BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

MİR­ZƏ İBRAHİMOV VƏ Dİ­Lİ­MİZ

 

Xalq ya­zı­çı­sı, aka­de­mik Mir­zə İb­ra­hi­mo­vun ədə­bi di­li­mi­zə xid­mə­ti ya­ra­dıc­ı­lıq­la mə­şğ­ul ol­duğu 60 ilin müd­də­tin­də mümkün olan bütün sa­hə­lər üzrə şa­xə­lən­miş­dir. Azər­bayc­an SSR Xalq Ma­­a­rif Komis­sa­rı, Azər­bayc­an Ya­zı­çı­lar İt­ti­fa­qı ida­rə hey­ə­ti­nin sə­d­ri, birinci ka­ti­bi, Azər­bayc­an SSR Na­zir­lər Sov­e­ti sə­d­ri­nin mü­a­vi­ni, Azər­bayc­an SSR Ali So­ve­ti Rəy­a­sət Hey­ə­ti­nin sə­d­ri və­zi­fə­lə­rin­də iş­lə­diyi dövr­lər­də bir pub­li­sist, bir ədə­biy­yat­şünas alim, bir ya­zı­çı, bir ic­ti­mai xa­dim ki­mi və bun­la­rın ha­mı­sın­dan əv­vəl, böyük bir vətən­daş ki­mi da­im di­li­mi­zin ke­şiy­in­də dur­muş, Azər­bayc­an di­li­nin in­ki­şa­fı, yad­lar tə­sir və təzy­i­qin­dən xi­las ol­ma­sı, sa­f­laş­ma­sı, ci­la­lan­ma­sı uğ­run­da müba­ri­zə apar­mış, çox sev­diyi ana di­li­nin qüdrə­ti­ni nümay­iş et­di­rən gö­zəl el­mi, bə­dii və pub­li­sis­tik əsər­lər yaz­mış­dır. Mir­zə İb­ra­hi­mo­vun «Gə­lə­cək gün» ro­ma­nı on­larca nəs­lin tər­biy­ə­sin­də, mü­ba­riz, və­tən­pər­vər və yüksək əx­la­qi key­fiyy­ət­lə­rə ma­lik in­san ki­mi ye­i­tiş­mə­sin­də mi­sil­siz rol oy­na­mış, «Böyük da­yaq» ro­ma­nı kol­xoz kən­di­nin ti­pik mən­zə­rə­si, so­vet adam­la­rı­nın əbə­diy­a­şar tipik ob­raz­la­rı ilə ta­ri­xə da­xil ol­muş­dur. Mir­zə İb­ra­hi­mo­vun ro­man­la­rı, po­vest və he­kay­ə­lə­ri, dra­ma­tur­giy­a­sı və­tən se­vg­i­si, xalq se­vg­i­si, ana di­li sev­gi­si ilə 70 il­dən ar­tıq­dır ki, könüllə­ri ox­şay­ır, in­san­da mə­nə­vi yüksək­lik, xeyir­xah­lıq, idey­a­lı­lıq duyğ­u­la­rı ya­ra­dır. Mir­zə İb­ra­hi­mo­vun ya­ra­dıc­ı­lığı gənc ya­zı­çı nə­sil­lə­ri­nə ana di­li üzə­rin­də işlə­məy­in yol­la­rı­nı öy­rə­dib.

Mir­zə İb­ra­hi­mov, hər şey­dən əv­vəl, şə­rə­f­lə, və­tən sev­gi­si ilə yaşay­an, zəh­mət­dən yo­rul­may­an bir şəx­siyy­ət ki­mi in­san­la­ra tə­sir edib. Bə­dii və bə­dii-pub­li­si­s­tik əsər­lə­ri ilə nə­sil­lə­rə nümu­nə olub. Onun fəl­sə­fi-psi­xo­lo­ji tə­fəkkürünün məh­su­lu olan əsər­lə­ri­nin əsa­sın­da ədə­bi di­lin mil­li ori­ji­nal nor­ma­la­rı du­rur. «Bə­dii di­lin özü­nün lo­qa­rif­ma­sı var­dır və onu öy­rən­mək bütün ömrü boyu ya­zı­çı­nın və­zi­fə­si­dir» dey­ən, oxuc­u­nun mə­nə­vi və mə­də­ni in­ki­şa­fı­na böyük həs­sas­lıq­la diq­qət ye­ti­rən ya­zı­çı bi­lir­di ki, cid­di ədə­bi nor­ma­lar var­dır və bu nor­ma­la­rı yal­nız di­lin bə­di­i­lik və məc­a­zi­lik im­kan­la­rı­nı ge­niş­lən­­dir­mək is­ti­qa­mə­tin­də aş­maq olar. Bu­nu da yax­şı bi­lir­­di ki, bu nor­ma­la­rın mən­bəyi xalq­dır, xal­qın di­li­dir, ona gö­rə də xalq di­li­ni, onun hüdud­suz im­kan­la­rı­nı ömür boyu öy­rən­mək la­zım­dır: «...bə­dii dil yal­nız bə­dii əsər­lə­rin di­li de­mək dey­il­dir. Ob­raz­lı, ifa­də­li bə­dii di­lin ya­ra­dıc­ı­sı, hər şey­dən qa­baq, xalq­dır. Ob­raz­lı söz xalq di­li­nin ümu­mi qa­za­nın­da qay­nay­ıb ye­ti­şir və anc­aq ora­dan xalq həy­a­tı, xalq şüu­ru ilə bir­lik­də bə­dii ədə­biy­ya­ta ke­çir, tə­sadüfi dey­il ki, bə­dii di­lin ən gö­zəl nümu­nə­lə­ri xalq ədə­biyy­a­tın­da­dır».

