BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

KÖ­V­RƏK DUYĞ­U­LAR

Tə­bii ki, bi­zim böyük ziy­a­lı­la­rı­mız, alim və şa­ir­lə­ri­miz bir-bi­ri­nin qüvvə­si­nə, qüdrə­ti­nə, xal­qa, və­tə­nə, zi­ya­lı­la­ra müna­si­bə­ti­nə daha yax­şı bə­ləd­dir­lər, hər bi­ri­nin qəl­bi xey­ir­xah ar­zu­lar­la, Və­tən sevg­i­si ilə do­lu­dur. La­kin hə­yat on­la­rın ar­zu­su ilə irə­li­lə­mir. Dün­ya­nın gər­di­şi öz ne­çə mi­nil­lik axa­rın­da­dır. Şa­ir də, ziy­a­lı da bu mürək­kəb alə­min dər­ki pro­se­sin­də da­ha da müdrik­lə­şir, ha­di­sə­lər fövqündə za­ma­nın da­lğ­a­va­rı hə­rə­kə­ti­ni dünya­da ən di­ri və da­i­mi olan sözün gücü ilə ta­ri­xə həkk edir. De­mək olar ki, müa­sir dün­ya­nın ək­sər öl­kə­lə­ri­ni gə­zib-do­laş­mış, görüb-götürmüş, böyük sə­nət yo­lu ke­ç­miş Nə­bi Xəz­ri ki­mi sə­nət us­ta­la­rı­nın, Ya­sif Nə­sir­li ki­mi yazı­çı, tən­qid­çi və zi­ya­lı­la­rı­mı­zın qəlb ar­zu­la­rı da çox za­man bir nöq­tə­də bir­lə­şir. Nə­bi Xəz­ri həs­sas bir şa­ir ki­mi da­im elə möv­zu­la­ra mürac­i­ət et­miş, Və­tə­nin elə dərd­lə­ri­ni qə­lə­mə al­mış­dır ki, bun­lar Ya­si­fin də qəl­bi­ni ti­t­rət­miş, bir in­san, bir alim ki­mi da­im onu şa­ir sənə­ti­nin sehrli dün­ya­sı­na bağ­la­mış­dır. Nə­bi­nin Ya­si­fə it­haf et­diyi:

 

Kükrəy­ib qə­zəb­dən od tö­kər qı­şım,

Qo­lum­dan bərk tut­sun qar­da­şım gə­rək.

Qa­rış­sa yad elə bircə qa­rı­şım,

Özüm də tor­pağa qa­rı­şım gə­rək,

Çə­kin bu tor­paq­dan qa­ra əl­lə­ri,

Çə­kin Qa­ra­bağ­dan qa­ra əl­lə­ri. -

 

şe­ri po­etik bir dil ilə hər bir azər­bayc­an­lı­nın, o cüm­lə­dən Ya­sif Nə­sir­li­nin qəlb üsya­nı­nı ifa­də edir. Bu şeir vax­­ti­lə (So­vet dövründə) çap olu­nan­dan az so­nra əməl­li-baş­­lı qal­mağ­a­la sə­bəb ol­muş, Sov.İKP MK-nın or­qa­nı «Kom­mu­nist» jur­na­lı şe­ri kə­s­kin tən­qid et­mi­ş­dir. Şeir Azər­bayc­a­nın par­tiya mət­bu­at or­qan­la­rın­da da pis­lən­miş­dir. Lakin za­man şa­i­rin haq­lı ol­duğ­u­nu gös­tər­di, hət­ta so­nra­lar şe­rə mu­si­qi də bə­s­tə­lən­di.

Ya­sif Nə­sir­li­də Nə­bi Xəz­ri ya­ra­dıc­ı­lığ­ı­na da­im böyük ma­raq və mə­həb­bət olub. İl­lər­dən bə­ri də­fə­lər­lə şa­irin ya­ra­dıc­ı­lığ­ı­na mürac­i­ət et­miş, mər­kə­zi mət­bu­at­da bu sa­hə­də ma­raq­lı mə­qa­lə­lər dərc etdir­miş, yüksək xi­ta­bət kür­sü­lə­rin­dən şa­ir haq­qın­da də­fə­lər­lə ürək söz­lə­ri­ni söy­lə­miş­dir. Ne­çə-ne­çə mo­no­qra­fiy­a­nın, el­mi və el­mi-pub­li­si­stik mə­qa­lə­lə­rin, es­se, he­kayə və po­vest­lə­rin müəl­li­fi olan Y.Nə­sir­li böyük əmək sərf et­mitş, «Əg­ər ki yı­xıl­sam, çi­nar gö­s­tə­rin» ad­lı növ­bə­ti mo­no­qra­fiy­a­sı­nı bütövlükdə çox sev­diyi Nə­bi Xəz­ri­nin ya­ra­dıc­ı­lığ­ı­na həsr et­miş­dir. Mo­no­qra­fiya, ba­ş­lıca ola­raq, şa­i­rin li­rik əsər­lə­ri­ni, li­rik-epik po­ema­la­rı­nı təd­qi­qat oby­ek­ti­nə çe­vir­miş­dir.

