BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

DÜNYA­NI DAHA AYDIN GÖRƏN ŞAİR

 

Əf­la­tun dünya­nın tə­zad­la­rı­na - kə­dər­li-se­vinc­li, acı­lı-şi­rin­li, yo­xu­ş­lu-eni­ş­li, ölümlü-ya­şan­tı­lı bu alə­min hik­mə­ti­nə gənc­lik il­lə­rin­dən müdrik­lik­lə bax­mağı bac­a­ran bir şa­ir­dir. Bu müdrik­lik, de­mək olar ki, onun hər bir şe­rin­də özünü gö­s­tə­rir. Əg­ər de­sə­lər ki, Əf­la­tun poeziy­a­sı­nı səc­iyy­ə­lən­di­rən əsas cə­hət nə­dir, mən bi­rinci növ­bə­də onun şeir­lə­ri­nə hər şey­dən çox aid olan ümu­mi­ləş­­dir­mə gücünü, şairin bu aləm­dən al­dığı təcrübə­nin ye­ku­nu ki­mi səs­lə­nən hik­mət do­lu mi­s­ra­la­rı, bənd­lə­ri gö­s­tə­rər­dim. Hər bir şe­rin­də duy­ub-düşündüyü həy­at hə­qi­qət­lə­ri­nin ümu­mi­ləş­miş ob­ra­zı­nı ya­ra­da bilmə­si­dir Elə bu­na gö­rə də şeir oxu­mağ­ın mümkün ol­ma­dığı bu aləm­də Əf­la­tu­nun şeir­lə­ri­ni oxu­maq olur. Həm mə­həb­bət li­ri­ka­sın­da, həm ic­ti­mai-siy­a­si, fəl­sə­fi şeir­lə­rin­də bu cə­hə­ti gör­mək mümkündür. El gö­zəl­lə­ri­nin, saf və se­vim­li və­tən qız­la­rı­nın tə­s­vi­ri­nə həsr olun­muş şeir­lə­rin­də mə­həb­bət alə­mi­nin şa­ir bey­nin­də ümu­mi­ləş­miş ob­raz­la­rı ilə ta­nış olu­ruq:

 

İlk mə­həb­bət mək­tu­bu­nu ya­zan­da

Qız­lar mə­həb­bət­dən şeir is­təy­ir.

 

Sən de­mə, dünya­nın sə­a­dət yo­lu

Görüş ye­ri­miz­dən gə­lib ke­çir­miş.

 

Mə­həb­bət mə­həb­bət ro­ma­nı dey­il,

Bir gündə oxuy­ub çı­xa­san ba­şa.

Sə­nin mə­həb­bə­tin - ağ­ac yar­pağı,

Mə­nim mə­həb­bə­tim - sa­diq bu­daq­dır.

 

Bir an bar­maq sax­la, bə­s­tə­kar bac­ım,

Qa­dı­nın öz qəl­bi elə nəğ­mə­dir.

 

«Hic­ran cə­za imiş eşq qa­nu­nun­da», «Sən­siz qürbət imiş, de­mə, və­tən də», «Se­vib-se­vil­məyi gö­zəl ola­nın Gözündə ya­rı da gö­zəl olub­dur», «Gə­lin gö­zəl­lik­dən se­vgi um­may­aq, Sev­­gi­dən gö­zəl­lik um­ma­lıy­ıq biz», «Bu ila­hi gö­zəl­liy­in vəs­­fi­nə Şa­ir kim­di, ulu ta­n­rı söz de­sin», «Se­vgi payı­zın­dan tez bez­mə hə­lə, Qa­baq­da se­vg­i­nin sərt qı­şı du­rur», «Gü­ney­in olu­ram - sə­ni isi­dən, Sən mə­ni üşüdən qüzey olur­san», «İki­li bir dünya ya­rat­mı­şıq biz, Bəl­kə də, sən onun şi­mal qütbüsən», «Mə­həb­bət görmüşəm ömrü qı­sa­dır Se­vgi mək­tu­bu­nun sə­tir­lə­rin­dən» ... ki­mi mi­s­ra və beyt­lər­də hic­ra­nın ağ­rı­la­rı, sev­gi­də pak­lıq, tə­miz­lik, gö­zəl­liy­in qüdrə­ti, sev­gi­nin əzab­­la­rı, sevg­i­li­nin soyuq­luğu, ötə­ri mə­həb­bə­tin qı­sa öm­rü ba­rə­də şa­ir xəy­a­lı­nın ya­rat­dıq­la­rı tə­bii və tə­sir­li afo­rizmlər ki­mi səs­lə­nir

