BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

DƏ­Lİ­LİY­İN XEY­İ­Rİ

 

He­kayə, po­vest və ro­man­lar müəl­li­fi ki­mi ta­nı­dı­ğı­mız El­çi­nin dra­ma­tu­rg­iy­aya mey­li də qiy­mət­li bə­h­rə­lər ver­mək­də­dir. Ke­çən ilin mart ay­ın­da bi­tir­diyi, bu ya­xın­lar­da çap et­dir­diyi on doq­quz şə­kil­dən iba­rət «Mə­nim ərim də­li­dir» ko­me­diy­a­sı Mir­zə Cə­lil ənə­nə­lə­ri əsa­sın­da cəmiyyətin bu­günkü həy­a­tı­nı əks et­di­rən ma­raq­lı bir pye­s­dir. Ma­hiyy­ət eti­ba­ri­lə «Mə­nim se­vg­i­li də­lim» pye­si­nə ya­xın olan bu əsər­də əsas ob­raz­lar Ki­şi, Ar­vad, Qız, Oğ­ul, Qon­şu, Dost, Xa­nım, Pro­fes­sor, Par­tiya li­de­ri, Ek­s­t­ra­sens qa­dın və baş­qa­la­rın­dan iba­rət­dir. Ümu­mi mə­i­şət mə­sə­lə­lə­ri və so­si­al-ic­ti­mai prob­lem­lər əsə­rin bi­zə ya­xın olan son günlə­rin ha­di­sə­lə­rin­dən bəhs et­diy­i­ni gö­s­tə­rir. Bu­nu «Za­man»- 1997-ci ilin pay­ı­zı­nın əv­vəl­lə­ri» söz­lə­ri də tə­s­diq edir.

Ad günü mə­ra­sim­lə­ri­ni par­tiya özək­lə­ri­nə çe­vi­rən­lər, müstə­qil­liy­in doğ­ur­duğu sər­bə­st­lik­dən mey­da­na çı­xan bir sı­ra ic­ti­mai meyil­lər, ke­ç­miş ic­ti­mai qu­ru­lu­şa, Marks­izm-le­ni­nizm idey­a­la­rı­na müəl­lif və ob­raz münas­ibət­lə­ri, şəx­si mə­na­fe­dən doğ­an riy­a­kar­lıq, kütlə­vi hal al­maq­da olan mə­i­şət çə­tin­lik­lə­ri, bu dünya­nın, ət­raf mühi­tin dəli­lik də­rəc­ə­si­nə gə­tir­diyi in­san­lar və də­li­liy­in Məc­nu­ni ra­hat­lıq tipin­də əhə­miyy­ə­ti və s. ko­me­diy­a­da nə­zə­ri cəlb edən mühüm pro­b­lem­lər­dir. Müəl­lif mə­sə­lə­lə­rin həl­li­nə ko­mik plan­da ya­naş­mış, hekayə və po­ve­st­lə­rin­də müşa­hi­də et­diy­i­miz zə­rif, həs­sas və incə yu­mor­dan, sa­ti­rik epi­zod­lar­dan mə­sə­lə­lə­rin qoy­u­lu­şu­na müva­fiq şə­kil­də, us­ta­lıq­la is­ti­fa­də edə bil­miş­dir.