Mə­lum­dur ki, Nə­bi Xəz­ri ge­niş və hər­tə­rə­f­li bir ya­ra­dıc­ı­lıq yo­­lu ke­ç­miş, şa­ir, na­sir, dra­ma­turq, pub­li­sist və tərcümə­çi ki­mi şö­h­­rət qa­zan­mış­dır. Ümu­mit­ti­faq Le­nin Kom­so­mo­lu Müka­fa­tı La­u­re­a­tı, SSRİ və Azər­bayc­an Res­pub­li­ka­sı Döv­lət müka­fa­tı la­u­re­a­tı, Y.Məm­mə­də­liy­ev adı­na Bey­nəl­xalq müka­fat la­u­re­a­tı, Azər­bayc­a­nın Əmək­dar inc­ə­sə­nət xa­di­mi, Azər­bayc­an xalq şa­i­ri­dir. Nə­bi Xəz­ri haq­­qın­da ke­ç­­miş SSRİ əra­zi­si­nə da­xil olan re­s­pub­li­ka­lar­da, xa­ric­də və xüsu­si­lə re­s­pub­li­ka­mız­da say­sız-he­sab­sız ədə­bi-tən­qi­di, el­mi-pub­li­si­s­tik əsər­lər ya­zıl­mış­dır. La­kin Ya­sif Nə­sir­li­nin qə­lə­min­dən çı­xan bu mono­qra­fiya Nə­bi Xəz­ri­ni şəx­sən ya­xın­dan ta­nıy­an, ya­ra­dıc­ı­lığ­ı­na də­rin­dən bə­ləd olan, 30 - 40 il­dən bə­ri ya­ra­dıc­ı­lığ­ı­nı ar­dıc­ıl iz­ləy­ən, şa­i­rin kə­də­ri ilə kə­dər­lə­nən, uğ­ur­la­rı ilə se­vi­nən, Nə­bi Xəz­ri po­e­zi­ya­sı­nı hör­mət və mə­həb­bət­lə təh­lil edən bir şəx­sin əsə­ri­dir, şa­i­ri dərin­dən ta­nıy­an bir şəx­sin ürək söz­lə­ri­dir, ona gö­rə də Nə­bi Xəz­ri ya­ra­dı­cı­lığ­ı­ təh­lil ba­xı­mın­­dan çox qiy­mət­li­dir. Həm də ona gö­rə qiy­mət­li­dir ki, Nə­bi Xəz­­ri­nin ana­dan ol­ma­sı­nın 75 il­liyi günlə­rin­də mey­da­na çıx­mış, böyük ya­ra­dıc­ı­lıq yo­lu­nu ümu­mi­ləş­dir­miş­dir. Be­lə bir vaxt­da şa­irə ürək-di­rək ver­mək, zə­ng­in və tu­tum­lu ya­ra­dıc­ı­lığı haq­qın­da ye­ni dost sözü söy­lə­mək, gənc­liy­in qur­ta­ran, qoca­lığ­ın baş­lay­an vax­tı şa­i­rə qol-qa­nad ver­mək, xal­qı­mı­zın mil­li-mə­də­ni sər­və­ti­ni müdrik şa­ir­lə­ri­mi­zin qə­lə­mi ilə zən­gin­ləş­dir­mə im­kan­la­rı­nı müha­fi­zə et­mək ba­xı­mın­dan son də­rəcə qiy­mət­li­dir.

