BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

DÜNYA­MI­ZIN DƏRD­LƏ­Rİ

 

Bir ne­çə gün əv­vəl gör­kəm­li na­sir və tən­qid­çi, pub­li­sist, Ya­zı­çı­lar Bir­liy­i­nin üzvü, Re­s­pub­li­ka Döv­lət mü­ka­fa­tı la­ure­a­tı, fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru Ya­sif Nə­sir­li­nin «Gö­rə bil­mə­din» ad­lı dram, po­vest və he­kay­ə­lər­dən iba­rət ye­ni ki­ta­bı­nı al­dıq. Bu günlər­də Sə­diy­ar Caha­ng­ir oğ­lu­nun «Ya­sif Nə­sir­li» ad­lı baş­qa bir ma­raq­lı ki­ta­bı ilə də ta­nış ol­duq.

«Qır­mı­zı qə­rən­fil», «İn­san­lar, görü­şlər», «Ad­sız tə­pə», «İn­ti­zar», «Çi­nar vüqa­rı», «Qay­ı­dac­ağ­am» və bu gün­lər­də çap et­dir­diyi «Gö­rə bil­mə­din» ki­ta­bı ilə ta­nış olan hər bir kəs gö­rə bi­lər ki, Ya­si­fin baş­qa­la­rın­dan se­çi­lən nik­bin və tə­bii bir üslu­bu, özünə­məx­sus yazı ma­ne­ra­sı var­dır. Bu üslub­da hə­qi­qə­tin gözünə düz bax­maq, heç nəyi sax­ta­laş­dır­ma­maq, həy­a­tın şi­rin­liy­i­ni və ac­ı­la­rı­nı, XX əsr in­sa­nı­nın keç­diyi üzüntülü həy­at yo­lu­nu, onun mad­di-mə­nə­vi, psi­xo­lo­ji alə­mi­ni uy­dur­ma saç­ma­la­ra əsas­lan­ma­dan re­al əks et­dir­mək key­fiyyət­lə­ri çox güclüdür.

Ya­sif da­im ye­ni möv­zu­la­ra mürac­i­ət edir. Az təd­qiq olun­­muş, az öy­rə­nil­miş, bə­dii, el­mi əsər­lər­də öz ək­si­ni ta­pa bil­məy­ən be­lə möv­zu­lar­dan bi­ri Böyük Və­tən müha­ri­bə­si il­lə­rin­də əsir düşmüş, xa­rici öl­kə­lər­də ili­şib qal­mış, So­vet döv­lə­ti­nin qa­tı təd­bir­lə­rin­dən, «Si­bir» qor­xu­sun­dan Və­tə­nə dö­nə bil­mə­miş, Və­tən hə­s­rə­ti ilə, min bir əzab­la xa­ric­də ömür sürən, doğ­ma yur­dun əl­çat­maz­lı­ğın­dan ürəyi par­ça­la­nan in­san­la­rın qə­lə­mə alın­ma­sı, ya­da sa­lın­ma­sı­dır. «Təyy­a­rə ge­ri dönür» po­ve­s­tin­də, «Qan qar­da­ş­la­rı» he­kay­ə­sin­də, «İn­ti­zar» pye­sin­də və bir sı­ra baş­qa əsər­lə­rin­də və­tən hə­s­rə­ti­lə qo­v­ru­lan, ya­nıb-ya­xı­lan bu cür in­san­la­rın nisgi­li­ni, da­xi­li kə­dər və üzün­tülə­ri­ni tə­sir­li bir dil ilə qə­lə­mə al­mış­dır. Əc­nə­bi öl­kə­də «Gəncə» mə­həl­lə­si ya­ra­dan, ölən­də Və­tə­ni qib­lə se­çən bu in­san­lar bir fı­rıl­daq­çı er­mə­ni­nin sat­dığı «Ba­kı tor­pağı»nın ta­mın­dan, iyin­­dən Ba­kı tor­pağ­ı­nın ol­ma­dığ­ı­nı ba­şa düşsə­lər də, göz­lə­ri­ni bu dünyaya əbə­di yu­mar­kən bu cür bir ovuc tor­paq­la ovu­nur, göz­lə­ri­ni bu tor­paq­la yu­mur­lar; bütün çə­tin­lik­lə­ri ya­ra­raq, zülm və iş­gəncə qor­xu­su­nu ata­raq öl­mək üçün Və­tə­nə sürünürlər. Və­tən tor­pağ­ı­na ça­tan­lar da olur, yad öl­kə­də Və­tən dər­di ilə də­li olub çöl­lə­rə düşən­lər də. Bu, nə­hay­ət­də dəh­şət­li həy­at­dır. Bu möv­zu ya­zı­çıya təhlükə­siz­lik or­qan­la­rı­nın yüksək rütbə­li nümay­ən­də­si ki­mi xa­rici öl­kə­lə­ri gə­zər­kən şa­hi­di ol­duğu ha­di­sə­lər­dən, gö­rüş­düyü bəd­bəxt ta­le­li in­san­lar­dan gə­lir.

