1915- 1994) - Ve­di, Zə­ng­i­ba­sar, Ağ­ba­ba Ra­­y­on Ko­mi­tə­lə­ri­nin bi­rin­ci kati­bi,Tap­dıq Əmi­ras­la­nov (1918-1976) - SSRİ-nin əmək­dar müəl­li­mi, Döv­lət müka­fa­tı la­u­re­a­tı, Əli Hə­sə­nov (1920-1977) - Res­pub­li­ka Ali So­ve­ti­nin sədr müa­vi­ni, Er­mə­ni­s­tan KP MK-nın üzvü, Yu­nis Rzayev (1923-1985) - Ba­sar­ke­çər Ray­on Par­tiya Ko­mi­tə­si­nin birin­ci ka­ti­bi, Er­mə­ni­s­tan Döv­lət Me­şə Tə­sərrüfa­tı Ko­mi­tə­si­nin sədr müa­vi­ni, Er­mə­nis­tan KP MK üzvlüyünə na­mi­zəd, SSRİ və Er­mə­nis­tan SSR Ali So­ve­ti­nin de­pu­ta­tı, Sa­bir Rzay­ev (1924-1976) - sənət­şünas­lıq dok­to­ru, əmək­­­dar inc­ə­sə­nət xa­di­mi, te­atr tən­qid­çi­si, Mə­hər­rəm Bay­ra­mov (1928-1981) - Er­mə­ni­s­tan SSR Rəy­a­sət Heyə­ti­nin sədr müa­vi­ni, MK üzvü, SSRİ Ali So­ve­ti­nin de­pu­ta­tı… Ha­be­lə Və­li Zey­na­lov, Dur­sun Ab­ba­sov, İs­mi­xan Məm­mə­dov, Həsən Sə­fə­rov, Qə­şəm As­la­nov, Aly­o­şa Bay­ra­mov, Meh­di Hə­sə­nov və baş­qa­la­rı. Bun­lar­dan bir ne­çə­si (Rza Və­li­bəy­ov, Cə­fər Və­li­bəyov, Əli Məm­mə­dov, Mə­hər­rəm Bay­ra­mov) Er­mə­ni­s­tan hö­ku­mət və par­tiya li­der­lə­ri­nin im­za­la­dığı ne­kro­loq­la dəfn edil­miş­dir. Rza Və­li­bəyov baş Fə­x­ri Pan­te­on­da dəfn olun­muş­dur. Bu adam­lar par­tiya və so­vet qul­luğ­un­da dur­maq­la ya­na­şı, ilk növ­bə­də soy­da­ş­la­rı­nı qo­ru­mağı düşünmüşlər və bu yol­da də­fə­lərlə toq­quş­ma­la­ra mə­ruz qal­mış, və­zi­fə­lə­ri aşağı sa­lın­mış, müxtə­lif bə­ha­nə­lər­lə vax­tın­dan əv­vəl iş­dən uzaq­laş­dı­rıl­mış və ya baş­qa və­zi­fəyə ke­çi­ril­mi­ş­lər.

Bu adam­la­rın er­mə­ni mühi­tin­də həy­at­la­rı o qə­dər də zoş keçmə­y­ib. «Elə bil, Er­mə­ni­s­tan türkünü im­ta­ha­na çək­mək­dən da­im ləz­zət alıb ta­rix, dö­v­ran». Öz­lə­ri­nə dost, qar­daş bil­dik­lə­ri er­mə­ni­lə­rin xa­lis şo­vi­niz­mi­ni ək­sə­rən son nə­fə­s­də an­la­mı­ş­lar. Cə­fər Və­li­bəy­ov er­mə­ni xis­lə­ti­ni giz­lə­də bil­məy­ən «do­stu» H.Bağ­da­sarya­na ağ­ır söz­lər demə­li ol­muş­dur: «Yüz ilin do­stuy­uq, ai­lə­lə­ri­miz də dost­dur, am­ma in­di an­la­dım ki, sən sax­ta adam­san, sən şo­vi­nist­sən…» Bu adam­lar er­mə­ni mühi­tin­də hə­qi­qi kom­mu­nist ki­mi ya­şa­mış, son də­rəcə tə­miz ya­şa­mı­ş­lar. Hüseyn Məm­mə­dov haqqın­da ya­zı­çı­nın de­dik­lə­ri­ni bunla­rın ha­mı­sı­na aid et­mək olar: «Müha­ri­bə­dən so­nra­kı il­lə­rin və­tən­pər­vər­lik və qu­ruc­u­luq pa­fo­su, Kom­mu­nist Par­tiy­a­sı­nın sa­diq funk­si­o­ner­lə­ri­ni ha­zır­lay­an ali təh­sil oca­ğ­ı­nın ab-ha­va­sı onun prin­si­pi­al və kri­s­tal, tə­miz bir şəx­siyy­ət ki­mi for­ma­laş­ma­sın­da böyük rol oy­nay­ır». Əsrlər ke­çəc­ək, adam­lar hə­min dövrün in­san­la­rı­nın tə­miz­liy­i­nin hə­s­rə­ti­ni çə­kəcək­lər. Necə biz in­di çə­ki­rik.

