BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

III

 

ƏDƏ­Bİ DİL, BƏDİİ DİL,

TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

 

BƏDİİ ƏDƏBİYYATDA XÜSUSİ ADLARIN

KOMİK TƏ­Bİ­Ə­Tİ

 

Bə­dii əsər­lər­də ob­raz­la­ra ad ver­mə, fa­mi­liya və lə­qəb­lə­rin se­çil­mə­si asan mə­sə­lə ol­ma­dığı ki­mi, xüsu­si ad­la­rın, rütbə, ti­tul bil­di­rən söz­lə­rin hər­t­ərə­f­li təd­qi­qi də cid­di araş­dır­ma­lar tə­ləb edir. Aka­de­mik V.V.Vi­no­qra­do­vun qeyd et­diyi ki­mi, bu möv­zu «…bə­dii ədə­biyy­at üs­lu­biyy­a­tı­nın çox böyük və mürək­kəb möv­zu­la­rın­dan­dır» .

20-30-cu il­lər nə­s­rin­də xüsu­si ad­lar­dan ko­mizm va­si­tə­si ki­mi isti­fa­də­nin bir ne­çə üsu­lu müşa­hi­də olu­nur.

1.Sa­ti­ra us­ta­la­rı­mız ko­mik ef­fekt ya­rat­maq üçün ad­la­rın eti­mo­lo­ji cə­hə­ti­nə xüsu­si diq­qət ye­tir­miş, adın ob­ra­zın tə­bi­ə­ti­nə uyğ­un­laş­dı­rıl­ma­sı prin­si­pin­dən ge­niş is­ti­fa­də et­mi­ş­lər. Əs­lin­də, tən­qi­di re­a­li­st­lə­­rin ənə­nə­si ilə bağ­lı olan bu cür ad­la­rı e t i m o l o j i- s i m v o l i k ad­lar ad­lan­dır­maq olar. Bu cür ad­lar Mir Cə­lal nəs­rin­də da­ha çox nə­zə­ri cəlb edir. Ə.Haq­ver­diy­ev mə­na­sız ta­ma­şa­nın akty­o­ru­nu Qu­du­r­ğ­a­nov ad­lan­dır­dığı ki­mi, Mir Cə­lal da if­şa et­diyi tip­lər­dən bi­ri­ni Ke­çiy­ev , in­san­la­rı sə­nəd və an­ket­lər­lə qiy­mət­lən­di­rən ti­pi An­ket An­ke­tov, in­san­la­rın ic­las üçün ya­ran­mış ol­duğ­u­nu gü­man edən ti­pi İc­las qu­ru­su, za­hi­ri və da­xi­li-mə­nə­vi cə­hət­dən çox çir­kin olan «mər­kəz ada­mı­nı» Ən­tər­za­də ad­lan­dır­mış­dır. Ye­ni qu­ru­lu­şun və yox­sul kəndli­lə­rin əley­hi­nə olub, var­lı İman ki­şiyə qul­luq gö­s­tə­rən kənd­li su­rə­ti­ni S.Rəh­man qə­s­dən Ana­soğ­lu (ana­sı­nın oğ­lu) ad­lan­dır­mış və bu yol­la onun ic­ti­mai-siy­a­si dönüklüyünə müna­si­bə­ti­ni bil­dir­miş­dir.

Ya­zı­çı­la­rı­mız bə­zən eti­mo­lo­ji ad­lar­dan is­ti­fa­də edə­rək, ob­ra­zın sin­fi mən­su­biyy­ə­ti­ni ko­mik yol­la əks et­dir­mi­ş­lər. Qa­dın­la­rın öz ça­d­ra­la­rı­nı at­ma­sın­dan, ye­ni əlif­ba qə­bul edil­mə­sin­dən qə­zəb­lə­nə­rək Ağ­a­ma­lı oğ­lu­na hə­də mək­tu­bu yaz­dı­ran Sa­ra bi­bi (Qan­tə­mir, «Sa­ra bi­bi») mək­tu­bun al­tın­da öz im­za­sı­nı «Sa­ra xa­nım Mu­rad­bəy­o­va Xu­day­ar xan qı­zı» şək­lin­də yaz­dır­maq is­təy­ir, ha­zır­kı qu­ru­luş­da xa­nım, bəy, xan söz­lə­ri­nin onun xey­ri­nə ol­maya­cağ­ı­nı de­dik­də, əsə­bi­lə­şir, «bəy» və «xan» söz­lə­rin­dən əl çək­sə də, xa­nım sözündən əl çək­məy­əc­əy­i­ni bil­di­rir.

