BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

MA­LİK RƏCƏBİN «HƏYAT BURULĞANINDA»

ROMANI VƏ SOSİAL-İCTİMAİ DÜŞÜNCƏ­LƏR

 

İçə­ri­sin­dən tə­zəcə çıx­dığ­ı­m­ız XX əsr Azər­bayc­an hə­ya­tı­nın müxtə­lif mər­hə­lə­lə­ri bi­zim bə­dii ədə­biyy­at­da - po­eziya, nəsr və dram əsər­lə­rin­də, pub­li­si­s­tik ya­zı­lar­da ki­­fay­ət qə­dər öz ək­si­ni ta­pa bil­miş­dir. La­kin ha­di­sə­lə­rin qay­nar çağ­ın­da onun ma­hiyy­ə­ti­ni ob­yek­­tiv qiy­mət­lən­dir­mək o qə­dər də asan olmur. Ha­di­sə­lə­rə bir qə­dər kə­nar­dan bax­dıq­da onu da­ha yax­şı ümu­mi­ləş­dir­mək mümkündür. Ya­zı­çı-jur­na­list Ma­lik Rə­cəb «Həy­at bu­ru­lğ­a­nın­da» tri­lo­gi­ya­sın­da Azər­bayc­an so­vet həy­a­tı­nın böyük bir dövrünün ic­ti­mai-siy­a­si ha­di­sə­lə­ri­ni ümu­mi­ləş­dir­məyə ça­lış­mış­dır. Şübhə­siz, in­san və cə­miy­yət olan yer­də ai­lə-mə­i­şət mə­sə­lə­lə­ri, se­vgi macə­ra­la­rı da var­dır.

Ro­ma­nın möv­zu­su 20-ci il­lər­dən 70-80-ci il­lə­rə qə­dər­ki Azər­bayc­an həy­a­tın­dan götürülmüşdür. Müəl­lif baş­dan-ba­şa zid­diyy­ət­lər­lə do­lu XX əs­rin, de­mək olar ki, ək­sər mü­hüm ha­di­sə­lə­ri­nə bə­dii yol­la müna­si­bət bil­dir­miş­dir. Ye­ni qu­ru­lu­şun gə­tir­diyi «bəd­bəxt­lik­lər», da­xi­li kəş­fiyy­a­tın in­san­la­rın ba­şı üstünü alan aram­sız tə­qib­lə­ri, er­mə­ni­lə­rin fürsət­dən is­ti­fa­də edə­rək Azər­bayc­an xal­qı­na tut­duğu di­van, mil­li bur­ju­a­ziy­a­nın ta­leyi, rep­res­siy­a­lar, is­tin­taq zo­ra­kı­lıq­la­rı, So­vet hö­ku­mə­ti­ni ürək­dən qə­bul et­məy­ən­lər və on­la­rın aqi­bə­ti, Stalin-Bağ­ı­rov xo­fu, «troy­ka»la­rın əli ilə do­lu ba­ş­la­rın kə­sil­mə­si, mü­ha­ri­bə, ac­lıq, sə­fa­lət, fə­la­kət, ye­tim­xa­na­lar, fəh­lə həya­tı, in­sanla­rın xəy­a­nət­kar­lığı, sər­vət üstündə tökülən qan­lar, saf mə­həb­bət və se­vg­i­li­lə­rin na­kam ta­leyi, sev­gi­siz ai­lə­lə­rin cə­hən­nəm əza­bı­na çevril­miş həy­a­tı, el­mi ya­ra­dıc­ı­lıq və alim şö­h­rə­ti, var­lı ba­la­la­rı­nın xis­lə­ti... - ya­zı­çı­nın qə­lə­mə al­dığı ge­niş həy­at löv­hə­lə­ri cə­miyy­ət­lə, ic­ti­mai in­ki­şa­f­la bağ­lı olan və ar­tıq za­ma­nı­nı ya­şa­mış say­sız pro­b­lem­lə­ri əha­tə edir.

Ro­man­da So­vet hö­ku­mə­ti­nin gə­tir­diyi «fə­la­kət­lər», «bəd­bəxt­lik­lər» ön plan­da­dır. Bu hö­ku­mət «gü­nah­sız mil­yo­ner» Əli bəyi elə gü­nə sal­mış­dır ki, onun ai­lə­si yüz ilin bu ba­şın­dan o ba­şı­na özünü düzəl­də bil­mir. So­vet qu­ru­lu­şu­nun ai­lə­lə­ri baş­sız qoy­ma­sı, be­lə bir qu­ru­luş­da «yax­şı» in­san­la­rın özünə yer ta­pa bil­mə­mə­si, riy­a­kar­lıq, pa­xıl­lıq, si­ma­sız­lıq, er­mə­ni «Daş­naksüty­un» par­tiya­sı­nın giz­li fəaliyy­ə­ti, Azər­bayc­an hö­ku­mə­ti­nin ba­şın­da otu­ran­la­rın qə­f­lət­də ol­ma­sı, NKVD və onun Aşot ki­mi ək­sə­riyy­ə­ti er­mə­ni­lər­dən iba­rət olan əza­zil də­s­tə­si və s. sü­je­tin in­ki­şa­fı pro­se­sin­də müəl­lif ten­den­si­ya­­sı ilə nə­zə­ri cəlb edən ən mühüm so­si­al-siy­a­si ha­di­sə­lər ki­mi ve­ril­­­miş­dir. Gö­rəc­əy­ik ki, da­ha böyük fac­i­ə­lə­rin tö­rə­di­ci­si isə ro­man qə­­­h­rə­man­la­rı­nın dik­baş­lığı və mə­nəm-mə­nəm­liy­i­dir, gü­zəşt nə oldu­ğ­u­nu bil­mə­mə­lə­ri­dir.

Ki­tab tri­lo­g­iya şək­lin­də­dir. Ro­ma­nın əsas su­rə­ti olan As­la­nın za­vod­da part­lay­ış tö­rət­mə­si, uşaq­la­rı­nı uşaq evi­nə ve­rib həbs olun­ma­sı ilə «Ömürdən iz­lər» ad­lı bi­rinci his­sə ta­mam­la­nır. «Süd və qan» ad­lı ikinci his­sə dəh­şət­li müha­ri­bə il­lə­rin­də So­vet hö­ku­mə­ti­nin uşaq evin­də qayğı ilə böyütdüyü Rə­na­nın ölümü ilə - ata­sı tə­rə­fin­dən öldürülmə­si ilə ba­şa ça­tır. «Həy­at bu­ru­lğ­a­nın­da» baş­lıq­lı üçüncü hissə As­la­nın və Azə­rin həy­at bu­rul­ğan­la­rın­da necə məhv ol­duğ­u­nun tə­s­vi­ri ilə qur­ta­rır.

Əsər­də bir ne­çə nəs­lin bəd­bəxt ta­leyi tə­s­vir edil­miş­dir. Əli bəy bi­rinci nəs­lin nümay­ən­də­si­dir, As­lan ikinci, Azər, Rə­na, Ley­la, Yaqut üçüncü nə­sil­dir və ha­mı­sı bəd­bəxt in­san­lar­dır.

Hər üç nə­sil öz bəd­bəxt həy­a­tı­nı So­vet dövründə ya­şa­mış­dır. Bəd­bəxt­lik­lə­rin gü­na­hı kim­də­dir? Fac­i­ə­lə­rə ba­is kim­dir, nə­dir? Həqi­qə­tən­mi so­vet qu­ru­lu­şu bəd­bəxt­lik­lər gə­ti­rən bir qu­ru­luş ol­muş­dur?

Gə­lin ob­raz­la­ra diq­qət ye­ti­rək və ic­ti­mai bə­la­la­rın sə­bəb­lə­ri­ni araş­dı­raq.

Bi­rinci, Əli­dən - mily­o­ner Əli bəy­dən ba­ş­lay­aq. Bu­dur, 11 il həbs cə­za­sı çə­kən, və­tə­nə dö­nəc­əyi günü 11 il həs­rət­lə göz­ləy­ən Əli bəy evi­nin, de­mək olar ki, beş-on ad­dım­­lı­ğın­da­dır. La­kin qa­pıya çat­mağa ta­qə­ti yox­dur: «Üçüncü ay idi ki, Əli bəy yol gə­lir­di. Saq­qal ba­s­mış Əli bəy ya­şı­na gö­rə çox qoca görünürdü. Pal­ta­rı kir­li və cı­rıq-cı­rıq idi. Tər, kir və ma­xor­ka iyi bir-bi­ri­nə qa­rış­mış­dı. Əli bəy­in pal­ta­rın­dan ət­ra­fa dözülməz üfu­nət yay­ı­lır­dı». Bu­ra­da­kı və­ziyy­ət həb­s­dən bu­ra­xı­la­nın yox, qa­ça­nın və­ziyy­ə­ti­nə ox­şa­yır. Əli bəy ac, su­zuz, ta­qət­siz və di­lən­çi kökündə­dir, qız­dır­­ma içə­ri­sin­də ya­nır, evə çat­ma­mış ölə bi­ləc­əy­in­dən qor­xur və bu za­man qa­rğ­ış üçün ye­nə də bu «al­lah­sız» So­vet hö­ku­mə­ti, bol­şe­vik­lər ya­dı­na düşür: «Doğ­ru­dan­mı bol­şe­vik ay­ağı dəy­ən yer­dən al­lah-ta­la ta­mam çə­ki­lib ge­dir?» Niyə Əli bəy bu gündə­dir? Həbs müddə­ti­ni çə­kib qur­ta­rıb və və­tə­nə, evi­nə qay­ı­dır, nə üçün bu gündə ol­ma­lı­dır? Bəl­kə, So­vet həb­sxa­na­la­rın­dan bu­ra­xı­lan­la­rın ha­mı­sı bu gündə olub? - bu­nu bil­mi­rik. Əli bəy­in özünün də an­la­ma­dıq­la­rı var: «...Əliyə bir şey an­la­şıl­maz qa­lır­dı: - Hər şeyi əlin­dən alın­mış bir mily­o­ne­ri mily­o­ner ol­duğu üçün həbs et­mək nə də­rəc­ə­də əda­lət­li­dir?» La­kin iş bu­nun­la bit­məy­ib: «İn­san­pər­vər­lik şüar­la­rı ilə İsa peyğ­əm­bər­dən də qa­bağa ge­dən bol­şe­vik­lər Əli­ni həbs et­mək­lə ki­fay­ət­lən­mə­di­lər, onun hə­yat yol­da­şı Bi­kə xa­nı­mı da həbs et­di­lər. As­la­nı Qa­sım hi­may­əyə götürdü». Əli bəy an­la­ma­sa da, əs­lin­də, bu­ra­da ba­şa düşülmə­mə­li heç bir şey yox­dur. Əli bəy öz qəl­bin­dən ke­çən­lə­ri, özünün So­vet hö­ku­mə­ti­nə nif­rə­ti­ni nə­zə­rə al­mır. Al­sa, bu cür düşünməz. Am­ma So­vet hö­ku­mə­ti Əli bəy­lə­rin sa­kit otur­may­ac­ağ­ı­nı çox yax­şı bi­lir. Öl­kə­də in­qi­la­bi iş ge­dir, ki­min ki­mə düşmən ol­duğu ay­dın­dır. Bun­la­rı Əli bəy­in və onun oğ­lu As­la­nın bütün da­xi­li düşüncə və əməl­lə­ri­ni or­taya qoy­an­da da­ha ay­dın gö­rəc­əy­ik.

