BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

REY­HAN ƏTİRLİ ŞEİR­LƏR

 

Azər­bayc­an En­sik­lo­pe­diy­a­sı Nə­ş­riyy­at-Po­li­qra­fiya Bir­liy­i­nin bu günlər­də çapdan çıxardığı «Xə­zan yar­paq­la­rı» ki­ta­bı Nə­bi Xəz­ri­nin əsa­sən son iki il­də qə­lə­mə al­dığı duyğu və düşüncə­lə­ri­nin məh­su­lu­dur.

Şeir­lə­ri oxu­duqca hiss edir­sən ki, şa­i­rin əzab­lar­la do­lu, eni­ş­li-yo­xu­ş­lu dünya­mı­za mə­həb­bə­ti böyükdür: «Mə­həb­bət ölçülmür il­lə, əsrlə; Mə­həb­bət ölçüsü əbə­diyy­ət­dir», «Mə­həb­bət bə­şə­rin zər­rin tac­ı­dır», «Za­man tar­la­sın­da gə­rək böyü­klər Me­h­ri­ban­lıq əkib, mə­həb­bət bi­çə» ki­mi mis­ra­lar gənc­lik eh­ti­ra­sı ilə döyü­nən şa­ir qəl­bi­nin hə­lə in­sa­na mə­həb­bət do­lu çox sözü ol­duğ­u­nu gö­s­tə­rir. Şa­ir bə­şə­rin ta­ri­xi­ni, müa­sir in­sa­nın mə­nə­vi alə­mi­ni mə­həb­bət­lə və­rəq­ləy­ir, insa­nın zə­rif duyğ­u­la­rı­nı, bə­şə­rin ağ­rı­lı-acı­lı günlə­ri­ni sözün kö­məyi ilə sə­nət­də əbə­di­ləş­dir­məyə ça­lı­şır. Gö­zəl söz özündə in­san gö­zəl­lik­lə­ri­ni, tə­bi­ə­tin ət­ri­ni ya­şa­dır: «Ta­n­rı, söz­lə­rin də ət­ri olar­mış!» Bu ki­ta­bı oxuy­an hər kəs hə­qi­qi po­eziya di­li ilə son il­lər­də çək­diy­i­miz əzab və ağ­rı­lar, xoş gün, fi­ra­van həy­at ar­zu­la­rı­mız, mə­nə­vi yox­sul­luq və aşın­ma­lar ba­rə­də zən­g­in bi­lik ala bi­lər. İn­di şö­h­rət nəyə yönə­lib? Elm, sə­nət, poe­zi­ya şö­h­rət mən­bəyi ki­mi öz əhə­miyy­ə­ti­ni niyə iti­rib? Niyə var-döv­lət, qul­dur­luq, rüşvət­xor­luq, riy­a­kar­lıq, ikiüz­lü­lük, xal­qla üz-üzə dur­maq meyil­lə­ri, söz ilə əməl ara­sın­da­kı uçu­rum şö­h­rət, hör­mət mən­bəyi olub. Əli­əy­ri­lik, soyğun­çu­luq, xə­bis­lik, sat­qın­lıq, cə­miy­yət­də tüğyan edir, na­mus və şə­rəf sa­hib­lə­ri­ni küncə qıs­na­yıb. Ağ və işıq­lı gün­lə­rin üzə­ri­nə, elə bil, qa­ra pər­də çə­ki­lib. Ümid çı­ra­ğı­nı üfürüb ke­çi­rib­lər və yan­mağa qoy­may­an­la­rın ço­xu iş ba­şın­da­dır. Ha­mı­mız bu əzab­la­rın, əzab­lı günlə­rin içə­ri­sin­də­yik. Du­yu­ruq, düşü­nürük. Qəl­bi­miz üsyan edir. Şa­ir isə, biz­dən fərq­­li ola­raq, bu əzab­la­rı qə­lə­mə al­maq üçün özündə güc ta­pır, öz təm­kin və ira­də­si ilə bun­la­rı bu­günkü oxuc­u­la­ra və gə­ləc­ək nəs­lə çat­dır­maq üçün dəy­a­nət və müdrik­lik nü­may­iş et­di­rir.