Əf­la­tun da, hər şey­dən əv­vəl, gö­zəl­lik şa­i­ri­dir; gö­zəl­lə­rin və gözəl­liy­in və­s­fi onun ya­ra­dıc­ı­lığ­ı­nın da­ha çox görü­nən tə­rə­fi­dir. Gö­zə­li də, gö­zəl­liyi də, aşi­qin vu­rğ­un­luğ­u­nu da us­ta­lıq­la tə­s­vir edir. Bu cür şeir­lər onun həy­a­ta, in­san və tə­bi­ət gö­zəl­lik­lə­ri­nə xoş və nik­bin münasi­bə­tin­dən irə­li gə­lir, « Güldür, çi­çək­dir­sə dağ­ın ətəyi, O da­ğın gü­nə­ş­li zir­və­si var­dır» - dey­ən şa­ir gü­nə­ş­li zir­və­lə­ri, ümid­li günlə­ri yüksək qiy­mət­lən­di­rir. Şa­ir qəl­bi çox kö­v­rək­dir:

 

Şim­şək­di - çax­mağı yox,

Bir çay­dı - ax­mağı yox,

Bu­lud­du - yax­mağı yox

Ürək sən­dən küsən­də.

 

«İlk görüş ye­ri­min do­lar göz­lə­ri», «Əs­li ki­mi alı­şay­dın közümə», «Könlüm olub dər­din, qə­min us­ta­dı», «İs­təy­ir­dim öpəm o bal do­daq­dan, Qa­ra gözün həy­a­sın­dan utan­dım», «Do­dağ­ı­nın ta­mı do­daq­la­rım­da, Ovc­um­da sa­çı­nın qo­xu­su qa­lıb», «Özünüz çi­çək­siz, çi­çək­siz gə­lin, Ürək­siz gəl­məy­in, qız­lar, görü­şə», «Mə­nim yol­la­rı­mı nə duman, nə çən, Mə­nim yol­la­rı­mı gö­zəl­lik kə­sir»... ki­mi mis­ra və beyt­lər gö­s­tə­rir ki, şa­ir son də­rəcə həs­sas qəl­bə ma­lik­dir, gö­zəl­liyə vur­ğun­luğ­u­nu Məc­nun, Kə­rəm vu­rğ­un­luğu ilə müqay­i­sə edir:

 

Əf­la­tu­nam, nə­və­siy­əm Məc­nu­nun,

Gö­rən onun ata­sı kim, oğ­lu kim?

 

Ne­çə yol Ər­zu­rum gə­diy­in­də mən

Yı­xı­lıb qal­mı­şam qar uç­qu­nun­da.

 

Əf­la­tun şa­i­rin və şe­rin qar­şı­sın­da cid­di tə­ləb­lər dur­duğ­u­nu bi­lir və bu­nu baş­qa­la­rı­na da an­lat­mağa ça­lı­şır. Şeir ürək­lə­rə od sal­ma­lı, in­sa­nın duyğu və düşün­cə­lə­ri­ni öz tə­si­ri al­tı­na al­ma­lı­dır, in­san qəl­bi­nə od qa­la­ma­lı­dır:

 

Mə­nim yüz ki­ta­ba adım düşüncə,

Kaş bircə ürəyə odum düşəy­di.

