BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

HƏSSAS QƏLBİN KÖVRƏK DUYĞULARI

Li­rik po­eziya in­san duyğ­u­la­rı­nın, in­sa­nın ürək döyün­tülə­ri­nin yüksək ifa­də va­si­tə­si­dir; gündə­lik həy­at­da in­sa­nın qəl­bin­dən ke­çən fi­kir və düşüncə­lə­rin, iz­ti­rab və kə­də­rin, se­vinc və nə­şə­nin hər bir şəx­sə nə­sib ol­may­an ifa­də tər­zi­dir. Ümu­mi­lik­də isə son də­rəcə mürək­kəb alə­min po­etik bir dil ilə müa­sir­lə­rə və gə­ləc­ək nəs­lə nəq­li­dir.

Bir çox­la­rı üçün şeir yaz­maq - dər­slik­lə­rə düşmək, bö­yük şöh­rət qa­zan­maq, klas­sik şa­ir­lər­lə bir cə­rg­ə­də dur­maq məq­sə­di da­şı­mır, qey­ri-ira­di tə­ləb­lə həs­sas qəl­bin çır­pın­tı­la­rı­nı kağ­ı­za köçürüb do­st­la­ra, qo­hum­la­ra, ət­raf alə­mə yay­maq, ya­şan­mış za­ma­nın duyğ­u­la­rı­nı əbə­di­ləş­dir­mək, ki­çik bir ya­di­g­ar ki­mi gə­ləc­ək in­san­la­ra çat­dır­maq is­təy­in­dən irə­li gə­lir. Şeir bütövlükdə, adə­tən, saf və tə­miz, ti­t­rək və həs­sas qəl­bin məh­su­lu ol­duğ­un­dan bu zə­rif ya­ra­dıc­ı­lıq da in­san­la­ra tə­sir edir, on­la­rın sa­f­laş­ma­sı­na, tə­miz və ülvi duyğ­u­lar­la, mə­həb­bət­lə ya­şa­ma­sı­na kö­mək edir. Be­lə­lə­ri pəm­bə bu­ludlar al­tın­dan uta­na-uta­na çı­xan par­laq ay ki­mi xoş tə­bəssüm sa­çır, in­san­da ra­hat və əs­rar­lı duyğ­u­lar ya­ra­dır.

Zen­fi­ra Məm­məd qı­zı­nın bu günlər­də ta­nış ol­duğ­um şeir­lə­ri də mə­nə yüksək mə­həb­bət­lə çır­pı­nan bir qəl­bin ar­zu və is­tək­lə­ri­ni, hə­zin nəğ­mə­lə­ri­ni çat­dır­dı.

