BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

R.Rza - 90

ŞAİRİN POEZİYA DİLİ

XX əsr so­na yet­di və xa­ti­ri­miz­də bir sı­ra böyük po­eziya us­ta­la­rı qal­dı. Ar­tıq qə­dim və zə­ng­in Azər­bayc­an ədə­biy­ya­tı­nı S.Vur­ğ­un, S.Rüstəm, R.Rza ki­mi qüdrət­li sə­nət­kar­la­rı nə­zə­rə al­ma­dan tə­səvvür et­mək qey­ri-mümkündür.

S.Rüstəm ya­ra­dıc­ı­lığı ilə il­kin ta­nı­ş­lıq gö­s­tə­rir ki, şa­i­rin poe­zi­y­a­­sı bi­zim zə­ng­in əruz ədə­biyy­a­tı üzə­rin­də kök­lə­nib. S.Vu­r­ğun müa­siri O.Sa­rı­vəl­li, H.Arif və baş­qa­la­rı ilə bir­lik­də böyük bir xət­tin - Qur­ba­ni, Va­qif, Za­kir, Alı, Ələ­s­gər xət­ti­nin su­al­tı axın­la XX əsrdə üzə çı­xan böyük şa­ir­lə­rin­dən­dir. Bu cə­hət­dən R. Rza­nın poe­ziy­a­sı ca­van görünür - sər­bəst şeir XX əs­rin məh­su­lu ki­mi nə­zə­rə çar­pır. Əs­lin­də isə, uzun­lu-gö­dək­li, də­qiq he­ca ölçüsü ol­may­an bu şe­rin tari­xi da­ha qə­dim­dir - «Də­də Qor­qud»dan gə­lir. Ritm və al­li­te­ra­siyaya əsas­la­nan «Də­də Qor­qud» şe­ri ilə ya­na­şı, R.Rza Ni­za­mi, Sabir, Füzu­li ki­mi klas­sik­lər­dən öy­rə­nib.

Aka­de­mik M.Ari­fin qeyd et­diyi ki­mi, R.Rza­nın poe­zi­ya­sı, hər şey­dən əv­vəl, fi­kir po­eziy­a­sı­dır. Fi­kir po­ezi­ya­sı isə çox za­man hər bir kəl­mə­si ye­rin­də olan, vəz­ni, qa­fiy­ə­si su ki­mi axan, la­kin oxu­yub qur­tar­dıq­dan so­nra in­san bey­nin­də heç bir iz bu­rax­may­an poe­zi­y­a­nı qə­bul et­mir. La­kin tə­əssüf ki, bir çox müa­sir po­eziya nümu­nə­lə­ri bu cə­hət­dən çox yüklüdür, ona gö­rə də se­vil­mir, oxun­mur, klas­sik hik­mət do­lu po­eziy­a­nın qar­şı­sın­da du­ruş gə­ti­rə bil­mir. Böyük Şə­h­riy­a­rın aşağ­ı­da­kı söz­lə­ri tə­sadüfi dey­il­dir:

 

Nə gü­nə qa­lıb­dı görün şe­ri­miz,

İn­di yan ke­çi­rik görüb şe­ri biz.

Qal­xa­nı­mız idi şeir bir za­man,

İn­di şeir ox­dur, özümüz qal­xan.

 

Sa­dəcə ola­raq bu əsas­la «sər­bəst şeir» dey­i­lən şeir for­ma­sı şai­rin qəl­bi­nə yat­mış, R.Rza­nı ölçülü-bi­çi­li la­zım­sız kəl­mə­lər­dən xi­las etmiş­dir. R.Rza V.V.Ma­ya­kov­ski­dən əv­vəl doğ­ul­muş, on­dan qa­baq ya­ra­dıc­ı­lığa ba­ş­la­mış ol­sa idi, fi­k­ri­mizcə, ye­nə bu for­ma­nı se­çər­di. V.V.May­a­kov­ski ilə ya­xın­lıq, V.V.May­a­kov­ski­ni tərcü­mə də bu is­təy­in, bu uyğ­un­luğ­un nə­tic­ə­si say­ıl­ma­lı­dır.