Ya­sif bu ma­raq­lı əsə­ri­ni ey­ni za­man­da çox ma­raq­lı bir bə­dii müqay­i­sə ilə ba­ş­la­mış­dır: «Azər­bayc­an­da ya­şı bi­lin­məy­ən, ta­ri­xi­miz qə­dər qə­dim bir dağ var: Xır­da­lan da­ğı. Bu dağ ba­rə­də nə ta­rix ki­tab­la­rı­mız­da, nə də dərs­lik­lə­ri­miz­də elə tu­tar­lı bir şey ya­zıl­mış­dır. Ba­kı­nı ta­nı­yan­dan, yo­lum o dağ­ın ətəy­in­dən ke­çən­dən o dağ mə­ni özünə cəlb et­miş­dir... Mə­nə elə gə­lib ki, bu dağ Xır­da­la­na, Ba­kıya ke­şik çə­kir, on­la­rı pis nə­zər­lər­dən qo­ruy­ur... Hər də­fə bu da­ğın zir­və­si­nə çı­xan­da kən­di­miz­də­ki Gültə­pə­ni ya­dı­ma sal­mı­şam. Hər də­fə aqil­lə­rin söz­lə­ri­ni xa­tır­la­mı­şam: «Dağ tək ol­may­ıb. Dağ dağa söy­kə­nib». La­kin uzun za­man bu söz­lə­rin doğ­ru­luğ­u­na ina­na bil­mir­dim, Ona gö­rə ki Xır­da­lan dağı elə yol qı­rağın­da tək-tən­ha day­an­mış­dı. Ge­də­nə «Yax­şı yol!», gə­lə­nə «Xoş gəl­­din!» dey­ər­di. La­kin ya­vaş-ya­vaş aqil­lə­rin de­dik­lə­ri hə­qi­qə­tə çe­v­ril­məyə baş­la­dı. Özü də bu dağ təkcə Xır­da­lan, Sum­qay­ıt və Ba­­kı­dan dey­il, da­ha uzaq­lar­dan görünməyə ba­ş­la­dı. Bu, Xır­da­lan­da dünyaya göz aç­mış, Pə­ri ana­nın qun­dağ­ın­da böyümüş Nə­bi Xəz­­ri dağı idi. O özünün əsər­lə­ri ilə Xır­da­lan­da ikinci bir dağ ya­rat­dı. İn­di dağ dağa söy­kə­nib...» Ya­sif Nə­sir­li bu cür ba­ş­lan­ğıc­la 60-cı il­lər fi­lo­lo­ji mühi­tin­də mey­da­na çı­xıb möh­kəm­lə­nən bir üs­lu­bu - el­mi­lik­lə bə­di­i­liy­in vəh­də­ti­ni us­ta­lıq­la nü­may­iş et­dir­miş­dir. Bir çox hal­lar­da sırf el­mi xa­rak­ter alan bu üslub Nə­bi Xəz­ri po­eziy­a­sı­nın mil­li-ədə­bi, el­mi-bə­dii dəy­ə­ri­ni, zə­ng­in for­ma, qu­ru­luş xü­su­siyy­ət­lə­ri­ni üzə çı­xar­maq üçün təd­qi­qat­çıya ge­niş im­kan­lar ver­miş­dir. Bu əsər­dən oxucu Nə­bi Xəz­ri po­eziy­a­sı­nın möv­zu dai­rə­si, şai­rin ic­ti­mai-siy­a­si və fəl­sə­fi fi­kir­lə­ri ba­rə­də ət­ra­f­lı məlu­mat alır. Nə­bi Xəz­ri öz şeir­lə­rin­də yal­nız Azər­bay­ca­nın dey­il, dün­ya xalq­la­rı­nın dərd­lə­ri­ni qə­lə­mə al­mış­dır. Şa­i­rin po­eziya­sı­nın əsa­­sın­da in­san kon­sep­siy­a­sı du­rur. Bu in­san dünya­nın hər bir öl­kə­sin­də in­san­dır. Müa­sir dövr­də Yer kürə­si ey­ni dərd­lər­lə çır­pı­nır. Ona gö­rə də Nə­bi Xəz­ri hər han­sı bir xa­rici dün­ya­nı qə­lə­mə alan­da, hər han­sı bir xa­rici öl­kə­dən ya­zan­da ora­da Azər­bayc­a­nı görür: «İncə və zə­rif li­ri­ka, mə­na­lı tə­bi­ət mən­zə­rə­lə­ri, fəl­sə­fi düşüncə­lər, və­tən­daş­lıq pa­fo­su ilə aşı­lan­mış eti­ra­f­lar bir-bi­ri­nə qo­vu­şur, bir-bi­ri­ni tamam­lay­a­raq zə­ng­in və bütöv po­etik ob­raz, bə­dii pa­no­ram ya­ra­dır. Şa­ir nə­dən ya­zır­sa-yaz­sın, onun şe­ri­nin ru­hu, ca­nı, may­a­sı Azər­bay­can­­dır. Hət­ta uzaq mət­ləb­lə­rə to­xu­nan­da, baş­­qa el­lə­ri tə­s­vir edən­də də mis­ra­la­rın ar­xa­sın­dan ana yurd boy­la­nır, ana tor­pağ­ın nəb­zi, nə­fə­si duyu­lur». Ona gö­rə də Ya­sif Nə­sir­li Nə­­bi Xəz­ri po­eziy­a­sı­nı, şa­irin şeir və po­ema­la­rı­nı bə­şə­ri es­te­tik fi­kir­lər fonunda nə­zər­dən ke­çi­rir, dünya­nın böyük alim və fi­lo­so­fla­rı­nın ya­ra­dı­cı­lığ­ı­na söy­kə­nir. Hə­qi­qi şa­ir qəl­bi, hə­qi­qi ya­zı­çı qəl­bi, hə­qi­qi tən­qid­çi qəl­bi, alim qəl­bi - ümu­miyy­ət­lə, ya­ra­dıcı in­sa­nın qəl­bi, xalq ya­zı­çı­sı Mir­zə İb­ra­hi­mo­vun de­diyi ki­mi, sa­hil­siz dər­ya­la­rı an­dı­rır: böyük adam­la­rın həy­a­tı­nı, mə­nə­vi alə­mi­ni çox cə­hət­dən dəry­aya ox­şat­maq olar. Dər­ya­nın sakit vax­tla­rı da olur, fır­tı­na­lı vaxt­la­rı da. Sa­kit vaxt­la­rın­da be­lə onun də­rin­lik­lə­rin­də necə bu­ru­lğ­an­lar ol­duğ­u­nu heç kəs görmür.

