BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

PO­EZİY­A­NIN ŞİRİN DİLİ

HAQQINDA

 

XX əsr 2-ci mi­nil­liy­in son və­rə­qi ki­mi qa­pan­dı, ge­ri­də qal­dı, la­kin əs­rin ye­tir­diyi böyük ədə­bi si­ma­lar, nə­hə­ng po­eziya us­ta­la­rı ta­ri­xin əbə­di yol yol­da­ş­la­rı ki­mi gə­ləc­əyə doğ­ru irə­li­lə­mək­də­dir. 85 il­liy­i­ni qeyd et­diy­i­miz İly­as Əfən­diy­ev məhz bu əsrdə məz­mun və for­ma ba­xı­mın­dan bən­zər­siz nə­s­ri, te­a­t­rı­mız­da xüsu­si mər­hə­lə ya­ra­dan sil­si­lə pyes­lə­ri ilə klas­sik­lər sı­ra­sın­da yer tut­du.

«İly­as Əfən­diy­ev» im­za­sın­da əbə­di bir işıq, bir köv­rək­lik, yu­xu alə­min­də uçan in­sa­nın hiss et­diyi ra­hat­lıq, yün­gül­lük, ec­az­kar­lıq var. Bun­lar ya­zı­çı­nın in­san qəl­bin­də fır­tı­na doğ­u­ran duyğu və düşün­cə­lə­ri pər­də­lə­mə­mə­si, pər­­də­lə­məyə ça­lış­ma­ma­sı, sax­ta­laş­dı­rma­ma­sı, zor­la «va­hid ideya»ya ta­be et­mə­mə­si, hər kə­s­də görü­nə bil­məy­ən böyük ya­zı­çı de­mo­kra­tiz­mi ilə bağ­lı­dır; bun­lar həya­tın hə­qi­qi po­eziy­a­sı­nı po­eziy­a­nın şi­rin di­li ilə da­ha həy­a­ti ifa­də edə bil­mək qüdrə­ti ilə bağ­lı­dır. Zəh­mə­tə bağ­lan­may­an is­te­dad qa­nad­sız quş ki­mi­dir. «At iş­lə­mə­sə, ər öyün­məz». İly­as Əfən­diy­ev il­ha­mı­nın al rəng­li, yel qa­nad­lı atı onun ilk he­kay­ə­lə­rin­dən oxucu­nun ba­şı üzə­rin­dən uça­raq onu əf­sun­la­mış­dır, - tə­bii boy­a­sı, ahəng­dar­lığı, in­san hiss­lə­ri­nin, in­san duyğ­u­la­rı­nın di­bi görünməz də­rin­lik­lə­ri­nə enən liriz­mi ilə... Hə­qi­qi nəs­­rin xa­lis po­eziya ol­duğ­u­nu unu­dan­lar və «Mə­nim nə­s­rim - mə­nim po­eziy­am­dır» (Folk­ner) prin­si­pi­nə əməl edən­lər sı­ra­sın­da İly­as Əfən­diy­ev ikin­ci­lər­dən­dir. Di­g­ər nəsr us­ta­la­rı­mı­zın böyük zəh­mə­ti­nə, müqəd­dəs ru­hu­na eti­na­sız­lıq gö­s­tər­mə­dən deyə bi­lə­rik ki, əg­ər nə­s­rin şe­riy­yə­ti­ni öy­rən­mək la­zım gə­lər­sə, «Də­də Qor­qud»dan so­nra İ.Əfən­diy­e­vin «Qa­rı dağı», «Qə­h­rə­man ilə bülbülün na­ğı­lı», «Tar», «Ki­çik bir po­ema», «Apar­dı sel­lər Sa­ra­nı» və baş­qa he­kayə­lə­ri­ni öy­rən­mək la­zım gə­lər­di. Bu əsər­lər­də­ki şe­riyy­ət tə­d­ric­ən ge­ni­ş­lə­nə­rək «Sö­yüdlü arx»a, «Körpüsa­lan­lar»a, «Sa­rı­köy­nək­lə Va­le­hin nağı­lı»na və baş­qa əsər­lə­rə hop­muş­dur. Bu üslub «Ge­riyə bax­ma, qoca» ro­ma­nın­da hər kəl­mə­sin­də xəl­qi­lik, ka­mil­lik və müdrik­lik görü­nən da­s­tan­va­rı ci­la­lan­ma yo­lu ilə get­miş­dir.