Də­qiq bil­mi­rik, am­ma he­sab­la­ma­lar gö­s­tə­rir ki, Əli bə­yin həbs­dən qay­ıt­dığı il 37 və ya 38-ci il­dir. Baş qal­dır­anı tu­ta­tut vax­tın­da Əli bəy həb­sdən azad edi­lib. Və­tə­nə gə­lən ki­mi Aşo­tun iy bi­lən ko­man­da­sı onu ad­dım-ad­dım iz­ləy­ir, ata­sı haq­qın­da oğ­lu­nun bil­mə­dik­lə­ri­ni NKVD iş­çi­lə­ri bi­lir. Aşot Əli bəy­in oğ­lu As­la­nı həb­sə sal­dı­rıb kifayət qə­dər döydürür və hər gün ata­sı haq­qın­da də­qiq mə­lu­mat ver­mə­si­ni tə­ləb edir. Məq­səd nə­dir? Əli bəy qor­xu­lu düşmən­dir­sə, nə üçün həb­sdən bu­ra­xı­lıb? Aşo­tun As­la­na de­diyi söz­lər­də də mən­tiq­siz­lik var: «Diq­qət­lə mə­nə qu­laq as. Atan xalq düş­mə­ni­dir. Onu türmə­dən müvəq­qə­ti bu­rax­mı­şıq. Əg­ər ya­şa­maq is­təy­ir­sən­sə, atan Əli bəy­in bütün hə­rə­kət­lə­ri ba­rə­sin­də mə­nə xə­bər ver­mə­li­sən. Nə ba­rə­də düşünür, nəyə, ya­xud ki­mə ümid bəs­ləy­ir? Ki­min görüşünə ge­dir, onun görüşünə kim­lər gə­lir?..» 11 il iş ve­ri­lib, 11 il həb­sdə yatıb, qa­nu­ni şə­kil­də həb­sdən azad edi­lib, may­or Aşot dey­ir ki, onu müvəq­qə­ti bu­rax­mı­şıq, - guya bur­dan Si­bi­rə hökm eləyə bi­lir­miş Aşot.

Əli bəy evi­nə ye­nicə gə­lib və hə­lə heç bir əsas ol­ma­dan, heç bir tə­qib, hə­də-qor­xu hiss et­mə­dən be­lə fi­kir­lə­şir: «Yə­qin ki, həbs etməyə əsas­lı bir bə­ha­nə ax­ta­rır­lar. Bə­ha­nə isə hər an ta­pı­la bi­lər­di. Yə­qin ki, bu də­fə onu gül­lə­lə­yəc­ək­di­lər. Yox, da­ha bu­ra­da ya­şa­maq mümkün dey­il, - deyə ürə­yin­də düşündü,- nə qə­dər ki gec dey­il, baş götürüb bur­dan qaç­ma­lıy­am. Baş­qa çı­xış yo­lum yox­dur». Doğ­ru­dur, yu­xa­rı­da de­diy­i­miz ki­mi, As­la­nı Əli bəy­in gə­li­şi ilə əla­qə­dar tu­tub döyü­blər, ata­sı­na qar­şı ag­en­tə çe­vi­rib­lər, am­ma bun­lar­dan hə­lə Əli bəy­in xə­bə­ri yox­dur, heç özü də hə­lə­lik bir fakt­la qar­şı­laş­may­ıb. Bəs nə üçün be­lə dü­şünür? Tu­tub öldürmə­liy­di­lər­sə, bu­nu Si­bir­də asan­lıq­la et­mək ol­maz­dı­mı? Yə­ni Əli bəy So­vet hö­ku­mə­ti üçün bu qə­dər qor­xu­lu düşmən­dir? Özünün de­diyi ki­mi, mily­o­ner idi, mily­on­la­rı­nı da alıb­lar. Da­ha nə is­təy­ir­lər? Cə­rə­yan edən ha­di­sə­lə­rin mən­ti­qi bu­na ca­vab ver­mir, yə­ni nə Əli bəy­in ye­ni­dən həbs olu­nac­ağı ba­rə­də əlin­də əsas var, nə də NKVD-nin onu iz­lə­mək üçün əsa­sı.

Bir qə­dər so­nra mə­lum olur ki, Əli bəy hə­qi­qə­tən bir sı­ra köh­nə əlal­tı­la­rı ilə giz­li söh­bət­lər­də­dir və xa­ricə qaç­maq is­təy­ir. Am­ma hələ bu niyy­ə­ti­ni o heç yer­də di­li­nə gə­tir­məy­ib, oğ­lu­na da de­məy­ib. Bağ evin­də NKVD-nin əmə­liyy­at qru­pu Əli bəyi tut­maq is­təy­ir. Dediy­i­miz ki­mi, nə Əli bəy­in hə­lə­lik bir gü­na­hı var, nə də NKVD iş­çi­lə­ri­nin əlin­də əsas. Bəs bu əmə­liyy­at nə­dən ötrüdür? NKVD iş­çi­lə­ri bağ ax­ta­ran adam­lar ki­mi sa­də­lövhdür. On­la­rın dördünü Əli bəy, so­nunc­u­su­nu As­lan güllə­ləy­ir. La­kin Əli bəy də ya­ra­la­nır. Bi­lir ki, ma­şın­la gə­lən ye­ni qüvvə­nin əlin­dən qur­tar­maq çə­tin­dir. Ona görə də məs­lə­hət görür ki, As­lan ata­sı­nı öldürsün - bəl­kə bu­nun­la xi­las ol­du. La­kin As­lan ata­sı­nı öldürsə də, xi­las ola bil­mir. Bu ha­di­sə­lə­rin ge­di­şin­də mən­tiq zə­if­dir, də­rin­dən düşündükdə əsas­lan­dı­rıl­ma­dığı hiss olu­nur. Heç bir əsas ol­ma­dan Əli bəyi ban­dit ki­mi yaxala­maq is­təy­ir­lər. Bəl­kə, Əli bəy­in siy­a­si möv­qeyi ba­rə­də hö­ku­mə­tə siq­nal ve­rən­lər olub? Bəl­kə, yol boyu kəş­fiyy­at bir şey öy­rə­nib? Heç bir mə­lu­mat yox­dur.

Oğ­lun­dan son güllə­ni ona (ata­sı­na, Əli bəyə) vur­mağı tə­ləb edən Əli bəy­in So­vet döv­lə­ti ba­rə­də düşüncə­lə­ri: «Sə­ni qı­na­mı­ram, Aslan. Bu, so­vet­lər qu­ru­lu­şu­nun tö­rət­di­yi ən çir­kin ye­ni­lik­lər­dən bi­ri­dir. Bir-bi­ri­mi­zi al­da­dı­rıq, bir-bi­ri­mi­zə xəy­a­nət edi­rik və so­nra da bir-bi­ri­mi­zi öldürürük. Bu cə­miyy­ət­də bi­zə düşmən la­zım gəl­mir, As­lan. Əg­ər bir oğ­ul ata­sı­na xəy­a­nət edir­sə, on­dan və­tən nə göz­ləyə bi­lər?!» Ya­man əda­lət­siz­dir bu Əli bəy; özü oğ­lu­na tə­kid edir ki, güllə­ni vur­sun, özü də bu cür qey­ri-re­al nə­tic­ə­lər çı­xa­rır. So­vet höku­mə­ti oğ­u­lu ataya ca­vab­deh bil­mir­di.

Bə­zən Əli bəy re­al düşünür: «Bi­lir­sən, Le­ni­nin «ha­mı yax­şı ya­şa­ma­lı­dır» - fi­k­ri heç də pis fi­kir dey­il. Mə­sə­lə ora­sın­da­dır ki, ha­mı yax­şı iş­lə­mək is­tə­mir. Dünə­nə ki­mi beş nə­fər­lik ai­lə­si­ni tə­min edə bil­məy­ən ada­ma yüz min nə­fə­rin ta­ley­i­ni tap­şı­rıb­lar.» Bu elə in­di də be­lə­dir, hə­mi­şə də be­lə olub. Am­ma Əli bəy is­təy­ir ki, yal­nız pu­lu olan­lar əmr və gö­s­tə­ri­ş­lər ver­sin.

So­vet dövründə mily­o­ner­lər böyük zə­rər çə­kib, mülk­lə­ri, fa­b­rik-za­vod­la­rı, sər­vət­lə­ri əl­lə­rin­dən alı­nıb, ai­lə­lə­ri dağ­ı­lıb. Əv­və­lən, görək o mily­o­ner­lər mil­yon­la­rı­nı ha­ra­dan top­lay­ıb­lar, necə top­lay­ıb­lar? Elə in­di­ki­lə­ri gözü­müzün önü­nə gə­ti­rək Gə­tir­sək, bəs olar. Əli bəy necə mil­yo­ner olub? Ya­zı­çı re­al tə­s­vir edib: öz alın tə­ri ilə deyil, özg­ə­si­nin qə­b­rin­dən tap­dığı giz­li xə­zi­nə ilə. Əgər bu cə­hət­dən Əli bəyə bə­ra­ət ver­sək, on­da gə­rək ha­mı giz­li xə­zi­nə ax­tar­maq­la, qə­bi­ri­s­tan­lıq­la­rı sök­mək­lə mə­şğ­ul ola.