Ya­zı­çı­nın öz day­ı­sı Əli Məm­mə­dov haq­qın­da de­dik­lə­ri: «Bir na­tə­miz adam­la ömürlük ba­rış­maz­dı, bir də tən­bəl­lə». «Dey­ər­di ki, dünya­da ən gö­zəl yer Zə­ng­ə­zur dağ­la­rı­dır, ən gö­zəl kənd - Ma­ral­zə­mi, ən saf çeş­mə - Qər­bə­zay…» Və­tən­lə­ri­ni nə qə­dər se­vər­mi­ş­lər!..

«Er­mə­ni­s­ta­nın Azər­bayc­an dünya­sın­da ta­nı­nan və se­vi­lən» Tap­dıq Əmi­ras­la­nov SSRİ Na­zir­lər So­ve­ti­nin 23 de­kabr 1948-ci il qə­ra­rı ilə Ba­sar­ke­çər əha­li­si­nin Kür-Araz ova­lığ­ı­na dey­il, iq­li­mi Göy­çə­yə müəyy­ən qə­dər ya­xın olan Xan­lar-Şəm­kir bö­lg­ə­si­nə köçürül­mə­­sin­də mühüm rol oy­na­mış­dır.

Bu böyük adam­la­rın bir ço­xu er­mə­ni mühi­tin­də təz­yiq­lə­rə, di­dər­­g­in­lik dövründə və­tən­siz­lik dər­di­nə döz­mə­miş, vax­tın­dan əv­vəl köçmüşdür bu dünya­dan. «Da­ha bir qur­ban» ba­ş­lıq­lı ya­zı­da müəl­lif qa­nun ke­şiy­in­də mərd­lik­lə day­a­nan Hə­sən Sə­fə­rov haq­qın­da ya­zır: «Onun öz ya­şam fəl­sə­fə­si, öz həy­at yo­lu, öz əməl­lə­ri və əqi­də­si ya­şan­mış, eti­raf olun­muş bir qə­h­rə­man­lıq­dır, uy­dur­ma və qon­dar­ma, şi­şir­dil­miş və üfürülmüş dey­il, ger­çək qəh­rə­man­lıq!» 1983-cü il­də özünə və soy­da­ş­la­rı­na qar­şı apa­rı­lan tə­qib­lə­rə döz­məy­ə­rək həy­at­la vi­da­laş­mış­dır. «Da­im su­al­lar ümma­nın­da çır­pı­nan» Aly­o­şa Bay­ra­mov da həm­çi­nin. Aşıq Ələ­sg­ə­rin qar­da­şı Mə­şə­di Sa­la­hın nə­və­si İs­mi­xan Məm­mə­dov «…İs­mi­xan Di­də­rg­in lə­qə­biy­lə şeir­lər yaz­dı, yaz­dı… La­kin ürəyi döz­mə­di be­lə mə­şəq­qə­tə, Bay­an­da (Daş­kə­sən ray­o­nu) dəfn olun­du və Bay­a­nın qib­lə­si, sən de­mə, Göy­çəyə tə­rəf imiş…»

Əsər­də Meh­di Hə­sə­nov, Ab­bas Ma­za­nov, Ca­han Əliy­ev, Mi­kayıl Bay­ra­mov, Fər­man Kə­rim­za­də, Ya­qub müəl­lim və baş­qa­la­rın­dan da ey­ni hə­ra­rət­lə bəhs edil­miş­dir. Bir qə­dər tə­s­kin­lik ta­pı­ram ki, 80-ci il­lə­rin son­la­rı­na ya­xın do­stum şa­ir Hüseyn Ari­f­lə bir­lik­də mən də o yer­lər­də - Ma­za­no­vun kol­xo­zun­da, Pə­ri bu­lağ­ın­da ol­dum və o yer­lə­ri, Göy­çə gölünün sa­hil­lə­ri­ni, bu qə­dim Oğ­uz yurdu­nu - o yurd ki Me­te-Oğ­uz xan ora­lar­da böyük toy­lar təş­kil et­miş, Ba­yın­dır xan ala­çıq-otaq qur­muş, böyük yığ­naq­lar et­miş­dir - ora­la­rı gördüm və təsəl­li ta­pı­ram ki, gö­zəl ya­zı­çı dos­tum Fər­man Kə­rim­za­də haq­qın­da sağ­lığ­ın­da ha­mı­dan çox mən yaz­mı­şam.