Mir­zə İb­ra­hi­mo­vun nəsr di­li xalq di­li üzə­rin­də iş­lə­məy­in, onu cila­lay­a­raq bə­dii ədə­biyy­a­ta gə­tir­məy­in nümu­nə­si­dir. Həm də hə­qi­qi nümu­nə­dir. Onun bə­dii di­lin­də qü­sur tap­maq çə­tin­dir. Bütün norma­la­ra ri­ay­ət edən qüsur­suz dil, adə­tən, bir növ de­s­ti­lə edil­miş, ob­raz­lı­lıq­dan məh­rum dil say­ı­lır. La­kin M.İb­ra­hi­mo­vun bə­dii di­li ona gö­rə ka­mil və nümu­nə­vi­dir ki, bu dil­də nor­ma­lı­lıq və ob­raz­lı­lıq vəh­dət şək­lin­də­dir. O şey ki oxuc­u­nun dü­şün­cə­si­nə bu­ra­xı­la bi­lər, M.İb­ra­hi­mov onun­la oxuc­u­nun vax­tı­nı al­ma­mış, ək­si­nə, onun tə­fəkkürünü ye­ni in­for­ma­siya ilə ak­tu­al­laş­dır­maq prin­si­pi­nə üstünlük ver­miş­dir. Ya­zı­çı­nın qə­lə­mi çox­la­rı­nın müşa­hi­də et­diyi, la­kin dil va­si­tə­si­lə ifa­də edə bil­mə­diyi və ya et­mə­diyi dü­şüncə­lə­rin zə­rif ifa­də­si­nə da­ha çox meyil­li ol­muş­dur. Ya­zı­çı bu cür hal­lar­da in­san tə­bi­ə­ti­nin də­rin­lik­lə­ri­nə enə bil­miş, in­san psixo­lo­g­iy­a­sı­nın in­san üzünə açıl­ma­mış qa­pı­la­rı­nı aç­mış­dır. Bun­lar di­lin də tə­bii im­kan­la­rı­nı ge­ni­ş­­lən­di­rir­di. Qə­lə­mi­nin məh­su­lu olan nəsr əsər­lə­ri tə­bəssüm do­lu təh­kiyə və di­a­loq­lar­la oxu­cu­nu çə­kib apa­rır. Ya­zı­çı bə­dii di­lə elə mə­səl­lər, elə ata­lar söz­lə­ri gə­tir­miş­dir ki, on­la­ra heç bir fol­k­lor qay­na­ğın­da rast gəl­mi­rik. Bun­lar onun xalq di­li­ni necə böyük mə­həb­bət­lə öy­rən­diy­i­nə can­lı sübut­dur. Həy­at­da özü son də­rəcə ha­zır­ca­vab olduğu ki­mi, ya­ra­dıc­ı­lığı da ha­zırca­vab­lıq ele­ment­lə­ri ilə zə­ng­in­dir.

Ya­zı­çı nə­s­ri­nin, M.İb­ra­hi­mov nə­s­ri­nin gücü in­san psi­xo­lo­g­iya­sı­nın çə­tin görü­nən tə­rə­f­lə­ri­nin re­al və tə­bii ifa­də­si­ni ve­rə bil­mə­sin­də­dir. Onun əsər­lə­ri­nin Hər bir ki­çik epi­zo­dun­da, tə­s­vir, təh­kiyə və dia­loq­la­rın­da re­al və tə­bii in­san­la, in­sa­nın can­lı müha­ki­mə­lə­ri ilə qar­şı­la­şı­rıq. Nə­s­rin in­to­na­siy­a­sı, ümu­mi ahə­ngi hər an onun təm­kin­li po­etik vüsə­ti­ni təl­qin edir. Heç bir cümlə­də tə­ng­nə­fəs ol­mur­san, ya­rım­çıq­lıq və bə­sit­lik­lə na­ra­hat­lıq ke­çir­mir­sən, ifa­də­nin qey­ri-tə­bi­i­­liyi sə­ni na­ra­hat et­mir. Bu nəsrdə tə­rə­fg­ir­lik, mən­fi­ni mən­fi kimi da­m­ğ­a­la­maq, müs­bə­tin müsbət key­fiyy­ət­lə­ri­ni şi­şirt­mək mey­li duyul­mur. İn­san M.İb­ra­hi­mo­vun nə­s­rin­də öz xa­rak­te­ri, öz sə­viyy­ə­si, aid ol­duğu zümrə­nin xüsu­siyy­ət­lə­ri ilə ol­duğu ki­mi­dir. Bun­lar da gös­tə­rir ki, M.İb­ra­hi­mov həy­a­tı, in­san­la­rı yo­rul­ma­dan öy­rən­miş, is­te­da­dı­nın hər dam­la­sı­na yüz dam­la tər qat­mış, ye­ni xa­rak­ter­lər­lə ədə­biyy­a­tı zə­ng­in­ləş­dir­mək yo­lu­nu tut­muş­dur. Ay­dın duy­u­lur ki, yazı­çı heç vaxt tə­lə­s­mə­miş, əsər­lə­ri­nin di­li üzə­rin­də dö­nə-dö­nə işlə­miş, gənc nə­sil­dən və öz müa­sir­lər­pin­dən bə­dii di­lin es­te­tik gö­zəl­liy­i­ni da­im nə­zər­də tut­mağı, zövq­lə­ri kor­la­ma­mağı tə­ləb et­miş­dir. Odur ki ob­raz­la­rı da tə­bii və gö­zəl­dir, on­la­rın nit­qlə­ri də. «Sö­zün yeri­ni, qədir-qiy­mə­ti­ni bil­məyən ada­ma heç kəs hör­mət et­məz» deyir­di. Bi­lir­di və bil­di­rir­di ki, «Ədə­bi əsər­də sözün əhə­miyy­ə­ti adi da­nı­şıq­da ol­duğ­un­dan qat-qat ar­tıq­dır. Ya­zı­çı­nın si­la­hı dil­dir. Məz­mu­nu və ifa­də­si gö­zəl ol­ma­yan əsə­rin müəl­li­fi bu si­lah­dan is­ti­fa­də edə bil­mə­miş­dir». Bütün bun­lar mühüm ədə­bi prin­sip­lər ki­mi onun es­te­tik ide­a­lı­na da­xil idi.