 

«Şa­ir­lər doğ­u­lur əzab çək­məyə», - bu onun öz söz­lə­ri­dir və bu­nu bi­lə-bi­lə dünya­nın hər əza­bı­na dözdüyünü, la­kin söz qoş­maq­dan yo­rul­ma­dığ­ı­nı bil­di­rir: «Val­lah, söz qoş­maq­dan yo­rul­ma­mı­şam». Şeir­siz ötən hər bir anı­nı «hə­də­fə dəy­məy­ən ox», şeir­li an­la­rı­nı «bir ilk ba­har» he­sab edir, «Si­nə­sin­də sə­nət di­ləy­i­nin qay­na­dığ­ı­nı» qeyd edir. Şa­i­ri elin dər­di, və­tə­nin par­ça­lan­ma­sın­dan doğan ağ­rı-ac­ı­lar da­ha çox ağ­rıt­ma­lı­dır. Elə bu­na gö­rə də Əf­la­tun el dər­di ilə do­lan­mağın «şi­rin­liy­i­ni» də yax­şı duy­ur; el qey­rə­ti çə­kən­lə­rin da­im əzab­lar içə­ri­sin­də ol­duğ­u­nu, bu dünya­da ya­la­nın ay­aq tu­tub ye­ri­diy­i­ni, hə­qi­qə­tin di­li tu­tul­ma­sa da, haq­qa, hə­qi­qə­tə ba­xan ol­ma­dığ­ı­nı bi­lir. Şa­­ir olan öz ha­lal ti­kə­si ilə do­lan­ma­lı­dır:

 

Gə­rək el dər­di­ni da­da bi­lə­sən,

Yağ üstündən ba­lı yax­mağa nə var?!

 

Na­mərd­dən de­mi­şəm, mərd­dən de­mi­şəm,

Mən də sə­nin ki­mi dərd­dən de­mi­şəm.

 

Ya­lan da­nı­şı­ram, tu­tu­lur di­lim,

Doğ­ru da­nı­şı­ram, sözüm ye­ri­mir.

Əf­la­tun, el çək­məz şa­ir çə­kə­ni,

Mily­o­na dəy­iş­mə ha­lal ti­kə­ni.

 

Sər­dar Əsəd, Əli Kə­rim ki­mi çox er­kən dünya­dan get­miş is­te­dad­lı şa­ir­lə­ri mi­sal gə­ti­rir, on­la­rı özünə ör­nək bi­lir, on­la­rın na­kam ta­ley­i­ni bir şa­ir ki­mi dünya qey­di ilə içə­ri­dən ya­ra­lan­ma­la­rı ilə izah edir:

 

Şa­ir­lər də və­tən ig­id­lə­ri­dir,

Şa­ir­lər için­dən ya­ra­la­nıb­lar.

Bit­sə də ya­rı­da həy­a­tı, ömrü,

Sə­nət­də əbə­di yol ge­dir on­lar.

Vax­ti­lə Sər­dar Əsəd dey­ir­di:

 

Yer­li-ye­rin­də hər söz qiy­mət­li bir inc­i­dir,

Ürək­dən gəl­məy­ən­lər ürək­lə­ri inc­i­dir.

 

Əf­la­tun da bir şa­ir ki­mi şe­rin bu cə­hə­ti­ni da­im diq­qət mər­kə­zin­də sax­la­mağı özünə şüar et­miş­dir:

 

Ye­ri­nə düşmə­sə ən dürlü söz də,

Ürəyi göy­nə­dib, di­li inc­i­dər.