 

Bərk ay­aq­da, şo­vi­niz­min qə­ti şə­kil­də baş qal­dır­dığı an­lar­da er­mə­ni do­st­la­rın düşmə­nə necə çe­v­ril­diy­i­ni mən də görmüşəm. Hi­dayə­tin Er­mə­ni­s­tan Ya­zı­çı­lar İt­ti­fa­qı­nın rəh­bə­ri Var­tg­es Pe­t­ros­yan­la do­st­luq əla­qə­lə­ri, 1988-ci il ha­di­sə­lə­ri ba­ş­lay­an ki­mi er­mə­ni­nin iç üzü­nün açıl­ma­sı və fac­i­ə­li ta­leyi, S.Vu­rğ­u­nun kö­məyi və şəx­si mad­di yar­dı­mı ilə böyüy­ən gör­kəm­li er­mə­ni na­si­ri Ar­şa­vir Ko­çary­a­nın yiy­ə­siz ölümü, lap əv­vəl­dən əks qütbdə day­a­nan Sil­va Ku­pu­tiky­an, Zo­ri Ba­lay­an, Ka­ren Si­mony­an ki­mi­lə­rə müna­si­bət elə o ey­g­i­li günlər­də ha­di­sə­lə­rin ge­di­şi­nin sürət­lən­mək­də ol­duğ­u­nu - ya­zı­çı­nın söv­qi-tə­bii duyğ­u­la­rı­nı əks et­di­rir. Əsas məq­səd də elə bu müna­si­bət­­lə­ri ol­duğu ki­mi əks et­dir­mək ol­muş­dur: «…məq­sə­dim Qər­bi Azər­­bayc­an­da tə­q­ri­bən qırx il müddə­tin­də ge­dən pro­ses­lə­ri, lap baş­­lıc­a­sı - 18 il­də gördüklə­ri­mi, duy­duq­la­rı­mı qə­lə­mə al­maq, oxuc­uya hə­qi­qə­ti, yal­nız hə­qi­qə­ti (!) çat­dır­maq­dır». Hə­qi­qə­ti yaz­ma­sa idi, baş­­­qa­la­rı ki­mi «yı­xı­la­na bal­ta çal­maq» yo­lu ilə get­sə idi, 1948-1953-cü il­lər­də Er­mə­ni­s­ta­nın türk əha­li­si­nin Qa­za­xı­s­tan çöl­lə­ri­nə sürülmə­si pla­nı­nın qar­şı­sı­nı M.C.Ba­ğı­ro­vun al­ma­sı ba­rə­də xid­mə­ti­ni də bir çox­­la­rı ki­mi he­çə çı­xa­rar­dı: «La­kin o za­man Azər­bayc­an KP MK-nın birinci ka­ti­bi Mir Cə­fər Bağ­ı­ro­vun ira­də­si və Sta­lin­lə şəx­si do­st­luq müna­si­bə­ti say­ə­sin­də bu dəh­şət­li, bəd­nam niyy­ət baş tut­ma­dı. Azər­bayc­an­lı­lar baş­qa Qaf­qaz türk xalq­la­rı ki­mi son­suz sə­h­ra­la­ra sə­pə­lə­nib qı­rıl­maq­dan xi­las ol­du­lar". Və bu mə­qam­da ki­ta­bın ən tə­sir­li səhi­fə­lə­rin­dən bi­ri ləm­bə­li­lə­rin müba­riz­liyi, An­d­ra­ni­ki diz çök­dür­mə­lə­ri, la­kin 88-ci il fə­la­kət­lə­ri ilə bac­a­ra bil­mə­mə­lə­ri­dir.

Ya­zı­çı Ba­kı­da da İrə­van­la əla­qə­ni kə­s­mə­miş, Var­tg­es Pe­t­­ros­ya­nın dəh­şət­li dönüşü ilə əla­qə­dar tə­sir­li mək­tub­lar yaz­mış­dır.

Bu ki­tab vax­tın­da ya­zıl­mış ki­tab­dır. Bir qə­dər so­nra bun­la­rın heç bi­ri­ni bu cür mükəm­məl şə­kil­də qə­lə­mə al­maq mümkün ol­maz­dı.

