BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

Əli Tudə - 75

 

ÖZÜ NİS­GİL­Lİ, TA­LEYİ XOŞ­BƏXT

ŞA­İR

 

Gözümü elm alə­mi­nə, po­eziya dünya­sı­na aç­dığ­ım ilk gün­dən bir «Əli Tu­də» im­za­sı həkk olub yad­da­şı­ma. İti və kə­s­kin ba­xı­ş­la­rın­da, ki­tab­la­rı­nın ti­tul sə­hi­fə­sin­də ve­ri­lən şə­kil­lə­rin­də­ki sərt üzündə bir ni­g­a­ran­­lıq, na­­ra­hat­lıq, na­ra­zı­lıq da sez­mi­şəm. Özü ilə söh­bət qis­mə­tim ol­ma­sa da, bu ni­g­a­ran­­lığ­ın kök­lə­ri mə­nim üçün ay­dın olub. Vətən­də Və­tən hə­s­rə­ti! Ta­ley­in dönüklüyündən na­ra­zı­lıq! Çox gənc ikən - 20-21 ya­ş­la­rın­da görüb-se­vin­diyi, bütün var­­lığı ilə qo­vuş­duğu mil­li qur­tu­lu­şun acı nə­tic­ə­lə­ri, fac­i­ə­li son­luğu! Se­vg­i­li­si­nə, doğ­ma yur­du­na bu gün-sa­bah qo­vuş­maq ar­zu­su ilə ya­şa­dığı 50 il­lik üzün­tülü mühac­ir həy­a­tı, əbə­di ay­rı­lıq, sə­b­rin dəh­şət­li uzun­luğu!

 

Mə­nə qa­pı aça­na

As­ta­na­da nə dey­im?

Necə dey­im o boy­da

Yur­du qoy­ub gəl­mi­şəm?

Mən ki­mə al­dan­mı­şam,

Nəyə uy­ub gəl­mi­şəm?

 

Əli Tu­də gənc ya­ş­la­rın­da ay­rıl­dığı bu diy­a­rı, bu dün­ya­nı heç vaxt unut­ma­mış, gecə-gündüz onu xəy­a­lın­da ya­şat­mış, ürək qa­nı ilə yaz­dığı mi­s­ra­lar­da hifz et­miş, göz yaş­la­rın­da qo­ru­muş­dur:

Özg­ə­ni bil­mi­rəm, dünya üzündə

Mə­nimçün gözümdə yaş­dır Və­tə­nim!

 

Əli Tu­də­nin - Əli Qu­lu oğ­lu Ca­vad­za­də­nin ata-ana­sı əs­lən Cə­nub­lu ol­muş, Ər­də­bi­lin Ça­nax­bu­laq kən­din­dən Ba­kıya köçmüş və 1924-cü il­də Əli Ba­kı­da doğ­ul­muş­dur. Ba­kı­da 7-ci sin­fi bi­tir­diyi dövr­də öl­kə­də ba­ş­lay­an re­pres­siya nə­tic­ə­sin­də ai­lə­ni İra­na sürgün etmi­ş­lər. Əli Tu­də bu­ra­da in­qi­la­bi hə­rə­ka­ta qo­şul­muş, 1945-ci ilin deka­b­rın­da qu­ru­lan Mil­li hö­ku­mə­tin Ma­a­rif Na­zir­liy­in­də şö­bə müdi­ri iş­lə­miş, ana di­lin­də dər­slik nə­ş­ri­nə ça­lış­mış, ilk də­fə ola­raq Tə­b­riz­də Mil­li Fi­lar­mo­niya təş­kil et­miş­dir. Yüksək xid­mət­lə­ri­nə gö­rə Mil­li hö­ku­mət onu ən ali müka­fat olan «21 Azər» me­da­lı­na lay­iq görmüşdür. Bir il so­nra zor dünya­sı­nın Mil­li hö­ku­mət üzə­ri­nə qa­ra pər­də çək­mə­si ilə ye­ni­dən Şi­ma­la üz tut­ma­lı ol­muş, 50 il mühac­ir həy­a­tı ke­çir­miş, son də­rəcə nis­gil­li bir ömür ya­şa­mış­dır: «Gö­rə­sən, par­ça­lan­mış Azər­bayc­a­nı­mı­zın ta­ley­i­ni öz mü­ha­c­ir həy­a­tın­da yaşayan Əli Tu­də qə­dər nis­gil­li», za­ma­nın, döv­rün çə­tin sı­naq­la­rı­na, ağ­ır zər­bə­lə­ri­nə mə­ruz qa­lan, rüzg­a­rın ən ki­çik se­vinc­lə­rin­dən be­lə mə­h­rum olan, heç bir haq­qı­na ça­ta bil­məy­ən ikinci bir şa­ir var­mı? (Şöv­kət Hic­ran) Heç bu­ra­da da şa­ir əməyi lay­i­qincə qiy­mət­lən­di­ril­məy­ib, da­im göz­dən, nə­zər­dən kə­nar­da qa­lıb:

 

Bir məq­səd uğ­run­da biz qə­ləm çal­dıq,

Al­qış mə­nim ol­du, hör­mət­sə sə­nin.

Sə­nət dünya­sın­da zir­və­lər al­dıq,

Hünər mə­nim ol­du, şö­h­rət­sə sə­nin.

 

Və­tən hə­s­rə­ti, ay­rı­lıq odu şa­i­rin gülümsər üzünün gül­mə­si­nə imkan ver­mə­di, do­daq­la­rın­da görü­nən tə­bəssüm qəl­bi­nə en­mə­di:

 

Do­dağ­ın gülməyi əsas dey­il­dir,

Gə­rək ürək gülsün, ürək si­nə­də.

Tə­b­ri­zim­siz ke­çən bütün il­lə­rim

Tə­b­riz­də gördüyüm bir ilə qur­ban!

 

Hər kə­sin öz qib­lə­si var,

Mə­nim qib­ləm Və­tə­nim­dir.

Kə­dər­dən doy­unca yaz­mı­şam, anc­aq

Se­vinc­dən ya­manca xəc­a­lət­liy­əm.

 

Hə­s­rət bu­lağa düşsə,

Alı­şıb ya­nar bu­laq.

Qürbət­də ölən­lə­rin tap­da­la­nar

qə­b­ri də…

Ömrüm boyu sən dərd ol­dun,

Mən­sə ya­zan mir­zə, Və­tən!

İs­tiq­lal ar­zu­la­rı, Və­tə­nin bir­liyi uğ­run­da tökülən qan­lar, tə­əs­süf ki, bir sə­mə­rə ver­mə­di, se­vg­i­li in­san­lar­dan, se­vgi do­lu tor­paq­lar­dan ay­rı düşən şa­ir ömür boyu Və­tən hə­s­rə­ti­lə çır­pın­dı.

Əli Tu­də bir in­san ki­mi, bir şəx­siyy­ət ki­mi, bir şa­ir ki­mi pak və tə­miz ya­şa­mış, gö­zəl his­slər­lə, gö­zəl duy­ğu­lar­la ömür sür­müşdür. Zo­rən­tə­bib yox, hə­qi­qi şa­ir, hə­qi­qi is­te­dad sa­hi­bi ol­du­ğun­dan poeziy­a­sı se­vi­lən və oxu­nan po­eziy­a­dır. İki sözünün bi­ri «Və­tən» olan şa­i­rin möv­zu da­i­rə­si rə­ng­a­rə­ng və ge­niş­dir: po­eziya üçün əbə­di möv­zu­lar­dan olan mə­həb­bət, tə­bi­ət gö­zəl­lik­lə­ri, in­sa­nın qur­maq, ya­rat­maq eş­qi, is­tiq­lal müba­ri­zə­si, xal­qın müd­rik­liyi, böyüyə hör­mət, düşmə­nə ni­frət, alın ya­zı­sı, ləy­a­qət və dəy­a­nət, ana mə­həb­bə­ti, in­san xis­lə­tin­də­ki ya­ra­maz­lıq­la­rın if­şa­sı, tor­paq və çi­çək ət­ri…

Sə­nət dünya­sı ilə ya­xın­dan ta­nı­ş­lıq gö­s­tə­rir ki, şa­ir heç ki­min ardınca get­mə­miş, bən­zər­siz qə­lə­mi və üs­lu­bu ilə se­çil­mi­şdir. Də­rin və böyük duyğu ilə müxtə­lif əşya və ha­di­sə­lər­də ey­ni key­fiy­yət­lə­ri se­çə bil­miş və on­la­rı us­ta­lıq­la ümu­mi­ləş­dir­miş­dir:

 

Min­nət nə­dir? Boğ­az­da

İli­şib qa­lan ti­kə.

Min­nət nə­dir? Ətir­li

Çay­ı­na sı­zan sir­kə.