Böyük Və­tən müha­ri­bə­si və onun acı nə­tic­ə­lə­ri bi­zim nəs­lin bə­dii ya­ra­dıc­ı­lıq mən­bəyi olub. «Yas­lı evin adam­la­rı», «Gə­lən Nə­bi kişi idi», «Qo­taz­lı qoy­un» he­ka­yə­lə­rin­də Ya­si­fin qə­h­rə­ma­nı müha­ri­bə­də hə­lak ol­muş ata­sı­nın ye­g­a­nə həy­at ni­şa­nə­lə­ri olan gi­lə­nar rəng­li tütək­dən, sə­si kən­di ti­t­rə­dən ağ at­dan, qo­taz­lı qoy­un­dan saf və ay­ıq bir uşaq köv­rək­liyi ilə tə­səl­li ta­pır. Gün gə­lir ki, at da, qoy­un da ba­şı­nı ye­rə qoy­ub ölür. Bütün is­tək və qayğ­ı­la­ra bax­may­a­raq, ata ya­di­g­a­rı şah tu­tu da qo­ruy­ub sax­la­maq ol­mur, o da ay­aq üstə qu­ruy­ub ölür. Tə­bi­ə­tin aman­sız ge­di­şi ilə ata ya­di­g­ar­la­rı bir-bir sı­ra­dan çıx­sa da, ata xa­ti­rə­si, ata ni­sg­i­li qəlb­dən si­lin­mir…

Ya­sif Nə­sir­li gör­kəm­li bir ziy­a­lı ki­mi, yüksək adam­lar haq­qın­da heç bir qıs­qanc­lığa yol ver­mə­dən, böyük sə­xa­vət­lə, ürək do­lu­su da­nı­şır, böyük adam­la­rın böyüklük key­fiyy­ət­lə­ri­ni us­ta­lıq­la üzə çı­xa­ra bi­lir. Bu pro­se­s­də onun in­sa­na, mə­nən yüksək olan­la­ra son­suz mə­həb­bə­ti də ifa­də olu­nur. Bu cə­hət­dən müəl­li­mi və çox sev­diyi ya­zı­çı Mir Cə­lal, tən­qid­çi Qu­lu Xə­li­lov, ya­zı­çı Əl­fi Qa­sı­mov haq­qın­da bə­dii-pub­li­si­s­tik ya­zı­la­rı diq­qə­ti da­ha çox cəlb edir. «Bir də­s­tə gül», «İki hey­kəl», «Ya­rım­çıq ömür» he­ka­yə­lə­rin­də in­di ar­tıq əbə­di dünya­da olan hə­min gör­kəm­li şəx­slər haq­qın­da şi­rin xa­ti­rə­lər to­p­lan­mış­dır. Mir Cə­lal müəl­li­min müdrik­liyi, həs­sas qəl­bi, yüksək in­sa­ni key­fiyy­ət­lə­ri; tə­bi­ə­tin ver­diyi na­mərd xə­s­tə­lik­dən ömür boyu əzab çə­kən, də­fə­lər­lə ölümlə əl­bəy­a­xa olan Qu­lu Xə­li­lo­vun sel ki­mi axan bir is­te­dad­la Azər­bayc­an ədə­biyy­a­tı üzə­rin­də ko­tan ki­mi tən­qid şı­rı­mı aç­ma­sı, Əl­fi­nin yu­mor­lu gö­zəl tə­bi­ə­ti, şən və şi­rin nə­s­ri müəl­lif tə­rə­fin­dən se­vgi ilə xa­tır­lan­mış­dır. Bu əsər­lər üslub tər­zi­nə gö­rə də ori­ji­nal olub, bə­di­i­lik­lə el­mi­liy­in vəh­də­ti əsa­sın­da ya­ran­mış­dır. Bu əsər­lər yal­nız xa­ti­rə-de­tal­lar­dan iba­rət ol­ma­yıb, Mir Cə­lal, Qu­lu Xə­li­lov, Əl­fi Qa­sı­mov ya­ra­dı­cı­lığ­ı­na cid­di el­mi-tən­qi­di müna­si­bət ifa­də edir.