«İn­sa­nı ilan tək ça­lan dünya­da» in­san ki­mi ya­şa­mağ­ın özü çə­tin­dir. Şa­ir «Hər gün ko­bud­la­şan zə­ma­nə­miz­də Ko­bud­lar ya­nın­dan tufan ki­mi keç» de­sə də, mümkün dey­il, sən qaç­dıqca, sə­ni qo­vur­lar. Ən dəh­şət­li­si də budur ki, bu cə­miyy­ət in­san­la bir­lik­də onun qu­rub-ya­rat­maq, xoş üzlə sa­ba­ha get­mək ina­mı­nı da ovub tökür, sın­dı­rır. Zə­ma­nə in­san­la­rı­nın qəl­bin­də şey­tan giz­lə­nib. «Buz tək ba­xı­ş­lar­dan bir an­da sın­dım», «Sın­dım, pa­ra­lan­dım, od­lan­dım Fə­qət «Əl­vi­da» de­məyə di­lim gəl­mə­di», «Təkcə mən sın­ma­dım, bir an için­də Böyük ina­mım­la Mən bi­rgə sın­dım», «Çiy­nim­də əzab­lar ağ­ır bir taya», «Dağ gördüm dağ­la­rın si­nə dağı tək» - şa­i­rin na­ra­hat dünya­sı bu cür mi­s­ra və beyt­lər­lə üzə çı­xır. «Sə­a­dət ax­tar­dıq əli çı­raq­lı», «Hə­qi­qət ax­tar­dıq əli çı­raq­lı». Nə fay­da! Bə­şər hə­lə ka­mil­ləş­məy­ib, tay­fa­çı­lıq, dost­baz­lıq, və­zi­fə­pə­rə­st­lik, düşkünlük hal­la­rı baş alıb ge­dir. Ləy­a­qət­siz adam­lar bütün cə­miyy­ə­tin ləy­a­qət ör­tüyünü dağ­ı­dıb, yox edib­lər. Am­ma şa­ir bir vaxt haq­qın, əda­lə­tin öz ye­ri­ni tu­tac­ağ­ı­na da inam­sız dey­il: «Sat­qın, haq­qın cə­za­sın­dan ha qaç­sa da, qa­ça bil­məz!» «Dünya­nın ən bö­yük aqi­li kim­dir?» su­a­lı­na «Kim ca­vab ver­mir­sə ca­hil sö­zünə» ca­va­bı gö­s­tə­rir ki, şa­ir qur­tul­maq üçün baş­qa ça­rə­lər də ax­ta­rır, özünə tə­s­kin­lik ver­məyə ça­lı­şır.

N.Xəz­ri «Məş­hur» şe­rin­də in­di­ki «məş­hur­luq» yol­la­rı­nı açıb- tökür: «Şa­ir ol­maq qə­ba­hət­dir, şö­h­rət in­di var-döv­lət­dir». Elə bu­na gö­rə də be­lə bir cə­miyy­ət­də zəh­mət, sə­nət, elm, is­te­dad ar­tıq ana­xro­nizmlər cə­rgə­sin­də­dir:

 

Sə­nin ar­zun öz gücünü

Bir ila­hi söz­dən alır.

Ne­çin xal­qım be­lə dey­ib?

Mil­lət üçün ağ­lay­an­lar göz­dən düşüb!

İl­lər boyu çək­din millət dər­di­ni sən,

Si­nə gər­din qu­duz­la­ra,

Dua qıl­dın son­suz­la­ra...

Hər ki­tab bir xə­zi­nə­dir.

Bu gün isə ki­tab nə­dir, şeir nə­dir!..

 

İx­tiy­ar sa­hib­lə­ri öl­kə­ni müstə­qil­lik adı­na müstə­qil şə­kil­də ça­pıb-ta­la­maq­la mə­şğ­ul­dur­lar. İdey­a­lar, məs­lək­lər dəy­i­şib, ya­ra­maz dövran in­sa­nın mə­nə­viyy­a­tı­nı da ya­ra­maz is­ti­qa­mə­tə yö­nəl­dib.

Hə­lə vax­ti­lə böyük Ni­za­mi müasiri olan şahlara üz tutaraq deyir­di:

Xalq ra­zı qal­ma­sa bir hökmdar­dan,

Ha­ki­mi qurd ki­mi di­dəc­ək za­man.

 

«Ta­ri­xin dər­slə­rin­dən» şe­rin­də Nə­bi Xəz­ri də keç­mi­şi nə­zə­rə ala­raq ey­ni duyğ­u­nun di­li, ey­ni fəl­sə­fi ümu­mi­ləş­dir­mə­lər­lə da­nı­şır:

 

Süngü­lər üstündə day­a­nan döv­lət

Elə süngü­lər­lə yı­xıl­ma­dı­mı?

 

 

Şa­ir ya­xın ke­ç­mi­şin acı nə­tic­ə­lə­ri­ni xa­tır­lay­ır - mil­lə­ti sev­mək əvə­zi­nə özünü se­vən, in­san­la­rı zəh­mət əvə­zi­nə tə­rif və al­qı­şa öy­rə­dən, «döv­lət də, mil­lət də mə­nəm» de­yən ha­ki­mi-mütləq­lə­ri ustalıqla if­şa edir: «Tə­ri­f­lər üstündə yüksə­lən hey­kəl Elə tə­ri­f­lər­lə uçul­ma­dı­mı?», «Al­qı­ş­lar üstündə uc­a­lan nüfuz So­nra qa­rğ­ı­ş­lar­la çe­v­ril­mə­di­mi?», «Döv­lət də, mil­lət də mə­nəm» dey­ən­lər Xal­qın mən­liy­i­ni necə tap­da­dı?» Bun­lar ha­mı­sı ta­ri­xin dərs­lə­ri­dir.