Mə­i­şət qayğ­ı­la­rı çox­dur. Ona gö­rə də Ar­vad hər də­fə ağ­zı­nı açan­da ne­çə pro­blem çı­xır or­taya: «Kran­tı nə qə­dər bağ­lay­ır­san, bağlan­mır!.. Sa­a­tın ba­ta­rey­a­sı ya­tıb. Te­le­vi­zor elə gö­s­tə­rir ki, gös­tər­mə­sə on­dan yax­şı­dı!» «Bax, lyüstür bu gündə!.. Val­lah, ev da­ğı­­­lır, heç bil­mi­rəm bu­nun tə­mi­ri necə olac­aq? Su gəl­mir!.. Uni­ta­zın qa­pağı sı­nıb!.. Qaz ka­lon­ka­sı is­təy­ən­də ya­nır, is­tə­məy­ən­də yan­mır!.. Heç bil­mi­rəm ba­şı­ma ha­ra­nın da­şı­nı sa­lım!..» Bu cür ça­tış­maz­lıq­lar gündə­lik ər­zaq mə­sə­lə­lə­ri­nə də aid­dir: «Siy­a­hı da dünən necə ya­zıb qoy­mu­şam, gün gu­nor­ta­nı ke­çib!.. Çö­rək al­ma­lıy­dın!.. Göy­ər­ti yox­du ev­də…» Söh­bət­lər­dən zəhmli bir jur­na­list ol­duğu bi­li­nən Ki­şi ha­mı­nın - Do­stu­nun da, Qon­şu­nun da, Li­de­rin də iş­lə­ri­nə ya­ray­ır, am­ma öz mə­i­şət qayğ­ı­la­rı­nın öh­də­sin­dən gə­lə bil­mir, qa­pı­sı­nı döyən­lə­rin ha­mı­sı on­dan umur, heç kəs ona kö­mək etmir. Ar­vad Ki­şi­nin özg­ə­lə­rə bu cür xid­mə­tin­dən be­zar­dır: «Ca­ma­a­ta ev düzəl­dir­sən, özümüz qal­mı­şıq bu qa­ran­lıq otaq­da!»

Ki­şi əv­vəlcə özünə tə­s­kin­lik ver­mək, özünü na­ra­zı­lıq, na­ra­hat­lıq və çə­tin­lik­lə­rə psi­xo­lo­ji cə­hət­dən ha­zır sax­la­maq, əsə­bi­ləş­mə­mək yo­lu ilə ge­dir. Ko­mik ef­fekt əsə­bi­liy­i­nin qar­şı­sı­nı şüur­lu şə­kil­də almaq üçün Ki­şi­nin iş­lət­diyi söz­lər­dən doğ­u­r:

Ki­şi ( do­da­qal­tı özü özünü sa­kit­ləş­di­rir ). Sa­kit ol… Əsə­bi­ləş­mə… ( Pən­cə­rəyə tə­rəf ba­xır ) Gör nə gö­zəl gündü… Mah­nı oxu… Mah­nı… ( Ya­vaş­dan oxuy­ur )

 

Dünya gö­zəl­dir,

Həy­at gö­zəl­dir.

Bir if­ri­tə var,

O da ki sən­sən.

 

Bu cür can­ha­rayı sa­kit­ləş­mə­lər, gərginliyin, əsə­bi­liy­in qar­şı­sı­nı al­maq üçün edi­lən cəhdlər sə­mə­rə ver­mir və tə­d­ric­ən də­li­liyə doğ­ru apa­rır. Ki­şi ai­lə qayğ­ı­la­rın­dan, ət­raf adam­lar­dan ya­xa qur­tar­maq üçün özünü də­li­liyə vur­ma­lı olur. Bu «də­li­lik» Ki­şi­nin bağ­lı ol­duğu müxtə­lif tə­bə­qə nümay­ən­də­lə­ri­nin so­si­al-ic­ti­mai və­ziyy­ət­lə­ri­ni səciy­yə­lən­dir­mək üçün müəl­li­fə ge­niş im­kan­lar ve­rir. Şəx­si is­tək­lə­ri­ni həy­a­ta ke­çir­mək üçün Ki­şiyə mürac­i­ət edən­lər «də­li»nin mət­bu­at də­li­liy­in­dən qor­xaraq onu rüşvət­lə sa­kit­ləş­dir­məyə, müxtə­lif hə­diyy­ə­lər­lə onun di­li­ni bağ­la­mağa ça­lı­şır­lar.