 

 

***

Ki­ta­bın son - 23-cü böl­mə­si xal­qa, Azər­bayc­an mə­də­niy­yə­ti­nə 18 il­lik xid­mət işin­dən, 18 il­lik müba­ri­zə­dən son­ra müəl­li­fin çı­­xıl­maz və­ziyy­ə­ti və «Mığ­rı - İrə­van - Ba­kı. Ta­ley­i­min yo­lu bu imiş» deyə Ba­kıya dön­mək məc­bu­riyy­ə­ti­nin tə­s­vi­ri­dir. Hə­lə 83-cü il­də - Ba­kıya gəl­məz­dən bir il əv­vəl aşağ­ı­da­kı mi­s­ra­lar sə­bəb­siz doğ­ul­ma­mış­dı - mümkünsüzlük əv­vəlc­ə­dən görünürdü:

 

Zə­ng­ə­zur­da doğ­ul­dum,

İrə­van­da ya­şa­dım,

Ba­kı­da öləc­əy­əm.

Kö­v­rək sa­rı sim idim,

Unu­dul­muş,

Mükəd­dər

nəğ­məyə dö­nəc­əy­əm.

 

Bu şeir ki­tab­da ye­g­a­nə şeir dey­il. Ya­zı­çı təh­kiy­ə­si bütöv­lükdə müxtə­lif şeir par­ça­la­rı ilə müşay­i­ət olu­nur. Bu şeir­lə­rin bir ço­xu təs­­vir edi­lən ha­di­sə­lə­rin baş ver­diyi an­lar­da ya­zıl­mış­dır. Ha­di­sə­lər çö­zə­lən­dikcə ye­ri­nə düşən şeir nümu­nə­lə­ri əsə­ri köh­nə da­s­tan­çı­lıq ənə­nə­lə­ri ilə ya­ran­mış sə­nət nümu­nə­lə­ri­nə bən­zət­sə də, ki­tab əf­sa­nə­lər, di­ni hə­dis­lər, nağ­ıl­lar əsa­sın­da dey­il, re­al fakt və də­lil­lər əsa­sın­da ya­zıl­mış­dır. Hər bir şe­rin sə­li­qə-sah­man­la mey­da­na çıx­ma ta­ri­xi­nin də­qiq qeyd edil­mə­si mü­əl­li­fin şeir dünya­sı­nın in­ki­şaf yo­lu­nu, onun çox er­kən bə­dii ya­ra­dıc­ı­lığa ba­ş­la­dığ­ı­nı gö­s­tə­rir. İlk gənc­lik şeir­lə­ri­nin bir ço­xu elə bi­zim nəs­lin həy­a­tı­nı əks et­di­rir:

 

Mən ata gör­mə­dim uşaq­lığ­ım­dan,

Anam atam ol­du, həm anam ol­du.

Yaş da süzülmə­di ya­naq­la­rım­dan,

Ümid­lər, ar­zu­lar il­ha­mım ol­du.

 

Ki­tab­da ve­ri­lən şeir­lər ək­sə­riyy­ət eti­ba­ri­lə av­to­bio­qra­fik səciy­yə­li­dir, şa­ir həy­a­tı­nın ya­şan­mış günlə­ri­ni əks et­di­rir:

 

Doğ­ul­duğ­um il - 1944.

Da­va ge­dir­di hə­lə.

Ay, gün - 5 senty­abr,

Sa­at - ala­to­ran,

İnək­lə­rin sə­hər sağ­ı­mı vax­tı.

Adım?

Əs­lin­də, Fi­k­rət­dir.

(Hi­day­ə­ti so­nra­dan uy­du­rub­lar)

Qar­da­şım

Vi­tebsk sə­ng­ər­lə­rin­dən gön­də­rib bu adı…

 

«Mığ­rı­çayı» rə­di­f­li şe­ri oxuy­an­da mən də uşaq­lı­ğı­ma boy­lan­dım, bi­zim el­lə­rin yay ay­la­rın­da Ba­zar­çay yay­laq­la­rı­na köçü ya­dı­ma düşdü. Uşaq vax­tı mən də o yer­lə­ri gəz­mi­şəm, Əfən­di­lər bu­lağı­nı, Yağ­lı bu­lağı, Do­la­yı bu­lağı hə­lə də unut­ma­mı­şam. O yer­lə­rin ni­sg­i­li mə­nim də ca­nım­da­dır:

 

Sa­hil­lə­ri­ni do­lan­dım,

Uşaq­lığ­ı­ma boy­lan­dım.

Gah se­vin­dim, gah da yan­dım,

Aman, za­lım Mığ­rı­çayı!