Min­nət nə­dir? Da­s­ta­na

Ca­laq­la­nan bir fə­sil;

Min­nət nə­dir? Da­va­mı

Özg­ə­lə­şən bir nə­sil...

 

Əli Tu­də­nin şeir­lə­rin­də həy­at hə­qi­qət­lə­ri­nin ümu­mi­ləş­miş fəl­sə­fi ifa­də­si əsa­s­dır. Şa­ir bə­dii sözün qüd­rə­ti­ni hik­mət­də, onun hik­mət­lə bi­rgə doğ­u­lu­şun­da görür.

İlk təh­si­li­ni Şi­mal­da al­dığı üçün şa­i­rin po­eziya di­li son də­rəcə sə­li­s­dir, fars di­li sin­tak­si­si­nin tə­si­ri ilə kor­lan­ma­mış­dır. Həy­at hə­qi­qət­lə­ri­nin emo­si­o­nal-afo­ri­s­tik ifa­də­si şeir­lə­rin­də nə­zə­ri da­ha çox cəlb edir. Şa­i­rin ya­ra­dıc­ı­lığ­ın­da dünya və onun işl­ək­lə­ri­nə hey­rət do­lu müna­si­bət güclüdür.

Şa­ir üçün ən böyük hə­diyyə onun qo­ru­nan, yad­da qa­lan söz­lə­ri, mi­s­ra­la­rı­dır. Biz az vaxt ər­zin­də unu­dul­maz şa­i­rin üç nə­fis ki­ta­bı­nı - «Tə­b­riz yo­lu» (1996), «Söz ömrü» (1997) və «Mühac­ir qey­rə­ti» (1998) ki­tab­la­rı­nı al­dıq. Bu ki­tab­lar ilk də­fə çap üzü gö­rən şeir və po­ema­lar­dan iba­rət­dir. Şa­ir bu dünya­dan nis­gil­li get­sə də, ar­zu və is­tək­lə­ri­ni öv­lad­la­rı ya­şa­dır. Ki­tab­la­rın tər­tib­çi­si şa­ir ata­nın sə­nə­ti­nə yüksək mə­həb­bət bəs­ləy­ən Na­tiq Əli Tu­də oğ­lu Ca­vad­za­də­dir.

Şeir­lər­dən əla­və, üç ki­tab­da şa­i­rin sək­kiz li­rik po­ema­sı çap olunmuş­dur. «Hökmdar qı­zın se­vg­i­si» is­tis­na ol­maq­la, bu po­ema­lar - «Se­vgi na­xı­ş­la­rı», «De, har­da­san», «Nağ­ıl­la­şan mə­h­rəm­lər», «Mühac­ir qey­rə­ti» av­to­bio­qra­fik əsər­lər­dir, şa­i­rin öz ulu­la­rı­na həsr edil­miş­dir. Po­ema­lar mə­həb­bət do­lu şi­rin bir dil­də ya­zıl­mış­dır. Ata-ana­sın­dan, se­vim­li nə­nə­si­nin gü­zə­ra­nın­dan da­nı­şan, ilk se­­vg­i­sin­dən, çox gənc ikən ke­çir­diyi tə­zad­lı həy­at yol­la­rın­dan bəhs edən bu po­ema­la­rın ha­mı­sı xa­ti­rə­lər işı­ğın­da ya­zıl­mış­dır və Cə­nub həy­a­tı ilə bağ­lı­dır. Bir-bi­ri ilə əla­qə­li olan bu əsər­lə­ri bir süjet ət­ra­fın­da düzüb iri bir da­s­tan ki­mi də oxu­maq mümkündür.

Ne­çə də­fə tə­bi­ət gülümsəy­ib, is­tiq­lal qa­pı­la­rı açı­lıb. La­kin dər­­­hal güclü və dəh­şət­li tu­fan o qa­pı­la­rı bağ­lay­ıb… Şa­ir nis­gil­li get­­di, is­tiq­lal ar­zu­la­rı­na ça­ta bil­mə­di.

Qoy bu ar­zu­lar onun öv­lad­la­rı­nın, nə­və, nə­tic­ə­lə­ri­nin həy­a­tın­da çi­çək aç­sın! Cə­nub­la Şi­mal əbə­di­lik bir-bi­ri­nə qo­vuş­sun. Ta­le bu xal­qın üzünə xoş­bəxt­lik­lə gü­lüm­sə­sin…

Şa­i­rin ru­hu şad ol­sun.

29.01.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az