Zen­fi­ra adi tibb iş­çi­si­dir. Bu şeir­lər gö­s­tə­rir ki, o, tibb xid­mət­lə­ri ilə ya­na­şı, öz sev­da­lı qəl­bi­nin nu­ru ilə, şəf­qət və mə­həb­bət­lə də in­san­la­ra xid­mət edir. İn­san­la­rın pay­ı­na be­lə bir tibb iş­çi­si­nin düşmə­si özü də xoş­bəxt­lik­dir. Bi­lə­su­var ray­o­nu­nun Ağ­a­lı­kənd tor­pa­ğın­da dün­yaya göz aç­sa da, əs­lən Qa­ra­bağ elat­la­rın­dan­dır. Ziy­a­lı ai­lə­sin­də doğ­u­lub-böyümüşdür: ata­sı Məm­məd ki­şi bi­lik­li hə­kim, ana­sı Fily­ar xa­nım ali təh­sil­li iq­ti­sad­çı olub. Va­li­deyn­lə­ri öz ix­ti­sa­sla­rı ilə ya­na­şı, ədə­biyy­a­tı, şe­ri, sə­nə­ti də se­vib­lər. Gənc Zen­fi­ra­nın şe­rə, sə­nə­tə ma­ra­ğın­­da nütfə­dən gə­lən qa­bi­liyy­ət­lə ya­na­şı, müəl­li­mi şa­ir Sev­da­lı Hə­sə­nin də böyük ro­lu olub. Müəl­li­mi ona şeir tex­ni­ka­sı­nı öy­rə­dib, onu fə­rəh­lən­di­rib, il­ha­mı­na qol-­qa­nad ve­rib. So­nra­lar düş­dü­yü mühit də əl­ve­ri­ş­li olub, çox sev­diyi həy­at yol­da­şı, gör­kəm­li alim İlyas müəl­lim də onun qo­lun­dan tu­tub, ona day­aq olub. Bu ba­rə­də Zen­fi­ra öz gündə­liy­in­də ya­zır: «Atam çox is­təy­ir­di ki, çap olu­num. An­caq ürək elə­mir­dim. Həy­at­da qar­şı­laş­dığ­ım hər bir mü­na­qi­şəyə liri­ka ilə cavab ve­rir­dim, qəl­bim­də ye­ni bir şeir doğ­u­lur­du. Anc­aq çap et­dir­məyə uta­nır­dım. Tibb bacı­sı­yam, in­san­la­rın sağ­lam­lığı keşiy­in­dəy­əm. İn­san­la­rın ağ­rı­sı-ac­ı­sı, se­vinci və kə­də­ri, se­vg­i­si və ni­frə­ti mə­nim­dir. Ni­frət­lə se­vg­i­nin əks qütblər ki­mi hər an bi­zi öz gir­da­bı­na çək­diyi bu aləm­də ya­şa­maq mə­nə o qə­dər də asan dey­il. La­kin ira­dəm çə­tin­lik­lə­ri da­im üstə­ləy­ir. İki öv­la­dım, gö­zəl ai­ləm var. Al­lah qo­ru­sun! Qə­dir­bi­lən, qay­ğı­keş, mə­ni ba­şa düşən, hər bir sir­ri­mi bö­lə bi­ləc­əy­im, do­stum, həy­at yol­da­şım İly­as müəl­lim həyat­da ar­xam, day­ağ­ım­dır...»

Biz də dey­i­rik: Al­lah qo­ru­sun! Türklə­rin ne­çə mi­nil­lik ulu Tan­­rı­sı Si­zi hifz elə­sin!

***

 

Zen­fi­ra­nın şeir­lə­ri zə­rif bir qa­dın il­ha­mı­nın məh­su­lu - ti­t­rək yar­paq­la­rı­dır. Təb­dən gə­lir. Ona gö­rə də şi­fa­hi xalq şe­ri ki­mi du­ru və şəf­faf­dır. Se­vgi yo­lun­da inam­la çır­pı­nan, hə­s­rət­lə qo­v­ru­lan, an­ba­an göz­lə­ri ya­ş­la do­lan, şam ki­mi alov­la­nan, soy­uq üz gör­dükdə dəh­şə­tə gə­­lən, alov di­li ki­mi ti­t­rəy­ən, soy­uq müna­si­bət­dən sar­sı­lan, eş­qi­ni iti­­rəc­əy­in­dən qor­xan, min bir bə­la­la­ra dözüb sev­gi­si­ni qo­ru­mağa ça­lı­şan, əzab­la çır­pı­nan, la­kin heç vaxt öz qüru­ru­nu itir­məy­ən bir qı­zın, bir qa­dı­nın, nəc­ib bir ana­nın ürək dö­yün­tülə­ri­dir. Se­vən ürək­lə­rin çox qə­ri­bə bir «mə­nəm­liyi» də olur: se­vir, mə­həb­bət­lə qo­v­ru­lur, ölür-di­ri­lir, la­kin qüru­ru­nu itir­mək is­tə­mir, hət­ta bu qüru­ru şi­rin vüsa­la də dəy­iş­mək is­tə­mir, küsüb-ay­rıl­­mış sev­gi­li­nin qay­ıt­ma­sı ilə öz qüru­ru­nu iti­rəc­əy­in­dən qor­xur. Bu da yüksək tə­bii in­sa­ni hiss­lər­dir. İn­san bir də­fə dünyaya gə­lir, əzil­mə­mə­li, əy­il­mə­mə­li, öz mən­liy­i­ni qo­ru­ma­lı­dır:

 

Qay­ıt­ma, gözünə ba­xa bil­mə­rəm,

O sən­li dünya­mı yı­xa bil­mə­rəm.