 

Biz bu­ra­da ye­ni­dən tən­qi­din tən­qi­di­ni ver­mək fi­k­rin­də dey­i­lik. Onu dey­i­rik ki, oxucu bu ma­raq­lı əsər­dən şa­i­rin zən­gin li­ri­ka­sı ilə ya­na­şı, po­ema­la­rı­nın, xüsu­si­lə Azər­bay­ca­nın Mil­li qə­h­rə­ma­nı, sükan ar­xa­sın­da hə­lak ol­muş Se­vil Qa­zıy­e­va haq­qın­da «Gü­nə­şin bac­ı­sı» və «İnam» po­e­­ma­la­rı­nın ideya-es­te­tik key­fiyy­ət­lə­ri ba­rə­də dəy­ər­li mə­lu­mat alac­aq­dır. Aşağ­ı­da­kı mi­s­ra­la­rı:

 

 

Ba­har quc­aq­lay­ır çə­mən­lik­lə­ri,

Sə­ni görü­rəm.

Qa­ran­quş har­dan­sa qay­ı­dır ge­ri,

Sə­ni görü­rəm.

Gənc­lik qu­rul­taya top­la­şır bu gün,

Adın do­daq­lar­da do­la­şır bu gün,

Sə­ni görü­rəm -

biz­dən ay­rı düşən­lər»in, xa­ti­rə­si əziz olan hər bir in­sa­nın ün­va­nı­na söy­lə­mək olar. Şa­i­rin böyüklüyü də elə bu­dur. Təd­qi­qat­çı da in­san­la­ra bir da­ha bu­nu çat­dı­rır.

Bu əsə­rin va­si­tə­si­lə Nə­bi Xəz­ri­nin həy­at və sə­nət yo­lu, gənc­lik il­lə­ri, il­kin ya­ra­dıc­ı­lıq nümu­nə­lə­ri, son­ra­kı şa­xə­lə­nən böyük ya­ra­dıc­ı­lığı ba­rə­də gen­iş mə­lu­mat al­maq mümkündür. Ki­tab ənə­nə­vi mo­no­qra­fiy­a­lar­dan fər­q­li bir üslub­da qu­rul­muş­dur. Sə­tir­lər ara­sın­da şa­i­rin müa­sir­lə­ri və ya­xın do­st­la­rın­dan - M.İb­ra­hi­mov, M.Arif, B.Oley­­nik, M.Cə­fər, Ə.Cə­mil, T.Kö­çər­li, B.Nə­biy­ev, Y.İsa­yev, L.Bən­­­də­roğ­lu, Mi­şel Süley­man (Li­van), Mit­hət Dur­muş (Tür­­kiyə), E.Sa­bi­toğ­lu və baş­qa­la­rın­dan ve­ri­lən par­­ça­lar Nə­bi Xəz­­ri böyük­lü­yü­nü nümayiş etdirir. Son böl­mə­lər­də gör­kəm­li sə­nət adam­la­rı­nın şa­ir haq­qın­da yığc­am ürək söz­lə­ri, şa­i­rə həsr olun­muş poeziya nümu­nə­lə­ri və şa­i­rin özünün öz sə­nət do­st­la­rı ba­rə­də düşüncə­lə­rin­dən se­ç­mə nü­mu­nə­lər oxucu ilə Nə­bi Xəz­ri­nin po­eziya alə­mi a­ra­sın­da da­ha sə­mi­mi ünsiyy­ət ya­ra­dır.

Əmi­nik ki, fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru, pro­fes­sor Y.Nə­­sir­li­nin bu əsə­ri də, bütün əv­vəl­ki el­mi-tən­qi­di, bə­dii və pub­li­sist əsər­lə­ri ki­mi, ma­raq­la oxu­nac­aq, XX əsr Azər­bay­can şa­i­ri Nə­bi Xəz­ri düşüncə­lə­ri ba­rə­də es­te­tik fi­k­ri növ­bə­ti mi­nil­liyə apa­ran qiy­mət­li bir əsər ki­mi fay­da­lı və gə­rək­li ola­caq­dır.

2000

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az