 

Po­eziya in­san duyğ­u­la­rı­nın sə­lis, sər­rast, ritmli və emo­si­o­nal ifa­də­si­dir. Şeir­dən söh­bət ge­dir­sə, po­eziy­a­nın şi­rin di­li ilə in­san­la­rın his­slə­ri­nə tə­sir et­mək, on­la­rın mə­nə­vi alə­mi­ni zə­ng­in­ləş­dir­mək tə­ləb olu­nur­sa, şa­ir öz duyğ­u­la­rı­nı düzgün oxu­ma­lı­dır. Əks təq­dir­də, hə­qi­qi po­eziy­a­dan da­nış­maq ol­maz, çünki po­eziya zə­rif və həs­sas qəl­bin bə­zən ti­t­rək, bə­zən ət­ra­fa hik­mət inc­i­lə­ri sə­pən di­li, bə­zən də üsyan edən, haq­sız­lığı, na­dan­lığı, ya­ra­maz­lığı külə dön­dər­məyə çalışan alo­vu, odu­dur. Yal­nız həs­sas qəl­bi olan­lar hə­qi­qi po­eziya nümu­nə­lə­ri ya­ra­da bi­lir­lər. Həm də tə­ləb olu­nur ki, duyğu və düşüncə­lə­ri­nə xəy­a­nət et­məy­ə­sən, duyğ­u­la­rı qə­lə­mə alan­da «özün ola­san», on­la­rı sax­ta­laş­dır­may­a­san.

 

Kirpiy­im gözümə gö­zət­çi du­rub,

Qoy­may­ır ya­xı­na yu­xu­la­rı­mı.

Bir şa­ir ba­bay­am, boy­nu­mu bu­rub

Mən də oxuy­u­ram duyğ­u­la­rı­mı.

Ta­leyə gah küsüb, ba­rı­şı­ram mən,

Xəy­al­lar mülkündə say­rı­şı­ram mən,

Baş­qa vaxt ha­mıya qa­rı­şı­ram mən,

Mən şeir ya­zan­da özüm olu­ram.

 

Əf­la­tu­nun şa­ir xəy­a­lı bi­zim bu sir­li dünya­mız haq­qın­da ori­ji­nal mi­s­ra­lar, beyt və bənd­lər ya­rat­mış­dır. Böyük Şə­h­riy­ar ki­mi, o da bu dünya­nı «ya­lan dünya» he­sab edir. Ya­lan­­lar bu qə­dər ay­aq tu­tub yeriy­ir­sə, bəs bu dünya haq­qı nə vaxt müda­fiə edəc­ək və ümu­mən bu dünya­da haqq, hə­qi­qət de­yi­­lən bir şey var­mı?

Dünya­nın hər üzü, düzü, ya­lan­dır,

Bəs onun ger­çəyi, düzü nə imiş?!

Nə­dən­sə, na­dan­lar əy­lə­şir baş­da,

Qan­ma­zı qa­nan­dan ay­ır­maz dünya.

Nə qə­dər hə­qi­qət qın­da qa­lıb­dı,

Doğ­ru­nu ya­lan­dan ay­ır­maz dünya.

 

Şa­i­rin ya­rat­dığı Hər in­san ürəyi bir dünya­dır­sa, Gö­rə­sən, dünya­nın özü nə imiş? mi­s­ra­la­rı ilə Çox da ki üm­man­lar ge­niş­dir be­lə, Vaxt olur bir ümman bir dam­la umur - mi­s­ra­la­rı ara­sın­da bir ya­xın­lıq var­dır. Şa­ir de­mək is­təy­ir və ob­raz­lı şə­kil­də dey­ir ki, kai­nat zər­rə­lər­dən ya­ran­mış­dır, hər bir in­san qəl­bi bu ka­i­na­tı özündə ya­şa­da bi­lir və eyni za­man­da ka­i­na­tın ya­rat­dığı hər bir in­san özü bir ka­i­nat­dır.