Mə­lum­dur ki, bir müddət şa­i­rin for­ma ax­ta­rı­ş­la­rı bir çox­la­rı tə­rə­fin­dən bəy­ə­nil­mə­miş, müba­hi­sə­lə­rə sə­bəb ol­muş­dur. La­kin şa­ir öz yo­lun­dan dön­mə­miş, ye­ni şe­ri, məz­mun və for­ma ye­ni­lik­lə­ri­ni an­la­may­an­la­ra ay­dın ca­vab­lar ver­miş, «Mə­nim ar­zum» (1955), «Na­tiq de­di ki» (1954), «Ar­zu» (1959), «Xoş gəl­din» (1958), «Qa­fiyə» (1957), «Şeir di­li» (1958) və b. şeir­lə­rin­də da­ha çox is­ti­fa­də et­diyi sər­bəst şeir for­ma­sı­na, vəzn, qa­fiyə mə­sə­lə­lə­ri­nə es­te­tik müna­si­bə­ti­ni bil­dir­miş­dir. Tən­qi­din hücum­la­rı ilə şa­ir da­ha çox 50-ci il­lər­də qar­şı­laş­ma­lı, çar­pış­ma­lı ol­muş­dur. «Mə­nim ar­zum» şe­rin­də «Mən nə is­təy­i­rəm?» su­a­lı­na qəl­bin­dən ke­çən ar­zu­la­ra müva­fiq dü­şün­cə­lər­lə ca­vab ve­rən şa­ir: «Heç ol­maz­sa, şeir, sə­nət dar­ğa­sız ol­sun. La­lə­ni, bə­növ­şə­ni bə­zək üçün, vəzn üçün şe­ri­mi­zə so­xmay­aq» - deyə poeziy­a­da köh­nəl­miş adət­lə­rə, təs­beh də­nə­lə­ri ki­mi bir-bi­ri­nə bən­zəy­ən, min il­lər­lə tək­rar-tə­k­rar iş­lə­di­lən təş­bih­lə­rə, məz­mun­suz qafiy­ə­pər­daz­lığa eti­ra­zı­nı bil­dir­miş­dir.

«Na­tiq de­di ki» şe­rin­də es­te­tik fi­kir da­ha ge­niş­dir. Vəz­ni, qa­fiyə­si, mi­s­ra­la­rın ölçüsü klas­sik for­ma­la­ra uy­ğun gəl­məy­ən şeir­lə­ri bəyən­məy­ən­lə­rin «cağ­lı ara­ba tə­kə­ri­ni təyy­a­rə­dən doğ­ma, əziz bil­dik­lə­ri­ni» qeyd edə­rək şa­ir ya­zır­dı:

 

Dey­ir­lər ki, şe­rin sə­tir­lə­ri bə­ra­bər ol­sun gə­rək;

köh­nə ala­çıq cığ­la­rı ki­mi.

Qa­fiy­ə­lər xı­na­lı ol­sun,

köh­nə bir qo­çu­nun bığ­la­rı ki­mi.

...Söz­lər gə­rək on­la­ra ta­nış ol­sun -

Kəb­lə Fat­ma­nın ba­lağı ki­mi...

Sözün var, söz da­nış! Ar­şın alıb öl­ç­mə

sə­tir­lə­rin boy­u­nu!

Sə­tir­lər müxtə­lif olur, oğ­lan!

Şeir də həy­a­tın bir par­ça­sı­dır.

Ye­ni yol­la­rı biz aç­ma­saq, kim aça­sı­dır?

 

Bu cür şeir­lər­də R.Rza­nın nə­fə­si da­ha ay­dın duy­ul­maq­da­dır. Şeri özün oxuy­ur­san, am­ma elə bil, ya­nın­da du­rub şa­iri dinləyir­sən.

Ye­ni şe­ri qə­s­dən ba­şa düşmək is­tə­məy­ən­lə­ri, müha­fi­zə­kar düşün­cə­ni rədd edə­rək dey­ir­di:

 

Şe­rin di­li ay­dın­dır,

O qə­dər ay­dın­dır ki,

Na­dan yüz yol oxu­sun -

ye­nə bir şey an­la­maz.