M.İb­ra­hi­mov bə­zən böyük ya­zı­çı söv­qi-tə­bii ilə sırf qram­ma­ti­ka mə­sə­lə­lə­ri­nə da­xil olur, həm­kar­la­rı­nın və gənc ya­zı­çı nəs­li­nin qar­şı­sı­na sözü iş­lət­mək­lə bağ­lı cid­di tə­ləb­lər qoy­ur­du. Bir əsə­rin di­lin­dən da­nı­şar­kən ya­zır­dı: «Adam­la­rın bir qi­s­mi kosty­um «gey­in­miş­di» yox, «gey­miş­di» ol­ma­lı­dır. «Gey­miş­di» və «gey­in­miş­­di» söz­lə­ri­nin incə mə­na fər­qi­nə gö­rə yer­lə­ri­ni bil­mək la­zım­dır». Ya­zı­çı tə­sir­li və tə­sir­siz fel an­lay­ı­ş­la­rı­nı araya gə­tir­mə­sə də, el­mi qram­ma­ti­ka ba­xı­mın­dan fak­ta həs­sas­lıq­la ya­naş­mış­dı. Böyük xə­bər­dar­lıq və ali hisslər­lə ya­zır­dı: «Mət­bu­at­da və tərcümə sa­hə­sin­də kütlə­vi şə­kil almış dil qüsur­la­rı ilə, zövqsüzlük və açıq tə­h­ri­f­lər­lə ba­rış­saq, xə­bə­ri­miz ol­ma­dan bu qüsur­lar bu­la­nıq və güclü bir axı­na çe­v­ri­lər, di­lin və de­mə­li, ic­ti­mai şüu­run in­ki­şa­fın­da ağ­ır çə­tin­lik­lər tö­rə­dər». «Azər­­bayc­an di­li­nin da­xi­li qu­ru­lu­şu­nu po­zan, tə­bi­ə­ti­nə zidd olan ifa­də və cümlə­lə­rin ədə­bi əsə­rə yol tap­ma­sı da­ha xa­ta­lı­dır və yol­ve­ril­məz­dir». Mir­zə İb­ra­hi­mov və onun müa­sir­lə­ri ədə­bi di­li­mi­zi be­lə qoruy­ur, onun üstündə be­lə əsir­di­lər. Bu söz­lər in­di da­ha uc­a­dan səs­lən­di­ril­mə­li­dir. Qa­rı­şıq mət­bu­a­tı və onun di­li­ni, baş­sız­lıq, nə­za­rət­siz­lik və ni­zam­sız­lığ­ın baş alıb get­diyi in­di­ki dövrü nə­zə­rə al­dıq­da bu söz­lər ya­zı­çı və ya jur­na­list adı da­şıy­an­la­rın da­im diq­qət mər­kə­zin­də dur­ma­lı­dır.

Dil mə­sə­lə­lə­rin­dən da­nı­şar­kən ya­zı­çı da­im nə­hə­ng klas­sik­lə­ri mi­sal gə­tir­miş, Mir­zə Fə­tə­li Axun­dov, Cə­lil Məm­məd­qu­lu­za­də, Haq­ver­diy­ev, Sa­bir, Cə­fər Cab­bar­lı, Məm­məd Sə­id Or­du­ba­di, Səməd Vu­rğ­un ki­mi ya­zı­çı və şa­ir­lə­ri­mi­zin bə­dii di­li­ni nümu­nə gös­tər­miş­dir. Nitq mə­də­niyy­ə­ti, nit­qin gö­zəl­liyi mə­sə­lə­lə­ri­nə xüsu­si fikir ver­miş, in­sa­nın nit­qi­ni onun mə­nə­vi alə­mi, zövqü, tə­fək­kürü, id­ra­ki key­fiyy­ət­lə­ri ilə bağ­la­mış­­dır, di­li ic­ti­mai in­ki­şa­fın ən ec­az­kar ha­di­sə­si hes­ab et­miş­dir.