Əf­la­tu­nun fəl­sə­fi düşüncə­si ay­dın­dır: tə­bi­ət, di­ri­lik gö­zəl­dir, lakin in­san­lar öz­lə­ri onu öz­lə­ri üçün zülmə, zülmə­tə çe­vir­mi­ş­lər. Ona gö­rə də bu dünya­nın mi­za­nı po­zu­lub, qə­dim Ve­da­lar­da deyil­diyi ki­mi, in­san­lar ara­sın­da əx­laq­sız­lıq, əyy­a­ş­lıq, bir-bi­ri­nə ca­na­var ba­xı­şı ar­tıb- ço­xa­lıb. Şi­şir­dil­miş plan­lar, sax­ta fər­man­lar, qan­lı taxt-tac hə­ris­lə­ri dünya­mı­za yal­nız göz ya­ş­la­rı, dər­man əvə­zi­nə dərd gə­ti­rir:

 

Ne­çə yer­siz fər­man, ne­çə qan­lı taxt,

Şi­şir­dil­miş plan, sax­ta möhür, akt,

Süründürmə­çi­lik - bi­rinci in­farkt

Dünya­mı­zın göz ya­ş­la­rı.

 

Dərd yağ­ar ba­şı­na dər­man ye­ri­nə,

Elə bil, çö­rəyi da­şın­dan çı­xır.

Bu qoca dünya­mız qəly­an ye­ri­nə

Dərd çə­kir, tüstüsü ba­şın­dan çı­xır.

Ümman­lar ya­ra­nıb şor göz ya­şın­dan,

Odur, çox­dur su­lu əra­zi­si də.

Pər­sə­ngi ağ­ır­dır çə­ki da­şın­dan,

Da­ha düz çək­məy­ir tə­rə­zi­si də.

 

Bir tə­rəf­dən də ta­leyə, qə­zavü-qə­də­rə, alın ya­zı­sı­na ina­­nır, hə­mi­şə be­lə ol­duğ­u­nu - mə­lək do­nu­na gi­rən ib­lis­lər­lə yax­şı adam­la­rı dünya­nın heç vaxt ay­ır­ma­dığ­ı­nı, fərq­lən­dir­mə­diy­i­ni qəlb ya­nğ­ı­sı ilə qeyd edir:

 

Pal­ta­rı üstünə bi­çir­sə dər­zi,

Ta­leyi ömrünə bi­çir ila­hi.

 

Du­ru­luq ara­ma ib­lis qa­nın­da,

Tə­miz­lik, ləy­a­qət ol­maz ca­nın­da.

Əg­ər ya­şay­ır­sa mə­lək do­nun­da,

İb­li­si in­san­dan ay­ır­maz dünya.

 

Dərd­lər çox­dur: na­dan­lıq, sa­vad­sız­lıq, xud­pə­sənd­lik, hə­­ris­lik, in­san nəf­si­nin hüdud­suz­luğu dünya­mı­zın dərd­lə­ri­dir: « Bə­zən elə olur, ağ­ı­lın yo­lu Na­dan qa­pı­sın­dan dü­şür, nə­dən­sə», «Bay­quş gü­lən yer­də qurd­lar ulay­ar», «Əg­ər na­şı­dır­sa xal­qın cər­ra­hı, O xalq cər­rah dey­il, cəl­lad ya­şa­dır», «İn­sa­na boy­a­dan, ziy­nət­dən ar­tıq Bə­zən göz ya­şı da ya­ra­şıq ve­rir» - dey­ən şa­ir göz ya­ş­la­rı ilə do­lu gülüşün da­­­ha dəh­şət­li ol­duğ­u­nu gö­s­tə­rir: « Dərd­dən gülmək ağ­la­maq­dan be­tər­miş».

Əf­la­tu­nun ic­ti­mai-siy­a­si məz­mun­lu li­ri­ka­sı şa­ir fi­k­ri­nin, şa­i­rin böyük ic­ti­mai pro­blem­lə­rə müna­si­bə­ti­nin sər­rast ifa­də­çi­lə­ri­dir. Qara­bağ dər­di, Tə­b­riz dər­di onu da ir­tic­a­çı im­pe­ri­a­li­zi­min haq­sız­lıq­la­rı­na qəl­bən üsyan edən bir in­sa­na çe­vir­miş­dir.