Süjet xət­ti bu şə­kil­də in­ki­şaf edir və Ki­şi «də­li»liy­in­dən is­ti­fa­də edə­rək rüşvət­xor La­çı­no­vu if­şa edəc­əyi ilə qor­xu­dub Oğ­lu­nun «bur­juy» ad­lan­dır­dığı Qon­şu­dan bir ma­şın qo­pa­rır. Bu pro­se­s­də qor­xut­ma üsul­la­rı da müa­sirdr: «Mən ona o boy­da bi­lər­zik al­mı­şam. On beş min dol­la­ra… Ge­dib ev­lə­ri­nin qa­bağ­ın­da mi­tinq elə­yə­cəy­əm. Te­le­vi­ziy­aya ge­dəc­əy­əm… Mə­nə heç nə edə bil­məz. Çünki mən də­li­yəm…» Qiy­mət­li əşy­a­la­rı Ki­şi­nin əli ilə alıb La­çı­no­va hə­diyyə aparan Qon­şu bu hay-küyün La­çı­no­va ça­tac­a­ğın­dan qor­xa­raq ona ma­şın alır. Özg­ə­si­nin ar­va­dı­na necə eşq elan et­diy­i­ni po­ema şək­lin­də ya­zıb qə­ze­tə ve­rəc­əyi ilə qor­xu­da­raq türk­pə­rəst Do­stun boy­nu­na «im­port­nı», «büllur» lyüstür qoy­ur. Ad gü­nündə par­tiya ya­rat­dı­ğı­nı xa­tır­la­da­raq, toy edəc­əy­i­ni, o toy­da Li­de­rin «təc­rübə­si»ni yay­maq­la par­tiya ya­ra­dac­ağ­ı­nı bil­dir­mək­lə ev­lə­ri­ni Li­de­rə tə­mir et­di­rir. Ma­şın, lyüstür, evin tə­mi­ri, ye­şik-ye­şik ba­nan və s. Ar­va­dı, Oğ­u­lu se­vin­di­rir. Mar­ksın «Ka­pi­tal»ını əlin­dən ye­rə qoy­ma­sa da, ay­lar­dan bə­ri 9-cu səh­i­fə­dən irə­li ge­də bil­mə­y­ən Oğ­ul adam olur, sö­zə bax­mağa ba­ş­lay­ır. Ar­vad şən­lə­nir və be­lə bir vaxt­da bir­dən-bi­rə Ki­şi­nin də­li­lik­dən qur­tar­maq is­tə­diy­i­ni bil­dik­də təş­vi­şə düşür: «Yox! Yal­va­rı­ram sə­nə! Heç ki­mə heç nə de­mə!.. Qoy ha­mı elə bil­sin ki, də­li­sən. Sən elə yax­şı, elə yax­şı də­li­sən, mə­nim əzi­zim».

