BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

XALQ NAMİNƏ,

HAQQ, ƏDALƏT NA­Mİ­NƏ

 

Qə­zən­fər Şi­rin oğ­lu Ka­zı­mov 1937-ci il mar­tın 3-də Cəb­ray­ıl ray­o­nu­nun Sol­tan­lı kən­din­də ziy­a­lı ai­lə­sin­də do­ğu­lub. 1960-cı il­də Azər­bayc­an Döv­lət Pe­da­qo­ji İns­ti­tu­tu­nun (in­di­ki N.Tu­si adı­na) ta­rix-fi­lo­lo­g­iya fakültə­si­ni bi­ti­rib. İki il­dən so­nra as­pi­ran­tu­raya daxil olub. 1967-­ci il­də na­mi­zəd­lik, 1988-ci il­də dok­tor­luq dis­ser­ta­siy­a­sı mü­da­fiə edib. 1989-cu il­dən pro­fes­sor­dur. 1989-1997-ci illər­də N.Tu­si adı­na AD­PU-nun fi­lo­lo­g­iya fa­kültə­si­nin de­ka­nı vəzi­­fə­­sin­də iş­ləy­ib. Pro­fes­sor Q.Ka­zı­mov ali və or­ta mək­təb dər­s­lik­­lə­ri­nin, ali mək­təb­lər üçün bir sı­ra dərs və­sa­i­ti­nin, on­larca mono­q­ra­fiy­a­nın, 200-­dən ar­tıq el­mi və el­mi-pub­li­si­s­tik mə­qa­lə­nin müəl­li­fi­dir. 1998-ci il­də Bö­yük Bri­ta­niya və Şi­ma­li İr­lan­di­ya Asiya Kral Cə­miy­yə­ti­nin üzvü se­çil­miş­dir. Böyük Bri­ta­niya Kem­b­ric Bey­nəl­mi­ləl Düha­lar Mər­kə­zi­nin üzvüdür. Hə­min mər­kəz tə­rə­fin­dən 1998 - 1999-cu İlin Bey­nə­lmi­ləl ada­mı elan edi­lib və «Şə­rəf me­da­lı»na lay­iq görülüb.

 

- Qə­zən­fər müəl­lim, el­mi­mi­zin, təh­si­li­mi­zin bu­günkü və­ziy­yə­ti si­zi qa­ne edir­mi? İn­di ziy­a­lı­la­rı­mı­zın böyük ək­sə­riyy­ə­ti­nin öz şəx­si pro­blem­lə­ri çər­çi­və­sin­də qal­ma­sı­na, cə­miy­yət­də baş ve­rən pro­ses­lə­rə bi­g­a­nə ol­ma­sı­na haqq qa­zan­dır­maq mümkündürmü?

- El­mi­mi­zin, təh­si­li­mi­zin bu­günkü və­ziyy­ə­ti heç bir hə­qi­qi ziya­lı­nı qa­ne edə bil­məz.

Müstə­qil­lik gö­zəl şey­dir, mi­sil­siz qiy­mə­tə ma­lik­dir, am­ma müstə­qil­lik öl­kə­ni müstə­qil şə­kil­də ta­la­maq de­mək dey­il. Əlin­də ix­tiy­ar ola­nın ürəy­in­də vic­dan ol­ma­lı­dır.

Bir də görürsən rəh­bər­lik əmr ver­di: «Tə­lə­bə­ni za­çot­dan sax­la­maq ol­maz». Bu cür hal­lar tə­lə­bə­ni kütləş­di­rir, təh­si­lin key­fiy­yə­­ti­ni sı­fı­ra en­di­rir, təh­sil işi­nə cid­di zər­bə vu­rur. Bütün sa­hə­lər­də tə­lə­bəyə gü­zəşt et­mək olar, elm­də yox. Bə­zən qaç­qın, köçkün adı ilə tələ­bə­ni «xi­las» edir­lər. Təh­sil­də gü­zəşt ol­ma­ma­lı­dır.

- Ziy­a­lı­la­rın bi­g­a­nə­liyə haq­qı var­mı?

- Əv­və­lən, in­di hə­qi­qi ziy­a­lı tap­maq da çə­tin­dir. Elə­lə­ri var ki, yax­şı alim­dir, yax­şı müəl­lim­dir, özünü qo­ruy­ur. Am­ma gəl ki, cə­sa­rə­ti yox­dur. Ürəy­i­ni de­şən, qəl­bi­ni dağ­ı­dan fi­k­ri deyə bil­mir, hə­­lə, bəl­kə, haq­sız­lığ­ın xey­ri­nə da­nı­şır. Bu, ziy­a­lı­dır? Ziy­a­lı sö­zünü de­mə­li­dir. De­sə, bu­nun döv­lə­tə də xey­ri olar, xal­qa da. Beş­cə ziy­a­lı (gözükö­lg­ə­li ol­may­an hə­qi­qi ziy­a­lı­dan söh­bət ge­dir) qa­bağa düşüb yan­lış ad­dım ata­nı ba­şa sal­sa, o düşünər, çə­ki­nər və get­dikcə azğ­ın­laş­maz.