 

Doğ­ma Qa­ra­bağı ver­dik hə­ri­fə,

Qa­zanc­ı­mız nə ol­du ki, ay al­lah!

Elə bil, sel gəl­di ümman apar­dı.

 

Həm beyt­də, həm də tək mi­s­ra­da fi­kir çox düzgün ifa­də olun­muş­dur: Qa­ra­bağı al­ma­dı­lar, xəy­a­nət­kar ha­ki­miyy­ət hə­ris­lə­ri - da­xi­li düşmən­lər düşmə­nə təs­lim et­di, bu­na gö­rə də sel ümma­na qa­lib gəl­di. Am­ma bu heç ağ­la sığ­an de­yil. Ağ­la sığ­an dey­il ki, bu böyük­lükdə öl­kə da­xi­li düş­mən­lə­rin əli və bey­nəl­xalq im­pe­ri­a­liz­min kö­məyi ilə qəl­pə-qəl­pə par­ça­la­nır, xır­da­la­nır. Am­ma hə­qi­qət açıl­mır, hə­lə də və­tə­nin əsl düşmən­lə­ri giz­li sax­la­nı­lır, şə­hid ba­la­la­rın heç nə ilə ovun­may­an ana­la­rı­nın fəry­a­dı xəya­nət­kar in­san­la­rı tut­mur:

 

Ta­ri­xin köksündə sir­ri ki­riy­ir,

Çı­lğ­ın bir mil­lə­tin sə­b­ri ki­riy­ir,

Şə­hid ba­la­la­rın qə­b­ri ki­riy­ir,

Ana­lar ovun­mur axı, ila­hi!

 

Biz Əf­la­tun­la bir­lik­də Kəl­bəc­ər­də çox ol­mu­şuq, Də­li dağ­ın xa­lı ki­mi Yer üzünə sə­ril­miş çi­çək­li ya­mac­la­rın­da çox gəz­mi­şik, İs­ti­suyun sa­na­to­riya klu­bun­da Q.Qa­sım­za­də, M.Gü­nər, M.İs­ma­yıl, M.As­lan, D.Ab­bas, Ş.Əsgə­rov və baş­qa­la­rı­nın iş­ti­ra­kı ilə gö­zəl poeziya gec­ə­lə­ri ke­çir­mi­şik. Be­lə gec­ə­lə­rin özünü sev­di­rən, ətir­li çi­çək­lər­lə, gö­zəl qız­la­rın şa­i­rə ba­xıb çək­dik­lə­ri rəsmlər­lə təb­­rik edi­lən bir nümay­ən­də­si də Əf­la­tun olur­du. Çox za­man di­bi görünməy­ən Bağ­ır­saq də­rə­sin­dən aşağ­ı­la­ra axan Tər­tə­rin səs­li-küylü mah­nı­la­rı­nı bir­lik­də din­lə­mi­şik, sa­na­to­riya qar­şı­sın­da­kı güllü-çi­çək­li ya­mac­ın bal qo­xu­su ilə nə­fəs al­mı­şıq. İn­di mən Əf­la­tu­nun «Bu doğ­ma elim» şe­ri­ni oxuy­an­da onun nə­lər çək­diy­i­ni, o yer­lə­rin hə­s­rə­ti ilə necə qo­v­rul­duğ­u­nu ha­mı­dan çox hiss edi­rəm:

 

Gah zil­dən, gah pə­s­dən ötən­də Tər­tər,

Qay­a­lar için­də itən­də Tər­tər,

Və­tən­siz qa­lan­da və­tən­də Tər­tər

Hə­s­rət­dən kö­v­rə­lən sə­si­nə qur­ban.