Ya­sif çox za­man öz qəl­bi­nin is­tək­lə­ri­ni gör­kəm­li adam­la­rın təs­­vi­ri pro­se­sin­də üzə çı­xa­rır. Qu­lu Xə­li­lov haq­qın­da de­diyi: «San­ki öz da­xi­li alə­mi­ni də ya­zı­çı­nın mə­nə­vi dünya­sı ilə bir­ləş­di­rib əks et­dir­məyə ça­lı­şır» söz­lə­ri­ni onun özünə də aid et­mək olar. «Adı­na du­r­ğun­luq il­lə­ri de­diy­i­miz o il­lə­ri biz də ya­şa­mı­şıq. Bir qrup adam rəh­bər işə so­xu­lub re­s­pub­li­ka­nı göz gö­rə-gö­rə so­yur­du. Ha­ra­da­sa inam qı­rı­lır­dı, eti­qad qı­rı­lır­dı. Sa­ba­ha ümid aza­lır­dı. Cə­miyy­ə­ti­miz üçün dəh­şət­li olan bu adam­lar bir ya­zı­çı, bir in­san, bir və­tən­daş ki­mi Əl­fi Qa­sı­mo­vu çox na­ra­hat edir­di». Bun­lar Ya­si­fin öz qəl­bi­nin də eti­raz­la­rı idi. Am­ma şükür o il­lə­rə!

Ya­si­fin möv­zu­la­rı rə­ng­a­rə­ng­dir. «Ata göz­ləy­ir» he­ka­yə­si çox erkən qı­rı­lan bir ömrün qəm­li ta­ley­i­ni nəql edir. «İki şüşə kony­ak» he­kay­ə­si mə­sul iş­çi­nin qan­maz­lıq və kütbey­in­liy­i­ni, ey­ni za­man­da, həd­siz «pe­şkəş ölüsü» ol­du­ğu­nu əks et­di­rir. Cə­miyy­ə­tin in­ki­şaf meyil­lə­ri həs­sas adam­lar­da ey­ni duyğ­u­lar oy­a­da bi­lir. «Axı nə ya­pış­mı­san bu Mark­sın ətəy­in­dən, ki­şi­nin sümüyü də çürüyüb. Əl çək ondan, özünə pe­şə tap, iş tap. Lap açığ­ı­nı bil­mək is­tə­yir­sən­sə, in­di do­lan­mağı bac­ar­may­an­lar haq­dan, əda­lət­dən dəm vu­rur­lar». 80-ci il­lə­rin əv­vəl­lə­rin­də söy­lən­miş bu cür fi­kir­lə­rə 90-cı il­lə­rin ha­di­sə­lə­ri­lə bağ­lı El­çi­nin pyes­lə­rin­də də («Mə­nim ərim də­li­dir») rast gə­li­rik.

Ya­zı­çı­nın «Gö­rə bil­mə­din» he­kay­ə­si 90-cı il­lə­rin ya­şa­dığ­ı­mız günlə­ri­nin acı mən­zə­rə­si­ni əks et­di­rən kə­s­kin siy­a­si pam­f­let­dir. Ya­sif Nə­sir­li vaxt­sız və­fat et­miş do­stu­na mürac­i­ət şək­lin­də yaz­dığı bu əsər­lə son onil­lik­də­ki ey­bəc­ər­lik­lə­ri us­ta­lıq­la da­mğ­a­la­maq­la ya­na­şı, So­vet dövrünün hu­ma­nist ideya və ide­al­la­rı­na nan­kor müna­si­bət bəs­ləy­ən­lə­rin də kə­s­kin if­şa­sı­na na­il ola bil­miş­dir. Müstə­qil­lik və de­mo­kra­tiya in­sa­nı mə­nən yüksəlt­mə­li­dir, öldürmə­li dey­il. «Kim güclüsə, hə­qi­qət onun tə­rə­fin­də­dir. Güclü zə­i­fi ye­mə­li­dir» prin­si­pi in­sa­nı mad­di və mə­nə­vi cə­hət­dən məhv edir, şə­rə­f­lə ya­şa­mağa, bir ömrü zəh­mət, şə­rəf və ləy­a­qət­lə ba­şa vur­mağa im­kan ver­mir. Acı sar­kazmlar­la ya­zıl­mış bu əsər acı sar­kazmla da bi­tir: «Şükür Al­la­hın məs­lə­hə­ti­nə, sə­ni vax­tın­da apar­dı. Yox­sa bağ­rın çat­laya bi­lər­di. Ölə bi­lər­din…»