Bə­zən eti­mo­lo­ji ad­lar­dan müsbət ob­raz­la­rı ad­lan­dır­maq üçün də is­ti­fa­də edi­lir. Mir Cə­la­lın «Na­nə­nin Hü­nə­ri» he­kay­ə­sin­də Na­nə arvad, hə­qi­qə­tən, na­nə yar­pağı tək xoş tə­sir bağ­ı­ş­lay­ır, onun oğ­lu Hünər qa­dın­la­ra kö­mək et­mək­lə xüsu­si hünər gö­s­tə­rir. Bu cür hal­lar­da eti­mo­lo­ji ad­lar tə­bəssüm doğ­u­rur.

2.Xüsu­si ad­la­rın ko­miz­mi bə­zən a n l a ş ı l m a z l ı q tex­ni­ka­sı ilə bağ­lı olur və bu cür an­la­şıl­maz­lıq da­ha güc­lü ko­mik ef­fek­tə sə­bəb olur. Qan­tə­mi­rin «Düzəl­mə­di», «Mir­zə Aves», S.Rəh­ma­nın «Cən­nət xu­li­qa­nı» və baş­qa he­ka­yə­lə­rin­də bu üsu­lun ma­raq­lı nümu­nə­lə­ri­nə rast gə­li­rik.

«Düzəl­mə­di» he­kay­ə­sin­də Mə­həm­mə­də­li Əli­qu­lu oğ­lu evi­ni gi­rov qoy­ub, döv­lət­dən borc götürmək və inək al­maq is­təy­ir. Mə­lum olur ki, sə­nəd­lər düz dey­il; adı­nın bir his­sə­si olan «Əli» sözü sə­nəd­də ya­zıl­may­ıb və pa­s­port­la sə­nəd­lər uyğ­un gəl­mir. Mə­həm­mə­də­li Əli­qu­lu oğ­lu heç kə­si ba­şa sa­la bil­mir, ida­rə müdi­ri­ni və­ziyy­ət­lə tanış et­mək is­tə­dik­də da­ha da əsə­bi­ləş­di­rir. Bu­na bax­may­a­raq, o, tək­ra­­rən fi­k­ri­ni ay­dın­laş­dır­mağa ça­lı­şır: «Qoy mən sə­ni ba­şa sa­lım: ora­da iki Əli ola­sı­dır. Bi­ri mə­nim ay­ağ­ım­da, o bi­ri də ata­mın ba­şın­da. Mə­nim ay­ağ­ım­da­kı Əli qə­ləm­dən düşüb, ya­zıl­may­ıb, götür ayağı­mın Əli­si­ni köçürt bir kağ­ı­za, ver əli­mə». Ərəb əlif­ba­sı­nın xa­rak­te­ri­nə bə­ləd ol­may­an və müsəl­man alə­min­də «Əli»nin xüsu­si ad ki­mi hüdud­suz iş­lən­mə im­kan­la­rın­dan xə­bər­siz olan ida­rə mü­di­ri: «Çto ta­koe bir əl, iki əl? Pri­çem zdes tvoy ruk ili noq? Ə ne po­ni­maö!…» deyə Əli­qu­lu oğ­lu­nu məy­us yo­la sa­lır.