 

Şa­i­rin çiy­nin­də ağ­ır bir dərd yükü də Tə­b­riz dər­di­dir, Azər­bayca­nın vax­ti­lə Ru­siya ilə İran ara­sın­da par­ça­lan­ma­sın­dan, ikiyə bölünmüş və­tə­nin o tay­ı­nın hə­s­rə­tin­dən doğ­an kə­dər­dir. Bu kə­dər ha­mı­mı­zın qəl­bin­də var­dır:

 

Tə­b­riz unu­dul­maz əsrlər boyu,

O öz tor­pağ­ı­mız, öz da­şı­mız­dır.

Nə bi­lim, bəl­kə də, Ara­zın suyu

Bir əsr ya­rım­lıq göz ya­şı­mız­dır?!

 

Əf­la­tun: « Bir diy­ar ağ günün xoş ba­ha­rın­da, Bir diy­ar həs­rə­tin sərt qı­şın­da­dır» - de­dik­də də şi­mal­la cə­nu­bu müqay­i­sə edir, la­kin heç şübhə­siz, onun şi­mal üçün de­diyi «ağ günün xoş ba­ha­rı» da nis­bi xa­rak­ter­də­dir, çünki bu xalq hə­lə əda­lə­ti bər­pa edə bil­məy­ib, bu xalq hə­lə azı al­tı ye­rə par­ça­lan­mış və­tən tor­pağ­ı­nın çox ki­çik bir küncünə qı­sıl­mış­dır.

Əf­la­tun da şi­fa­hi xalq şe­ri tər­zin­də ya­zan şa­ir­lə­ri­miz­dən­dir. Qoş­ma, gə­ray­lı, bay­a­tı­la­rı var­dır. Ye­ri gəl­dikcə qə­zəl­lər də yaz­mış­dır. Ob­raz­lı­lığa, po­etik kəşf­lə­rə da­ha çox meyil edir, mi­s­ra­la­rı tu­tum­lu­dur, mə­na­lı­dır, sim­vol­lar­dan, fi­k­rin me­ta­fo­rik ifa­də­sin­dən, ori­ji­nal tə­şbih­lər­dən ge­niş is­ti­fa­də edir, ona gö­rə də hər bir şe­ri oxu­nur, oxucu şa­i­rin tə­bii və özəl müqay­i­sə­lə­rin­dən, ori­ji­nal qa­fiy­ə­lə­rin­dən ləz­zət alır. Aşağ­ı­da­kı bənd­lə­rə diq­qət ye­tir­mək kifay­ət­dir:

 

Ul­duz­lar gec­ə­nin göz ya­ş­la­rı­dır,

Axıb ya­nağ­ın­da gi­lə­lə­nib­dir.

Ul­duz­lar sə­ma­nın na­xı­ş­la­rı­dır,

Ki­min­sə əli­lə il­mə­lə­nib­dir.

Ul­duz­lar, bəl­kə də, Qaf­dan ası­lan

Pro­me­tey əlin­də od par­ça­sı­dır.

 

Tər­pə­dib, din­di­rib il­ha­mım mə­ni,

Bu­laq­lar önündə bu­laq­laş­mı­şam.

Özüm də bil­mə­dən açıb qo­lu­mu

Mən bu gö­zəl­lik­lə quc­aq­laş­mı­şam.

 

« Bəl­kə, gö­bə­lək­lər me­şə gö­zə­lin Ya­şıl xa­la­tı­nın düy­mə­lə­ri­dir», «Göy­də qa­tar­la­şan qə­rib dur­na­lar Bu pay­ız şe­ri­min şah mi­s­ra­sı­dır» , Xə­zər haq­qın­da de­diyi « O, qız qa­la­sı­nın göy ör­pəy­i­dir, Nə vaxt­sa ba­şın­dan sürüşüb dü­şüb» ki­mi beyt­lər­də­ki müqay­i­sə­lər çox tə­bi­i­dir. Duyğu və düşüncə­lə­ri sə­mi­mi və zə­rif­dir:

 

Elin şad günündə, xürrəm günündə

Aşıq miz­rab vur­sa te­lə - nəğ­mə­di.

 

Da­nış­dım su­la­ra yu­xu­la­rı­mı,

Su­lar bir qə­dər də du­rul­du, ax­dı.