 

R.Rza ye­ni fi­k­ri ye­ni for­ma­da ifa­də et­mək tə­ləb­lə­ri ba­xı­mın­dan söz ya­ra­dıc­ı­lığı sər­həd­lə­ri­ni də vu­rub ke­ç­miş, qram­ma­tik nor­ma­lar şa­i­ri «tə­min et­mə­miş», bu­na gö­rə də ədə­bi dil­də qu­laq­la­rı­mız alış­ma­dığı söz­lər dü­zəl­dib iş­lət­miş­dir:

Böy­lə fa­teh­lər­lə əsrda­şam mən. Bay­rağ­ı­mız qı­zıl quş ki­mi qon­du yer­ba­şı­nın ya­xa­sı­na. Xalq gündə yu­bi­ley­ləy­ir, al­tı­ay­lıq, bi­ril­lik. Yu­bi­ley­çi­lər coş­du­lar, tə­b­rik üstündən təb­rik. Kə­nar dur­ma, yan qa­ç­ma mərd üzünü gördüyün do­stun­dan, iş­da­şın­dan . Mən sə­nin ilk se­vg­i­lin, sən mə­nim könülda­şım . Yuya bil­məz lə­kə­si­ni, aç­san bu­ra bütün Or­ta də­ni­zi. Qırx bir il bun­dan qa­baq Hə­sən ana­dan olub, ya Qum­da­ş­it­ti­fa­qın sək­kiz ili ta­mam­dır. « Az­qa­rğı bir­li­y­i­nin» bütün şö­bə­lə­rin­də Qən­bər­li­nin həy­a­tı təh­lil olun­du ge­niş və s.

Şa­ir adə­ti üzrə iş­lət­diy­i­miz «könül yol­da­şı» əvə­zi­nə könüldaş , «Ara­lıq də­ni­zi» əvə­zi­nə Or­ta də­niz , «əsr yol­da­şı» əvə­zi­nə əsrdaş, «qütb» əvə­zi­nə yer­ba­şı , «yu­bi­ley edir» əvə­zi­nə yu­bi­ley­ləy­ir (və «yu­­bi­ley edən­lər» əvə­zi­nə yu­bi­ley­çi­lər ), «iş yol­da­şı» əvə­zi­nə iş­daş, « şeir ya­zan» əvə­zi­nə şer­çi , «ix­ti­sar olu­nun», «iş­dən çı­xın» əvə­zi­nə ix­ti­sar­la­şın iş­lə­dir, iki sözü bir söz­lə, alın­ma sözü mil­li söz­lə əvəz edir. Ma­raq­lı­dır ki, şa­i­rin 30 - 40 il əv­vəl pa­ro­diya ob­yek­ti ki­mi işlət­diyi Qum­da­şit­ti­faq, Az­qa­rğı bir­liyi ki­mi bir­ləş­mə­lər in­di ay­aq tu­tub ye­riy­ir.

Də­də Qor­qud po­eziy­a­sı ki­mi, R.Rza po­eziy­a­sı da məz­munca dolu ol­maq­la ya­na­şı, da­ha çox rit­mə, al­li­te­ra­siy­aya əsas­la­nır. La­kin bu şeir qa­fiy­ə­siz də dey­il və ək­si­nə, deyə bi­lə­rik ki, şa­i­rin ya­rat­dığı qa­fiy­ə­lər da­ha tu­tar­lı və da­ha ori­ji­nal­dır. La­kin bə­zən qa­fiyə bi­zim göz­lə­diy­i­miz ki­mi, ikinci mi­s­ra­nın so­nun­da dey­il, sər­bəst for­maya uyğ­un sə­pə­lən­miş bir ne­çə mi­s­ra­dan so­nra özünü gö­s­tə­rir:

 

 

Sən də ki­şi qoy­mu­san adı­nı,

Rüşvət alıb sax­lay­ır­san ar­va­dı­nı.

Gözümə so­xma

Bir günlük kef məc­li­si­nə

Bəs elə­məz ma­a­şı­nı.

Hə­lə­lik gir­lə­sən də ba­şı­nı ,

Hə­lə­lik sax­la­san da

Yez­nə­nin adı­na yaz­dır­dığ­ın

Tə­zə «Vol­qa» ma­şı­nı ,

be­lə get­məz...

 

Ya­xud:

 

O yo­ruq bil­məz vücu­dun

sa­də qəl­bi yo­rul­du.