İki şey­dir ziy­a­lı­nı məhv edən: hə­qi­qi ziy­a­lı­lar ara­sın­da bir­liyin ol­ma­ma­sı, yu­xa­rı­la­rın ziy­a­lı sözünə mə­həl qoy­ma­ma­sı. Yer­lər­də­ki na­ra­zı­lıq­la­rın qar­şı­sı­nı ziya­lı­lar al­sa­lar, döv­lə­tin də ən­di­şə­si aza­lar.

- Heç ki­mə sirr dey­il ki, ziy­a­lı­la­rı­mı­zın böyük bir qi­s­mi mad­di tə­mi­nat­la­rı­nı yax­şı­laş­dır­maq üçün ya xa­rici öl­kə­lə­rə, ya da gündə­lik do­la­nı­şığ­ı­nı çı­xa­ra bi­ləc­ək sa­hə­lə­rə üz tu­tur. Bu­na necə ba­xır­sı­nız?

- An­tik fi­lo­so­f­lar mağ­a­ra­la­ra çə­ki­lib gecə-gündüz bu dünya­nın sir­lə­ri­ni dərk et­məyə ça­lış­dıq­la­rı ki­mi, bütün sa­vad­lı tə­bə­qə də elə hey fi­kir­lə­şir ki, nə iş­lə mə­şğ­ul ol­sun ki, ai­lə­si ac qal­ma­sın. Əv­vəl­lər ziy­a­lı ye­mək, gey­mək dər­di çək­məy­ib, ev, ma­şın al­maq və s. barə­də fi­kir­lə­şib. Pro­fes­so­run ma­a­şı 40 dol­lar, tibb elm­lə­ri na­mi­zə­di, bö­yük bir şö­bə­nin müdi­ri­nin ma­a­şı 20 dol­lar miq­da­rın­da­dır. Neylə­sin­lər? İki yol var: ya bu müs­tə­qil öl­kə­də özünü ora-bu­ra çır­pıb ai­lə­si­ni do­lan­dır­ma­lı­dır, ya da bir kən­dir tap­ma­lı­dır. İn­di­ki dövr­də bun­la­rın hər iki­si­nə bə­ra­ət qa­zan­dır­maq müm­kün­dür.

- Qə­zən­fər müəl­lim, elə çıx­ma­sın ki, biz yal­nız ya­şa­dı­ğı­mız cə­miyy­ə­tin qa­ran­lıq mə­qam­la­rı­nı görür və onu qa­bart­ma­ğa ça­lı­şırıq. Əl­bət­tə, uğ­ur­la­rı­mız var və on­lar, necə de­yər­lər, bi­zim­dir. Söh­­­bət müstə­qil­liy­i­mi­zin bə­h­rə­lə­ri­ni ha­mı­nın bə­ra­bər şə­kil­də dad­­ma­sın­dan ge­dir. Bu mə­na­da kor­rup­si­ya­nın sə­viyy­ə­si hər bi­ri­mi­zi na­ra­hat et­məyə bil­məz. Tə­əs­süf ki, bu hal təh­sil­dən də yan öt­məy­ib. Bu­nun kökünü niyə kə­s­mək ol­mur? Yox­sa bu, müm­kün dey­il?

- Mümkün ol­may­an heç bir şey yox­dur. Kor­rup­siy­a­nın kö­künü kə­s­mək olar. Kim səy elə­di ki, mümkün ol­ma­dı? Bir də biz­də hər şey pil­lə-pil­lə­dir. Görürsən, bi­ri­si­ni han­sı­sa müəs­si­səyə rəh­bər qo­yur­lar. Son də­rəcə abır­sız­lıq­la, vic­dan ağ­rı­sı çək­mə­dən soy­ub-ta­la­maq­la mə­şğ­ul olur, bir gün görürsən, baş­qa bi­ri­si - on­dan da böyüyü gə­lib onu qu­laq­la­dı, bütün yığ­dıq­la­rı­nı əlin­dən al­dı. Bu adam in­di yeni­dən və həm də ca­na­var ki­mi ba­ş­lay­ır. Əl­bət­tə, bu­nun qa­ba­ğı­nı al­maq olar: təhlükə­siz­lik iş­çi­lə­ri var, po­lis var, məh­kə­mə var, pro­ku­ror­luq or­qan­la­rı var. Gə­rək on­la­rın ma­aş­la­rı o qə­dər yüksək ola ki, döv­lət işi­nə xəy­a­nət et­mə­yə­lər. Di­g­ər tə­rəf­dən, nə­za­rət edən­lə­rin öz­lə­ri tə­miz olmalıdır.