Sa­kitcə sözündən çı­xa bil­mə­rəm,

Göz­lə­mə sən mə­ni, göz­lə­mə da­ha.

 

Göz­lə­sən, ürəy­im ya­nar, yan­dı­rar,

Həy­a­tım bir xə­zan bağı an­dı­rar,

Qüru­rum yox olar, mə­ni sın­dı­rar,

Göz­lə­mə sən mə­ni, göz­lə­mə da­ha.

Şa­ir qəl­bi kö­v­rək olur. Bir an içə­ri­sin­də nə­dən bu­la­nıb-du­rul­du­ğu­nu, du­man­la­nıb-açıl­dığ­ı­nı özü də bil­məz; bir an içə­ri­sin­də təb­­dən-tə­bə düşər şa­ir qəl­bi.

Aşi­qin eti­na­sız­lığı, riy­a­kar­lığı, su olub özg­əyə tə­rəf ax­mağı, mən­­fur ürək­lə­rə al­dan­mağı se­vən qəl­bin nə­zə­rin­dən qa­ç­maz, qa­ça bil­məz, göz­lə­rin­dən yay­ın­maz:

 

Uzaq­dan görü­rəm iş, əmə­li­ni,

Ney­nim? Ümid­liy­əm, üzməm əli­mi.

Özünü inc­it­mə, sax­la di­li­ni,

Ya­lan­dan söy­lə­mə, de­mə mə­nim­sən.

 

Bil­mə­dim özg­əyə bax­mağ­ın var­mış,

Su olub sa­kitcə ax­mağ­ın var­mış,

Ba­şı­ma çax­mağa çax­mağ­ın var­mış,

Nə dey­im sə­nə mən? Nə dey­im sə­nə?

 

Se­vgi ilə döyü­nən ürəy­in rit­min­dən baş aç­maq, an­ba­an dəy­i­şən in­san xəy­a­lı­nın sa­bit mi­za­nı­nı müəyy­ən­ləş­dir­mək çətindir. Se­vg­i­li­lə­rin ay­rı­lıq, hic­ran dey­i­lən o əbə­di qəm-kə­dər mən­bəyi də Zen­fi­ra­nın qəl­bi­ni dil­lən­di­rir:

 

Baş alıb gə­zi­rəm çə­mə­ni,

Qəm-kə­dər kə­sib­di ça­rə­mi.

Dərd­lə­rin qoy­nun­dan al mə­ni,

Sən­siz­kən bil­mi­rəm nec­əy­əm.

 

Qüru­rum yox olub gözümdə,

Dey­i­ləm, elə bil, özümdə.

Dözüm də qal­may­ıb dözümdə,

Sən­siz­kən bil­mi­rəm nec­əy­əm.

 

Zen­fi­ra se­vən qəl­bin qüsur­la­rı­nı da eti­raf­dan çə­kin­mir, öz di­li­nin də bə­la­sı­nı mərd­lik­lə di­li­nə gə­ti­rir. Ümu­mi tər­biy­ə­vi nə­ticə bu­dur ki, sev­diy­i­nin qüsur­la­rı sə­ni təb­dən çı­xar­sa da, gə­rək müəy­­y­ən nöq­tə­də day­a­na­san, da­yan­maq la­zım­dır ki, acı söz şi­rin könül­­lə­ri bir­də­fə­lik bər­bad et­mə­sin:

Göz­lə­rim uta­nır, qa­çır gözündən,

Qor­xuya düşmüşəm özüm-özümdən.

Od­da­mı ya­nı­ram sə­nin üzündən?

Nəy­i­miz bölünmür bu gündən be­lə?

 

Qə­s­di­nə dur­maq­da əlim ol­may­ıb,

Ar­xanca da­nı­şan di­lim ol­may­ıb,

Ay­ıl­dım yax­şı ki, ölüm ol­may­ıb,

Nəy­i­miz bölünmür bu gündən be­lə?