Son də­fə vur­du...

dur­du.

 

R.Rza­nın bütün şeir­lə­ri sər­bəst vəzndə dey­il­dir. Klas­sik janrlar­da və el ədə­biyy­a­tı üslu­bun­da zə­ng­in ədə­bi ir­si var­dır və bu sil­si­lə­dən olan şeir­lə­ri ori­ji­nal po­etik fi­qur­lar əsa­sın­da ya­ran­mış­dır. Mə­sə­lən, «Ya­dı­ma düşdü» (1938) şe­rin­də o mə­lul dur­mağ­ın, boy­nu­nu bur­mağ­ın, min oy­un qur­mağ­ın, o tum­bul ya­nağ­ın, kör­pəcə dır­na­ğın, ay­ağa dur­mağ­ın, çə­çə­lə bar­mağ­ın və s. ki­mi tə­bii və sə­mi­mi bəndara­sı qa­fiy­ə­lər ye­nicə ad­dım at­mağa ba­ş­lay­an kör­pə­nin həy­a­ti ci­zg­i­lə­ri­ni çox tə­bii ifa­də edir. Ya­xud: Bu­xa­rı­da alı­şır qu­r u ar­çan odu­nu, Göz ya­şıy­la qu­ru­dur qa­rı hic­ran odu­nu - ki­mi omo­form­la­ra şa­ir da­ha çox meyil­li ol­muş­dur.

Küll ha­lın­da nə­zər­dən ke­çir­dik­də hiss edir­sən ki, çey­nən­miş ifa­də­lə­rə ni­frət edən şa­ir fi­k­rin ye­ni və ob­raz­lı müqay­i­sə­lər­lə ifa­də­sin­dən ləz­zət al­mış­dır. Şa­i­rin po­eziya di­li­nin can­lı­lığ­ın­da po­etik kəşf səc­iyy­ə­li ye­ni müqay­i­sə­lə­rin ro­lu böyükdür. Müqay­i­sə­lər­də bən­zə-yən­lə bən­zə­di­lən ara­sın­da giz­li ra­bi­tə müəl­lif tə­rə­fin­dən us­ta­lıq­la üzə çı­xa­rıl­mış­dır:

Bir ya­nım­da ömür ki­mi axır su. Tom qa­ra­dır, ana­sı­nın gö­zü ki­mi . Pa­ri­s­də bu gün ye­nə ha­va tut­qun­dur; min­lər­lə fran­sı­zın könlü ki­mi. Məc­li­sin süku­tu par­ça­la­nır, daş dəy­miş pən­cə­rə şüşə­si ki­mi. Sev­dim sə­ni həy­at ki­mi . Yağı qı­v­rı­lan­da bir ilan ki­mi ... Tər­lan yu­va­sı­nı qo­ruy­an ki­mi ... Vəd­lər, qa­ran­ti­lər «inam­lı», «qüvvət­li­dir» - yed­di ac qurd ara­sı­na düşmüş bir dər­vi­şin du­a­sı ki­mi . Külək ac it ki­mi vur­nu­xur və s.

Aşağ­ı­da­kı mi­s­ra­lar se­vg­i­li­sin­dən uzaq düşmüş əs­gə­rin kə­dər­li düşüncə­lə­ri­ni tə­sir­li və əf­sa­nə­vi bir dil ilə an­dı­rır:

 

Hər za­man qəl­bin­də sax­la ye­ri­mi,

qu­m­ru­dan ay­rıl­mış bir qə­fəs ki­mi.

Mən də unut­ma­ram de­dik­lə­ri­mi,

sax­lay­a­ram sə­ni son nə­fəs ki­mi.

Ha­di­sə­lə­rin göz­lə­nil­məz müqay­i­sə­si po­etik ta­pın­tı ki­mi diq­qə­ti cəlb edir:

 

Ax­şam! Ya­zıq ax­şam! Ya­zıq ax­şam!

Mən­dən də tək­mi­sən ki,

bir kö­lg­ən be­lə yox­dur? -

mi­s­ra­la­rın­da şa­ir in­sa­nın yal­nız­lığ­ı­nı kö­lg­ə­si ol­may­an və əs­lin­də, özü kö­lg­ə­dən iba­rət olan ax­şam­la mü­qa­­yi­sə et­miş­dir.