Əsər­də heç bir ob­raz nə­zə­rə al­mır ki, qa­nun-qay­daya qal­sa, Sovet qu­ru­lu­şu qə­dər Yer üzə­rin­də gö­zəl qu­ru­luş və gö­zəl qa­nun­la­rı olan qu­ru­luş ol­may­ıb. La­kin hər bir qu­ru­lu­şun ba­şın­da adam­lar durur, o qu­ru­lu­şu adam­lar ida­rə edir. Hər şey o adam­lar­dan ası­lı­dır. İn­di­ki hal­da cə­miy­yə­tin sər­və­ti 10 fa­i­zin əlin­də­dir, 90 fa­iz zil­lət içə­ri­sin­də­dir. Am­ma o vaxt - So­vet ha­ki­miyy­ə­ti­nin ilk il­lə­rin­də hə­min 10 fa­iz zil­lə­tə sa­lı­nıb. Sə­nin ye­ral­tı neft xə­zi­nən var, mə­dən­lə­rin var, daş kar­xa­na­la­rın var, gö­zəl tor­paq­la­rın, me­şə­lə­rin var, ki­min əlin­də­dir? Sə­nə xey­ri də­yir­mi? Elə bil, ye­rin al­tın­da­kı o xə­zi­nə­ni də­də­si-ba­ba­sı əkib-bec­ə­rib, o da otu­rub üstündə. İn­san ağ­ıl­lan­ma­lı və öz haq­qı­nı ba­şa düşmə­li­dir. Hu­ma­nist in­san ki­mi tə­s­vir edi­lən Əli bəy heç bir hu­ma­nist key­fiyy­ə­tə ma­lik dey­il. Əlal­tı­sı İs­may­ı­lı öldürdüyü üçün oğ­lu­nu öldürməyə ha­zır­dır: «As­lan, di­ri qal­sam da, bu dərd öldürəc­ək mə­ni. Bütün var­lığ­ım qə­dər sə­ni sev­səm də, bu xəy­a­nə­ti­nə gö­rə sə­ni məm­nu­niyy­ət­lə öldürər­dim. Heyif ki, qol­la­rım da­ha yox­dur. -Son gücünü top­la­yan Əli bəy: -Tfu! - dey­ə­rək As­lanın üzünə tüpürdü». Əli bəy­in bu ni­frə­ti gü­nah­sız bir gən­cin öldürülmə­si ilə bağ­lı ol­sa da, onun özü də in­sa­nı ölümlə hə­də­ləy­ir və bəl­kə də qol­la­rı NKVD güllə­si ilə qı­rıl­ma­mış ol­sa idi, oğ­lu­nu güllə­ləy­ər­di. Bu «key­fiyy­ət» so­nra­lar qa­ba­rıq şə­kil­də As­lan­da üzə çı­xır.

Elə bu to­xum­dur ki, As­lan­da if­rat şə­kil­də in­ki­şaf edir və o (As­lan), yal­nız baş­qa­la­rı­nı dey­il, öz qı­zı­nı və oğ­lu­nu da aman­sız­lıq­la öldürür. So­vet hö­ku­mə­ti bi­lir ki, Əli bəy xa­ricə qa­ç­maq və ora­da onun əley­hi­nə iş apar­maq is­təy­ir. Qu­ru­luş özünü müdfiə et­mə­li, düşmən­lə­ri­ni is­lah et­mə­li­dir. Əli bəyə bə­ra­ət qa­zan­dır­maq ol­maz, çünki əlin­də heç bir fakt ol­ma­dan giz­li fə­a­liyy­ət­lə mə­şğ­ul olur, əlal­tı­la­rı ilə hö­ku­mət əley­hi­nə plan­lar ha­zır­la­yır. Mily­o­ner oğ­lu Va­si­fi nə üçün iz­lə­mir­lər? Va­sif öz əməyi ilə xal­qa xid­mət edir, öz pul­la­rı­nı götürüb xa­ricə qa­çan ata­sı ilə ba­rış­maz möv­qe­də­dir və So­vet döv­lə­tin­dən heç bir zə­rər çək­mir, As­lan­dan fər­q­li ola­raq, So­vet hö­ku­mə­ti­nin fa­şizm ilə müba­ri­zə­də mütləq qa­lib gə­ləc­əy­i­nə ina­nır və bu yol­da ça­lı­şır.

Əli bəy­lə bağ­lı əsər­dən alı­nan əsas tə­əssürat bu­lur ki, So­vet höku­mə­ti ol­ma­sa idi (və «bu lə­nə­tə gəl­miş qu­ru­luş ol­ma­ma­lı idi»), Əli bəy də, onun öv­lad­la­rı da ra­hat-ra­hat yağ için­də böy­rək ki­mi ya­şay­ar, get­dikcə öz sər­vət­lə­ri­ni ar­tı­rar, Qa­sım ki­mi nö­kər­lə­ri­ni ço­xal­dar­dı­lar.

Am­ma mən bu cür qu­ru­lu­şa ni­frət edi­rəm. Sə­nin əli­nə su tök­məyə qa­bi­liyy­ə­ti ol­may­an, la­kin ma­hir oğ­ru olub xal­qın sər­və­ti­ni talay­ıb sa­ray­lar qu­ran, və­tə­ni sa­tan və və­tən tor­pağı he­sa­bı­na milyon­lar üzə­rin­də qə­rəz­li ha­ki­miyy­ət qu­ran adam­la­ra ni­frət edi­rəm.

Bu, Əli bəy. İn­di ke­çək As­la­na.

Doğ­ru­dur, As­lan Mi­koy­a­nın plan­la­rı­nı həy­a­ta ke­çir­mək is­tə­yən mən­fur er­mə­ni qru­pu­nun baş­çı­la­rın­dan may­or Aşot­la haqq-he­sab çəkə bi­lir, onu öldürür, ar­va­dı Ye­le­na­nı ələ ke­çir­mək­lə Aşot­­dan ikiqat in­ti­qam alır. Doğ­ru­dur, As­lan riy­a­kar və sat­qın dey­il, öz düşmən­lə­ri ilə mü­ba­ri­zə­də dön­məz­dir, heç kə­sin qar­şı­sın­da əy­il­mir. Doğ­ru­dur, so­nra­kı dövr­də bərk ay­aq­da oğ­lu­nun və qı­zı­nın gey­im-kec­i­mi­nə fi­kir ve­rir, on­la­rı yax­şı ya­şat­maq is­təy­ir. Eyni zamanda, As­la­nın baş­qa müsbət xüsu­siyy­ət­lə­ri də var və ya­zı­çı onu bir­tə­rə­f­li tə­s­vir et­mə­miş­dir. Am­ma gə­lin gö­rək As­lan­da in­san qa­nı var­mı? Adam da öz ata­sı­na, öz ba­la­sı­na gül­lə atar­mı? Öl­kə­nin gö­zü olan dünya şö­h­rət­li bir ali­min ye­g­a­nə öv­la­dı­nı bir təh­qi­rə gö­rə məhv etməyə ça­lı­şar­mı? Öz ar­va­dı­nı ac-su­suz və da­va-dər­man­sız sax­lay­ıb, öz ba­la­la­rı­nın ana­sı­nı di­ri­g­özlü öldürər­mi? Xə­bər­çi­lik üstündə öz qon­şu­su­nu məhv edib ai­lə­si­ni baş­sız qoyar­mı? Var-döv­lət na­mi­nə ata­sı­nın inan­dığı gü­nah­sız gənci məhv edər­mi?.. As­­la­nın ci­nay­ət­lə­ri­ni say­maq­la qur­tar­maz. As­lan qa­til­dir, in­san cəl­la­dı­dır. Fərq bur­da­dır ki, baş­qa qa­til­lər baş­qa­ları­nın qa­ti­li­dir, As­­lan isə ilk növ­bə­də öz ata­sı­nın və öz ai­lə­si­nin, öz öv­lad­la­rı­nın qa­ti­li­dir.

Müəl­lif As­la­nı boy­lu-bu­xun­lu, ya­ra­şıq­lı bir ki­şi ki­mi tə­s­vir edir. Am­ma ye­ni qu­ru­lu­şa ni­frət edən bu ya­ra­şıq­lı ki­şi təkcə öz doğ­ma­la­rı­nın, ya­xın adam­la­rı­nın dey­il, Və­tə­nin də düşmə­ni­dir. Və­tən müha­ri­bə­si ba­ş­la­yan­da As­lan se­vi­nir, Hit­le­rin qa­lib gə­lə­cəy­i­ni, So­vet höku­mə­ti­nin da­ğı­lac­ağ­ı­nı gü­man edir. Mily­o­ner oğ­lu Va­si­fi də tə­x­ri­bat işi­nə cəlb et­mək is­təy­ir. La­kin Va­sif onu evin­dən qo­vur, on­dan bir də be­lə söz­lər eşit­sə, onu bo­ğac­ağ­ı­nı bil­di­rir. Hər­bi za­vod­da özünü min cil­də sa­lır, hər gün «çox iş­lə­diyi üçün» ca­ma­at ara­sın­da özünü hu­şu­nu itir­miş ki­mi ye­rə çır­pan, cild­dən-cil­də gi­rən As­lan iş ye­rin­də mühüm və­zi­fəyə so­xu­la bi­lir, pro­fes­sor Xa­lid Mə­ci­do­vun hər­bi kəş­fi­ni həy­a­ta ke­çir­mək is­təy­ən za­vod­da böyük part­lay­ış törədir, za­vo­du sı­ra­dan çı­xa­rır. Özünü könüllü cəb­həyə ge­dən­lər sıra­sın­da bi­rinci yaz­dı­rır, la­kin ta­pan­ça­nı hə­ki­min boğa­zı­na di­rəy­ib xə­s­tə­lik ka­ğı­zı alır. Bütün bu ci­nayət­lə­ri­ni göz önü­nə gə­ti­rən As­lan sə­bəb­siz fi­kir­ləş­mir: «Ta­n­rım da mən­dən in­ti­qam alır. Al­ma­lı­dır da! Mə­ni xəlq eləy­ən bir in­sa­nı öz əlim­lə öldürdüm. Yox, val­lah yox! Bi­lə-bi­lə öldür­mə­dim. Bəs İs­may­ıl? Bəs Tel­li? Bəs sex­də olan fəh­lə­lər? Bəs Aşot?..»

Bütün şəx­si-ide­o­lo­ji is­tək­lə­ri­nə bax­may­a­raq, ya­zı­çı re­a­list­dir. Bir hal­da ki, müəl­lif özü mily­o­ner oğ­lu­nun dəh­şət­li və ya­ra­maz əməl­lər­lə mə­şğ­ul ol­duğ­u­nu, hö­ku­mət əley­hi­nə cid­di tə­x­ri­bat ha­zır­la­dığ­ı­nı və tə­x­ri­bat­la məş­ğul ol­duğ­u­nu, bər­kə düşər­sə, xa­ricə qa­ç­maq is­tə­diy­i­ni tə­s­vir edir, han­sı hö­ku­mət bu cür mily­o­ner öv­la­dı­na gü­zəşt edər­di? Fəh­lə­lər qar­şı­sın­da çı­xı­şı: «- Yol­daş­lar! Və­tən təhlükə qarşı­sın­da­dır, onu qo­ru­maq müqəd­dəs borcu­muz­dur. And ol­sun vic­da­nı­ma, ca­nı­mı və­tənçün qur­ban ver­məyə ha­zı­ram Gön­də­rin mə­ni bir­baş cəb­həyə!» Am­ma düşün­cə­lə­ri: «Onun ilk düşündüyü va­ri­ant be­lə idi: könüllü cəb­həyə get­mək, ilk fürsət düşən ki­mi sər­hə­di ke­ç­mək. Vətə­nə qa­lib gə­ləc­ək fa­şist or­du­su ilə qay­ıt­maq, öz xid­mət­lə­ri­nə görə Hit­ler tə­rə­fin­dən gə­ləc­ək­də ya­ra­dı­lac­aq döv­lət apa­ra­tın­da layiq­li yer tut­maq!» (Qa­ra­bağı da bu cür mən­fur niyy­ət­lər­lə düşmə­nə təs­lim et­di­lər.) La­kin As­lan tez­lik­lə bu va­ri­an­tın da üstündən qələm çə­kir, da­ha «əsas­lı» va­ri­ant düşünür. Müha­ri­bəyə get­mə­mək üçün «...ye­ri­nə uza­na­raq uzun müddət müxtə­lif xə­s­tə­lik­lə­rin əla­mət­lə­ri­ni ya­dı­na sal­mağa ça­lış­dı. Nə­hay­ət, son qə­ra­ra gəl­di - onun ürəyi ağ­rıy­ac­aq». «İn­di mə­nə vaxt la­zım­dır. Mən cəb­həyə tez-­ba­zar get­mə­mə­liy­əm». (s.22) Qə­fil gülləyə eti­bar et­mir, ilk an­dan əsir düşüb o tə­rə­fə keç­məyin çə­tin­liy­i­ni də nə­zər­dən qa­çır­mır.