«Mir­zə Aves» he­kay­ə­sin­də gənc So­vet hö­ku­mə­ti­nə böh­tan­lar yay­maq­la mə­şğ­ul olan Müsyo Qa­mel müxbi­rin gön­dər­diyi ərəb əlif­ba­sı ilə ru­sca ya­zıl­mış mət­ni oxu­yar­kən bir nöq­tə­də ili­şir və hə­min his­sə­ni «to Mir­zə Aves» ki­mi oxuy­ur və be­lə bir şəxs adı­nın bu­ra­da nə üçün iş­lən­miş ol­duğ­u­nu mə­na­lan­dı­ra bil­mir. Bir müddət Ru­siy­a­da ol­muş çay­çı Mir­zə Hey­dər ona kö­mək edir. He­kayə Mir­zə Hey­də­rin söz­lə­ri ilə bi­tir və əs­lin­də, müəl­lif onun di­li ilə Qa­me­lin rə­zil­liy­i­ni üzünə dey­ir. Mir­zə Hey­dər Qa­me­lin çə­tin­lik çək­diyi nöq­tə­ni be­lə izah edir: «-To Mir­zə Aves» dey­il, müs­yo Qa­mel, «tı mer­za­vets»dir».

Xüsu­si ad­lar­dan an­la­şıl­maz­lıq ma­ne­ra­sı əsa­sın­da is­ti­fa­də bə­zən şən ko­mik ka­lam­bur­la­rın ya­ran­ma­sı­na sə­bəb olur. Bir yer­də du­s­taq ol­muş Mol­la Şi­rə­li ilə Cə­lil­bəy küçə­də ras­tla­şır­lar. Mol­la­nın ke­fi kökdür, Cə­lil­bəy isə ye­məyə çö­rək tap­mır. Cə­lil­bəy özünü ta­nıt­maq və mol­la­dan bir şey qo­par­maq is­təy­ir:

«- Mə­ni ta­nı­ma­dın, Şi­rə­li? Diq­qət­lə bax gör ki­məm?»

Mol­la Şi­rə­li Cə­lil­bəyi sə­sin­dən ta­nı­dı… anc­aq özü­nü ta­nı­maz­lığa vu­rdu. Ar­vad­lar şübhə­lən­mə­sin­lər deyə, Mol­la Şi­rə­li bərk­dən səs­lən­di.

- Əley­kəs­sə­lam, ey Mə­həm­məd ümmə­ti!

- Ədə, mən Məm­məd Hümmə­tov dey­i­ləm. Cə­lil­bəy­əm ey!

Ta­nı­ma­dın?» (S.Rəh­man, «Cən­nət xu­li­qa­nı»)

3.Bə­zən ya­zı­çı­la­rı­mız ko­mik ef­fekt ya­rat­maq üçün xü­su­si ad­la­rın eti­mo­lo­ji cə­hə­ti­nə dey­il, səs­lən­mə tər­zi­nə əsas­lan­mı­ş­lar. Nəsr di­lin­də elə ad­lar var ki, on­la­rın mə­­na­sı dey­il, fo­ne­tik struk­tu­ru, bir ad ki­mi qə­ri­bə­liyi diq­­qə­ti cəlb edir. S.Rəh­man nə­s­rin­də Mol­la Qə­dəş, Mə­şə­di Do­stu­mə­li , Mir Cə­lal nə­s­rin­də Ma­mır­lı bəy, Ma­man ar­vad, Zi­nad­lı ki­şi, Qu­maş, Qıs­sa (Qu­buş) və s. bu cür ad­lar­­dan­dır. Komik ef­fekt ya­rat­mağ­ın bu üsu­lu ad­la­rın ix­ti­sa­rın­da da­ha çox nə­zə­rə çar­pır. «Di­ri­lən adam»da Bə­bir bəy guya əziz­lə­mə məq­sə­di­lə arva­dı Qıs­sa xa­nı­mı Qu­buş deyə çağ­ı­rır; Mol­la Mir­qa­sı­mın oğ­ur­luq yol­da­şı onu elə «sə­mi­miyy­ət­lə» Mi­riş deyə çağ­ı­rır ki, oxuc­u­nun üzün­də tə­bəssüm ya­ran­maya bil­mir. Pir­ver­di - Pə­piş və s. də bu cür ad­lar­dan­dır.