İly­as Əfən­diy­ev nə­s­ri­nin di­li onun apa­rıcı key­fiyy­ət­lə­ri ilə, çox za­man ha­di­sə­lə­rin bi­rinci şəx­sin di­lin­dən söy­lə­nil­mə­si­nə əsas­la­nan üslu­bi-po­etik-bə­dii təd­qi­qat­la bağ­lı­dır. Li­rik «mən» in­san tə­bi­ə­tin­də­ki bütün zid­diy­yət­lə­ri çö­zə­lə­məyə, ob­ra­zın müm­kün his­si-psi­xo­lo­ji alə­mi­ni vüsət­lə üzə çı­xar­mağa im­kan ver­miş, ya­zı­çı öz «mən»ini ob­ra­zın - brinci şəx­sin «mən»i tim­sa­lın­da, bir növ, in­san tə­bi­ə­ti­nə müda­xi­lə et­mə­dən səc­iyy­ə­lən­di­rə bil­miş­dir.

Ha­di­sə­lə­rin tə­s­vi­rin­də in­ten­siv­lik - ar­tıq ha­şiyə və di­a­loq­la­rın re­dak­tə­si, təh­kiyə və di­a­loq­la­rın ümu­mi­ləş­dir­mə gücü, xalq di­li­nə, xal­qın müdrik­liy­i­nə inam his­si ha­di­sə və ob­raz­la­rın tə­s­vi­ri pro­se­sin­də ya­zı­çıya hüdud­suz im­kan­lar ver­miş­dir.