Azər­bayc­an di­li və Azər­bayc­an dil­çi­lik el­mi So­vet döv­ründə bütövlükdə ke­çən mi­nil­lik­də gör­mə­diyi in­ki­şaf sürə­ti­nə na­il ol­muş­dur. Di­li­miz son də­rəcə ci­la­lan­mış, la­zım­sız yad ünsürlər­dən tə­miz­lən­miş, mil­li key­fiy­yət­lə­ri­ni ar­tır­mış­dır. Də­fə­lər­lə əlif­ba, or­fo­qra­fiya, ter­mi­no­lo­g­iya mə­sə­lə­lə­ri müza­ki­rə olun­muş, di­lin qram­ma­tik qu­ru­lu­şu öy­rə­nil­miş­dir. M.İb­ra­hi­mov da­im bu mü­za­ki­rə­lə­rin mər­kə­zin­də ol­muş, bir alim, bir ziy­a­lı, bir ya­zı­çı ki­mi hə­mi­şə ön­də get­miş, öz sözünü de­mək­dən çə­kin­mə­miş­dir. Bir əsrdə bu qə­dər əlif­ba dəyi­şik­liyi ol­ma­sa idi, bu xal­qın əlif­ba, or­fo­qra­fiya sa­rı­dan on il­lər­lə çətin­liyi ol­maz­dı. La­kin in­di ye­ni əlif­baya ke­çil­diyi bir vaxt­da xal­qın əlin­də heç bir düsturül-əməl yox­dur, xalq adi or­fo­qra­fiya qay­da­la­rı­na möh­tac­dır. İn­san­la­rın 50 il­dən ar­tıq bir müddət­də qa­zan­mış olduğu vər­di­şin ək­si­nə ola­raq, əlif­ba­mız­da cid­di qüsur­lar var­dır - 50 il cin­gil­ti­li sa­mit­lər­də qoy­duğ­u­muz di­a­kra­tik işa­rə­lə­ri in­di vər­di­ş­lə­ri­mi­zin ək­si­nə ola­raq kar sa­mit­lər­də qoy­ma­lıy­ıq. Nöq­tə­lər sözün yazı­lı­şın­da əla­qə­lə­ri qı­rır. O vaxt­lar ziy­a­lı­lar öz sözünü dey­ir, oby­ek­tiv qə­rar­lar çı­xa­rır, xal­qın, xalq ma­a­ri­fi­nin, təh­si­lin in­ki­şa­fı­nı nə­zə­rə alır­dı­lar. İn­di sözü də yu­xa­rı­la­ra müna­sib alam­lar dey­ir. Bu cür çə­tin­lik­lər olac­ağ­ı­nı tə­səvvür et­mə­diy­i­miz dövr­də M.İb­ra­hi­mov Azər­bayc­an dil­çi­lik el­mi­nin nai­liy­yət­lə­ri­ni yüksək qiy­mət­lən­di­rə­rək «Dia­loq» əsə­rin­də do­stu şa­i­rə mürac­i­ət­lə dey­ir­di: «Dos­tum, elə güman et­mə ki, mən Azər­bayc­an dil­çi­lik el­mi­nin çox böyük nai­liyyət­lə­rin­dən xə­bər­si­zəm. Xeyr, mən çox yax­şı bi­li­rəm ki, Azər­bayc­an dil­çi­lik el­mi so­vet ic­ti­mai qu­ru­lu­şu­nun qiy­mət­li mey­və­si­dir». İn­di di­li­mi­zin «ta­ri­xi­ni, nə­zə­ri mə­­sə­lə­lə­ri­ni ge­niş şə­kil­də və müa­sir el­mi əsas­lar­la işıq­lan­dı­ran gö­zəl əsər­lər ya­ran­mış­dır, yük­sək ix­ti­sas­lı dil­çi alim­lə­ri­miz ye­tiş­miş­dir. Aka­demiy­a­mı­zın nəz­din­də xüsu­si dil­çi­lik el­mi-təd­qi­qat ins­ti­tu­tu fə­aliyy­ət gö­s­tə­rir. Türk-ta­tar dil­lə­ri­nin vac­ib mə­sə­lə­lə­ri­ni işıq­lan­dı­ran «Türko­lo­g­iya» jur­na­lı biz­də çap olu­nur». Böyük mə­həb­bət­lə, qürur his­si və tənt­ənə ilə ya­zır­dı: «Ha­zır­kı di­li­miz ən yüksək bir ro­man­ti­ka­nın, ən tə­sir­li bir re­a­liz­min di­li­dir. Bu dil qa­nad­lı xə­yal­la­rı, coş­qun eh­ti­ras­la­rı, də­rin fi­kir­lə­ri ifa­də edə bi­lir. Ey­ni za­man­da, bu dil gö­zəl­dir, ca­zi­bə­dar­dır, şeir­lə, ahəng­lə, mu­si­qi ilə do­lu­dur». S.Vu­rğ­u­nun «Va­qif» pye­si­ni mi­sal gə­ti­rə­rək «Azər­bayc­an ədə­bi di­li qı­lınc döyüşünü an­dı­ran qı­zğ­ın müka­li­mə­lər, kə­s­kin dey­iş­mə­lər di­li­dir. Bu­ra­da hər söz, hər rep­li­ka iti xənc­ər zər­bə­si­dir»- dey­ir­di.

Ya­zı­çı bun­la­rı qeyd et­mək­lə ya­na­şı, dil­çi­liy­i­mi­zin qüsur­la­rı­nı da tən­qid edir, ədə­bi di­li lo­ru­laş­dır­ma hal­la­rı­na eti­ra­zı­nı bil­di­rir­di.

Ya­zı­çı 1957-ci il­də çap et­dir­diyi «Azər­bayc­an di­li» ki­ta­bı­na «Di­li­mi­zin in­ki­şaf yol­la­rı haq­qın­da», «Dil və ədə­biyy­at dər­slik­lə­ri­ni nümu­nə­vi təş­kil edək», «Azər­bay­can di­li» və «Azər­bayc­an di­li döv­lət ida­rə­lə­rin­də» mə­qa­lə­lə­ri­ni da­xil et­miş­dir. Bu mə­qa­lə­lər­dən əv­vəl­ki üçünü Ma­a­rif Ko­mis­sa­rı ol­duğu vaxt - 1943, 1944 və 1945-cü il­lər­də - müha­ri­bə­nin qı­zğ­ın çağ­la­rın­da, so­nun­cu­su­nu Res­­pub­li­ka Ali So­ve­ti Rəy­a­sət hey­ə­ti­nin sə­d­ri olar­kən yaz­mış­dır. Bu iki dövr ara­sın­da Ni­za­mi adı­na Dil və Ədə­biyy­at in­sti­tu­tu­nun di­­rek­to­ru ki­mi dil­çi­lik el­mi­nin in­ki­şa­fı­na rəh­bər­lik et­miş­dir. Bu mə­qa­lə­lər­də Azər­bayc­an di­li­nin elə bir sa­hə­si yox­dur ki, əha­tə edil­mə­miş, müna­si­bət bil­di­ril­mə­miş ol­sun. Mi­diya (Ma­day) dövrün­dən XX əs­rin or­ta­la­rı­na qə­dər, mümkün fakt­lar əsa­sın­da Azər­bayc­an di­li­nin ta­ri­xi­ni ar­dıc­ıl şə­kil­də nə­zər­dən ke­çi­rən ya­zı­çı son mər­hə­lə­də - So­vet dövründə əlif­ba, or­fo­qra­fiya, ter­mi­no­lo­g­iya, ədə­bi tə­ləffüz, di­limi­zin qram­ma­tik qu­ru­lu­şu, lüğət tər­ki­bi mə­sə­lə­lə­ri, mət­bu­at və ra­dio di­li, dəf­tər­xa­na sə­nəd­lə­ri­nin və­ziy­yə­ti, yad dil­lə­rin ədə­bi di­li­mi­zə tə­si­ri, dərslik­lər və dərs­lik­lə­rin di­li, Dil­çi­lik in­sti­tu­tu­nun, Azər­bayc­an dil­çi­lə­ri­nin di­li­mi­zin təd­qi­qi və öy­rə­nil­mə­si sa­hə­sin­də ro­lu, Azər­bayca­nın türko­lo­ji araş­dır­ma­lar mər­kə­zi ol­ma­sı və s. haq­qın­da və bütün bu mə­sə­lə­lər­də mövc­ud nöq­san­lar ba­rə­sin­də böyük alim və ya­zı­çı müdrik­liyi ilə, hə­qi­qi bir fi­lo­loq ki­mi araş­dır­ma­lar apar­mış, zə­ng­in fi­kir­lər söy­lə­miş­dir. Hiss edir­sən ki, ya­zı­çı di­li­mi­zin in­ki­şaf yo­lu ba­rə­də bir çox ta­rix­çi­lər­dən fər­q­li və sis­tem­li bi­li­yə ma­lik­dir, di­lin, ümum­xalq di­li­nin tə­şək­kül ta­ri­xi­ni, in­ki­şaf yo­lu­nu ay­dın tə­səvvür edir: «İn­ki­şa­fın aşa­ğı pil­lə­sin­də olan bir xal­qın təş­ki­la­tı dağ­ı­nıq, ic­ti­mai hə­ya­tı na­qis olur. O, ara­sı kə­sil­mə­dən bir-bi­ri ilə dar­tı­şan, bir-bi­ri­nin ay­ağ­ın­dan çə­kən tay­fa­lar­dan, qə­bi­lə­lər­dən iba­rət olur. Be­lə bir xal­qın hər bir nə­fə­ri­nin şüu­run­da bir nəs­lin mə­na­feyi, bir kən­din və ya ma­ha­lın mə­na­feyi bütün və­tə­nin mə­na­fey­in­dən üstün və müqəd­dəs say­ı­lır. Çünki qə­bi­lə­lər, tay­fa­lar var­sa da, hə­lə xalq yox­dur. Kənd­lər, şə­hər­lər var­sa da, hə­lə və­tən yox­dur».