R.Rza sözün me­ta­fo­rik tu­tu­mu­na xüsu­si diq­qət ye­tir­miş, giz­li müqay­i­sə­lə­rin ar­xa­sın­da mücər­rəd var­lıq­lar şai­rin qə­lə­mi ilə us­ta­lıq­la şəx­slən­di­ril­miş­dir:

Əq­rəb­lə­rin uc­un­dan za­man əriy­ib düşür sa­niyə dam­la­lar­la. Su­­lar daş­dan-da­şa axır tökülür, çın­qıl­lar için­də uğ­u­nub gülür. Çün­ki bur­da azad­lığ­ın də­ri­si­ni çox­dan soy­ub­lar. Göy­lə­rin qu­la­ğı­na gün qı­zıl sı­rğa tax­dı. Qa­ra də­niz nə­fəs alır ya­vaş-ya­vaş, ağır-ağ­ır. Bur­da ha­va kör­pə uşaq ki­mi­dir, gah tu­tu­lur, gah ağ­lay­ır, gah gülür. Hündür çi­nar bu­daq at­mış, qol at­mış, Öz öm­ründə çox əsr­lər qoc­alt­mış. Könül gü­lər göz gü­lən­də. Azad gənc­lik qa­bağ­ı­na şe­rim gü­lə-gü­lə çıx­sın.

Po­eziya di­li müba­liğ­ə­siz ol­maz, - bu, ay­dın­dır. La­kin R.Rza po­e­ziy­a­sın­da müba­liğ­ə­lər də ic­ti­mai fi­k­rin qa­ba­rıq ifa­də­si­nə yö­nəl­dil­mişdr. Müqay­i­sə və me­ta­fo­ra­lar, ko­mik və li­rik müba­liğ­ə­lər ni­frət və mə­həb­bə­tin, şa­i­rin tə­bii his­slə­ri­nin əks qütblər üzrə amp­li­tud­la­rı ki­mi çı­xış edir:

Gec­ə­lər aya bax, ul­duz­la­ra bax,

göz­lə­ri­miz or­da bir­lə­şəc­ək­dir.

Könlün ay­na­sın­da, a cey­ran say­aq,

eş­qin qə­lə­miy­lə şək­li­mi çək­dir.

 

Bir tən­qid­çi, dünən gördüm,

yet­miş də­nə qə­ləm alıb,

pul ver­miş­di qırx bağ­la­ma kağ­ı­za da.

 

Şa­ir ye­ri gə­lən­də be­lə böh­tan­çı tən­qid­çi­lə­ri söy­mək­dən də çə­kin­mə­miş­dir:

 

Ax, ano­nim­çi!

Ax, ano­nim!

Sə­nin bac­ı­nı, ana­nı...

Ağ­lar gö­rəy­dim.

 

Şa­i­rin ya­ra­dıc­ı­lığ­ın­da nə­zə­ri cəlb edən mühüm xü­su­siyy­ət­lər­dən bi­ri də əla­qə­si ol­may­an ha­di­sə­lə­rin göz­lə­nil­məz əla­qə­lən­di­ril­mə­si­dir. Bir mi­s­ra­da müxtə­lif ha­di­sə­lə­ri emo­si­o­nal şə­kil­də bir­ləş­dir­mək im­ka­nı ve­rən bu üslub oxuc­u­nu oy­a­dır, düşündürür, göz­lə­nil­məz ye­ni fi­kir­lər üçün ay­ıq sax­lay­ır: Ta­bu­nun si­la­hı yox idi. Bi­rinci döyüşdə düşmən­dən bir ya­ra, bir də si­lah al­dı. Qa­ra­saç­lı bir qız bi­let və tə­bəssüm sa­tır . Bu cür göz­lə­nil­məz əla­qə­lən­dir­mə­lər əla­və­lər­lə bir­lik­də da­ha tə­sir­li­dir: Dünya­da ta­un, ilan - fa­şizm ol­ma­sın deyə si­nə­mi dön­dər­mi­şəm bu gün qı­zğ­ın cəb­həyə - mi­s­ra­la­rın­da «ta­un» və «ilan» ya­na­şı qoy­ul­muş, «ilan» de­dik­də fa­şizm nə­zər­də tu­tul­muş­dur.