 

Şa­ir nə­dən söz açır­sa, oby­ekt o yer­lər­dir - se­vinci də, kə­də­ri də o yer­lər­də gör­mək is­təy­ir. Am­ma o yer­lər­də kə­dər də yo­xa çı­xıb, çünki o yer­lə­rin öz in­san­la­rı yo­xa çı­xıb:

 

Nə tüstü görünür, oc­aq qa­la­nır,

Nə də gur bu­laq­da sə­hə­ng­lər do­lur.

Nə ölüm, nə ma­təm, nə ürək ya­nır,

Nə də ki ana­dan uşaq doğ­u­lur…

 

Lap əkib-bec­ər­sə­lər də, o «nağ­ıl tor­paq­lar» yad əl­lər­də məh­sul ver­məy­ib və ver­məy­əc­ək. Küsüb o yer­lər in­san­lar­dan:

 

Əkir­lər - göy­ər­mir o nağ­ıl tor­paq,

Sönüb bir­də­fə­lik o sön­məz oc­aq.

Qız­dı­ra bil­məy­ir onu yad odu,

Na­ta­nış nə­fə­si, na­ta­nış adı.

 

Doğ­ma öv­ladlrı dönük çı­xıb­dır,

Hə­rə­si yol­la­nıb bir uzaq elə.

 

Bu mi­s­ra­lar­da­kı his­slə­ri də ay­dın ba­şa düşmək olur:

 

İn­di mən siz­lər­dən bir az uzaq­da,

Bir hə­s­rət kökünün sa­rı si­miy­əm.

Əlim­də bir ki­tab - İrə­van haq­da.

Doğ­ma el­də bir az… qə­rib ki­miy­əm.

 

Hi­day­ət bu böyük ömür ki­ta­bı­nın bi­rinci his­sə­si­nə xi­tam ve­rə­rək ya­zır: «Bu ki­tab çox yer­lər­də ya­zıl­dı - Ma­ral­zə­mi­də, Al­də­rə­də, Bakı­da, İrə­van­da və bütün Qər­bi Azər­bayc­an­da, Pra­qa­da, Mos­k­va­da, An­ka­ra­da… Par­ça-par­ça ya­zıl­dı, cümlə-cümlə göz aç­dı, mi­s­ra-mi­s­ra ya­ran­dı. So­nra bir ye­rə yığ­dım, gördüm - öm­rümün sə­hi­fə­lə­ri yal­nız mə­nim bi­o­qra­fiy­am­dan iba­rət dey­il­miş. Ona gö­rə ki­ta­bın ilk his­sə­si­ni ça­pa ver­dim. Məq­sə­dim 38 ya­şı­ma­c­an duy­duq­la­rı­mı, düşündük­lə­ri­mi ya­şıd­la­rı­mın öv­lad­la­rı­na, nə­və­lə­ri­nə… çat­dır­maq oldu». (397)

Biz də bu qiy­mət­li əsər haq­qın­da bu qı­sa xüla­sə­ni ye­kun­laş­dı­ra­raq dey­i­rik: və­tən­pər­vər in­san, gör­kəm­li ya­zı­çı və pub­li­sist Hi­day­ət bir əsər­də bir ne­çə böyük ta­rix, bir ro­man­da bir ne­çə ro­man ya­ra­dıb - öz mə­nə­vi dünya­sı­nın ro­ma­nı­nı, qər­bi Azər­bayc­an əha­li­si­nin son əsr­lər­də­ki fac­i­ə­li həy­at ro­ma­nı­nı, əra­zi­nin to­po­nim­lə­ri­nin və son əsrdə­ki böyük adam­la­rı­nın ro­ma­nı­nı ya­ra­dıb, Er­mə­ni­s­tan Azər­baycan dram te­a­t­rı­nın ta­ri­xi­ni ya­ra­dıb, qər­bi azər­baycan­lı­la­rın bir əsrlik dünya­sı­nı ümu­mi­ləş­di­rib.

 

***

Ki­ta­bın «Or­da - Zə­ng­ə­zur­da mə­nim ürəy­i­min mə­za­rı qa­lıb» adla­nan ikinci bölümünə müəl­lif Ba­kı­da qə­lə­mə al­dı­ğı «Di­də­rgin­lə­rə mək­tub» (1989 -1990), «İkinci «Əf­qa­nı­s­tan» ya­ra­dı­lır? Nə üçün?» (1990), «hə­qi­qət kar dey­il» (1989), «Ağ­lı­nı­zı ba­şı­nı­za yı­ğın» (1990), «Or­da - Zən­gə­zur dağ­la­rın­da mə­nim ürəy­i­min mə­za­rı qa­lıb» (1993) və s. bir sı­ra mək­tub və mə­qa­lə­lə­ri­ni top­la­mış­dır. Bu mə­qa­lə­lər, mək­tub­lar Ba­kı­da ya­zıl­sa da, «…həm məz­mun, həm də da­xi­li süjet ba­xı­­mın­dan «Bur­dan min at­lı keç­di» hə­qi­qət­lə­ri­nin da­va­mı­dır». Odur ki hə­min mək­tub­la­rı, mə­qa­lə­lə­ri də «Bur­dan min at­lı keç­di»yə da­xil et­mək olar­dı. Yal­nız son iki ya­zı («O dünya­nın adam­la­rı» və «O dünya­nın adam­la­rı haq­qın­da he­kay­ə­tin bu dünya­da apa­rıc­ı­sı») həm məz­mun, həm də qu­ru­luşca fər­q­li­dir.