90-cı il­lə­rin son­la­rı­dır. Rüşvət­xor­luq öl­kə­miz­də tüğyan edir. Əx­laq po­zu­lur. Hə­rə bir tə­rə­fə çə­kir və gündə bir par­tiya ya­rat­maq­la mə­şğ­ul­dur­lar. Bütün bun­lar guya uzun müddət so­si­a­list tə­fəkkürü ilə ya­şay­an, əs­lin­də, fe­o­dal tə­fəkküründən xi­las ol­ma­mış in­san­la­rın faci­ə­si­dir. Bi­zim hə­qi­qi ka­pi­ta­list tə­fəkkürünə qo­vuş­ma­ğı­mı­za da hə­lə çox var. El­çi­nin pis­lə­diyi so­vet qu­ru­lu­şun­da bu cür ey­bəc­ər­lik­lər in­di­ki qə­dər tüğyan et­mir­di. Xruş­şov, Brej­nev, Qor­­ba­çov ki­mi hə­qi­qi kom­mu­nist ide­al­la­rın­dan uzaq olan döv­lət baş­çı­la­rı, par­tiya lider­lə­ri hə­min qu­ru­lu­şun if­la­sı­na sə­bəb ol­du­lar. 9 sə­hi­fə­dən irə­li gedə bil­məy­ən day­az adam­lar bu qu­ru­lu­şu bər­pa edə bil­məz­lər. Vladi­mir İliç mə­nim nə­zə­rim­də dünya­nı ye­nil­əş­di­rən böyük şəxsiyy­ət­dir. Mark­sizm böyük elm­dir və müəl­lif di­lin­dən «dünya­nın ba­şı­na turp ək­miş məş­hur al­man iq­ti­sad­çı­sı» söz­lə­ri­ni eşit­mək is­tə­məz­dim. Bunu bir ob­raz nit­qin­də ver­mək olar­dı. Təbii ki, bun­lar şəxsi müla­hi­zə­lər­dir və dünya­nı hər kə­sin özü­nə­məx­sus dər­ket­mə prin­sip­lə­ri var­dır. Han­sı qu­ru­luş olur-ol­sun, in­sanın şüu­ru və vic­da­nı həlledi­c­i­dir.

Dönük və məs­lək­siz in­san­la­rın tən­qi­di Pro­fes­so­run şəx­sin­də daha ay­dın nümay­iş et­di­ril­miş­dir. 40 il ate­izmdən dərs dey­ən Pro­fes­sor in­di na­maz qı­lır, oruc tu­tur, fal­çı­lar­la otu­rub-du­rur, ek­s­t­ra­sens Ağ­a­bac­ıya ila­hi qüvvə ki­mi ba­xır. Fal­çı Ağ­a­bacı əy­ri yol­da olan ağrı­lı adam­la­rın hə­rə­si­nə ye­ni bir dərd gə­ti­rir. Qə­f­lə­tən fal­çı­dan mədəaltı vəz­də ağ­ır xə­s­tə­lik ol­du­ğu­nu eşi­dən Li­der: «Mən zər­bə­ni müxa­lif qüvvə­lər­dən göz­ləy­ir­dim, anc­aq öz or­qa­niz­mim­dən al­dım!» deyə gülüş doğ­u­rur. Bütün bun­lar son dövr­lər­də çox ge­niş yay­ıl­mış ti­pik ha­di­sə­lər­dir və biz özümüz də bil­mə­dən bö­yük Mir­zə Fə­tə­li­nin if­şa oby­ekt­lə­ri sə­viyy­ə­si­nə en­mi­şik. Böyük mütəf­fək­kir bir an­lıq torpaq­dan baş qal­dı­rıb ət­ra­fı­na bax­sa, elə bilər ki, biz 70 il­də heç bir in­ki­şaf mər­hə­lə­si ke­ç­mə­mi­şik, irə­liyə yox, ge­riyə get­mi­şik.

«On­suz da in­di pro­fes­sor­la­rın ha­mı­sı oruc­da­dı» söz­lə­ri ilə müəllif elm adam­la­rı­mı­zın ağ­ır və üzüntülü həy­a­tı­nı, mə­i­şət qay­ğı­­la­rı­nı qeyd et­diyi pro­blem­lə­rə qa­tır. Do­stun di­lin­dən ve­ri­lən: «Əvət! Əvət! Mən şim­di iti­min adı­nı To­dor Jiv­kov qoy­mu­şam» ki­mi söz­lər in­san xis­lə­tin­də­ki na­qis cə­hət­lə­ri üzə çı­xa­rır: 40 il, 50 il, 60 il da­nış­dığı di­li, daşı­dığı məs­lə­ki bir an­da dəy­i­şən in­san­la­rın mur­dar mənəviyy­a­tı­nı və ya ümu­mən mə­nə­viy­yat­sız­lığ­ı­nı gö­s­tə­rir. Əsər­də epi­zo­dik şə­kil­də ve­ri­lən həy­at hə­qi­qət­lə­ri çox­dur. Dünya enişli, yoxuşludur. Vax­­­ti­lə «Şər­qin sə­hə­ri» pye­sin­də Ə.Məm­məd­xan­lı­nın ka­pi­ta­li­s­tin di­li ilə dediyi «Biz qay­ı­dac­ağ­ıq» söz­lə­ri­ni in­di kom­mu­nist Oğ­ul dey­ir.