Bu cə­hət­dən aşağ­ı­da­kı mi­s­ra­lar da­ha tə­bii, da­ha tə­sir­li və ib­rət­li­dir:

 

Dey­il­məz söz­lə­ri de­mi­şik, da­ha

Dəh­şət­li yu­xu­dan oy­a­naq, gülüm!

Day dö­zə bil­mi­rəm, it­kim çox olub,

Day­an­maq la­zım­dır, day­a­naq, gülüm!

 

Day­an­maq bac­a­rığı, son dam­la­dan, son ümid­dən is­ti­fa­də et­mək bac­a­rığı da qüdrət tə­ləb edir:

 

Ümma­nı itir­dik, in­di dam­la güd,

Day­an­maq la­zım­dır, day­a­naq, gülüm!

 

Gənc ai­lə­lə­rə məx­sus həy­a­ti his­slər­dən doğ­an qıs­qanc­lıq və etina­sız­lıq hal­la­rı, kə­dər və na­ra­zı­lıq­lar­la bə­ra­bər, Zen­fi­ra­nın şeir­lə­rin­də ilk mə­həb­bə­tin ürək döyün­tülə­ri­ni ya­şay­an, la­kin dərd­lə­ri­ni sev­diy­i­nə, ya­xın və doğ­ma­la­rı­na be­lə açıb söy­ləyə bil­məy­ən qız­la­rın iz­ti­rab­la­rı da tə­bii bir dil ilə ifa­də olun­muş­dur:

 

İzin düşən ye­ri öpür göz­lə­rim,

Köksümdə ili­şib-qa­lıb söz­lə­rim,

Nə ya­xı­nım bi­lir, nə əziz­lə­rim,

Sən mə­nim dey­il­sən, mə­nim dey­il­sən.

 

 

 

Günüm ba­tıb, çı­xa­sı­mı?

Gözüm sə­nə ba­xa­sı­mı?

Mən ölmüşün ya­xa­sı­mı

Qəm əlin­dən çı­xan dey­il?!

 

Zen­fi­ra­nın şeir­lə­ri bir qay­da ola­raq, mə­həb­bət möv­zu­lu­dur, sevən qəl­bin tə­laş və iz­ti­rab­la­rı­nın tə­rənnü­münə həsr olun­muş­dur. Bu şeir­lər­də se­vgi do­lu ürəy­in ke­çir­diyi hər cür tə­bii his­slə­rə rast gəl­mək mümkündür. La­kin bə­zən hə­zin li­rik duyğ­u­lar ifa­də edən şer­lə­rin müəl­li­fi ic­ti­mai haq­sız­lıq­la­ra da li­rik plan­da öz na­ra­zı­lığı­nı ifa­də edir. Bu cə­hət­dən «Nə yax­şı də­və­nin qa­na­dı yox­dur» şe­ri da­ha ma­raq­lı­dır. İş­çi­lə­ri ilə ko­bud rəf­tar edən­lə­rə, haq­sız­lıq dünya­sı­nın adam­la­rı­na üz tu­ta­raq müəl­lif acı ki­nayə ilə dey­ir:

 

Dö­v­ran be­lə get­məz, day­a­nac­aq­san,

Qə­f­lət yu­xu­sun­dan oy­a­nac­aq­san,

Özün də bi­lir­sən: bir oy­unc­aq­san...

Nə yax­şı də­və­nin qa­na­dı yox­dur!

Müşa­hi­də et­diyi bir sı­ra qa­dın­la­rın müti da­v­ra­nı­şı, ya­zıq­lığı, haq­qı­nı tə­ləb et­mə­mə­lə­ri, hər bir əm­rə kor-ko­ra­na boy­un əy­mə­lə­ri də bu zə­rif qəl­bi na­ra­zı sa­lır, ye­ri gəl­dik­də ki­şi qey­rə­ti ilə vu­ruş­mağı tə­ləb edir, qa­dın­lar­da ki­şi qey­rə­ti gör­mək is­təy­ir:

 

Qor­xu­dan sözünə ba­xa­na ya­zıq!

Əy­ri­ni üzünə dey­ən­lər - azıq.

Biz ki­şi qey­rət­li qa­dı­nıq, qı­zıq,

Nə yax­şı də­və­nin qa­na­dı yox­dur!