«Bur­dan min at­lı keç­di» əsə­ri müəl­li­fin gördüyü, ək­sə­riyy­ət eti­ba­ri­lə müşa­hi­də et­diyi ay­rı-ay­rı fakt­lar əsa­sın­da ya­zıl­mış­dır. Bu son mək­tub və mə­qa­lə­lər­də isə güc­lü ümu­mi­ləş­dir­mə­lər var­dır. «Bur­dan min at­lı keç­di» son ta­mam­la­ma­lar nə­zə­rə alın­maz­sa, so­vet dövründə ya­zıl­mış­dır və o dövr­də hə­lə «Böyük Er­mə­ni­s­tan» xülya­sın­da olan er­mə­ni­lə­rin iç üzü tam açıl­ma­mış­dı. Son mə­qa­lə­lər ya­zı­lar­kən ar­tıq Qər­bi Azər­bayc­an əha­li­si öz doğ­ma tor­paq­la­rın­dan çı­xa­rıl­mış və didə­rg­i­nə çe­v­ril­miş­di, ən «sa­diq» er­mə­ni «dost­la­rın» da iç üzü açıl­mış­dı. Odur ki mü­əl­lif er­mə­ni­lə­rin öz ar­xa­sı­nı xri­s­ti­an dünya­sı­na söy­kəy­ə­rək tut­duq­la­rı Azər­bayc­an tor­paq­la­rı­nı bütün əha­tə da­i­rə­si ilə göz önü­nə gə­ti­rə bi­lir, mər­hə­lə-mər­hə­lə Azər­bayc­an tor­paq­la­rı­nın necə işğ­al olun­duğ­u­nu gö­s­tə­rə­rək ya­zır: «1920-ci ilin noy­a­b­rın­da Er­mə­ni­s­tan So­vet So­si­a­list Re­s­pub­li­ka­sı­nı ya­rat­maq «zə­ru­riyy­ə­ti» Azər­bay­ca­na da­ha ağ­ır ba­şa gəl­di, bu­günkü qon­şu res­pub­li­ka­nın əra­zi­si­nin ya­rı­sın­dan ço­xu­nu təş­kil edən qə­dim tor­paq­la­rı­mız - Zə­ng­ə­zur, Ağ­rı dağ­ı­nın ətək­lə­ri, Göy­çə gölü sa­hil­lə­ri, Di­lic­an də­rə­si, Qara­qoy­un­lu, Cə­lal­­oğ­lu və s. yer­lər «pay» ve­ril­di». 1828-ci il­də ərazi tor­paq­la­rı­nın 3,37 fa­i­zi er­mə­ni­lə­rə, 96,63 fa­i­zi azər­bayc­an­lı­la­ra məx­sus ol­muş­dur (46515 - 1334085 hek­tar nis­bə­ti ilə). «Ta­ri­xi 4 iy­ul 1918-ci il Ba­tum müqa­vi­lə­si­nə gö­rə (müqa­vi­lə Tür­ki­yə-Azər­bayc­an, Tür­kiyə-Gürcüstan, Türkiyə-Er­mə­ni­s­tan ara­sın­da im­za­la­nıb) cə­mi 9 min kv.km (bu­nun da 1460 kv km-i Göy­çə gölünün sət­hi­dir) əra­zi­si olan Er­mə­ni­s­tan in­di fak­ti­ki ola­raq 45 min kv. km əra­ziyə nə­za­rət et­mək­də­dir». Er­mə­ni­lər son iki yüz il­də iki mi­nə ya­xın Azər­­bayc­an kən­di yan­dır­mı­ş­lar, 1829 -1930-cu il­lər ara­sın­da bu ye­r­lə­rə İran­dan 40000, Türkiy­ə­dən 84600 er­mə­ni köçürülmüş­dür…

Fakt­lar və rə­qəm­lər yüz ilin içə­ri­sin­də Ru­siya tər­ki­bin­də Azər­bayc­a­nın nə qə­dər zə­rər çək­diy­i­ni tə­səvvür et­mək üçün ge­niş im­kan­lar ve­rir. Bu ya­zı­lar­dan ib­rət gö­türmə­li mə­sə­lə­lər son də­rəcə çox­dur.