 

Çiy­nin­də ək­mə­sən kə­dər yükünü,

Qəl­bin­də dünya­nın se­vinci bit­məz.

 

Mə­nə zir­və olub mən duy­duq­la­rım,

Mən­dən uc­a­da­dır mə­ni duy­an­lar.

 

Evin qa­pı­sın­dan əv­vəl qo­nağa

Ürəy­in qa­pı­sı açıl­ma­lı­dır.

 

Bi­zim bu yığc­am qeyd­lə­ri­miz Əf­la­tu­nun po­eziy­a­sı haq­qın­da müəyy­ən tə­əssürat ya­ra­dır, gə­tir­diy­i­miz mi­s­ra və beyt­lər gö­s­tə­rir ki, Əf­la­tu­nun şeir­lə­ri­ni oxu­mağa dəy­ər, bun­lar şeir yaz­maq, şö­h­rət qa­zan­maq na­mi­nə ya­zıl­mış əsər­lər dey­il, hə­qi­qi şa­ir qəl­bi­nin çır­pın­tı­la­rı və ob­raz­lı ifa­də­si­dir.

 

***

 

Oxucu Əf­la­tu­nun qı­sa tərcümeyi-ha­lı ilə də ta­nış ola bi­lər.

Əf­la­tun Şükür oğ­lu Bax­şə­liy­ev 1953-cü ilin 26 ma­yın­da Hac­ı­qa­bul ray­o­nu­nun At­bu­laq kən­din­də ana­dan ol­muş­dur. 1973-cü il­də Bakı­da or­ta mək­tə­bi, 1978-ci il­də fərq­lən­mə dip­lo­mu ilə ADU-nun fi­lo­lo­g­iya fakültə­si­ni bi­tir­miş­dir. 1983-cü il­də AMEA-nın Ni­za­mi adı­na Ədə­biyy­at İns­ti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na da­xil ol­muş, 1988-ci il­də dis­ser­ta­siya müda­fiə edə­rək fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di alim­lik də­rəc­ə­si al­mış­dır. Əf­la­tun bə­dii ya­ra­dıc­ı­lığa lap ki­çik ya­ş­la­rın­da baş­la­mış, 7-ci si­nif­də oxuy­ar­kən ilk şeir­lə­ri­ni mət­bu­at­da dərc et­dir­miş­dir. O vaxt­dan baş­lay­a­raq «Ədə­biyy­at qə­ze­ti», «Ba­kı», «Azər­­­bayc­an gənc­lə­ri» qə­zet­lə­rin­də, «Ul­duz», «Azər­bayc­an» jur­­nal­la­rın­da ar­dıc­ıl çap olun­muş­dur. «Könlüm gö­zəl­lik əsi­ri», «Sev­da qa­nad­la­rın­da», «Qey­rət­li oğ­ul­lar», «Ürə­yi­min sə­si», «Və­tən oğ­lu, el qey­rə­ti», «Hər in­san bir dün­ya­dır», «Tə­ləs ya­nı­ma» və s. şeir ki­tab­la­rı­nın müəl­li­fi­dir. Ali mək­tə­bi bi­tir­dik­dən so­nra uzun müddət At­bu­laq kənd or­ta mək­tə­bin­də ana di­li və ədə­biyya­tın təd­ri­si ilə mə­şğ­ul ol­muş­dur. Ha­zır­da Ni­za­mi adı­na Ədə­biy­yat İnsti­tu­tu­nun el­mi iş­çi­si­dir.

Ömrünün ba­har çağ­ın­da - 50 ya­şın işığ­ın­da­dır.

Dünya­nı gözü ilə gö­rən adam­lar­dan da­ha ay­dın gö­rən şa­i­rə tə­şəkkür edir, uzun ömür və ürək­lə­ri di­lə gə­ti­rən ye­ni şeir­lər ar­zu­layırıq.

09.05.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az