As­lan Hit­le­rin qa­lib gəl­mə­si­ni ar­zu­lay­ır. Məq­səd nə­dir? Öl­kə­ni bi­ri­nin müstəm­lə­kə­sin­dən qur­ta­rıb, baş­qa bi­ri­nin müstəm­lə­kə­si­nə çe­vir­mək is­təy­ir? Elə müstəm­lə­kə­dir-müstəm­lə­kə­dir, rus­lar­la do­lan­maq ol­mur­du? Nə fər­qi var idi ki? Bəl­kə Türkiy­ə­nin va­si­tə­si­lə Azər­bay­ca­nı xi­las et­mək is­təy­ir? Hit­le­rin məq­sə­di bu­na yol ver­məz­di. Hər hal­da, in­di­ki və­ziyy­ət­də və­tən və­tən idi və düşmən­lə müha­ri­bə ge­dir­di. As­lan ki­mi­lər öz əməl və is­tək­lə­ri ilə cəb­hə­də ca­nı­nı qur­ban ve­rən mily­on­la­rın düşmə­ni idi­lər.

As­la­nın ya­xın adam­la­rı, ta­nı­dığı şəx­slə­rin heç bi­ri As­lan ki­mi vətə­nin və in­san­lığ­ın düşmə­ni dey­il. De­di­yi­miz ki­mi, Va­sif də mil­yo­ner oğ­lu olub. La­kin o, ata­sı­nın xa­­ri­cə qa­ç­mağ­ın­dan son də­rəcə dilg­ir­dir, ata­sı­nın və­tə­ni qoy­ub qa­ç­ma­sı­na ni­frət bəs­ləy­ir: «Yox, ata, sən və­tə­nə xə­ya­nət et­mi­sən. Sə­nin bir da­ha Və­tə­nə qa­y­ıt­mağa haq­qın yox­dur, sən və­tə­nə qay­ıt­ma­lı dey­il­sən». «Yox, SSRİ qa­lib gə­lə­cək, hök­mən! Hök­mən! «Bun­lar onun As­lan­dan fər­q­li ola­raq dün­yaya ta­ma­mi­lə ye­ni nə­zər­lə bax­dığ­ı­nı gö­s­tə­rir. As­la­nın ya­ra­maz təkli­fi­ni də ni­frət­lə qar­şı­lay­ır: «- Dur, rədd ol! -de­di və ay­ağa qal­xa­raq qa­pı­nı aç­dı».

Adi fəh­lə olan Ma­naf ki­şi Əli bəy­in öz oğ­lu tə­rə­fin­dən öldürüldüyünü eşit­dik­də bu dünyaya ni­frət edir, əl­lə­ri yer­dən-göy­dən üzüldüyündən ya­şa­mağa da ni­frət edir və ölüm qor­xu­su­nu ata­raq ürəy­in­dən ke­çən­lə­ri Aşo­tun üzünə de­mək­dən çə­kin­mir - biz bu kişi­liyi də As­lan­da görmürük:

«-Mə­nə heç kim heç nə tək­lif et­məy­ib. Sən bu­nu zor­la boy­nu­ma qo­yur­san. Sən mə­nim doq­quz bar­mağ­ım­dan dır­naq­la­rı­mı çı­xart­dır­mı­san. Bir bax! La­kin «hə» de­mə­mi­şəm. Sən, Aşot, al­çaq­san! Tfu! Sə­nin vic­da­nı­na tüpürüm. Bu pad­val­da tökdüyün qan­la­rı al­lah sə­nə bağ­ı­ş­la­may­ac­aq. Al­çaq! Yaz ora, yaz ki, biz türkük! Biz Türkiy­əyə qa­ç­maq is­tə­mə­mi­şik. Bi­zim pə­nah ye­ri­miz ora­dır. Yaz, al­çaq, yaz, nə yaz­san, qol çə­kəc­əy­əm. Yaz ki, biz müsəl­ma­nıq. Ona gö­rə də sa­rı­qu­laq­lar­la er­mə­ni­lər bir­lə­şib bi­zi qı­rır­lar. Yaz, al­çaq, yaz ki, sə­nin xa­çı­na tüpürmüşəm! Yaz, na­mərd, yaz ki, Əli bəy mə­nə dey­il, mən ona de­mi­şəm - Türkiy­əyə qa­ç­maq la­zım­dır. Bə­li, bə­li, mən de­mi­şəm, mən!»

«As­lan bir də­fə qoc­a­la­rın pı­çıl­tı ilə et­diyi söh­bə­ti də xa­tır­la­dı - Mir Cə­fər Ba­kı­nı xi­las et­mək üçün əv­vəl Gənc­ə­ni, so­nra da Pir­vən­zi­li pi­ri­ni Ki­ro­va qur­ban ver­di. Axı Ba­kıya Ki­ro­vun adı­nı ver­mək istəy­ir­di­lər. Fi­kir­lə­ri baş tut­ma­dıq­da Mir­zoy­an, Döv­ləty­an, Şa­umy­an və Mi­koy­an hey­f­lə­ri­ni baş­qa cür çıx­dı­lar. Şə­hid­lər qə­bi­ri­s­tan­lı­ğı­nı xiy­a­ba­na çe­vir­di­lər». As­lan: «Mir Cə­fər ki­mi bir ada­ma Pir­vən­zi­li piri­nin ye­rin­də hey­kəl uc­alt­mağa məc­bur edən­lər, yə­qin ki, be­lə get­sə, bütün müsəl­man­la­rı xaç çək­məyə də məc­bur edəc­ək­lər». Ya­zı­çı bun­la­rı As­la­nın di­li ilə de­sə də, As­la­nın cə­miyy­ət üçün namüna­sib var­lığı xoş düşüncə­lə­rin ef­fek­ti­ni iti­rir.

Bə­zən son də­rəcə sa­vad­sız və sa­də­lövh şə­kil­də ol­sa da, mily­o­ner oğ­lu­nun ha­kim­lik, pad­şah­lıq xülya­la­rı da var: «Yox, elə et­mək la­zım­dır ki, təkcə mə­nə heç nə ol­ma­sın. Mə­­nim is­tə­diy­im adam­lar sa­la­mat qal­sın, mə­nim is­tə­diy­im ev­lər, mə­nim is­tə­diy­im şey­lər sa­la­mat qal­sın. Mə­nim, mə­nim! Bə­li, mə­nim! Yox­sa bu nə mən­tiq­di, baş aça bil­mi­rəm; za­vod bi­zim, şə­hər bi­zim, mək­təb bi­zim! Yox, ta­ri­xən or­taq­lı heç nə ol­may­ıb.. Am­ma bun­lar, dünə­nə ki­mi ona-bu­na nö­kər­lik, fəh­lə­lik edən­lər «biz» dey­ə­rək bağ­ı­rır­lar». Bax mil­yo­ner oğ­lu­nun xal­qa müna­si­bə­ti be­lə­dir. Bu cür düşün­cə­lər re­al­lığı əks et­di­rir. Xal­qı­nı hə­qi­qi mə­na­da se­vən şəxs As­lan ki­mi adam­la­rın tə­rə­fin­də du­ra bil­məz.

As­lan ata­sı­nın giz­li xə­zi­nə­si­ni düşündükcə özünün necə ha­kim-pre­zi­dent-pad­şah olac­ağı ba­rə­də də düşünür, da­im sər­və­ti­ni necə artı­rac­ağ­ı­nı götür-qoy edir. Mil­yo­ner oğ­lu­nun si­fə­ti be­lə­dir. As­lan kimi­lər sər­vət top­lay­ıb, ha­ki­miyy­ə­ti ələ alıb ha­rın ya­şa­maq is­təy­ir. Hər­dən bir er­mə­niyə ni­frət qey­rə­ti tər­pən­sə də, köklü şə­kil­də və­tən və xalq dü­şün­cə­si­nə ma­lik dey­il. Qon­şu ar­vad­la­rın hər bi­ri­ni bir tərəf­də al­da­dır və «ag­ent» qon­şu­la­rın hə­rə­sin­dən bir cür in­ti­qam alır. Bu­dur, vaxt­sız ölmüş qon­şu­su Ya­sin və ona «Xoş gəl­din» de­məyə gəl­miş ar­va­dı La­çın haq­qın­da dü­şüncə­lə­ri­nə diq­qət ye­ti­rin: «...çox tez öldü, onun­la he­sa­bı çürüdə bil­mə­dim. Eyb elə­məz, sən özün də mə­ni az iz­lə­mə­mi­sən! Sə­nə bir toy tu­tum ki, ləz­zə­ti ölə­nəc­ən da­mağ­ın­dan get­mə­sin. Am­ma bir az səbr elə».