Qar­şı­da böyük ədib­lər or­du­su du­rur­du. Odur ki ilk qə­ləm təc­rübə­lə­ri dövründən M.F.Axun­do­vu, Mir­zə Cə­li­li, Ə.Haq­ver­di­e­vi, mü­a­sir­lə­ri Mir Cə­la­lı, Sa­bit Rəh­ma­nı, H.Meh­di­ni, Or­du­ba­di, S.Rə­­hi­mov ki­mi nə­hə­ng­lə­ri göz önün­də sax­la­mış, oxuc­u­nun zöv­qünü düşünmüş, sö­zə ne­cə rə­ng vu­rac­ağ­ı­nı də­fə­lər­lə götür-qoy et­miş, ədə­biy­ya­tı­mız­da se­çi­lən, se­vi­lən və in­sa­nın mə­nə­vi alə­mi­nə nü­fuz edən ori­ji­nal bir üslub for­ma­laş­dır­mış­dır. İ.Əfən­­di­yev qey­ri-tə­bii, süni ob­raz­lı­lıq ya­rat­maq yo­lu ilə get­mə­miş, bə­di­iliyi ha­di­sə­nin, xarak­te­rin sa­də, tə­bii tə­s­vi­rin­də gör­müşdür. Nə­s­rin­də­ki li­­rizm, psixo­lo­ji də­rin­lik dra­ma­tu­rg­iy­a­sın­da ona gö­rə qa­ba­rıq­dır ki, səh­nə­də ob­raz bütövlükdə görünür. Əs­lin­də, nəsr və dra­ma­turg­iy­a­sın­da di­lin ədə­bi-es­te­tik dəy­ə­ri ey­ni də­rəc­ə­də yüksək­dir; bu­na gö­rə də İ.Əfən­diy­ev li­rik-psi­xo­lo­ji dram və nəsr di­li­nin ye­ni vüsət­lə in­ki­şa­fın­da dövrün ba­ni sə­viyy­ə­li ən müqtə­dir sə­nət­ka­rı say­ı­lır. Dra­ma­tu­rg­iy­a­mız­da­kı ri­to­rik­liyi us­ta­lıq­la tə­bii in­san mü­ka­li­mə­lə­ri ilə əvəz edə bilmiş, sa­də, sər­rast, tə­bii-emo­si­onal rep­li­ka­lar­la nə­si­hət­çi­lik ənə­nə­si­ni ge­ri­də bu­rax­mış­dır. Söz­lə­ri fra­za mühi­tin­də əri­də­rək fik­ri məcaz­lar­la irə­li­lət­mə üsu­lu­na üs­tünlük ver­miş­dir. Sin­tak­tik bütöv­lər­dən bir-bi­ri­nə us­ta mən­ti­qi ke­çid­lər po­etik mət­nin tə­şəkkülündə həlle­dici amil ol­muş­dur. Ha­di­sə­lə­rin çox za­man gə­rg­in nöq­tə­lə­rin bi­rin­dən ba­ş­la­ma­sı, ma­raq­lı və göz­lə­nil­məz ba­ş­la­nğ­ıc və son­luq­lar, süjet rə­nga­rə­ng­liyi, ahə­ng­dar­lıq və mu­si­qi­li­lik, in­to­na­siya­nın dol­ğun nə­fə­s­dər­mə ilə ta­mam­lan­ma­sı, di­a­loq nit­qi­nin qı­sa, yığc­am, emo­si­o­nal qu­ru­lu­şu, po­etik sin­tak­sis - ra­si­o­nal fik­­rin sax­lan­ma­sı ilə «mə­lum olan­lar»ın ix­tisa­rı, söz sı­ra­sı, mən­ti­qi vu­rğu, müxtə­lif üzvlə­rin və mürək­kəb cümlə kom­po­nent­lə­ri­nin ak­tu­al­laş­dı­rıl­ma­sı üsul­la­rı, mürac­i­ət və müna­si­bət bil­di­rən söz və bir­ləş­mə­lər, pre­sup­po­zi­si­o­nal im­kan­lar əsa­sın­da bir çox şey­lə­rin xa­tır­lan­ma­sı­nın oxuc­u­nun ix­tiy­a­rı­na bu­ra­xıl­ma­sı - im­pli­sit ifa­də for­ma­sı, xalq fra­ze­o­lo­g­iya­sın­dan yeni ça­lar­da is­ti­fa­də və s. ya­zı­çı idey­a­sı­nı dəy­ər­lən­di­rən, əsə­ri ədəbi alə­min se­vgi mən­bəy­i­nə çe­vi­rən əsas amil­lər ol­maq­la özünə­məx­sus­luğu ilə se­çi­lir.

İlyas Əfəndiyevin nəsrində bir əfsunluq, yaxşı mənada bir əfsanəvilik var. Xalq əfsanələrinə meyil yazıçının təbiətində əfsa­nə­viliyə meyildən irəli gəlmişdir. «Qa­rı dağı», «Apardı sellər Sa­­ranı», «Qəhrəman ilə bülbülün nağılı» və başqa hekayələri kifayətdir ki, oxucunu İlyas Əfəndiyev nəsr tilsiminin əsiri etsin. Bu hal təkcə onunla əlaqədar deyil ki, yazıçı öz oxucusunu əfsanənin şirin dünyasına çəkib aparmaq istəyir. Bu hal həm də yazıçının təs­­vir və təhkiyə dilindən irəli gəlir. Bir var, əfsanədən yazasan, bir də var, əfsanəvi bir dil ilə yazasan. İlyas Əfəndiyevin qüdrəti bu ikinci haldadır - dilinin füsunkarlığındadır. Elə bir yaşda deyi­lik ki, gənclik hərarəti ilə hər bir kiçik təsirli və zərif detaldan eh­tizaza gələk. Amma mən indinin özündə də onun «Qəhrəman ilə bülbülün nağılı» hekayəsini oxuyanda ifadə edə bilməyə­cə­yim son dərəcə dəruni duyğular keçirirəm. 7 düş­mən öldürüb, 18 ya­ra almış qəhrəmanın ölüm səhnəsi yuxu ilə reallıq arasındakı əla­qələrin vəhdəti şəklində o qədər sadə, lakin o qədər ecazkar nəql edilir ki, oxuduqca titrəyir­sən, hər sətirdəki əfsanəviliyi ürək dö­yün­tüləri ilə izləyirsən:

«Bülbül yaralı bir qəlb kimi çırpınaraq oxuyur, oğlan yıxıldığı yerdə qımıldanmadan yatıb qalırdı. Onun al qanı parçalanmış köksündən axıb ətrafdakı ağ nərgiz güllərini qızardırdı.