Xa­ti­rə-ya­zı­sın­dan göründüyü ki­mi, Zen­fi­ra heç vaxt yal­nız özünü düşünməy­ib, da­im do­st­la­rı­na, həm­kar­la­rı­na, gö­zəl in­san­la­ra, ət­raf alə­mə də öz ürəy­in­də yer ay­ı­rıb. Bu cə­hət­dən rə­fi­qə­si El­mi­ra­nın na­kam mə­həb­bə­ti­nə, hə­kim El­va­rın vaxt­sız və­fa­tı­na rə­fi­qə­si­nin öz di­lin­dən həsr et­diyi «Mən sən­dən doy­ma­dım, doy­ma­dım, gülüm» şe­ri oxu­cu­nu da gənc ai­lə­nin kə­də­ri­nə şə­rik edir:

 

 

O günü bu gü­nə ca­lay­ım necə?

Əc­əl ya­xın­laş­dı, duy­ma­dım, gülüm!

 

El­ma­rın so­ru­şur sə­ni hər gecə,

Mən sən­dən doy­ma­dım, doy­ma­dım, gülüm!

 

Sə­b­rim də tükə­nib, ar­zum da, gülüm,

Mən necə ya­şay­ım, mən necə ölüm?

Bu dər­di, ələ­mi ki­min­lə bölüm?

Mən sən­dən doy­ma­dım, doy­ma­dım, gülüm!

Zen­fi­ra­nın şeir di­li xalq ifa­də tər­zi­nə, xalq şeir di­li­nə çox ya­xın­dır. Şeir­lə­ri ək­sə­riyy­ət eti­ba­ri­lə qoş­ma jan­rın­da­dır. Gə­ray­lı­la­rı və dördlüklə­ri də var­dır. Qoş­ma­lar əsa­sən ey­ni stil­də­dir: hər bən­din sonun­da bi­rinci bən­din son mi­s­ra­sı tə­k­rar olu­nur. Müxtə­lif məz­mun­lu bənd­lər­lə son mi­s­ra­nı ək­sə­rən us­ta­lıq­la əla­qə­lən­di­rə bil­miş­dir. Hə­s­rə­tin­dən ölən əc­əl­dən öl­məz; Se­vgi ümma­nı­mın bircə ada­sı; Xu­mar göz­lə­ri­min şi­rin yu­xu­su; Od vu­rub, su tö­kən özüm ol­mu­şam; Cis­mi­mə od vu­rub kə­nar­dan bax­dın; Ömrümün gü­nə­şi, könlüm al­la­hı; Düşmə­nim düşmə­sin mən düşən gü­nə; Mən mər­dəm, na­mərd tək ar­xa­dan vur­mam; Ney­ni­rəm si­nə­mə dağ çə­kən ağ­lı; Mən sə­ni se­vi­rəm, sə­ni, ay də­li; Sə­nə dö­nə-dö­nə vu­rul­mu­şam mən; Sə­nə mə­həb­bət­dən yoğ­rul­mu­şam mən; Ürək­lə ağ­ı­lın ara­sın­day­am - ki­mi ək­sə­riyy­ət etiba­ri­lə ori­ji­nal və sə­mi­mi mi­s­ra­la­rı diq­qə­ti da­ha çox cəlb edir. Zenfi­ra öz his­slə­ri­ni tə­bii və sə­mi­mi ifa­də et­məyi bac­a­rır. Şeir­lə­ri sevən ürək­lər və xüsu­sən müəl­li­fin gə­ləc­ək nə­və-nə­tic­ə­lə­ri üçün qiy­mət­li bir ya­di­g­ar olac­aq­dır.

Qar­şı­dan Ye­ni İl, Ye­ni Əsr, Ye­ni Mi­nil­lik gə­lir. Zen­fi­ra xa­nı­mın bu mi­nil­lik­də Şeir­lə­ri ci­la­lan­sın, Öv­lad­la­rı boya-ba­şa çat­sın, Ai­lə­si xoş­bəxt ol­sun, bu minval­la Saç­la­rı ağ­ar­sın!..

26.12.2000

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az