Bu son mək­tub və mə­qa­lə­lər­də ilk də­fə ola­raq «işin içi ilə» bağ­lı bir çox mət­ləb­lər­lə ta­nış olu­ruq. Azər­bayc­an KP MK-nın bi­rinci ka­ti­bi K.Bağ­ı­ro­vun Vi­lay­ət Par­tiya Ko­mi­tə­si­nin bi­rinci ka­ti­bi B.Ge­vor­ko­vu çı­xa­rıb ye­ri­nə azər­bayc­an­lı­la­rın qa­nı­na su­say­an, Qa­ra­bağ ha­di­sə­lə­ri­nin ba­şın­da du­ran və Ge­vor­kov­dan da­ha dəh­şət­li olan H.Po­qosy­a­nı bi­rinci ka­tib qoy­ma­sı ba­rə­də qeyd­lər tük ürpə­dən, döv­lə­tin ba­şın­da du­ran ada­mın döv­lət­dən xə­bər­siz­liy­i­ni üzə çı­xa­ran acı hə­qi­qət­lər­dən­dir - biz be­lə ya­şa­mı­şıq. Az vaxt ər­zin­də Azər­bayc­a­na 200 min­dən çox di­də­rg­in, 60 min Axıs­qa türkü, 18 min kürd axış­ma­lı ol­muş­dur. Qan­lı yan­var ha­di­sə­lə­ri baş ver­miş­dir.

Bu mək­tub və mə­qa­lə­lə­rin ya­zıl­ma ta­ri­xi də ha­di­sə­lə­rin qay­nar dövrünə aid­dir. Hə­lə heç kim di­də­rg­in həya­tı­nın bu qə­dər uzun sürəc­əy­i­ni tə­səvvür et­mir, ya­zı­çı özü də bu qə­dər sürəc­əy­i­ni düşünmür, çünki Azər­bayc­a­nın ha­lal tor­pağı yad tap­dağı al­tın­da qa­la bil­məz: «…nə qə­dər Azər­bayc­an xal­qı ya­şay­ır, onun tor­pağ­ın­dan bir çə­rək də kim­səyə ve­ri­lə bil­məz».

La­kin sa­pı özümüzdən olan bal­ta­lar - ya­zı­çı­nın bu qə­na­əti də doğ­ru­dur - ha­ki­miyy­ət da­va­sın­da Azər­bayc­an tor­paq­la­rı­nın böyük bir əra­zi­si­ni bal­ta­lay­ıb düşmə­nə ver­di­lər. Er­mə­ni­lər bi­zim de­diyi­miz «er­mə­ni ru­hi xəs­tə­liyi»ni ke­çir­mək­də ol­sa­lar da, öz ar­zu­la­rı­na ça­tır­lar, az tor­paq işğ­al et­məy­ib­lər. Ax­şa­ma qə­dər ça­lıb-oy­nay­an bu xalq Qa­ra­bağ bir ya­na, hə­lə 6 ray­o­nu­nun da tap­daq al­tın­da ol­duğ­u­nu kef məc­lis­lə­ri ilə unut­dur­maq iş­tiy­a­qın­da­dır.

«Yan­var soy­qı­rı­mın­da tökülən gü­nah­sız qan­lar xal­qı­mı­zın qan yad­da­şın­dan si­lin­məy­əc­ək, bu­na ki­min şüb­hə­si var? Am­ma o tökü­lən qan­lar­dan da ağ­ır bir ci­nay­ət tö­rə­dil­di: Azər­bayc­an­da əsl xalq haki­miyy­ə­ti­nin ya­ran­ma­sı iki il ya­rım lə­ng­i­dil­di…» 1990-cı il­də ya­zıl­mış bu söz­lər­də han­sı «xalq ha­ki­miyy­ə­tin­dən» söh­bət get­diyi bir qə­dər ay­dın ol­ma­sa da (görünür, cümlə so­nra­dan əla­və edil­miş­dir), müəl­li­fin yan­var ha­di­sə­lə­ri­nə ver­diyi qiy­mət kə­sər­li­dir. Bu ya­zı­lar­da Azər­bayc­an­da təh­sil alan Sok­rat Xany­an ki­mi şa­ir­lə­rin, Mir­zə Cə­li­lin he­ka­yə­lə­ri­nə şo­vi­nist göz­lə ba­xan ge­o­loq S.Ay­vazy­an ki­mi­lə­rin məh­dud görü­şlə­ri, er­mə­ni­lə­rin hö­ku­mət bay­ram­la­rın­da gələcək Azər­bayc­an əley­hi­nə şüar­lar üçün necə məşq elə­dik­lə­ri barə­də ma­raq­lı de­tal­lar var­dır. Müəl­li­fin «Araks» qə­ze­ti sə­hi­fə­lə­rin­də onun ünva­nı­na ya­zıl­mış mək­tu­ba ca­va­bı əla­və bir sı­ra ye­ni fakt­lar­la er­mə­ni mil­lət­çi­liy­i­ni if­şa edir. Qə­zet əmək­da­ş­la­rı­nı müəl­li­fin «Biz o tor­paq­la­ra qay­ı­dac­ağ­ıq!» ni­da­sı yan­dır­mış, «qa­yı­dac­ağ­ıq!» sözü əsə­bi­ləş­dir­miş­dir: «Biz ha­çan­sa o tor­paq­la­ra qay­ı­dac­ağ­ıq». Tək­­rar edi­rəm: QAY­I­DAC­AĞ­IQ!»