Şa­ir hə­lə «Rə­ng­lər» sil­si­lə­si­ni qə­lə­mə al­maz­dan da­ha əv­vəl­lər bir rə­ng­in ne­çə ça­la­rı ol­duğ­u­nu, bir rə­ng­də ək­s­lik­lə­rin necə bir­ləş­diy­i­ni müşa­hi­də et­miş və ay­rı-ay­rı şeir­lə­rin­də bu cür rə­ng ça­lar­la­rı­nın in­san tə­biə­tin­də də bir­ləş­diy­i­ni gö­s­tər­miş­dir:

 

İn­san var ki, simü zər nə­sib ol­muş,

İn­san var ki, tünd bi­bər nə­sib ol­muş.

İn­san var ki, nə ça­rıq­dır, nə də kö­şə.

İn­san var ki, tut qı­çın­dan at da­lı­na,

ağ­zı ha­ra düşə-düşə!

Tə­bii ger­çək­liy­in: « Yol uzun, ömür qı­sa; Ölüm ar­xa­dan gə­lir həy­a­tı bu­sa-bu­sa» - tip­li tə­bii tə­s­vi­ri ilə ya­na­şı, göz­lə­nil­məz əks əla­qə­lən­dir­mə­lər (an­ti­te­za­lar) da şai­rin sö­zə ic­ti­mai məz­mun ve­rə bil­mə us­ta­lığ­ı­nın nə­ti­cə­si­dir:

 

Əy­il­məy­ən bay­raq­lar öpdü o gün

öl­məy­ən bir can­sı­zın

böyük mə­zar da­şı­nı.

 

Ya­xud:

Əy­nim-ba­şım is­ti­dir,

Üşüyürəm is­ti­dən.

R.Rza şe­ri­nin güclü tə­rə­f­lə­rin­dən bi­ri də şa­i­rin ümu­mi­ləş­dir­mə bac­a­rığı ilə bağ­lı ol­muş­dur. Şa­ir ic­ti­mai həy­a­tın ye­ni­lik­lə­ri­ni, ya­xud za­ma­nın böyük bə­la­la­rı­nı ki­çik bir şeir­də us­ta­lıq­la ümu­mi­ləş­di­rə bilmiş­dir. Bə­şər öv­la­dı­nın fə­la­kət­lə­ri aşağ­ı­da­kı mi­s­ra­lar­da us­ta­lıq­la sin­tez edil­miş­dir:

Ev­lər gördüm - külə dönmüş, çay­lar gördüm - qup­qu­ru...

Kör­pə gördüm - do­dağ­ın­dan dam­la-dam­la qan sı­zır.

Qoca gördüm - əy­il­miş­di si­nə­si­nə ağ ba­şı,

Bacı gördüm - ye­rə di­ri ba­s­dı­rıl­mış qar­da­şı,

Ana gördüm - bir gec­ə­də qa­ra sa­çı ağ­ar­mış...

Çox do­laş­dım, çox şey gördüm vəh­şi­lik­dən ni­şa­na!

 

Ev­lər gördüm, çay­lar gördüm, kör­pə gördüm, qoca gördüm, ba­cı gördüm, ana gördüm, çox do­laş­dım, çox şey gördüm - tək-tək in­san­la­rın dey­il, küll ha­lın­da bə­şər öv­la­dı­nın fə­la­kət və iz­ti­rab­la­rı­nı bir­ləş­di­rir. Bu cür ümu­mi­ləş­dir­mə nə­­tic­ə­si­dir ki, R.Rza­nın bir çox mi­s­ra­la­rı hik­mət­li cüm­lə­lər şək­lin­də­dir:

 

Ay­rı­lıq de­diy­in duz­lu bir su­dur,

iç­dikcə köz ki­mi yan­dı­rac­aq­dır.

 

Li­rik plan­da bu cür mi­s­ra və beyt­lə­ri dil­lər əz­bə­ri­dir:

 

Mən sə­nə gül de­mə­rəm,

Gülün ömrü az olur.

Sən aç­mı­san qa­pı­mı ya­sə­mən­lər açan­da...

