BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

FƏL­SƏ­Fİ DÜŞÜNCƏNİN, ŞƏRQ FƏLSƏFƏSİNİN POETİK İFADƏ VA­Sİ­TƏ­LƏ­Rİ

 

Bir ədə­bi janr ki­mi, rüba­i­lər mi­nil­lik yol­da Ömər Xəy­yam və Məh­sə­ti ya­di­g­a­rı­dır. Bu janrda qə­lə­mi­ni sı­na­yan­lar çox ol­muş­dur, la­kin az-çox fi­lo­lo­ji təh­si­li olan hər han­sı bir şəx­si din­dir­sən, ilk növ­bə­də Xəyy­a­mın və Məh­sə­ti xa­nı­mın ad­la­rı­nı çə­kəc­ək­dir. Həm də çox ma­raq­lı­dır ki, bu böyük rübai us­tad­la­rı­nın əsər­lə­ri­ni xa­tır­la­dıqca rübai ja­n­rı nə­zə­ri­miz­də fəl­sə­fi düşüncə­nin, Şərq fəl­sə­fə­si­nin po­etik ifa­də va­si­tə­si ki­mi can­la­nır, ic­ti­mai-siy­a­si mə­sə­lə­lər, fəl­sə­fi li­ri­ka xəy­a­lı­mız­da ön pla­na ke­çir. Bu cə­hə­ti son za­man­lar­da ta­nış ol­du­ğu­muz Nüsrət Ab­du­lo­vun rüba­i­lə­rin­də də müşa­hi­də edi­rik.

Nüsrət Al­məm­məd oğ­lu Ab­du­lov ix­ti­sa­sca mühən­di­s­dir. Bir sı­ra mo­no­qra­fiya və el­mi mə­qa­lə­lə­rin, yüzdən çox sə­mə­rə­ləş­di­rici tək­li­fin, ix­ti­ra­nın müəl­li­fi, tex­ni­ka elm­lə­ri na­mi­zə­di, re­s­pub­li­ka­mı­zın Əmək­dar ix­ti­ra­çı­sı­dır. Öz sa­hə­sin­də yax­şı bir mütə­xəs­sis ol­maq­la ya­na­şı, zəh­mət­keş bir in­san olan Nüsrət həm də po­eziya vur­ğu­nu­dur. Rübai for­ma­sı N.Ab­du­lo­vu baş­dan-bi­na­dan özünə da­ha çox çək­miş, öz duyğu və düşüncə­lə­ri­ni söz söy­lə­məyə im­kan ve­rən bu ki­çik, əzə­mət­li ja­n­rın kö­məyi ilə in­san­la­ra çat­dır­mağa ça­lış­mış­dır.

Dörd mi­s­ra­dan iba­rət müstə­qil şeir for­ma­sı olan rüba­i­lər va­si­tə­si­lə həy­at hə­qi­qət­lə­ri­ni qı­sa və yığc­am şə­kil­də ümu­mi­ləş­dir­mək, və­tə­nə, in­sa­na, gö­zəl­liyə mə­həb­bət his­slə­ri­ni, haq­sız­lıq və əda­lət­siz­­liyə, ya­ra­maz əməl­lə­rə, əyy­a­ş­lıq və düşgünlüyə ni­frə­ti po­etik bir dil ilə ifa­də et­mək mümkündür. Rüba­i­lər­lə ta­nı­ş­lıq­dan ay­dın olur ki, Nüsrə­ti da­ha çox xey­ir­xah əməl­lər düşün­dü­rür, o, in­sa­nı mə­nə­vi yüksək­liyə səs­ləy­ir, öz böyük us­tad­la­rı ki­mi, o da xil­qə­tin sir­lə­ri­ni öy­rən­məyə ça­lı­şır, zəh­mə­tin, əməy­in in­san üçün şə­rə­f­li ol­duğ­u­nu bi­lir və zəh­mə­tdən yo­rul­mur:

 

Ömür yol­la­rın­da cə­fa çək­mi­şəm,

Hə­mi­şə bar ve­rən ağ­ac ək­mi­şəm.

Nüsrə­təm, güllər­dən çə­lə­ng hör­səm də,

Hər bir rüba­im­də qa­la tik­mi­şəm.