Bu nik­bin­lik mə­ni də inan­dı­rır. Dünya be­lə qa­la bil­məz. Oğ­u­zun yur­du­na bay­qu­ş­lar qo­na bil­məz!

 

Müsa­hi­bə şək­lin­də qu­rul­muş «Or­da-Zə­ng­ə­zur dağ­la­rın­da mə­­nim ürəy­i­min mə­za­rı qa­lıb» əsə­ri ya­zı­çı­nın gördüklə­ri­ni, bil­dik­lə­ri­ni və hər şey­dən əv­vəl, ata-ba­ba mə­za­rı­nın unu­dul­maz­lığ­ı­nı əks et­di­rən da­ha kon­kret fakt və nümu­nə­lər əsa­sın­da ya­zıl­mış­dır.

Be­lə­lik­lə, biz «Bur­dan min at­lı keç­di» ki­ta­bı­nın əsas idey­a­la­rı­nı oxuc­uya çat­dır­maq is­tə­dik. Oxucu özü ki­ta­bı oxu­sa, onun göz­lə­ri önündə böyük bir ta­rix, bir əs­rin sal­na­mə­si can­la­nac­aq­dır, o, əs­rin əv­və­lin­də, or­ta­sın­da və so­nun­da be­lə­dən-be­lə qo­vu­lan bir xal­qın fac­i­ə­lə­ri ilə ta­nış olac­aq­dır, ne­çə-ne­çə böyük şəx­siyy­ə­tin qur­ban get­diy­i­ni gö­rə bi­ləc­ək, köklü bir ta­ri­xə, köklü bir mə­də­niyy­ə­tə düşmən olan er­mə­ni­lə­rin in­san qəl­bin­də ya­rat­dığı «qi­sas qiy­a­mə­tə qal­maz» ni­da­la­rı­nın sə­si­ni eşi­də­cək­dir, Hi­day­ət ki­mi və­tən fə­da­i­lə­ri­nin müba­ri­zə ta­ri­xi­ni öy­rə­nəc­ək­dir.

 

P.S .Qeyd et­diy­im ki­mi, son iki ya­zı həm qu­ru­luşca, həm də məz­munca əv­vəl­ki ya­zı­lar­la uy­uş­mur. O ya­zı­lar­da So­vet hö­ku­mə­ti, onun rəh­bər­lə­ri, qu­ru­lu­şun xüsu­siyy­ət­lə­ri ba­rə­də da­nı­şı­lır, qu­ru­luş kə­s­kin şə­kil­də tən­qid olu­nur. Bu tən­qid ona bən­zəy­ir ki, 40 ilə qə­dər bir kosty­um gey­ə­sən, so­nra çı­xa­rıb atan­da dey­ə­sən: çox ya­ra­maz bir kosty­um idi, ci­bi pis ti­kil­miş­di, düymə­lə­ri pis idi, boy­nu əy­ri idi, rən­gi xo­şa gəl­məz idi, par­ça­sı dəh­şət­li də­rəc­ə­də key­fiyy­ət­siz idi və ümu­mən onu ti­kən us­ta­nın ba­şı yox idi. Mü­əl­lif So­vet hö­ku­mə­ti haq­qın­da tə­əssüra­tı­nı «Bu­rdan min at­lı keç­di» əsə­rin­də da­ha ob­yek­tiv ver­miş­dir. Hiss olu­nur ki, bu ya­zı so­nra­lar ya­zıl­mış­dır.

 

29.06.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az