Ya­sif Nə­sir­li və onun ya­ra­dıc­ı­lığı ba­rə­də gör­kəm­li elm və sə­nət adam­la­rı­nın - Əmək­dar elm xa­di­mi Qu­lu Xə­li­lo­vun, Re­s­pub­li­ka döv­lət müka­fa­tı la­u­re­at­la­rı Qa­sım Qa­sım­za­də­nin, Mə­s­tan Gü­nə­rin, Bə­s­tə­kar­lar İt­ti­fa­qı­nın sə­d­ri To­fiq Qu­liy­e­vin, pro­fes­sor­lar­dan Şa­hin Sə­fə­rov, Əj­dər Ağ­ay­ev, Azad Nə­biy­ev və Ca­ha­ng­ir Məm­mə­do­vun, fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru İs­lam Qə­ri­bo­vun, ge­ne­ral D.Alek­san­d­ro­vun ma­raq­lı mə­qa­lə­lə­ri var­dır. Nə­bi Xəz­ri, Əhəd Mux­tar, Hə­mid Ab­bas və Əj­dər Yu­nu­sov Ya­si­fə şeir­lər həsr et­miş­­lər. Bütün bun­la­rın və Mil­li Təhlü­kə­siz­lik Na­zir­liy­i­nin ar­xi­vin­dən götürülmüş bir sıra sə­nəd­lə­rin to­plan­dığı ikinci ki­tab­dan Ya­sif Nə­sir­li­nin zə­ng­in və mürək­kəb həy­at yo­lu, el­mi, bə­dii, ic­ti­mai-siy­a­si fə­a­liyy­ə­ti haq­qın­da ge­niş mə­lu­mat al­maq müm­kündür. Dünya­nın ilk ko­s­mo­nav­tı Yu­ri Qa­qa­ri­nin Ya­si­fə mək­tu­bu oxu­cuya ləz­zət ve­rir: «Bi­zi yad etdiy­in üçün sağ ol. Te­le­qram­da yaz­dığ­ın lə­ti­fə də əla idi. Ar­va­dım dey­ir ki, Ya­sif bi­zə sa­ta­şır, yə­qin Mol­la Nə­s­rəd­din elə Ya­si­fin özüdür». Bu söz­lər ilk ko­s­mo­navt­la do­st­luğ­un hüdud­la­rı­nı ay­dın gö­s­tə­rir. Kom­so­mol ye­tiş­dir­mə­si və ma­hir bir na­tiq olan Ya­si­fin xey­ir­xah­lığı, və­tən­pər­vər­liyi, ha­zırca­vab­lığı, işgü­zar­lığı, Azər­bayc­an ziy­a­lı­la­rı­na böyük qayğ­ı­sı ba­rə­də tam tə­əssürat qa­zan­maq üçün hə­min ya­zı­la­rı bütövlükdə bu­ra köçürmək la­zım gə­lər­di. «Ya­sif Nə­sir­li­nin həy­at yo­lu çox çə­tin və mürək­kəb ol­muş­dur. Sözün hə­mi­şə düzünü de­diyin­dən, açıq ten­den­siy­a­lı şəx­siyy­ət ol­duğ­un­dan böyük mə­nə­vi-psi­xo­lo­ji təzy­iq­lər­lə üzləş­mə­li ol­muş­dur. La­kin mad­di, mə­nə­vi, siy­a­si çə­tin­lik­lər bu böyük, işıq­lı, xey­ir­xah in­sa­nın ira­də­si­ni sın­dı­ra bil­mə­miş­dir» (Qu­lu Xə­li­lov).

«Mə­nim bil­diy­im şey­lə­ri de­məyə di­lim gəl­mir, vic­da­nım yol vermir, həm də hüqu­qi haq­qım yox­dur» dey­ən Ya­si­fin Azər­bay­can ziy­a­lı­la­rı qar­şı­sın­da xid­mət­lə­ri və ümu­mən DTK fə­a­liyy­ə­ti ba­rə­də mə­lu­mat al­maq üçün Sey­mur El­se­və­rin, kom­so­mol­dan DTK-ya, ora­dan MK-ya yüksə­liş yo­lu ba­rə­də Sədy­ar Ca­ha­ng­ir oğ­lu­nun Y.Nə­sir­li ilə müsa­hi­bə­si­nə nə­zər sal­maq ki­fay­ət­dir.

Bu iki ki­tab gö­s­tə­rir ki, elm və ya­ra­dıc­ı­lıq sa­hə­sin­də, ey­ni zaman­da, gör­kəm­li bir döv­lət xa­di­mi ki­mi, Ya­sif Nə­sir­li bu xalq üçün çox iş görmüşdür. Qol­la­rı qüvvət­li, göz­lə­ri işıq­lı ol­duğuna görə bun­dan so­nra da hə­lə çox iş gö­rəc­ək­dir. Bu yol­da ona is­tə­yincə sağ­lam­lıq, ar­zu­la­rı­na müva­fiq ic­ti­mai mühit di­ləy­i­rik.

03.03.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az