 

Rüba­i­lər­də nə­zə­ri cəlb edən cə­hət­lər­dən bi­ri möv­zu rən­ga­rəngliy­i­dir. Tə­bi­ə­tə, in­sa­na, ka­i­na­ta, ya­ra­dı­lı­şa fəl­sə­fi müna­si­bət, ic­ti­mai-siy­a­si amil­lə­rin doğ­ur­duğu bə­la­lar, saf eş­qin, mə­həb­bə­tin tərənnümü, ai­lə-mə­i­şət mə­sə­lə­lə­ri və s. Nüsrə­tin rüba­i­lə­ri­nin əsas məz­­mu­nu­nu təş­kil edir. Rüba­i­lər­də ic­ti­mai həy­at­dan na­ra­zı­lıq motiv­­lə­ri da­ha güclüdür. Xal­qı di­lən­çi və­ziyy­ə­tə sa­lıb öl­kə­ni ça­pıb-ta­lay­an­lar, tay­fa ha­ki­miyy­ə­ti­nin zo­ra­kı­lığı, ya­ra­maz adət-ənə­nə­lər, Qa­ra­bağ­ın işğ­a­lı - er­mə­ni azğ­ın­lığı, rüşvət­xor­luq, mə­nə­­viyy­at­sız­lıq Nüsrə­ti bir və­tən­daş ki­mi na­ra­hat edir, zəh­mət­siz sər­vət top­lay­an­la­rın, xal­qın il­lər­lə qa­zan­dıq­la­rı­nı zo­ra­kı­lıq­la ələ ke­­çi­rib «mə­nəm-mə­nəm» dey­ən­lə­rin bu dünya­nın ne­çə min il­lik təc­­rübə­sin­dən baş aç­ma­­dıq­la­rı­nı, son də­rəcə sət­hi və da­yaz dü­şüncə sa­hi­bi ol­duq­la­rı­nı təəssüf his­si ilə qə­lə­mə alır: «Hökm edə­rək dünya­nı ta­lan edi­rik. Ta­lan­çı­lar nə apa­rıb - gör­mə­mi­şik», «Qüv­və­si ola­na mey­dan­dır dün­ya», «Dün­­ya­nın qa­nun­la­rı­nı bil­sək də, Ça­lı­şı­rıq dünyaya ha­kim kəsi­lək», «Dərd­li­lə­rin göz ya­şı­nı sil­mə­mi­şik», «V­ə­tə­ni çək­məy­in, li­der­lər, şi­şə!», «Çox ki­çik məq­səd­lər baş alıb ge­dir», «Əb­ləh ya­ra­nıb­sa - məq­səd­siz ol­maz» və s. mis­­ra və beyt­lər Nüsrə­tin haq­sız­lıq dünya­sı­na eti­ra­zı­nı ifa­də edən qəlb çır­pın­tı­la­rı­dır. Nüsrət Və­tə­nin, Və­tən tor­paq­la­rı­nın xi­la­sı üçün in­san­la­rı bir­liyə çağ­ı­rır:

 

Yağ­ı­lar şad­la­nır, yur­dum­da ya­s­dır;

Düşmən çox, kö­mək az, ar­zum qi­sa­s­dır.

Mil­lə­tin gücünü top­laya bil­sək,

Əzə­rik düşmə­ni, bir­lik əsa­s­dır.

 

Tə­əssüflər ki, bur­nu­nun uc­un­dan uzağı gör­məy­ən var-döv­lət hə­ris­lə­ri­nin, fe­o­dal düşüncə­li iki­ay­aq­lı­la­rın uc­ba­tın­dan bu bir­lik hə­lə­lik mümkün dey­il­dir. Ye­rə də, gö­yə də ha­kim­lik edən bu cür iki­ay­aq­lı­lar Və­tən tor­pağı üzə­rin­də al­ver­lə mə­şğ­ul­dur. Bu hal xal­qın mə­nə­vi yüksə­li­şi üzə­rin­də aman­sız bir zo­pa­dır.

Rüba­i­lər­də do­st­luq, yol­da­ş­lıq, se­vgi, mə­həb­bət hiss­lə­ri də üstün yer tu­tur:

 

İncə tə­bəssümlə söz dey­ən dil­bər,

Qəl­bi­mi gülüşlə məst edən dil­bər,

Ya­nağ­ın la­lə­dir, ləb­lə­rin qön­çə,

Nüsrə­tə pürrə­ngi çay ve­rən dil­bər -

ki­mi bənd­lər, bir tə­rəf­dən, klas­sik rüba­i­lə­ri ya­da sa­lır, bir tə­rəf­dən də, müa­sir­lik ci­zg­i­lə­ri ilə diq­qə­ti cəlb edir. «Ca­na­nı şər­bət­­lə, mey­lə qar­şı­la», «Ruh ox­şay­an bu­səyə Şi­rin can­dan ke­çə­rəm», «Mə­lək­sən, ru­hu­mun nə­şə­si sən­sən», «Hər ye­tə­nə ca­nan de­mə» ki­mi mi­s­ra və beyt­lə­ri­nin hər bi­ri, bəl­kə də, klas­sik ədə­biyy­at­da se­vg­i­li­nin üzünü gör­mək ar­zu­su ilə çır­pı­nan aşiq fəry­ad­la­rın­dan fər­q­li ola­raq, re­al sevgi mac­ə­ra­la­rı ilə bağ­lı­dır. Bu cür şeir­lər­də klas­sik bən­zət­mə vasi­tə­lə­rin­dən da­ha çox is­ti­fa­də edil­miş­dir:

Qa­ş­la­rın ka­man­dır, ki­rpiy­in ox­dur,

Qəl­bim hə­dəf olub, ta­qə­tim yox­dur.

Doy­mu­ram bax­dıqca gül ca­ma­lı­na,

Ba­xı­şın can alır, ar­zum da çox­dur.

 

Tor­paq, su, ha­va, od; ata, öv­lad, oğ­ul, nə­və; Ay, ul­duz, Gün, işıq - Nüsrə­tin se­vgi ilə tə­rənnüm et­diyi müqəd­dəs var­lıq­lar­dır:

 

Tor­paq - can qə­ni­mə­tim,

Su - ru­zum, bə­rə­kə­tim,

Ha­va - ciy­ər sər­və­tim,

Od - qüvvəm, hə­rə­kə­tim.

 

Nüsrə­tin po­eziya di­li ilə ifa­də et­diyi, öz ix­ti­sa­sın­dan doğ­an ümidli ar­zu­la­rı da ma­raq­lı­dır:

 

Axar su­da qüvvə tap­dıq,

Ato­mu da ona qat­dıq.

İşığı da ci­lo­vla­saq,

Ul­duz­la­ra bəl­kə çat­dıq.

 

Bu sa­də rübai ke­ç­mi­şin el­mi na­i­liyy­ət­lə­ri­ni əks et­dir­mək­lə müəlli­fin ix­ti­sa­s­çı alim düşüncə­lə­ri­ni, ul­duz­la­ra çat­maq ina­mı­nı da ifa­də edir.

Nüsrət Ab­dul­ovun ikinci nə­ş­ri­ni əla­və­lər­lə oxu­cu­la­ra çat­dır­dı­ğı bu ki­tab «Rüba­i­lər» ad­lan­sa da, yal­nız rübai­lər­dən iba­rət de­yil­dir. Top­lu­da müəl­li­fin li­rik şeir­­lə­ri, bir sı­ra qə­zəl və qoş­ma­la­rı da top­lan­mış­dır. «Əz ba­şı­nı daş­na­kın» tip­li sa­ti­rik şeir­lər, dördlük şək­lin­də ya­zıl­mış təm­sil­lər gö­s­tə­rir ki, Nüsrə­tin yu­mor duyğ­u­su da güclüdür.

Ki­ta­ba R.Xə­lə­fov, Z.Ka­zım­za­də, Ə.Əliy­ev, M.Fə­qa­ni, R.Ho­ra­diz­li, N.Ka­zı­mov və H.Hə­sə­no­vun N.Ab­du­lo­va həsr et­dik­lə­ri şeir­lər də da­xil edil­miş­dir.

Bütün bun­lar ki­ta­bın əha­tə da­i­rə­si­ni ge­ni­ş­lən­di­rir, məz­mu­nu­nu zə­ng­in­ləş­di­rir, uğ­ur­lu əməl sa­hi­bi müəl­lif haq­qın­da da­ha ət­raf­lı təəssürat qa­zan­mağa im­kan ve­rir.

Sözümüzün so­nun­da da­ha uğ­ur­lu gə­ləc­ək ar­zu­lay­ar­kən onu da qeyd et­mək is­tər­dik ki, N.Ab­du­lo­vun is­tək və ar­zu­la­rı, fi­kir və ideya­la­rı ma­raq­lı və düşündürücü ol­sa da, şeir tex­ni­ka­sı zə­if­dir. Tə­­bii ki, N.Ab­du­lov böyük po­eziya sə­nə­ti ya­rat­maq fi­k­rin­də de­yil­­dir. Ye­ri gəl­dikcə öz duyğularını şeir şək­lin­də qə­lə­mə al­mağı se­vir.

Hər kə­sin öz iç dünya­sı­nı po­eziya di­li ilə qa­nad­lan­dır­maq haq­qı var­dır. Bu yol­da və ümu­mən həy­a­tın hər bir sı­nağ­ın­da Nüsrət müəl­li­mə uğ­ur­lar ar­zu­su ilə...

 

05.02.2000

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az