M.İb­ra­hi­mo­vun es­te­ti­ka­sın­da alın­ma söz­lə­rə ay­dın mü­na­si­bət var­dır. Yer­siz alın­ma­la­ra, «di­lin sərf-nəhv qa­nun­la­rı­nı və əsas xüsu­siyy­ət­lə­ri­ni po­za bi­ləc­ək var­va­riz­min hər cür tə­zahürünə» eti­ra­zı­nı bil­dir­mək­lə ya­na­şı, və­tən­da­ş­lıq hüqu­qu qa­zan­mış söz­lə­rin zor­la dil­dən çı­xa­rıl­ma­sı cəhdlə­ri­nə, pu­rizm meyil­lə­ri­nə kə­s­kin mən­fi müna­si­bət bil­dir­miş­dir: «1922-ci il­də Mər­kə­zi İc­ra­iyyə Ko­mi­tə­si ya­nın­da təş­kil olun­muş İs­ti­lah Ko­mi­tə­si ey­ni mürtəce pu­riz­mə qa­pı­la­raq dövlət ye­ri­nə - 'to­plan­tay', məd­ən su­la­rı (mi­ne­ralğ­nıe is­toç­ni­ki) ye­ri­nə - 'qı­rıl­qan su­la­rı', me­tal ye­ri­nə - 'yay­­xan', əha­li ye­ri­nə - 'ya­şaq', mühit (oke­an) ye­ri­nə - 'bürüyən', rə­­səd­xa­na (ob­ser­va­to­riə) ye­ri­nə - 'ba­xo­vi­lax', sə­naye ye­ri­nə - 'tö­rə­diş', pre­zi­dent (rə­i­si-cüm­hur) ye­ri­nə - 'baş­maq', mad­də (ve­he­st­vo) ye­ri­nə 'nəs­nək', nöq­tə (toç­ka) ye­ri­nə - 'bə­nək' və sa­i­rə yaz­mağı tək­lif edir­di. La­kin həy­at nə gö­s­tər­di? Həyat qı­rıl­qan, ba­xo­vi­lax nəs­­nək­lə­ri bir ta­la­şa, bir zi­bil ki­mi öz yo­lu üzə­rin­dən kə­na­ra at­dı».

Çox­la­rın­dan fər­q­li ola­raq, Mir­zə İb­ra­hi­mov di­lin və ədə­biyya­tın xalq həy­a­tın­da ro­lu­nu da­ha yüksək qiy­mət­lən­di­rir­di: «Dil və ədə­biyy­at mə­sə­lə­si xır­da, ya­xud xüsu­si bir mə­sə­lə dey­il: o, böyük və ümu­mi bir döv­lət mə­sə­lə­si­dir, o, xal­qın mə­nə­viyy­a­tı, var­lığı mə­sə­lə­si­dir. Bu mə­sə­lə­nin həl­lin­də mək­tə­bin ro­lu böyükdür». Am­ma hazır­da böyük ziy­a­lı or­du­su­­na rəh­bər qoy­ul­muş adam­lar var ki, di­li «cık-cik»dən baş­qa bir şey bil­mir. Bu­günkü günün ən bö­yük bə­la­la­rı bun­da­dır. Bun­lar gö­s­tə­rir ki, Mir­zə İb­ra­hi­mov bi­zim­lə bi­rg­ə­dir və öz sözünü bu gün da­ha uc­a­dan dey­ir.