Bülbül bir an susub meşənin sükutunu dinlədi və təkrar oğlana baxaraq elə fəğan qopardı ki, yaralı titrəyərək göz qapaqlarını qal­­dırdı. Sonra əllərini yerə dirəyib azca dikəldi. Dumanlı göz­lərini ətrafa gəzdirərək, çiçəklər arasında oxuyan bülbülü gördü. Do­daq­­larına solğun bir təbəssüm qondu...

Oğlanın baxışlarından ildırımlar qopdu. O, yaralı pələng kimi iniltili bir ah çəkib, yenə də otların üstünə yıxıldı.

...Bülbül qanadlarını çiçəklərə çırparaq yerindən qopdu və bir an çəkmədi ki, oğlanın üzünə kəpənək qanadı qədər xə­fif bir gül düşdü.

Oğlan bu qəribə gülün təmasından diksinib gözlərini açdı. Oğ­lana elə gəldi ki, bu hansı bir əziz xatirəninsə yadigarıdır...

Nəhayət, oğlan qəribə bir yuxu gördü; gördü ki, kəndlə­ri­nin üst tərəfindən axan çayın qırağında dayanmışdır. Birdən çayın gü­müşü suyu içindən ağ paltarlı bir qız çıxıb ona yanaş­dı. Oğlan qızı tanıdı: bu, o idi.

Qızın qucağı, saçları yabanı qızılgüllərlə dolu idi...

Quca­ğın­dakı gülləri oğlanın üstünə səpdi. Oğlan üzünə də­yən gül­­­lə­rin rayihədar, xəfif təmasından gözlərini yalnız bircə dəfə qır­­­pıb açdığı zaman qızın durduğu yerdə ağ bir göyərçin gör­dü.

Göyərçin qanadlarını çalaraq havaya qalxdı. Oğlan onu tutub saxlamaq istəyirmiş kimi, əllərini qaldırdı və birdən bu əl­lər qar­tal qanadlarına çevrilib onun ağır vücudunu qəribə bir yün­gül­lüklə yerdən üzdü.

Onlar getdikcə bir-birinə yaxınlaşıb, nəhayət, qoşalaş­dı­lar. Son­­ra alov rəngli buludlardan keçərək, göylərin sakit, ma­vi ən­gin­liklərinə yol aldılar».

Poeziya budur. 18 yara almış qəhrəmanın ruhunun tədricən bə­dəni tərk edərək göy­lərə necə ucaldığını və bu tədricilik mə­qamında öz sevgisini də özü ilə necə apardığını yazıçı heyrətamiz bir dil ilə təsvir et­mişdir. Bülbülün çılğın və dəhşətli fəryadı sev­gilinin «get­mə» deyən fəryadlarıdır. Ağ göyərçin artıq susan, din­cələn, əbə­­diy­­yə­tə qovuşmaqda olan, əzab və ağrılardan qurtaran in­­san ruhunun yol yoldaşı, artıq fəğana, fəryada ehtiyac olma­dı­ğını bildiyindən qoşa yüksələn sevgilinin ruhudur. Təsvir qəh­rə­manın zahirən ağrı­sız görünən, məsum və məsud şəkildə, dodaq­la­rında quruyan təbəssümlə, mərdlik və rəşadətlə, məhəbbət dolu bir ürəklə göy­lərə yük­səl­di­yini son dərəcə emosional ifadə edir. Qanı soğulmuş bədənin təd­ri­ci rahatlığı, çox yüngülüklə göylərə yüksəlməsi nə qədər real, həm də nə qədər əfsanəvi və kədər­lidir! Adətən, deyərlər ki, ürəyi yaralı bir quş kimi çırpınırdı. Bur­da qiyas əksinədir - «yaralı bir ürək kimi çırpınan bülbül...» Təs­vi­rin şirinliyindən fikir verməyə macal tap­madığımız məcazlar da etibarla seçilmişdir. Bütün bunların nəti­cəsində hekayə son dərə­cə böyük ustalıq və istedadla yonulmuş zə­rif bir heykəl kimidir.