Qon­şu­nun di­lin­dən ve­ri­lən aşağ­ı­da­kı söz­lər də bə­şə­riyy­ə­tin in­­ki­şaf yo­lu ba­rə­də ma­raq­lı düşüncə­lər do­ğu­rur: «Bu hə­lə lütdü, ona görə kom­mu­nist­di. Hə, ka­pi­ta­lı yox­du, ona gö­rə «Ka­pi­tal»ı oxu­yur! Özünə ka­pi­tal düzəl­də bil­sə, olac­aq de­mo­krat! Özünə ka­pi­tal düzəl­də bil­mə­sə, ömürlük kom­mu­nist qa­lac­aq…» Bun­lar ob­raz nit­qin­dən­dir və bə­şə­riyy­ə­tin işıq­lı gə­ləc­əyi olan kom­mu­nizm ide­al­la­rı­nı obrazın qiy­mət­lən­di­rə bil­mə­məsi nəticə­si­dir (Müəllif bununla razılaş­maya bilər, lakin bu, uzaq gələcəyə də aid ol­sa, mənim şəxsi və qəti inamımdır, çünki insan nə vaxtsa ağıllan­malıdır).

Əsə­rin fi­na­lın­da «sağ­al­maq» əvə­zi­nə, «də­li­liy­in» qal­ma­sı, Ki­şi­nin «qo­y­un ol­ma­sı» məs­lə­hət görülür. İn­sa­nın ka­mil­ləş­mə­diyi, zəhmə­ti, el­mi, in­san­lığı qiy­mət­lən­dir­mə­diyi be­lə bir mühit­də, bəl­kə də, bu cür yax­şı­dır.

Yad­da ­qa­lan zə­rif yu­mor El­çi­nin dram və nəsr əsər­lə­ri­ni sev­di­rən mühüm key­fiyy­ət­lər­dən­dir. Də­li­liy­i­nə inan­dır­maq üçün qə­ri­bə yu­xu­lar uy­du­ran Ki­şi on­la­rın si­çan­la­rı ilə qon­şu si­çan­la­rı­nın koman­da düzəl­dib fut­bol oy­na­dıq­la­rı­nı uydurur. Yax­şı yat­maq üçün ona dər­man ver­mək is­tə­dik­də, «Bu gecə fi­nal oy­nay­ac­aq­lar»- deyə dər­ma­nı iç­mə­yəc­əy­i­ni bil­di­rir.

Ya­zı­çı­nın dram di­li sa­də və tə­bi­i­dir. Nəsr di­lin­də Mir­zə Cə­lil üslu­bu­­­na ya­xın, la­kin onun da­ha tək­mil, da­ha mürək­kəb for­ma­la­rı ki­mi tə­za­­hür ta­pan orijinal bir üslubda ab­zas-cümlə­lər ko­me­diya di­lin­də gö­rün­mür. Şübhə­siz, bu hal nəsr di­lin­də müəl­lif təh­kiy­ə­sin­dən fər­q­li ola­raq, dram di­li­nin ob­raz nit­qi əsa­sın­da qu­rul­ma­sı və ti­pik­ləş­di­ril­mə­si ilə bağ­lı­dır.

Ya­şa­maq­da ol­duğ­u­muz həy­a­tın ori­ji­nal sə­nət di­li ilə təcəs­sümü El­çi­nin uğ­ur­lu ya­ra­dıc­ı­lıq na­i­liyy­ət­lə­rin­dən­dir.

 

02.02.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az