Ma­a­rif Ko­mis­sa­rı ol­duğu il­lər­də yaz­dığı ikinci mə­qa­lə­də mək­tə­bin nöq­san­la­rı, şa­g­ird­lə­rin şi­fa­hi və ya­zı­lı nit­qi­nin, tə­xəyyül və təfəkkürünün in­ki­şaf et­di­ril­mə­si mə­sə­lə­lə­ri üzə­rin­də xüsu­si da­yan­mış­dır. İn­şa ya­zı­la­ra az fi­kir ve­ril­diy­i­ni, im­la­dan eh­ti­kar­lıq­la sui-is­ti­fa­də edil­diy­in, bu­na gö­rə də şa­g­ird­lə­rin sər­bəst fi­kir söy­lə­mə qa­bi­liyy­ə­ti­nin məh­dud ol­duğ­u­nu ay­rı-ay­rı mək­təb­lər üzrə kon­kret misallar­la qeyd et­miş­dir. Sərf-nəhv dərs­lik­lə­rin­də bir rəs­miyy­ət hökm sürdüyünü, çox za­man anc­aq tə­ri­f­lə­rin əz­bər­lə­dil­diy­i­ni, şa­gird­­lə­rin lüğət dəf­tər­lə­ri ol­ma­dığ­ı­nı, müəl­lim və şa­g­ird­lə­rin müta­li­ə­­si­nin, si­nif­dən­xa­ric oxu­nun pis təş­kil edil­diy­i­ni, bə­dii qi­raə­tə fi­kir ve­ril­mə­diy­i­ni, ali mək­təb­lə­ri­mi­zin sa­vad­sız kadr­lar bu­rax­dığ­ı­nı na­ra­hat­lıq­la söy­lə­miş­dir.

Azər­bayc­an xal­qı da­im od­lar, alov­lar içə­ri­sin­də müs­tə­bid­lər­lə, düşmən­lər­lə aman­sız müba­ri­zə apar­mış, öz mən­liy­i­ni, öz di­li­ni qoruy­ub in­ki­şaf et­dir­miş­dir. İş­ğal­çı müstə­bid­lər xal­qın di­li­ni və ta­ri­xi­ni məhv et­mək üçün onun ya­zı­lı abi­də­lə­ri­ni məhv et­miş­dir. Ya­zı­çı dey­ir: «Bu­na gö­rə­dir ki, biz in­di, mə­sə­lən, iki min il bun­dan qabaq­kı di­li­miz­lə müa­sir di­li­miz ara­sın­da­kı müna­si­bə­ti və ta­ri­xi əla­qə tel­lə­ri­ni mey­da­na çı­xar­maq­da bu qə­dər böyük çə­tin­lik­lə­rə rast gə­li­rik». Biz bu cür söz­lə­ri in­di dey­i­rik, Mir­zə İb­ra­hi­mov 60 il əv­vəl de­miş­dir. Ya­zı­çı da­vam edə­rək gö­s­tə­rir ki, xal­qı­nı mü­qəd­dəs bir eşq ilə se­vən, və­tə­ni­nin gə­ləc­əy­i­nə ina­nan elm adam­la­rı­mı­zı bu çə­tin­lik­lər qor­xut­ma­ma­lı­dır və qor­xut­mur da.

Di­li­mi­zin ta­ri­xi qə­dim­liy­in­dən, gö­zəl­liy­in­dən fəxr­lə da­nı­şan yazı­çı «Də­də Qor­qud»u mi­sal gə­ti­rir, onun lü­ğət tər­ki­bi və xüsu­sən sin­tak­sis eti­ba­ri­lə di­li­mi­zin qə­dim lüğət tər­ki­bi­ni, qə­dim qram­­ma­tik qu­ru­lu­şu­nu müha­fi­zə et­diy­i­ni gö­s­tə­rir­di: «Də­də Qor­qud» lüğət və sin­tak­sis cə­hət­dən XI-XIII əsrlər­də­ki Azər­baycan di­li­nin bütün xüsu­siyy­ət­lə­ri­ni özündə əks et­di­rir... «Də­də Qor­qud» qə­dim xalq yara­dıc­ı­lığ­ı­nın ən gö­zəl nümu­nə­si­dir».

Azər­bayc­an ədə­bi di­li­nin Azər­bayc­an­da So­vet ha­ki­miyy­ə­ti qu­rul­duq­dan so­nra ya­ran­dığ­ı­nı id­dia edən bə­sit düşüncə sa­hib­lə­ri­nə yazı­lı ədə­bi di­li­mi­zin in­ki­şaf yo­lu­nu Hə­sə­noğ­lu, Nə­si­mi, Füzu­li, Xətai, Va­qif, Axun­dov ki­mi sə­nət­kar­la­rın di­li­nin təh­li­li əsa­sın­da dəlil­lər­lə izah edən sə­nət­kar So­vet ha­ki­miyy­ə­ti dövründə bir sı­ra ma­ne­ələ­rin ara­dan qal­dı­rıl­dığ­ı­nı, Azər­bayc­an di­li­nin döv­lət di­li­nə çe­v­ril­diy­i­ni qeyd edə­rək 43-cü il­də ya­zır­dı: «So­vet ha­ki­miyy­ə­ti mil­li di­li­mi­zin in­ki­şa­fı­na ma­ne olan ic­ti­mai-siy­a­si əng­əl­lə­ri ara­dan qaldır­dı, onu rə­s­mi ola­raq döv­lət di­li elan et­di, di­li­mi­zin şid­dət­li yüksə­li­şi­nə tə­kan ver­di, onu ye­ni yüksək mər­hə­ləyə qal­dır­dı».