Əfsanəviliyi yaradan təsvir və detallar çox rəngarəngdir. Sev­gidə dönməzlik, saf duyğu və düşüncələr, misilsiz lirik təsvirlərlə yanaşı, təbiətlə insanın vəhdəti, insanlar arasında yaramaz əməl­lər­dən qeyzə gələn təbiət: «...bir gün hava tutuldu. Günəş bulud­lar arasında gizləndi. Araz «qan-qan» dedi. ...İldırım çaxaraq qoca dağın şiş təpəsini parçaladı. Sular qayalara çarparaq hiddətlə səs­ləndi. Dərələr uğuldadı. Muğan titrədi...» Xançobanın aranda qo­yub getdiyi gözəl sevgilisi Saranı yadeli şah özünə hərəm etmək istərkən təbiət bu cür qeyzə gəlir, Saranın yadelli düşmən əli ilə ləkələn­mə­sinə imkan vermir.

Hələ Saranın təsviri: « Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibtə etdi. Aşıqlar hüsnünə dastan dedilər. Sorağı el­lə­rə yayıldı. İgidlər dərdə düşdü..» Silsilə yarı real, yarı meta­fo­rik təsvirlər oxucunun şüurunda hekayəni dastanlaşdırır.

İş də bundadır ki, mən bunları indi demirəm, 40-a qədər nəslin auditoriyasında nəsil-nəsil tələbələrə şer kimi əzbər söyləmişəm, yaz­dırmışam. Və bu gün də İlyas Əfəndiyev nəsrindən əzbər bil­diyim neçə-neçə bu cür nümunələr mənə eyni dərəcədə ləzzət verən ən gözəl ədəbi dil nümunələridir.

«Körpüsalanlar» əsl gənclik əsəridir. «Geriyə baxma, qoca» müd­­rikliklə yaranmışdır və müdrikliyi təbliğ edən əsərdir - müd­rik adamların kitabıdır.

İlyas Əfəndiyevdə düşmənə nifrət motivləri də unudulması mümkün olmayan detallarla təsvir edilmişdir. «Qa­rı dağı» hekayə­si düşmənə nifrət, yağılardan qisas duyğularını təlqin edən güclü bir nümunə üzərində qurulmuş qiymətli sənət əsəridir. Hekayə ya­ğılar tərəfindən məhv edi­lən bir elin intiqamını zalım şahdan çox böyük ustalıqla alan, «İndi mənim zəbun olduğuma baxma, istəsəm səni dirildərəm, is­təsəm öldürərəm» məntiqi ilə özünü fə­da edən bir qarının təs­vi­rinə həsr edilmişdir.

Xalqımızın keşməkeşli tarixi çox uzundur. Yazıçı lazımdır ki, qəhrəmanlıq və faciələrlə dolu tariximizin səhifələrini vərəqləyib bədii əsərlərində əbədiləşdirə bilsin. Tu­tarlı bədii-tarixi əsər ta­rixi həqiqəti tarix kitablarından daha yaxşı ortaya çıxara bilir, ta­ri­xi şəxsiyyətlərimizi yadda saxlamağa daha çox kömək edir. İl­yas Əfəndiyevin bədii nəsri və xüsusilə dramaturgiyası fa­ciələrlə dolu tariximizin həqiqi salnaməsidir.

İİly­as Əfən­diy­e­vin di­li və ori­ji­nal üslub ger­çək­lik­lə­ri gənc na­sir­lər üçün mək­təb ol­maq­la ya­na­şı, yüzil­lik­lər ke­çi­din­də XX əsr Azər­bayc­an bə­dii di­li­nin şi­rin­liyi və gö­zəl­liyi tim­sa­lı ki­mi da­im hey­­rət doğ­u­rac­aq­dır.

27.09.2001

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az