4.Ko­mik ef­fekt ya­rat­maq­da l ə q ə b l i ad­la­rın xüsu­si ro­lu var­dır. Lə­qəb­lər va­si­tə­si­lə həm Şərq alə­min­də­ki lə­qəb­çi­lik, həm də mən­fi ob­raz­lar if­şa edi­lir. N.Və­zi­rov tə­rə­fin­dən dram­a­tu­rg­iy­a­da ge­niş is­ti­fa­də edi­lən, Mir­zə Cə­lil və Ə.Haq­ver­diy­ev tə­rə­fin­dən hə­qi­qi sa­ti­ra va­si­tə­lə­ri­nə çe­v­ri­lən lə­qəb­lər­dən bir ko­mizm va­si­tə­si ki­mi bi­zim nəzər­dən ke­çir­diy­i­miz ya­zı­çı­lar da ge­niş is­ti­fa­də et­mi­ş­lər. B.Ta­lıb­lı «Er­kək Tükəz­ban» ki­mi məş­hur he­kay­ə­si­ni «er­kək» sözünün təf­si­ri üzə­rin­də qur­muş­dur. Müəl­lif he­kay­ə­nin əv­və­lin­də ya­zır: «Şə­hər­lə­ri­miz­də ada­mı ələ sal­maq və ada­ma lə­qəb qoy­maq adət­dir. Mə­sə­lən: to­pa­tan Xan­bacı, ma­tış­qa Sə­ki­nə, ağ­ac­ay­aq Fat­ma və s». Qan­tə­mir, Mir Cə­lal, S.Rəh­man nə­s­rin­də də lə­qəb­li ad­lar ge­niş yer tu­tur.

Lə­qəb­lər mən­şə eti­ba­ri­lə ədə­bi dil söz­lə­rin­dən ( qa­rğa Və­li), alın­ma­lar­dan ( ma­tış­qa Sə­ki­nə), şi­və lek­si­ka­sın­dan ( Na­nıx Qur­ban) və s. iba­rət olur. Ya­zı­çı­la­rı­mız bə­zən lə­qəb­lə­rin necə əmə­lə gəl­diyi­ni də izah et­mi­ş­lər. B.Ta­lıb­lı «Er­kək Tükəz­ban»da «er­kək» sözü­nün, S.Rəh­man «Mət­ləb Hə­sən»də «mət­ləb» sözünün, Mir Cə­­lal «Sa­rıq­lı mol­la» sözünün necə əmə­lə gəl­diy­i­ni ət­ra­f­lı izah et­miş­dir.

Lə­qəb­lər bə­zən aid ol­duğu xüsu­si adın əvə­zin­də iş­lə­nir. «Di­ri­lən adam»da ha­mı Mol­la Mir­zə Mə­həm­mə­di «Sa­rıq­lı mol­la», Mə­şə­di Süley­ma­nı «Çal­per» ki­mi ta­nıy­ır və s.

5.Bə­zən xüsu­si adın özü ko­mik tə­əssürat ya­rat­mır, la­kin ob­ra­zın xa­rak­te­ri, ba­şı­na gə­lən­lər nə­zə­rə alın­dıq­da, xü­su­si ad tə­bəssümlə qar­şı­la­nır. Mə­sə­lən, «Qə­dir» sözü öz­lü­yündə elə bir ko­mik key­fiyyə­tə ma­lik dey­il­dir, la­kin «Di­ri­lən adam»da Qə­di­rin ba­şı­na gə­lən­lər, onun ümu­mi xa­rak­te­ri, avam­lığı, sa­də­lövhlüyü bu ob­ra­zın yumor­la xa­tır­lan­ma­sı­na sə­bəb olur.