M.İb­ra­hi­mov Azər­bayc­an di­lin­dən is­ti­fa­də­də gö­lg­ə­li və qü­sur­lu cə­hət­lə­rin tən­qi­di­nə hə­lə ilk mə­qa­lə­lə­rin­dən bi­rin­də xüsu­si yer ver­miş, ay­rı-ay­rı müəl­li­f­lə­rin, mət­bu­at or­qan­la­rı­nın Azər­bay­can di­li­nin da­xi­li qa­nun­la­rı­na eti­na­sız­lığ­ı­nı, bu qa­nun­la­rı bə­zən ko­­bud şə­kil­də poz­duq­la­rı­nı eti­raz­la qeyd et­miş­dir. Bu cə­hə­tin həm ori­ji­nal, həm də tərcümə əsər­lə­ri­nə aid ol­duğ­u­nu gö­s­tə­rən ya­zı­çı sa­vad­sız tərcümə­çi­lər­lə ya­na­şı, na­dan və sa­vad­sız re­dak­tor­la­rın da bu sa­hə­də «xid­mə­tin­dən» bəhs et­miş­dir. Hər­fi tərcüməyə eti­raz edən ya­zı­çı kon­kret mi­sal­lar gə­ti­rə­rək bu üsu­lun zə­rər­li ol­duğ­u­nu, di­li kor­la­dığ­ı­nı, tərcümə işi­nin ya­ra­dıc­ı­lıq işi ol­duğ­u­nu xü­su­si xa­tır­la­dır, na­ham­var, di­li kor­lay­an söz və ifa­də­lə­ri mi­sal gə­ti­rə­rək «Bu söz­lər si­zin qə­lə­mi­niz­dən çı­xar­kən üsyan edən vic­da­nı­nı­zın sə­si mə­g­ər qu­laq­la­rı­nı­za çat­ma­dı?» - deyə acı tə­əssüfünü bil­di­rir­di. So­vet dövründə ədə­bi di­li­mi­zin in­ki­şa­fı üçün ge­niş yol­lar açıl­dığ­ı­nı ra­zı­lıq­la qeyd et­sə də, nisg­il­li, açıq dey­il­mə­si çə­tin olan «döv­lət ida­rə­lə­rin­də döv­lət di­li» ki­mi çox mühüm mə­sə­lə­lər də var­dı. Ya­zı­la­rın­dan hiss olu­nur ki, bu mə­sə­lə da­im ya­zı­çı­nı qəl­bən na­ra­hat et­miş­dir. Ək­sə­rən rus di­lin­də və na­ham­var bir üslub­da ya­zı­lan dəf­tər­xa­na sə­nəd­lə­ri­nin di­li­nə işa­rə edə­rək hə­lə 1943-cü il­də yaz­mış­dı: «Müba­liğ­ə­siz de­mək olar ki, bir il­də ida­rə­lər ara­sın­da ya­zış­ma bəl­kə də ən çox oxu­nan ki­ta­bın ti­ra­jın­dan az kağ­ız apar­mır və min­lər­lə ada­mın əlin­dən gə­lib ke­çir. Bu kağız­lar­da ta­ma­mi­lə baş­qa bir dil, heç bir qa­nun-qay­daya sığ­mayan bir dil ha­kim olar­sa, bu­nun nə­tic­ə­si çox ac­ı­nac­aq­lı ola bi­lər. Yə­ni ədə­bi dil ümu­mun ma­lı ol­maz, sa­vad­sız və öz kök­lə­rin­dən ay­rıl­mış bir dil (kur­siv­lər mə­nim­dir - Q.K .) kütlə­lə­ri öz pis tə­si­ri al­tı­na ala bilər». Tə­bii ki, ya­zı­çı sen­zu­ra müla­hi­zə­lə­ri ilə «öz kök­lə­rin­dən ayrıl­mış dil» de­dik­də ya­zış­ma­la­rın baş­qa dil­də apa­rıl­dığ­ı­nı ba­şa sal­maq is­tə­miş­dir.

 

Fakt­lar gö­s­tə­rir ki, bir çox­la­rı ki­mi, və­zi­fə­si­ni itir­mək­dən qorx­ma­mış, və­zi­fə­si art­dıqca, böyüdükcə ana di­li­nin müstə­qil­liyi, döv­lət ida­rə­lə­rin­də tamhüquq­lu tət­bi­qi ba­rə­də qəl­bin­də qay­nay­an fi­kir­lə­ri və­zi­fə­si­nin ar­xa­sın­da du­ra­raq da­ha cə­sa­rət­lə irə­li sürmüşdür.