As­la­nın mə­nə­vi alə­mi­ni üzə çı­xa­ran aşağ­ı­da­kı söz­lər­lə də ta­nış ol­maq olar: «So­vet­lər öl­kə­sin­də alim­lər təkcə si­lah­lar və ko­s­mos mə­sə­lə­lə­ri ilə mə­şğ­ul dey­il­lər, on­lar, ey­ni za­man­da, şüur­lu in­san­la­rı şüur­suz hey­van­la­ra dön­dər­mək üzə­rin­də də ça­lı­şır­lar. Və tə­əssüf ki, bu sa­hə­də da­ha çox na­i­liyy­ət qa­za­nıb­lar». «Təb­liğ­at in­san bey­ni­ni elə ağ­lar gü­nə sa­lır ki, o, kor-ko­ra­nə hər şeyə ina­nır. Ona müs­tə­qil düşünməyi öy­rət­mir­lər, müstə­qil düşü­nən­lər ti­kan­lı məf­til­lə­rin əha­tə­sin­də olur­lar». Oğ­lu Azə­rə: «Mən bəd­bəxt ol­dum, mə­ni bu cəmiyy­ət, bu qu­ru­luş bəd­bəxt et­di. Bu öl­kə­də mən özümü ev du­s­tağı he­sab edi­rəm, ba­şa düşürsən, ev du­s­tağı. Ən bö­yük ar­zum bu həbs­xa­­na­dan qa­ç­maq­dır. Sən ca­van­san, nə qə­dər ki bu qu­ru­luş sə­ni ­də bəd­bəxt et­məy­ib, qaç ca­nı­nı qur­tar. İlk im­kan düşən ki­mi mən də qaçac­ağ­am». Ye­nə oğ­lu tə­lə­bə Azə­rə: «Qorx­ma. Və­tən, və­tən­da­ş­lıq, sə­da­qət, xəy­a­nət, nə bi­lim nə, nə! Bun­lar təb­liğ­a­ta xid­mət edən an­lay­ı­ş­lar­dır». «Nə vaxt­sa dərk edəc­ək­lər. Və­tə­ni ola-ola və­tən­siz qa­lan­lar, di­ni ola-ola din­siz, di­li ola-ola dil­siz qa­lan­lar ba­ş­la­rı­na döyəc­ək­lər». Bun­la­rın - bu söz­lə­rin heç bi­rin­də As­lan haq­lı dey­il. Heç kəs onun və­tə­ni­ni, di­ni­ni, di­li­ni əlin­dən al­ma­mış­dı. Bun­lar hər cür ya­ra­maz if­ti­ra­nı So­vet döv­lə­ti­nin be­li­nə yüklə­mək is­təy­ən xa­rici kəş­­fiyy­a­tın uy­dur­ma­la­rı­dır. Qal­dı, «Və­tən, və­tən­daş­lıq, sə­da­qət, xəy­a­­­nət, nə bi­lim nə, nə! Bun­lar təb­liğ­a­ta xid­mət edən an­lay­ı­ş­lar­dır» söz­lə­ri elə As­lan ki­mi­lə­rin si­fət­lə­ri­nin gö­s­tə­ric­i­lə­ri­dir. So­vet döv­lə­ti və­tən­pər­vər­lik duyğ­u­la­rı ilə çox cid­di mə­şğ­ul idi və bu cür duyğ­u­la­rı yük­sək qiy­mət­lən­di­rir­di. Di­nə müna­si­bət isə So­vet ha­ki­miyy­ə­ti­nin ilk il­lə­ri­nə nis­bə­tən tə­d­ric­ən yum­şa­lır­dı.

As­la­nın Xa­lid müəl­li­mə de­diyi aşağ­ı­da­kı söz­lər onun ümu­mən tə­rəq­qiyə və el­mə də düşmən ol­duğ­u­nu bil­di­rir: «Sə­nin kəş­flə­rin və Ba­kı nef­ti ol­ma­say­dı, rus­lar di­zi­ni əl­üs­tü ye­rə qoy­ac­aq­dı­lar. Sə­nin ki­mi qan­maz fə­da­ilər: - Və­tən!- dey­ib əl-ay­ağa düşmə­səy­di­lər, xalq da bir gün gö­rə­cək­di. Qoy­ma­dız!» Hiss olu­nur ki, As­lan dünya siya­sə­tin­dən heç nə qan­mır.

Xa­lid müəl­lim bir vaxt­lar As­la­nı mily­o­ner oğ­lu ol­duğu üçün təh­qir edib mək­təb­dən qov­muş­dur - As­lan bu­nu unu­da bil­mir və da­im in­ti­qam ar­zu­su ilə qo­v­ru­lur. Sa­vad­lı bir adam olan Xa­lid müəl­li­min mily­o­ner oğ­lu ol­duğu üçün As­la­nı döyüb uşaq­lar ara­sın­da mək­təb­dən qov­ma­sı ba­rə­də qeyd­lər ağ­la bat­mır və əsas­lan­dı­rıl­ma­mış qa­lır. «Böyük Er­mə­nis­tan» xülya­sı ilə əla­qə­dar As­la­nın Ye­le­naya de­diyi: «Ba­ba­nız Vo­lodya əlin­də şəp­kə­si di­ri­lib gəl­sə be­lə, bu mümkün olan iş dey­il. Düzdü, beş-on nə­fər er­mə­ni Sta­lin bi­qey­rə­tin ba­şı­nı piy­ləyib Azər­bayc­an və Gürcüstan tor­paq­la­rı he­sa­bı­na er­mə­ni­lə­rə Er­mə­ni­s­tan döv­lə­ti ya­rat­dı. Bu si­zə az­lıq edir?» - söz­lə­ri və xüsu­si­lə «ba­ba­nız Vo­lodya», «Sta­lin bi­qey­rət» ifa­də­lə­ri şəx­sən mən­də heç bir rəğbət doğ­ur­mur. Gözü­müzlə gördük ki, bi­zim bir sı­ra mə­mur­lar Qara­bağ mə­sə­lə­lə­ri­nin həl­lin­də da­ha bi­qey­rət möv­qe nümay­iş et­dir­­di­lər.

Oxucu heç bir nöq­tə­də As­la­na bə­ra­ət ve­rə bil­mir.

 

Azər də mühüm ob­raz­lar­dan­dır. İki-üç ya­ş­la­rın­da ana­sı­nı itir­miş, ata­sı həbs edil­miş, ona gö­rə də uşaq evin­də böyümüşdür. Ali mək­təb­də oxuy­ur. Vağ­zal­da ham­bal­lıq edir, çə­tin gü­zə­ran ke­çi­rir. Müha­ri­bə­nin qız­ğın dövrün­də (1943) həbs olun­muş ata­sı 16 il yat­dıq­dan son­ra gə­lib çı­xır. As­lan vax­ti­lə ata­sı­nın nö­kə­ri Qa­sı­ma ba­ğış­la­dıq­la­rı evi oğ­lu­na ve­rir. Azər ye­ni ta­nış ol­duğu qız­la ev­lən­mək is­təy­ir. Aslan Azə­ri Xa­lid müəl­li­min qı­zı Ley­la ilə görür, düşünür ki, oğ­lu düşmə­ni­nin qı­zı­nı al­maq is­təy­ir, ona gö­rə də eti­na­sız­lıq gö­s­tə­rir, ev­lən­məy­in tez ol­duğ­u­nu bil­di­rir. La­kin bir gün As­lan ye­nicə tap­dığı qı­zı Rə­na­nı Azə­rin ya­tağ­ın­da çıl­paq görüb hu­şu­nu iti­rir və küçə­dən xə­s­tə­xa­naya apa­rı­lır. Onun nə üçün xə­s­tə­xa­naya düş­­düyündən Azə­rin xə­bə­ri ol­mur. As­lan da bu ba­rə­də heç nə de­mir. Örtülü və­ziyy­ət ha­di­sə­lə­ri gə­rg­in­ləş­di­rir, As­lan bu bi­a­bır­çı­lığı açıb-ağ­art­maq­dan­sa, qı­zı­nı öldürməyi və bu sir­ri əbə­di giz­li sax­la­mağı qə­ra­ra alır və gü­nah­sız, mə­sum, uşaq evin­də böyük əziyy­ət­lə böyümüş qı­zı­nı bı­çaq­la­yıb öldürür. Ye­nicə könlü açı­lıb gülməyə ba­ş­lay­an Rə­na­nın gü­lüşü do­daq­la­rın­da da­şa dönür. Azər bu mə­qa­ma qə­dər tə­miz, saf və na­mus­lu görünür. Boy­da ata­sı­na ox­şay­an, ya­ra­şıq­lı və is­te­dad­lı bir gənc olan Azər pro­fes­sor Xa­lid Mə­ci­do­vun da, ar­va­dı Pə­ri xa­nı­mın da rəğ­bə­ti­ni qa­zan­mış­dır və on­lar qız­la­rı Ley­la­nın Azər­lə xoş­bəxt ol­ma­sı­nı is­təy­ir­lər. La­kin Azər özü­nü bu ai­ləyə ya­raş­dır­mır, sa­də bir qız­la ev­lə­nir. Ar­va­dı Ya­qut son də­rəcə dey­i­ng­ən­dir, Hər şeyə bir qulp qoy­ur. Azər ar­va­dı­nın dey­i­ng­ən­liy­in­dən bi­zar­dır.

De­diy­i­miz ki­mi, aka­de­miy­a­da el­mi iş­çi və­zi­fə­sin­də ça­lı­şan, elm­lər na­mi­zə­di Azər vağ­zal­da ham­bal­lıq­la da məş­ğul­dur və çə­tin günlər­də hət­ta ci­bə də gir­mə­li olur. Azər ki­mi təh­sil­li bir gən­c­in, bir el­mi iş­çi­nin so­vet dövründə ham­bal­lıq et­mə­si az ağ­la­ba­tan­dır, la­kin onun ci­bə gir­mə­si alim və sa­vad­lı bir ziy­a­lı üçün heç ağ­la­ba­tan deyil. Azər mə­nim ya­şı­dım­dır və mən­dən bir-iki yaş ki­çik­dir. Azə­rin keç­di­yi yo­lu mən də ke­ç­mi­şəm. 50-ci il­lə­rin ikinci ya­rı­sın­da o da, mən də tə­lə­bə ol­mu­şuq. Heç bir əla­və gə­lir ol­ma­sa da, tə­lə­bə təqaüdü bəs edir­di. 60-cı il­lə­rin əv­vəl­lə­rin­də hər iki­miz as­pi­rant olmu­şuq, na­mi­zəd­lik dis­ser­ta­siy­a­sı yaz­mı­şıq. Onun dok­tor­luq dis­ser­ta­siy­a­sı yaz­mağa baş­la­ma­sı 60-cı il­lə­rin son­la­rı­na aid ola bi­lər­di. Bu il­lər­də, doğ­ru­dur, ma­aş az idi, la­kin ma­nat qiy­mət­li idi və be­lə bir vaxt­da elm­lər na­mi­zə­di aka­de­miya iş­çi­si­nin is­ti­ra­hət üçün ağ­ac­la­rın kö­lgə­sin­də gəz­mək is­təy­ən şlya­pa­lı, qal­stuk­lu, abır­lı bir ada­mın boy­nu­nun kökünə yu­m­ruq iliş­di­rib ci­bi­ni soy­ma­sı heç bir əsa­sı ol­may­an uy­dur­ma­dır. 64-cü ilin müvəq­qə­ti çö­rək qıt­lığ­ın­dan so­nra əha­li pis ya­şa­mır­dı və gündən-gü­nə gü­zə­ran yax­şı­la­şır­dı.

Ata­sın­da­kı mən­fi mə­nəm­lik Azər­də də güclüdür. O, qıs­qanc­lıq üzün­dən kör­pə­ni onun üstünə atıb ge­dən Ya­qu­tu heç cür bağış­la­mır. Uşaq­la­rı və ana­nı gözüy­a­ş­lı qoy­ur. Bun­lar gö­s­tə­rir ki, Əli bəy də, As­lan da, Azər də ey­ni to­xum, ey­ni xa­rak­ter­li adam­lar­dır və bərk ayaq­da gü­zəşt nə ol­du­ğu­nu bil­mir­lər. On­la­rın fac­i­ə­lə­ri­nin sə­bə­bi Sovet hö­ku­mə­ti dey­il, bu mə­nəm­lik­lə­ri­dir, gü­zəşt nə ol­duğ­u­nu bil­mə­mə­lə­ri­dir.