6.Di­nin, fa­na­tiz­min və ru­ha­ni­lə­rin if­şa­sı pro­se­sin­də di­ni rütbə, ti­tul bil­di­rən söz­lə­rin ki­nayə ilə bir ye­rə to­plan­ma­sı ko­mik ef­fekt ya­ra­dır: Sey­id Mir­zə­qa­sım Mir­zə­qu­lu oğ­lu Şəbüstə­ri, Əs­seyd axund Mir­zə Əbülfə­rəci Şi­ra­zi (Qan­tə­mir) və s. Köh­nə üslub­da ne­çə nəs­lin adı­nın bir­lik­də xa­tır­lan­ma­sı da ko­mik tə­si­rə ma­lik olur. Qan­tə­mir «Hacı lələ» he­kay­ə­si­ni be­lə ba­ş­lay­ır: «Buy­u­run ta­nış olun: Hacı Əliqu­lu ibn Hacı Sa­dıq ibn Hacı Ca­vad ibn Şey­xa­nə Hacı Məm­mədr­za ».

7.Ya­zı­çı­la­rı­mı­zın ko­mik ef­fekt ya­rat­maq üçün ad-pa­ro­diy­a­lar­dan is­ti­fa­də et­diyi hal­lar da müşa­hi­də olu­nur. Nə­zər­dən ke­çir­diyi­miz nəsr əsər­lə­rin­də ol­ma­sa da, son­ra­kı nəsr nümu­nə­lə­rin­də bu cür ad­ver­mə üsu­lu­na tə­sadüf edi­lir. Ana­rın «Mol­la Nə­s­rəd­din - 66» po­ves­ti­nin his­sə­lə­rin­dən bi­rin­də müsa­hi­bə apa­rı­lan 299 ya­ş­lı dün­ya­dan xə­bər­siz ki­şi Kə­la­mul­la (allahın kəlamı) yox, ki­nayə ilə KƏ­LƏ­MUL­LA (al­la­hın kə­lə­mi) ad­lan­dı­rıl­mış­dır.

Biz kon­kret ola­raq 20-30-cu il­lə­rin nəsr di­li­ni nə­zər­dən ke­çir­dik. Bütövlükdə sa­ti­rik ədə­biyy­a­tın di­li­ni təd­qiq et­mək­lə, xüsu­si ad­lar­dan ko­mizm va­si­tə­si ki­mi is­ti­fa­də­nin bir çox ye­ni üsul­la­rı­nı müəy­yən­­ləş­dir­mək olar. Mir­zə Cə­lil 1911-ci il­də yaz­dığı fely­e­ton­lar­dan bi­ri­ni «Mə­həm­məd Əli Mir­zə» ad­lan­dır­mış və sər­löv­hə­nin al­tın­da əsas fi­k­rin ifa­də­si­nə göz­lə­nil­məz ha­şiyə ilə - xüsu­si adın t ə f s i r i ilə ba­ş­la­mış­dır: «Bu­ra­dan bir ha­şiyə çı­xaq: ərəbcə «mir­zə»nin mə­na­sı eş­şək arı­sı­dır». Bu söz­lər­dən so­nra mət­lə­bə ke­çən müəl­lif, bir ne­çə baş­qa mə­sə­lə­ni qeyd et­dik­dən sonra izah edir ki, Mə­həm­məd Əli Mir­zə qo­şun top­la­mış­dır və İran şa­hı ilə vu­ruş­maq is­təy­ir, la­kin Te­h­ran­dan çox uzaq­lar­da gə­zir və onun hə­rə­kə­ti­nin tə­si­ri arı vı­zıl­tısı­nın tə­si­rin­dən ar­tıq dey­il­dir. Be­lə­lik­lə, ədib əsl fi­k­ri­ni xüsu­si adın məq­sə­də­uyğ­un mə­na­lan­dı­rıl­ma­sı ilə bir cümlə­də ifa­də edə bil­mişdir.

Bu son mi­sal bi­r da­ha tə­s­diq edir ki, bə­dii ədə­biyy­at­da xüsu­si adlar­dan ko­mizm va­si­tə­si ki­mi is­ti­fa­də im­kan­la­rı zə­ng­in və hü­dud­­suz­dur.

1980

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az