Öl­kə­ni əx­laq­sız­lıq mey­da­nı­na, qu­mar­xa­na­la­ra çe­vi­rən­lə­rə şa­i­rin nifrə­ti son­suz­dur. Bu öl­kə­də son vaxt­lar qu­mar­xa­na­la­rın «gö­bə­lək» tək bi­tib-ço­xal­ma­sın­dan qey­zə gə­lən şa­ir qu­mar­da uda­nın da, udu­za­nın da ilk zər­bə­lə­ri­nin mil­lə­tə dəy­diy­i­ni söy­ləy­ir:

 

Axı udu­za­nın nə vec­i­nə­dir?

Ud­sa özü udur, uduz­sa mil­lət.

 

Ha yax­şı­lıq elə, ha ça­lış-vu­ruş, if­ri­tə­lə­rin cən­gin­də­sən:

 

İn­san bir mə­ləyə könlünü ver­di,

Əf­sus, so­nra bil­di o, if­ri­tə­dir.

 

Çünki bu dünya elə qu­ru­lub ki, «Qu­lun pu­lu yox­dur, pu­lun qu­lu var». Hə­min bu pu­lun qu­lu olan­lar öz mə­nə­viy­yat­sız­lıq­la­rı ilə öl­kə­ni, insanları mə­nə­viyy­at­sız­laş­dı­rır­lar. De­məyə söz çox­dur, la­kin heç kim, hət­ta şa­ir də hər şeyi deyə bil­mir. Be­ləcə, biz dərd ürəy­i­miz­də bu dünya ilə vi­da­la­şı­rıq:

 

Ge­di­rəm, əriy­ir ömür ad­lı şam,

Qa­lır ürəy­im­də ürəy­im­də­ki.

 

Şa­i­ri düşündürən mühüm mə­sə­lə­lər­dən bi­ri az qa­la unu­dul­maq­da olan Qa­ra­bağ pro­ble­mi­dir. «Mə­g­ər po­lad­dan­dır əsəb­lə­ri­miz? Ata­nı, ana­nı itir­dik, dözdük, Tor­pağı itir­dik, necə dö­zək biz?» Tor­paq da ye­tim­dir - «Yad­lar əkib-bi­çən tor­paq ye­tim­dir». Şa­­ir «Ta­rix­dən gə­lən səs» şe­rin­də «Düş­mə­nə od sa­çan qı­lınc gə­rək­dir!» - deyə ha­ray qo­pa­rır, mür­gülü ba­ş­la­rı ay­ılt­mağa ça­lı­şır. Sat­­qın­lar pey­da olan­dan, «tə­rə­zi ci­ng­il­ti­si» «qı­lınc ci­ng­il­ti­si­ni» əvəz edən­dən el­lə­ri­miz dar­da qa­lıb, tor­paq­la­rı­mız na­lə­lər çə­kir. Şa­­i­rin gəl­diyi nə­ticə doğ­ru­dur: «Qı­lıncı pas atan in­san məğ­lub­dur».

Qoc­a­lıq dər­di də şa­i­ri hər­dən dil­lən­di­rir. Bu­na bax­ma­ya­raq, o, ya­lan dünya ilə qoc­a­lıq ara­sın­da nik­bin duy­ğu­lar­la ya­şay­ır, be­lə mə­şəq­qət­li bir dünya­da «rey­han ət­ri­ni» heç vaxt unut­mur:

 

Özüm də bil­mi­rəm nə üçün, nə­dən

Rey­han ətir­li­dir dünya mə­nimçün.

 

Da­im ürək­dən ürəyə işıq apar­mağa ça­lı­şan şa­i­ri in­di zə­ma­nə­nin haq­sız­lıq­la­rı bir qə­dər də kö­v­rəl­dib:

 

Tap­şı­rıb tor­pağa şe­ri, sə­nə­ti,

Uçub ma­vi-ma­vi göyə ge­di­rəm.

Ya­şa­dım, bil­mə­dim bir hə­qi­qə­ti:

Mən neçün gəl­miş­dim, niyə ge­di­rəm.

 

Bütün işıq­lı in­san­lar be­lə­dir. Öz böyüklüyü mə­qa­mın­da tə­va­zö­kar­lıq edir. Qoc­a­lıq­dan dəm vur­ma­sın, nur­lu və işıq­lı şeir­lə­ri ilə insa­na ümid­li günlər bəxş edən şa­ir hə­lə bun­dan so­nra da ne­çə ye­ni şeir ki­ta­bı ilə dünya­nın şi­rin­liy­i­ni və çər­xin bə­la­la­rı­nı qə­lə­mə al­ma­lı olac­aq.

 

22.01.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az