Pro­fes­sor qı­zı Ley­la da rəğ­bət qa­za­na bil­mir. Ley­la sa­vad­lı qa­dın­dır, elm­lər na­mi­zə­di­dir, dok­tor­luq müda­fiə­si­nə ha­zır­la­şır. Əri Za­uru sev­mə­sə də, onun qüsu­ru­nu açıb de­mir, uşaq­sız­lığ­ın gü­na­hı­nı öz boy­nu­na alır. Za­ur da, de­yə­sən, Ley­la­nı sev­mir, dok­tor­luq işi­ni sah­ma­na sa­lan ki­mi xa­ricə ge­dir və Ley­la­dan əl çə­kir. Zaurun xa­ricə get­məyi, Ya­qu­tun ev­dən ac­ıq elə­məyi Azər­lə Ley­la­nın əl-qo­lu­nu açır, on­lar ev­lən­mək qə­ra­rı­na gə­lir­lər. Azə­rin qə­fil ölümü uşaq­­la­­rı­nı ge­ri al­maq üçün Ya­qu­tun Ley­la­nı məh­kə­məyə ver­mə­si­­nə sə­bəb olur. La­kin məh­kə­mə qə­ra­rı Ley­la­nın xey­ri­nə çı­xa­rır. Ley­la «Az qala hər gecə yu­xu­ma gi­rən Azər mən­dən ilk növ­bə­də Əli­ni so­ru­şur»- deyə ana­nı ba­la­dan mə­h­rum edir və ana­nın fac­i­ə­li ölümünə səbəb olur. Bu iş­də dünya şö­h­rət­li prof­es­sor və ar­va­dı da qız­la­rı­na tə­sir et­mir­lər - Pə­ri bu ba­rə­də bir ba­laca düşünsə də, böyük alim və ar­va­dı öz qız­la­rı­na düz yol gös­tər­mir­lər. Bütün bun­lar­dan ay­dın olur ki, in­san hə­lə də ic­ti­mai in­san ol­maq əvə­zi­nə, fər­di in­san­dır, özü üçündür. Bütün bun­lar­da bol­şe­­vik­lə­rin və So­vet hö­ku­mə­ti­nin heç bir gü­na­hı yox­dur. So­vet hö­ku­mə­ti Azə­ri də, Rə­na­nı da müha­ri­bə­nin ağ­ır gün­lə­rin­də uşaq evin­də qayğı ilə qo­ruy­ub, böyüdüb, la­kin məsə­lə­ni təd­bir­lə həll et­mək, bacı-qar­da­şı müəyy­ən işa­rə ilə ba­şa sal­maq əvə­zi­nə, za­lım mily­o­ner ba­la­sı As­lan öz öv­lad­la­rı­nı qu­duz ki­mi məhv edir.

As­lan Rə­na­nı çıl­paq hal­da Azə­rin ya­tağ­ın­da görür. Azər ata­sı­na bir yol­la çat­dı­ra bi­lər­di ki, is­tə­diyi qız qə­f­lə­tən ürək ağ­rı­sın­dan hu­şu­nu itir­diyi, nə­fə­si day­an­dığı üçün ya­tağa düşmüşdü, hə­kim çağ­ır­mış­dı­lar. Hə­qi­qət­də də Rə­na ilə Azər ara­sın­da sə­mi­mi mə­həb­bət həd­di­ni aş­ma­mış­dı və Rə­na ürək qüsu­ru­na gö­rə hu­şu­nu itir­miş­di. Heç ol­ma­sa, qı­zı­nı öldürən­dən so­nra As­lan bun­la­rı bil­sə idi, da­ha çox peş­man ola bi­lər­di.

Bəs ya­zı­çı­nın məq­sə­di nə­dir? Nə üçün As­la­nı bu qə­dər əza­zil təs­vir edir? As­lan hər kə­si qa­ra­lay­ır­sa, öldürür. Yal­nız bir müstən­tiq­dən baş­qa. Nə de­mək is­təy­ir ya­zı­çı? Bəl­kə, bun­la­rın gü­na­hı So­vet quru­lu­şun­da­dır? Bir in­sa­nın na­tu­ra­sı ya­ra­maz­dır­sa, ona qu­ru­luş nə etsin? Ək­si­nə, so­vet qu­ru­lu­şu ək­sə­rən As­lan ki­mi­lə­rin məh­vi­nə ça­lı­şıb. As­lan bu qu­ru­lu­şun ye­tir­mə­si dey­il, da­xi­li ya­ra­maz­lıq­la­rı­nı bu qu­ru­lu­şun üzə çı­xar­dığı bir tip­dir. Ya­zı­çı re­a­list­dir.

Bə­zən ada­ma elə gə­lir ki, ya­zı­çı bu cür ob­raz­lar ya­rat­maq­la oxucu­nu həy­əc­an­lan­dır­maq, ha­di­sə­lə­rin tə­si­ri al­tın­da sax­la­maq istəmiş­dir. Həm də hiss olu­nur ki, ya­zı­çı­da So­vet qu­ru­lu­şu­na nif­rət var­dır. La­kin ge­niş plan­da dü­şün­dükdə ya­zı­çı­nın re­a­liz­mi üzə çı­xır, Ma­lik Rəc­əb in­san xis­lə­ti­nin tə­s­vi­ri­ni düzgün ver­miş­dir. Ob­raz­la­rın təs­vi­rin­də­ki re­a­lizm həy­at hə­qi­qət­lə­ri­ni üzə çı­xa­rır. Oxu­cu Aşot ki­mi­lə­rə ni­frət bəs­lə­sə də, mily­o­ner nəs­li­nin ic­ti­mai da­v­ra­nı­şı So­vet hö­ku­mə­ti­nə ni­frə­ti ara­dan qal­dı­rır və bir çox hal­lar­da NKVD-nin hə­rə­kət­lə­ri­nə inan­dır­ma­maq­la ya­na­şı, on­la­rın Əli bəy­lə döyüş səh­nə­sin­də­ki sa­də­lövhlüyünə də əsas­lı bax­mır.

Əsər­də epi­zo­dik şə­kil­də Mir Cə­fər Bağ­ı­rov, ge­ne­ral Ağ­a­sə­lim Ata­ki­şiy­ev haq­qın­da da da­nı­şı­lır. Bu ob­raz­lar­dan bi­rinc­i­si­nə ək­sə­rən oby­ek­tiv müna­si­bət ol­sa da, axı­ra ya­xın müəl­lif ye­nə in­di­ki ten­den­siy­a­dan xi­las ola bil­mir. Mir Cə­fər Bağ­ı­rov 37-ci il qı­rğ­ı­nı müstəs­na ol­maq­la, Azər­bayc­an xal­qı üçün mi­sil­siz iş­lər görüb. Er­mə­nis­tan əra­zi­sin­dən Si­bi­rə köçürmə­nin qa­bağ­ı­nı ala bil­mə­sə də, Si­bi­rə apa­rıl­mağa qoy­may­ıb. Azər­bayc­an or­du­su ya­ra­dıb və müha­ri­bə­də azər­bayc­an­lı­la­rı rus güllə­sin­dən xi­las edib. Son də­rəcə tə­miz və pak olub. Yer­li­çi­liy­in, rüş­vət­xor­luğ­un düşmə­ni olub - 500 il əv­vəl­ki Şah İs­ma­yıl ki­mi. 37-ci il qı­rğ­ı­nı isə onun ira­də­sin­dən ası­lı ol­may­ıb. Ona qal­sa, 80-ci il­lə­rin son­la­rın­dan bu gü­nə qə­dər Azər­bayc­an­da or­du-or­du adam qı­rı­lıb. Görünür, bu xalq hə­mi­şə ba­şı­bə­la­lı ol­ma­lı­dır.

Aşo­tun Mir Cə­fər Bağ­ı­rov haq­qın­da düşüncə­lə­ri: «Mir Cə­fər hə­lə­lik Azər­bayc­a­nı bir re­s­pub­li­ka ki­mi qo­ru­yub sax­lay­ır. Ta­rix onu ye­tiş­dir­mə­səy­di, bəl­kə də, baş­la­dı­ğı­mız iş ar­tıq ba­şa çat­mış olar­dı - Azər­bayc­a­nı bö­lüş­dürər­dik. Mir Cə­fər qoy­ma­dı, Mir Cə­fər! Am­ma bu türk­lər çox sa­də­lövh bir xalq­dır­lar. Yu­xa­rı­da otu­ran yol­daş­lar­dan bi­ri qə­s­dən de­sə ki, Mir Cə­fər xalq düşmə­ni­dir - ha­mı­sı xor­la tə­s­diq edəc­ək - doğ­ru­dur». Aşot ye­nə de­yir: «Bu Mir Cə­fər də al­la­hın bə­la­sı­dır ha! Əv­vəl­lər iş gör­məyə nə var­dı ki... Bütün Azər­bayc­an er­mə­ni­lə­rin əlin­də idi. İn­di isə Bağ­ı­ro­va gi­riş­mək asan mə­sə­lə dey­il». Bun­lar doğ­ru­dur və bu xalq elə hə­qi­qə­tən də N.S.Xruş­şo­vun M.C.Bağ­ı­rov­la şəx­si düşmən­çi­liy­i­ni ic­ti­mai rəy ki­mi qiy­mət­lən­dir­di. Bu xal­qa onun tor­paq­la­rı­nı er­mə­ni­lə­rə ve­rib sər­və­ti­ni ta­lay­an adamlar xoş görünür. Bu xalq da­im onun yo­lun­da özünü fə­da edən­lə­rin haq­sız cə­za­lan­dı­rıl­ma­sı­na çox soy­uq müna­si­bət bəs­ləy­ib.

Ge­ne­ral Ağ­a­sə­lim Ata­ki­şiy­e­vin düşüncə­lə­ri: «Hər an həy­a­tı­mı qur­ban ver­məyə ha­zı­ram, lap bu sa­at mə­ni güllə­lə­sə­lər, - uf! - demə­rəm, tə­ki bi­lim ki, öl­məy­im bu mil­lə­tin ya­şa­ma­sı üçün zər­rə qə­dər də ol­sa fay­da­lı olac­aq». «Rus­lar yol­daş, far­slar isə qar­daş deyə-deyə bi­zi çəy­irt­kə ki­mi qır­­mağa ha­zır­dır­lar. Ağ­ıl­lı çı­xış yo­lu ağ­a­mı­za hə­lə­lik sə­da­qət­li ol­duğ­u­mu­zu sübut et­mək­dir. Sübut üçün qur­ban ver­mək la­zım­dır. Mir Cə­fər qur­ban ve­ri­lə­si adam­la­rı bö­yük us­ta­lıq­la se­çir. Çox tə­əssüf ki, səhvlər də olur, bə­zən isə lap böyük, düzəl­dil­mə­si mümkün ol­may­an səhvlər!»