- Han­sı hiss si­zin böyük siy­a­sə­tə qa­tıl­mağ­ı­nı­za sə­bəb ol­du və nə üçün məhz Azər­bayc­an De­mo­krat Sa­hib­kar­lar Par­­ti­ya­­sı­nı seç­di­niz?

- Azər­bayc­an De­mo­krat Sa­hib­kar­lar Par­tiy­a­sı­nın mə­ram­na­mə­si böyükdür. Bu, nə iq­ti­dar, nə də müxa­li­fət yönüm­lüdür. O, xal­qın xey­ri­nə iş­ləy­ən, mil­lə­tin gə­ləc­əy­i­ni dü­şünən, özünün ori­ji­nal yo­lu olan, ha­lal­lığı göz­ləy­ən bir par­tiy­a­dır. Mən sa­hib­kar­lığı yal­nız təsər­rü­fat­da, iq­ti­sa­diyy­at­da dey­il, hər sa­hə­də görü­rəm: elm­də, sənət­də, təh­sil­də və tə­d­ri­s­də. Hər kəs öz sa­hə­si­nin ən yük­sək ada­mı, hə­qi­qi sa­hib­ka­rı ol­ma­lı­dır. Bu par­tiya da in­san­la­rı bu yo­la meyil­lən­di­rir. Bu, yax­şı niyy­ət­dir. İn­sa­nın tə­mi­na­tı ol­ma­­lı­dır. Tə­mi­nat ol­duq­da o, cəmiyy­ə­tə bac­ar­dığı sa­hə­də xid­mət gö­s­tə­rəc­ək­dir. İn­san dünyaya bir iz qoy­maq üçün gə­lir və hey­van­lar alə­min­dən bu­nun­la fər­q­lə­nir.

- Sa­hib­kar­lıq his­si ha­mıya doğ­ma­dır. Be­lə ol­ma­sa, adi ai­lə qayğ­ı­la­rın­dan tut­muş, öl­kə­mi­zin iq­ti­sa­di müstə­qil­li­yi­nin tə­min edil­mə­si­nə­dək bütün mər­hə­lə­lər­də nəy­in­sə ça­tış­may­ac­ağı ay­dın hiss edi­ləc­ək. Am­ma bu da bir hə­qi­qət­dir ki, ha­mı­da bu his­sin forma­laş­ma­sı üçün cə­miyy­ət­də ki­fa­yət qə­dər münbit şə­ra­it ya­ra­dıl­ma­lı­dır.

- Cə­miyy­ət ai­lə­dən ba­şlay­ır, ai­lə­də hər kəs özü bi­lər. Am­ma ölkə­də münbit şə­ra­it bir mil­lə­tin, öl­kə­nin in­ki­şa­fı mə­sə­lə­si­dir. Qul­dar­lıq və ya fe­o­da­lizm dey­il ki, hər şey bir ne­çə ada­mın əlin­də toplan­sın. Mil­lə­tin bir mil­lət ki­mi in­ki­şa­fı­nı is­təy­ən adam o öl­kə­də heç ki­min sa­hib­kar­lıq fə­a­liyy­ə­ti­nə ma­ne ol­ma­ma­lı­dır. Azad şə­ra­it ya­ra­dıl­ma­lı­dır ki, ha­mı qur­sun, tik­sin, ək­sin, bec­ər­sin. Ağ­ır ve­rg­i­lər, rüşvət­xor­luq, yox­la­ma­lar, gözümçıx­dı­lar, əl­də ola­nın qa­pı­lıb-alın­ma­sı ol­ma­sın, qa­nun­lar iş­lə­sin. Be­lə olar­sa, mil­lə­tin hə­yat şə­ra­i­ti yax­şı­la­şar, in­san­lar bir-bi­ri­nə hör­mət qoy­ar. Xal­qın ba­şın­dan ba­sıb, bir qrup ada­mın sa­hib­kar­lığ­ı­na yol aç­maq er­mə­ni iş­ğ­a­lı­na kö­mək etmək ki­mi bir şey­dir.

-Müsa­hi­bəyə gö­rə çox sağ olun.

 

Müsa­hi­bə­ni apar­dı: Əli SƏ­MƏ­DOV

19.02.2000

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az