Ya­zı­çı «kə­nar­dan ba­ş­lay­a­raq» gö­s­tə­rir ki, müstə­bid­lər və iş­ğal­çı­lar bir xal­qa zə­rər vur­maq üçün ilk növ­bə­də onun di­li­nin məh­vi­nə cəhd et­miş, ona eti­na­sız ya­naş­mağa, onu göz­dən sal­mağa, onun la­zım­sız ol­duğu fi­k­ri­ni do­ğur­mağa və bu yol­la o xal­qı bir xalq ki­mi öldürməyə ça­lış­mı­ş­lar. «On­lar məh­kum xal­qın ana di­li­ni rə­s­mi döv­lət ida­rə­lə­rin­dən qov­mu­ş­lar, bütün iş­lə­ri ha­kim xal­qın di­lin­də apar­mı­ş­lar. İşğ­al­çı­lar bu­nun­la da ki­fay­ət­lən­məy­ə­rək küçə­də, ba­zar­da, ailə­də be­lə, di­li boğ­mağa cəhd et­mi­ş­lər». Bu söz­lə­ri 44-cü il mə­qa­lə­sin­dən götürmüşük. Bu söz­lə­rin ar­dınca qə­dim yu­nan­la­rın Da­ra dövründə İra­nı dağ­ı­dıb iran­lı­la­ra və on­la­rın di­li­nə hə­qa­rət­lə bax­dıq­la­rı­nı söy­lə­sə də, qiy­as ay­dın idi - rus di­li öl­kə­də, xüsu­si­lə döv­lət ida­rə­lə­rin­də ey­ni işi görürdü və ya­zı­çı xal­qı, ziy­a­lı­la­rı bu yol­la ay­ılt­mağa ça­lı­şır­dı. Bir az da irə­li ge­də­rək, mət­lə­bə da­ha çox ya­xın­la­şa­raq dey­ir­di: «İra­nın za­lım və müstə­bid ha­kim­lə­ri ey­ni müsi­bə­ti Azər­bayc­an xal­qı­nın ba­şı­na gə­ti­rib­lər ki, bu mən­hus əmə­lin lə­kə­lə­ri, mütə­əssüfa­nə, zə­ma­nə­mi­zə qə­dər si­li­nib get­mə­miş­dir». Ar­tıq 10 il so­nra - 1956-cı il­də Rəy­a­sət He­yə­ti­nin sə­d­ri olar­kən tam açıq da­nı­şır­dı: «Mon­qol iş­ğal­çı­la­rı, Türkiyə sul­tan­la­rı, İran is­tib­da­dı və ça­rizm uzun za­man Azər­bayc­an xal­qı­na ana di­li­ni unut­dur­mağa səy et­mi­ş­lər. La­kin xal­qın ni­frə­tin­dən baş­qa bir şey qa­za­na bil­mə­mi­ş­lər». İn­di Mir­zə İb­ra­hi­mov 15 re­s­pub­li­ka­nın böyüyü ilə üz-üzə dur­muş­du. Ya­zır­dı: «Re­s­pub­li­ka­mız­da So­vet ha­ki­miyy­ə­ti­nin bi­rinci on ili ər­zin­də döv­lət ida­rə­lə­rin­də Azər­bayc­an di­li­nin iş­lən­mə­si­nə xüsu­si diq­qət ve­ri­lir və tə­h­ri­f­lə­rin qar­şı­sı alı­nır­dı. La­kin tə­əs­süf­lə de­mək la­zım­dır ki, son on beş-iy­ir­mi il­də bu cə­hət­dən ko­bud tə­h­ri­f­lə­rə yol ve­ril­miş­dir. Bə­zi ida­rə­lər­də və bə­zi adam­lar­da Azər­bayc­an di­li­nə qar­şı biganə, la­qeyd müna­si­bət ya­ran­mış­dır. Hə­lə onu de­mi­rik ki, və­tən­da­ş­la­rın azər­bayc­anca olan əri­zə­lə­ri­nə, ya­xud bu və ya di­gər azər­baycanca olan ya­zı­la­ra ana di­lin­də ca­vab ver­məy­ən, ya da bun­la­rı ta­ma­mi­lə ca­vab­sız bu­ra­xan büro­krat­lar da ta­pı­lır. Be­lə büro­krat­lar­la müba­ri­zə bütün par­tiya və so­vet təş­ki­lat­la­rı­nın, bütün və­tən­da­ş­la­rın bor­cu­dur. Re­s­pub­li­ka­nın döv­lət, par­tiya və ic­ti­mai təş­ki­lat­la­rın­da Azər­bayc­an di­li­nə eti­na­sız­lıq gö­s­tə­rən şəxs­lər ko­bud səh­və yol ve­rir­lər». V.İ.Le­nin­dən mi­sal gə­ti­rir­di: «...bi­zim döv­lət apa­ra­tın­da əsl rus ma­hiyy­ə­tin­də bir çox qa­nun­suz­luq­lar baş ve­rəc­ək­dir. Bu qa­nun­suz­luq­lar­la mü­ba­ri­zə apar­maq üçün xüsu­si bir mə­ha­rət la­zım­dır...» Ya­zı­çı mə­qa­lə­nin so­nun­da fi­k­ri­ni da­ha ay­dın ta­mam­lamış­dır: «Respub­­li­ka­nın döv­lət ida­rə­lə­rin­də və ic­ti­mai təş­ki­lat­la­rın­da iş­lə­rin azər­bayc­anca apa­rıl­ma­sı qa­nu­ni bir hal­dır. Çünki bir xal­qın öz ida­rə­lə­ri­ni ana di­lin­də ida­rə et­mək ar­zu­sun­dan tə­bii bir şey ola bil­məz. So­vet qu­ru­lu­şun­da bu hər bir xal­qın po­zul­maz hüqu­qu­dur. Bu hüqu­qa hör­mət et­mək ha­mı­nın və­tən­da­ş­lıq borc­u­dur». Rus şo­vi­niz­mi­nin tüğyan et­diyi N.S.Xruş­şov dövründə bu mü­ba­ri­zə­nin necə da­vam etdiyi və nə ilə so­na yet­diyi ya­ş­lı nəs­lə mə­lum ol­duğu üçün mət­lə­bi uzat­mı­rıq.

Mir­zə İb­ra­hi­mo­vu oxu­duqca, öy­rən­dikcə sa­f­la­şır­san, ru­hən tə­zə­lə­nir­sən, da­ha çox iş gör­mək, da­ha xey­ir­xah iş­lər gör­mək is­tə­yir­sən. Unu­dul­maz ədib ob­raz­lar­dan bi­ri­nin di­li ilə dey­ir­di: «Ey mə­nim xalqım, ey mə­nim ümi­dim və pə­na­hım! Ürəy­i­min is­ti­liyi sən­də­dir, fi­k­rim işığ­ı­nı sən­dən alır, həy­a­tı­mın hər nə­şə və se­vin­ci­nə ba­is sənsən!» Söh­bət bur­da­dır ki, bu söz­lər tam bir hə­qi­qət idi. Ona gö­rə də Mir­zə İb­ra­hi­mov ya­şay­ac­aq­dır.

60 il xal­qı­nın ba­şı­na pər­va­nə ki­mi do­la­nan, öz qo­lu­nun qüvvə­si, öz zə­ka­sı ilə fəh­lə­lik­dən aka­de­mik sə­viy­yə­si­nə, hə­qi­qi xalq ya­zı­çı­sı sə­viyy­ə­si­nə yüksə­lən be­lə bir şəx­siyy­ə­tə öl­kə­miz­də nan­kor adam­la­rın eti­na­sız müna­si­bə­ti­nin də şa­hi­di ol­duq. Be­lə­lə­ri əs­lin­də Mir­zə İb­ra­hi­mo­vun yox, xal­qın düşmən­lə­ri­dir, xal­qı­nı, onun di­li­ni ec­az­kar mə­həb­bət­lə se­vən, o yol­da müca­hid ki­mi can qoyan in­san­la­rın düşmən­lə­ri­dir.

Bu xal­qa in­di zə­ka­sı­nı, zəh­mət və is­te­da­dı­nı Mir­zə İb­ra­hi­mov qə­dər düzgün bir­ləş­di­rən, düzgün is­ti­qa­mət­lən­di­rən, Mir­zə İb­ra­himov qə­dər şə­rə­f­lə ya­şay­an, öz xal­qı­nı, xal­qı­nın di­li­ni nə­hay­ət­siz mə­həb­bət­lə se­vən in­san­lar da­ha çox la­zım­dır.

 

26.11.2001

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az