Bun­lar da onun düşüncə­lə­ri­dir:

«Əli bəy­in dəf­ni­ni gec də ol­sa el adə­ti ilə təş­kil et­diy­i­mi o saat Mir Cə­fə­rə xə­bər ver­di­lər. Ümid edir­di­lər ki, elə o sa­at mən də düşmən çı­xac­ağ­am. La­kin o, ağ­ıl­lı adam­dır. O bu xal­qın do­stu­nu da yax­şı ta­nıy­ır, düş­mə­ni­ni də. Am­ma nə ol­sun?! Evi bər­bad ol­mu­ş­lar uto­pik kom­mu­nizm idey­a­la­rı ilə bu xal­qı elə bir fə­la­kət­li yo­la sürükləy­ib­lər ki, Mir Cə­fər ki­mi bir oğ­ul da onu tam xi­las et­məyə qadir dey­il. O, ol­sa-ol­sa, hə­lə­lik bu mil­lə­ti bir mil­lət ki­mi məhv olmaq­dan müvəq­qə­ti xi­las edəc­ək». Əg­ər be­lə düşünübsə, ge­ne­ral Ağ­a­sə­lim Ata­ki­şi­yev elə, hə­qi­qə­tən də, tu­tul­ma­lı idi, çünki kom­mu­ni­st­lər hə­qi­qi ye­ni həy­at qu­rur­du­lar və on­la­rın so­si­a­liz­mi XVIII əsrin uto­pik so­si­a­liz­mi dey­il­di.

«Mən bu xal­qın heç bir hər­bi mək­təb oxu­ma­dan ge­ne­ral rütbə­si al­mış oğ­luy­am» - dey­ən Ağ­a­sə­li­min aşağ­ı­da­kı söz­lə­ri onu da­ha çox göz­dən sa­lır: «Yə­qin ki, gə­ləc­ək nə­sil­lər çox şeyi bir-bi­rin­dən ay­ı­ra bil­məy­əc­ək­lər. Axı on­lar ha­ra­dan bil­sin­lər ki, in­qi­lab adı ilə xal­qa fə­la­kət gə­ti­rən bu lütlər azad­lıq şüa­rı ilə bi­zi əbə­di qul et­di­lər. Sovet­lər qu­ru­lu­şun­dan da Azər­bayc­an məhv ol­maq­dan xi­las ola bil­sə, o, əbə­di ya­şay­ac­aq». «Lütlər» və «əbə­di qul» ifa­də­­lə­ri heç bir mən­ti­qə sığ­mır - düşüncə­li adam üçün əha­li­nin əsas tə­bə­qə­si­ni təş­kil edən yox­sul­la­rın ha­ki­miy­yə­ti şə­rə­f­lə qeyd olun­ma­lı­dır. Qal­dı, bu qu­ru­lu­şun xal­qı qul et­mə­si­nə - bu, hə­qi­qi bir if­ti­ra­dır. Mən in­san­lıq üçün yal­nız kom­mu­niz­mi, elm üçün mark­siz­mi ha­lal say­mı­şam və bu fikir­lər­də qa­lı­ram. Oxucu bun­lar­la ra­zı­laş­maya bi­lər - bu onun öz işidir. Mən bə­şə­rin gə­ləc­əy­i­ni nə­zər­də tu­tu­ram və bu ya­zı­la­rım da da­ha çox gə­ləc­ək na­mi­nə­dir.

Ağ­a­sə­li­min As­la­na de­diyi aşağ­ı­da­kı söz­lər isə onun heç ki­mə və heç nəyə eti­ba­rı ol­ma­dığ­ı­nı gö­s­tə­rir: «Qor­xma, ürək­li da­nış,- deyə ge­ne­ral As­la­na ürək-di­rək ver­di, - da­­ha nə Cə­fər qal­dı, nə də ki Be­riya. Mə­nə də ki olan olub. Söy­lə gö­rüm niyə Ağ­a­mu­rad ol­mu­san?» Fi­k­ri­mizcə, Ata­ki­şiy­ev­də Mir Cə­fə­rə qar­şı bu cür müna­si­bət ol­ma­yıb. Di­g­ər tə­rəf­dən, Mir Cə­fər­lə Be­riy­a­nı ya­na­şı qoy­maq qə­tiyy­ən ya­ra­maz. Be­riya ic­ti­mai əx­laq­sız­lıq təc­əssümü idi, Bağ­ı­rov xal­qın na­mu­su­nu qo­ruy­ur­du.

Ye­nə ge­ne­ral Ata­ki­şiy­e­vin düşüncə­lə­ri: «İl­lər boyu ya­na­şı iş­lə­sək də, nə Cə­fər ürəy­i­ni mə­nə aç­dı, nə də ki mən ona. Bəl­kə də, Cə­fər nə is­tə­diy­i­mi duy­ur­du, ara­bir mən də onu ba­xı­ş­la­rın­dan oxu­y­ur­dum. Bə­zən mə­nə elə gə­lir­di ki, o bi­lə-bi­lə aman­sız­lıq edir. Sev­mə­diyi, la­kin zor­la qo­ru­mağa məc­bur ol­duğu bir qu­ru­lu­şun in­ti­qa­mı­nı çox vaxt bu qu­ru­lu­şu bütün var­lığı ilə se­vən­lər­dən alır» Mir Cə­fər Bağ­ı­ro­vun boy­nu­na bu cür yük qoy­maq heç bir mən­ti­qə sığ­mır. Bu cür müha­ki­mə­lər­lə M.C.Bağ­ı­ro­va yax­şı­lıq et­mək ol­maz. Bun­lar ta­ri­xin tə­h­ri­fi­dir. Bağ­ı­rov Sta­li­ni və qu­ru­­lu­şu se­vir­di.

Ağ­a­sə­lim Ata­ki­şiy­e­vin aşağ­ı­da­kı düşüncə­lə­ri də ta­ri­xi hə­qi­qə­tin tə­h­ri­fin­dən iba­rət­dir: «Er­mə­ni­lər hə­mi­şə ol­duğu ki­mi, bu də­fə də bi­zi qa­baq­la­dı­lar - Azər­bay­can­la­rı bir­ləş­di­rə bil­mə­dik. Sta­lin türk dünya­sı­na eti­bar et­mə­diy­i­ni bir da­ha sübut et­di. Ste­pan­la Ti­mo­feyə ar­xa­la­nan Xo­ren­lə Ru­ben isə Cə­fə­rin könlü şad ol­sun de­yə, nə­lər et­mə­di­lər! Cə­fər nə vaxt­sa on­la­rı güllə qa­ba­ğı­na verə­cəy­i­ni, özünün isə su­dan, hə­mi­şə ol­duğu ki­mi, ye­nə qu­ru çı­xaca­ğı­nı düşünürdü, am­ma alın­ma­dı. Gü­nah­sız in­san­la­rın ahı onu tut­du». Sta­li­nin Azər­bayca­nı bir­ləş­di­rə bil­mə­məy­i­nin sə­bə­bi ame­ri­kan­la­rın atom si­la­hı ol­du. Sta­lin ağ­ır müha­ri­bə­dən çıx­mış SSRİ-ni ye­ni­dən müha­ri­bəyə sü­rükləy­ib məhv edə bil­məz­di. Bu­nu bir­də­fə­lik bil­mək la­zım­dır. ABŞ no­ta ver­miş­di - So­vet qo­şu­nu İran­dan çıx­ma­sa, müha­ri­bə davam et­di­ri­ləc­ək­di. Bağı­ro­vu isə tökdüyü qan­lar yox, da­ha çox Xruş­şo­vun şəx­si düş­mən­çi­liyi məhv elə­di.

So­vet hö­ku­mə­ti­nə qul­luq edən li­man rə­i­si də qu­ru­luş­dan na­ra­zı­dır. Həb­sxa­na­dan qay­ı­dan As­lan na­zir müa­vi­ni­nin kö­məyi ilə li­man­da özü­nə iş ta­pa bi­lir. Ke­ç­miş hiy­lə­lə­ri­nə əl ata­raq rə­i­sin ya­nın­da özünü na­mus­lu və zəh­mət­keş, iş­bi­lən fəh­lə ki­mi gö­s­tə­rir. Za­vod direk­to­ru riq­­qə­­tə gə­lir: «Qəm­bər­lər gö­s­tə­riş ve­rir, As­lan­lar isə həyət süpürürlər! Be­lə qu­ru­lu­şun bünö­v­rə­si­ni qoy­a­na min lə­nət!» Qu­ru­luş öz qa­tı düşmə­ni­nə iş ve­rib, onu do­lan­dır­maq, düz yo­la gə­tir­mək istəy­ir, li­man rə­i­si isə özünün iş­çi­lə­ri qiy­mət­lən­di­rə bil­mə­mək gü­na­hı­nı qu­ru­lu­şun boy­nu­na qoy­ur.

Sta­li­nin öldüyünü yu­xu­da gö­rən Hə­zi ki­şi­nin ba­şı­na gə­lən­lə­ri danış­dığı vaxt de­diyi: «Sta­lin gor­ba­g­or SSRİ-də ya­şay­an müsəl­man­la­rın nə vaxt­sa bir­lə­şə bi­lə­cəy­i­ni nə­zə­rə ala­raq on­la­rın va­hid əlif­ba­la­rı­nı dəy­iş­di, hə­rə­si­nə bir əlif­ba ver­di, da­ha doğ­ru­su, ki­ril əlif­ba­sı­nın bir ne­çə hər­fi­ni dəy­i­şə­rək böyük ye­ni­lik, əs­rin sı­ç­rayı­şı adı ilə bu­nu müsəl­man re­s­pub­li­ka­la­rı­na sı­rı­dı. Əlif­ba dəy­i­şil­di - ye­ni nə­sil köh­nə nə­sil­lə­ri oxu­ya bil­mə­di» (199) söz­lə­ri də oby­ek­tiv dey­il. Ziya­lı­la­rı­mız iki əsr idi ki, əlif­ba­nı dəy­iş­mək, ya­zı-po­zu işi­ni sil­la­bik ya­zı­dan xi­las et­mək is­təy­ir­di­lər və gec-tez bu, baş ver­mə­li idi. Amma la­tın­dan ki­ril əlif­ba­sı­na ke­çid baş­qa mə­sə­lə­dir.