 

Aşağ­ı­da­kı mi­s­ra­lar­da şa­ir ad­lıq cümlə­lər ad­lan­dır­dığ­ı­mız qı­sa və yığc­am cümlə­lə­rin kö­məyi ilə müha­ri­bə­nin dəh­şət­lə­ri fo­nun­da in­san tə­bi­ə­tin­də­ki dön­məz­liy­in böyük mən­zə­rə­si­ni ümu­mi­ləş­dir­miş­dir:

 

Te­rek sa­hil­lə­ri. Don sa­hil­lə­ri.

Boz şi­nel. Av­to­mat. Göz­lər­də bir kin...

Du­man­dan ay­rı­lan o qış sə­hə­ri

ya­dım­da­dır sə­nin Qər­bə get­diy­in.

 

Nəsrdə S.Rə­hi­mov, B.Bay­ra­mov ki­mi ya­zı­çı­la­rı­mı­zın çox iş­lət­dik­lə­ri və gücündən böyük mə­ha­rət­lə is­ti­fa­də et­dik­lə­ri qo­şa söz­lər R.Rza qə­lə­mi ilə po­eziy­a­da ge­niş vüsət qa­zan­mış, şa­ir qo­şa söz­lər­lə tə­s­vir et­diyi ha­di­sə­lə­rin məz­mu­nu­nu çox zə­ng­in­ləş­dir­miş­dir. Şu­mer­lər­dən üzü bə­ri türk dil­lə­rin­də ge­niş şə­kil­də iş­lə­di­lən qo­şa söz­lər böyük ümu­mi­ləş­dir­mə gücünə ma­lik olub ifa­də et­diyi əşy­a­nın, əla­mə­tin, hə­rə­kə­tin tükən­məz­liyi an­layı­şı­nı ya­ra­dır:

Dərya-dərya mə­həb­bət. Öl­kə-öl­kə ölüm, qan. Nə­sil-nə­sil göz ya­şı. Mək­təb-mək­təb uşaq­lar. Nəğ­mə-nəğ­mə küçə­lər. Tə­pə-tə­pə da­l­ğ­a­lar.İn­san­lar şə­hər-şə­hər. Gümüş şeh damcı-damcı. Sə­hər­lər nur­lu-nur­lu. Zə­mi­lər sünbül-sünbül. Tor­paq­lar əkin-əkin .Çöl, dərə bu­laq-bu­laq.

Sə­nət sir­lə­ri­nin qeyd et­diy­i­miz bu bir ne­çə nümu­nə­si R.Rza dünya­ba­xı­şı­nın ori­ji­nal ifa­də va­si­tə­lə­ri­dir. Bun­lar kom­pleks şə­kil­də şa­i­rin po­etik üslu­bu­nu səc­iyy­ə­lən­di­rir. Ey­ni po­etik fi­qur­lar­dan is­ti­fa­də edən bir çox baş­qa şa­ir­lə­ri­miz­dən fər­q­li ola­raq, bun­lar R.Rza poeziy­a­sın­da son də­rəcə can­lı­dır, di­ri­dir, ona gö­rə də şa­i­rin po­eziya­sın­da ten­den­siya ay­dın və güclüdür. Bun­lar­la ya­na­şı, R.Rza po­eziy­a­sın­da elə bir cə­hət də var ki, şa­i­rin bütün şeir­lə­rin­dən bir xətt ki­mi ke­çir. Bu, sə­mi­miyy­ət­dir. Şa­i­ri bir şa­ir ki­mi gə­ləc­əyə apa­ran da, fik­ri­mizcə, bu cə­hət­dir - Rə­sul Rza şe­rin­də­ki böyük sə­mi­miyy­ət! R.Rza in­san­la açıq da­nış­mağı, sə­mi­mi da­nış­mağı, özünün və qar­şı­da­kı şəx­sin qüsur­la­rı­nı böyük sə­mi­miyy­ət və cə­sa­rət­lə eti­raf et­məyi sevən bir şa­ir ol­muş­dur, söy­lə­diyi hər bir sözün ar­xa­sın­da inam­la day­an­mış­dır. Şa­i­rin hər bir kəl­mə­sin­də inam var­dır. Bu cə­hət həm ic­ti­mai-siy­a­si ha­di­sə­lə­rin tə­s­vi­rin­də, həm də li­rik plan­da - mə­həb­bət möv­zu­sun­da yaz­dığı şeir­lər­də qa­ba­rıq şə­kil­də özünü gö­s­tər­mək­də­dir. Tək­bə­tək döyüşdə on bir fa­şi­s­tin onu­nu məhv edib, güllə­si qur­tar­dığ­ın­dan on bi­rinc­i­si­ni diş­lə­ri ilə boğ­ub öldürən Bəx­tiy­ar Kəri­mov haq­qın­da şe­ri bir da­s­tan­dır. Şa­i­rin Və­tən oğ­lu­na mə­həb­bə­ti tükən­məz­dir. Şeir elə doğ­u­lub ki, hə­zin bir mu­si­qi­ni an­dı­rır:

 

Külək qa­rı sə­pə­lər, - Bəx­tiy­ar!

Ağ gey­i­nib tə­pə­lər, - Bəx­tiy­ar!

Gecə qa­ra, yol uzaq, - qar­da­şım!

Göy­lər bu­lud, çöl-düz ağ, - qar­da­şım!

 

Ka­man ça­lan kim­dir o, - Bəx­tiy­ar!

Külək­mi, ya sim­dir o, - Bəx­tiy­ar!

Gənc­lik, həy­at şi­rin­dir, qar­da­şım!

Və­tən qat-qat şi­rin­dir, - qar­da­şım!

El­lə­ri­min ba­la­sı, - Bəx­tiy­ar!

Qəl­bi Və­tən qa­la­sı, Bəx­tiy­ar!..

 

Bu cür sə­mi­miyy­ət dünya­nın di­g­ər məz­lum xal­q­la­rı­nın, və­tən uğ­run­da, azad­lıq uğ­run­da döyü­şən in­san­la­rın təs­vi­rin­də də özünü gös­tə­rir. «Si-au» şe­rin­də müba­riz çin döyüşçülə­ri­nə ürək-di­rək verməyə, ta­ma­şa­lar gö­s­tər­məyə ge­dən ba­laca Si-au­nun çox gənc yaş­la­rın­da yan­ki­lər tə­rə­fin­dən boğ­a­zın­dan asıl­mış Dzin-ay haq­qın­da mah­nı­sı­nı şa­ir hə­zin bir nəğ­mə ki­mi səs­lən­dir­miş­dir:

 

Bir qa­ran­lıq gec­ə­də

Dzin-ay­ım yo­la düşdü.

Ay çıx­dı sağ tə­rəf­dən,

Kö­lg­ə­si so­la düşdü.

Yol uzun, gecə qa­ra,

Dzin-ay sə­fə­rin ha­ra?

Ürəy­in necə qız­dı

Sir­li qa­ran­lıq­la­ra?

Mə­nim do­stum, hay­a­nım,

Ba­laca par­ti­za­nım!..

Mə­həb­bət li­ri­ka­sın­da şa­i­rin se­vgi və is­təyi da­ha sə­mi­mi, da­ha zə­rif­dir. Bu cür şer­lər san­ki mu­si­qi ilə bir­gə ya­ra­nıb. «İn­saf da yaxşı şey­dir» şe­ri 50 ilə ya­xın­dır, aşi­qin sə­mi­mi yal­va­rış və gi­ley­lə­ri­ni ifa­də edən gö­zəl bir şeir ki­mi oxuc­u­la­rın könlünü ox­şay­ır:

 

Qə­ra­rı­mı kə­sən yar,

Söz de­mə­miş küsən yar!

Nə de­dim ki, inc­i­din,

De! Bu mən, yar, bu sən, yar!

Könlüm nəğ­mə­li ney­dir,

Di­lim do­lu gi­ley­dir.

Öldürdü na­zın mə­ni,

İn­saf da yax­şı şey­dir.

R.Rza­nın po­eziy­a­sın­da sə­nət sir­lə­ri­ni, böyük sə­nət­kar cə­sa­rə­ti­ni öy­rən­mək üçün çox şey var­dır və XX əs­rin məh­su­lu olan bu döyü­ş­kən po­eziya hə­lə ne­çə-ne­çə nəs­lin tər­biy­ə­si­nə, ədə­bi və es­te­tik inki­şa­fı­na kö­mək edəc­ək­dir.

27.02.2001

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az