Azə­rin ar­va­dı Ya­qut da So­vet hö­ku­mə­tin­dən na­ra­zı­dır. Azə­rə de­diyi söz­lə­rə ba­xaq: «Bəd­bəxt eləy­ib kom­mu­nist tər­biy­ə­si sə­ni. Ye­mək, yat­maq və iş­lə­mək, özü də can­sız əş­ya­lar ki­mi. Am­ma in­san ki­mi ya­şa­maq ba­rə­sin­də düşünmə. Bu sə­nə la­zım dey­il». Ya­qut ki­mi­lə­rin ço­xu in­di Du­bay­da ca­nı­nı sa­­tır, am­ma o vaxt­lar az ye­sə də, al-əl­van gey­mə­sə də, na­mus­la ya­şay­ır­dı. İn­san nan­kor ol­ma­ma­lı­dır. Kom­mu­nist tər­bi­yə­si ha­ra - in­di­ki tər­biyə ha­ra. Ha­mi­lə ol­duğu zaman əri­nə de­diyi söz­lər: «Təc­i­li yar­dım gə­ləc­ək, pul ver­­mə­li­sən. Xəs­tə­xa­naya ge­dəc­ək­sən, dey­əc­ək­lər ki, yer yox­dur. Yer ta­pı­lar, bunun­çun da qan ver­mə­li­sən, ya da ki hə­min miq­dar­da qa­nı al­maq üçün pul. Çar­payı ve­rə­nə pul, pas­tel ve­rə­nə pul, iy­nə vu­ra­na pul, həki­mə pul, gö­bək kə­sə­nə pul, uşaq bə­ləyə­nə pul, qa­pı­çıya pul, qı­sa­sı, ağ xa­lat­da gə­zən xa­di­mə­dən tut­muş baş hə­ki­mə­dək ha­mı­sı­na pul. Ne­cə ve­rəc­ək­sən?» İn­di get­sin görsün doğa bi­lir­mi? O dövr­də də bun­lar var­dı, am­ma So­vet hö­ku­mə­ti ha­mi­lə qa­dın­la­ra «yer yox­dur» de­məy­ib. Bun­lar in­di­ki dövrün mən­zə­rə­si­dir.

Ro­man­da oxu­duğ­u­muz: «So­vet­lər cə­miyy­ə­tin­də ən kə­s­kin eh­ti­yac duy­u­lan pe­şə sa­hib­lə­ri məhz süpürg­ə­çi­lər idi. On­lar iki yer­də iş­ləyə bi­lər­di­lər və yal­nız on­lar­dan işə gi­rər­kən dip­lom tə­ləb olun­mur­du» - tip­li söz­lər so­vet qu­ru­lu­şu­na ni­frət yox, rəğ­bət ya­ra­dır. Ha­mı təh­sil al­ma­lı, ha­­mı mə­də­ni iş­çi ol­ma­lı­dır, - bu­nun nəyi ki­nayə obyek­ti ola bi­lər ki? Həm də yal­nız süpürg­ə­çiyə eh­tiy­ac ol­ma­sı o demək­dir ki, əha­li is­tə­diyi iş­lə tə­min edi­lir­di.

 

***

 

Ro­ma­nın möv­zu­su ma­raq­lı və ak­tu­al­dır. Ha­di­sə­lər da­ha çox keçən əs­rin 30, 40 və 50-ci il­lə­rin­də cə­rəy­an edir. Bi­rinci dövr da­ha çox Əli bəy­lə, üçüncü dövr Azər­lə bağ­lı­dır. As­lan ikinci və üçüncü dövr­lər­də fə­a­liyy­ət gös­tə­rir.

Ne­çə il­lər idi, bu cür san­bal­lı möv­zu­da, tə­sir­li və söz de­məyə imkan ve­rən, ke­ç­mi­şə müna­si­bət­də cid­di müba­hi­sə­lər doğ­u­ran bir nəsr əsə­ri­nə tə­sadüf edil­mir­di. Ma­lik Rəc­əb böyük bir dövrün so­si­al-ic­ti­mai və mə­nə­vi mən­zə­rə­si­ni ya­rat­maq is­tə­miş­dir. Tə­s­vir edi­lən dövr SSRİ-nin ən tə­zad­lı il­lə­ri­dir, böyük müha­ri­bə­dən qa­lib çıx­dığı və vüsət­li in­ki­şaf dövrüdür, la­kin müstə­qil­lik dövrünün təb­liğ­a­tı Sovet döv­lə­ti­nin mə­də­ni və iq­ti­sa­di qu­ruc­u­luq sa­hə­sin­də gör­düyü işlə­ri üzə çı­xar­mağa im­kan ver­mə­miş­dir. Müəl­li­fin ək­sər ob­raz­la­rı so­vet qu­ru­lu­şun­dan və onun böyük li­der­lə­rin­dən na­ra­zı­dır, ək­sər obraz­lar So­vet hö­ku­mə­ti­ni, onun Le­nin, Sta­lin ki­mi li­der­lə­ri­ni söyü­şlə xa­tır­lay­ır. Bun­lar gö­s­tə­rir ki, in­san elə hə­mi­şə təb­li­ğa­tın qu­lu­dur. İn­sa­nın özünün şəx­si düşüncə­si da­im təb­liğ­a­tın kö­lgə­sin­də sürünür və çox za­man qa­baq­da onu nə­lər göz­lə­di­yi­ni duy­ma­dan irə­liyə, uçuru­ma can atır, çox tez də peş­man olur. O qu­ru­lu­şun kökünə daş atan­lar içə­ri­sin­də Ma­lik Rəc­ə­bin qə­h­rə­man­la­rı da var idi. Əg­ər ki­çik Əli böyü­sə, yə­qin ki, sat­qın və ya­ra­maz Qor­ba­çov ideya­la­rı­nın qızğın tə­rəf­dar­la­rın­dan bi­ri olac­aq­dı.

Əsər­dən be­lə bir tə­əssürat alı­nır ki, so­vet qu­ru­lu­şu əsas­lı və köklü bir qu­ru­luş dey­il­di, ona gö­rə də uzun ya­şaya bil­məz­di. Əs­lin­də isə So­vet döv­lə­ti möh­kəm özül və ideo­lo­ji əsas üzə­rin­də qu­rul­muş­du. La­kin Sta­­lin­dən so­nra qu­ru­lu­şun ba­şın­da du­ran­lar siy­a­sət­də kor və qa­bi­liyy­ət­siz adam­lar idi. Məhz Sta­lin ira­də­si ol­ma­dığı üçün o qu­ru­luş da­ğıl­dı. Da­ğ­ıl­dı və müstə­qil­lik qa­zan­dıq. La­kin bu müstə­qil­lik ya­ra­maz in­san­la­rın və ya­ra­maz qon­şu­la­rın əli ilə bi­zim üçün cə­hən­nəm əza­bı­na çe­v­ril­di.

 

 

***

 

Ro­ma­nın qu­ru­lu­şu yax­şı düşünülmüşdür. Ha­di­sə­lə­rin ge­di­şi oxuc­u­nu öz ar­dınca çə­kib apa­rır, ob­raz­la­rın ta­leyi ilə, ha­di­sə­lə­rin necə qur­ta­rac­ağı ilə ma­raq­la­nır­san. Di­li tə­sir­li, emo­si­o­nal və ob­raz­lı­dır. Müəl­li­fin təm­kin­li təh­kiy­ə­si ha­di­sə­lə­rin mən­ti­qi ar­dıc­ıl­lıq­la çö­zə­lən­mə­si­nə im­kan ya­rat­mış­dır. Süjet qur­ma im­kan­la­rı, mə­caz növ­lə­rin­dən is­ti­fa­də us­ta­lığı bir na­sir ki­mi müəl­li­fin yet­kin qə­ləm sa­hi­bi ol­duğ­u­nu sübut edir.

Əsər­də bir sı­ra şi­və xüsu­siyy­ət­lə­ri və üslu­bi qüsur­lar var­dır. Mi­sal­la­ra diq­qət ye­ti­rək: «...öz çö­rək di­li­mi­ni iki ye­rə bö­lə­rək bi­zə ver­di».(7) ...nə atam sə­ni ki­mi ata­sı­na xəy­a­nət edib, nə də ki mən...(13) ... mə­ni ki­mi bəd­bəx­ti (133) ... mə­ni ad­da adam ta­nı­mır­san.(271) Çıxış yo­lu pil­lə­kə­nə ya­xın­la­şar­kən on­la­rı ar­xa­dan at­maq idi. (55) As­la­nı ata bi­lər­di­lər .(56) Yox, qaç­saq, bi­zi tez atar­lar .(56) Nə qədər ki sə­ni də at­may­ıb­lar , tez elə mə­ni öldür. (59) Hə­lə­lik sağ olun. (76) As­lan özünü qan­ma­maz­lığa vur­du...(76) As­lan: - Düz dey­ir­sən, Ye­le­na, elə bəd­bəxt­çi­liy­i­miz d ə elə bun­da­dır. (97) Azər yum­şaq kres­lo­da na­ra­hat­çı­lıq­la otur­du.(359) (103) Ye­tər nə qə­də eh­tiy­at­la götürməyə ça­lış­sa da...(115) As­lan: Çox sağ olun, sa­la­mat­çı­lıq­dır. (139)

«Çö­rək di­li­mi» əvə­zi­nə di­li­miz­də da­ha çox «çö­rək par­ça­sı» iş­lə­nir. Bə­zi şi­və­lər­də ol­duğu ki­mi, yiy­ə­lik ha­lın -i şə­kil­çi­si ilə ifa­də­si ( mə­ni ki­mi, sə­ni ki­mi, mə­ni ad­da ) elə bir emo­si­o­nal ça­la­ra ma­lik deyil. Güllə ilə vur­maq əvə­zi­nə «at­maq» sözü təkcə ob­raz düşüncə­si­nin məh­su­lu de­yil, müəl­lif nit­qin­də də iş­lə­nir. Hə­lə­lik sözü ilə sağ olun ifa­də­si ara­sın­da nöq­tə və ya ve­rgül ol­ma­dıq­da iki­si bir­lik­də qa­r­ğ­ış ki­mi səs­lə­nir. Qan­ma­maz­lığa sözündə bir -ma, bəd­bəxt­çi­lik, nara­hat­çı­lıq, sa­la­mat­çı­lıq söz­lə­rin­də -çi,-çı şə­kil­çi­si ase­man­tik­dir. Nə qə­dər əvə­zi­nə nə qə­də sö­zünün də elə bir ef­fek­ti yox­dur və s.

Bu cür hal­lar əsər­də çox az­dır və de­mək olar ki, qeyd edi­lən­lər­dən iba­rət olub nə­zə­ri o qə­dər də cəlb et­mir. Bi­la­va­si­tə ob­raz nit­qin­də iş­lən­miş şi­və ele­ment­lə­ri, az da ol­sa, ti­pik­ləş­dir­mə ça­la­rı­na malik­dir. Bütövlükdə ro­ma­nın di­li klas­sik Azər­bayc­an nə­s­ri­nin ənənə­lə­ri əsa­sın­da ya­ran­mış­dır və ədə­bi­lik nor­ma­la­rı­nı müha­fi­zə etmək­lə oxu­cu zövqünə müva­fiq­dir. Cüzi qüsur­la­rı əsə­rin son­ra­kı çap­la­rın­da asan­lıq­la ara­dan qal­dır­maq olar.

Ro­ma­nın süje­ti və ha­di­sə­lə­rin ge­di­şi ilə bağ­lı bir sı­ra müba­hi­sə­li mə­sə­lə­lə­rin düzgün məc­raya yö­nəl­dil­mə­si bu ro­man əsa­sın­da gə­ləc­ək nə­sil­lə­rin ke­ç­miş haq­qın­da da­ha oby­ek­tiv tə­əssürat qa­zan­ma­sı­na sə­bəb ola bi­lər.

06.04.2004

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az